Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-46/2026 11.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri:Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Masallı rayonu Xoşçobanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Masallı rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olmaqla yaşamış, 05 yanvar 2026-cı il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, 4(5-145)-1/2026 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilərək X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2025-ci il tarixdə saat 23 radələrində Masallı rayonu, Musaküçə kəndi ərazisində yerləşən X3 məxsus inşaat materiallarının satışı mağazasında olan istirahət otağındakı saxlanc yeri kimi istifadə edilən taxta dolabın kilidli qapısını sındırmaq üsulu ilə açıb qanunsuz daxil olub oradan əvvəllər tanımadığı həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 məxsus 5500,0 manat məbləğində nağd pul əskinazlarını və "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 5750 8752 saylı plastik kartı gizli yolla oğurlayıb həmin plastik kartın hesabındakı ümumilikdə 51 manatı 28 dekabr 2025-ci il tarixdə online qaydada dörd dəfə ödənişlər edib sərf etməklə vahid niyyətlə Zərərçəkmiş şəxs1 xeyli miqdarda-5551,0 manat məbləğində əmlakını-pul vəsaitini gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 01 ədəd plasmas qabda alışdırıcı maye (benzin), kibrit və soyuq silah hesab edilməyən taxta dəstəkli dəmir tiyəli mətbəx bıçağı ilə silahlanıb tanınmamaq üçün üzünə qara rəngli eynək keçirib 04 yanvar 2026-cı il tarixdə saat 16 radələrində Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə plastik qapının açılması üsülu ilə qanunsuz daxil olub silah qismində istifadə etdiyi bıçaqla silahlı basqın edib həmin evin ikinci mərtəbəsindəki dəhlizdə Zərərçəkmiş şəxs2 qarşı həyat və sağlamlıq üçün təhlükəli zorakılıq hərəkətləri tətbiq etməklə özü ilə gətirdiyi alışdırıcı maye ilə evi yandıracağı və bıçaqla xəsarət yetirəcəyi ilə Zərərçəkmiş şəxs2 hədələyib özünə tabe etdirdikdən sonra sonuncudan ona qızıl-zinət əşyası və pul verilməsini tələb edərək evin ikinci mərtəbəsində olan qonaq otağındakı güzgülü dolabdan Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 33400,0 manat təşkil edən xeyli miqdarda bir cüt, 50 qram çəkidə, 5000 manat dəyərində, Rusiya istehsallı, dörddüymə qızıl sırğanı, bir ədəd, 8 qram çəkidə, 1000 manat dəyərində, Rusiya istehsallı, briliyant qaşlı qızıl üzüyü, bir ədəd, 20 qram çəkidə, 2000 manat dəyərində, Rusiya istehsallı, qızıl medalyon boyunbağını, bir ədəd, 3000 manat dəyərində, Rusiya istehsallı, qızıl qapaqlı saatı, iki ədəd, 4 qram çəkidə, 400 manat dəyərində, Rusiya istehsallı, qaşsız qızıl üzüyü, bir cüt, 10 qram çəkidə, 1500 manat dəyərində, Rusiya istehsallı, briliyant qaşlı qızıl sırğanı, bir cüt, 15 qram çəkidə, 1500 manat dəyərində, Rusiya istehsallı, şarlı qızıl sırğanı, bir cüt, 8 qram çəkidə, 1000 manat dəyərində, Rusiya istehsallı, firuzə-briliyant qaşlı qızıl sırğanı, bir ədəd, 18 qram çəkidə, 2000 manat dəyərində, Rusiya istehsallı, şəbəkə klonlu qızıl boyunbağını, bir ədəd, 3000 manat dəyərində, Rusiya istehsallı, qızıl onluq imperialı, dörd ədəd, 9200 manat dəyərində, Rusiya istehsallı, qızıl yeddilik imperialı, iki ədəd, 3000 manat dəyərində, Rusiya istehsallı, qızıl beşlik imperialı və iki cüt, 6 qram çəkidə, 800 manat dəyərində, Rusiya istehsallı, yaqut qaşlı qızıl sırğanı, yataq otağındakı paltar dolabından 3400 Azərbaycan manatına nisbətdə 2000,0 ABŞ dolları və 10500,0 manat xeyli miqdarda nağd pul əskinazlarını və mətbəx otağındakı masadan bir ədəd, 600 manat dəyərində, “Samsung Galaxy A15” markalı mobil telefon cihazını üzərində olan 10 manat dəyərində, “***-***-**-**” saylı mobil nömrə ilə birlikdə götürüb ələ keçirdikdən sonra həmin mətbəx otağında Zərərçəkmiş şəxs2 məcburi stola oturdub bir müddət hərəkətsiz və səssiz qalması, tezliklə başqa şəxslərə məlumat verməsi və müqavimət göstərmək imkanını tam aradan qaldırmaq üçün bədənini və ağzını mətbəxdən tapdığı yapışqanlı lentlə, əllərini isə telefon elektrik kabeli ilə bir-birinə möhkəm sıxıb bağlayıb stola bərkitməklə ona sağ və sol mil-bilək oynağına müvafiq nahiyənin arxa hissəsinin zolaq formalı qançırı kimi müəyyən olunan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək quldurluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 27 dekabr 2025-ci il tarixdə saat 23 radələrində Masallı rayonu, Musaküçə kəndində olarkən, yağış yağmış və həmin ərazidə yerləşən inşaat mağazasının mühafizəçisindən yer xahiş etmişdir. Mühafizəçi onu istirahət otağına aparmış və maşın gələnə kimi gözləməyə yer vermişdir. O həmin otaqda kilidli seyf görmüş, onun qapısını sındıraraq açmış və oradan 3000,0 manat kağız formasında və 200 ədəd 50 qəpik formasında nağd pulu, həmçinin plastik kartı oğurlamışdır. Həmin plastik kartın hesabındakı ümumilikdə 51 manatı online qaydada dörd dəfə ödənişlər edib sonra onu atmışdır. 04 yanvar 2026-cı ildə kostyum əynində, maskasız, gözündə qara eynək və əlləri cibində gəlib özünü təqdim edərək Zərərçəkmiş şəxs2 evinə daxil olmuşdur. O, həmin evdən müxtəlif zinət əşyaları-qızıl sep və üzük, eyni zamanda 3.900 manat və 2.010 ABŞ dolları götürmüşdür. O masanın üzərində olan “Samsung” markalı mobil telefonu götürmüş, lakin həmin evdən çıxan zaman mobil telefonu hasarın yanına otluq əraziyə atmışdır. O, Zərərçəkmiş şəxs2 əlini bağlaya bilməzmiş, çünki evdən çıxan kimi Zərərçəkmiş şəxs2 Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmişdir. Onu saxlayan zaman polis əməkdaşları üzərində olan qızılları, pulları və avtomobilində olan çantasını götürmüşlər. İttiham aktında qeyd olunan qızılların hamısını o götürməmiş, çünki həmin qızılları qısa müddətdə satmaq qeyri-mümkün olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o Zərərçəkmiş şəxs2 qarşı quldurluq etmiş, lakin onun əlində alışqan olmamış və Zərərçəkmiş şəxs2 əlini bağlamamışdır. O, Zərərçəkmiş şəxs1 5.551 manat pul oğurlamamışdır, həmin məbləğin istintaq zamanı xeyli miqdar olması üçün artırıldığını qeyd etmişdir. O, Telman Ələkbərovu tanımamış, təsadüfi halda həmin inşaat mağazasının yanında taksi gözləmişdir. O, həmin otaqda olan seyfin qapağının bağlı olduğunu görüb seyfdə nəsə olduğunu zənn etmişdir. Oğurluq etdiyi üçün həmin məbləği istintaqda çox demişlər. Lakin 3.000 manat pul oğurlamışdır. Zərərçəkmiş şəxs2 evindən pulları götürərkən, pulların bir qismi masanın üzərində qalmışdır. Həmin evə daxil olanda, o, evdə bir nəfərin olduğunu görmüş və bu səbəbdən bıçağını öz cibinə qoymuşdur. Zərərçəkmiş şəxs2 evinə getdiyi zaman heç bir spirtli içki və yaxud narkotik vasitə istifadə etməmişdir. O həmin evdə Şahid3 40 dəqiqəyə yaxın gözləmiş, lakin sonuncu gəlməmiş və sonra ona məxsus sənədləri götürmək üçün axtarmış ki, Telman həmin sənədləri götürmək üçün onun yanına gəlsin. Natəvan həmin zaman ona “səni qaynım göndərib sroka” demişdir. Onun törətdiyi əməl quldurluqdur, lakin o Zərərçəkmiş şəxs2 naqillə əlini və yapışqanlı lentlə ağızını bağlamamışdır. O həmin evdən çıxarkən Zərərçəkmiş şəxs2 10 dəqiqə sonra hara istəyirsə zəng etməsini və götürdüyü “Sumsung” markalı mobil telefonu qaz borusunu yanına atmışdır. O, Tağıyevlərə görə əvvəllər 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan onlardan qisas almışdır. Əməlindən peşman deyildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs hansı cəzanın verilməsinin onun üçün heç bir fərqinin olmadığını və bunu məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, ona Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə oğurluq cinayət əməlləri törətdiyi üçün məhkum olunmuş, sonuncu dəfə Masallı rayon məhkəməsinin 15 avqust 2022-ci il tarixli hökmü üzrə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün həbs cəzası almışdır və həbsdən çıxdıqdan sonra heç bir yerdə işləmədiyindən və pula ehtiyacı olduğundan oğurluq və quldurluq cinayət əməllərini törətmişdir. Belə ki, o 27 dekabr 2025-ci il tarixdə saat 23 radələrində Masallı rayonu, Musaküçə kəndi ərazisində yerləşən inşaat materiallarının satışı mağazasının yaxınlığından tək piyada hərəkət edib gedərkən mağazanın gözətçisinin, adının Xanlar olduğunu sonradan bildiyi şəxsin orada olduğunu görüb ona yaxınlaşaraq özünü yalandan “hörmətli” şəxslərin qohumu kimi təqdim edib soyuqdan üşüdüyü üçün bir neçə saatlıq yanında qalıb qızınmaq istədiyini demişdir. Həmin Xanlar adlı şəxs ona öz otağının balaca olduğunu bildirərək mağazanın digər otağına aparıb həmin otağın mağazanın işçisi olan Calal adlı şəxsin istirahət otağı olduğunu və otaqda qalmağını deyərək öz otağına geri qayıtmışdır. Bundan sonra o, həmin otaqda olduğu vaxtı divara vurulmuş və saxlanc yeri kimi istifadə edilən taxta dolabın qapısının kilidli olduğunu görmüşdür. Həmin dolabda pul və ya digər dəyərli əşyanın olduğunu düşündüyü üçün dolabın kilidini dartıb sındırıb açaraq orada 3100 manat pulun və 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş üzərindəki rəqəmləri xatırlamadığı plastik kartın olduğunu aşkar etmişdir. Sonra həmin pulları və plastik kartı oğurlayıb ciblərinə yığaraq otağı tərk edib Xanlar adlı gözətçinin yanına qayıtmışdır və ona getmək istədiyini bildirmişdir. Həmçinin Xanlara konturu olmadığı üçün taksi sifariş verə bilmədiyini demişdir və buna görə mobil telefonunu verməsini xahiş etmişdir. Xanlar adlı gözətçi mobil telefonunu ona verdikdə telefonda “Bolt” taksi şirkətinin proqramını görmüşdür və həmin proqrama daxil olub Bakı şəhərinə getmək üçün taksi sifarişi etmişdir. Təxminən 10-15 dəqiqədən sonra tanımadığı taksi sürücüsü gəlib onu oradan götürüb birbaşa Bakı şəhərinə aparmaq üçün hərəkətə başlamışdır. Salyan rayonu ərazisində yerləşən “Yolüstü” restoranında taksini dayandırıb oradakı yanacaqdoldurma məntəqəsində oğurladığı kartın hesabında olan puldan yol pulu əvəzində taksiyə 19 manat yanacaq vurmuş, sonra mağazadan 3 dəfəyə ümumilikdə 32 manatlıq özünə qida məhsulları, siqaret və energetik içkilər almışdır. Oğurladığı plastik kartdan daha istifadə edə bilmədiyini görmüşdür və pulun qurtardığını başa düşdüyü üçün orada həmin kartı zibilliyə atmışdır. Sonra taksi ilə Bakı şəhərinə gedib çatmışdır, taksidən düşüb iki gün otel və restoranları gəzib oğurladığı pulları xərcləməyə başlamışdır. 30 dekabr 2025-ci ildə Bakı şəhəri Badamdar deyilən ərazidə olan adını unutduğu otellərdən birində təsadüfən tapdığı və kim olduğunu hazırda bilmədiyi qızla qalıb istirahət edərkən qohumu Masallı rayonu Sığıncaq kənd sakini Şahid2la telefon əlaqəsi saxlayıb kef-əhvalını soruşmuşdur. Ramil ona Bakı şəhərində olduğunu, azyaşlı qardaşı Azəri rayona aparmağa gəldiyini və hazırda 20 yanvar metrosunun yaxınlığında qardaşı ilə birlikdə rayona getməyə hazırlaşdığını demişdir. Ramili qardaşı Azərlə birlikdə qaldığı oteldə bir günlük qalmağa dəvət etmiş, Ramil pulu olmadığından oteldə qala bilməyəcəklərini demiş, o isə Ramilə heç bir problem olmadığını, otel pullarını ödəyəcəyini bildirmişdir. Buna görə Ramil həmin vaxtı qardaşı ilə otelə gəlmiş, oteldə onlara ayrıca otaq tutub pullarını ödəmiş, bir gecə oteldən qalmışlar. 31 dekabr 2025-ci ildə o, Ramilə Lənkəran rayonunda yeni il bayramı ilə əlaqədar 2 günlük oteldə yer sifariş etdiyini demişdir və onunla birlikdə gedib orada qalıb yeni ili keçirməyi xahiş etmişdir. Ramil xahişini nəzərə alıb razılaşmışdır, sonra qardaşı Azəri iki günlük Bakıda yaşayan xalasının evinə yola salıb özü isə onunla birlikdə taksi ilə Lənkəran şəhərində yerləşən adını xatırlamadığı otelə gəlmişdir. Lənkəran şəhərində iki gün oteldə qaldıqdan sonra 02 yanvar 2026-cı ildə Ramil ilə birlikdə Bakı şəhərinə qayıtmaq üçün tanımadığı taksi ilə Bakı şəhərinə yola düşmüşdür, Cəlilabad rayonu ərazisində olduqları vaxtı Ramilin atası zəng edib ona qardaşı Azərin evə gəldiyini dediyi üçün Ramil orada onunla sağollaşıb başqa taksi ilə Masallı rayonuna evinə getmişdir, o isə yoluna davam edib Bakıya çatmışdır. İki gün Bakıda qalıb oğurladığı pulları xərcləyib tam qurtarmışdır. Otellərdə qalıb pulları xərcləyərkən Ramilə həmin pulların oğurluq olduğunu deməmişdir və Ramil də pulların oğurluq olduğunu qəti olaraq hiss etməmişdir. Bundan başqa 04 yanvar 2026-cı ildə Bakı şəhərində olduğu zaman əvvəllər tanımadığı Gürcüstan Respublikasının vətəndaşlarına qumarda uduzduğu xeyli miqdarda pul borcunun qaytarmağının vaxtı çatdığı üçün təcili pul əldə etmək istəmişdir və haradansa pul tapmağı fikirləşmişdir. Həmin vaxtı 2022-ci ildə həmkəndlisi Şahid3 qohumu İlqarın evindən oğurluq olmasında onu günahkar hesab edib tutduraraq ona maddi və mənəvi ziyan vurduğu üçün ondan bunun əvəzini çıxmaq ağlına gəlmişdir. Bu məqsədlə o, 04 yanvar 2026-cı il tarixdə saat 16 radələrində Bakı şəhərindən tanımadığı taksi ilə Masallı rayonu Təklə gəlib orada taksidən düşmüşdür. Həmçinin Bakıdan gələrkən özünə bir ədəd mətbəx bıçağı da almışdır. Taksidən düşdükdən sonra onun yol pulunusunu verib geri qaytarmışdır, sonra isə Təklə kəndində çöllükdə özünə məxsus içində paltarları olan qara rəngli əl çantasını gizlətmişdir. Daha sonra piyada tək Telmanın Masallı rayonu Xoşçobanlı kəndində yerləşən yaşadığı evin qarşısına gedib açıq olan darvazadan əvvəlcə evin həyətinə, daha sonra isə evin giriş plastik qapısından keçməklə evin ikinci mərtəbəsinə qalxmışdır. Həmçinin Telmanın evinə getməmişdən əvvəl özü ilə mətbəx bıçağından əlavə kağız da götürmüşdür, gözünə də tanınmamaq üçün böyük ölçüdə qara rəngli eynək taxmışdır. İkinci mərtəbəyə qalxdıqdan sonra ikinci mərtəbədəki dəhlizə girmişdir və mətbəx otağından musiqi səsinin gəldiyini eşitmişdir. Mətbəxdə Telmanın arvadı Zərərçəkmiş şəxs2 olduğunu başa düşdüyü üçün mətbəx otağının qapısını döymüşdür və bu zaman mətbəxdən Natəvanın çıxdığını görmüşdür. Uzun müddət türmələrdə olduğundan kənddə yaşamamışdır və buna görə də Natəvan onu tanımayıb kim olduğunu demişdir və nəyə gəldiyini soruşmuşdur. Natəvana yalandan “Hüseynin dostu” olduğunu, Hüseynin türmədən çıxdığını, onu Telman heç nədən tutdurduğu üçün Telmadan təzminat almağa gəldiyini və gətirdiyi kağıza imza atmasını bildirmişdir. Natəvan ona Telmanın heç kimi tutdurmadığını, hazırda yanacaqdoldurma məntəqəsində olduğunu, buna görə kağıza imza atmayacağını və Telmanın yanına getməyini demişdir. Natəvana heç yerə getməyəcəyini, Telman ona dəymiş maddi zərəri ya ödəyəcəyi, yada ki, evdən onun yanacaqdoldurma məntəqəsinin sənədini tapıb götürəcəyini bildirmişdir. Natəvan ona əri Telmanın evdə pul saxlamadığını, nəyi varsa yanacaqdoldurma məntəqəsinə qoyduğunu və oraya getməyini demişdir. Buna baxmayaraq o, evi axtarmaq üçün Natəvanla birlikdə evin otaqlarına bir-bir gedib axtarmağa başlamışdır və bu zaman yataq otağında olan paltar dolabında saxlanılan vedrənin içindən pul tapmışdır. Vedrənin içinə baxan zaman iyirmi ədəd 100-lük ABŞ dollarının, yüz ədəd 100-lük Azərbaycan manatının, xeyli sayda 50 və 20 manatlıqlar, ümumilikdə təxminən 15-16 min manat pulun olduğunu aşkar etmişdir. Bundan sonra oradan həmin iyirmi ədəd 100-lük ABŞ dollarını və 10500 manat pulu götürmüşdür. Daha sonra qonaq otağına gedib oranı axtarmağa başlamışdır, həmin otaqda olan güzgülü dolabda dəmir qabın içindən xeyli sayda və adda qızıl-zinət əşyalarını aşkar etmişdir, həmin qızıllardan da bir topasını götürüb öz cibinə atmışdır, lakin o, qızılları götürərkən Natəvan görməmişdir. Götürdüyü qızılların içində üzüklər, sırğalar, boyunbağı, qol saatı olmaqla yanaşı qızıl imperiallar da olmuşdur. Sonra Natəvana götürdüyü pul və qızılların halallığını verməsini, bu onun çəkdiyi əziyətinin bəhrəsi olduğunu deyib gözündən eynəyini çıxardıb Natəvanla birlikdə mətbəx otağına getmişdir. Gözündən eynəyini çıxarsa da, Natəvan yenə onu tanımamışdır, buna görə mətbəxdə Natəvana yalandan adının Canpolad və “yeraz” olduğunu və evdən getmək istədiyini demişdir. Natəvan getməyinə etiraz etməyib onu incitməməyinə görə təşəkkür etmişdir. Getməmişdən əvvəl Natəvana o, gedəndən 10-15 dəqiqə sonra kimə istəsə məlumat verməsini xahiş etdikdə, ona heç kimə məlumat verməyəcəyini, əgər inanmırsa mətbəxdəki yapışqanlı lenti götürüb onu bağlamağını bildirmişdir. O, buna etiraz etsə də, lakin Natəvan özü yapışqanlı lenti götürüb öz-özünü həmin lentlə oturduğu stola bağlayıb yapışdırmışdır. Buna baxmayaraq o, Natəvan kiməsə tez məlumat verməməsi üçün evi tərk edib gedərkən masanın üzərində olan “Samsung” markalı mobil telefonu özü ilə götürmüşdür. Sonra evi tərk edib getmişdir və gedərkən yolda həmin telefonu yol kənarındakı otluq əraziyə atmışdır. Daha sonra piyada hərəkət edib Təklə kəndi ərazisindən əl çantasını tapıb götürüb Stansiya Masallı qəsəbəsinə gəlib dəmiryolu xəttini keçib Cəlilabad rayonu Kazımabad kəndinə getmişdir, oradan isə tanımadığı taksi ilə Biləsuvar rayonuna gəlmişdir. Biləsuvar rayonunda yenə tanımadığı, lakin yolda adının Sahil olduğunu və Xırmandalı kəndində yaşadığını öyrəndiyi taksi sürücüsü ilə 80 manat pulun qarşılığında Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin qarşısına getmişdir. Ora getməkdə məqsədi yuxarıda qeyd etdiyi təsadüfən rastlaşıb qumar oynayıb uduzduğu Gürcüstan Respublikasının adlarını bilmədiyi və tanımadığı şəxslərə pul vermək istəyi olmuşdur. Lakin bu barədə taksi sürücüsü Sahilə deməmişdir, ona yalandan kompleksdə yaşayan “nişanlısı” ilə görüşüb qayıdacağını bildirmişdir. Taksidən əl çantası ilə düşüb uzaqlaşıb gedərək “Qurtuluş 93” yaşayış kompleksinin ərazisində pul borclarını verib təxminən yarım saatdan sonra həmin taksiyə oturub geri qayıtmaq istəyərkən 3-4 nəfər mülki geyimdə polis əməkdaşlarının yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslərdən birinin Nəsimi adlı əməliyyat müvəkkili olduğunu tanımışdır və törətdiyim əməlin üstünün açıldığını başa düşüb polis əməkdaşlarına öz etirafını bildirib götürdüyü qızılları təqdim etmişdir. Həmçinin avtomobilin yük yerində olan və içərisində pal-paltarlarının olduğu özünə məxsus bir ədəd qara rəngli əl çantasını da götürüb polis əməkdaşlarına vermişdir. O, əl çantasını polis əməkdaşlarına verərkən oğurladığı pullardan qalan 2000 ABŞ dollarının və 3900 manat pulun çantanın içində olan paltosunun ciblərində olduğunu bildirməmişdir. Daha sonra polis əməkdaşları onu təqdim etdiyi qızıllar və əl çantası ilə birlikdə Masallı rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirilərkən və gətirildikdən sonra polis şöbəsində olarkən ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir göstərilməmişdir. Qeyd etdiyi hər iki cinayət əməllərini tək törətmişdir, heç kimin bundan qəti olaraq xəbəri olmamışdır. Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayət hadisəsini törədərkən üzərində bıçaq olsa da, Natəvanı bıçaqla hədələməmişdir, lakin bıçağı Natəvanın gözü qarşısında qolundan çıxardıb cibinə qoymuşdur, həmçinin üzərində həmin vaxtı alışdırıcı maye olmamışdır, bıçağı Bakı şəhərinə qayıdarkən Cəlilabad rayonu ərazisində xatırlamadığı yerə atmışdır, əlamətləri isə taxta tutacaqlı, dəmir tiyəli təxminən 20 sm uzunluqda mətbəx bıçağı olmuşdur və gələrkən Bakı şəhərində mağazadan almışdır. Zərərçəkmiş şəxs2 məxsus evdən götürdüyü qızıl-zinət əşyalarını heç kimə verməmişdir, ola bilsinki saxlanılarkən həmin qızılların bir qismi taksiyə və ya yerə düşüb itmişdir. İnşaat materialları mağazasından pulları və kartı oğurlayarkən gözətçi Xanlar adlı şəxs onu görməmişdir və bilməmişdir. Zərərçəkmiş şəxs2 əllərində olan xəsarətləri telefon kabeli ilə öz-özünü bağlayarkən almışdır. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 evini yandırmaq fikri və bunun üçün ləvazimətları olmamış, Zərərçəkmiş şəxs2 hədələmək üçün bıçaq nümayiş etdirməmiş, yaxud onun əlini və ağzını bağlamamış və sonuncuya heç bir xəsarət yetirməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 evinə girərərək sonuncunun əllərini iplə və ağzını yapışqanlı lentlə bağlamaması, əlində yandırıcı vasitənin olmaması, bıçaqla hədələməməsini bildirməsi, eyni zamanda ona elan olunmuş ittihamda oğurlanmış pul əskinazların miqdarının düzgün göstərilməməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o Masallı rayonu Xoşçobanlı kəndində yerləşən ikimərtəbəli evində əri Şahid3lə birlikdə yaşayır. X10 kəndində olan yanacaqdoldurma məntəqəsini işlətməklə məşğul olur. 04 yanvar 2026-cı il tarixdə saat 16 radələrində yaşadığı evin ikinci mərtəbəsində yerləşən mətbəx otağında tək olduğu zaman evin dəhlizinin qapısının açıldığını eşitmişdir və bir nəfər tanımadığı 30-35 yaşlarında, gözündə qara rəngli eynək və əynində qara rəngli palto və şalvar olan kişi cinsli şəxsin dəhlizdə durduğunu görmüşdür. Həmçinin həmin şəxsin əlində kağız olduğunu gördüyü üçün ondan kim olduğunu və nə üçün gəldiyini soruşmuşdur. Həmin şəxs ona Oktayın oğlu Səddam olduğunu, qohumu Hüseynin həbsdən buraxıldığını və buna görə də kənd camaatının xəbərdar olmasından ötrü gətirdiyi kağıza imza atmağını və əri Telmanın Hüseyni tutdurduğunu, buna görə də Telmandan qisas almaq üçün onu körpüdən Əjdər adlı şəxsin dəstəsi götürüb apardığını demişdir. O, bunları inkar eləyərək tanımadığı şəxsdən yaşadığı evi tərk edib getməsini xahiş etmişdir. Bundan sonra həmin tanımadığı şəxs cibindən bir ədəd mətbəx bıçağına oxşar bıçağı, kibrit qutusunu, həmçinin plasmas qabda benzini çıxardıb həmin bıçağı onun boğazına dayayıb evdə olan qızılları və pulları gətirib ona verməyini, əks halda bıçaqla ona xəsarət yetirəcəyini və benzinlə evi yandıracağını bildirmişdir. Bundan sonra o, güclü qorxub həyəcan keçirməyə başlamışdır və həmin şəxsə heç bir müqavimət göstərmədən ona evdə heç bir qızıl-zinət əşyasının və pulun olmadığını, pul və qızılların yanacaqdoldurma məntəqəsində olduğunu demişdir. Belə deməkdə məqsədi həmin şəxsin evdən çıxıb yanacaqdoldurma məntəqəsinə getməsini təmin etmək və dərhal polisə, həmçinin ərinə məlumat vermək istəyi olmuşdur. Buna baxmayaraq həmin tanımadığı şəxs yenə eyni hədələyib özü ilə evin otaqlarına bir-bir gəzib axtarmağa başlamışdır. Həmin şəxs onun yanında özünə məxsus olan bir cüt, 10 qram çəkidə, Rusiya istehsallı, 1500 manat dəyərində briliyant qaşlı qızıl sırğanı, bir cüt, 15 qram çəkidə, Rusiya istehsallı, 1500 manat dəyərində şarlı qızıl sırğanı, bir cüt, 50 qram çəkidə, Rusiya istehsallı, 5000 manat dəyərində dörddüymə qızıl sırğanı, bir ədəd, 8 qram çəkidə, Rusiya istehsallı, 1000 manat dəyərində briliyant qaşlı qızıl üzüyü, bir cüt, 8 qram çəkidə, Rusiya istehsallı, 1000 manat dəyərində firuzə-briliyant qaşlı qızıl sırğanı, bir ədəd, 20 qram çəkidə, Rusiya istehsallı, 2000 manat dəyərində qızıl medalyon boyunbağını, bir ədəd, 18 qram çəkidə, Rusiya istehsallı, 2000 manat dəyərində şəbəkə klonlu qızıl boyunbağını, bir ədəd, Rusiya istehsallı, 3000 manat dəyərində qızıl onluq imperialı, 4 ədəd, Rusiya istehsallı, 9200 manat dəyərində qızıl yeddilik imperialı, 2 ədəd, Rusiya istehsallı, 3000 manat dəyərində qızıl beşlik imperialı, bir ədəd, Rusiya istehsallı, 3000 manat dəyərində qızıl qapaqlı saatı, iki cüt, 6 qram çəkidə, Rusiya istehsallı, 800 manat dəyərində yaqut qaşlı qızıl sırğanı və iki ədəd, 4 qram çəkidə, Rusiya istehsallı, 400 manat dəyərində qaşsız qızıl üzüyünü tapıb götürmüşdür. Bundan sonra həmin şəxs evin ikinci mərtəbəsində olan yataq otağına girib gözləri qarşısında ona yenə bıçaqla hədə-qorxu gələrək axtarmağa başlamışdır və həmin otağdakı paltar dolabında saxladığı özünə məxsus olan plastik vedrənin içindən 2000 ABŞ dollarını və 10.500 manat nağd pulları tapıb götürərək ciblərinə qoymuşdur. Daha sonra həmin şəxs onu itəliyə-itəliyə mətbəx otağına gətirib oradakı stola oturdurmuş, mətbəxdəki masada olan ona məxsus bir ədəd “Samsung” markalı 600 manat dəyərində mobil telefonunuda götürüb cibinə qoymuş, sonra mətbəxdən yapışqanlı lentlə əvvəlcə onun ağzını, daha sonra isə özünü stola möhkəm bağlayıb yapışdırmış, həmçinin masada olan mobil telefonun kabeli ilə hər iki əlini bilək hissədən bir-birinə bağlamışdır. Bundan sonra həmin şəxs evdən hər hansı bir dəyərli əşya götürməyib evini tərk edib getmişdir və gedərkən ona şikayət edəcəyi halda əri Telmandan əlavə oğlu Əlini də tapıb öldürəcəyini bildirmişdir. Həmin şəxs evdən getdikdən sonra o, çox çətinliklə özünü açmışdır və dərhal qonşusu Baharın mobil telefonu ilə əri Telmana zəng edib məlumat vermişdir. Bundan sonra Telman yaşadığı evə gəlib DİN-nin 102 xidmətinə zəng etmişdir və polis əməkdaşları evinə gəlib baxış keçirmişdir. Həmin şəxsin gözlərində eynək olduğu üçün kim olduğunu bilməmişdir, lakin danışığından və hərəkətlərindən, həmçinin əri və oğlu barədə məlumatlı olmasından onun həmkəndlisi Təqsirləndirilən şəxs olmasına şübhələnmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, oğurlanmış qızıl zinət əşyalarını ona müstəntiq qaytarmışdır. İstintaq dövründə verdiyi ifadəsini təsdiq etmişdir. Ona dəymiş maddi ziyan ümumilikdə 53461,0 manat olmaqla 19300,0 manatı geri qaytarılmışdır. Təqsirləndirilən şəxs Hüseyin Məmmədovdan şikayətçidir və onun barəsində ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 27 dekabr 2025-ci il tarixdə saat 18 radələrində mağazada işlərini bitirib 2025-ci ilin dekabr ayının ortalarında özünə saxlamaq üçün malqara almaq məqsədilə "xxxx" ASC-dən qardaşı Elbəyin adına kreditə götürdüyü 15000 manat puldan qalan 5500 manat pulu, 01 ədəd adına olan və "xxxx" ASC-dən verilmiş hesabında 59 manat pul olan 4169 7388 5750 8752 saylı plastik kartını, həmçinin sənədlərini həmin otağdakı taxta dolabın içinə qoyub ağzını kilidləmişdir. O, gedərkən istirahət otağı kimi istifadə etdiyi otağdakı taxta dolabın içərisində pulun olduğunu gözətçi Xanlara bildirməmişdir. 28 dekabr 2025-ci il tarixdə saat 00:38 radələrində yaşadığı evdə olduğu zaman mobil telefonuna dörd ədəd ard-arda sms mesajlarının (elektron qəbzlərin) gəldiyini görmüşdür. Həmin sms mesajlarına (elektron qəbzlərinə) baxan vaxtı plastik kartından Salyan rayonu ərazisində yerləşən “Yolüstü” restoranındakı mağazalardan və yanacaqdoldurma məntəqəsindən dörd dəfə ümumilikdə 51 manat pulun məxaric edildiyini görmüşdür. 28 dekabr 2025-ci il tarixdə saat 09 radələrində yuxudan ayılıb Musaküçə kəndi ərazisində yerləşən inşaat mağazasının istirahət otağına daxil olub saxlanc yeri kimi nəzərdə tutulmuş taxta dolabdakı pullarına və plastik kartına baxmaq istədik də, taxta dolabın qapısının kilidinin sındırılaraq açıldığını, orada saxladığı sənədlərinin yerə atıldığını, 5500 manat pulunun və 4169 7388 5750 8752 saylı plastik kartının oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal gözətçi Şahid1 çağırıb baş vermiş hadisə barədə ona məlumat vermişdir və ondan gecə vaxtı pulları ilə plastik kartını oğurlayan şəxsin kim olduğunu görüb-görmədiyini soruşmuşdur. Xanlar ona gecə vaxtı saat təxminən 23 radələrində mağazada öz otağında olduğu vaxtı bir nəfər şəxsin yanına gəlib ona “lotu Mamedin” və Əjdərin qohumu olduğunu, həmin qohumu Əjdər adlı şəxsin gəlib onu aparacağını və soyuq olduğu üçün bir müddət qalmağa görə otağında yer verməyi dediyini, öz otağında yer olmadığından həmin şəxsi gətirib onun otağına saldığını, təxminən yarım saatdan sonra həmin şəxsin taksi sifarişi verib otağı tərk edib getdiyini və ola bilsinki həmin şəxs gedərkən pulları və plastik kartı oğurladığını demişdir. Buna görə də o Masallı RPŞ-yə gedib şikayət ərizəsi yazmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 5551 manat maddi ziyan dəymişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, gözətçi Xanlar Təqsirləndirilən şəxs inşaat mağazasında onun otağına daxil olmasını videomüşahidə kamerasında görmüşdür. O həmin zaman çöldə, başqa yerdə olmuşdur. X7 rayonu, Xıl kəndindəndir, eyni zamanda Mamed və Əjdər qardaşlarının anası Xil kəndindəndir, bu səbəbdən Hüseyni həmin otağda gözləməyə icazə vermişdir. Təqsirləndirilən şəxs Hüseyin Məmmədovdan şikayətçidir və onun barəsində ağır cəzanin təyin edilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X3 məxsus Masallı rayonu, Musaküçə kəndi ərazisində yerləşən inşaat materialların satışı mağazasında gecə gözətçisi işləyir. 27 dekabr 2025-ci il tarixdə saat təxminən 23 radələrində mağazasında gözətçi otağında olduğu vaxtı bir nəfər 30-35 yaşlarında şəxsin yanına gəlib ona adının Hüseyn olduğunu, “lotu Mamedin” və Əjdər adlı şəxsin qohumu olduğunu, həmin qohumu Əjdər adlı şəxsin gəlib onu aparacağını və soyuq olduğu üçün bir müddət otağında qalmağa yer verməyini demişdir. Buna görə də o, Hüseyn adlı şəxsə öz otağında qalmağa yer olmadığını, mağazada satıcı işləyən Calalın istirahət otağının boş olduğunu və həmin otaqda bir müddət qalıb isinə biləcəyini bildirmiş və oraya yollamışdır. Təxminən yarım saatdan sonra Hüseyn adlı şəxs Zərərçəkmiş şəxs1 istirahət otağından çıxıb onun yanına gələrək özünün getməsi üçün mobil nömərsinin balansında pulun olmadığından taksi sifariş verə bilmədiyini demişdir və taksi sifariş etməsi üçün mobil telefonunu verməsini xahiş etmişdir. Bundan sonra o, öz mobil telefonunu Hüseyn adlı şəxsə vermiş, həmin şəxs telefonu ilə “Bolt” taksi şirkətinə zəng edərək taksi sifariş etmiş və 10-15 dəqiqədən sonra tanımadığı taksiçi gəlib onu mağazadan götürüb Bakı şəhəri istiqamətində aparmışdır. 28 dekabr 2025-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs1 mağazaya gəlib öz istirahət otağına baxıb həyəcanlı formada onu çağırıb gecə vaxtı istirahət otağına kiminsə daxil olub otaqdakı taxta dolabın qapısını sındırıb açdığını və bir müddət əvvəl bankdan kreditə götürüb dolabda saxladığı 5500 manat pulunu və plastik kartını oğurladığını bildirmişdir və həmin oğurluq etmiş şəxsi görüb-görmədiyini soruşmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, Calala məxsus pulları və plastik kartı gecə vaxtı həmin özünü Hüseyn kimi təqdim etmiş şəxs oğurlamışdır. Sonra bir neçə gün Calal ilə birlikdə otağdan pulları və plastik kartı oğurlayan Hüseyn adlı şəxsin kim olduğunu və harada yaşadığını müəyyən etməyə çalışsalar da, heç bir nəticə əldə edə bilməmişdirlər və Calal Masallı RPŞ-nə gedib şikayət etmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs mağazaya gələn zaman Mamed və Əjdər adlı şəxslərin yaxınları olduğunu bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və verilmiş suallara cavab olaraq bildirmişdir ki, Hüseyn xeyli miqdarda qızıl-zinət əşyaları, pullar və mobil telefon götürmüş, lakin həmin əşyalar arvadı Natəvana məxsus olduğu üçün dəqiq xatırlamamışdır. Hüseyin ona 3.900 manat və 2.000 ABŞ dolları pul qaytarmışdır. Ona hadisə ilə bağlı zəng gələn kimi o dərhal evinə getmişdir. Arvadı Natəvan ona Hüseynin evə daxil olarkən onu evdə gözlədiyi üçün zəng etməmişdir. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 04 yanvar 2026-cı il tarixdə saat təxminən 16:30 radələrində Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən yaşadığı evdə olduğu zaman qonşum Zərərçəkmiş şəxs2 tələsik həyətinə gəlib çağıraraq həyacanlı formada ona bir qədər əvvəl evdə tək olduğu zaman bir nəfər tanımadığı şəxsin evə daxil olub evin ikinci mərtəbəsində özü ilə gətirdiyi bıçaq və alışdırıcı maye ilə (benzin) ona xəsarət yetirəcəyi və evi yandıracağı ilə hədələyib evdə olan pulları, qızılları və mobil telefonunu götürüb getdiyini, gedərkəndə telefon elektrik kabeli ilə əllərini, yapışqanlı lentlə isə ağzını və bədənini bağladığını bildirmişdir və baş vermiş hadisə barədə əri Telmana zəng edib məlumat verməsindən ötrü mobil telefonunu verməyi xahiş etmişdir. Bundan sonra o, mobil telefonunu Natəvana vermişdir və Natəvanda ərinə zəng edib məlumat vermişdir. Daha sonra Natəvan möhkəm qorxduğu üçün onunla birlikdə Natəvanın yaşadığı evə getmişdir və evə baxarkən həqiqətəndə naməlum şəxsin evə daxil olub evin otaqlarını bir-bir axtarıb əşyaları dağınıq hala saldığını görmüşdür. Bundan qısa müddət sonra Telman evə gəlib baş vermiş hadisə barədə DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gələnə kimi Natəvan və Telman evdən naməlum şəxsin otuz min manatdan yuxarı qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manat pulu və 600 manat dəyərində “Samsung” markalı mobil telefonu götürüb getməsini müəyyən etmişdirlər. Az sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirdib müvafiq sənədləşmə işlərini aparmışdır və naməlum şəxsin Zərərçəkmiş şəxs2 əllərini bağladığı telefon elektrik kabelini, azğını və bədənini stola yapışdırdığı yağışqanlı lentləri mətbəx otağından aşkar edib götürmüşdür. Verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Natəvan onun evinə gələn zaman, əlində qırmızı izlərin və boğazında yapışqan lentin olduğunu görmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Masallı rayonu, Xoşçobanlı kənd sakini Şahid3 DİN-nin “102” xidmətinə zəng edərək iki nəfər şəxsin evə daxil olub arvadını bıçaqla hədələdiyini və evdən oğurluq edib qaçdıqları barədə etdiyi müraciəti əsasında toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbu edilərək istintaq aparılmışdır.(cild 1,i.v.1) -04 yanvar 2026-cı il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 naməlum şəxsin 04 yanvar 2026-cı il tarixində saat 16:00 radələrində evə daxil olub onu bıçaqla hədələdiyini, ağzını və əlini bağlayaraq, evdən xeyli miqdarda qızıl və pul oğurlayaraq getmişdir.(cild 1,i.v.5) -“baxış keçirilmnəsi haqqında” 04 yanvar 2026-cı il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayət əməli isə 04 yanvar 2026-cı il tarixdə saat 16 radələrində sonuncunun Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evində törədilmiş və həmin vaxtı Təqsirləndirilən şəxs oradan xeyli miqdarda qızıl-zinət əşayalarını, pulları və mobil telefonu götürmüşdür.(cild 1,i.v.6-11) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 04 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1,i.v.24-25) -“cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması haqqında” 05 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan həmin tarixdə saat 04:10-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.43-44) -“götürmə və baxış keçirilməsi haqqında” 05 yanvar 2026-cı il tarixli protokoldan və fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evindən hadisə vaxtı Təqsirləndirilən şəxs oğurladığı 1 (bir) cüt, 50 qram çəkidə, Rusiya istehsallı, dörddüymə qızıl sırğa, 1 (bir) ədəd, 8 (səkkiz) qram çəkidə, Rusiya istehsallı, briliyant qaşlı qızıl üzük, 1 (bir) ədəd, 20 (iyirmi) qram çəkidə, Rusiya istehsallı, qızıl medalyon boyunbağı, 1 (bir) ədəd, Rusiya istehsallı, qızıl qapaqlı saat və 1 (iki) ədəd, 4 (dörd) qram çəkidə, Rusiya istehsallı, qaşsız qızıl üzük qərar əsasında protokolla götürülmüşdür.(cild 1,i.v.72-75) -“baxış keçirmə və götürmə aparılması haqqında” 05 yanvar 2026-cı il tarixli protokoldan və fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evindən hadisə vaxtı Təqsirləndirilən şəxs oğurladığı 3900,0 manat və 2000,0 ABŞ dolları məbləğində pul əskinazları qərar əsasında protokolla götürülmüşdür.(cild 1,i.v.80-81) -“materialların cinayət işinə birləşdirilməsi haqqında” 05 yanvar 2026-cı il tarixli qərardan görünür ki, törədilmiş quldurluq və oğurluq cinayət hadisələrini eyni şəxs, yəni Masallı rayonu, Xoşçobanlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi üzrə HQK-1/14 saylı material Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı aparılmışdır.(cild 1,i.v.88-89) -“şifahi ərizə qəbul edilməsi barədə” 02 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 28 dekabr 2025-ci il tarixdə işlədiyi santexnik mağazasından ona məxsus 5.500 manat pul və 1 (bir) ədəd bank kartının oğurlanması barədə məlumat vermişdir.(cild 1,i.v.87) -“baxış keçirilməsi haqqında” 02 yanvar 2026-cı il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 məxsus 5500 manat pul və 1 (bir) ədəd plastik kart 27 dekabr 2025-ci il tarixdə saat 23 radələrində Masallı rayonu, Müsaküçə kəndin ərazisində yerləşən inşaat materiallarının satışı mağazasında olan istirahət otağındakı taxta dolabın içindən oğurlanmışdır.(cild 1,i.v.91-94) -“götürmə və baxış keçirilməsi haqqında” 05 yanvar 2026-cı il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Şahid3 tərəfindən Masallı rayonu, Xoşçobanlı kəndində aşkar olunmuş 1 (bir) ədəd Cənubi Koreya istehsalı, "Samsung Galaxy A15" markalı mobil telefon cihazı qərar əsasında protokolla götürülmüşdür.(cild 1,i.v.111-114) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 06 yanvar 2026-cı il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilmişdir.( cild 1,i.v.115-116) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 06 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.119-120) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 yanvar 2026-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Masallı Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, 4(5-145)-1/2026 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(cild 1,i.v.182-183, 151-155) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 07 yanvar 2026-cı il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı o, törətmiş olduğu oğurluq və quldurluq cinayət əməllərini hadisə yerlərində əyani təqdim etməklə bir daha təsdiq etmişdir.(cild 1,i.v.162-172) -“məhkəmə-tibbi ekspertizası”nın 06 yanvar 2026-cı il tarixli, 08 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ və sol mil-bilək oynağına müvafiq nahiyənin arxa hissəsinin zolaq formalı qançırı (hərəsində bir ədəd) müəyyən olundu, müəyyən olunan xəsarətlər uzunsov formalı bərk küt əşya ilə, ola bilər ki, elektrik naqili ilə müvafiq nahiyələrin sıxılması nəticəsində törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 04 yanvar 2026-cı il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir.(cild 1,i.v.173-174) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 08 yanvar 2026-cı il tarixli, 11, 12, 13 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildirlər.(cild 1,i.v.180) -“götürmə aparılması haqqında” 08 yanvar 2026-cı il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 1 (bir) ədəd kağız listin üzərinə köçürülmüş 4 (dörd) ədəd elektron qəbzlər qərar əsasında protokolla götürülmüşdür.(cild 1,i.v.185-187) -“əşyanın maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü təhvil verilməsi haqqında” 15 yanvar 2026-cı il tarixli qərarlarından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bir cüt, 50 qram çəkidə, Rusiya istehsallı, dörddüymə qızıl sırğa, bir ədəd, 8 qram çəkidə, Rusiya istehsallı, briliyant qaşlı qızıl üzük, bir ədəd, 20 qram çəkidə, Rusiya istehsallı, qızıl medalyon boyunbağı, bir ədəd, Rusiya istehsallı, qızıl qapaqlı saat və iki ədəd, 4 qram çəkidə, Rusiya istehsallı, qaşsız qızıl üzük, 2000,0 ABŞ dolları və 3900,0 Azərbaycan manat məbləğindən pul əskinazları və bir ədəd, Cənubi Kareya istehsalı, “Samsung Galaxy A15” markalı mobil telefon cihazı iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs2 geri qaytarılmışdır. Həmçinin Zərərçəkmiş şəxs1 məxsus olmuş "xxxx" ASC-dən verilmiş 4169 7388 5750 8752 saylı plastik kart hesabından xx.xx.2025-ci il tarixdə saat 00:38-də 00:53-dək ümumilikdə 51 manat pulun online qaydada məxaric edilməsini əks etdirən 01 ədəd kağız listin üzərinə köçürülmüş dörd ədəd elektron qəbzlər iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut qismində tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Eyni zamanda hadisə yerindən götürülmüş bir ədəd 80 sm uzunluqda telefon elektrik kabeli, bir ədəd 30 sm və bir 250 sm uzunluqda olmaqla ümumilikdə iki ədəd yapışqanlı lent iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir.(cild 1,i.v.218-220, 223-225) -“üzləşdirmə haqqında” 04 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir.(cild 2,i.v.18-21) -“üzləşdirmə haqqında” 04 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir.(cild 2,i.v.22-25) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 04 fevral 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir.(cild 2,i.v.48-49) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 dekabr 2025-ci il tarixdə saat 23 radələrində Masallı rayonu, Musaküçə kəndi ərazisində yerləşən X3 məxsus inşaat materiallarının satışı mağazasında olan istirahət otağındakı saxlanc yeri kimi istifadə edilən taxta dolabın kilidli qapısını sındırmaq üsülü ilə açıb qanunsuz daxil olub oradan əvvəllər tanımadığı həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 məxsus 5500,0 manat məbləğində nağd pul əskinazlarını və "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 5750 8752 saylı plastik kartı gizli yolla oğurlayıb həmin plastik kartın hesabındakı ümumilikdə 51 manatı 28 dekabr 2025-ci il tarixdə online qaydada dörd dəfə ödənişlər edib sərf etməklə vahid niyyətlə Zərərçəkmiş şəxs1 xeyli miqdarda-5551,0 manat məbləğində əmlakını-pul vəsaitini gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 01 ədəd plasmas qabda alışdırıcı maye (benzin), kibrit və soyuq silah heab edilməyən taxta dəstəkli dəmir tiyəli mətbəx bıçağı ilə silahlanıb tanınmamaq üçün üzünə qara rəngli eynək keçirdib 04 yanvar 2026-cı il tarixdə saat 16 radələrində Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evinə plastik qapının açılması üsülu ilə qanunsuz daxil olub silah qisimində istifadə etdiyi bıçaqla silahlı basqın edib həmin evin ikinci mərtəbəsindəki dəhlizdə Zərərçəkmiş şəxs2 qarşı həyat və sağlamlıq üçün təhlükəli zorakılıq hərəkətləri tətbiq etməklə özü ilə gətirdiyi alışdırıcı maye ilə evi yandıracağı və bıçaqla xəsarət yetirəcəyi ilə Zərərçəkmiş şəxs2 hədələyib özünə tabe etdirdikdən sonra sonuncudan ona qızıl-zinət əşyası və pul verilməsini tələb edərək evin ikinci mərtəbəsində olan qonaq otağındakı güzgülü dolabdan Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 33400,0 manat təşkil edən xeyli miqdarda bir cüt, 50 qram çəkidə, 5000 manat dəyərində, Rusiya istehsallı, dörddüymə qızıl sırğanı, bir ədəd, 8 qram çəkidə, 1000 manat dəyərində, Rusiya istehsallı, briliyant qaşlı qızıl üzüyü, bir ədəd, 20 qram çəkidə, 2000 manat dəyərində, Rusiya istehsallı, qızıl medalyon boyunbağını, bir ədəd, 3000 manat dəyərində, Rusiya istehsallı, qızıl qapaqlı saatı, iki ədəd, 4 qram çəkidə, 400 manat dəyərində, Rusiya istehsallı, qaşsız qızıl üzüyü, bir cüt, 10 qram çəkidə, 1500 manat dəyərində, Rusiya istehsallı, briliyant qaşlı qızıl sırğanı, bir cüt, 15 qram çəkidə, 1500 manat dəyərində, Rusiya istehsallı, şarlı qızıl sırğanı, bir cüt, 8 qram çəkidə, 1000 manat dəyərində, Rusiya istehsallı, firuzə-briliyant qaşlı qızıl sırğanı, bir ədəd, 18 qram çəkidə, 2000 manat dəyərində, Rusiya istehsallı, şəbəkə klonlu qızıl boyunbağını, bir ədəd, 3000 manat dəyərində, Rusiya istehsallı, qızıl onluq imperialı, dörd ədəd, 9200 manat dəyərində, Rusiya istehsallı, qızıl yeddilik imperialı, iki ədəd, 3000 manat dəyərində, Rusiya istehsallı, qızıl beşlik imperialı və iki cüt, 6 qram çəkidə, 800 manat dəyərində, Rusiya istehsallı, yaqut qaşlı qızıl sırğanı, yataq otağındakı paltar dolabından 3400 Azərbaycan manatına nisbətdə 2000,0 ABŞ dolları və 10500,0 manat xeyli miqdarda nağd pul əskinazlarını və mətbəx otağındakı masadan bir ədəd, 600 manat dəyərində, “Samsung Galaxy A15” markalı mobil telefon cihazını üzərində olan 10 manat dəyərində, “***-***-**-**” saylı mobil nömrə ilə birlikdə götürüb ələ keçirdikdən sonra həmin mətbəx otağında Zərərçəkmiş şəxs2 məcburi stola oturdub bir müddət hərəkətsiz və səssiz qalması, tezliklə başqa şəxslərə məlumat verməsi və müqavimət göstərmək imkanını tam aradan qaldırmaq üçün bədənini və ağzını mətbəxdən tapdığı yapışqanlı lentlə, əllərini isə telefon elektrik kabeli ilə bir-birinə möhkəm sığıb bağlayıb stola bərkitməklə ona sağ və sol mil-bilək oynağına müvafiq nahiyənin arxa hissəsinin zolaq formalı qançırı kimi müəyyən olunan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək quldurluq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 18-ci bəndinə əsasən, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 evinə girərərək sonuncunun əllərini iplə və ağzını yapışqanlı lentlə bağlamaması, əlində yandırıcı vasitənin olmaması, bıçaqla hədələməməsini bildirməsi, eyni zamanda ona elan olunmuş ittihamda oğurlanmış pul əskinazların miqdarının düzgün göstərilməməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs ifadəsinə əsasən Zərərçəkmiş şəxs2 yaşını nəzərə alarkən, onun öz əlini və ağızını bağlamaq imkanını müstəqil şəkildə yerinə yetirməsi həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, məhkəmə tərkibi də hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -23 noyabr 2023-ci il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 1(050)-191/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə Masallı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulan qaydada götürülməmişdir.(cild 2,i.v.1-3) -Masallı rayonu İcra Hakimiyyəti Başçısının Təklə kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olmuş, həbsdə olduğundan yaşayış yeri üzrə uzun müddət yaşamamışdır.(cild 1,i.v.227-229) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə məhkumluq ödənilmiş sayılır. Qeyd olunanlara əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar qismində nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir”. Bundan başqa, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətlərinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 05 yanvar 2026-cı il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, 4(5-145)-1/2026 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Masallı RPŞ-nin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd 80 sm uzunluqda telefon elektrik kabeli, 1 (bir) ədəd 30 sm və 1 (bir) ədəd 250 sm uzunluqda olmaqla ümumilikdə 2 (iki) ədəd yapışqanlı lent hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut qismində tanınmış 1 (bir) cüt dörddüymə qızıl sırğa, 1 (bir) ədəd briliyant qaşlı qızıl üzük, 1 (bir) ədəd qızıl medalyon boyunbağı, 1 (bir) ədəd qızıl qapaqlı saat, 2 (iki) ədəd qaşsız qızıl üzüyün, 2.000 (iki min) ABŞ dolları və 3.900 (üç min doqquz yüz) manat məbləğində nağd pul əskinazlarının və 1 (bir) ədəd “Samsung Galaxy A15” markalı mobil telefon cihazının Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı, maddi sübut qismində tanınmış 1 (bir) ədəd kağız listin üzərinə köçürülmüş 4 (dörd) ədəd elektron qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 132, 346, 351-353, 356- 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 05 yanvar 2026-cı il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin 06 yanvar 2026-cı il tarixli, 4(5-145)-1/2026 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Masallı Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd 80 sm uzunluqda telefon elektrik kabeli, 1 (bir) ədəd 30 sm və 1 (bir) ədəd 250 sm uzunluqda olmaqla ümumilikdə 2 (iki) ədəd yapışqanlı lent hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 1 (bir) cüt dörddüymə qızıl sırğa, 1 (bir) ədəd briliyant qaşlı qızıl üzük, 1 (bir) ədəd qızıl medalyon boyunbağı, 1 (bir) ədəd qızıl qapaqlı saat, 2 (iki) ədəd qaşsız qızıl üzüyün, 2.000 (iki min) ABŞ dolları və 3.900 (üç min doqquz yüz) manat məbləğində nağd pul əskinazlarının və 1 (bir) ədəd “Samsung Galaxy A15” markalı mobil telefon cihazının Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış 1 (bir) ədəd kağız listin üzərinə köçürülmüş 4 (dörd) ədəd elektron qəbzlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(4-5)-46/2026
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-46/2026
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver