Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-4/2026 10.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri, Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 nümayəndəsi Xırdalan şəhər vəkil bürosunun vəkili Nümayəndə2, zərərçəkmiş hüquqi şəxslər "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 və müdafiəçi - Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hüquq təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayon 1 saylı dövlət notariat ofisinin xüsusi notariusu vəzifəsində çalışmış, hazırda işləməyən, Füzuli rayonu, Aşağı Əbdürəhmanlı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 35/12, mənzil 16-da yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi üzrə 12 fevral 2020-ci il tarixli, 2-T nömrəli əmrlə Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işləyərkən “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunları, habelə Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməyə, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməyə, hüquqi məlumatsızlığın həmin şəxslərə vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə xəbərdarlıq etməyə, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar məlum olan məlumatları gizli saxlamağa, Notariusun etik davranış kodeksinin tələblərinə və Ədliyyə Nazirliyinin metodiki tövsiyələrinə riayət etməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl etməyə, dövlət tərəfindən notariusa verilən hüquqları və üzərinə qoyulan vəzifələri vicdanla, qanunauyğun və insanların mənafeyi naminə, qərəzsiz həyata keçirməyə, notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımağa, müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə zəmanət kassası (xüsusi bank hesabı) yaratmağa, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməyə, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsini bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməyə, belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq etməyə, daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi üçün müraciət etmiş şəxslərin həqiqi niyyətinə uyğun şərtlər əsasında müqavilə tərtib etməyə və nəzərdə tutulmuş xərclərin X18 (HÖP) vasitəsilə aidiyyəti üzrə həyata keçirilməsi üçün “Elektron notariat” informasiya sistemində ödəniş tapşırığı hazırlanaraq elektron qaydada notariusun depozit hesabı olduğu banka göndərilməsinə, bir nüsxəsini isə çap edərək bank şöbəsinə təqdim etmək üçün tərəflərə təqdim etməyə, eləcə də digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə vahid niyyətlə talamaq məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** VÖEN-lə xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı ünvan 1əsuliyyətli Cəmiyyətinə məxsus olmaqla həmin Cəmiyyət tərəfindən torpaqların məqsədli təyinatının dəyişdirilməsi və aqropark sahələrinin qurulması çərçivəsində ayrılan torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi üçün icra hüququnun xitamı və torpaq sahəsinin boşaldılması müqabilində ayrı-ayrı icarəçilərə kompensasiya ödənişi qismində özünün "xxxx" ASC-nin Beyləqan filialındakı AZ84AİİB******************** nömrəli xüsusi depozit hesabına 14 sentyabr 2023-cü il tarixdən 13 iyun 2024-cü il tarixədək olan müddətə ümumilikdə 741.518 (yeddi yüz qırx bir min beş yüz on səkkiz) manat məbləğində pul vəsaitinin, eyni niyyətlə həmin İdarədə ********** VÖEN-lə xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatından keçmiş, hüquqi ünvanı ünvan 2in nəzdində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmaqla həmin Cəmiyyət tərəfindən torpaqların məqsədli təyinatının dəyişdirilməsi və aqropark sahələrinin qurulması çərçivəsində ayrılan torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi üçün icra hüququnun xitamı və torpaq sahəsinin boşaldılması müqabilində ayrı-ayrı icarəçilərə kompensasiya ödənişi qismində özünün "xxxx" ASC-nin Beyləqan filialındakı AZ84AİİB******************** nömrəli xüsusi depozit hesabına 23 noyabr 2024-cü il tarixdən 10 iyul 2025-ci il tarixədək olan müddətə ümumilikdə 1.588.600 (bir milyon beş yüz səksən səkkiz min altı yüz) manat məbləğində pul vəsaitinin köçürülməsindən sonra sözügedən hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə daxil olmuş ümumilikdə 741.518 manat pul vəsaitindən 708.543 manat hissəsini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üzrə daxil olmuş ümumilikdə 1.588.600 manat məbləğində pul vəsaitindən 1.407.734 manat hissəsini 2023-cü ilin sentyabr ayından 2025-ci ilin avqust ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşlara kompensasiya qismində ödənilməsini təmin edib "xxxx" MMC-si üzrə qalan 32.975 (otuz iki min doqquz yüz yetmiş beş) manat, "xxxx" MMC-si üzrə qalan 180.866 (bir yüz səksən min səkkiz yüz altmış altı) manat hissəsini 24 may 2024-cü il tarixdən 08 avqust 2025-ci il tarixədək olan müddətə ünvan 3 ünvanında yerləşən ünvan 4mpüterdən istifadə etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Birbank Biznes” tətbiqi olan elektron informasiya sistemi vasitəsi ilə informasiya resursları hesab edilən ödəniş tapşırıqlarına vahid şəxsi və tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə özünə məxsus elektron imza ilə məlumatların doğruluğunu təsdiq edərək həmin pul vəsaitini toxunulmadan saxlanılmasını pozmaqla aidiyyəti üzrə ödənilməsini yayındırıb sözügedən Bankda öz adına mövcud olan AZ04AİİB******************** nömrəli cari, ******************** və ******************** nömrəli digər hesablarına köçürülməsini təmin etdikdən sonra qeyd edilən dövr ərzində həmin bank hesabları arasında müxtəlif pul köçürmələri, yəni hesabın möhkəmləndirilməsi, əmək və sığorta haqqları, dövlət rüsumları, vergi borcları və sair təyinatlı ödənişləri həyata keçirməklə, o cümlədən Beyləqan və Sumqayıt şəhəri ərazisində olan ayrı-ayrı bankomatlardan müxtəlif tarixlərdə, sonuncu dəfə 21 iyul 2025-ci il tarixdə təsərrüfat xərcləri təyinatı adı ilə nağdlaşdırıb çıxarmaqla şəxsi ehtiyaclarına və xidmət göstərdiyi notariat ofisinin xərclərinə sərf edilməsinə nail olaraq, öz qulluq mövqeyindən istifadə edərək "xxxx" MMC-yə məxsus 32.975 (otuz iki min doqquz yüz yetmiş beş) manat, "xxxx" MMC-yə məxsus 180.866 (bir yüz səksən min səkkiz yüz altmış altı) manat olmaqla ona etibar olunmuş cəmi 213.841 (iki yüz on üç min səkkiz yüz qırx bir) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid şəxsi və tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədi ilə 2025-ci ilin iyul ayının sonlarında daşınmaz əmlakın alqısatqısı ilə əlaqədar ünvan 3 ünvanında yerləşən Beyləqan rayon 1 saylı notariat ofisinə müraciət etmiş Zərərçəkmiş şəxs3 məxsus olmaqla Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsi tərəfindən **********10-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin X2 ilə bağlı sonuncu tərəfindən əmlakın dəyəri qismində Zərərçəkmiş şəxs3 təqdim olunması üçün nəzərdə tutulan özünün "xxxx" ASC-nin Beyləqan filialındakı AZ84AİİB******************** nömrəli xüsusi depozit hesabına 22 iyul 2025-ci il tarixdə köçürülmüş cəmi 20.040 (iyirmi min qırx) manat məbləğində pul vəsaitinin toxunulmadan saxlanılmasını pozmaqla aidiyyəti üzrə ödənilməsini yayındırıb Zərərçəkmiş şəxs3 təqdim edilməsini təmin etmədən 22 iyul 2025-ci il tarixdən 24 iyul 2025-ci il tarixədək olan müddətdə həmin pul vəsaitindən qeyd edilən hesab üzrə müxtəlif pul köçürmələri və sair təyinatlı ödənişləri həyata keçirməklə şəxsi və xidmət göstərdiyi notariat ofisinin məqsədlərinə sərf edilməsinə nail olub, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs3 məxsus olmaqla ona etibar olunmuş cəmi 20.040 (iyirmi min qırx) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədi ilə 2025-ci ilin iyul ayının sonlarında daşınmaz əmlakın alqısatqısı ilə əlaqədar ünvan 3 ünvanında yerləşən Beyləqan rayon 1 saylı notariat ofisinə müraciət etmiş X11 məxsus olmaqla Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsi tərəfindən **********02-05101- 093009 reyestr nömrəsi ilə qeydiyyata alınmış ünvan 8 ünvanında yerləşən 58 nömrəli mənzilin X1 ilə bağlı xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən Məhbubə Kazımovanın nümayəndəsi qismində çıxış edən Zərərçəkmiş şəxs2 məxsus və sonuncu tərəfindən əmlakın dəyəri qismində Natiq Mürsəlova təqdim olunması üçün nəzərdə tutulan özünün "xxxx" ASC-nin Beyləqan filialındakı AZ84AİİB******************** nömrəli xüsusi depozit hesabına 30 iyul 2025-ci il tarixdə köçürülmüş cəmi 28.557 (iyirmi səkkiz min beş yüz əlli yeddi) manat məbləğində pul vəsaitinin toxunulmadan saxlanılmasını pozmaqla aidiyyəti üzrə ödənilməsini yayındırıb Zərərçəkmiş şəxs2 təqdim edilməsini təmin etmədən 30 iyul 2025-ci il tarixdən 05 avqust 2025-ci il tarixədək olan müddətə həmin pul vəsaitindən qeyd edilən hesab üzrə müxtəlif pul köçürmələri və sair təyinatlı ödənişləri həyata keçirməklə şəxsi və xidmət göstərdiyi notariat ofisinin məqsədlərinə sərf edilməsinə nail olub, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 məxsus olmaqla ona etibar olunmuş cəmi 28.557 (iyirmi səkkiz min beş yüz əlli yeddi) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədi ilə 2025-ci ilin iyul ayının sonlarında daşınmaz əmlakın alqısatqısı ilə əlaqədar ünvan 3 ünvanında yerləşən Beyləqan rayon 1 saylı notariat ofisinə müraciət etmiş Zərərçəkmiş şəxs4 məxsus olmaqla Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsi tərəfindən **********71-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Beyləqan şəhəri Beyləqan- Kəbirli yolunda yerləşən əmlak kompleksinin (yanacaqdoldurma məntəqəsi) X3 ilə bağlı sonuncu tərəfindən əmlakın dəyəri qismində Zərərçəkmiş şəxs4 təqdim olunması üçün nəzərdə tutulan özünün "xxxx" ASC-nin Beyləqan filialındakı AZ84AİİB******************** nömrəli xüsusi depozit hesabına 30 iyul 2025-ci il tarixdə köçürülmüş cəmi 85.170 (səksən beş min yüz yetmiş) manat məbləğində pul vəsaitinin toxunulmadan saxlanılmasını pozmaqla aidiyyəti üzrə ödənilməsini yayındırıb xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs4 nümayəndəsi qismində çıxış edən Şahid təqdim edilməsini təmin etmədən 30 iyul 2025-ci il tarixdən 05 avqust 2025-ci il tarixədək olan müddətə həmin pul vəsaitindən qeyd edilən hesab üzrə müxtəlif pul köçürmələri və sair təyinatlı ödənişləri həyata keçirməklə şəxsi və xidmət göstərdiyi notariat ofisinin məqsədlərinə sərf edilməsinə nail olub, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs4 məxsus olmaqla ona etibar olunmuş cəmi 85.170 (səksən beş min yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədi ilə 2025-ci ilin avqust ayının əvvəllərində daşınmaz əmlakın alqısatqısı ilə əlaqədar ünvan 3 ünvanında yerləşən Beyləqan rayon 1 saylı notariat ofisinə müraciət etmiş X4 məxsus olmaqla Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsi tərəfindən **********06 reyestr nömrəsi ilə qeydiyyata alınmış Beyləqan rayonu Qaradağlı kəndində yerləşən 2.4 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs1 satılması ilə bağlı sonuncu tərəfindən əmlakın dəyəri qismində Mikayıl Bəyalıyevə təqdim olunması üçün nəzərdə tutulan özünün "xxxx" ASCnin Beyləqan filialındakı AZ84AİİB******************** nömrəli xüsusi depozit hesabına 07 avqust 2025-ci il tarixdə köçürülmüş cəmi 15.030 (on beş min otuz) manat məbləğində pul vəsaitini 07 avqust 2025-ci il tarixdən 08 avqust 2025-ci il tarixədək olan müddətə ünvan 3 ünvanında yerləşən ünvan 4mpüterdən istifadə etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Birbank Biznes” tətbiqi olan elektron informasiya sistemi vasitəsi ilə informasiya resursları hesab edilən ödəniş tapşırıqlarına vahid şəxsi və tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə özünə məxsus elektron imza ilə məlumatların doğruluğunu təsdiq edərək həmin pul vəsaitini toxunulmadan saxlanılmasını pozmaqla aidiyyəti üzrə ödənilməsini yayındırıb Zərərçəkmiş şəxs1 təqdim etmədən sözügedən Bankda öz adına mövcud olan AZ04AİİB******************** nömrəli cari və ******************** hesablarına köçürülməsini təmin etdikdən sonra qeyd edilən dövr ərzində həmin bank hesabları arasında müxtəlif pul köçürmələri, o cümlədən 08 avqust 2025-ci il tarixdə notarius rüsumu və kredit borcu təyinatlı ödənişləri həyata keçirməklə şəxsi ehtiyaclarına və xidmət göstərdiyi notariat ofisinin xərclərinə sərf edilməsinə nail olub, öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 məxsus olmaqla ona etibar olunmuş cəmi 15.030 (on beş min otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid şəxsi və tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, yəni CM-nin 313-cü maddəsi ilə təqsirli bilməmiş, yalnız CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ilin avqust ayından notarius kimi fəaliyyət göstərməyə başlamış, 2010-2014-cü illərdə Qubadlı rayon dövlət notariat kontorunun notariusu, 2014-2020-ci illərdə Sumqayıt Regional ASAN xidmət mərkəzində xüsusi notariat ofisinin xüsusi notariusu-qrup rəhbəri, 2020-ci ilin fevral ayından 2025-ci ilin avqust ayınadək Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu vəzifələrində çalışmışdır. Mahiyyəti üzrə bildirir ki, 2024-cü ilin yay aylarından 2025-ci ilin iyul ayınadək "xxxx" və "xxxx" MMC-lərə cəmi 213.841 manat maddi ziyan vurulmasında özünü təqsirli bilir. Müqavilələr üzrə alqı-satqılar həyata keçirilərkən ödənişlər onun depozit hesabına daxil olmuş, əvvəlcə alıcı pul vəsaitini notariusun hesabına yerləşdirir, ona bununla bağlı müvafiq sənədləşmə aparıldıqdan sonra satıcıya satdığı əmlakın məbləğini bankdan götürməsindən ötrü qəbz verilir. 213.841 manat məbləğin qaytarılmamasının səbəbini izah edə bilmir, həm notarius, həm də öz istifadəsi üçün sərf etmişdir. Zərərçəkmiş şəxs3 2025-ci ilin iyul ayında əmlakın alqı-satqısı ilə bağlı müraciət edərək özünə məxsus Beyləqan şəhərində yerləşən evini satmış, evi alan Dünya Hüseynova 20.040 manat vəsaiti depozitə köçürmüş, həmin vəsaiti cari hesabına köçürməklə müəyyən şəxsi və notariat ofisinin məqsədləri üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı bildirmişdir ki, 2025-ci ilin iyul ayında X11 məxsus ünvan 11 ünvanında yerləşən 58 nömrəli mənzilin X1 ilə bağlı, Məhbubə Kazımovanın nümayəndəsi Zərərçəkmiş şəxs2 tərəfindən əmlakın dəyəri qismində Natiq Mürsəlova təqdim olunması üçün nəzərdə tutulan cəmi 28.557 manat məbləğində pul vəsaitini aidiyyəti üzrə ödənilməsini yayındırıb şəxsi və notariat ofisinin ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs4 məxsus yanacaq doldurma məntəqəsinin X3 ilə bağlı 2025-ci ilin iyul ayında Vüsal Əsgərzadə tərəfindən əmlakın dəyəri qismində Zərərçəkmiş şəxs4 təqdim olunması üçün nəzərdə tutulan cəmi 85.170 manat məbləğində pul vəsaitinin toxunulmadan saxlanılmasını pozmaqla aidiyyəti üzrə ödənilməsini yayındırıb, həmin pul məbləğlərini müxtəlif pul köçürmələri və sair təyinatlı ödənişləri həyata keçirməklə şəxsi və xidmət göstərdiyi notariat ofisinin məqsədlərinə sərf etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən 2025-ci ilin avqust ayının əvvəllərində X4 məxsus Beyləqan rayonu Qaradağlı kəndində yerləşən 2.4 ha torpaq sahəsinin alınması ilə bağlı 2025-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 tərəfindən əmlakın dəyəri qismində Mikayıl Bəyalıyevə təqdim olunması üçün nəzərdə tutulan 15.030 manat məbləğində pul vəsaitini şəxsi və xidmət göstərdiyi notariat ofisinin məqsədlərinə sərf etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmişdir, prokurorluğun depozit hesabına yerləşdirilmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Maliyyə əməliyyatları apararkən hesablar arasında hərhansı yanlış məlumatlar əlavə edərək vəzifə saxtakarlığı etməmiş, həmin hesablar ona məxsus olmuşdur. Notariat ofisinin depozit hesabında notariat ofisinin məqsədləri üçün ödənilməli olan pul vəsaitləri çatışmadığı halda vətəndaşlar tərəfindən alqı-satqı ilə bağlı ödənilən pullardan istifadə etmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərə alıb məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə baxışında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2025ci ilin avqust ayının əvvəllərində Mikayıl Bəyalıyevə məxsus Beyləqan rayonu Qaradağlı kəndində yerləşən 2 ha 40 sot torpaq sahəsinin 15000 manata alınması ilə bağlı razılığa gəlmişlər. 2025-ci ilin avqust ayının əvvəllərində Mikayıl Bəyalıyevlə birlikdə Beyləqan rayonu 1 saylı notariat ofisinə yaxınlaşmışlar, notarius Təqsirləndirilən şəxs xidməti otağında olmuşlar. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən hesaba 15.000 manat torpagın dəyəri və 30 manat rüsum ödəmiş və qəbzi Təqsirləndirilən şəxs təqdim etmiş, lakin sonuncu gözləmələrini tələb etmişdir. Müəyyən vaxt ərzində gözlədikdən sonra Təqsirləndirilən şəxs torpaq sahəsinin əvvəllər girov qismində hansısa banka qoyulduğundan “təmizlik kağızı”nın alınmalı olmasını söyləmiş, Mikayıl Bəyalıyev isə bu məsələni həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onlar nə vaxt gəlsələr, qısa müddətə alqı-satqını təsdiq etməklə Mikayıl Bəyalıyevə 15.000 manat məbləğində pul vəsaitini təqdim edəcəyini bildirmişdir. Mikayıl Bəyalıyev sənədləri qaydasına qoyduqdan sonra notariat ofisinin qarşısında görüşmüş, lakin ofisin bağlı olmasını görüb Təqsirləndirilən şəxs zəng vuraraq səbəbini maraqlanmışlar, sonuncu rəhbərlik tərəfindən Bakı şəhərinə çağırılmasını və növbəti həftənin 1-ci günü işə gələcəyini söyləmiş, buna baxmayaraq, növbəti həftə də notariat ofisinə getdikdə açıq olduğu halda Təqsirləndirilən şəxs yerində olmadığından və depozit hesabda pul olmadığından alqı-satqı baş tutmamışdır. Təqsirləndirilən şəxs qısa müddətə pulunu qaytaracağını vəd etsə də, sonradan artıq telefon zənglərinə cavab verməmişdir. Prokurorluğun hesabında olan pulunun ona verilməsini xahiş edir, Cəsarətdən başqa heç bir şikayəti yoxdur. İş üzrə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2025-ci ilin iyul ayında Beyləqan rayonu ərazisində anası Məhbubə Kazımovaya mənzil almaq qərarına gəlmiş və Natiq Mürsəlova məxsus Beyləqan şəhəri S.İmrəliyev küçəsi bina 2-də yerləşən 58 saylı mənzili 28.500 manata almasına razılaşmışlar. 30 iyul 2025-ci il tarixdə Natiq Mürsəlovla birlikdə Beyləqan rayonu 1 saylı notariat ofisinə yaxınlaşmış, notarius Təqsirləndirilən şəxs xidməti otağında olmuşlar. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən "xxxx" ASC-nin Beyləqan rayon filialındakı hesaba müvafiq olaraq 28.500 manat və 57 manat rüsum ödəyərək qəbzi Təqsirləndirilən şəxs təqdim etmişdir. Cəsarət sənədləşmə işinin 2-3 gün çəkəcəyini, bundan sonra pulun satıcıya ödəniləcəyini demişdir. Bir-iki gün sonra Natiq Mürsəlovla həmin notariat ofisinin qarşısında görüşmüşlər, lakin bağlı olmasını görüb Təqsirləndirilən şəxs zəng vuraraq səbəbini maraqlanmışlar, sonuncu “rəhbərlik” tərəfindən Bakı şəhərinə çağırılmasını və növbəti həftə gələcəyini söyləmiş, buna baxmayaraq, növbəti həftədə alqı-satqı baş tutmamış, Təqsirləndirilən şəxs pulunu qaytaracağını vəd etsə də, sonradan artıq telefon zənglərinə cavab verməmişdir. Prokurorluğun depozit hesabında olan pulunun ona verilməsini xahiş edir, Cəsarətdən başqa heç bir şikayəti yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini, məhkəmə iclaslarında iştirak edə bilməməsini, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2025-ci ilin iyul ayında Beyləqan rayonu ərazisində üzərində köhnə tikili olan 6 sot torpaq sahəsini 20.000 manat müqabilində Dünya adlı qadınla razılaşmışlar, həmin ayın 22-də sonuncu ilə birlikdə Beyləqan rayonu 1 saylı notariat ofisinə getmişlər. Notarius Təqsirləndirilən şəxs bildirdiyi "xxxx" ASC-nin Beyləqan rayon filialında olan hesaba 20.000 manat pul vəsaitini köçürməklə ödəniş qəbzin surətini Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu mülkiyyət üzərində 3 nəfər şəxsin yaşayış hüququnun olmasını, həmin şəxslərin razılığını almalı olduğunu, yalnız bundan sonra yaxınlaşıb pulu götürə biləciyini söyləmiş, razılaşaraq oradan uzaqlaşmışlar. İki-üç gün ərzində sözügedən şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələrini əldə etmiş və həmin sənədləri Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu pulun bankdan götürülməsi üçün ona müvafiq qəbzi təqdim etmiş, lakin "xxxx" ASC-nin Beyləqan rayon filialına yaxınlaşdıqda Təqsirləndirilən şəxs depozit hesabında pulun olmamasını öyrənmiş, sonuncu ilə danışdıqda növbəti iş günü pulu hesaba köçürəcəyini və həmin banka yaxınlaşmasını bildirmişdir. xx.xx.2025-ci il tarixdə notariat ofisinə yaxınlaşmış, Təqsirləndirilən şəxs 1-2 saat ərzində pulu köçürəcəyini bildirmiş, həmin müddət keçdikdə "xxxx" ASC-nin Beyləqan rayon filialına getmiş, gün ərzində orada gözləmiş və dəfələrlə Təqsirləndirilən şəxsla danışdığı halda hesabına pulu köçürmədiyindən vəsaitini ala bilməmişdir. Bu səbəbdən Ədliyyə Nazirliyinin qaynar xəttinə şikayət etmişdir. xx.xx.2025ci il tarixdə yenidən həmin ofisə getmiş, Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini bildirərək pulunu tələb etmiş, sonuncu yenidən 1-2 saat gözləməsini xahiş etmiş, həqiqətəndə saat 12-13 radələrində ondan əvvəlki qəbzi alaraq 19.000 manata dair qəbzi təqdim edib qalan 1000 manatı axşam saatlarında əlbəəl verəcəyini bildirmiş, bundan sonra "xxxx" ASC-nin Beyləqan rayon filialından 19.000 manat pulunu əldə etmiş, habelə axşam saatlarında Təqsirləndirilən şəxs qalan 1000 manatını almışdır. Məhkəmə iclasında elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs4 istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2025-ci ilin iyul ayında mülkiyyətində olan Beyləqan şəhərində yerləşən yanacaqdoldurma məntəqəsini 85.000 manat məbləğində satışı ilə bağlı Oktay Əsgərzadə adlı şəxslə razılığa gəlmiş, alqı satqının rəsmiləşdirilməsi üçün 27 iyul 2025-ci il tarixdə Bakı şəhəri ərazisində yerləşən 43 saylı notariat ofisində Şahid adlı tanışına etibarnamə vermişdir. xx.xx.2025-ci il tarixdə Şahid zəng vurmuş və alqı-satqının rəsmiləşdirilməsi üçün Oktayın oğlu Vüsal vasitəsi ilə notariusun depozit hesabına 85.000 manat məbləğində pul vəsaiti köçürməsini, sadəcə müəyyən sənəd çatışmazlığından bir neçə gün sonra alqı-satqı apara biləcəklərini bildirmişdir. 2025-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs tərəfindən alqı-satqı rəsmiləşdirildikdən sonra müvafiq müqavilə və 85.000 manat məbləğində pul vəsaitinin depozit hesabdan götürmək üçün qəbzi təqdim etməsini, lakin Şahid "xxxx" ASC-nin Beyləqan rayon filialına gedib qəbzi təqdim etdikdə notariusun depozit hesabında pul vəsaitinin mövcud olmaması öyrəndiyini bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr uydurmaqla gah sistemdə problem olmasını, gah pulu səhv köçürməsini və sair bu kimi yalan halları qeyd etməklə yalnız növbəti gün Şahid yeni qəbz vermiş və cəmi 34.000 manat məbləğində pul vəsaitini depozit hesaba köçürdüyünü demişdir. Bundan sonra Şahid həmin pulu götürmüşdür. Təqsirləndirilən şəxsla danışıq aparmış, pulun qalan hissəsini tələb etmiş, sonuncu guya lisenziya müddətinin bitməsinə görə belə çətinliklərin yaşanmasını deyərək Bakı şəhərinə getməli olmasını və qısa müddətə məsələni həll edəcəyini bildirsə də, sonradan telefon zənglərinə cavab verməmiş və pulu qaytarmaqdan yayınmışdır. Zərərçəkmiş şəxs4 nümayəndəsi Xırdalan şəhər vəkil bürosunun vəkili Nümayəndə2 təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2025-ci ilin iyul ayında tanışı Sadaylı X13 şəhərində yerləşən yanacaqdoldurma məntəqəsini Oktay adlı şəxsə satmasına razılaşdıqlarını və bu işdə onu təmsil etməsini xahiş etmiş, o razılaşdıqdan sonra Cavid onun adına notarial qaydada etibarnamə vermişdir. xx.xx.2025ci il tarixdə Oktay onunla əlaqə saxlayaraq oğlu Vüsal vasitəsi ilə notariusun depozit hesabına 85.000 manat köçürməsini, müəyyən sənəd çatışmazlığından bir neçə gün sonra alqı-satqı apara biləcəklərini bildirmişdir. Bundan sonra 4 avqust 2025-ci il tarixdə Beyləqana gedərək Oktay və sonuncunun oğlu Vüsalla görüşərək Beyləqan rayonu 1 saylı notariat ofisində xüsusi notarius Təqsirləndirilən şəxs qəbulunda olmuşlar, alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər, notarius tərəfindən ona 85.000 manat məbləğində pul vəsaitinin depozit hesabdan götürmək üçün qəbz təqdim etmiş, lakin o, "xxxx" ASC-nin Beyləqan rayon filialına gedib qəbzi təqdim etdikdə notariusun depozit hesabında pul vəsaitinin olmadığı müəyyən olmuşdur. Bundan sonra notariat ofisinə getmiş, Təqsirləndirilən şəxs da müxtəlif bəhanələr gətirərək növbəti gün gəlməsini bildirmiş, səhər getdikdə Cəsarət yeni qəbz vermiş və cəmi 34.000 manat məbləğində pul vəsaitini depozit hesaba köçürdüyünü demişdir. Bundan sonra gedib bankdan həmin pulu götürmüşdür. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin nümayəndəsi Nümayəndə1 məhkəməyə izahat verərək bildirmişdir ki, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydalarına müvafiq Füzuli və Ağcabədi rayon İcra başçılarının sərəncamları əsasında "xxxx" və "xxxx" MMC-yə həmin rayonların ərazisində torpaq sahələri ayrılmışdır. Həmin torpaqların istifadəçiləri müəyyən edilmiş, bundan sonra müstəqil qiymətləndirmə şirkətləri dəvət olunaraq hər bir vətəndaşın istifadəsində olan torpaq sahələri üzrə kompensasiya qiyməti müəyyənləşdirilmişdir. Vətəndaşlarla razılaşdırılmış pul vəsaitlərini kompensasiya olaraq qanuni şəkildə təqdim olunması üçün notariusun depozit hesabına köçürülmüş, vətəndaşlar notarial qaydada müqaviləyə imza edərək onlara təqdim olunmuş qəbz əsasında bank vasitəsi ilə kompensasiya məbləğini əldə etmişlər. Bu məqsədlə, kompensasiya alan vətəndaşlara ödənilməsi üçün müvafiq vəsaitlər 2023-2025-ci illər ərzində təmsil etdiyi hüquqi şəxslər tərəfindən Beyləqan rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu Təqsirləndirilən şəxs təsdiqi ilə sonuncunun “Kapital Bank“ ASC-nin Beyləqan rayon filialında olan xüsusi depozit hesabına köçürülmüşdür. Bununla bağlı "xxxx" MMC-si tərəfindən, eyni məqsədlə "xxxx" MMC-nin törəmə müəssisəsi olan "xxxx" MMC-si tərəfindən pul vəsaitləri Cəmiyyətin "xxxx" ASC-də mövcud olan hesabından notariusun depozit hesabına köçürülmüşdür. Kompensasiya ödənilməsi nəzərdə tutulmuş vətəndaşlarla mütəmadi ünsiyyət saxlanıldığından 2025-ci ilin aprel ayında notariusun depozit hesabına müvafiq məbləğlər köçürülsə də, həmin məbləğin tam həcmdə aidiyyəti vətəndaşlara verilmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxsla əlaqə saxlanılmış, sonuncu notariusun depozit hesabında vəsaitin qalmadığını, bu səbəbdən də, əməliyyatların dayandırıldığını bildirmişdir. Daxili araşdırma zamanı "xxxx" MMC-si tərəfindən notariusun depozit hesabına köçürülmüş ümumi vəsaitin 32.975 manat hissəsi, habelə "xxxx" MMC-si tərəfindən köçürülmüş ümumi vəsaitin 180.866 manat hissəsi vətəndaşlara ödənilməməsi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla əlaqə saxlanılmış, sonuncu vəsaitlərin tez bir zamanda vətəndaşlara ödəniləcəyini bildirsə də, bu təmin edilməmişdir. Hazırda Baş Prokurorluğunun depozit hesabında saxlanılan maddi ziyanın "xxxx" MMC-yə və "xxxx" MMC-yə ödənilməsini tələb edir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan 12 avqust 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Çağrı Mərkəzinə (881) müraciətdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması üçün Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Təqsirləndirilən şəxs depozit hesabına 28.557 manat məbləğində pul vəsaitini ödədiyi, alqı-satqı baş tutmadığı və sonuncunun vəzifədən azad edildiyi halda pul vəsaitinin geri qaytarılmaması barədə şikayət etmişdir. İş materiallarında olan 30 iyul 2025-ci il tarixli Beyləqan rayon 1 saylı notariat ofisi üzrə tərtib edilmiş müqavilə nümunəsindən görünür ki, X11 məxsus olmaqla Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsi tərəfindən **********02- 05101-093009 reyestr nömrəsi ilə qeydiyyata alınmış ünvan 8 ünvanında yerləşən 58 nömrəli mənzilin X1 ilə bağlı xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən sonuncunun nümayəndəsi qismində çıxış edən Zərərçəkmiş şəxs2 tərəfindən əmlakın dəyəri qismində Natiq Mürsəlova təqdim olunması üçün 28.557 (iyirmi səkkiz min beş yüz əlli yeddi) manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 28 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Çağrı Mərkəzinə (881) müraciətdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 bir həftə öncə alqı-satqı müqaviləsinin bağlanması üçün Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Təqsirləndirilən şəxs depozit hesabına müəyyən məbləğdə pul vəsaitinin ödənildiyi halda həmin pul vəsaitinin ona təqdim edilməməsi barədə şikayət etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətindən daxil olmuş bir ədəd CD diskə həmin tarixdə baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Beyləqan filialında mövcud olan “AZ84AİİB********************” nömrəli depozit hesabı üzrə "xxxx" və "xxxx" MMC-lər, habelə notariat əməliyyatları aparan şəxslər adından daxil olmuş xüsusilə külli miqdarda pul vəsaitinin xeyli miqdarda hissəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətə Təqsirləndirilən şəxs həmin bankdakı “AZ04AİİB********************” nömrəli cari hesabına köçürüldükdən sonra sözügedən vəsait hesabın möhkəmləndirilməsi, əmək və sığorta haqqları, dövlət rüsumları, vergi borcları və sair təyinatlı ödənişlərin həyata keçirilməsi, sonuncunun biznes kartı hesabına köçürülməsi və nağdlaşdırma əməliyyatının aparılmasına istifadə etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-21-28/2-907/2025 nömrəli Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin İdarə Heyətinin sədrinin məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC-dən daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı şübhəlilik üçün əsaslar müəyyən edilmişdir. İş materiallarında olan 28 avqust 2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş idarə rəisinin məktubu və əlavə edilmiş sənədlərdən görünür ki, alqı-satqı müqaviləsi üzrə vətəndaş Zərərçəkmiş şəxs4 təqdim olunması üçün Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Təqsirləndirilən şəxs depozit hesabına köçürülmüş müəyyən məbləğdə pul vəsaiti təqdim edilməmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi üzrə çıxarışlardan görünür ki, həmin İdarədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** VÖEN-lə xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatından keçməklə hüquqi ünvanı ünvan 12n Cəmiyyətin nəzdində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** VÖEN-lə xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatından keçməklə eyni hüquqi ünvanı vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-28-29/2-8595/2025 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin baş direktorunun məktubu və əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində həmin Xəstəxanada müalicədə olmuşdur. İş materiallarında olan 17 sentyabr 2025-ci il tarixli vətəndaş Zərərçəkmiş şəxs1 müraciətindən görünür ki, alqı-satqı müqaviləsinin bağlanması üçün Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Təqsirləndirilən şəxs depozit hesabına 15.030 manat məbləğində pul vəsaitini ödədiyi, alqı-satqı baş tutmadığı və sonuncunun vəzifədən azad edildiyi halda sözügedən pul vəsaiti geri qaytarılmamışdır. İş materiallarında olan 30 iyul 2025-ci il tarixli qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 alqı-satqı müqaviləsinin bağlanması üçün xx.xx.2025-ci il tarixdə Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Təqsirləndirilən şəxs "xxxx" ASCnin Beyləqan filialında mövcud olan “********************” depozit hesabına cəmi 28.557 manat məbləğində pul vəsaiti ödəmişdir. İş materiallarında olan 07 avqust 2025-ci il tarixli qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 alqı-satqı müqaviləsinin bağlanması üçün xx.xx.2025-ci il tarixdə Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Təqsirləndirilən şəxs "xxxx" ASCnin Beyləqan filialında mövcud olan “********************” depozit hesabına cəmi 15.030 manat məbləğində pul vəsaiti ödəmişdir. İş materiallarında olan 04 avqust 2025-ci il tarixli Beyləqan rayon 1 saylı notariat ofisi üzrə tərtib edilmiş müqavilədən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus olmaqla Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsi tərəfindən **********71-12301 reyestr nömrəsi ilə qeydiyyata alınmış Beyləqan şəhəri Beyləqan-Kəbirli yolunda yerləşən əmlak kompleksinin (yanacaqdoldurma məntəqəsi) X3 ilə bağlı sonuncu tərəfindən əmlakın dəyəri qismində xx.xx.2025-ci il tarixli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs4 nümayəndəsi qismində çıxış edən Şahid təqdim olunması üçün 85.170 (səksən beş min yüz yetmiş) manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 24 noyabr 2025-ci il tarixli vətəndaş Zərərçəkmiş şəxs3 müraciətindən görünür ki, 2025-ci ilin iyul ayında alqı-satqı müqaviləsinin bağlanması üçün Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Təqsirləndirilən şəxs depozit hesabına köçürülmüş və sonuncu tərəfindən mənimsənilmiş 20.000 manat məbləğində pul vəsaitini ona həmin ayın sonlarında təqdim edildiyindən ziyanın ödənilməsi ilə bağlı şikayəti olmamışdır. İş materiallarında olan çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus olmaqla Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Beyləqan Ərazi İdarəsi tərəfindən **********10-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin X12 tərəfindən özgəninkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2025-ci il tarixli, 5266 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixlərində dissosiativ (isterik) reaksiya keçirmiş, həmin reaksiya qısa müddət davam etməklə tam sağalma ilə nəticələnmiş, Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, idarə etmək, düzgün ifadə vermək, qavramaq və s. iqtidarında olmuş, anlaqlı hesab edilmiş, tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac olmamış, pul vəsaitlərini mənimsəyən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il «pulun depozitə qoyulması» haqqında qərarla Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 308.530 (üç yüz səkkiz min beş yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-də olan depozit hesabına verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına zərərçəkmiş şəxslərə dəymiş ziyanın qaytarılmamış hissəsi qismində cəmi 308.530 (üç yüz səkkiz min beş yüz otuz) manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan Füzuli rayon Əbdürrəhmanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən, şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Əbdürrəhmanlı kəndində qeydiyyatdadır, o xidməti işi ilə əlaqədar Beyləqan rayonu ərazisində kirayədə yaşayır, hal-hazırda 2024-cü ilin fevral ayının 02-də nikahı pozulmuş, himayəsində xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 adlı 2 övladı var, övladları ilə mütamadi ünsiyyət qurur, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 19 dekabr 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla 24 iyul 2025-ci il tarixli, 108/25 nömrəli və 03 noyabr 2025-ci il tarixli "xxxx" MMC-nin məktubları, Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətindən daxil olmuş bir ədəd CD disk və "xxxx" ASC-dən daxil olmuş iki ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 22 dekabr 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat, Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs4 nümayəndəsi Abşeron vəkil bürosunun vəkili Nümayəndə2 məhkəməyə mülki iddia təqdim edərək Zərərçəkmiş şəxs4 mülki iddiaçı və Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınması, Təqsirləndirilən şəxs 51102 manat maddi ziyanın və mülki iddi qaldırılması üçün ödənilmiş 243,31 manat dövlət rüsumunun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs CM-nin 179.3.2 və 313-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və buna görə də, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona cəza təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində biri azyaşlı olmaqla iki nəfər uşağının olmasını, dəymiş ziyanı tam həcmdə ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, əməlindən peşmançılıq hissi keçirməsini, ailəsinin yeganə gəlir gətirən şəxsi olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumuluğunu, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqların olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini (depozitə qoyulmasını) CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal 313cü maddəsinə münasibətdə cinayəti təkrarən törətməsidir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-nin 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, dəymiş ziyanın tam olaraq ödəməsini də daxil olmaqla qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələblərinə riayət edilməklə, o cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsiplərinin işığında təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 70ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərinə vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şərti məhkum etmə təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Ona görə də, Təqsirləndirilən şəxs müəyyən edilən sınaq müddətində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsində göstərilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs müəyyən müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin təqsirləndirildiyi maddələrin sanksiyalarında həmin cəza öz əksini tapmadığı hallarda CM-nin 46.2-ci maddəsi tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini nəzərə alaraq sonuncunun Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş əmələ münasibətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir. Buna görə də, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin 46.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə qeyd olunan əlavə cəza da təyin edilməlidir. CM-nin 46.3-cü maddəsinə əsasən dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs4 nümayəndəsi Abşeron vəkil bürosunun vəkili Nümayəndə2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs4 dəymiş 51,102 (əlli bir min yüz iki) manat maddi ziyan ona ödənilməsindən ötrü Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına qoyulmuşdur. Odur ki, verilmiş mülki iddia üzrə ziyan tam ödənildiyindən (hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxlərə qaytarılmasından ötrü depozit hesabına qoyulduğundan) mülki iddia baxılmamış saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan ümumilikdə 308.530 (üç yüz səkkiz min beş yüz otuz) manat məbləğində pul vəsaitindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 15.030 (on beş min otuz) manat, Zərərçəkmiş şəxs4 51,102 (əlli bir min yüz iki) manat, Zərərçəkmiş şəxs2 28.557 (iyirmi səkkiz min beş yüz əlli yeddi) manat, zərərçəkmiş hüquqi şəxslər "xxxx" MMC-yə 32.975 (otuz iki min doqquz yüz yetmiş beş) manat və "xxxx" MMC-yə 180.866 (bir yüz səksən min səkkiz yüz altmış altı) manat qaytarılmalı, Zərərçəkmiş şəxs3 dəymiş 20.040 (iyirmi min qırx) manat maddi ziyanın qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş - iş materiallarına əlavə olunmuş 24 iyul 2025-ci il tarixli, 108/25 nömrəli və 03 noyabr 2025-ci il tarixli "xxxx" MMC-nin məktubları, Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətindən daxil olmuş bir ədəd CD disk və "xxxx" ASC-dən daxil olmuş iki ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 179.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsini tətbiq etməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 313-cü maddəsi ilə 9 (doqquz) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərinə aşağıdakı vəzifələr qoyulsun: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan ümumilikdə 308.530 (üç yüz səkkiz min beş yüz otuz) manat məbləğində pul vəsaitindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 15.030 (on beş min otuz) manat, Zərərçəkmiş şəxs4 51,102 (əlli bir min yüz iki) manat, Zərərçəkmiş şəxs2 28.557 (iyirmi səkkiz min beş yüz əlli yeddi) manat, zərərçəkmiş hüquqi şəxslər "xxxx" MMC-yə 32.975 (otuz iki min doqquz yüz yetmiş beş) manat və "xxxx" MMC-yə 180.866 (bir yüz səksən min səkkiz yüz altmış altı) manat qaytarılsın. Zərərçəkmiş şəxs3 dəymiş 20.040 (iyirmi min qırx) manat maddi ziyanın qaytarılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs4 müdafiəçisi Nümayəndə2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuş 24 iyul 2025-ci il tarixli, 108/25 nömrəli və 03 noyabr 2025-ci il tarixli "xxxx" MMC-nin məktubları, Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətindən daxil olmuş bir ədəd CD disk və "xxxx" ASC-dən daxil olmuş iki ədəd CD disk cinayət təqibi üzrə materialların saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmün icrası Füzuli Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev
Məhkəmə qərarları › İş №1(4-5)-4/2026
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-4/2026
10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver