Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-52/2026 18.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi-X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Qaradağ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “Socar”-da qaynaqçı işləyən, məhkumluğu olmayan, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, ev 76 ünvanında qeydiyyatda olmaqla yaşamış, 25 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 27 oktyabr 2025ci il tarixli, 4(018)-59/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək üçün “Whatsapp” ani mesajlaşma tətbiqində İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayıb, sonuncunun təlimatına əsasən 25 oktyabr 2025-ci il tarixdə, saat 22 radələrində taksi fəaliyyəti ilə məşğul olan Şahid6 idarə etdiyi “Toyota Corolla” markalı, “**- BX-***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Sım kəndinə gəlib “Sım Park” istirahət mərkəzinin yaxınlığında yolun kənarında olan daşın arxa tərəfində qoyulmuş narkotik vasitə qurudulmuş marixuananı götürüb, avtomobilə daşıyaraq, arxa sərnişin oturacağının üzərində qoyub, yoluna davam edərkən həmin gün saat 22:18-də Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin avtomobildə saxlanılmış, keçirilmiş baxış zamanı 01 ədəd qara rəngli kisənin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri-4005,0 qram və -4010,0 qram olmaqla külli miqdarda- 8015,0 qram narkotik vasitə qurudulmuş marixuana avtomobilin arxa sərnişin oturacağının üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, 250-300 narkotik vasitə qurudulmuş marixuana götürmüş, 8 kq narkotik vasitə qurudulmuş marixuana ona aid deyildir. Heç kim tanımadığı birinə heç nədən 8 kq narkotik vasitə verməzdir. Polis əməkdaşları onun götürdüyü qurudulmuş marixuananı artıq çəkili ilə dəyişdirmişlər. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, müstəntiqə ifadə verdiyi zaman müstəntiq onu döyməmişdir, onu əməliyyatçılar döymüşlər. Özünü 250-300 qram qurudulmuş marixuana götürdüyünə görə təqsirli bilmişdir. Onu saxlayan polis əməkdaşlarını tanımamışdır. Onun telefonunda 8 kq narkotik vasitə ilə bağlı heç bir yazışma olmamışdır. Müstəntiq sənədlərə imza çəkməyini bildirdiyi üçün o da sənədlərə imza çəkmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində ikinci dərəcəli əlilliyi olan azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayır, ailəlidir, rəsmi olaraq Socarda qaynaqçı işləyir, hansı iş üzrə ifadə verməyi ona aydındır, indiyədək narkotik vasitə istifadə etməmiş və qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Təxminən 15-16 gün əvvəl “Tik-tok” sosial şəbəkəsində iş elanları səhifələrindən birində “İnab” adlı şəxs ilə tanış olmuş və həmin şəxslə “Whatsapp” tətbiqi vasitəsilə danışmağa başlamış, həmin şəxs ona Astara rayonu, Sım kəndi ərazisində narkotik vasitə qoyacağını, ona həmin narkotiki qoyduğu yerin konumunu atacağını və narkotik vasitəni götürüb onun deyəcəyi yerə təhvil verməsini bildirmiş, bunun qarşılığında ona 1500 manat pul təklif etmiş, pula ehtiyacı olduğundan onun təklifini qəbul etmiş, bu səbəbdən 25 oktyabr 2025-ci il tarixdə sürücülüklə məşğul olan tanışı Şahid6 zəng edərək onu Astara rayonuna aparmasını istəmiş, Fəxrəddin ondan niyə getmələrinin səbəbini soruşanda ona Astara rayonunda yaşayan əsgərlik yoldaşının onu qonaq çağırdığını bildirmiş, onunla razılaşmış və həmin gün hava qaralmadan Fəxrəddinin idarə etdiyi “Toyota Corolla” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobili ilə Astara rayonu istiqamətində getmişlər, Astara rayonu, Sım kəndində yerləşən “Sım Park” istirahət mərkəzinə çatmamış İnab adlı şəxsin göndərdiyi konuma (məkana) çatanda Fəxrəddindən avtomobili saxlamasını, əsgər yoldaşı ilə görüşüb qayıdacağını bildirmiş və avtomobildən düşərək bir qədər aralaşmış, avtomobildən düşdükdən sonra İnab adlı şəxsin ona izah etdiyi məkanı tapmış və yolun kənarında daşın arxasında içərisində narkotik vasitə olan qara rəngli kisənin olduğunu görüb həmin kisəni götürmüş, bir qədər yubandıqdan sonra avtomobilə apararaq avtomobilin arxa sərnişin oturacağının üzərinə qoymuş, Fəxrəddin həmin vaxt maşından düşüb kənarda siqaret çəkirmiş, həmin kisəni maşına qoyduqdan sonra o gəlmiş və ondan nə olduğunu soruşanda ona dostunun onun üçün pay qoyduğunu bildirmiş, yola çıxıb Bakı şəhərinə geri qayıtmaq istəyəndə saat 22 radələrində Astara rayonu, Sım kəndi ərazisində polis əməkdaşları onları saxlamış, avtomobildən endirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını onlara bildirmişlər, daha sonra ona üzərində qanunsuz əşya və maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra onlara üzərində hər hansı qanunsuz bir şey olmadığını, lakin avtomobildə narkotik vasitə olduğunu bildirmiş, polis əməkdaşları tərəfindən üstünün yoxlanılması zamanı üzərindən saqqız, 68 manat və 100 ABŞ dolları pul vəsaiti aşkar olunmuş, bundan sonra avtomobilə baxış keçirilmiş, avtomobilin arxa sərnişin oturacağının üzərinə qoyduğu 1 ədəd kisənin içərisində olan qurudulmuş marixuana kütlələri aşkar olunmuş, daha sonra həmin kisənin içərisi açılmış və kisənin içərisində olan 02 ədəd bükülü ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, 02 ədəd bükülünün hər birinin çəkisinin ayrı-ayrılıqda təxminən 4 kq olması müəyyən edilmiş, bundan sonra həmin kütlələr qablaşdırılmış və imzalanmış, şifahi sorğu zamanı təxminən 10-15 gün əvvəl sosial şəbəkədən tanış olduğu İnab adlı İran İslam Respublikası vətəndaşının həmin kütləni Sım kəndindən götürüb onun deyəcəyi yerə təhvil verməyi qarşılığında ona 1500 manat pul verəcəyini, bu səbəbdən tanışı Şahid6 Astara rayonuna əsgərlik yoldaşının qonaq çağırdığını bildirib onu aldadaraq 120 manat pul qarşılığında Astara rayonuna sürdürdüyünü, İnab adlı şəxsin Whastapp-da ona göndərdiyi konuma və göndərdiyi şəkillərə baxaraq içərisində narkotik vasitə olan qara rəngli kisəni götürüb avtomobilə qoyduğunu və həmin narkotik vasitəni Lökbatan qəsəbəsində deyiləcək yerə qoyacağını, Fəxrəddinin həmin narkotik vasitə barədə heç bir məlumatı olmadığını bildirmiş, sonra onları Astara şəhərində yerləşən polis şöbəsinə gətirmişlər, polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra video çəkilişlə avtomobildən və üzərindən aşkar olunaraq götürülmüş predmet və narkotik vasitəyə baxış keçirilməyə başlanılmış, baxış zamanı təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd bükülü elektron tərəzidə çəkilərək təxmini çəkiləri müəyyən edilmiş, sonra həmin kütlələr qablaşdırılaraq üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar, ona verilən suallara cavab olaraq, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilmədiyini, zor tətbiq olunmadığını, bu barədə heç bir şikayəti və tələbi olmadığını, törətdiyi əmələ görə peşman olduğunu, ona verilən sualları tam başa düşdüyünü bildirmiş, müdafiəçi tərəfindən ona verilən suallara cavab olaraq ona qarşı hər hansısa qanunsuz hərəkətlər edilmədiyini, üzərinə şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolu doğru bilinib imzalarla təsdiq etdiyini bildirmiş, avtomobildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 25 oktyabr 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan gün “Tik-tok” sosial şəbəkəsində iş elanları səhifələrindən birində tanış olduğu və Whatsapp vasitəsilə əlaqə saxladığı, adını mobil telefonunda +98 ***-***-**-** mobil nömrəsini “Dayı İ 47” kimi qeyd etdiyi şəxslə əlaqə saxladıqdan sonra dediyi yerə, Astara rayonu, Sım kəndinə gedib oradan əldə etmiş və deyiləcək ünvana çatdıracaqmış, qarşılığında da 1500 manat pul alacaqmış, ümumiyyətlə narkotik vasitə istifadəçisi deyil, heç bir zaman narkotik vasitə satmamış və satmaq məqsədi də olmamışdır. Təqsirləndirilən şəxs əlavə dindirilən zaman ifadəsində göstərmişdir ki, istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə İran İslam Respublikası mobil operatorlarına məxsus +98 ***-***-**-** mobil nömrəsindən “Qaqa sete gir”, “Qaqa” məzmunlu smslər daxil olması barədə bildirmişdir ki, həmin nömrə sahibini tanımır, onunla heç bir əlaqəsi olmamış, yalnız +98 919 *** **** nömrəsi ilə Whatsapp vasitəsilə əlaqə saxlamışdır, +98 919 *** **** və +98 991 *** **** mobil nömrələrinin Azərbaycan Respublikası ərazisində kontakta olduğu şəxslər Şirvan şəhər sakini X8 məxsus ***-***-**-**, Cəlilabad rayon sakini X4 məxsus ***-***-**-**, X5 məxsus ***-***-**-** və İmişli rayon sakini X10 məxsus ***-***-**-** mobil nömrələri ilə heç bir əlaqəsi olmamış, həmin şəxsləri tanımır, mobil telefonunun zəng tarixçəsi bölməsində Astara rayonu, Vənəşikəş kənd sakini X9 məxsus ***-***-**-** mobil nömrəsini “Astara kirayə ev” adı ilə qeyd etmiş, Astara rayonuna gəldikdən sonra Sım kəndi istiqamətində gedən zaman yolun kənarında kirayə ev sözləri və altında qeyd edilən ***-***-**-** mobil nömrəsi yazılan elan görmüş, hava qaraldığından güman etmişdir ki, gecəni orada qalar, bu səbəbdən həmin nömrəni götürüb həmin şəxslə əlaqə saxlayıb evin qiyməti ilə maraqlanmış, daha sonra həmin şəxslə heç bir əlaqəsi olmamış və evə də ehtiyac olmamışdır. İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ifadəsində hər şeyi qəbul edir, lakin qurudulmuş marixuananın çəkisinin 8 kq olması hissəsini qəbul etməmişdir. İranlı ilə 250-300 qram narkotik vasitə qurudulmuş marixuana ilə bağlı danışmışdır. İranlı qoyduğu 250-300 qram narkotik vasitən qurudulmuş marixuananı götürüb onun dediyi yerə qoyub qarşılığında 1500 manat pul alacaqmış. Polis əməkdaşları onu hadisə yerində avtomobildə döymüşlər. İranlı qoyduğu narkotik vasitəni daşın altından götürmüşdür. Ekspertizaya göndərilən zaman üzərində xəsarət olmamışdır. Polis əməkdaşları onu boğmuşlar və elə formada vurmuşlar ki, bədəni üzərində xəsarət yaranmamışdır. Onunla Astara rayonuna gələn taksi sürücüsü Fəxrəddinin onun narkotik vasitə götürəcəyindən məlumatı olmamışdır. Narkotik vasitəni götürüb əlində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ona külli miqdarda qurudulmuş marixuana olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 25 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və Astara rayonu, Sım kəndi ərazisinə getmişlər. Saat 22:18-də başlanmış və videçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Sım kəndi ərazisində yolda dayanmış “Toyota Corolla” markalı, **-CB-*** qeydiyyat nişanlı avtomobildə olan zaman avtomobilin sürücüsü Şahid6 ilə birlikdə tərəflərindən saxlanılmış, özlərini onlara təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduqları bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasa da avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Şahid6 üstü yoxlanılmış və hər hansı qanunsuz əşya və predmet aşkar olunmamış, avtomobilin arxa oturacaq yerinin üzərində 1 ədəd qara rəngli kisə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin kisənin içərisində narkotik vasitə nəşə adlanan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sintetik kisə açılıb baxıldıqda içərisində 1 ədəd kisə olduğunu, həmin kisənin içərisində üzərində “1” rəqəmi yazılmış 2 ədəd bağlama olduğunu aşkar etmiş və həmin bağlamalara ayrı-ayrılıqda baxış keçirlən zaman içərisində qurudulmuş marixuanaya bənzər kütlələrin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə marixuana olduğunu, təxminən 10-15 gün əvvəl “Tik-Tok” sosial şəbəkəsində iş elanları səhifəsində tanış olduğu şəxsin ona pul qarşılığında bir yerdən digər yerə narkotik bağlamaları çatdırılması ilə bağlı iş təklif etdiyini, əvvəlcə həmin təkliflə razılaşmadığını, daha sonra maddi vəziyyəti çətin olduğundan həmin şəxslə 1500 manata razılaşdığını, Şahid6dan idarə etdiyi avtomobil ilə onu Astara rayonu, Sım kəndində əsgərlik yoldaşına dəyməyə getmək adı ilə aparmasını istədiyini, Fəxrəddinlə razılaşdıqdan sonra onun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil ilə Astara rayonuna gəldiyini, rayon ərazisində olan zaman həmin şəxsin ona göndərdiyi məkana (konuma) yaxınlaşıb içərisində narkotik vasitə olduğunu bildirdiyi 1 ədəd qara rəngli kisəni götürüb avtomobilin axra oturacaq yerinin üzərinə qoyaraq Fəxrəddinə əsgər yoldaşına zəng çatmadığını yalandan deyib geri qayıtdıqlarını, həmin içərisində narkotik vasitə olan bağlamanı Bakı şəhəri, Lökbatan ərazisində bir yerə atacağını, 1500 manat əldə edəcəyini, Fəxrəddinin onun narkotik vasitə arxasıyca gəlməsi və əldə etməsi barədə heç bir məlumatı olmadığını, bu barədə aralarında hər hansı razılaşma olmadığını bildirmişdir. Şahid6 taksi işlədiyini, Təqsirləndirilən şəxs sifarişi ilə onunla birlikdə Astara rayonu, Sım kəndinə gəldiyini, Taptıqın ona Sım kəndinə əsgərlik yoldaşı ilə görüməyə gəldiyini dediyini, Taptıqın narkotik vasitə əldə etməsi barədə məlumatı olmadığını bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bağlamalar elektron tərəzidə çəkilmiş və çəkiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs, Şahid6 və aşkar olunmuş predmetlər Astara RPŞ-nə gətirilərək araşdırmanın davam etdirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özünün iranlıdan əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, onu döyməmişlər və hər hansı təzyiq olunmamışdır. Narkotik vasitəni yerlərə qoyan və narkotik vasitələri götürən şəxslər adətən bir-birlərini görməmişlər. Narkotik vasitəni kimin qoyması ilə bağlı tədbirlər davam etdirilir. Dindirilmiş şahidlər Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər və Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini, onu döymədiklərini bildirmişlər. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, özünə məxsus “Toyota Corolla” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərir, 25 oktyabr 2025-ci il tarixdə, gündüz saatlarında tanışı Təqsirləndirilən şəxs ona zəng edərək Astara rayonuna, əsgərlik yoldaşının yanına gedəcəyini bildirmiş və ona 120 manat pul verəcəyini demişdir. Taptıqı götürərək Astara rayonuna yola düşmüş, Astara rayonu, Sım kəndində yerləşən “Sım park” ailəvi istirahət mərkəzinə çatanda Taptıq avtomobili saxlatdırmış və avtomobildən düşərək uzaqlaşmışdır. Bir az sonra avtomobildən təmiz havaya çıxıb bir qədər uzaqlaşıb siqaret çəkməyə başlamış, bir neçə dəqiqə sonra isə Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşmış, onun gəldiyini görüb siqareti çəkib bitirdikdən sonra avtomobilə gəlmişdir. Avtomobilə əyləşən zaman Tapdığın arxa sərnişin oturacağının üzərinə nəsə qoyduğunu hiss etmişdır. Taptıqdan avtomobilə qoyduğunun nə olduğunu soruşanda Taptıq ona əsgərlik yoldaşının onun üçün meyvə payı qoyduğunu demişdir. Bakı şəhəri istiqamətinə yola düşmüşlər, təxminən saat 22 radələrində polis əməkdaşları avtomobillə anidən yanında saxlamış, onları avtomobildən endirmişlər, Taptıq avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilmiş və avtomobilin arxa sərnişin oturacağının üzərindən bir ədəd qara rəngli kisə aşkar olunmuş, həmin kisənin içərisinə polis əməkdaşları baxış keçirdikdə iki ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuana kütləsinə oxşar kütlələrin olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları həmin kütlələri çəkdikdə 8 kq olması müyyən edilmişdir. Onları Astara RPŞ-nə aparmışlar. Taptığın onun idarə etdiyi avtomobil ilə narkotik vasitə almaq üçün getməsi barədə məlumatı olmamış, sadəcə onu 120 manat müqabilində dediyi ünvana çatdırmışdır. Verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, polis əməkdaşları onları saxlayana qədər avtomobildə narkotik vasitə olduğunu bilməmişdir. Müstəntiqə verdiyi ifadəsini təsdiq etmişdir. Polis əməkdaşları onu döyməmişlər, Taptığı da onun yanında döyməmişlər. Araşdırma nəticəsində təqsiri olmadığı müəyyən edildiyində polis əməkdaşları onu buraxmışlar. Polis əməkdaşlarının avtomobilə narkotik vasitə qoyduqlarını görməmişdir. Taptıq avtomobilə bağlama qoymuşdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaq bir qrup şəxs halında külli miqdarda -8015,0 qram çəkidə qanunsuz olaraq əldə edib daşıdığı narkotik vasitə qurudulmuş marixuanaları 25 oktyabr 2025-ci il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman aşkar edilib götürülməsi faktı əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1,i.v.1-69) -“əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 25 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş həmin tarixdə saat 22:18-dən saat 22:53-dək davam etmiş, şübhəli şəxs qismində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs və Şahid6 üzərilərində və ya “Toyota Corolla” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində qeyd etdiyi predmetlərin olmadığını, lakin avtomobildə narkotik vasitə olmasını bildirmiş, Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman üzərindən 01 ədəd saqqız, 13 ədəd 1 manat, 01 ədəd 5 manat, 01 ədəd 10 manat, 02 ədəd 20 manat və 01 ədəd 100 ABŞ dolları aşkar olunmuş, bundan sonra, “Toyota Corolla” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid6 üstünün yoxlanılması zamanı üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmiş, daha sonra “Toyota Corolla” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacağın üzərində Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli sintetik kisə aşkar edilmiş, Təqsirləndirilən şəxs qara rəngli sintetik kisənin içərisində “nəşə” adlandırılan narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sintetik kisəyə açılıb baxıldıqda içərisində 01 ədəd də qara rəngli sintetik kisə, həmin sintetik kisənin içərisində üzərində 1 rəqəmi yazılmış 2 (iki) ədəd qara rəngli sellofan bağlamalar olması, həmin 2 ədəd bağlama açılıb baxıldıqda isə hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təxminən 10-15 gün əvvəl “Tik-tok” sosial şəbəkəsində iş elanları səhifəsində tanış olduğu “Naib” adlı şəxsin ona pul qarşılığında bir yerdən digər yerə bağlama çatdırması ilə bağlı iş təklif etdiyini, həmin bağlamalarda narkotik vasitə olmasını dediyini, əvvəlcə həmin təklif ilə razılaşmadığını, daha sonra maddi vəziyyəti çətin olduğundan “Naib” adlı şəxs ilə 1500 manat qarşılığında razılaşdığını, tanışı Qobustan qəsəbə sakini Şahid6 Astara rayonu, Sım kəndində yaşayan əsgər yoldaşı ilə görüşmək üçün Astara rayonuna getmək istədiyini bildirib sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Astara rayonuna gəldiyini, Astara rayonunda olduğu zaman “Naib” adlı şəxsin göndərdiyi məkana (konuma) yaxınlaşıb içərisində narkotik vasitə olduğunu bildiyi 01 ədəd qara rəngli kisəni götürüb “Toyota Corolla” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacağın üzərinə qoyduğunu, Şahid6 əsgər yoldaşına zəng çatmadığını bildirib geri qayıtdıqlarını, narkotik vasitənin olduğu bağlamanı Bakı şəhəri, Lökbatan ərazisində bir yerə atacağını, 1500 manat əldə edəcəyini, Fəxrəddinin onun narkotik vasitə əldə etmək məqsədilə gəlməsindən, narkotik vasitə əldə etməsindən heç bir məlumatının olmamasını, aralarında belə bir razılaşma əldə edilmədiyini bildirmişdir. Daha sonra Şahid6 ilə aparılan şifahi sorğu zamanı taksi fəaliyyəti ilə məşğul olmasını, Təqsirləndirilən şəxs sifarişi əsasında Astara rayonu, Sım kəndi ərazisinə gəldiyini, sonuncunun ona Astara rayonu, Sım kəndinə gəlməkdə məqsədinin əsgər yoldaşı ilə görüşmək olduğunu bildirdiyini, Taptığın əldə etdiyi narkotik vasitədən xəbəri olmadığını qeyd etmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan bağlamalar ayrı-ayırlıqda sıfırlanmış elektron tərəzidə çəkildikdə birinci bağlamanın çəkisinin 4250 (dörd min iki yüz əlli) qram, ikinci bağlamanın çəkisinin 4180 (dörd min yüz səksən) qram olması müəyyən edilmiş, bağlamalar qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmış və RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Şahid6 idarə etdiyi “Toyota Corolla” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əlavə baxış keçirilən zaman avtomobilin salonunun ön hissəsində oturacağın üzərindən Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli “Honor” markalı və Şahid6 məxsus 1 ədəd mavi rəngli “Honor” markalı mobil telefon aşkar edilərək götürülmüş, bundan başqa əlavə baxış zamanı həmin avtomobildən narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir.(cild 1,i.v.10-13) -“şübhəli şəxsin tutulması haqqında” 26 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:15-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 25 oktyabr 2025-ci il, saat 22:18-dən hesab edilmişdir.(cild 1,i.v.17) -“şübhəli şəxsin tutulması haqqında” 26 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şahid6 həmin tarixdə saat 00:35-də şübhəli şəxs qismində tutulmuş, Şahid6 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 25 oktyabr 2025-ci il, saat 22:18-dən hesab edilmişdir.(cild 1,i.v.33) -“əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 26 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 00:55-dən saat 01:22-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Daha sonra 25 oktyabr 2025-ci il tarixdə saat 22:18-da PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş 01 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrə baxış keçirilmişdir. Həmin bağlama açıldıqda içərisində 02 ədəd bükülü olması müəyyən edilmişdir. Bükülülərin içərisinə baxıldıqda yaşıl rəngli, spesifik iyə malik olan, qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Həmin bükülülər ayrı-ayrılıqda tərəzidə ölçülərək çəkilərinin 4,080-4,130 və 4,300-4,330 kiloqram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş bağlamalarda qurudulmuş marixuana vardır, həmin bağlamalarda olan kütlələri sosial şəbəkədə 15 gün əvvəl tanış olduğu İİR vətəndaşı onun üçün göndərmiş, bağlamalarda olan qurudulmuş marixuananı İİR vətəndaşının Bakı şəhəri, Lökbatan qəsəbəsində deyəcəyi yerdə qoyacaqmış və bunun qarşılığında 1500 manat pul əldə edəcəkmiş, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və satışı ilə məşğul olmamış, taksi sürücüsü Şahid6 çoxdandır ki, tanımış, onun idarə etdiyi avtomobillə Astara rayonu, Sım kəndinə getmiş, orada İİR vətəndaşının göndərdiyi bağlamanı götürüb taksiyə qoymuş, taksi sürücüsü Şahid6 onun narkotik vasitə götürmək üçün gəlməsini və narkotik vasitəni avtomobilə qoymasını görməmiş, Astara rayonu, Sım kəndində avtomobildə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Daha sonra video görüntüdən ibarət 01 ədəd DVD disk “BENQ” markalı komputerə qoşulmuş və «My computer» pəncərəsində açılmış, DVD diskə baxış zamanı “Avtomobilə baxış.mp4” adlı video gorüntü açılmış, videogörüntüdə Təqsirləndirilən şəxs və Şahid6 polis əməkdaşları tərəfindən saxlanılması, Şahid6 idarə etdiyi “Toyota Corolla” markalı avtomobilin arxa sərnişin oturacağından bir ədəd bağlamada, 02 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar edilməsi əks olunmuşdur. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili tərəfindən ona verilən şifahi suala aşkar olunan bağlamada qurudulmuş marixuana olduğunu, İran İslam Respublikası vətəndaşının göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üstü yoxlanılan zaman bildirdiyi məlumatları təkrar olaraq qeyd etmişdir.(cild 1,i.v.49-51) -“məhkəmə bioloji ekspertizası”nın 26 oktyabr 2025-ci il tarixli, 19/413 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 02 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri -4005,0 və -4010,0 qram ümumi təmiz çəkisi: -8015,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər.(cild 1,i.v.64-67) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Astara Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 4(018)-59/2025 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 oktyabr 2025-ci il tarixdən hesablanmışdır.(cild 1, i.v.79-81,102-105) -“şübhəli şəxs statusuna xitam verilməklə şəxsin tutulmadan azad edilməsi haqqında” 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Şahid6 şübhəli şəxs statusuna xitam verilməklə tutulmadan azad edilmişdir.(cild 1,i.v.115-116) -“mobil telefona baxış keçirilməsi haqqında” 28 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, “Honor” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə vardır. Mobil telefonun “konkaktlar”, “mesajlar”, “qalereya” hissələrinə baxış zamanı qeyd olunan yerlərdən cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı fakt aşkar edilməmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonda “WhatsApp” ani mesajlaşma tətbiqi vardır. Telefondakı “WhatsApp” ani mesajlaşma tətbiqi ***-***-**-** mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs +98***-***-**-** nömrəli İran İslam Respublikasına məxsus sim nömrəni “WhatsApp” ani mesajlaşma tətbiqinin kontaktlar bölməsində “Dayı İ 47” adı ilə qeyd etmiş və onların söhbət hissəsinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Dayı İ 47” adı ilə qeyd olunmuş şəxslə əlbir olub, cinayət əlaqəsinə girərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş, belə ki, həmin şəxs Təqsirləndirilən şəxs səsli mesajlar göndərərək narkotik vasitəni Astara rayonu, Sım kəndi ərazisində, “Sım Park” istirahət mərkəzinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoydurduğu yerin izahını verir. Həmin səsli mesajların məzmununun “qardaş, o qardaş mənə dedi, dedi ki, oralarda maşını ola bilsin yol qırağında saxlıyalar, orda ev yiyəsilərin maşın yolları yoxdur, maşın həyətdə saxlaya bilmirlər, çoxu maşınlarını yol qırağında saxlayırlar, narahatçılıq yoxdur, qorxu, problem yoxdur, siz rahatçılıqla gedin Sim Park restoranının yanında dayanın şübhə çəkməyin, mən sizə xəbər eliyəcəyəm”, “qardaş setdə döy, çöldədi, setdə döy and ola Allaha, setə gələn kimi mənə zəng eliyəcəy, narahat olma, ola bilsin indi amanatın yerini rahlıya, demişəm ki arxayinlix yer olsun da, and ola Allaha onu bicür fişara vermişəm ki, demişəm ki, biyer olsun qardaşa problem olmasın, ona görə arxayin olginən, indi işin üsdündədi”, “qardaş bidə o mənə vaxt deyib ona görə, mənə deyib setdə olmasa darıxma səkkiz yarimən kimi mənə zəng eliyəcəy, İnşalla indi elə o vaxtacan da zəng edəcəy, darıxma mən sənə xəbər verəcəm”, “qardaş orda ki daş var idi ha, bax daşın ucu yekədir, daşın naziy tərəfində dalında da paya var, gələcisən naziy tərəfə, payanın üstünə də ot atılıb, bax göreysən şəkildə də var, balaca ot atılıb, otun dalından əlüvü salıb götürcüysən, üstünə də ba, amanatın üstünə yarpaq atılıb, daşın naziy tərəfi naziy” kimi olması müəyyən edilmişdir. Bundan başqa səsli mesajlardan əlavə bir neçə mesajın silinməsi aşkar edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs “Dayı İ 47” adı ilə qeyd olunan şəxsə “Salam”, “Qaqa onu tələsdir”, “Salam restaran tərəfə yaxılıqıda”, “Restarannan nə qədər fərqi var”, “Alo noldu”, “At” kimi mesajlar yazmış, həmçinin həmin gün bir neçə dəfə video və səsli zənglə bir birləri ilə əlaqə saxlamışlar. Baxış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Dayı İ 47” adlı şəxsin özünü “İnab” adlı şəxs kimi təqdim edən şəxs olduğunu, həmin yazışmaların onun tərəfindən həyata keçirildiyini bildirmişdir. Qeyd olunan məlumatlar ekran görüntüsü qeydə alınmaqla iş materiallarına əlavə olunmuşdur.(cild 1,i.v.128-129) -“təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 28 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindəki xüsusatları əyani şəkildə göstərmişdir.(cild 1,i.v.135-138) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 29 oktyabr 2025-ci il tarixli, 562 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan kannabinoidlərdən istifadə halları istisna edilmir, asılılıq sindromu aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.(cild 1,i.v.143) -“maddi sübut kimi tanınma haqqında” 30 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonra qalıq çəkisi-8014.8 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 5 (beş) ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.(cild 1,i.v.151-152) -“telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 10 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə İran İslam Respublikası mobil operatorlarına məxsus +98***-***-**-** saylı mobil nömrəsindən 25 oktyabr 2025-ci il tarixdə saat 21:52-də “qaqa setə gir”, saat 22:36-da “qaqa” məzmunlu smslər göndərilmişdir.(cild 1,i.v.170) -"xxxx" MMC-dən daxil olmuş 20 avqust 2025-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə İran İslam Respublikası vətəndaşı kimi təqdim edilən “İnab” adlı şəxsin istifadəsində olan +98***- ***-**-** saylı mobil nömrə arasında bir neçə dəfə əlaqə yaradılmışdır.(cild 1,i.v.224-228) -“cinayət işinin ayrı icraata ayrılması və icrata qəbul edilməsi haqqında” 02 fevral 2026cı il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir.(cild 1,i.v.246) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə verdiyi ifadələrini ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana və metadon narkotik, metamfetamin isə psixotrop maddə hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Məhkəmə bioloji ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 02 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri -4005,0 və -4010,0 qram ümumi təmiz çəkisi: -8015,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra-961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində «miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər» şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib saxlayaraq daşıması və saxlaması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdiyi iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs külli miqdarda-8015,0 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması cinayətlərini törətməsi sübuta yetirilsə də, “İnab” adlı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, sonuncularla birgə hərəkət etməsi, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin olması sübuta yetirilməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxs Taptıq Zeynlovun “İnab” adlı vətəndaş ilə qabaqcadan əlbir olaraq ona istinad edilən cinayət əməllərini törətməsini (Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş tövsifedici əlamətin mövcudluğunu) müstəsna olaraq onun özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə əsaslandırmışdır. Məhkəmə tərkibi hesab edir ki, qeyd edilən xüsusatla əlaqəsi olan digər sübutlartəqsirləndirilən şəxsin üzərində şəxsi axtarışın keçirilməsinə və götürmənin aparılmasına dair protokolun təqsirləndirilən şəxsin izahını əks edirən hissəsi, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri təqsirləndirilən şəxsin sözlərindən verilmiş məlumatlar olmaqla, sözügedən tövsifedici əlamət barədə məlumat yükü daşıyan müstəqil məlumat mənbəyi kimi çıxış etmirlər. Təqsirləndirilən şəxs Taptıq Zeynlovun etirafedici ifadəsindəki məlumatlar belə onun və adını “İnab” olması ehtimal edilən şəxsin birgə, yəni hər ikisi üçün ümumi olan cinayəti törətmək üçün hərəkət etdiklərini təsdiq etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci tarixli qərarından irəli gələn hüquqi mövqeyə görə iştirakçılıqla, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən əməllər üçün xarakterik olan əsas xüsusiyyət cinayətin həm subyektiv, həm obyektiv cəhətdən bütün iştirakçılar üçün ümumi olması, iştirakçıların birləşmiş (məqsədyönülü), birbirini tamamlayan səyləri ilə vahid cinayətin törədilməsi, maddi tərkibli cinayətlərdə-vahid ictimai-təhlükəli nəticənin əldə olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 31-ci bəndində göstərilmişdir ki, cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, təxminən 15-16 gün əvvəl “Tik-tok” sosial şəbəkəsində iş elanları səhifələrindən birində “İnab” adlı şəxs ilə tanış olmuş və həmin şəxslə “Whatsapp” tətbiqi vasitəsilə danışmağa başlamış, həmin şəxs ona Astara rayonu, Sım kəndi ərazisində narkotik vasitə qoyacağını, ona həmin narkotik vasitəni qoyduğu yerin konumunu atacağını və narkotik vasitəni götürüb onun deyəcəyi yerə təhvil verməsini bildirmiş, bunun qarşılığından ona 1500 manat pul təklif etmiş, pula ehtiyacı olduğundan onun təklifini qəbul etmiş, bu səbəbdən 25 oktyabr 2025-ci il tarixdə sürücülüklə məşğul olan tanışı Şahid6 zəng edərək onu Astara rayonuna aparmasını istəmiş, Fəxrəddin ondan niyə getmələrinin səbəbini soruşanda ona Astara rayonunda yaşayan əsgərlik yoldaşının onu qonaq çağırdığını bildirmiş, onunla razılaşmış və həmin gün hava qaralmadan Fəxrəddinin idarə etdiyi “Toyota Corolla” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobili ilə Astara rayonu istiqamətində getmişlər, Astara rayonu, Sım kəndində yerləşən “Sım Park” istirahət mərkəzinə çatmamış İnab adlı şəxsin göndərdiyi konuma (məkana) çatanda Fəxrəddindən avtomobili saxlamasını, əsgər yoldaşı ilə görüşüb qayıdacağını bildirmiş və avtomobildən düşərək bir qədər aralaşmış, avtomobildən düşdükdən sonra “İnab” adlı şəxsin ona izah etdiyi məkanı tapmış və yolun kənarında daşın arxasında içərisində narkotik vasitə olan qara rəngli kisənin olduğunu görüb həmin kisəni götürmüş, bir qədər yubandıqdan sonra avtomobilə apararaq avtomobilin arxa sərnişin oturacağının üzərinə qoymuş, Fəxrəddin həmin vaxt maşından düşüb kənarda siqaret çəkirmiş, həmin kisəni maşına qoyduqdan sonra o gəlmiş və ondan nə olduğunu soruşanda ona dostunun onun üçün pay qoyduğunu bildirmiş, yola çıxıb Bakı şəhərinə geri qayıtmaq istəyəndə saat 22 radələrində Astara rayonu, Sım kəndi ərazisində polis əməkdaşları onları saxlamış, avtomobilə baxış keçirilmiş, avtomobilin arxa sərnişin oturacağının üzərinə qoyduğu 1 ədəd kisənin içərisində olan qurudulmuş marixuana kütlələri aşkar olunmuş, həmin kisənin içərisi açılmış və kisənin içərisində olan 02 ədəd bükülü ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, 02 ədəd bükülünün hər birinin çəkisinin ayrı-ayrılıqda təxminən 4 kq olması müəyyən edilmişdir. İbtidai istintaq orqanının istinad etdiyi bu məlumata görə, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmə cinayətini törətdiyi halda, adının “İnab”, vətəndaşlığının İran İslam Respublikası olduğu güman edilən şəxs həmin narkotik vasitələri təqsirləndirilən şəxsə satma cinayətini və ehtimalla buna qədər baş vermiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan başqa, yəni narkotik vasitələri İran İslam Respublikasında və ya başqa yerdə əldə etmə, saxlama, Azərbaycan Respublikası ərazisinə daşıma əməlləri məhkumun iştirakı olmadan törətmişdir, yəni məhkum və digər şəxs üçün ümumi olan (vahid) cinayətin törədilməsi faktı, o cümlədən buna dair əvvəlcədən razılaşmanın əldə edilməsi halı (birgəlik) mövcud olmamışdır. İbtidai istintaq orqanı İran İslam Respublikası vətəndaşı “İnab” olduğu ehtimal edilən şəxsin narkotik vasitələri Təqsirləndirilən şəxs nisyə (pulunu sonra ödəmək şərti ilə) satması, təqsirləndirilən şəxsin isə həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, qabaqcadan əldə olunmuş razılaşmanın da müstəsna olaraq onların arasında belə bir qanunsuz alqı-satqı əməliyyatının həyata keçirilməsini nəzərdə tutması kimi xüsusatlardan başqa, bu şəxslərin cinayətkar əlaqələrini göstərə biləcək hər hansı digər halı, yəni verilmiş ittihamda yazılan “İnab” adlı şəxslə qabaqcadan əlbir olaraq birlikdə qurudulmuş marixuana narkotik vasitələrini əldə etmək, saxlamaq, daşımaq, satmaq barədə razılığa gəlmələrini və reallıqda həmin əməlləri birgə törətmələrini) təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi ondan irəli gəlir ki, cinayət təqibi orqanının birgə-iştirakçılar üçün ümumi olan cinayətin törədilməsi barədə əvvəlcədən razılaşmanın əldə olunması halını “ikitərəfli kriminal əqdin bağlanması” kimi haldan fərqləndirə bilməmişdir. Halbuki şəxslər arasında “kriminal əqd” üzrə “kontragentə” münasibətdə müəyyən hərəkətlərin yerinə yetirilməsi barədə razılığın əldə olunması (nə qədər ki, belə razılıq vahid cinayətin deyil, hər bir şəxs tərəfindən məhz onun özünə aid olan kriminal əməlin törədilməsini ehtiva edir) birgə cinayət törətmək barədə qabaqcadan razılığın əldə olunması halı ilə eyniləşdirilə bilməz. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin sorması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti” nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Qeyd edilən səbəblərdən də Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın Cinayət-Prosessual Məcəllənin 7.0.2, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə istinad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirilməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması əməllərinin Təqsirləndirilən şəxs, “İnab” adı ilə məlum olan şəxs və digər şəxslərdən təşkil olunmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da razılaşmanın konkret olaraq nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən-əldə etmə, saxlama, daşıma) uzlaşdırıla biləcək konrekt hərəkətləri göstərilməmişdir. (ittihamda təsvir olunmuş təqsirləndirilən şəxsin əməllərinin faktik məzmunu müstəsna olaraq onun “İnab” adı şəxsin satdığı narkotik vasitələrin satış məqsədi ilə əldə etməsini və bundan sonra onların saxlanılması, daşınması, satışı üzrə təkbaşına etdiyi hərəkətləri əhatə edir). Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu Cinayət-Prosessual Məcəlləsinin 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi müəyyən əhəmiyyət kəsb edən halların saxlanılmasından (“digər şəxslərlə”, “şəxsiyyəti istintaqa “İnab” adı ilə məlum olan şəxs” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Məzmununda “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə-qabaqcadan əlbir olan bir qrup şəxsin psixotrop maddə və narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanılması əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələr olduğu halda- Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı və Klimentyev Rusiyaya qarşı” işi üzrə qərarlarında qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermişlər və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. İbtidai istintaqın ilkin mərhələsi zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Plenum qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı və Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təqsirləndirilən şəxs ilə bağlı istintaq hərəkətləri aparılan zaman çəkilmiş vidioçəkilişlərdə sonuncunun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Nə Təqsirləndirilən şəxs nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının onu döymələri və etirafedici izahat verməsi üçün onu məcbur etmələri barədə hər hansı bir müraciətləri olmamışdır. Cinayət işinin materiallarının İ cildinin 145-146-cı səhiflərində olan “məhkəmə-tibbi ekspertizası”nın 29 oktyabr 2025-ci il tarixli 307 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalaraq məcbur edilməsi ilə bağlı əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq psixi təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsi “İ.H.Avstriyaya qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində, onda külli miqdarda-narkotik vasitə qurudulmuş marixuana olmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi ifadələrini daha çox inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı verdiyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini qismən etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin psixotrop maddələr və narkotik vasitələr satmaması, öz istifadəsi üçün əldə etməsinə münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və şübhəli şəxsin yaşadığı evə baxış keçirilməsinə dair” protokoldan və ona əlavə edilmiş videoçəkiliş, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Tapdıq Zeynalovun əməlində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmədiyindən həmin maddə ona elan olunmuş ittihamdan çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən və Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 1(002)-207/2023 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinirək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. 21 fevral 2025-ci il tarixdə cəza müddəti başa çatmışdır.(cild 1,i.v.199-200) -Qaradağ rayon İHB-nın Qobustan qəsəbə İƏD-si üzrə nümayəndəlindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv, ev 76 ünvanında qeydiyyatda olmaqla yaşamış, himayəsində 22 iyun 2023-cü il tarixli bir nəfər azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (cild 1,i.v.175-179) Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasasən himayəsində 1 nəfər ikinci dərəcəli əlilliyi olan azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, ailə, maddi və sosial vəziyyətini, ailəsində tək qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs şəxsiyyəti və ailə vəziyyəti barədə təqdim olunmuş məlumatları araşdırıraq müəyyən etmişdir ki, o, ailənin yeganə maddi təminatçısıdır. Onun ikinci dərəcəli əlilliyi olan azyaşlı uşağı atasız böyüyür və ailənin gündəlik yaşayış tələbatının əsas hissəsi hazırda təqsirləndirilən şəxsin atasının hesabına ödənilir. Təqsirləndirilən şəxs ən əsas gəlir mənbəyi olmaqla ailənin sosial müdafiəsini faktiki olaraq təkbaşına təmir edir, onun məsuliyyətə cəlb olunması ilə bağlı tətbiq ediləcək cəzanın həmin azyaşlının maddi-məişət şəraitinə ciddi və mənfi təsir göstərəcəyini məhkəmə nəzərə alır. Bu halların hamısı təqsirləndirilən şəxsin ailəsinin sosial cəhətdən həssas durumda olduğunu göstərir və cəzanın fərdiləşdirilməsi zamanı humanizm prinsipinin gözlənilməsini zəruri edir. Təqsirləndirilən şəxs həbs və ya digər sərt məhdudlaşdırıcı cəza tədbirlərində olması ailənin yeganə gəlir mənbəyinin itirilməsi ilə nəticələnə, azyaşlı uşağın qayğı və təminatının daha da pisləşməsinə səbəb ola bilər. Məhkəmə tərkibi bu sosial və demoqrafik vəziyyəti nəzərə alaraq, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, ailənin yeganə təminatçısı kimi çıxış etməsi, uşağın atasız böyüməsi və ailənin hazırda təqsirləndirilən şəxsin atasının verdiyi pul vəsaiti ilə dolanması hallarını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X12rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X11 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 25 oktyabr 2025-ci il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 4(018)-59/2025 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-8014.8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstlərinin yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülməsi zamanı, Təqsirləndirilən şəxs, Şahid6 üstləri yoxlanılan zaman, aşkar edilmiş pretmetlərə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs qismində dindirilən zaman və mobil telefona baxış zamanı qeydə alınmış videoçəkilişlər olan 5 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 25 oktyabr 2025-ci il tarixdən hesablansın. Astara Rayon Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 4(018)-59/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi-8014.8 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 5 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(4-5)-52/2026
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-52/2026
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver