Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(4-4)-19/2026 12.03.2026 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə, xx xxxx 1991-ci ildə Qəbələ rayonunun Aydınqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Qəbələ rayonunun Aydınqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 31 avqust 2025-ci il tarixdə saat 16 radələrində alkoqol sərxoş vəziyyətdə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan etibarnamə ilə sahibliyində olan, idarə etdiyi “Opel Astra” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən keçən hissəsində maksimum icazə verilən sürət həddi 60 km/saat həddində məhdudlaşdırılmış yolda Qəbələ şəhəri istiqamətində yolun sağ hərəkət zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən “Şeşbərbaba” adlandırılan ziyarətgahı keçdikdən təxminən 300-400 metr irəlidə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitələrini sürücülük hüququ verən sənədlə idarə etməli, həmçinin həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bu qaydalara əməl etmək üçün diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli və yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməli, eləcə də qeyd olunan Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etməməli, bundan başqa adıçəkilən Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini maksimum icazə verilən 60 km/saat sürətdən çox olmayan sürətlə idarə etməli olduğu halda və bu Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, Qanunun yuxarıda göstərilən tələblərini kobud surətdə pozmaqla avtomobili alkoqol sərxoş vəziyyətdə, idarə etmə hüququ olmadan yaşayış məntəqəsi daxilində maksimum icazə verilən 60 km/saat sürət həddində nəzərdə tutulmuş yolda sürət həddini 20-30 km/saat həddində aşmaqla 90 km/saat sürətlə idarə edərkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmış, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməmiş, bununla da avtomobili yolun sağ kənarına çıxararaq əvvəlcə yolun sağ kənarındakı metal maneəyə, daha sonra isə beton panelə vurub aşırmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlığından avtomobildə sərnişin qismində olan oğlu X7 daxili qanaxma, qanaxmadan və travmadan sonrakı şok, ağ ciyərlərin əzilməsi, diafraqmanın cırılması, qabırğaların çoxsaylı sınığı, döş sümüyünün sınığı, sağ said sümüklərinin qapalı yerini dəyişən sınığı, qara ciyərin və dalağın cırılması, perikarda və plevraya qansızma, bağırsaqların zədələnməsi, bağırsaqların müsariqəsinin və müsariqə arteriyalarının zədələnməsi, döş qəfəsinin və qarının ön divarının geniş əzilmiş-cırılmış yarası, başın yumşaq toxumasına qansızma, alının, üzün, döş qəfəsinin və qarının ön səthinin, sağ bazunun, sağ saidin hər iki budun və sol diz oynağının ön səthinin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulması ilə nəticələnən aldığı bədən xəsarətlərindən daxili orqanların travmatik zədələnməsi nəticəsində baş verən kəskin qanitirmədən və ağır travmanın sonrakı şokundan hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və məhkəməyədək icraat zamanı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, “Opel Astra” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili 2024-cü ilin dekabr ayında öz şəxsi vəsaiti ilə almış, avtomobilin mülkiyyətçisi X8 ona bir il müddətinə etibarnamə vermiş və həmin avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etmişdir. 31 avqust 2025-ci il tarixdə saat 13 radələrində oğlu Ziya Ağababayevlə birlikdə idarə etdiyi “Opel Astra” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonunun Qaradeyin kəndində keçirilən qohumunun toy məclisində iştirak etmək üçün getmişlər, həmin vaxt idarə etdiyi avtomobildə texniki cəhətdən hər hansı nasazlıq olmamış və avtomobil saz vəziyyətdə olmuşdur. Toy məclisində 250 qram pivə və 150 qrama yaxın araq içmiş, həmin tarixdə saat təxminən 15 radələrində yaşadığı Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən fərdi yaşayış evinə qayıdan zaman o, avtomobili idarə etmiş, oğlu Ziya Ağababayev isə avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Həmin tarixdə Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisində avtomobili asfalt örtüklü yolun sağ hərəkət zolağı ilə təxminən 80-90 km/saat sürətlə idarə edərkən “Şeşbərbaba” adlandırılan ziyarətgahı keçdikdən təxminən 300-400 metr irəlidə anidən avtomobilin idarəetməsini itirmiş və avtomobil asfalt örtüklü yoldan çıxıb yolun sağ kənarında olan dəmir maneəyə dəymişdir. Hadisədən sonra huşu özündə olmadığından nə baş verdiyi xatirində qalmamış, baş vermiş hadisədən 2 gün sonra huşu ayıldıqda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığı üçün qohumları tərəfindən Bakı şəhərində yerləşən “Real” hospitala yerləşdirilməsi, hadisədən 8 gün keçdikdən sonra isə yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlı övladı Ziya Ağababayevin hadisə yerində ölməsi ona məlum olmuşdur. Törətdiyi əmələ görə peşmandır, barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyədək icraat zamanı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, mərhum X12 isə onun oğlu olmuşdur. 31 avqust 2025-ci il tarixdə saat 13 radələrində qayınanası Hicran Ağababayeva ilə birlikdə əri Təqsirləndirilən şəxs əmisi Nadir Ağababayevin idarə etdiyi avtomobillə, oğlu Ziya Ağababayev isə əri Təqsirləndirilən şəxslə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Qəbələ rayonunun Qaradeyin kəndində keçirilən qohumlarının toy məclisində iştirak etmək üçün getmişlər. Toy məclisində təxminən iki-üç saat ərzində iştirak etdikdən sonra toy məclisini tərk edib qayınanası Hicran Ağababayeva ilə birlikdə əri Təqsirləndirilən şəxs əmisi Nadir Ağababayevin idarə etdiyi avtomobillə yaşadıqları Qəbələ rayonunun Aydınqışlaq kəndində yerləşən fərdi yaşayış evinə getmişlər, əri Təqsirləndirilən şəxs və oğlu Ziya Ağababayev isə toy məclisində qalmışlar. Həmin tarixdə əri Təqsirləndirilən şəxs və X18 evə gec gəldiklərini görüb səbəbini öyrənmək üçün saat təxminən 17 radələrində bir neçə dəfə əri Təqsirləndirilən şəxs zəng etmiş, lakin sonuncu mobil telefona cavab verməmişdir. Bir qədər sonra mobil telefona adını bilmədiyi bir nəfər qadın cinsli şəxs cavab verərək əri Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə bağlı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına gətirildiyini və koma vəziyyətində olduğunu bildirmişdir. Daha sonra Qəbələ Rayon Mərkəzi Xəstəxanasına getmiş və orada olarkən əri Təqsirləndirilən şəxs toy məclisini tərk edib idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisində yolnəqliyyat hadisəsi nəticəsində xəsarət aldığı üçün xəstəxanaya gətirildiyini görmüş, X18 isə aldığı xəsarətlərdən hadisə yerində öldüyü üçün morqa aparıldığını öyrənmişdir. X18 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə bağlı əri Təqsirləndirilən şəxslə barışmışdır və sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 31 avqust 2025-ci il tarixdə saat təxminən 16 radələrində idarə etdiyi minik avtomobili ilə Qəbələ rayonundan yaşadığı Ağsu rayonu istiqamətində hərəkətdə olub Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən keçən zaman yol-nəqliyyat hadisəsinin baş verməsini və qırmızı rəngli “Opel” markalı avtomobilin yolun kənarına aşdığını görmüşdür. O, idarə etdiyi avtomobildən düşüb hadisənin baş verdiyi yerə yaxınlaşmış və bu zaman avtomobilin sürücüsü olan kişi cinsli şəxsin xəsarət alması, sərnişin qismində əyləşmiş azyaşlı uşağın isə hadisə yerində ölməsi ona məlum olmuşdur. Daha sonra o, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermiş, bir qədər sonra isə hadisə yerinə polis və Təcili və X9 Xidmətinin əməkdaşları gəlmişlər. O, xəsarət alan avtomobilin sürücüsünün Təcili və X9 Xidmətinin avtomobilinə əyləşdirilməsinə kömək etmiş, ardınca isə hadisə yerini tərk edib yaşadığı Ağsu rayonuna getmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 avqust 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:08-də Şahid tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng olunaraq Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi, 1 nəfər şəxsin xəsarət alması və 1 nəfər şəxsin ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 avqust 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 19:16-da Qəbələ Rayon Mərkəzi Xəstəxanasından Qəbələ Rayon Polis Şöbəsinə zəng olunaraq Təqsirləndirilən şəxs “dəqiqləşdirilməmiş koma, kəllə və üz sümüyünün sınığı, kəllə-beyin silkələnməsi və bədənin nüxtəlif dərəcəli travması” xəsarətlərini alaraq qeyd olunan xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 31 avqust 2025-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən keçən hissəsində baş vermişdir. Baxış gündüz və işıqlı hava şəraitində Qəbələ şəhəri istiqamətində keçirilmişdir. Hadisə baş vermiş yerdə hərəkət hissəyə sağdan daşlı-çınqıllı ehtiyyat hissə, soldan əks istiqamətli hərəkət zolağını ayıran və üzərində şəhər elektrik işıqları olan hissə birləşir. Hərəkət hissəsinin biri Qəbələ şəhəri istiqamətində, digəri isə Ağdaş rayonu istiqamətində olmuşdur. Hadisə Qəbələ şəhəri istiqamətində nəqliyyat axınını nəzərdə tutan yolda baş vermişdir. Hadisə baş verən yerdə maksimum sürət həddi 60 km/saat-dır. Həmin yerdə yol örtüyü asfalt beton örtüklü olub quru və düz vəziyyətdə olmuşdur. Yolun hərəkət hissəsinin ümumi eni 8,90 metr olmaqla, iki hərəkət zolağından ibarətdir və hər iki zolaq eyni istiqamətə hərəkəti nəzərdə tutur. Hərəkət zolaqlarını qırıq-qırıq 1.1 üfüqi nişanlanma xətti ayırır. Hadisə yerində qırmızı rəngli, “Opel Astra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı minik avtomobili yolun sağ ehtiyat hissəsində əvvəlcə yolun sağ kənarında olan qoruyucu metal maneəyə, ardınca isə beton panelə dəyməklə və sağ yan tərəf istiqamətində aşmaqla hərəkətsiz vəziyyətdə qalmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin asfalt örtüklü yoldan çıxaraq dəmir maneəyə dəydiyi yerə qədər olan məsafə 8,90 metr, beton panelə dəyərək aşdığı yerə qədər olan məsafə 16 metr, aşmış vəziyyətdə metal maneəyə qədər olan məsafə isə 6,30 metr təşkil edir. Baxış keçirilən zaman hadisə yerinin fotoşəkilləri və sxemi çəkilmiş, çəkilmiş fotoşəkillərin əksləri çıxarılıb protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 avqust 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin Şəki Regional Qeydiyyat-İmtahan və X16 daxil olmuş 05 sentyabr 2025-ci il tarixli 016-3-13-16-6/2- 1002/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzi informasiya sisteminə əsasən Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi aşkar edilməmiş və onun inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 15 sentyabr 2025-ci il tarixli 3358/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir və etil spirtinin qatılığı 0,53 promilli olmuşdur. Ondan götürülmüş qan nümunəsinin tərkibində metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ford Servis” avtomobil təmiri sexindən daxil olmuş 20 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, “Opel Astra” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin tormoz, sükan və digər idaretmə mexanizmlərində hər hansı nasazlığın olmaması və avtomobilin texniki cəhətdən saz vəziyyətdə olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 27 sentyabr 2025-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, mərhum X7 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onda “daxili qanaxma, qanaxmadan və travmadan sonrakı şok, ağ ciyərlərin əzilməsi, diafraqmanın cırılması, qabırğaların çoxsaylı sınığı, döş sümüyünün sınığı, sağ said sümüklərinin qapalı yerini dəyişən sınığı, qara ciyərin və dalağın cırılması, perikarda və plevraya qansızma, bağırsaqların zədələnməsi, bağırsaqların müsariqəsinin və müsariqə arteriyalarının zədələnməsi, döş qəfəsinin və qarının ön divarının geniş əzilmiş-cırılmış yarası, başın yumşaq toxumasına qansızma, alının, üzün, döş qəfəsinin və qarının ön səthinin, sağ bazunun, sağ saidin hər iki budun və sol diz oynağının ön səthinin sıyrıqları” diaqnozu ilə, 31 avqust 2025-ci il tarixdə küt alətin (əşyaların) təsirindən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənməyə uyğun və ağırlıq dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Onun ölümünə səbəb daxili orqanların travmatik zədələnməsi nəticəsində baş verən kəskin qanitirmə və ağır travmadan sonrakı şok olmuşdur. Hadisə vaxtı aldığı həmin bədən xəsarətləri ilə ölümü arasında birbaşa səbəbli əlaqə vardır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahidin ifadəsinin yerində yoxlanılması haqqında 04 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs hadisənin baş verdiyi şəraiti əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 21 oktyabr 2025ci il tarixli 18-1-52/2-2342/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə ekspertizasının nəticəsinin 0,53 promilli olduğunu nəzərə alaraq, o, yüngül dərəcəli sərxoş hesab edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 noyabr 2025-ci il tarixli 8/2626 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Opel Astra” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. O, avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. O, avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdutlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdutlaşdırılmış yolda, 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdutlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 dekabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 dekabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 09 fevral 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.1-3-cü maddəsi ilə elan olunmuş ittiham həmin tarixdə dəyişdirilmədən saxlanılmış və barəsində CM-in 264-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BA seriyalı, 175206 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş etibarnayəmə dair çıxarışdan görünür ki, 24 dekabr 2024-cü il tarixdə X8 tərəfindən Təqsirləndirilən şəxs 24 dekabr 2025-ci il tarixədək nəqliyyat vasitəsinə sərəncam veriməsinə dair etibarnamə verilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26.1-ci maddəsinə əsasən, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlığından zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayətini törətmişdir. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının (bundan sonra – Qərar) 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bu Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 19-cu bəndində isə məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibb ekspertizasının rəyləri əsasında müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-cü maddəsinin (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) dispozisiyası blanket xarakterli olduğundan və yol hərəkəti qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə tənzimləndiyindən məhkəmə həmin Qanunun müvafiq maddələrinə istinad etməyi zəruri hesab edir. Belə ki, bu Qanunun 33-cü maddəsinin İV hissəsinə əsasən, velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Bu Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddələrin istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməmək mexaniki nəqliyyat vasitəsinin sürücüsünün vəzifəsidir. Bu Qanunun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Bu Qanunun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz) hərəkət etməlidirlər. Bu Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən, qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BA seriyalı, 175206 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd olunan avtomobili 2024-cü ilin dekabr ayında öz şəxsi vəsaiti ilə aldığını, avtomobilin mülkiyyətçisi X4 ona bir il müddətinə etibarnamə verdiyini və göstərilən avtomobili etibarnamə olmadan idarə etdiyini qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hadisə baş verən zaman “Opel Astra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin Təqsirləndirilən şəxs olması qəbul edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 fevral 2026-cı il tarixli ərizədən görünür ki, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 mart 2026-cı il tarixli ərizədən görünür ki, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayonunun Aydınqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır, 08 avqust 2012-ci ildə doğulmuş Gülay Ağabalayeva onun himayəsindədir, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X2 rayonunun Aydınqışlaq kəndində qeydiyyatda olmaqla yaşamışdır, təhsil aldığı orta məktəb üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X1 rayonunun Aydınqışlaq kəndində qeydiyyatda olmaqla yaşayır, 08 avqust 2012-ci ildə doğulmuş Gülay Ağabalayeva onun himayəsindədir, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını CM-in 59.1.12-ci maddəsinə, ilk dəfə cinаyət əməlini törətməsini, cinаyət əməlini törətməsindən səmimi peşmаn olmasını və yаşаdığı ərаzi üzrə müsbət xаrаkterizə оlunmаsını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, onun hadisədən sonrakı hərəkətlərini, yəni ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, hadisə nəticəsində təqsirləndirilən şəxsin övladının ölməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 263-1.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 263-1.3-cü maddəsinin dispozisiyasına əsasən, həmin cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayət əməlidir və həmin maddənin sanksiyasına əsasən azadlıqdan məhrum etmə növündə əsas cəzanın aşağı həddi beş ildir. CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) 67.2-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər üçün cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin CİM-in 68.1-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınmasının təmin olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi halda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 dekabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 oktyabr 2025-ci il tarixli 18-1-52/2-3016/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından bununla əlaqədar ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır. Bundan savayı, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 yanvar 2026-cı il tarixli 19 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti poxulması, əqli gerilik və sair psixi xəstəlik müəyyən edilmir. O, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun barəsində məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 28 oktyabr 2025ci il tarixli 18-1-52/2-3016/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin Psixiatrik kabinetində dispanser müşahidəsində dayanmır. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Göstərilənlərdən başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut qismində tanınma və sahibinə qaytarılma haqqında 07 fevral 2026-cı il tarixli qərardan görünür ki, “Opel Astra” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə maddi sübut qismində tanınmış və sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. CPM-in 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan “Opel Astra” minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bunlarla yanaşı, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınmasının təmin olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan “Opel Astra” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova
Məhkəmə qərarları › İş №1(4-4)-19/2026
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-4)-19/2026
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver