Məhkəmə qərarları › İş №1(4-5)-13/2026

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-13/2026

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-13/2026 12.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şirvan şəhəri 9 nömrəli tam orta məktəbdə xidmətçi vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 08 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 4(032)-142/2025 nömrəli, 15 oktyabr 2025-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə, 12 fevral 2026-cı il tarixdə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 1 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 aprel 2015-ci tarixdə rəsmi ailə qurduğu Zərərçəkmiş şəxs ilə dəfələrlə şəxsi münasibətlər zəminində mübaisələr etməsi səbəbindən sonuncu onunla nikahını pozmaq qərarına gələrək 03 aprel 2025-ci il tarixdə bu məqsədlə Şirvan Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin 22 sentyabr 2025-ci tarixli qətnaməsi ilə nikahları pozulmuş, onun barışıb yenə də birgə yaşamaq cəhdlərinə baxmayaraq artıq keçmiş həyat yoldaşı olan Zərərçəkmiş şəxs onunla barışmaqdan imtina etməsindən hiddətlənib qisas almaq niyyəti ilə sonuncunu xüsusi amansızlıqla öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gələrək 06 oktyabr 2025-ci il tarixdə, saat 17 radələrində istifadəsində olmaqla etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomasının yük daşıma yerindən məişətdə istifadə etdiyi bıçağı götürərək Zərərçəkmiş şəxs uşaqları və valideyinləri ilə birgə yaşadıqları Şirvan şəhəri, H.Əliyev prospekti 48 nömrəli binanın 3-cü mərtəbəsinə qalxaraq 84 nömrəli mənzilin qarşısındakı dəhlizə gəlib gizlənərək Zərərçəkmiş şəxs evə qayıtmasını gözləmiş, bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs anası Şahid1 ilə yaşadıqları mənzilin 3-cü mərtəbəsində liftdən çıxarkən sonuncunun gözü qarşısında ona xüsusi əzab verdiyini dərk edərək Zərərçəkmiş şəxs yaxasından tutub liftdən zorla çıxararaq xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək məqsədi ilə özü ilə gətirdiyi bıçaqla çənəsinin sağ yarısına, sağ saidin orta 1/3-nin arxa-iç səthinə 2 ədəd, qarının yuxarı şöbəsinin sağ yan hissəsinə, qarının aşağ şöbəsinin sağ yan hissəsinə, sağ çanağın yuxarı qütbünə, sol budun yuxarı 1/3-nin tış səthinə, sol budun aşağı 1/3-nin tış səthinə, sağ sağrı nahiyəsinə, sağ budun yuxarı 1/3-nin arxa səthinə 2 ədəd, sağ baldırın yuxarı 1/3-nin iç səthinə sağlamlığa yüngül zərərvurmaya aid, sağ süd vəzi kəsişməsinə, sağ süd vəzinin alt hissəsinə döş boşluğuna keçən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər olan çoxsaylı deşilmiş-kəsilmiş bıçaq zərbələri endirərək Zərərçəkmiş şəxs sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib onun ölməsini zənn edərək blokun pilləkənləri ilə binanın damına qalxıb bıçağı zibil şaxtasına ataraq, özünü öldürmək məqsədi ilə üstündə gətirdiyi sirkə turşusunu qəbul edib şüşəsini tullamış, bir neçə dəqiqədən sonra yenidən hadisə törətdiyi yerə qayıdanda Lamiyə Qambayevanın ölmədiyinə əmin olub qəsdən onu xüsusi amansızqla öldürmək niyyətini başa çatdırmaqdan ötrü sonuncunun başından tutub pilləkən qəfəsinin döşəməsinə bir neçə dəfə vuraraq bədənin, o cümlədən bıçaq xəsarətləri yetirdiyi yaraları olan nahiyyələrinə əlləri və ayaqlari ilə zərbələr endirməklə Lamiyə Qambayevaya aşkar surətdə xüsusi ağrılar verərək sağ gözaltı nahiyəsinə qançır ilə nəticələnən və burun sümüyünün az yerdəşən sınığı kimi xəsarətlər yetirmiş, hadisə yerində olan Şahid1 və qışqırıq səslərinə bloka çıxan qonşuların müdaxiləsi, həmçinin Zərərçəkmiş şəxs dərhal “Şirvan şəhər Mərkəzi Xəstəxanası” PHŞ-ə yerləşdirilərək vaxtında tibbi yardım alması nəticəsində Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib sonuncunu xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi və ya CM) 29,120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs öldürmək fikrində olmamış, sadəcə olaraq Lamiyə ilə barışmaq niyyəti ilə onu qorxutmaq istəmişdir. Son vaxtlar uşaqları ilə görüşə qadağa qoyulduğundan uşaqlarını görə bilməmiş, barəsində şayiələr yayaraq guya onun narkotik vasitələrdən istifadə etməsini demələri səbəbindən, “analiz” verərək, narkotik istifadəçisi olmamasını sübut etmişdir. O, təhsil müəssisəsində işləmişdir. Dəfələrlə Lamiyənin evinə onunla barışmaq üçün adamlar göndərsə də heç bir nəticəsi olmamışdır. Bütün bunlara görə özünü öldürmək istəmişdir. Dəfələrlə Lamiyəyə gəl boşanmayaq demişdir. Əməlindən peşmandır, sevinir ki, Lamiyə ölməyib və uşqları anasız qalmayacaqdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, nikahları məhkəmə qaydasında pozulana kimi barışmağa cəhdlər etmişdir. Hadisə günü Lamiyə və onun anası ilə söhbət etməmiş, sərxoş olduğu üçün Lamiyəyə neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. Bıçaq zərbələrini Lamiyənin bədəninin hansı nahiyələrinə vurduğunu da xatırlamır. Lamiyənin hərəkətlərindən bezdiyi üçün onu vurmuşdur. Lamiyəyə bıçaq zərbəsi vuranda o, anası Fərruxla biryerdə olmuşdur. O, Lamiyəni dəfələrlə işə aparıb gətirdiyinə görə onun işdən nə vaxt evə qayıtdığını bilmişdir. O, Lamiyənin başını pilləkənin betonuna vurmamış, ayaqları ilə ona zərbə vurmuşdur. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə 15 oktyabr 2025-ci il tarixdə vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, o, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, törətməkdə təqsirləndirildiyi cinayət əməlinin planlaşdırılması, nəzərdə tutulan icra mexanizmi, törədilmə şəraiti barədə işin hallarına uyğun ifadələr verərək göstərmişdir ki, anası X7 ilə birlikdə yaşamışdır. Şirvan şəhəri 9 nömrəli tam orta məktəbdə texniki işçi kimi fəaliyyət göstərmişdir. Onun aylıq əmək haqqısı təxminən 350 manat olmuşdur. Zərərçəkmiş şəxs onun arvadı olmuşdur. 28 aprel 2015-ci il tarixdən Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşlar. Onların bu evliliklərindən 2016-cı il təvəllüdlü Ayan və 2019-cu il təvəllüdlü Aysu adlı qızları olmuşdur. Ailə daxili münasibətləri əvvəl normal olmuşdur. Son bir il yarım müddət ərzində Lamiyə ilə münasibətləri gərginləşmişdir. Belə ki, ünvan 2 ünvanın ərazisində ev tikib satmaq istəmişdir. Bununla bağlı onlara müəyyən miqdarda maddi vəsait lazım olmuşdur. Ona görə Lamiyəyə bankdan ehtiyac krediti götürməsini tələb etmişdir. Sonuncu isə ona etiraz etmişdir. Buna görə mütəmadi aralarında sözlü mübahisələri olmuşdur. Bəzi mübahisələrində Lamiyəni döymüşdür. Bu müddət ərzində Lamiyə ilə iki dəfə ayrılmışlar. Lamiyə baş verənlərdən inciyib atasının yaşadığı ünvan 3 ünvanına getmişdir. Hər iki ayrılmalarında bir-birilərinə şans verərək barışmışlar. Sonuncu dəfə aralarında mübahisə 2025-ci il yanvar ayının sonunda baş vermişdir. Mübahisələrinin mövzusu qeyd etdiyi maddi məsələlər olmuşdur. Lamiyəyə bankdan ehtiyac krediti götürüb ona verməsini demişdir. Lamiyə isə buna etiraz etmişdir. Həmin vaxtdan sonra Lamiyə qızları ilə birlikdə atasının yaşadığı ünvan 3 ünvanında yaşamağa başlamışdır. Lamiyəyə dəfələrlə barışmağı təklif etmişdir. Sonuncu onun mesajlarına və zənglərinə cavab verməmişdir. Təxminən 2-3 ay sonra boşanma ilə bağlı məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Şirvan şəhər Məhkəməsində boşanmaları baş tutmuşdur. Həmin vaxtadək Lamiyə ilə barışacaqlarına ümidi olmuşdur. xx.xx.2025-ci il tarixdə Lamiyə, atası və müdafiəçisi ilə birlikdə yaşadıqları ünvan 2 ünvandan özünə və qızlarına aid bütün əşyalarını götürmüşlər. Həmin vaxt artıq Lamiyənin bir daha geri dönməyəcəyini başa düşmüşdür. Lamiyəni öldürmək barəsində düşünmüşdür. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində xalası nəvəsi Sahil Əliyev ilə görüşmüşdür. Sonuncu ilə birlikdə şəhərin İsmət Qayıbov adına parkın yanında yerləşən, şəhər əhalisi arasında “Kürün qırağı” adlanan çayxanada çay içmişlər. Şahid Əliyevlə söhbət edərək baş verən ailə daxili mübahisələrini düşünmək istəməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Sahili yaşadığı ünvan 4 ünvana gətirmişdir. İstifadəsində olan VAZ 2106 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid Əliyevin yaşadığı ünvanın qarşısında saxlamışdır. Sahil yaşadığı evə daxil olduqdan sonra bir qədər avtomobildə əyləşmişdir. Bu zaman baş verənlərin hamısının günahının Lamiyədə olduğu qənaətinə gəlmişdir. Sonuncunu bıçaqla qorxutmaq qərarına gəlmişdir. Lakin bu barədə Sahilə heç bir söz deməmişdir. Lamiyəni qorxutmaq niyyəti ilə avtomobilin baqajından məişətdə istifadə etdiyi qara qulplu, təxminən tiyəsinin uzunluğu 10 sm, ucu iti bıçağı götürüb arxa cibinə qoyaraq Lamiyənin hazırda yaşadığı Şirvan şəhəri, H.Əliyev prospekti, ev 48 ünvanına getmişdir. Lamiyənin saat 17 radələrində işdən qayıtdığını bilmişdir. Ona görə də xx.xx.2025-ci il tarixdə, saat 16:20 radələrində Şirvan şəhəri, H.Əliyev prospekti, ev 48 ünvanın yaxınlığında yerləşən “Odessa” adlı kafeyə pivə içməyə getmişdir. Təxminən 3 bakal pivə qəbul etdikdən sonra Lamiyənin yaşadığı ünvan 3 ünvanın yerləşdiyi 3-cü mərtəbəyə qalxaraq liftin qarşısında Lamiyəni gözləmişdir. Blokun 2-ci və 3-cü mərtəbəsinin arasında yerləşən, məhlənin qarşısının görsəndiyi pəncərədən Lamiyənin anası Fərrux ilə gəldiyini görmüşdür. Sonuncuların həmişə liftdən istifadə etdiklərini bildiyi üçün liftin qarşısında gözləmişdir. Liftin qapısı açılarkən heç bir söz demədən əli ilə Lamiyənin sinəsindən yapışıb özünə dartaraq sağ əlindəki bıçaqla ilk növbədə sinə və qarın nahiyəsinə bıçaq xəsarətləri yetirmişdir. Daha sonra hadisə zamanı ardıcıllığı xatırlamayaraq Lamiyənin bədən səthinə sağ əlindəki bıçaqla xəsarətlər yetirmişdir. Bu vaxt Lamiyə və anası Fərrux qışqırmışdır. Hadisə yerində üçü olmuşdur. O, yetirdiyi bıçaq xəsarətlərindən Lamiyənin öləcəyini düşünmüş və pilləkənlərlə blokun yuxarı mərtəbələrinə qalxmışdır. Yuxarı qalxarkən bıçağı binanın şaxtasında olan zibil borusuna atmışdır. Binanın damına qalxaraq orada üzərində özünü öldürmək niyyəti ilə götürdüyü sıçovul dərmanı və sirkə turşusunu qəbul etmişdir. Daha sonra pilləkənlərlə aşağıya enmişdir. Lamiyənin hələ də orada olduğu və ətrafında bir neçə şəxsin sonuncuya kömək etdiyini görmüşdür. Qonşular onu gördükdə qaçmışlar. Lamiyənin anası Fərrux isə hələ də orada olmuşdur. O, bıçağı binanın şaxtasında olan zibil borusuna atdığı üçün bu səfər əli yalın Lamiyənin üzərinə hücum çəkmişdir. Sonuncunun saçından yapışaraq başını pilləkənin üzərinə vurmuşdur. Daha sonra xəsarət yetirdiyi yerlərinə əl-ayaq zərbələri vurmuşdur. Orada olan tanımadığı qadın cinsli qonşu ona əlindəki süpürgə ilə zərbələr vurmuşdur. Qonşular və Şahid1 Lamiyəyə xəsarət yetirməyinə mane olmuşlar. Artıq Lamiyənin halsız vəziyyətdə olduğunu görüb oradan uzaqlaşmışdır. Daha sonra “Üç barmaq” adlanan ərazi istiqamətində hərəkət etmişdir. Orada dayanmadan hərəkət etmişdir. İçdiyi zəhər və sirkə turşusundan öləcəyini düşünmüşdür. Həmin vaxt yolda olanlardan kömək istəsə də onun sərxoş olduğunu düşünüb ona kömək etməmişlər. Təqsirləndirilən şəxs 16 oktyabr 2025-ci il tarixli ifadəsində ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının CMnin 29, 120.2.4-cü maddəsi ilə elan edilmiş ittihamı qismən qəbul edir. xx.xx.2025-ci il tarixdə şəhər prokurorluğuna verdiyi ifadə də göstərdiyi xüsusatları təsdiq edir. Zərərçəkmiş şəxs ilə aralarında mübahisələr olmuş, bir neçə dəfə hətta sonuncunu döymüş, lakin onların mübahisələrinin mövzusu xəyanət və qısqanclıq olmamışdır. O, xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Lamiyəni qorxutmaq məqsədilə bıçaqla xəsarət yetirmək istəmişdir. İçkini qəbul etməkdə məqsədi həm Lamiyə gələnə qədər vaxt keçirtmək, həm də həmin kafe Lamiyənin yaşadığı Şirvan şəhəri, H.Əliyev prospekti, ev 48 ünvana yaxın olması olmuşdur. Sonuncuya yetirdiyi xəsarətləri qorxutmaq niyyəti ilə yetirmişdir. Bıçaq zərbələrinin sayını xatırlamamışdır. Özünü öldürmək məqsədilə siçovul dərmanı və sirkə turşunu içdikdən sonra Lamiyəni anasının yanında yenidən gördükdə qəzəblənib yenidən xəsarətlər yetirmişdir. Qəbul etdiyi zərərli maddələrin təsirdən taqəti qalmamış və Lamiyənin artıq halsız olduğunu görüb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs qorxutmaqda məqsədi onunla yenidən barışması olmuşdur. O, düşünmüşdür ki, Zərərçəkmiş şəxs bu formada cəzalandırsa onunla barışar. O, yaşamaq istəmədiyi üçün özünü öldürmək istəmişdir. Həmin vaxt dərmanı harada içməyini düşünə bilməmişdir. Siçovul dərmanı və sirkə turşusunu içdikdən sonra boğulmuş, aşağı mərtəbələrə enmişdir. O, zəhərlənmişdi. Lamiyəni yerdə gördükdən sonra qəzəblənib sonuncunu döyməyə başlamış, bədəninin müxtəlif yerlərinə əl-ayaq zərbələri vurmuşdur. O, hadisənin baş verdiyi blokda binanın damına qalxarkən və oradan hadisənin baş verdiyi 3-cü mərtəbəyə enərkən hər hansı bir şəxslə qarşılaşmamışdır. Hadisə yerində olan qonşulardan heç kimi tanımamışdır. Qoşularla heç biri ilə düşmənçilik və ədavəti olmamışdır. Onun məqsədi yalnız Lamiyəni qorxutmaq olmuşdur. Şahid1 qarşı həyat üçün təhlükəli heç bir hərəkət etməmişdir. O, Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin poliklina olan hissəsindən dönmüşdür. Lamiyə və digər hər hansı bir şəxsi gözləməmişdir. X11 dərman göstərdiyini hazırda xatırlamamışdır. O, xx.xx.2025-ci il tarixdə baş verən hadisədən əvvəl heç vaxt intihara cəhd etməmişdir. Onun heç kimdən xidməti və ya sair cəhətdən asılılığı olmamış, onunla heç kim amansız rəftar etməmiş, ləyaqətini mütəmadi olaraq alçaltmamış, onu hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma halı baş verməmişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı yanında bir dəfə vəkil olub. Videogörüntüyə baxandan sonra nə hərəkətlər etdiyini bilmişdir. Bıçaq zərbələrinin sayı çox göstərilib. Özünü öldürmək üçün sirkə və siçan dərmanı qəbul etmişdir. Sonda Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs öldürmək fikrinin olmadığını, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmək niyyətinin olmaması və buna cəhd belə etməməsi, Lamiyəni onunla barışması üçün qorxutmaq istəməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirmək məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında yuxarıda qeyd olunan məzmunda ifadə verməklə ittiham oldunğu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs Nəcmmədin qızı ifadəsində bildirmişdir ki, o, 6 oktyabr 2025-ci tarixdə, anası Şahid1 ilə işdən evə qayıdarkən, yaşadıqları binasının 3-cü mərtəbəsinə liftlə qalxmışlar, liftdən çıxarkən Turalın küncdə dayanıb onları gözlədiyini görmüş, Tural üzərinə gələrək onun yaxasından tutub özünə tərəf çəkmiş və əlində olan bıçaqla ona zərbələri endirmiş, zərbələr onun qarın boşluğuna və üz nahiyyəsinə yetirilmişdir. Tural onu vurarkən deyirmiş ki, “sənə dedim məndən ayrılma”. Anası onu qorumaq istədikdə Tural onu vuraraq yerə yıxmışdır. O, aldığı zərbələrdən müvazinətini itirib yerə yıxılmış, Tural onu yıxılmış vəziyyyətdə də bıçaqla vurmuşdur. Tural onun öldüyünü güman etdiyi üçün yaşayış binasının damına qalxmış, onların səsinə qonşular köməyə gəlmiş, özü təcili tibbi yardıma zəng edərək bıçaqlanması barədə məlumat vermişdi. Bir qədər sonra Tural yuxarı mərtəbədən ağzı köpüklənmiş şəkildə aşağı onun yanına gələrək “sən hələ ölməmisən” deyərək onun saçlarından tutaraq başını divara, pilləkənə çırpmış, bıçaq zərbələrinin olduğu yerlərə təpiklə vurmuş, qonşular onu Turalın əlindən zorla almışlar. Turaldan şikayətçidir onu bağışlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, hadisə olan günü qızı ilə birlikdə işdən çıxıb evə gəlirmiş, özü də xəstəxanada işləyir, yaşadıqları mənzilin olduğu mərtəbədə liftən çıxarkən hadisə baş vermişdi. Tural uşaqları da Lamiyəni də hədələyirdi, qorxudurdu, Lamiyəyə onu öldürəcəyini, güllə ilə vuracağını deyirdi, məktəbə gedərək böyük qızına demişdi ki, “sənin ananı öldürəcəm, onlar məni necə balalarımdan ediblərsə mən də onları balalarından edəcəm, anasının gözü qabağında göz dağı verəcəm onlara”, səbəb kimi də Lamiyənin ondan boşanmasını göstərirdi. Ötən ilin yanvar ayında Lamiyə uşaqları götürüb onlara gəlmiş, ona demişdir ki, ana bezmişəm, dözə bilmirəm artıq. Daha sonra Lamiyə boşanma ilə bağlı məhkəməyə ərizə vermişdir. Bundan sonra Tural Lamiyəni izləməyə başladı, ona görə də onu özü işə aparıb gətirirmiş, hadisə günü də Lamiyə ilə işdən evə gəlirmişlər, liftlə 3-cü mərtəbəyə qalxmışlar, liftən çıxarkən Tural Lamiyənin sinəsindən tutub özünə tərəf çəkərək demişdir ki, “sənə demişdim məndən boşanma”, həmin anda Tural Lamiyəni bıçaqla vurmağa başladı. Tural hadisə vaxtı onu itələyərək yerə yıxmışdır. Onkoloji xəstəlikdən əziyyət çəkir, Tural dəfələrlə Lamiyəyə demişdir ki, elə edəcəm ananın ölümü tezləşsin. Ötən ilin mart ayında Tural mənzillərinə gələrək, səs-küy salmış, Lamiyəni və uşaqları onlardan istəmişdir. Lamiyə artıq 10 ildir ki, Tural üçün banklara kredit ödəyir. Onlar da maddi köməklik göstərmişdir ki, Tural evi tikib başa çatdırsın. Sonra, Tural demişdir ki, evi satır. Tural Lamiyəni bıçaqladıqdan sonra, Lamiyənin öldüyünü düşünüb yuxarı mərtəbəyə qalxmış, aşağı düşdükdə isə Lamiyəyə “sən hələ ölməmisən” deyib Lamiyənin saçından tutub başını divara vurmuş, o, Lamiyənin başı betona zərbə ilə dəyməsin deyə öz ayağını Lamiyənin başının altına qoymuşdur. Qonşuların köməyi ilə Tural Lamiyədən əl çəkmişdir. Lamiyə özü təcili yardıma zəng edib məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, qonşu blokda, birinci mərtəbədə yaşayır, mənzilinin mətbəxində olan zaman səsküy gəldiyini eşitmiş, adətən kimsə rəhmətə gedəndə elə səslər gəlir, o, adətən xəstəliyi ilə əlaqədar səhər, günorta və axşam açıq havada gəzir, görmüşdür ki, uşaqlar səs-küyə tərəf qaçırlar, o, da 3-cü mərtəbəyə qalxarkən görmüşdür ki, Lamiyə və onun anası Fərrux yerdə yıxılı vəziyyətdə qışqırırlar. O, Turala demişdir ki, camaatı niyə vurursan?...polislər səni tutacaqlar. O, Lamiyəyə kömək məqsədi ilə yerdə olan süpürgəni götürərək Turalı iki dəfə qolundan vurmuşdur. Cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs anası Şahid1 gözləri qarşısında, ona xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla qəsdən öldürmək məqsədilə Lamiyyə Qanbayevanın bədəninin müxtəlif nahiyələrinə bıçaqla qəsdən çoxsaylı zərbələr vurmağa başlamış, Zərərçəkmiş şəxs həyatının təhlükədə olduğunu görüb, xilas olmaq üçün Təqsirləndirilən şəxs müqavimət göstərərək onu, kənarlaşdırmaq istəyərkən, o, cinayətkar niyyətini başa çatdırmaq məqsədilə aldığı bıçaq zərbələrinin təsirindən müvazinətini itirib yerə yıxılan Zərərçəkmiş şəxs, yerdə uzanıqlı vəziyyətdə olan sonuncunun anasının qızını vurmaması barədə qışqırıqlarına məhəl qoymayaraq xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək əlindəki bıçaqla bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirdiyi Zərərçəkmiş şəxs xəsarətlərinin üzərindən təpiklə və əlləri ilə yenidən qəsdən çoxsaylı zərbələr vurmuş, ona çənəsinin sağ yarısına, sağ saidin orta 1/3-nin arxa-iç səthinə 2 ədəd, qarının yuxarı şöbəsinin sağ yan hissəsinə, qarının aşağ şöbəsinin sağ yan hissəsinə, sağ çanağın yuxarı qütbünə, sol budun yuxarı 1/3-nin tış səthinə, sol budun aşağı 1/3-nin tış səthinə, sağ sağrı nahiyəsinə, sağ budun yuxarı 1/3-nin arxa səthinə 2 ədəd, sağ baldırın yuxarı 1/3-nin iç səthinə sağlamlığa yüngül zərərvurmaya aid, sağ süd vəzi kəsişməsinə, sağ süd vəzinin alt hissəsinə döş boşluğuna keçən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər olan çoxsaylı deşilmiş-kəsilmiş bıçaq xəsarətləri yetirmiş, bu zaman hadisə yerində olan anası Şahid1 qızı Zərərçəkmiş şəxs köməklik göstərib onu Təqsirləndirilən şəxs aralamaq məqsədilə əlləri ilə itələdikdən və qışqıraraq qonşuları köməyə çağırdıqdan sonra Təqsirləndirilən şəxs ani fürsət taparaq hadisə yerindən yuxarı mərtəbəyə doğru qaçaraq getmiş və o, Şahid1 müdaxiləsi, zərərçəkmiş Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərməsi və yaxınları tərəfindən “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X21 çatdırılaraq həkimlərin göstərdikləri ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işinin başlanması haqqında” 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 06 oktyabr 2025-ci il tarixdə, saat 17:40-da Şirvan Şəhər Polis Şöbəsindən xx.xx.1986cı il təvəllüdlü Zərərçəkmiş şəxs keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən bədəninin müxtəlif nahiyyələrinə 11 bıçaq zərbəsi vuraraq “Bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X21 daxil olması barədə Şirvan şəhər prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış 257c-25 nömrəli material üzrə Zərərçəkmiş şəxs keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqla çoxsaylı bədən xəsarətləri yetirilərək onu qəsdən öldürməyə cəhd etməsi faktı müəyyən edildiyindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.1) -“Cinayət işinin icraata qəbul edilməsi haqqında” 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir.(cild 1, i.v.2) -“Hadisə yerinin baxışının aparılması haqqında” 06 oktyabr 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 5 ünvanın yerləşdiyi üçüncü mərtəbənin liftinin girişinin qarşısıdır. Bina 9 mərtəbəlidir. Qeyd edilən mərtəbədə yerləşən lift pilləkənlar ilə qalxdıqda sol tərəfdə yerləşir. Liftin qapısını səma mavisi rəngdədir. Binanın daxilində divarların rəngi alt nahiyə sarı və üst nahiyə isə ağ rənglərlə boyanmışdır. Liftin qarşısında və liftin sol tərəfində yerdən 30 sm hündürlükdə qanabənzər ləkələr mövcuddur. Liftin sol tərəfindən 3-cü mərtəbəyə qalxmaq üçün istifadə olan pilləkənlərə qədər məsafə 285 sm, liftin sağ və sol tərəflərindəki divarların liftin qapısının eni ilə birlikdə ümumi məsafəsi 194 sm və liftin son tərəfindən 4-cü mərtəbəyə qalxma üçün istifadə olan pilləkənların başlanğıcına qədər olan məsafə 194 smdir. Liftin sağ tərəfindən ünvan 5 ünvanına getmək üçün istifadə olunan dəhlizin eni 85 sm, uzunluğu isə 197 sm-dir. ünvan 5 ünvanına daxil olmaq üçün istifadə olunan birinci dəhlizin qarşında qanabənzər ləkə aşkar edilmədi. Zərərçəkmiş şəxs yaşadığı ünvana keçmək üçün istifadə olunan birinci dəhliz qapısı taxta materialdan olmaq ağ rənglidir. Qapının sol tərəfində yaşıl rəgli dolab var. Dolabın üzərində plastik materialdan boş su bidonları, kardon qutu, plastik materialdan qara rəngli iki ədəd meyvə səbəti və müxtəlif iş üçün əhəmiyyət kəsb etməyən məişət əşyaları var. Hadisə yerinə baxış zamanı liftin qarşısında və liftin içərisində olan qanabənzər ləkələrdən nümunələr müvafiq qaydada qablaşdırılaraq götürüldü.(cild 1, i.v.5-14) -“Götürmə aparılması və baxış keçirilməsi haqqında” 06 oktyabr 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar: Ağ rəngli pambıq materialından olan uzunqol yaxalıqlı köynək düyməsizdir. Köynəyin boyun hissəsində qara rəngli etiket var. Etiketdə “46” rəqəmi yazılmışdır. Köynəyin rəngi ağ olmaqla üzərində çoxlu sayda qara rəngli xırda ölçülü dairələr var. Köynək Zərərçəkmiş şəxs əynində olarkən ona nisbətdə sağ aşağı nahiyəsində zədələr aşkar edildi. Qeyd edilən nahiyəndə daha çox olmaqla, sağ qolunda, sinə nahiyəsində qana bənzər ləkələr mövcuddur. Bej rəngli qolsuz mayka. Zərərçəkmiş şəxs məxsus mayka ortadan kəsilmiş vəziyyətdədir. Sonuncu üzərində olmuş köynəyin üzərində olan analoji zədə izləri və qanabənzər zədələr maykada müşahidə olunur. Qara rəngli gödəkcə. Zərərçəkmiş şəxs əynində olmuş gödəkcənin qarın, sağ aşağı və kürək nahiyələrində zədə izləri aşkar edildi. Qara rəngli şalvar. Zərərçəkmiş şəxs əynində olmuş şalvarın hər iki ayağının arxa nahiyəsində zədə izləri var.(cild 1, i.v.19-32) -“Götürmə aparılması və baxış keçirilməsi haqqında” 06 oktyabr 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 hadisə vaxtı əynində olmuş paltar: Mavi rəngli, üzərində qəhvəyi və qara rəngli bəzəkləri olan boğazı düyməli olan yarım qollu köynəyin üzərində qana bənzər ləkələr müəyyən edildi.(cild 1, i.v.36-40) -“Götürmə aparılması və baxış keçirilməsi haqqında” 06 oktyabr 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus telefon “Samsung” markalıdır. Telefonun ön tərəfində düymə yoxdur. Arxa tərəfi açıq bənövşəyi rəngdədir və sol yuxarı küncündə 3 ədəd kamera mövcuddur. Telefonda olan “Whatsapp” sosial şəbəkəsinə daxil olduqda müxtəlif nömrələrdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nəcmədddin qızına barışmaq məqsədilə yazdığı mesajların olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs telefonuna baxış zamanı yaşadığı ünvan 6 ünvanın girişində olan müşahidə kamerasında qeydə alınan görüntülərin izlənilməsi üçün nəzərdə tutulmuş proqramın olması müşahidə edildi. Görüntülərə baxış zamanı kameranın qeydə alma diametrinin yalnız ünvanın giriş hissəsinin olduğu müəyyən edildi. Görüntülərə baxış zamanı xx.xx.2025-ci il tarixdə, saat 17:05:21-də anidən qışqırıq səslərinin gəlməsi müəyyən edildi. Saat 17:06:23-də Zərərçəkmiş şəxs anası Şahid1 qışqıraraq kömək istəmişdir. Saat 17:07:39-da iki qadın cinsi qonşu telefonla zəng etmişdir. Qeyd edilən qonşu qadının hadisənin baş verdiyi ünvanı deməsi qeydə alınmışdır. Saat 17:10:41-də 3 nəfər qonşu qadının liftin arxasındakı dəhlizə gəldiyi müəyyən edildi. Həmin vaxt yenidən qışqırıq səsləri yüksəldi. Saat 17:10:44-də “Ölməmisən?” deyildiyi qeydə alındı. Saat 17:10:59-da bir nəfər qadın cinsli, nisbətən yaşlı qonşunun dəhlizdən süpürgə götürərək baş verən hadisəyə müdaxilə etməsi müəyyən edilmişdir. Saat 17:13 dan qışqırıq səsləri kəsildi. Daha sonra qonşulara Zərərçəkmiş şəxs kömək etmişlər. Foto çəkilişlər aparıldı, video görüntü diskə köçürülərək qeydə alındı və digər texniki vasitələrdən istifadə edilmədi.(cild 1, i.v.44-51) -“Cinayət qanunu ilə nəzəzrdə tutulmuş əməli törətməsi ehtimal olunan şəxsin tutulması haqqında” 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir.(cild 1, i.v.59-60) -“Baxış keçirilməsi haqqında” 07 oktyabr 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan VAZ 2106 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçilmişdir. Avtomobil mavi rəngdədir, avtomobildən Təqsirləndirilən şəxs məxsus telefon aşkar edilərək götürülmüşdür, avtomobildə iş üçün əhəmiyyət kəsb edəcək və qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir.(cild 1, i.v.85-89) -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X14 08-10 oktyabr 2025-ci il tarixli 3 arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə “Kəskin peros sirkə turşusu ilə zəhərlənmə. Ağır dərəcə. Dodaqların, ağız boşluğunun, dilçəyin, damaq badamcıqlarının, yuxarı tənəffüs yollarının, qida borusunun, mədənin kimyəvi yanığı. Hemoliz. Ekzotoksik şok”. diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ümumi vəziyyətinin ağırlığı ilə əlaqədar dindirilməsi mümkün deyildir.(cild 1, i.v.94,103,108) -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X14 11, 12, 13, 14 oktyabr 2025-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə “Kəskin peros sirkə turşusu ilə zəhərlənmə. Ağır dərəcə. Həzm orqanlarının kimyəvi yanığı. Hemoliz. Ekzotoksik şok”. diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs ümumi vəziyyətinin ağırlığı ilə əlaqədar dindirilməsi məqsədəuyğun deyildir.(cild 1, i.v.110-114) -“Axtarışda olan şəxsin tutulması haqqında” 08 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində tutularaq aidiyyəti üzrə təhvil verilmişdir.(cild 1, i.v.116) -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X14 15 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, xəstəxananın cərrahiyyə şöbəsində stasionar müalicə alan Təqsirləndirilən şəxs vəziyyəti qənaətbəxşdir, medikomentoz müalicəyə ehtiyac yoxdur özü qidalanır.(cild 1, i.v.120) Məhkəmə tərkibi hesab edir ki, Şirvan ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən tərtib olunmuş “axtarışda olan şəxsin tutulması haqqında” 08 oktyabr 2025-ci il tarixli protokol formal xarakter daşıyır. Belə ki, cinayət işinin materiallarında olan Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən gündəlik tərtib olunaraq Şirvan ŞPŞ-nə təqdim olunmuş arayışların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2025-ci il tarixdə xəstəxananın reanimasiya şöbəsinə ağır vəziyyətdə daxil olmuş, reanimasiya şöbəsində müalicə olunduğu müddətdə, yəni 08 oktyabr 20025-ci il tarixdə güya Şirvan ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. Həmçinin Şirvan Şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuş 15 oktyabr 2025-ci il tarixli arayışın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixədək xəstəxananın cərrahiyyə şöbəsində stasionar müalicə almışdır. -“Cinayət işi üzrə əməlin hüquqi tövsifi haqqında” 15 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 29,120.2.4-cü maddəsinə tövsif edilmişdir.(cild 1, i.v.121-122) -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Şirvan Şəhər Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 4(032)- 142/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 oktyabr 2025-ci il tarixdən hesablanmışdır.(cild 1, i.v.132-133, 151-156) -“Götürmə aparılması və baxış keçirilməsi haqqında” 15 oktyabr 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarlar- qara rəngli cins şalvar, şalvarın üzərində zədə aşkar edilmədi. Şalvarın ön tərəfində ləkələr mövcuddur. Qara dəri kəmər. Kəmərin üzərində hər hansı zədə aşkar edilmədi. Ağ fonda bəzəkli alt paltarı, üzərində hər hansı zədə aşkar edilmədi. Qara idman ayaqqabısı. Ayaqqabının altı ağ rənglidir. Sağ ayaq üçün olan ayaqqabının sağ tərəfində zədə aşkar edilmişdir.(cild 1, i.v.161-162) -“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X14 24 oktyabr 2025-ci il tarixli, 18-1-35/2- 1282/2025 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2025-ci il tarixdə X5 Yardım şöbəsinə “sirkə turşusu ilə zəhərlənmə” diaqnozu ilə daxil olmuş, ambulator müalicə edilmişdir. Xəstənin xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə “T54.2 Aşındırıcı turşular, bənzər maddələrin toksik təsiri” diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in cərrahiyyə şöbəsində stasionar müraciəti qeydə alınmışdır. Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyata alınmamışdır.(cild 1, i.v.188-212) -“Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 29 oktyabr 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs hadisəni, baş verdiyi yerdə əyani şəkildə göstərməklə, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(cild 1, i.v.219-221) -“Telefona baxış keçirilməsi haqqında” 31 oktyabr 2025-ci il tarixli protokoldan, protokola əlavə edilmiş videogörüntüdən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon “Redmi 9T” markalıdır. Telefonun ön tərəfində düymə yoxdur. Arxa tərəfi mavi rəngdədir və sol yuxarı küncündə üç ədəd kamera mövcuddur. Baxış zamanı “Chrome” axtarış proqramının tarixçəsində xx.xx.2025-ci il tarixdə tətbiqdən istifadə edərək “adam öldürmek kuranda” və “mis dermani insani oldururmi” mövzularda axtarış verildiyi müəyyən edildi. Telefonda araşdırma üzrə əhəmiyyət kəsb edəcək başqa hər hansı məlumat aşkar edilməmişdir.(cild 1, i.v.238-240) -“Məhkəmə-tibbi ekspertizası”nın 30 oktyabr 2025-ci il tarixli, 604 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır.(cild 2, i.v.146-148) -“Məhkəmə-tibbi ekspertizası”nın 13 noyabr 2025-ci il tarixli, 561 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunn xəsarətlər-sağ gözaltı nahiyədə qançır (1-ci), burun sümüyünün az yerdəyişən sınığı (2-ci )-küt əşya təsirindən törənmiş, çənənin sağ yarısında (3-cü), sağ saidin orta 1/3-nin arxa-iç səthində 2 ədəd (4-5-ci), ön qoltuq xətti üzrə sağ süd vəzi kəsişməsində (6-cı), sağ süd vəzinin alt hissəsində (7-ci), qarının yuxarı şöbəsinin sağ yan hissəsində (8-ci), qarının aşağı şöbəsinin sağ yan hissəsindəı (9-cu), sağ çanağın yuxarı qütbündə (10-cu), arxa qoltuq xətti üzrə 6-7 qabırğa kəsişməsində drenaj boru yeri (11-ci), sağ qasıq nahiyyəsində drenaj boru yeri (12-ci), göbəkdən qasıq nahiyyəsinədək kəsilmiş yara (tibbi manipulyasiya 13-cü), sol budun yuxarı 1/3-nin tış səthində (14-cü), sol budun aşağı 1/3nin tış səthində (15-ci), sağ sağrı nahiyəsində (16-cı), sağ budun yuxarı 1\3-nin arxa səthində (17 və 18-ci), sağ baldırın yuxrı 1\3-nin iç səthində (19-cu) deşilmiş-kəsilmiş yaralar-iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 06 oktyabr 2025-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi və ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Ayrılıqda götürüldükdə, sağ gözaltı nahiyəsində aşkar olunan qançır sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğuna görə dərəcəsi təyin edilmir. Burun sümüyünün az yerdəyişən sınığı tənəffüsün çətinləşməsi ilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Döş qəfəsinin sağ yarısında aşkar edilən 6-7 yaralar döş boşluğuna keçdiyinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Arxa qoltuq xətti üzrə 6-7 qabırğa kəsişməsində drenaj boru yeri, sağ qasıq nahiyyəsində drenaj boru yeri və göbəkdən qasıq nahiyyəsinədək kəsilmiş yara-tibbi manipulyasiya zamanı yetirilmişdir, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir. Tbbi manipulyasiya zamanı yetirilən xəsarətlərə ağırlıq dərəcəsi verilmir.(cild 2, i.v.150-153) -“Məhkəmə-tibbi ekspertizası”nın 24 noyabr 2025-ci il tarixli, 582 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər- hər iki dodağın qırmızı haşiyəsində, dildə və udlaqda nekroz ocaqları-kimyəvi maddə, ola bilsin sirkə turşusunun yerli təsirindən törənmiş, müddəti qərarın təsiviri hissəsində göstərilən 07 oktyabr 2025-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Təqsirləndirilən şəxs intihar məqsədilə sirkə turşusu qəbul etməsi inkar olunmur. Həmin xüsusatın dəqiqləşdirilməsində araşdırma materialları əhəmiyyət kəsb edə bilər.(cild 2, i.v.155-157) -“Maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspertizası”nın 21 noyabr 2025-ci il tarixli, 461-2025/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində sağ yarısının aşağı hissəsində 03 (üç) ədəd, ön səthinin sağ yarısının orta hissəsində 02 (iki) ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 08 (səkkiz) ədəd), köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sağ yarısının orta hissəsində 06 (altı) ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 08 (səkkiz) ədəd); pencəyin ön səthinin sağ yarısının orta hissəsində 02 (iki) ədəd, ön səthinin orta nahiyəsinin orta hissəsində 03 (üç) ədəd və arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 06 (altı) ədəd); şalvarın sağ ayaqlığının ön səthinin orta hissəsində 01 (bir) ədəd, sağ ayaqlığının arxa səthinin yuxarı hissəsində 02 (iki) ədəd, sol ayaqlığının arxa səthinin yuxarı hissəsində 01 (bir) ədəd və sol ayaqlığının arxa səthinin ora hissəsində 01 (bir) ədəd (cəmi 05 (beş) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs məxusu şalvar, kəmər, tuman və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və Şahid1 məxsus köynək üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alaraq, onların istiqamətləri aşağıdakı kimi ola bilərdi: sağ çənə nahiyəsində bir ədəd, döş qəfəsinin ön qoltuq xətti üzrə sağ süd vəzi kəsişməsində bir ədəd, sağ süd vəzinin alt hissəsində bir ədəd, qarının yuxarı şöbəsinin sağ yan hissəsində bir ədəd yara, qarının aşağı şöbəsinin sağ yan hissəsində bir ədəd və sağ bud-çanağın yuxarı qütbündə bir ədəd deşilmişkəsilmiş yaraların istiqaməti öndən-arxaya doğru, sağ saidin orta 1/3-nin arxa-iç səthində iki ədəd deşilmiş-kəsilmiş yaraların istiqaməti arxadan önə və bir qədər soldan-sağa doğru, sol budun yuxarı 1/3-nin tış səthində bir ədəd, sol budun aşağı 1/3-nin tış səthində bir ədəd, sağ sağrı nahiyəsində bir ədəd, sağ budun yuxarı 1/3-nin arxa səthində iki ədəd və sağ baldırın yuxarı 1/3-nin iç səthində bir ədəd deşilmiş-kəsilmiş yaraların isə istiqamətləri arxadan önə doğru ola bilərdi. Tibbi sənəddə Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların yara kanalı barədə hər hansı məlumatı verilmədiyindən, həmin xəsarətlərin yetirilmə istiqamətləri haqqında daha dəqiq fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş xəsarətlərin xarakterinə görə demək olar ki, həmin xəsarətlər birbaşa iz törədən alət (alətlərlə) təmas məsafəsindən əmələ gələ bilərdilər.(cild 2, i.v.159-173) -“Maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizası”nın 14 noyabr 2025-ci il tarixli, 698/2025-TBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qan qrupu 0/1/(şəxsiyyət vəsiqəsindən). Təqsirləndirilən şəxs qan qrupu A/İİ/(şəxsiyyət vəsiqəsindən). Şahid1 qan qrupu A/İİ/(şəxsiyyət vəsiqəsindən). Ekspertizaya təqdim olunmuş 02 ədəd plastik çubuğa sarınmış pambıq, Zərərçəkmiş şəxs məxsus şalvar, pencək, köynək, mayka, Təqsirləndirilən şəxs məxsus cins şalvar, bir cüt ayaqqabı, Şahid1 məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Bu antigen 0(İ) qan qrupunun əsasını təşkil edir. Beləliklə bu qan ləkələri ABo sistemi üzrə 0(İ) qruplu bir şəxsə o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus alt tumanda üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı.(cild 2, i.v.175-181) -“Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın 21 noyabr 2025-ci il tarixli, 3953 nömrəli rəyində göstərilmişdir ki, məhkəmə-psixatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki psxiatrik müayinənin nəticələri və. s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, şahidi ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi hadisədən sonra içdiyi sirkə turşusu ilə özünü zəhərləməsi hər hansı psixi xəstəliklə əlaqədar olmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs qısamüddətli psixopatik reaksiya keçirməsini ehtimal etmək olar. Hazırki psixiatrik müayinə zamanı Təqsirləndirilən şəxs psixi xəstəlik müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinəyə əsasən Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, eqosentrizm, konfliktə meyllilik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağadakı kimi cavablandılır: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə cinayət əməlini törədərkən onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməl Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, xarakterik xüsusiyyətlərində kobudluq, eqosentrizm, konfliktə meyllilik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb, çılğınlıq yaranaraq psixopatik reaksiya halını keçirmişdir. Həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə sərtləşmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır.(cild 2, i.v.183-187) -“Ambulator məcburi-narkoloji tibbi yoxlamanın” 07 noyabr 2025-ci il tarixli, 7010 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 2, i.v.191-193) -“Sübutların qiymətləndirilməsi haqqında” 09 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli nazik gödəkçə, 01 ədəd ağ rəngli köynək, 01 ədəd bej rəngli mayka, 01 ədəd qara rəngli şalvar, Şahid1 məxsus 01 ədəd mavi rəngli köynək, Təqsirləndirilən şəxs məxsus qara rəngli cins şalvar, qara rəngli dəri kəmər, 01 ədəd ağ rəngli tuman və 01 cüt qara rəngli idman ayaqqabısı və mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün Şirvan şəhər prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir.(cild 2, i.v.206-231) -“Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 09 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur.(cild 2, i.v.234-235) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün:- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmək niyyətinin olmaması və buna cəhd belə etməməsi, onu yalnız evinə qayıtması üçün qorxutmaq istəməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, ibtidai istintaq zamanı özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələri və toplanmış digər sübutların məcmusu ilə təkzib edilir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə 15 və 16 oktyabr 2025-ci il tarixində verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Lamiyə, atası və müdafiəçisi ilə birlikdə yaşadıqları ünvan 2 ünvandan özünə və qızlarına aid bütün əşyalarını götürmüşlər. Həmin vaxt artıq Lamiyənin bir daha geri dönməyəcəyini başa düşdyüyü üçün Lamiyəni öldürmək barəsində düşünmüşdür. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, Lamiyənin hərəkətlərindən bezdiyi üçün onu vurmuşdur. Həmçinin, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı tefona yüklənmiş proqramda olan görüntülərdən və səs yazısından müəyyən olunur ki, təqsirlənndirilən şəxs 06 oktyabr 2025-ci il tarixdə, saat 17:10:44-də zərərçəkmiş şəxsə “Ölməmisən” deyə qışqırmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus “Redmi 9T” markalı “telefona baxış keçirilməsi haqqında” 31 oktyabr 2025-ci il tarixli protokolda və protokola əlavə edilmiş videogörüntüdə, telefona yüklənmiş “Chrome” axtarış proqramının tarixçəsində xx.xx.2025-ci il tarixdə “adam öldürmek kuranda” və “mis dermani insani oldururmi” mövzularda axtarışlar verilməsi müəyyən edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmək niyyətinin olmaması və buna cəhd belə etməməsi, onu yalnız qorxutmaq niyyətinin olması hissəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində, Zərərçəkmiş şəxs ilə dəfələrlə şəxsi münasibətlər zəminində mübaisələr etməsi səbəbindən sonuncunun onunla nikahını pozmaq qərarına gələrək xx.xx.2025-ci il tarixdə bu məqsədlə Şirvan şəhər məhkəməsinə müraciət etməsi və məhkəmənin xx.xx.2025-ci tarixli qətnaməsi ilə boşanmsı, özünə məxsus əşyaları 04 oktyabr 2025-ci il tarixdə yaşadıqları mənzildən götürməsi səbəbindən, onun barışıb yenə də birgə yaşamaq cəhdlərinə baxmayaraq artıq keçmiş həyat yoldaşı olan Zərərçəkmiş şəxs onunla barışmaqdan imtina etməsindən hiddətlənib qisas almaq niyyəti ilə sonuncunu xüsusi amansızlıqla öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gələrək, Şirvan şəhəri, H.Əliyev prospekti 48 nömrəli binanın 3-cü mərtəbəsinə qalxaraq 84 nömrəli mənzilin qarşısındakı dəhlizə gəlib gizlənərək, Zərərçəkmiş şəxs evə qayıtmasını gözləmiş, idarə etdiyi VAZ 2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomasından götürdüyü bıçaqla həmin tarixdə, Zərərçəkmiş şəxs anası Şahid1 ilə yaşadıqları mənzilin 3-cü mərtəbəsində liftdən çıxarkən sonuncunun gözü qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla qəsdən öldürmək məqsədilə qızı Zərərçəkmiş şəxs liftən çıxan zaman yaxasından tutub xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək məqsədi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə özü ilə gətirdiyi bıçaqla qəsdən çoxsaylı zərbələr vuraraq, çənəsinin sağ yarısına, sağ saidin orta 1/3-nin arxa-iç səthinə 2 ədəd, qarının yuxarı şöbəsinin sağ yan hissəsinə, qarının aşağ şöbəsinin sağ yan hissəsinə, sağ çanağın yuxarı qütbünə, sol budun yuxarı 1/3-nin tış səthinə, sol budun aşağı 1/3-nin tış səthinə, sağ sağrı nahiyəsinə, sağ budun yuxarı 1/3-nin arxa səthinə 2 ədəd, sağ baldırın yuxarı 1/3-nin iç səthinə sağlamlığa yüngül zərərvurmaya aid, sağ süd vəzi kəsişməsinə, sağ süd vəzinin alt hissəsinə döş boşluğuna keçən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər olan çoxsaylı deşilmiş-kəsilmiş bıçaq zərbələri endirərək Zərərçəkmiş şəxs sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs həyatının təhlükədə olduğunu görüb xilas olmaq üçün ona müqavimət göstərməyə, onu özündən uzaqlaşdırmağa çalışmış, lakin aldığı bıçaq zərbələrinin təsirindən müvazinətini itirərək yerə yıxılmış və yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs ölməsini zənn edərək, blokun pilləkənləri ilə binanın damına qalxaraq bıçağı zibil şaxtasına atmış, özünü öldürmək məqsədi ilə üstündə gətirdiyi sirkə turşusunu qəbul edib şüşəsini tullamış, bir neçə dəqiqədən sonra yenidən hadisə törətdiyi yerə qayıdanda Lamiyə Qambayevanın ölmədiyinə əmin olub, qəsdən onu xüsusi amansızqla öldürmək niyyətini başa çatdırmaqdan ötrü müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, yaralı vəziyyətdə olan sonuncunun başından tutub pilləkən qəfəsinin döşəməsinə bir neçə dəfə vuraraq bədənin, o cümlədən bıçaq xəsarətləri yetirdiyi yaraları olan nahiyyələrinə əlləri və ayaqlari ilə zərbələr endirməklə Lamiyə Qambayevaya aşkar surətdə xüsusi agrılar verərək sağ gözaltı nahiyəsinə qançır ilə nəticələnən və burun sümüyünün az yerdəyişən sınığı kimi xəsarətlər yetirmiş, bu zaman hadisə yerində olan Şahid1 və qışqırıq səslərinə bloka çıxan qonşuların müdaxiləsi, həmçinin Zərərçəkmiş şəxs dərhal “Şirvan şəhər Mərkəzi Xəstəxanası” PHŞ-ə yerləşdirilərək vaxtında tibbi yardım alması və həkimlərin göstərdikləri ixtisaslı tibbi yardım nəticəsində həyatının xilas olunması səbəbindən bilavasitə xüsusi amansızlıqla qəsdən adam öldürməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Hazırki iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin norması xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməni nəzərdə tutan Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs hərəkətində “xüsusi amansızlıq” əlamətinin olması barədə fikrini onunla əlaqələndirmişdir ki, Zərərçəkmiş şəxs yaxın qohumu yəni, anası Şahid1 gözləri qarşısında, ona xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla Zərərçəkmiş şəxs onu öldürməməsi üçün özündən itələyərək müqavimət göstərməsinə və müvazinətini itirərək yerdə uzanıqlı, yaralı və köməksiz vəziyyətdə olmasına məhəl qoymayaraq xüsusi əzab və iztirab verdiyini dərk etməklə və bunu arzulamaqla, müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirərək qəsdən xüsusi amansızlıqla öldürmək məqsədilə sonuncunun başından tutub pilləkən qəfəsinin döşəməsinə bir neçə dəfə vuraraq bədənin, o cümlədən bıçaq xəsarətləri yetirdiyi yaraları olan nahiyyələrinə əlləri və ayaqlari ilə zərbələr endirməklə Lamiyə Qambayevaya aşkar surətdə xüsusi agrılar verərək sağ gözaltı nahiyəsinə qançır ilə nəticələnən və burun sümüyünün az yerdəyişən sınığı kimi bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə o, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -X2 Sistemi Məhkumluq haqqında 22 oktyabr 2025-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 1, i.v.185) -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X17 Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 yanvar 2026-cı il tarixli, 156 və 05 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatda olmaqla anası ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(cild 2, i.v. 65-66) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində az yaşlı uşaqlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir”. Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsində göstərilmişdir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 63.3-cü maddəsi ilə bu hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 15 oktyabr 2025-ci il tarixdən hesablanmalı, Şirvan Şəhər Məhkəməsinin 4(032)-142/2025 nömrəli, 15 oktyabr 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Şirvan Şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli nazik gödəkçə, 01 ədəd ağ rəngli köynək, 01 ədəd bej rəngli mayka, 01 ədəd qara rəngli şalvar, Şahid1 məxsus 01 ədəd mavi rəngli köynək, Təqsirləndirilən şəxs məxsus qara rəngli cins şalvar, qara rəngli dəri kəmər, 01 ədəd ağ rəngli tuman və 01 cüt qara rəngli idman ayaqqabısı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır, həmçinin ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-1, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, 15 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Şirvan şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli nazik gödəkçə, 01 ədəd ağ rəngli köynək, 01 ədəd bej rəngli mayka, 01 ədəd qara rəngli şalvar, Şahid1 məxsus 01 ədəd mavi rəngli köynək, Təqsirləndirilən şəxs məxsus qara rəngli cins şalvar, qara rəngli dəri kəmər, 01 ədəd ağ rəngli tuman və 01 cüt qara rəngli idman ayaqqabısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Şirvan şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus “Redmi 9T” markalı mobil telefon, hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır, həmçinin ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar