Məhkəmə qərarları › İş №1(4-5)-48/2026

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-48/2026

18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-48/2026 18.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi-X11, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1978-ci ildə Lerik rayonu, Orand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lerik rayonu, Orand kəndində qeydiyyatda olmaqla orada yaşamış, 08 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2025-ci il tarixli, 4(005)-967/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma barədə İran İslam Respublikasının vətəndaşı ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncunun verdiyi məlumat əsasında xüsusilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə tiryəki müəyyən edilməyən tarixdə, vaxtda və şəraitdə əldə edib Lənkəran rayonu, Şovu kəndi ərazisində Lənkəran-Lerik avtomobil yolunun 14-cü kilometrliyində, yolun sağ tərəfində yerləşən Hirkan Milli Parkındakı susuz qalmış Vovikəş çayının içərisində gizlədərək saxlamış 08 avqust 2025-ci il tarixdə, saat 06:18-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran rayonu, Qurumba kəndi ərazisində küçədə idarə etdiyi “Chevrolet Niva” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılmış, həmin gün saat 06:42-dən etibarən narkotik vasitələri gizlətdiyi yerə baxış keçirilən zaman oradan 56 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1045 qram, 1010 qram, 1055 qram, 1030 qram, 1025 qram, 1040 qram, 1015 qram, 1025 qram, 1065 qram, 1035 qram, 1000 qram, 995 qram, 990 qram, 1025 qram, 1030 qram, 1000 qram, 1015 qram, 1000 qram, 1035 qram, 1025 qram, 1035 qram, 1060 qram, 995 qram, 995 qram, 1005 qram, 1025 qram, 1030 qram, 1020 qram, 995 qram, 1045 qram, 1090 qram, 995 qram, 995 qram, 1000 qram, 1040 qram, 960 qram, 1040 qram, 1015 qram, 995 qram, 1005 qram, 1025 qram, 980 qram, 1010 qram, 1015 qram, 1035 qram, 1035 qram, 1040 qram, 1035 qram, 1035 qram, 1060 qram, 1040 qram, 1020 qram, 1020 qram, 995 qram və 1025 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda-57170 qram çəkidə tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram və 500 qram olmaqla ümumilikdə külli miqdarda-1000 qram çəkidə tərkiblərinə görə eynilik təşkil edən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, onu Şovu kəndində saxlamışlar. Onun üzərində 57 kiloqram narkotik vasitə olmamış, onu yükləmişlər. Polis əməkdaşları onu bir-iki saat döymüşlər və onun üzərinə narkotik vasitəni qoymuşlar. Onun üzərində göy balaca bir bağlamada 1-2 kq çəkidə narkotik vasitə olub, amma 57 kiloqram çəkidə narkotik vasitə olmamışdır. Polislər onu meşədə döyərək, 57 kiloqram narkotik vasitəsinin özünə məxsus olduğunu etiraf etməsini demişlər. Ona 7 ay ittiham aktını verməmişlər, o hazırlıq iclasından sonra ittiham aktını almışdır. Polis əməkdaşları onu Nərimanov rayonuna apardıqdan sonra ona elektrik vermişlər. Ona verilən elektrikin izləri indiyədək bədənində qalmışdır. Ona verilən işgəncələrdən sonra məcbur qalıb narkotik vasitənin ona məxsus olduğunu boynuna almışdır. Hazırda aclıq elan etmişdir, çünki 57 kq narkotik vasitə onun deyildir. Həmin göy bağlamada olan narkotik vasitəni iranlı ona zəng edərək, götürməsini demişdir. Onun həmin bağlamada 57 kiloqram narkotik vasitənin olmasından xəbəri olmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o kənd adamı olduğundan, həmin bağlamanın içində narkotik vasitənin olduğunu bilməmişdir. O, iranlıya insanlıq naminə kömək etməyi fikirləşmiş, daha sonra iranlıya zəng edib, bağlamanı Şovu kəndində kimə verəcəyini soruşmuş, iranlı isə ona gözləməyi və həmin bağlamanı götürmək üçün onun qabağına adam çıxardacağını demişdir. O iranlını gözləmiş, lakin sonuncudan heç bir xəbər almamışdır. Buna görə o təkrarən iranlıya zəng etmiş, lakin onun zənginə cavab verilmədiyindən, o, bağlamanı tullamışdır. Həmin bağlamanı tulladıqdan bir dəqiqə keçməmiş polis əməkdaşları onu tutmuşlar. İranlı ona, bağlamanı kiməsə verəcəyi qarşılığında heç nə verməyəcəkdir. O iranlıya kömək etmək üçün ona zəng etmişdir. Ona zəng edən iranlı ötən il kəndlərinə ocağa ziyarətə gəlmiş və orada iranlı ilə tanış olmuşdur. Əvvəllər heç bir yerə bağlama atmamışdır. Onun götürdüyü bağlama balaca bağlama olmuşdur. Tutulandan sonra həmin göy rəngli bağlamanın içərisində narkotik vasitə olduğunu bilmişdir. O, iranlı ilə özünə məxsus mobil telefonla danışmışdır. Özü əvvəllər narkotik vasitə istifadə etməmişdir. Onu saxlayan polis əməkdaşlarını tanımamışdır. Polis əməkdaşları öz aralarında 7-8 nəfər gəlmələri və balaca bağlamanı qeydiyyata alınmasını özlərinə yaraşmadıqları barədə danışmışlar. O, kəndlərində tanış olduğu qonağın iranlı olub-olmadığını dəqiq bilməmişdir. İranlı ilə telefonda neçə dəfə danışdığını xatırlamamışdır. Onu 08 avqust 2025-ci il tarixdə səhər saat 8-9 radələrində iki polis əməkdaşı saxlamışlar, daha sonra digər əməkdaşlar gəlmişər. Polis əməkdaşları onu həm saxlayan zaman döymüşlər, həm də Qurumba kəndində meşəyə aparıb döymüşlər, sonra Şovu kəndinə aparmışlar. Qurumba kəndi ilə Şovu kəndi arasında olan məsafə təxminən 1 km olmuşdur. O, əlində olan bağlamanı tulladıqdan sonra polislər onu tutmuşlar. Polislər onu saxlayan zaman arvadı yanında olmuş, lakin onu arvadının yanında döyməmişlər, onlar onu meşədə döymüşlər, çünki həmin vaxt arvadı maşında olmuşdur. Elektroşoku ona Bakı şəhərində vermişlər, lakin polislər onu döyən zaman heç bir müqavimət göstərə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı olmaq 4 nəfər uşağının olmasını, uşaqlarının atasız qalmalarını, uşaqların normal, sağlam psixoloji və sosial inkişaf üçün əhəmiyyətli çətinliklər yarandığını, həmçinin himayəsində olan 87 yaşlı anası və xəstə bacısının qayğısız qalmalarını, bankdan götürdüyü 10.000 manat məbləğdə kredit borcunun ödənilməsinində ailə üzvülərinin üzərində qaldığını, ailəsi üçün maddi və mənəvi çətinliklər yarandığını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməklə hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi və ona elan olunmuş ifadələrində ittiham üzrə özünü təqsirli bilərək demişdir ki, son zamanlar maddi imkanı zəif olduğu üçün pul qazanmağın yollarını axtarmışdır. Bir müddət əvvəl “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə iranlı ilə tanış olmuşdur. İran İslam Respublikasının vətəndaşı istədiyi təqdirdə ona narkotik vasitə göndərəcəyini, göndərilən narkotik vasitələri onun dediyi ünvanlara qoyub qazanc əldə edə biləcəyini bildirmiş, lakin adını bildirməmişdir. O da maddi imkanı zəif olduğu üçün həmin şəxslə razılaşmışdır. Buna görə də ona narkotik vasitə göndərməsini və həmin narkotik vasitəni onun dediyi ünvanlara qoya biləcəyini bildirmişdir. Adını bilmədiyi iranlı narkotik vasitə göndərəcəyini və həmin narkotik vasitənin deyilən ünvanlara qoymaq müqabilində ona 2000 manat pul verəcəyini bildirmişdir. 07 avqust 2025-ci il tarixdə iaxşam saatlarında iranlı onunla əlaqə saxlayaraq yaşadığı kəndin yaxınlığına narkotik vasitə qoyduracağını və həmin narkotik vasitəni götürüb gizlətməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşıb onun dediyi ərazidən narkotik vasitəni götürmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni götürməyə tək getdiyini qeyd etmişdir. O həmin narkotik vasitəni götürüb Lənkəran rayonu, Şovu kəndi ərazisində yolun kənarından təxminən 15-20 metr aşağıya getdikdə ətrafda ağac kolları bitmiş susuz kanalın içərisində gizlətmişdir. Daha sonra iranlının tapşırığını gözlədiyi üçün, oradan uzaqlaşmışdır. 08 avqust 2025-ci il tarixdə, saat 05 radələrində həyat yoldaşı X7 onu Lənkəran rayonundakı xəstəxanaya aparmaq istədiyini bildirmişdir. Ədibə Həsənova da xəstəliyi olduğu üçün onunla xəstəxanaya getməyə razılıq vermişdir. Bundan sonra idarə etdiyi “Chevrolet Niva” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobilə minib Lənkəran rayonuna yola düşmüşdür. 08 avqust 2025-ci il tarixdə, saat 06:18-də Lənkəran rayonu, Qurumba kəndi ərazisində küçədə “Chevrolet Niva” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobilin yanında dayandıqları vaxt bir neçə nəfər şəxs yaxınlaşıb polis işçiləri olduqlarını bildirmişdir. Bundan sonra həmin şəxslər onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O da özünü Təqsirləndirilən şəxs kimi, həyat yoldaşı isə özünü X2 təqdim etmişdir. Həmin yerdə polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını və üzərində videoçəkilişlə baxış aparacaqlarını bildirmişlər. Daha sonra videoçəkilişlə üzərində saxlandığı yerdə baxış aparılmağa başlanmışdır. Baxış başlamamışdan əvvəl ona üzərində qanunsuz hər hansı bir əşya varsa təqdim etmək təklif edilmişdir. Daha sonra onun üzərindən bir ədəd “Honor” markalı mobil telefon, beş ədəd “Kapital Bank”a aid plastik kart, öz adına olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, X5 adına olan şəxsiyyət vəsiqəsi və pul qabında 164 manat pul aşkar olunmuşdur. Bundan başqa Ədibə Həsənova özünə məxsus bir ədəd “Poco” markalı mobil telefonu təqdim etmişdir. 164 manat pul pul qabı ilə birlikdə Təqsirləndirilən şəxs qaytarılmışdır. Digər əşyalar isə götürülmüşdür. İdarə etdiyi “Chevrolet Niva” minik markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, hər hansı bir qanunsuz əşya aşkar olunmamış və götürülməmişdir. Yaşadığı Lerik rayonu, Orand kəndindən İranlının göndərdiyi narkotik maddələri götürüb Lənkəran rayonu, Şovu kəndi ərazisində gizlətmiş, həmin əraziyə gedib yerini göstərib təqdim edə biləcəyini demişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və onlar Şovu kəndi ərazisinə yola düşmüşdür. Həmin gün təxminən saat 06:40 radələrində Lənkəran rayonu, Şovu kəndi ərazisinə çatmışdır. Həmin yerdə videoçəkilişdən istifadə edilməklə baxış keçirməyə başlanmışdır. O qeyd etdiyi Lənkəran rayonu, Şovu kəndi ərazisinə gəldikdən sonra narkotik vasitənin gizlətdiyi yeri təqdim edə biləcəyini təklif etdikdə yolun kənarında təxminən 15-20 metr aşağıya tərəf getdikdə ətrafda ağac kolları bitmiş susuz kanalın içərisində beş ədəd sintetik torbaları göstərib təqdim etmiş və torbalarda qeyd etdiyi kimi narkotik maddələr olduğunu bildirmişdir. Həmin torbalara baxış keçirilmiş və baxış zamanı cəmi 56 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana və iki ədəd bükümdə narkotik vasitə tiryək aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş, torbaların üstünə müvafiq qeydlər aparılmış, imzalanmış və götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, hədə-qorxu gəlinmədiyini, heç kimdən şikayət və tələbi olmadığını demişdir. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı aşkar olunmuş narkotik vasitələrlə bağlı etirafedici izahat verməsinin səbəbinin polis əməkdaşları tərəfindən döyülməsi olmuş, aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olmamasını, onların polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsini bildirmişdir. Eyni zamanda müstəntiq tərəfindən döyülmədiyini, lakin müstəntiqə etirafedici ifadəsinin verməsini həmin təzyiqlərdən əvvəl döyülərək huşunun yerində olmaması ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı narkotik vasitələrə münasibətdə etirafedici ifadələr verməsinin səbəbinin, onun polis əməkdaşları tərəfindən döyülməsi olduğunu, aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olmaması, onların polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsi ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə xüsusilə ağır cinayət əməlini törətməyə görə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 07 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Lənkəran rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Chevrolet Niva” 2123 minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə daşıması, Lənkəran rayonu, Şovu kənd ərazisində Lənkəran- Lerik avtomobil yolunun 14-cü kilometrliyində yolun sağ tərəfindən 15-20 metr məsafədə yerləşən Hirkan Milli parkındakı Vovikəş çayının kənarında külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə qeyd edilən ünvanda olduğu zaman Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin bir nəfər qadın ilə “Chevrolet Niva” markalı, **-XS-*** qediyyat nişanlı avtomobilin yanında durduğunu görmüşdür. Həmin gün saat 06:18 radələrində həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan da özlərini təqdim etməyi xahiş etmişdir. Bundan sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs, yanındakı şəxs isə arvadı X10 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Honor” markalı mobil telefon, kartlar, sənədlər, pul aşkar olunmuşdur. Ədibə Həsənova özünə məxsus 01 ədəd “Poco” markalı mobil telefonu təqdim etmişdir. Avtomobildən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı Lerik rayonu, Orand kəndindən İranlının göndərdiyi narkotik maddələri götürüb Lənkəran rayonu, Şovu kəndi ərazisində gizlətmişdir, həmin əraziyə getsə onun yerini göstərə bilər. Lənkəran rayonu, Şovu kəndi ərazisinə getmişlər. Lənkəran rayonu, Şovu kəndi ərazisinə gəldikdən sonra ona narkotik vasitəni gizlətdiyi yeri göstərməsini bildirmişdir. Təqsirləndirilən şəxs yolun kənarında təxminən 15- 20 metr aşağıya tərəf getdikdə ətrafda ağac kolları bitmiş susuz kanalın içərisində 05 ədəd sintetik torbaları götürüb təqdim etmiş və torbaların içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin torbalara baxış keçirilmiş və baxış zamanı torbaların içərisindən 56 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 02 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni bir gün əvvəl yaşadığı kəndin yaxınlığından götürüb həmin əraziyə gətirərək gizlətdiyini etiraf etmişdir. Əlaqəyə girdiyi şəxslə telefon vasitəsilə əlaqə saxladığını, həmin şəxsi tanımadığını, narkotik vasitəni onun dediyi yerə qoyacağı təqdirdə həmin şəxsin bank kartına 2000 manat pul köçürəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zamanı ona qarşı təsir, təzyiq olmamış, onu döyməmişlər, ona qarşı elektroşokdan istifadə olunmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman həyat yoldaşı yanında olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman özü səmimi etiraf edərək narkotik vasitənin yerini onlara bildirmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxladıqları yerlə narkotik vasitələrin aşkarlandığı yerin məsafəsi təxminən 7-8 dəqiqəlik məsafə olmuşdur. Videoçəklişə Təqsirləndirilən şəxs saxladıqları yerdən başlamışlar. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 avqust 2025-ci il tarixli qərardan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdə saat 06:18-də Lənkəran rayonu, Qurumba kəndi ərazisində küçədə idarə etdiyi “Chevrolet Niva” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılaraq qeyd edilən ünvanda həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs üstü və avtomobili yoxlanıldıqdan sonra, həmin gün saat 06:42-dən etibarən Lənkəran rayonu, Şovu kəndi ərazisində Lənkəran-Lerik avtomobil yolunun 14-cü kilometrliyində, yolun sağ tərəfindən 15- 20 metr məsafədə yerləşən Hirkan Milli Parkındakı susuz qalmış Vovikəş çayının içərisinə baxış keçirilən zaman oradan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram və 500 qram olmaqla ümumi çəkisi 1000 qram olan tərkiblərinə görə eynilik təşkil edən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1 i.v.1) -“əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsinə dair” 08 avqust 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdə, saat 06:18 dəqiqədə Lənkəran rayonu, Qurunba kəndi ərazisində küçədə idarə etdiyi “Chevrolet Niva” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmış, həmin vaxtı Təqsirləndirilən şəxs arvadı X10 orada olmuşdur. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən və avtomobilinə baxış keçirilərkən bildirmişdir ki, yaşadığı Lerik rayonu, Orand kəndində sərhəd ərazisindən İranlının göndərdiyi narkotik maddələri götürüb Lənkəran rayonu, Şovun kəndi ərazisində gizlətmişdir və həmin əraziyə gedib yerini göstərib təqdim edə biləcəyini qeyd etmişdir Təqsirləndirilən şəxs qeyd etdiyi Lənkəran rayonu, Şovu kəndi ərazisinə gəldikdən sonra ona narkotik vasitənin gizlətdiyi yeri təqdim edə biləcəyini təklif etdikdə yolun kənarında təxminən 15- 20 metr aşağıya tərəf getdikdə ətrafda ağac kolları bitmiş susuz kanalın içərisində 5 (beş) ədəd sintetik torbaları göstərib təqdim etmiş və bildirmiş ki, torbalarda qeyd etdiyi kimi narkotik maddələr olmuş. Həmin torbalara baxış keçirilmiş və baxış zamanı cəmi 56 (əlli altı) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər və 2 (iki) ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə qurudulmuş marixuanaya bənzər kütlələr cəmi 61 kq, 815 qram çəkidə, narkotik vasitə tiryəkə bənzər kütlələr 1 kq, 050 qram çəkidə olmuşdur. Tiryəkə bənzər kütlələr 1 (bir) ədəd torbada, qurudulmuş marixuanaya bənzər kütlələr isə 9 (doqquz) ədəd torbalarda qablaşdırılmış, möhürlənmiş və torbaların üstünə müvafiq qeydlər aparılmış, imzalanmış və götürülmüşdür.(cild 1 i.v.15-18) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:18-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1 i.v.32) -“məhkəmə-bioloji və kimyəvi ekspertizası”nın 08 avqust 2025-ci il tarixli, 7/1055 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamada iki ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 500,0qram və 500,0qram, ümumi çəkisi 1000,0qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim edilmiş tiryək tərkiblərinə görə eynidirlər.(cild 1 i.v.48-51) -“məhkəmə-bioloji və kimyəvi ekspertizası”nın 09 avqust 2025-ci il tarixli, 7/1056 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 09(doqquz) ədəd torbalarda ümumi sayı 56(əlli altı) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 1045,0 qram, 1010,0 qram, 1055,0 qram, 1030,0 qram, 1025,0 qram, 1040,0 qram, 1015,0 qram, 1025,0 qram, 1065,0 qram, 1035,0 qram, 1000,0 qram, 995,0 qram, 990,0 qram, 1025,0 qram, 1030,0 qram, 1000,0 qram, 1015,0 qram, 1000,0 qram, 1035,0 qram, 1025,0 qram, 1035,0 qram, 1060,0 qram, 995,0 qram, 995,0 qram, 1005,0 qram, 1025,0 qram, 1030,0 qram, 1020,0 qram, 995,0 qram, 1045,0 qram, 1090,0 qram, 995,0 qram, 995,0 qram, 1000,0 qram, 1040,0 qram, 960,0 qram, 1040,0 qram, 1015,0 qram, 995,0 qram, 1005,0 qram, 1025,0 qram, 980,0 qram, 1010,0 qram, 1015,0 qram, 1035,0 qram, 1035,0 qram, 1040,0 qram, 1035,0 qram, 1035,0 qram, 1060,0 qram, 1040,0 qram, 1020,0 qram, 1020,0 qram, 995,0 qram, 1025,0 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 57170,0 qramdır. (57kq 170 qram) Təqdim edilmiş marixuana tərkiblərinə görə eynidirlər.(cild 1 i.v.90-95) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 09 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilmişdir.(cild 1 i.v.95-96) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2025-ci il tarixli, 4(005)-967/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun faktiki saxlanıldığı vaxtdan, yəni 08 avqust 2025-ci il tarixdən hesablanmışdır.(cild 1 i.v.99-100, 128-133) -“maddi sübut kimi tanınma haqqında” 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 57168,88 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 999,96 qram çəkidə narkotik vasitə tiryək maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1 i.v.137-138) -“əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 5(009)- 5036/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul olunmuş 07 avqust 2025-ci il tarixli qərar qanuni hesab edilmişdir.(cild 1 i.v.202-208) -“cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 25 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş külli və xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyini müəyyən edilməsi xüsusatına görə eləcə də, İran İslam Respublikasının adını bilmədiyi vətəndaşı və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(cild 2 i.v.1-2) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur.(cild 2 i.v.7-8) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 01 dekabr 2025-ci il tarixli qərardan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 02 ay-07 ayadək, yəni 08 fevral 2026-cı il tarixədək uzadılmışdır.(cild 2 i.v.28-29) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 4(005)- 1419/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay – 06 ayadək, yəni 08 fevral 2026-cı il tarixədək uzadılmışdır.(cild 2 i.v.37-42) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 03 fevral 2026-cı il tarixli qərardan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 01 ay olmaqla, 07 ayadək, yəni 08 mart 2026-cı il tarixədək uzadılmışdır.(cild 2 i.v.58-59) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2025-ci il tarixli, 4(5-97)- 111/2026 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni 08 fevral 2026-cı il tarixədək uzadılmışdır.(cild 2 i.v.66-71) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, aşkar olunmuş narkotik vasitələrə münasibətdə etirafedici izahat verməsinin səbəbinin polis əməkdaşları tərəfindən döyülməsi olduğunu, aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olmaması, onların polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsi, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr xüsusi ilə külli miqdarda olmalıdır. Cinayət işinin materiallarında olan “məhkəmə-bioloji ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamada iki ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 500,0 qram və 500,0 qram, ümumi çəkisi 1000,0 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Təqdim edilmiş tiryək tərkiblərinə görə eynidirlər. İş materiallarında olan “məhkəmə-bioloji ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 09 (doqquz) ədəd torbalarda ümumi sayı 56(əlli altı) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 1045,0 qram, 1010,0 qram, 1055,0 qram, 1030,0 qram, 1025,0 qram, 1040,0 qram, 1015,0 qram, 1025,0 qram, 1065,0 qram, 1035,0 qram, 1000,0 qram, 995,0 qram, 990,0 qram, 1025,0 qram, 1030,0 qram, 1000,0 qram, 1015,0 qram, 1000,0 qram, 1035,0 qram, 1025,0 qram, 1035,0 qram, 1060,0 qram, 995,0 qram, 995,0 qram, 1005,0 qram, 1025,0 qram, 1030,0 qram, 1020,0 qram, 995,0 qram, 1045,0 qram, 1090,0 qram, 995,0 qram, 995,0 qram, 1000,0 qram, 1040,0 qram, 960,0 qram, 1040,0 qram, 1015,0 qram, 995,0 qram, 1005,0 qram, 1025,0 qram, 980,0 qram, 1010,0 qram, 1015,0 qram, 1035,0 qram, 1035,0 qram, 1040,0 qram, 1035,0 qram, 1035,0 qram, 1060,0 qram, 1040,0 qram, 1020,0 qram, 1020,0 qram, 995,0 qram, 1025,0 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 57170,0qramdır. (57kq 170 qram) Təqdim edilmiş marixuana tərkiblərinə görə eynidirlər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tiryək narkotik vasitə hesab edilir. Tiryək xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 50 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 500 qramdır. Siyahılara əsasən narkotik vasitə kimi beynəlxalq adı “Marixuana-Kannabis” olan maddə narkotik vasitədir, onun qurudulmuş halda xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 500 qram, xüsusilə külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 50000 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma barədə İran İslam Respublikasının vətəndaşı ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncunun verdiyi məlumat əsasında xüsusilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə tiryəki müəyyən edilməyən tarixdə, vaxtda və şəraitdə əldə edib Lənkəran rayonu, Şovu kəndi ərazisində Lənkəran-Lerik avtomobil yolunun 14-cü kilometrliyində, yolun sağ tərəfində yerləşən Hirkan Milli Parkındakı susuz qalmış Vovikəş çayının içərisində gizlədərək saxlamış 08 avqust 2025-ci il tarixdə, saat 06:18-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran rayonu, Qurumba kəndi ərazisində küçədə idarə etdiyi “Chevrolet Niva” markalı, **-XS-*** qeydiyyat nişanlı avtomobilin yanında piyada hərəkətdə olan zaman saxlanılmış, həmin gün saat 06:42-dən etibarən narkotik vasitələri gizlətdiyi yerə baxış keçirilən zaman oradan 56 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1045 qram, 1010 qram, 1055 qram, 1030 qram, 1025 qram, 1040 qram, 1015 qram, 1025 qram, 1065 qram, 1035 qram, 1000 qram, 995 qram, 990 qram, 1025 qram, 1030 qram, 1000 qram, 1015 qram, 1000 qram, 1035 qram, 1025 qram, 1035 qram, 1060 qram, 995 qram, 995 qram, 1005 qram, 1025 qram, 1030 qram, 1020 qram, 995 qram, 1045 qram, 1090 qram, 995 qram, 995 qram, 1000 qram, 1040 qram, 960 qram, 1040 qram, 1015 qram, 995 qram, 1005 qram, 1025 qram, 980 qram, 1010 qram, 1015 qram, 1035 qram, 1035 qram, 1040 qram, 1035 qram, 1035 qram, 1060 qram, 1040 qram, 1020 qram, 1020 qram, 995 qram və 1025 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda-57170 qram çəkidə tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 500 qram və 500 qram olmaqla ümumilikdə külli miqdarda-1000 qram çəkidə tərkiblərinə görə eynilik təşkil edən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Göstərilən hallar Təqsirləndirilən şəxs narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticələrə gəlməyə tam əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə istintaq nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsinə dair dedikləri öz təsdiqini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Cinayət işinin materiallarının İİ cildiyinin 72-73-cü səhifələrində olan Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 fevral 2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilməmişdir. Məhkəmə istintaqı zamanı alınmış Təqsirləndirilən şəxs adına açılmış 5699/2025 nömrəli tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstitnaq Təcridxanasına və X3 daxil olarkən tibbi müayindən keçirilmiş və onun bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı ifadəsində təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini və onu döymədiklərini bildirmişdir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşları tərəfindən döyülməsini bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələri özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin narkotik vasitələrə münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü xüsusiilə ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusyon hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi, hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsi üçün şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılmasına dair protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişlər, məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr heroin, qurudulmuş marixuana və tiryək, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır.(cild 1, i.v.198-199) -Lerik RİHB-nın Orand kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 sentyabr 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası, arvadı və övladlarından ibarətdir, ərazi üzrə müsbət xarakterizə olunur, barəsində nümayəndəliyə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır.(cild 1, i.v.176-177) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, ümumilikdə 4 nəfər uşağının olmasını, himayəsində 87 yaşlı anası və xəstə bacısının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, ailə, maddi və sosial vəziyyətini, ailəsində tək qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs şəxsiyyəti və ailə vəziyyəti barədə təqdim olunmuş məlumatları araşdırıraq müəyyən etmişdir ki, o, ailənin yeganə maddi təminatçısıdır. Onun 2 nəfər azyaşlı olmaqla 4 nəfər uşağı atasız böyüyür və ailənin gündəlik yaşayış tələbatının əsas hissəsi anasının pensiyası hesabına ödənilir. Təqsirləndirilən şəxs ən əsas gəlir mənbəyi olmaqla ailənin sosial müdafiəsini faktiki olaraq təkbaşına təmir edir, onun məsuliyyətə cəlb olunması ilə bağlı tətbiq ediləcək cəzanın həmin azyaşlıların maddi-məişət şəraitinə ciddi və mənfi təsir göstərəcəyini məhkəmə nəzərə alır. Bu halların hamısı təqsirləndirilən şəxsin ailəsinin sosial cəhətdən həssas durumda olduğunu göstərir və cəzanın fərdiləşdirilməsi zamanı humanizm prinsipinin gözlənilməsini zəruri edir. Təqsirləndirilən şəxs həbs və ya digər sərt məhdudlaşdırıcı cəza tədbirlərində olması ailənin yeganə gəlir mənbəyinin itirilməsi ilə nəticələnə, azyaşlı uşaqların qayğı və təminatının daha da pisləşməsinə səbəb ola bilər. Məhkəmə tərkibi bu sosail və demoqrafik vəziyyəti nəzərə alaraq, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, ailənin yeganə təminatçısı kimi çıxış etməsi, uşaqların atasız böyüməsi və ailənin hazırda təqsirləndirilən şəxsin atasının verdiyi pul vəsaiti ilə dolanması hallarını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən xüsusilə ağır cinayətlər törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 avqust 2025-ci il tarixdən hesablanmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2025-ci il tarixli, 4(005)-967/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 144 (bir yüz qırx dörd) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 144 (bir yüz qırx dörd) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 57168,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 999,96 qram çəkidə narkotik vasitə tiryək məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Honor” markalı mobil telefon onun ailə üzvülərinə qaytarılmalı, 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 08 avqust 2025-ci il tarixdən hesablansın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2025-ci il tarixli, 4(005)- 967/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 144 (bir yüz qırx dörd) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 57168,88 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 999,96 qram çəkidə narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Honor” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar