Məhkəmə qərarları › İş №1(4-5)-17/2026

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-17/2026

02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-17/2026 02.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmuş, Qazax şəhəri, 20 Yanvar küçəsi, ev 37-də qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, metadonu, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan preqabalini və psixotrop maddə olan alprazolaminin əldə edilməsi saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun üzvü ilə olan razılaşmaya əsasən 16 oktyabr 2025-ci il tarixdə saat 14 radələrində Biləsuvar rayonu ərazisinə gəlib orada cinaəyətkar qrupun üzvü tərəfindən Bilsuvar rayonu Çinarlı kəndinə gedən yolan kənarında yulğun kolunun altında bir ədəd bükümdə gəzlədilmiş külli miqdarda 46,996 qram narkotik vasitə heroini, təsir maddəsinin ümumi miqdarı 4,32 qram təşkil edən külli miqdarda narkotik vasitə metadonu, 11,596 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixananı, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan təsir maddəsinin miqdarı 0,45 qram təşkil edən güclü təsir edən maddə preqabalini və təsir maddəsinin ümumi miqdarı 0,06 qram təşkil edən psixotrop maddə olan alprazolamini əldə edib, üzərində saxlayaraq hərəkətdə olduğu **-VT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində daşıyarkən saat 14:08-də Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axğarış tədbirləri nəticəsində Biləsuvar rayon Xarmandalı kəndi ərazisində yerləşən «Likoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq orada üzərində yoxlama keçirilərkən əynindəki şalvarın sol arxa cibindən bir ədəd üzəri yapışqanlı lentlə sarınmış bükülünün içərisində 46,996 qram heroin, 11,596 qram qurudulmuş marixuana, üzərində «Methadone 40» göstəricisi olan 11 ədəd konvalyutda üzərində «F/M40» göstəricisi olan ümumilikdə 108 ədəd qəhvəyi rəngli dərman həbində üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 4,32 qram təşkil edən külli miqdarda narkotik vasitə olan metadon, üzərində «Preqabalin» göstəricsi olan bir ədəd konvalyut kəsiyində ümumilikdə 3 ədəd sarı rəngli kapsulda təsir maddəsinin miqdarı üzərindəkt göstəriciyə əsasən 0,45 qram təşkil edən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin və üzərində «Alprokim» göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd həblərdə təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,06 qram təşkil edən psixotrop maddə olan alprazolamin aşkar edilərək göstərilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitələri Bakı şəhərində Behzat adlı iranlıdan almışdır. Həmin iranlıdan əsasən istifadəsi üçün metadon almışdır. Behsat adlı şəxs Bakı şəhərində metadonun qoyulduğu yerin konumunu ona atmış, o, konum üzrə hərəkət etməklə metadonu götürmüşdür. Hər dəfə Behzat adlı şəxsdən 80 manatlıq metadon almışdır. 16 oktyabr 2025-ci il tarixdə Behzat onun telefon əlaqəsi saxlamaqla Biləsuvar rayonu ərazisində Çinarlı kəndinə gedən yolun kərarında 50 qram narkotik vasitə və dərman həbləri qoyacağını bildirmişdir. Lakin bu dəfə pulu olmadığına görə həmin maddələri nisyə olaraq almaq barədə razılaşmışlar. 16 oktyabr 2025-ci il tarixdə taksiyə 140 manat pul verərək Bakı şəhərindən saat 14 radələrində Biləsuvar rayonu ərazisinə gəlmişdir. Arvadı Şahid5 də avtomaşında olmuşdur. Arvadına Biləsuvara dostu ilə görüşməyə getdiyini demişdir. Xırmandalı yolunda ağacın altından sarı bağlamanı götürmüş, cibinə qoymuş və Bakıya getmək üçün taksiyə minmişdir. Lakin 150-200 maet getmiş polis onları saxlatmışdır. Bağlamada göstərilən miqdarda narkotik vasitə, psixotrop malddə və güclü təsir edən maddə olmasını bilməmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. O, həmin maddələri sosial şəbəkədə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı Behzad kimi təqdim edən şəxsin vasitəsi ilə əldə etmişdir. Həmin şəxs narkotik vasitələri və psixotrop maddəni Bakı şəhərində qoyduğu yerin konumunu ona atmış, o, konum üzrə gedərək həmin maddələri götürmüş, narkotikin pulunu isə onun göndərdiyi kart hesabına köçürmüşdür. Behzad adlı şəxsin adını telefonuna şübhə yaratmamaq üçün “abi” kimi yazmışdır. 15 oktyabr 2025-ci il tarixdə Behzadın Whatsapp nömrəsinə zəng edib ondan istifadəsi üçün narkotik və psixotrop tərkibli dərman istəmiş və pulunu sonra verəcəyini demişdir. Behzad ona inandığı üçün razılaşmış və ona 16 oktyabr 2025-ci il tarixdə Biləsuvar ərazisinə getməsini, oraya çatanda ona məlumat verməsini, ona məkan atacağını, gedib həmin məkandan narkotiki götürməsini demişdir. O da evdən çıxanda arvadı Nazavəntə Biləsuvara dustaq yoldaşına dəyməyə getdiyini demişdir. Arvadı da darıxdığı üçün onunla getmək istədiyini demiş, o etiraz etməmişdir. Onlar Bakı şəhərindən tanımadığı taksi ilə Biləsuvara gəlmişlər. Biləsuvara çatanda o, Behzada məlumat vermişdir. Behzad ona WhatsApp mobil proqramı vasitəsilə məkan və qoyduğu bükülünün fotoşəklini atmışdır. Həmin məkan Biləsuvar rayonu Çinarlı kəndinə gedən yolu göstərirmiş. Onlar həmin yerə çatnda o sürücüyə maşını saxlamasını, ayaqyoluna dəymək istədiyni bildirmişdir. Sürücü avtomobili saxlamış, o yolun kənarında olan ağaca yaxınlaşıb bir ədəd üzəri yapışqan lentlə sarılmış bükülünü götürüb əynindəki şalvarın arxa sol cibinə qoymuş və gəlib avtomobilə əyləşmişdir. Bir qədər getdikdən sonra bakıya qayıtmalırını demiş, Bakı istiqamətində hərəkətdə olan zaman “Lukoil” yanacaqdoldurma məntəqəsinə yaxınlaşanda arxadan yol patrul avtomobili onların olduğu avtomobilə «saxla» işarəsi vermiş, sürücü avtomobili yolun kənarına çəkib saxlamışdır. Bu zaman bir neçə nəfər şəxs videoçəkilişlə onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmiş, sonrada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib hüquqları izah olunmuşdur. Daha sonra ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa, təqdim etsin. O da əynində olan şalvarın sol arxa cibindən içərisində narkotik və psixotrop maddələr olan bükülünü təqdim etmiş, bükülünün içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşının göndərdiyini, narkotik vasitəni özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. Onun narkotik vasitə götürmək üçün gəldiyindən arvadı Nazavəntin və sürücünün heç bir məlumatı olmamışdır. Bundan sonra videoçəkiliş aparılmaqla onun iştirakı ilə təqdim etdiyi bir ədəd üzəri yapışqanlı lentlə sarılmış bükülüyə açılıb baxış keçirilmiş, baxış zamanı bükülünün içərisindən əlavə üç ədəd bükülü aşkar olunmuş, birinci bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana, ikinci bükülüdən narkotik vasitə heroin aşkar edilmiş və hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Üçüncü bükülüdən isə üzərinə “Metadone M40”, “Alprokim” yazıları olan və bir ədəd kəsilmiş listdə üç ədəd sarı rəngli dərman həbləri aşkar edilmiş, zərflərə qoyularaq qablaşdırılmiş və imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Elsir Qocayevin cinayət əməlləri özünün ifadələrindən əlavə məhkəmədə şahid kimi dindirilmiş şəxslərin ifadələri, iş materillarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, o Biləsuvar Rayon Polis Şöbəsitndə Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 16 oktyabr 2025ci il tarixdə əməliyyat-axtarış tədbirləri həyata keçirməklə Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:08 dəqiqədə Biləsuvar rayonu Xırmandalı kəndinin çıxışında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında BYD markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Videoçəkiliş aparılmaqla avtomobildə olan şəxslərə üzərlərində və avtomobildə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar vardırsa təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol arxa cibindən bir ədəd sellofana bükülmüş üzəri yapışqanlı lentlə sarılmış bükülü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşının göndərdiyini, narkotik vasitəni özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. Videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzəri yapışqanlı lentlə sarılmış bükülüyə açılıb baxış keçirildikdə bükülünün içərisində üç ədəd bükülü aşkar olunmuşdur. Birinci bükülü açıldıqda içərisindən narkotik vasitə olan qurudulmuş marixuanayabənzər bitki kütləsi olması müəyyən olunmuş, ikinci bükülüdən narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş və hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Üçüncü bükülüdən isə üzərinə “Metadone M40”, “Alprokim” yazıları olan və kəsilmiş listdə 3 ədəd sarı rəngli dərman həbləri aşkar edilmiş, zərflərə qoyularaq qablaşdırılmış və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən polis əməkdaşları Şahid3 və Şahid4 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. 16 oktyabr 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 14:08 dəqiqədə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Likoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında BYD markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman saxlanılmış, sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və qanunla dövriyyəsi qadağan edilmiş əşyalar vardırsa, təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki şalvarın sol arxa cibindən bir ədəd sellofana bükülmüş üzəri yapışqanlı lentlə sarılmış bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran vətəndaşı göndərdiyini, narkotik vasitəni özünün istifadəsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirildikdə bükülünün içərisində üç ədəd bükümlər aşkar olunmuşdur. Birinci büküm açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər 15,74 qram çəkidə, ikinci bükülüdə narkotik vasitə heroinə oxşar 52,52 qra çəkidə, üçüncü bükümdə isə üzərinə “Metadone M40” sözləri yazılmış 11 listdə ümumi sayı 108 ədəd və üzərinə “Alprokim” sözləri yazılmış 6 ədəd listdə ümumi sayı 60 ədəd və kəsilmiş listdə 3 ədəd sarı rəngli dərman həbləri olması aşkar edilmiş. Həmin maddələr qablaşdırılmış və götürülmüşdür. Məhkəmə-kimyəvi-bioloji ekspertizasının 17 oktyabr 2025-ci il tarixli, 19/401 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroindir, çəkisi 46,996 qramdır. 1 ədəd bükülüdə təmiz çəkisi 11,596 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının 27 noyabr 2025-ci il tarixli, 6/3514 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş kağız paketdə olan üzərində “Methadone 40” göstəricisi olan 11 ədəd konvalyutda üzərində “F/M40” göstəricisi olan ümumilikdə 108 ədəd qəhvəyi rəngli dərman həbində narkotik vasitə olan metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 4,32 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Üzərində “Pregabalin” göstəricisi olan bir ədəd konvalyut kəsiyində ümumilikdə 3 ədəd sarı rəngli kapsulda güclü təsir edən maddə preqabalinin təsir maddəsinin miqdarı üzərindəki göstəriciyə əsasən 0,45 qram təşkil edir. Üzərində “Alprokim” göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd həbdə psixotrop maddə olan alprazolamın təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 0,06 qram təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 547 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 3907 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur və törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs məxsus bir ədəd "Samsung" markalı, üzərində ***-***-**-** nömrənin olması müəyyən edilmişdir. Telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid “Amil Touz +98910 658 3735”, “mamed +98933 702 1983”, “Saxi +98919 221 76429”, “abi +98936 311 4652”, “Cabir +98914 538 5266” nömrələr müəyyən olunmuşdur. Telefonun “WhatsApp” proqramında İran mobil operatoruna aid “Amil Touz +98910 658 3735” və “abi +98936 311 4652” nömrə arasında 16 oktyabr 2025-ci il və əvvəlki tarixlərdə sözügedən cinayət barədə “WhatsApp” vasitəsilə çoxsaylı danışıqlar, səsli mesajlar, göndərilən narkotik vasitənin olduğu yer barədə məkan, qoyulduğu yerin fotoşəkilləri və zəngləri qeydə alınmışdır. Həmin səs yazıları CD diskə köçürülərək, fotoşəkillər çıxarılaraq iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-16-21-1/2-44370/2026 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 1(023)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün myddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmənin hökmü xx.xx.2025-ci il tarixdə idarənin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə qeydiyyata götürülmüşdür. «Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, metadonu, xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, təsir maddəsinin miqdarı 0,06 qram təşkil edən psixotrop maddə alprazolamını, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən, təsir maddəsi 0,45 qram təşkil edən preqabalini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi Bakı şəhərindən 140 manat yolpulu ödəməklə taksi ilə Biləsuvar rayonu ərazisinə 50 qram marixunanı və dərman həblərini götürmək məqsədi ilə gəlməsinə dair ifadəsini özünümüdafiə məqsədi daşımaqla sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 46,796 qram heroin, 11,496 qram narkotik vasitə qurudulmuş marixuana, 102 ədəd metadon həbləri, 2 ədəd preqabalin kapsulaları, 57 ədəd alprazolam həbləri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefon onun özünə verilməsi üçün cəza çəkdiyi müəssisəyə göndərilməli, iş materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin videogörüntüləri barədə iki ədəd CD disklər cinayət işində saxlanılmalıdır. Ekspertiza xərci 185 (bir yüz səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 240.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 46,796 qram narkotik vasitə heroin, 11,496 qram qurudulmuş marixuana, 102 ədəd metadon həbləri, 2 ədəd preqabalin kapsulaları, 57 ədəd alprazolam həbləri məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefon onun özünə verilməsi üçün cəza çəkdiyi müəssisəyə göndərilsin. Cinayət işinə əlavə olunmuş istintaq hərəkətləri barədə 02 ədəd CD disklər iş materiallarında saxlanılsın. Ekspertiza xərci 185 (bir yüz səksən beş) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar