Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(4-3)-31/2026 11.03.2026 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibləri - X3 və Talışova Şahnaz Nazir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1978-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, R.Rəhimov küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,566 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib eyni məqsədlə üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən 03 mart 2025-ci il tarixdə saat 18:46 dəqiqədə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən X4 adına 29 nömrəli tam orta məktəbin qarşısında yol kənarında saxlanılaraq video çəkilişlə üzəri yoxlanılarkən, əynində olan boz rəngli şalvarın sağ yan kiçik cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı təmiz çəkisi 2,566 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 1,404 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib eyni məqsədlə üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən 04 iyul 2025-ci il tarixdə saat 12:10 dəqiqədə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən “Grand Qafqaz” ticarət mərkəzinin arxasında “Çəkillik” adlanan ünvansız ərazidə yolun kənarında saxlanılaraq videoçəkilişlə üzəri yoxlanılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı təmiz çəkisi 1,404 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.1-1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri 29 saylı orta məktəbin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən bir bükümdə təxminən 2,5 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş psixotrop maddə ona məxsus olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki yaxud psixoloji təzyiq-təsir göstərilməmişdir. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə üzərindən aşkar edilmiş içərisində metamfetamin olan bükümün 2,5 qram olduğunu polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra bilmişdir. İçərisində metamfetamin olan həmin bükümü Gəncə çayının sahilində gəzərkən yerdən tapmış və üzərindən bir qədər istifadə etmişdir. Onu saxlayan polis əməkdaşlarını tanımamışdır. İkinci epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Gəncə şəhərində yerləşən Qrand Qafqaz Ticarət Mərkəzinin arxasında “Çəkillik” adlanan ərazidə dayanan zaman polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı bu dəfə üzərindən bir bükümdə təxminən 1,5 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş psixotrop maddə də ona məxsus olmuşdur. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki yaxud psixoloji təzyiq-təsir göstərilməmişdir. xx.xx.2025-ci il tarixdə üzərindən aşkar edilmiş içərisində metamfetamin olan bükümü əvvəlcədən həmin yerdə gizlətmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddələrin hamısı ona məxsus olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki yaxud psixoloji təzyiq-təsir göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən 29 nömrəli tam orta məktəbin qarşısında olduğu müəyyən edilmişdir. Onlar həmin yerdə video çəkiliş əsasında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və sonuncudan üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı predmetin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs bir ədəd bükümü cibindən çıxarıb təqdim edərək içərisində metamfetmin olduğunu demişdir. Təqdim edilmiş büküm elektron tərəzidə çəkildikdə xatırladığı qədəri ilə 2-3 qram olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetamini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Əməliyyat tədbirində o, Şahid3 və Şahid2 iştirak etmişdir. Əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və gəzdirməsi barədə olmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini haradan tapdığını bildirsə də, hadisənin üzərindən xeyli müddət keçdiyindən xatırlamamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki yaxud psixoloji təzyiq-təsir göstərilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 və məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞnin CAB-ın əməliyyat müvəkkili Sabirli X8 Emil Əmir oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən Qrand Qafqaz Ticarət Mərkəzinin arxasında olması müəyyən edilmişdir. Həmin ərazidə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və sonuncudan üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı predmetin olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs könüllü olaraq bir ədəd şəffaf rəngli sellofan bükümü şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində metamfetamin olduğunu demişlər. Həmin büküm elektron tərəzidə çəkildikdə xatırladığı qədəri ilə 1,7 qram olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı predmet aşkar olunmamışdır. İfadəsinin davamı olaraq Şahid5 bildirmişdir ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetamini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki yaxud psixoloji təzyiq-təsir göstərilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili X1 Sənan Əbil oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2025-ci il tarixli, 16/217 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,566 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi - 2,566 qr., tədqiqata sərf edildi -0,1 qr., qalıq - 2,466 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2025-ci il tarixli, 16/604 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,404 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi - 1,404 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 1,354 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin xx.xx.2025-ci il tarixli, 16/678 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan 02 (iki) ədəd kağız paketdəki 02 (iki) ədəd sellofan bükümdə olan metamfetamin kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: metamfetaminin qalıq təmiz çəkisi - 2,466 və 1354 qr., tədqiqata sərf edildi - 0.04 qr., qalıq - 2,446qr. və 1,334 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 969 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2025-ci il tarixdə saat 18:46-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 mart 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli iltizamından görünür ki, xx.xx.2025-ci il tarixdə həbsdə saxlanılma müddəti başa çatdığı üçün Təqsirləndirilən şəxs saxlanıldığı 2 saylı istintaq təcridxanasından həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:20-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2025-ci il tarixdə saat 12:08-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 iyul 2025-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddələri əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində üzərində gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:46-da Gəncə şəhəri, Uşinski küçəsində 29 nömrəli orta məktəbin yaxınlığında yol kənarında saxlanılmışdır. Həmin yerdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan şəffaf sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə bükülü ilə birlikdə çəkildikdə ümumi çəkisinin 2,74 qram olması müəyyən edilmişdir. Qeyd edilən büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Gəncə şəhəri, Uşinski küçəsində 29 nömrəli məktəbin yaxınlığında yol kənarında yerdən tapdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddələri əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində üzərində gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:08-də Gəncə şəhəri, V.Xuluflu küçəsi, Grand Qafqaz Ticarət mərkəzinin arxasında “çəlikllik” adlanan ərazidə yol kənarında saxlanılmışdır. Həmin yerdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs etdiyi kütlənin “patı” kimi adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə bükülü olduğu sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək 1,60 qram olması müəyyən edilmişdir. Qeyd edilən büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni Gəncə şəhəri, V.Xuluflu küçəsi, Grand Qafqaz Ticarət mərkəzinin arxasında “Çəkillik” adlanan ərazidə yol kənarından yerdən tapdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə edib istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində gəzdirməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq psixotrop maddələri əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində üzərində gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə edib istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində gəzdirməsi barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq psixotrop maddələri əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində üzərində gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsini, narkotik vasitələri və psixotrop maddələri satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsini, narkotik vasitələri və psixotrop maddələri satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Arxangelsk Vilayəti Koryajemsk Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya elan edilməsi haqqında Qərarına əsasən cəzası 06 (altı) ay azaldılaraq üzərində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və amnistiya elan edilməsi haqqında Qərarın 3-cü bəndində əsasən azad edilmiş; Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(044)-36/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Şəmkir şəhər İƏDÜN-nin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri, R.Rəhimov küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2026-cı il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,446 və 1,334 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Gəncə ŞPBİ-yə məsul saxlanca verilmiş, həmçinin əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 02 (iki) ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. Yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli və xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qramdır; külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. İş materiallarında olan birinci epizod üzrə xx.xx.2025-ci il tarixli, 16/217 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 2,566 qram olmaqla külli miqdar təşkil edir, ikinci epizod üzrə isə onun üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 1,404 qram olmaqla xeyli miqdar təşkil edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən və Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(044)-36/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət Məcəlləsinin 178.2-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhklumuq ödənilmiş hesab olunur. Hazırkı iş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihama əsasən o, ittiham olunduğu birinci epizod üzrə cinayət əməlini xx.xx.2025-ci il tarixdə, yəni birinci iş üzrə məhkum edildiyi cəzanı çəkib qurtardığı gündən (xx.xx.2020-ci il tarixdən hesablamaqla) iki ildən artıq vaxt keçdikdən sonra törətmişdir. Ona görə məhkəmə tərkibi hesab edir ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edildiyi cinayət əməli üzrə məhkumluğu ödənilmiş hesab olunur və onun əməllərində cinayətlərin residivi yoxdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Hazırkı işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs birinci epizod üzrə 03 mart 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixədək, yəni 04 (dörd) ay davamlı olaraq həbsdə saxlanılmış, 03 iyul 2025-ci il tarixdə həmin epizod üzrə həbsdən azad olunmuş, 04 iyul 2025-ci il tarixdə isə ikinci epizod üzrə şübhəli şəxs qismində tutulmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 03 mart 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixədək, yəni 04 (dörd) ay həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla Təqsirləndirilən şəxs təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə ikinci epizod üzrə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 04 iyul 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 132 (bir yüz otuz iki) manat pul onun vəkil işlədiyi Gəncə Regional Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq tanınaraq Gəncə ŞPBİ-yə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,446 və 1,334 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 02 (iki) ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 969 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci epizod üzrə 03 mart 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 iyul 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 132 (bir yüz otuz iki) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 91 (doxsan bir) manat 20 (iyirmi) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq tanınaraq Gəncə ŞPBİ-yə məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,446 və 1,334 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 02 (iki) ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(4-3)-31/2026
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-3)-31/2026
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver