Məhkəmə qərarları › İş №1(4-5)-20/2026

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-20/2026

17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-20/2026 17.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1996-cı ildə İsmayıllı rayonu Zoğallıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, «Neo Park» taksi xidmətində müqavilə üzrə taksiçi işləyən, subay, məhkum olunmamış, İsmayıllı rayonu Zoğallıq kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 oktyabr 2025-ci il tarixdə gecə saatlarında Masallı rayonu İstisu adlanan ərazidə yol kənarındakı daş hasarın arxa tərəfinə bir ədəd qara rəngli kisədə qoyulmuş ümumi təmiz çəkisi 16115,0 qram təşkil edən küili miqdarda narkotik vasitə qurudulmuş marixuananı qoyulduğu yerdən götürməklə satış məqsədi ilə qanuqsuz olaraq əldə etmiş, idarə etdiyi “BYD” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoyaraq saxlamış, sonra isə polis işçilərinin diqqətindən yayınmaq məqsədi ilə öz avtomobilini onun cinayətkar əməlindən xəğərsiz olan Şahid8 evakuator kimi idarə etdiyi “isuzu” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yedəyində Yardımlı-Masallı avtomobil yolu ilə Bakı şəhəri istiqamətində daşıyarkən daxil olmuş əməliyyat məlumatı əsasında 08 oktyabr 2025-ci il tarixdə saat 11:00-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Qəriblər kəndi ərazisində saxlanılmış, “BYD” markalı, **-HD-*** nömrə nişanlı avtomobildə keçirilən yoxlama zamanı avtomobilin arxa yük yerində bir ədəd qara rəngli kisənin içindən 18 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkilən 985,0 qr, 800,0 qr, 305,0 qr, 890.0 qr, 1040,0 qr, 995,0 qr, 1000,0 qr, 1005,0 qr, 975,0 qr, 950,0 qr, 700,0 qr, 900,0 qr, 940.0 qr, 915,0 qr, 900,0 qr, 900,0 qr 980,0 qr və - 935,0 qram olmaqla, ümumi təmiz çəkisi 16115.0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəıxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azəçrbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Mamed adlı İran İslam Respublikası vətəndaşı ilə “whatsapp” proqrammı vasitəsilə danışmışlar, münasibətləri yaranmış, sonra isə İran İslam Respublikasına gedərək onunla görüşmüşdür. Mamed adlı iranlı onu İran İslam Respublikaksında qarşılayaraq otelə yerləşdirmişdir. İranda olduğu zaman Mamed adlı şəxs ona Masallı rayonu “İstisu” ərazisində yol kənarında bağlama olacağını, həmin bağlamanı oradan götürməsini və sonradan onun deyəcəyi yerə aparıb qoymasını xahiş etmişdir. O da Məmed adlı şəxsin bu təklifi ilə razılaşmış və Azərbaycana qayıtmışdır. 07 oktyabr 2025-ci il tarixdə iranlı ona zəng edərək Masallı rayonu İstisu adlanan ərazidə bağlama olduğunu, həmin bağlamanı götürməsini demişdir. O da iranlının təklifi ilə razılaşmış və həmin gün idarə etdiyi “BYD” markalı, **-HD-*** nömrə nişanlı avtomobil ilə qohumu Elsunla birlikdə Bakı şəhərindən Masallı rayonu İstisu deyilən yerə gəlmiş və orada yerləşən “Retro” hotelə yerləşmişlər. xx.xx.2025-ci il tarixdə isə gecə saatlarında Elsun hoteldə yatdıqdan sonra o İran islam Respublikasının vətəndaşı Mamed kimi tanıdığı şəxslə əlaqə saxlamış və Mamedin ona xəritə və şəkil vasitəsi ilə göndərdiyi yerə gedib içərisində narkotik vasitə qurudulmuş marixuana bağlamaları olmasını qeyd etdiyi kisəni götürüb idarə etdiyi BYD markalı **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə qoymuşdur. Həmin axşam isə maşının mühərlikində nasazlıqla bağlı ekranda işarə gəlmişdir. O, avtomobilin sonradan başqa narahatçılıq yaradacağında ehtiyat etdiyi üçün, evakuator çağırmış, öz avtomobilini evakuatora qoymuş, 08 oktyabr 2025-ci il tarixdə saat 11 radələrində Yardımlı-Masallı avtomobil yolu ilə Bakı şəhəri istiqamətində apararkən polis işçiləri tərçfindən saxlanılmışdır. Onun avtomobilinə baxış keçirilərkən yük yerindən bir ədəd bağlamada və 18 ədəd bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. O, bağlamada narkotik vasitə olmasını əvvəlcədən bilməmişdir. Lakin bağlamanı götürüb maşina qoyduqdan sonra iyindən bağlamada narkotik vasitə olmasını bilmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və mhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə gündüz saatlarında ona əvvəllər özünü İran İslam Respublikasının Mamed adlı vətəndaşı kimi təqdim etmiş şəxs “whatsapp” mobil tətbiqində zəng vasitəsi ilə onunla əlaqə saxlayan zaman ona Masallı rayonu İstisu ərazisində yol kənarında bağlama olacağını, həmin bağlamanı oradan götürməsini və sonradan onun deyəcəyi yerə aparıb qoymasını xahiş etmişdir. O razılaşmış və Masallı rayonuna tək getmək istəmədiyindən qohumu Elsuna zəng edib istirahət etmək üçün birlikdə Masallıya getməyi təklif etmiş və Elsun da onunla razılaşmışdır. xx.xx.2025-ci il tarixdə idarə etdiyi BYD markalı **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Elsunla birlikdə Masallı rayonuna yola düşmüşlər. Masallıya çatdıqdan sonra İstisu deyilən ərazidə yerləşən “Retro” hotelə yerləşmişlər. xx.xx.2025-ci il tarixdə gecə saatlarında Elsun hoteldə yatdıqdan sonra İran islam Respublikasının vətəndaşı Mamed adlı şəxslə əlaqə saxlamışm və Mamedin ona konum, xəritə və şəkil vasitəsi ilə göndərdiyi yerə gedib içərisində narkotik vasitə qurudulmuş marixuana bağlamaları olmasını qeyd etdiyi kisəni götürüb idarə etdiyi avtomobilə qoymuşdur. Həmin axşam isə maşının mühərlikində nasazlıqla bağlı ekranda işarə gəlmişdir. O, avtomobilin sonradan başqa narahatçılıq yaradacağında ehtiyat etdiyi üçün, eləcə də maşında olan bağlama ilə bağlı yolda hər hansı bir təhlükə ilə qarşılaşmamaq üçün gecə saatlarında evakuator şirkəti ilə əlaqə saxlayaraq Masallı rayonuna evakuator sifariş etmişdir. Sonradan adının Elşad olmasım bildiyi şəxs isə onunla əlaqə saxlayaraq şirkətdən onun nömrəsinin ona verildiyini, səhər saatlarında qaldıqları hotelə gəlib avtomobili daşıyacağını bildirmişdir. Ö, qaldıqları hotelin xəritəsini Elşad adlı şəxsə göndərmişdir. Növbəti gün isə səhər saatlarında Elsun oyandıqdan sonra avtomobildə nasazlıq olması barədə ona bildirib evakuator sifariş etdiyini demişdir. Avtomobili evakuatorun yedəyinə çıxarmışdır. Elsun onunla birlikdə evakuatorun salon hissəsinə minmiş və Bakı istiqamətində yola düşmüşlər. Yola düzəldikdən təxminən 15-20 dəqiqə sonra Masallı rayonu Qəriblər kəndi ərazisində polis əməkdaşları onları saxlamışlar və evakuatorun üzərində olan idarə etdiyi BYD markalı, **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerindən qara rəngli kisənin içərisindən ümumilikdə 18 ədəd bağlamalarda qurudulmuş marixuanalar aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Masallı Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025- ci il tarixdə ona İsmayıllı rayonu Zoğallıq kəndində yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan BYD markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitələri saxlaması vədaşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə xx.xx.2025-ci il tarixdə saat 11:00-da Təqsirləndirilən şəxs və onunla birlikdə olan Əzizli Elsun Vahid oğlu Masallı rayonu Qəriblər kəndi ərazisində evakuatorda Bakı istiqamətində hərəkətdə olduqları zaman saxlanılmışlar. Təqsirləndirilən şəxs idarə etdiyi «BYD» markalı, **-HD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə isə evakuatorun yedəyində olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri daşımaqda şübhəli olduqları bildirmişlər. Təqsirləndirilən şəxs evakuatorun yedəyində olan “BDY” markalı avtomobilin yük yerində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. “BYD” markalı avtomobilin yük yerinə baxış keçirilərkən qara rəngli kisənin içərisində 18 ədəd bağlamalarda narkotik vasitə olan qurudulmuş marixuana kütlələrinin olması aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonuna gəldiklərini, xx.xx.2025-ci il tarixdə gecə saatlarında içərisində narkotik vasitə qurudulmuş marixuana bağlamaları olan kisəni özünün BYD markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoyduğunu, bildirmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana bağlamaları qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid2, Şahid4 və Şahid5 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və maddi sübutun götürülməsi barədə 08 oktyabr 2025-ci il tarixli protokoldan və həmin vaxt çəkilmiş videogörüntülərdən məılum olur ki, həmin gün saat 11:00 radələrində Təqsirləndirilən şəxs avtomobili yedəyində olmaqla Yardımlı-Masallı avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan «İsuzi» markalı, **-DC-*** dövəlt qeydəyyatlı avtomobil evkuator Masallı rayonu Qəriblər kəndə ərazisində dövlət yol polisinin əməkdaşları ətərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs və onunla birlikdə olan Şahid7 evkuator avtomobilin kabinəsində sərnişin qismində olmuşlar. Sorğu zamanı Təqsirləndirilən şəxs özünün idarə etdiyi, evkuatorun yedəyimndə olan «BYD» markalı, **- HD-*** nömrə nişanlı avtomaşının yük yerində narkotik vasitə qurudulmuş marixuana olduğunu, narkotik vasitəni Masallı rayonu İstisu ərazisindən götürdüyünü bildirir. Avtomobilin arxa yük yerində bir ədəd qara rəngli bağlama aşkar olunur. Bağlama açıldıqda içərisində ayürı-ayrı bükümlərdə 01 kiloqram 020 qram, 01 kiloqram 040 qram, 01 kiloqram 075 qram, 01 kiloqram 750 qram, 01 kiloqram, 01 kiloqram 535 qram, 01 kiloqram 030 qram, 900 qram, 01 kiloqram, 01 kiloqram 085 qram, 01 kiloqram, 01 kiloqram, 01 ktloqram 55 qram, 01 kiloqram 035 qram, 01 kiloqram 025 qram, 01 kiloqram 040 qram və 01 kiloqram 040 qram çəkilərdə narkotik vasitə qurudulmuş marixuanayabənzər maddələrin olması müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə- bioloji ekspertizasının 08 oktyabr 2025-ci il tarixli, 19/391 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs idarə etdiyi BYD markalı avtomobildən aşkar edilərək götürülmüş 08 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri 985,0 qr, 800,0 qr, 305,0 qr, 890,0 qr, 1040,0 qr, 995,0 qr, 1000,0 qr, 1005,0 qram, 10 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 975,0 qr, 950,0 qr, 700,0 qr, 900,0 qr, 940,0 qr, 915,0 qr, 900,0 qr, 900,0 qr 980,0 qr və 935,0 qram, ümumi təmiz çəkisi -9095,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş 2 ədəd kisədəki ümumilikdə 18 bükülü olmaqla, ümumi təmiz çəkisi 16115,0 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2025-ci il tarixli, 620 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən İstifadə halları olub, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. 08 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş “Samsung S25” və “Roco” markalı mobil telefon cihazlarına baxış keçrilərkən telefona ***-***-**-** mobil nömrənin quraşdırılması, “whatsapp” mobil tətbiqinin işlədilməsi müəyyən edilmişdir. “Whatsapp” mobil tətbiqinə daxil olduqdan sonra +98 914 *** ** ** saylı nömrəyə “Mamed” adı yazılmış şəxslə xx.xx.2025- ci il və xx.xx.2025-ci il tarixlərdə zənglərin edilməsi, eləcə də həmin şəxsə 02 ədəd ayrı-ayrı videogörüntülərin çəkilib göndərilməsi və qarşılıqlı mesajların yazılması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə “whatsapp” mobil tətbiqində “Mamed” adı yazılmış şəxsə göndərilən birinci videogörüntüyə keçirilən baxış zamanı videogörüntünün 00:42 saniyə intervalında olması, videogörüntünün Təqsirləndirilən şəxs tərəfindən “BYD” markalı, **-HD-*** nömrə nişanlı avtomobilin bir neçə metr arxasından çəkilməyə başlandığı, Qadir Xandadaşhnm çəkilişi davam etdirərək avtombilə tərəf hərəkət edib avtomobilin ön sağ sərnişin oturacağında əyləşmiş Şahid7 da videogörüntüyə alması, lakin narkotik vasitəyə dair hər hansı bir danışığın aparılmaması müəyyən edilmidir. İkinci videogörüntüyə keçirilən baxış zamanı Qadir Xandadaşhnm “whatsapp” mobil tətbiqində “Mamed” adı yazılmış şəxsə göndərdiyi videogörüntünün 00:15 saniyə intervalında olması, videogörüntünün “BYD” markalı avtomobilin içərisindən çəkilib göndərilməsi, videogörüntünün həmin ərazinin əvvəlcədən “googlemap” vasitəsi ilə göndərilən məkanın çəkilişi ilə başlaması, görüntü başlanan kimi görüntüdə “qardaş bax bu həmin atdığın konumdu. zaboru zadı qörürsəndə yəqinki” sözlərinin işlədilməsi müəyyən olunmuşdur. “Whatsapp” mobil tətbiqində “Mamed” adı yazılmış şəxslə xx.xx.2025-ci il tarixdə gecə saatlarında aparılan danışıqlar zamanı “Mamed” adı yazılmış şəxs tərəfindən “Qardaw” sözünün yazılması, Təqsirləndirilən şəxs tərəfindən isə “Yatmısan qardaşım” sözünün yazılması, “Mamed” adı yazılmış şəxsin isə “Yox”. ”Qaqam” yazması müəyyən edilmişdir. Qeyd edilən mobil telefonda olan “Teleqram” mobil tətbiqinə baxış zamanı teleqramsəhifəsində qeydiyyatdan keçmiş ***-***-**-** telefon nömrəsi ilə həmin tətbiqində qeydiyyatdan keçmiş +98 914 *** **** saylı mobil telefon nömrəsi arasında müvafiq danışıqların aparılması, +98 914 *** **** saylı mobil telefon nömrəsindən xx.xx.2025-ci il tarixdə “Buz patrul hamivwa durur” , “naraht olma aalnan qutur”, “Suda adam çoxdu” məzmununda yazılan yazılardan sonra iki ədəd şəkil göndərildiyi, ikinci göndərilən şəkildə ox isarəsi ilə das hasarın arxa tərəfinin isarə edildiyi, daha sonra isə “necadu orda vazivat qaaam. vaxwiv bax onan sunra. “Talasma” məzmununda yazıların yazılması, daha sonra isə ***-***-**-** telefon nömrəsindən həmin nömrəyə səslə cavab göndərilərək, “qardaş mən indi düşdüm onnan asaäı. burda otel tutmusam, indi oteldəyəm indi çıxıb getmisəm ora” , ikinci səsdə isə narahat olmave o bovda vol gəlmisəm, yoluna qovacam hər sevi narahat olma, prosda orda adam insan olmağı məni təntidi, birəz pis oldum, dedim bu vaxtı burda adam nə gəzir, hə yoluna qovacam hər sevi narahat olma məzmunuda səs yazılarını göndərilməsi, +98 914599 2988 saylı mobil telefon nömrəsindən isə “vxwiv”, “Qozdivam” məzmununda, xx.xx.2025- ci il tarixdə gecə saatlarından isə +98 914 *** **** saylı mobil telefon nömrəsindən “Bratem”. “Yatun” sözlərinin yazılması, ***-***-**-** telefon nömrəsindən +98 914 *** **** saylı mobil telefon nömrəsinə zəng edilməsi, +98 914 *** **** saylı mobil telefon nömrəsindən isə “Yatebsan”. “Qardaw” məzmununda yazıların göndərilməsi müəyyən edilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Eyni zamanda yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə barəsində ərazi üzrə nümayəndəliyə müraciət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs özünü iranlı Mamed kimi tiəqdim edən şəxsin tapşırığına əsasən Bakı şəhərindən Masallı rayonu İstisu adlanan əraziyə gələrək 18 oktyabr 2025-ci il tarixdə gecə saatlarında götürməklə idarə etdiyi avtomaşının arxa yük yerinə qoyduğu və Bakı şəhəri istiqamətində daşıdığı bağlamada narkotik vasitə olmasını bilməməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 18 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 16113,2 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung S25” markalı mobil telefon onun ailəsinə verilməlidir. Cinayət işinə əlavə olunmuş istintaq hərəkətlərinin videogörüntüləri barədə 03 ədəd və telefon məlumatları barədə 01 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 18 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 16113,2 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung S25” markalı mobil telefon onun ailəsinə verilsin. Cinayət işinə əlavə olunmuş istintaq hərəkətlərinin videogörüntüləri barədə 03 ədəd və telefon məlumatları barədə 01 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar