Məhkəmə qərarları › İş №1(4-5)-16/2026

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-16/2026

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-16/2026 12.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - X9 (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun qanuni nümayndəsi (anası) Qanuni nümayəndə, Mütəxəssis - Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının Böyük məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, Biləsuvar rayonu, Çaylı kəndində yaşamış, 19 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Biləsuvar Rayon Məhkəməsinin 4(022)-38/2025 nömrəli, 21 oktyabr 2025-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 fevral 2026-cı il tarixdə, saat 12:35-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 1 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 19 oktyabr 2025-ci il tarixdə, saat 17 radələrində Biləsuvar rayonu, Çaylı kəndində özünə məxsus fərdi yaşayış evində on dörd yaşına çatmayan 26 avqust 2018-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs öz evinə gətirdikdən sonra orada sonuncunun köməksiz vəziyyətindən istifadə edərək qucaqlayıb üzündən və dodaq nahiyəsindən öpmüş, daha sonra Zərərçəkmiş şəxs cinsiyyət orqanına əli ilə toxunmuş sonuncu oradan uzaqlaşmaq istəyərkən o, zor tətbiq etməklə Zərərçəkmiş şəxs sağ qolundan və sol budundan tutaraq “sağ said nahiyəsinə sıyrıq və sol bud nahiyəsinə qançır” ilə nəticələnən sağlamlığa zərərvurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra öz zorakılıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs əynindəki şalvarını aşağı salaraq barmağını sonuncunun cinsiyyət orqanına salmış, bundan sonra öz əynindəki şalvarını aşağı salıb cinsiyyət orqanını çıxararaq Zərərçəkmiş şəxs cinsiyyət orqanından tutmasını tələb etməklə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib zor tətbiq edərək seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi və ya CM) 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs Rüqayyə və anası 3-4-gün olardı ki, onların qonşuluğuna köçmüşdür. O, Rüqayyəni və onun qardaşını öz balası kimi evə çağırmış, Rüqayyəni çox istədiyindən üzündən öpmüşdür. Rüqayyəyə qarşı başqa heç bir zorakılıq hərəkətləri etməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olsa da hazırda ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Çaylı kəndində yaşayır. Evlidir, himayəsində iki azyaşlı övladı var, günəmuzd fəhlə işləyir. 19 oktyabr 2025-ci il tarixdə, saat 17 radələrində yaşadığı evin həyətində olan zaman qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ona yaxınlaşaraq arvadı Məleykə Məmmədovanın zəng etdiyini demişdir. Rüqayyədən telefonu alıb arvadı Məleykə ilə danışmışdır. Telefonla danışarkən arvadından evə nə vaxt gələcəyini soruşduqda, arvadı “evdə ol gələcəm” deyə bildirmişdir. Telefonu qaytardıqdan sonra Rüqəyyanı və qardaşı Ruhidi televizora baxmaq üçün evinə dəvət etmişdir. Evə gəldikdən sonra televizoru işə salmışdır. Rüqayyə öz qardaşı ilə küçədə oturduğu üçün onları evə televizora baxmağa və çay içməyə dəvət etmiş, onlara çay süzmək istəsə də onlar imtina etmişdir. Onlar bir müddət televizora baxmışlar, Rüqayyənin üzündən öpmüşdür. Həmin vaxtı evdə başqa adam olmamışdır. O, uşaqları evə dəvət edərkən Rüqayyənin anası Vüsalə öz evlərinin həyətində olmuşdur. Rüqayyəni öz balası kimi çox istədiyindən onu öpmüşdür. Rüqayyənin şalvarını aşağı çəkməmiş, nə də ki, öz cinsiyyət orqanını ona göstərməmişdir. Həmin vaxt küçədən avtomobil səsi gəlmiş, Ruhiddən küçəyə çıxıb baxmasını istəmişdir. Ruhid də küçəyə çıxmışdır. O, Ruhidi çölə göndərərkən ona demişdir bax gör avtomobil gəlir, gələn kimdi. İbtidai istintaqda verdiyi ifadələri düzdür, ona qarşı heç bir fiziki təsir göstərilməmişdir. Ruhidi çölə baxmağa o, göndərmişdir. Rüqayyənin anası, xalası və bir də taksi sürücüsü yaşadığı evə gəlmişlər. Vüsalə ona acıqlanaraq bir şillə vurmuş, o da Vüsaləyə birdə belə səhv etməyəcəyini demişdir. Bir qədər sonra polis əməkdaşları yaşadığı evə gələrək barəsində şikayət olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Etdiyi səhvi başa düşür və peşmandır. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində 07 yanvar 2025-ci il tarixdə müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olsa da hazırda ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Çaylı kəndində yaşayır. Evlidir, himayəsində iki azyaşlı övladı vardır, fərdi əməklə, yəni günəmuzd fəhlə işləyərək əldə etdiyi gəlirlə ailəsini dolandırır. 19 oktyabr 2025-ci il tarixdə, saat 17 radələrində yaşadığı evin həyətində olan zaman qonşuluqda yaşayan 7 yaşlı Zərərçəkmiş şəxs ona tərəf yaxınlaşaraq arvadı Məleykə Məmmədova zəng etdiyini demişdir. Rüqayyədən telefonu alıb arvadı ilə danışmışdır. Telefonla danışarkən arvadından evə nə vaxt gələcəyini soruşduqda, “evdə ol gələcəm” deyə bildirmiş, danışdıqdan sonra telefonu Rüqəyyaya geri qaytarmışdır. Telefonu qaytardıqdan sonra Rüqəyyanı və qardaşı Ruhidi televizora baxmaq adı ilə evə dəvət etmişdir. İlkin olaraq Rüqayyə və Ruhid evə gəlmək istəməmişdir. Buna görə də Rüqayyənin əlindən tutub evə gətirmiş, bunu görən Ruhid də onun ardınca evə gəlmişdir. Evə gəldikdən sonra televizoru işə salmışdır. Həmin vaxt küçədən maşın səsi gəlmiş, evə kiminsə gələcəyini ehtimal edib Ruhiddən küçəyə çıxıb baxmasını istəmişdir. Ruhid də küçəyə çıxmışdır. Həmin vaxt Rüqayyəyə yaxınlaşaraq birinci üzündən öpərək “sən nə qəşəng uşaqsan” deyə bildirmiş, bundan sonra onun əynində olan şalvarı aşağı endirmişdir. Şalvarı aşağı endirdikdən sonra onun cinsiyyət orqanına əli ilə toxunmuşdur. Bundan ehtiraslanaraq əynindəki şalvarın remenini açıb cinsiyyət orqanını çıxarmaq istəyəndə Rüqayyə ona “get rədd ol” deyə qışqırıb şalvarını yuxarı qaldırıb otaqdan qaçaraq çıxmışdır. Küçədə gözləyən qardaşı Ruhidlə birlikdə qaçaraq uzaqlaşdılar. Təxminən 20-25 dəqiqədən sonra Rüqayyənin anası Vüsalə onun evinə gəlmişdir. Evə gəlib “qızıma qarşı niyə əxlaqsız hərəkətlər etmisən” deyə qışqırıb üzərinə hücum edərək onun üz və baş nahiyəsinə yumruqla zərbə vurmuşdur. Vüsaləyə “səhv etmişəm bir də etmərəm deyə söz verirəm” deyə cavab vermişdir. Bir neçə saatdan polis əməkdaşları yaşadığı evə gələrək barəsində şikayət olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu Çaylı kəndində yerləşən evdə qonşuluğunda yaşayır. Onlarla hər hansı şəxsi qərəzi olmamışdır. Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. X7 ilə evlənmiş, bu evlilikdən bir oğlan, biri qız olmaqla iki övladı vardır. Onlarla birlikdə Biləsuvar rayonu Çaylı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Rüqəyya Əbilovanın üzündən öpüb, əynində olan şalvarı aşağı endirsə də cinsiyyət orqanına barmağını salıb müdaxilə etməmişdir. Zərərçəkmiş şəxs sağ qol və bud nahiyəsindən əli ilə tutub sıxmamışdır. Etdiyi səhvi başa düşür, peşmandır, gələcəkdə qanunazidd hərəkətlərə yol verməyəcəkdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xoşu gəlirmiş, onu çox istədiyindən ona qarşı cinsi həvəsi yarandığı üçün əynində olan şalvarı aşağı endirmiş, bu zaman Rüqayyə otaqdan tələsik qaçaraq getmişdir. Rüqayyənin cinsiyyət orqanına barmağını salmamışdır.(i.v.178-181) Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 20 oktyabr 2025-ci il tarixdə keçirilmiş üzləşdirmə haqqında protokol elan edilərək tədqiq edilmişdir.(i.v.67-69) Protokol elan edildikdən sonra verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, müdafiəçinin iştirakı ilə ifadəsi alınmış, ifadəsi onun sözləri ilə düzgün yazılmış, ibtidai istintaqa ifadə verərkən təzyiq altında olmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında Zərərçəkmiş şəxs qarşı zorakılıq etmədiyini, Rüqəyya Əbilovanın üzündən öpdüyünü, əynində olan şalvarı aşağı endirsə də cinsiyyət orqanına barmağını salıb müdaxilə etmədiyini, Zərərçəkmiş şəxs sağ qol və bud nahiyəsindən əli ilə tutub sıxmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, uydurma, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini əsassız hesab edir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə tərkibi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, anası Qanuni nümayəndə və qardaşı Şahid4la birlikdə Biləsuvar rayonu, Çaylı kəndində yaşayır. Biləsuvar şəhərində, PMK-da yerləşən orta məktəbin 2-ci sinfində təhsil alır. 19 oktyabr 2025-ci il tarixdə saat 17 radələrində yaşadığı evin qarşısında küçədə qardaşı Şahid4 ilə oynayarkən qonşusu Rəfail adlı şəxs ona yaxınlaşaraq öz mobil telefonunda konturunun olmadığını deyərək telefonu ilə arvadına zəng etmək istədiyini demişdir. O, da özünə məxsus olan mobil telefonunu Rəfailə vermişdir. Rəfail onun mobil telefonu ilə arvadına zəng vurub danışdıqdan sonra telefonu ona qaytarmışdır. Bir qədər sonra Rəfailin yoldaşı Məleykənin nömrəsindən ona votsap vasitəsi ilə zəng gəldiyini gördüyü üçün telefonu aparıb Rəfailə vermişdir. Rəfail ondan telefonu alıb danışdıqdan sonra yenidən telefonu ona geri qaytarmışdır. Bundan sonra o, küçəyə qayıdaraq qardaşı ilə oynamağa davam etmiş, bu zaman Rəfail onlara yaxınlaşaraq televizora baxmağa dəvət etmiş, o isə istəmədiyini demiş, bundan sonra Rəfail onun və qardaşının əlindən tutaraq onları evə aparmışdır. Evdə onlardan başqa heç kim olmamışdır. Rəfail onlardan çay içmək istəyibistəməmələrini soruşmuş və onlar da çay içmək istəmədiklərini demişdilər. Daha sonra Rəfail qardaşı Ruhidə demişdir ki, çıx küçəyə bax gör arvad gəlir, Ruhid çölə çıxandan sora Rəfail gəlib onun şalvarını aşağı çəkmiş və cinsiyyət orqanına toxunmuşdur. Ruhid çölə baxıb qayıtdıqdan sonra Rəfail onu yenidən küçəyə baxmağa göndərmişdir. Rəfail ona yaxınlaşaraq öz cinsiyyət orqanın çıxarıb ondan cinsiyyət orqanına toxunmasını istəmişdir. O, toxunmaq istəməyərək get rədd ol burdan demişdir. Daha sonra o, evdən çıxıb getmək istəyəndə, Rəfail onun qolundan və qıçından tutduğu üçün onun canı ağrımışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Rəfail onun evdən çıxıb getmək istədiyini gördüyü üçün onun qolundan tutmuşdur ki, o, çıxıb getməsin. Rəfail ona demişdir ki, anana heç nə demə, o, da Ruhidə demişdir ki, “bu pis əmidi, qaçaq burdan”. Evə gedərək olanları anasına bildirmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərinin hamısını düz dediyini, Rüqayyənin əynində olan şalvarı aşağı çəkdiyini, amma heç nə etmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Çaylı kəndində yerləşən fərdi yaşayış evini hadisədən 5-6 gün əvvəl almışdır. Oğlu Şahid4 və qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Çaylı kəndində yaşadığı evi həmin vaxtı yeni aldığından ustalar təmir işləri aparırmış. O, Rəfaili iki gün əvvəl tanımış, onun yoldaşı Məleykəyə 10 manat məbləğində borc pul vermişdir. xx.xx.2025-ci il tarixdə, saat 15:30 radələrində evin həyətində ustalar təmir üçün materialları həyətə boşaldan zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ustalara kömək etdiyini görmüşdür. Ustalara kömək etdikdən sonra çıxıb getmiş, təxminən 15-20 dəqiqədən sonra evdə olarkən qızı Rüqayyə həyətdə bir nəfər kişinin gəlib gözləməsini, onu soruşduğunu bildirmişdir. Kim olmasını bilmək üçün evin həyətinə düşmüş, həyətdə onu çağıran şəxsin Rəfail olmasını görmüşdür. Rəfail ondan 5 manat məbləğində borc pul istəmiş, üzərində 50 manat pulunun olduğunu, xırdaladıqdan sonra arvadı Məleykənin də 10 manat borcunu pulla birlikdə 15 manatını verəcəyini bildirmiş, o da razılaşmışdır. Üstündən bir az keçmiş qızı Rüqayyə onu çağıraraq Rəfailin onu çağırdığını demişdir. Rəfail dəmir çəpərin çölündə dayanaraq ondan 50 manatı xırdalamasını və ona olan 15 manat pulu borcundan çıxmasını istəmişdir. Rəfail həmin vaxt Rüqayyənin adını bilmirmiş, Rəfail ona demişdir ki, pulu ver qıza gətirsin. Bir qədər sonra Rüqayyə ona demişdir ki, Rəfail zəng etmək üçün ondan telefon istəyib. Rəfailin yoldaşı uşaqları ilə birlikdə harasa getmişdi. Rəfail Rüqayyənin telefonu ilə yoldaşı Məleykəyə zəng edib danışmışdır. Sonra Məleykə zəng edib Rüqayyə də telefonu açıb Rəfailə vermişdir. Daha sonra uşaqlar həyətdə oynamışlar, Rəfail uşaqlardan evlərində televizor olub-olmamasını soruşmuş, həmin vaxt onların evində televizor olmamışdır. Rəfail uşaqların qolundan tutaraq məcburi evə aparmışdır. Rəfail öz evində uşaqlara çay içməyi təklif edib, sonra da Ruhidi küçəyə göndərib ki, birdən arvadı Məleykə gələr. Ruhid çölə çıxdıqdan sonra qapının arasından onları izləmişdir. Rəfail Rüqayyəni öpərək ona sevidiyini demişdir. Rüqayyə evə gələndə paltarları qarma-qarışıq olmuşdur. Uşaqlar ağlayaraq ona demişdir ki, “səndən pul alan əmi pis əmidi”. Rüqayyə ilkin olaraq ona demişdir ki, “o pis əmidi, onun üzündən və dodağından öpmüş, onun orasına əlini vurmuş və barmağını ora salmışdır”. Daha sonra Rüqayyə ona demişdir ki, Rəfail öz cinsiyyət orqanını çıxardaraq ondan əl vurmasını istəmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə tək getməyə qorxduğundan bacısı Əfsanəyə zəng edib hadisə barədə danışmışdır. Bir neçə dəqiqədən sonra Əfsanə taksi sürücüsü Ceyhun ilə birlikdə yaşadığı ünvana gəlmişdir. Hadisə barədə onlara danışdıqdan sonra birlikdə Rəfailin yaşadığı edə getmişlər. Rəfaildən “qızıma qarşı bu nə hərəkətlər etmisən” deyə qışqırmağa başlamış, o da qələt elədiyini, bir də belə şeylər etməyəcək deyə cavab vermişdir. O, da Rəfailin sifət və baş nahiyəsinə yumruqla zərbələr vurmuşdur. Daha sonra Qanuni nümayəndə bildirmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs həyat yoldaşı Məleykə Məmmədova ona polisə şikayət etməsini, özü isə DİNnin 102 xidmətinə zəng vurub ərinin törətdiyi cinayət barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Biləsuvar rayonu, Xırmdanlı kəndində qeydiyyatda olmaqla, Biləsuvar şəhəri, T.Quliyev küçəsində yaşayır. 19 oktyabr 2025-ci il tarixdə, saat 18 radələrində yaşadığı evdə olan zaman bacısı Qanuni nümayəndə ona zəng vuraraq ağlaya-ağlaya təcili gəlməsini istəmiş və əvvəlcədən tanıdıqlar taksi sürücüsü Ceyhunu onlara göndərməsini istəmişdir. O, da yaşadığı evin qarşısındakı küçəyə çıxıb taksi sürücüsü Şahid3 idarə etdiyi avtomobilə əyləşərək bacısı Vüsalənin evinə getmişdir. Bacısı Vüsalənin yaşadığı evə daxil olduqda onun ağlamasını görmüş, nə üçün ağladığını soruşduqda Vüsalə ona qonşuluqda yaşayan Rəfail adlı şəxsin onun qızı Rüqayyəni öz evinə aparıb öpərək soyundurduğunu demişdir. Bundan sonra birlikdə Rəfail adlı şəxsin həyətinə getmişlər. Vüsalə Rəfaili səsləmiş və həyətə çağırmış, lakin sonuncu həyətə düşməmişdir. Buna görə də Vüsalə qapını təpikləyərək onu çölə çağırmışdır. Bir qədər sonra Rəfail çölə çıxmışdır. Həmin vaxt Vüsalə onun üzərinə hücum edərək sillə ilə vurmağa başlamış və “sən mənim azyaşlı qızıma qarşı nə üçün əxlaqsız hərəkət etmisən” sözlərini deyərək onu vurmuşdur. Həmin şəxs də “səhv etmişəm, bir də belə hərəkətlər etmərəm” sözlərini deyərək üzr istəmişdir. Bir qədər sonra Rəfailin arvadı Məleykə hadisə yerinə gəlmişdir. Daha sonra polis şöbəsinə getmişlər. Məhkəmə istintaqında qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Şahid4 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə hadisə barədə məlumatının olub-olmaması barədə sorğu-sual edilərkən Şahid4 bildirmişdir ki, yaşadığı evin qarşısında bacısı Zərərçəkmiş şəxs ilə oynayan zaman qonşuluqda yaşayan Rəfail adlı şəxs onların əlindən tutaraq televizora baxmaq adı ilə evinə aparmışdır. Daha sonra onu küçəyə göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi və CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanunu nümayəndəsi və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 19 oktyabr 2025-ci il tarixdə Biləsuvar rayon, Çaylı kəndində yaşayan Qanuni nümayəndə xx.xx.2018-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qarşı qonuşusu Təqsirləndirilən şəxs tərəfindən əxlaqsız hərəkət edilməsi barədə Biləsuvar RPŞ-nə ünvanladığı ərizəsi əsasında fakta görə Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır.(i.v.1). -Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə 19 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Qanuni nümayəndə 19 oktyabr 2025-ci il tarixdə qonşusu Təqsirləndirilən şəxs 26 avqust 2018-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etməsi və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etmişdir.(i.v.4) -“Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 19 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.27) -“Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi təyin edilməsi barədə” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır.(i.v.48) -“Zərərçəkmişin nümayəndəsi təyin edilməsi barədə” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi-Yetkinlik Yaşına çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın məsul katibi Nümayəndə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs nümayəndəsi təyin edilmişdir.(i.v.56) -“Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.59) -“Məhkəmə-tibbi ekspertizası”nın 21 oktyabr 2025-ci il tarixli, 344 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs sağ said nahiyəsində sıyrıq və sol bud nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, eləcə də sağ said nahiyəsindəki sıyrığın dırnağın təsirindən, sol bud nahiyəsindəki qançırın isə əl ilə sıxılma nəticəsində əmələ gələ bilməsi inkar olunmur, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azyaşlı Zərərçəkmiş şəxs pərdəsinin anatomik tamlığı pozulmamışdır. Azyaşlı Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmadı.(i.v.71-73) -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və Biləsuvar Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 4(022)- 38/2025 nömrəli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qərarın məzmunundan görünür ki, məhkəmədə barəsində verilən təqdimata münasibət bildirən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, izahatında yazdığını təsdiq etməklə, əməlindən peşman olduğunu bildirmişdi.(i.v.74-75, 103-105) -“Məhkəmə-tibbi ekspertizası”nın 31 oktyabr 2025-ci il tarixli, 452 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patalogiya, anomaliya aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən quruluşu onun yaşına uyğundur.(i.v.142-144) -“Məhkəmə-tibbi ekspertizası”nın 25 sentyabr 2025-ci il tarixli, 350 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol gözaltı nahiyyədə qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-si il tarixə yuğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(i.v.145-146) -“Abulator məhkəmə psixiatrik ekspertizası”nın 24 oktyabr 2025-ci il tarixli, 3631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur, hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu aşkar olunmur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ona elan edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır.(i.v.164- 166) -“Məhkəmə-psixoloji ekspertizası”nın 24 oktyabr 2025-ci il tarixli, 3641 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aktivlik, adaptivlik, emosionallıq kimi fərdi xüsusiyyətlərə malikdir, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğundur. Zərərçəkmiş şəxs da özündən uydurmağa meyillilik aşkar edilmədi, hadisə ilə əlaqədar başqalarının təsiri altında danışma əlamətləri aşkar edilmədi.(i.v.167-170) -“Məhkəmə-psixoloji ekspertizası”nın 24 oktyabr 2025-ci il tarixli, 3640 saylı ekspert rəyindən görünür ki, Şahid4 ünsiyyətçilik, aktivlik, aqressiv davranışlara meyillili olmamaq kimi fərdi xüsusiyyətlərə malikdir. Şahid4 özündən uydurmağa meyillilik aşkar edilmədi, Şahid4 azyaşlı olduğundan başqalarının təsiri altında hərəkət edə bilər. Lakin hadisə ilə bağlı verdiyi məlumatlarda, başqalarının təsiri altında danışma əlamətləri aşkar edilmədi.(i.v.171-172) -“Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 yanvar 2026-cı il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları, hadisə yerində əyani olaraq təsdiq etmişdir.(i.v.186-192) -“Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 09 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir.(i.v.203-204) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı heç bir seksual hərəkət etməməsi məzmununda ifadəsində göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında dindirilmiş şahid ifadəsi və məhkəmə ekspertizasının rəyləri ilə təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs ilkin izahatında, müdafiəçisinin iştirakı ilə verdiyi, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə onun arasında 20 oktyabr 2025-ci il tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərmişdir ki, Rüqayyənin üzündən öpərək “sən nə qəşəng uşaqsan” deyə bildirmiş, sonuncunun şalvarı aşağı endirmiş və onun cinsiyyət orqanına əli ilə toxunmuşdur. O, bütün bunları şeytan əməli olduğunu deməklə kifayətlənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və iş üzrə şahidlər dindirilildikdən sonra onların ifadələrində göstədikləri xüsusatlarla bağlı nə deyə bilərsən sualına cavab olaraq bildirmişdir ki, doğru deyilllər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, qapalı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş və ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı Rüqəyya Əbilovanın yalnız üzündən öpdüyünü, əynində olan şalvarı aşağı endirsə də sonuncunun cinsiyyət orqanına barmağını salıb müdaxilə etmədiyini, zərərçəkmiş şəxsin sağ qol və bud nahiyəsindən əli ilə tutub sıxmaması ilə bağlı hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, zərərçəkmiş şəxs azyaşlı olduğundan ona qarşı edilən hərəkətlərin mahiyyətini vaxtında anlamaq və ona qarşı dərhal fiziki müqavimət göstərmək imkanında olmamışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaqı və məhkəmə istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanunu nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün hər hansı bir əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 24 noyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.153) -Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilən 28 oktyabr 2025-ci il tarixli, 5-39-10/3-374/2025 nömrəli xasiyyətnamədən və 24 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla, himayəsində iki az yaşlı uşağı xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 vardır.(i.v.154-156, 167) Məhkəmə tərkibi cəzanın təyin edilməsi məsələsini həll edərkən cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlər etməsi) maddəsinin sanksiyasında on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayət”lər kateqoriyasına daxildir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib və onun köməksiz vəziyyətindən istifadə edib ona qarşı seksual xarakterli hərəkətlərə yol verdiyini dərk etmiş və bunu arzu etmişdir. Məhkəmə tərkibi cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində müəyyən edilmiş sanksiya daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Məhz buna görə də cəza təyin etmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sar.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxamağa yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; 1) Cəza ədalətli olmalıdır; 2) Cəza Cinayət Məcələlsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudu təyin edilməlidir; 3) Cəza təyin edərkən ümumi hissənin müddəaları nəzərə alınır; 4) Cinayətin xarakterini və təhlükəlilik dərəcəsini nəzərə almaqla cəza təyin edilir; 5) Cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır; 6) Cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 7) Cəza təyin edilərkən cəzanın şəxsən islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 19 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə maddi sübut yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs kimi tutulduğu vaxtdan, 19 oktyabr 2025-ci il tarixdən hesablansın. Biləsuvar Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 4(022)-38/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ənnağı Məmmədli Hakimlər: Cavanşir Nəbiyev Esmira Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar