Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-6/2026 16.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X13, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə, Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu, Alar kəndində yerləşən evdə bir yerdə yaşadığı qardaşı Şahid2 arvadı X11 yaşadıqları evin həyətyanı sahəsində tikilməkdə olan evin eyvanını təmizləyən zaman zibil tullantılarının eyvanın altına yığdığı kəpək yeminin üzərinə tökülməsinə görə sonuncu ilə arasında mübahisə yaranmış, həmin mübahisənin gedişində Rəviyyə Nərmanovanın onu nalayiq sözlərlə söyüb təhqir etməsindən və vəfat etmiş atasına qarşı təhqiramiz ifadələr işlətməsindən əsəbləşmiş, həmin gün sakitləşsə də, Rəviyyə Nərmanovadan qisas almaq istəmiş, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə pivə qəbul etdikdən sonra bir qədər sərxoşlaşmış, Rəviyyə Nərmanovanın yatdığı yataq otağının həyətə baxan pəncərəsinin qarşısına gələrək, pəncərənin açıq və Rəviyyə Nərmanovanın yatmış vəziyyətdə olmasını görmüş, Rəviyyə Nərmanovanı öldürmək qərarına gəlib, bu məqsədlə əvvəldən özündə olan və özünə məxsus **-CD-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobilində saxladığı soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı qatlanan tipli səyahət bıçağını götürüb, açıq olan pəncərədən otağa daxil olmuş, bu zaman, Rəviyyə Nərmanova səsə oyansa da, lakin otağın qaranlıq olması, onu əri Şahid2 olduğunu zənn etməsi, yuxudan yeni oyandığı üçün yarımyuxulu olması səbəbindən, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Rəviyyə Nərmanovaya dərhal yaxınlaşaraq, sol əli ilə boynundan tutub müqavimət göstərmək imkanını məhdudlaşdırmaqla, sonuncuya qəsdən əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla sağ əlində tutduğu bıçaqla bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirməklə, Rəviyyə Nərmanovaya döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən və ürəyi zədələyən 1(bir) ədəd, döş qəfəsinin sağ və sol yarısının ön və arxa səthinin döş boşluğuna keçən, ağ ciyərin sağ və sol payını zədələyən 4(dörd) ədəd, qarının ön divarının qarın boşluğuna keçən və qara ciyərin sol payını zədələyən 1(bir) ədəd cəmi 6(altı) ədəd dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran kəsilmiş-deşilmiş yara, sağ gicgah, sağ qaş, sol gözqapağı, sol yanaq, sağ qulaqarxası, burun, boyun, sol çiyin qurşağı, sol körpücükaltı, sol said, sol bazu, sol dizaltı, sol dirsək oynağı nahiyələrində, döş qəfəsinin sağ və sol yarısının ön və arxa səthlərinin, qarının sol yarısının ön və sol yan divarında döş və qarın boşluğuna keçməyən cəmi 68 (altmış səkkiz) ədəd dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran kəsilmiş-deşilmiş yara, ümumilikdə 74 (yetmiş dörd) ədəd kəsilmiş deşilmiş yaraları və sağ göz yuvası ətrafında sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən qançır xəsarətləri yetirərək, sonuncunun ürək və qaraciyərinin zədələnməsi nəticəsində qanitirməsinə səbəb olmaqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X6 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X25 qardaşı Fiordovsinin arvadı olmuş, bir evdə yaşasalar da münasibətləri soyuq olmuşdur. xx.xx.2025-ci il tarixdə axşam saatlarında Rəviyyə yeni tikilməkdə olan evi təmizləmişdir. Bu zaman, Rəviyyəyə “öz tərəfinizi təmizləmisən, bizim tərəfə keçmə” demişdir. Bu sözü deyən kimi, Rəviyyə qışqırmağa və onu və vəfat edən atasını söyüb təhqir etməyə başlamışdır. Rəviyyənin ona qarşı işlətdiyi nalayiq ifadələrə görə əsəbləşmiş və onunla mübahisə etməyə başlamışdır. Bu zaman, səsə anası Gülxanım evdən çıxıb onu danlamış, Rəviyyənin ondan böyük olduğunu demiş və mübahisə etməyə qoymamışdır. Bundan sonra, evə girmişdir. Rəviyyənin ona qarşı işlətdiyi nalayiq ifadələrdən əsəbləşmiş və sonuncuya qarşı aqressiv olmağa başlamışdır. Əsəbi olduğu üçün, ayın 14-dən 15-nə keçən gecə ümumiyyətlə yatmamışdır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında 2 şüşə “Baltika-9” adlı pivə almışdır. Həmin pivənin birini yolda olarkən, birini isə evdə həyətdə içmişdir. Həmin içkinin təsirindən, bir qədər sərxoş olmuşdur. Ayın 15-dən 16-na keçən gecə saat 01 radələrində qardaşı evdən çıxıb, Masallı rayonuna malqara bazarına getmişdir. Saat 3 radələrində isə anası öz otağında, həyat yoldaşı Ruhidə isə yataq otaqlarında yatmışdır. Rəviyyənin onu təhqir etməsinə görə, sonuncudan qisasını almaq üçün Rəviyyəni öldürmək qərarına gəlmişdir. Artıq xx.xx.2025-ci il tarixdə saat 05-06 radələrində “Qazel” markalı avtomobildə olan qatlanan cib bıçağını götürmüş, Rəviyyənin yatdığı otağın pəncərəsindən otağa daxil olmuş, otağa daxil olarkən, Rəviyyə çarpayıda yatmış olmuş, lakin, otağa girərkən səs yarandığı üçün, Rəviyyə yuxudan oyanmış, çarpayıda oturaq vəziyyət almış və qaranlıq olduğu üçün, onu tanıya bilmədiyinə görə, Firdovsi olduğunu zənn etdiyi üçün, “Firi, Firi” deyərək, Firdovsini səsləmiş, o da əlindəki bıçaqla Rəviyyəyə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürmüşdür. İçkili olduğu üçün Rəviyyəyə neçə bıçaq zərbəsi vurmasını xatırlamır, sonra şok vəziyyətində olmuş, otaqdan çölə çıxaraq əl üzünü yumuş, bıçağı cibinə qoyub gedib arvadını oyadaraq hadisə törətməsini demişdir. Sonra anasını və uşaqlarını oyadıb onları evdən çıxardaraq Şahid6 evinə aparmışdır. Hadisəni tək törətmiş, hadisə baş verən vaxtı ailə üzvləri yatmışdır. Törətdiyi əməldən peşmandır, məhkəmədən himayəsində 4 azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum X11 onun bacısı olmuşdur. Hadisədən bir gün əvvəl, xx.xx.2025-ci il tarixdə qardaşı Cavanşirlə telefonla danışan zaman qardaşı ona Rəviyyəgildə dava düşdüyünü demişdir. Bundan sonra, Firdovsiyə zəng etmiş və Rəviyyə ilə danışmaq istədiyini demişdir. Bundan sonra, Firdovsi telefonu bacısına vermiş, Təhmasibgil ilə dava etdiyini, yüksək səslə danışdığı üçün, səsinin tutulduğunu demişdir. Rəviyyə ona bir gün əvvəl Təhmasib, Ruhidə və Gülxanımla ev üstündə mübahisə etdiyini, həmin vaxt Gülxanımın ona “səni bu evdə yaşamağa qoymayacayıq”, Təhmasibin isə “sayılı günlərin qalıb onsuz, səni öldürəcəm” dediklərini bildirmişdir. Növbəti gün, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Firdovsi ona zəng edib, Təhmasibin Rəviyyəni bıçaqladığını, Rəviyyənin vəziyyətinin ağır olduğunu demiş, Firdovsinin danışıqlarından şübhələnmiş və sonuncudan Rəviyyənin ölüb-ölmədiyini soruşmuşdur. Bu zaman, Firdovsi ona Rəviyyənin öldüyünü demişdir. Bunu eşitdikdən sonra Cəlilabad xəstəxanasına morqa gəlmişlər. Hadisədən sonra maraqlandıqda, Təhmasibin Rəviyyəni öz yatdığı otaqda bıçaqlayıb öldürməsini öyrənmişdir. Lakin, Təhmasibin Rəviyyəni tək öldürməsinə inanmır, çünki, Rəviyyənin boyu Təhmasibdən daha hündür, fiziki cəhətdən daha güclü olmasını fikirləşmişdir. Bundan başqa, Təhmasib Rəviyyəni öldürərkən, necə olmuşdur ki, Təhmasibin anası və arvadı bu səsi eşitməmiş və Rəviyyəyə kömək etməmişdir. Həmçinin, Firdovsinində hərəkətlərindən şübhələnmiş, çünki, hadisədən sonra Firdovsi özünü hadisəyə münasibətdə çox soyuq aparmış, sanki, Rəviyyənin ölümünə sevinmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini, baş vermiş cinayətdə iştirakı olmuş Təhmasibin ailə üzvləri Şahid4, Şahid3 və Rəviyyənin əri Firdovsinin də məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. X25 isə həyat yoldaşım olmuşdur. xx.xx.2025-ci il tarixdə axşam saatlarında həyətyanı sahələrin çölündə xırda buynuzlu heyvanlarını otarmışdır. Bu zaman, Rəviyyənin onu çağırıb “Təhmasibdən soruş gör məndən nə istəyir” demişdir. Özü isə Təhmasibdən nə üçün Rəviyyə ilə mübahisə etdiyini soruşduqda, Təhmasib ona eyvanın aşağısına heyvanlar üçün aldığı kəpəyi yığdığını, Rəviyyənində eyvanı süpürərkən zibilin kəpəyin içərisinə töküldüyünü demişdir. Həmin vaxt sonuncuları sakitləşdirmiş və Təhmasibi də danlamış, qardaşı ona heçnə demədən çıxıb getmişdir. Avqust ayının 15-dən 16-na keçən gecə isə, saat 02 radələrində Masallı rayonuna malqara bazarına xırdabuynuzlu heyvan satmaq üçün getmişdir. Rəviyyə də onu yola saldıqdan sonra, evə yatmağa getmişdir. Təxminən səhər saat 7-yə işləmiş bacısı Aynur telefonuna zəng edib “evə zəng vur” deyib telefonu söndürmüşdür. Anasına zəng etmiş, lakin həmin vaxt zəngə Təhmasibin qayınatası Asif cavab vermiş, “bizdəsən, mama yenə xəstələnib, zəngə sən cavab verirsən” soruşmuş, Asif ona “nə olacaq, Təhmasib Rəviyyəni öldürüb” deyə cavab vermişdir. Sonra evinə gəlib Rəviyyənin qan içində yerdə uzanıqlı vəziyyətdə olmasını görmüş, Rəviyyəyə yaxınlaşıb, onun nəbzini yoxlamış, Rəviyyənin nəbzinin vurmadığını və bədəninin soyuq olduğunu, artıq öldüyünü bilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2025-ci il tarixdə baldızı Rəviyyə həyətdə tikilən yeni evin eyvanını təmizləyəndə zibillər kəpəyin üzərinə tökülmüş, bu zaman, Təhmasib Rəviyyəyə “öz tərəfini təmizləmisən, bu tərəfə keçmə” demişdir. Bundan sonra, Rəviyyə Təhmasibə qarşı çox pis ifadələr işlətmiş və onu söyərək təhqir etmişdir. Səsə qayınanası Gülxanım evdən çölə çıxmış və Təhmasibi danlayaraq, onun Rəviyyə ilə dava etməsinə imkan verməmişdir. Bundan sonra, Təhmasib sakitləşsə də, Rəviyyənin sözləri ona pis təsir etmişdir. xx.xx.2025-ci il axşam saatlarında evlərində olmuşdur. Təhmasib bazara getmək istəsə də, yağış yağdığı üçün, bazara getməmişdir. Təhmasib axşam saatlarında evdən çıxıb, ərzaq almaq üçün mağazaya getmiş, qayıtdıqda isə, hərəkətlərindən və danışığından sonuncunun spirtli içki qəbul etməsini başa düşmüşdür. Gecə saat 01-02 radələrində isə qayını Firdovsi evdən çıxıb, Masallı rayonuna malqara bazarına getmişdir. Gecə saat 03 radələrinədək oyaq olmuşlar, sonra o, öz otağında, qayınanası isə öz otağında yatmışdır. Sonra Təhmasib onu oyadaraq Rəviyyəni öldürdüyünü demişdir. Bundan sonra, qayınanası Gülxanımı oyatmışlar və Təhmasib ona da Rəviyyəni öldürdüyünü demişdir. Sonra Təhmasib onu, uşaqları və qayınanası Gülxanımı özünə məxsus avtomobili ilə atasıgilə aparmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs oğludur, X25 isə gəlini olmuşdur. xx.xx.2025-ci il tarixdə Təhmasibin həyətlərində olan yarımtikili evin qabağında olduğunu, Rəviyyənin isə evin eyvanında dayandığını və bir-biriləri ilə sözlə mübahisə etdiklərini eşitmişdir. Həmin vaxt Təhmasibi danlamış və Rəviyyənin ondan böyük olduğunu demişdir. Təhmasibdən həmin vaxt nə üçün mübahisə etməsini soruşduqda, sonuncu ona konkret olaraq heçnə deməsə də, sadəcə olaraq “görmürsən, bir kəlmə söz deyirsən, 50 kəlmə söz qaytarır” demişdir. xx.xx.2025-ci il tarixdə saat 06 radələrində otağında yatan zaman Təhmasib onu oyadaraq “Rəviyyəni öldürdüm” demişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs qızı Ruhidənin həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə saat 06 radələrində həyat yoldaşı Xalidə onu oyadaraq qapının döyüldüyünü və qızı ilə Təhmasibin səsi gəlməsini demişdir. O, evdən çıxdıqda Təhmasibin, qızı Ruhidənin, Təhmasibin anası Gülxanımın və uşaqların onlarda olmasını görmüşdür. Həmin vaxt Təhmasib içkili vəziyyətdə olmuş, ona yaxınlaşıb qucaqlamış və “əmi məni bağışla” demişdir. Təhmasibin qızı Ruhidə ilə dalaşmasını zənn etmiş və sonuncudan nə baş verdiyini soruşmuşdur. Təhmasib isə ona “qızın sənə deyər” demiş və evdən çıxıb getmişdir. Təhmasibin anası Gülxanım ona Təhmasibin Rəviyyəni bıçaqladığını demişdir. Hadisənin necə baş verməsini soruşduqda, qızı və Gülxanım ona Təhmasibin səhər tezdən onları oyatdığını, Rəviyyəni bıçaqlamasını dediyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirmişdir ki, X25 qardaşı Firdovsinin arvadı olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 07 radələrində həyət qapılarının döyüldüyünü görmüş, çölə çıxdıqda Təhmasibi görmüşdür. Təhmasibdən nə baş verdiyini soruşduqda, sonuncu ona heçnə deməmiş, yalnız əli ilə işarə edib Asifin həyətinə gəlməyini demişdir. İlk əvvəl anası yaşlı olduğu üçün, sonuncuya nəsə olmasını fikirləşmiş və evdən çıxıb Asifin həyətinə gəlmişdir. Anası ona Təhmasibin Rəviyyəni öldürdüyünü demişlər. Təhmasib ilə Rəviyyə demək olar ki, bir-biriləri ilə danışmamış, onların arasında tez-tez mübahisə baş verirmiş. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 20 nömrəli rəyində göstərilmişdir ki, mərhum X3 döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən və ürəyi zədələyən 1 (bir) ədəd döş qəfəsinin sağ və sol yarısının ön və arxa səthinin döş boşluğuna keçən, ağ ciyərin sağ və sol payını zədələyən 4 (dörd) ədəd, qarının ön divarının qarın boşluğuna keçən və qara ciyərin sol payını zədələyən 1(bir) ədəd, cəmi 6(altı) ədəd deşilmiş-kəsilmiş yarası, sağ gicgah, sağ qaş, sol gözqapağı, sol yanaq, sağ qulaqarxası, burun, boyun, sol çiyin qurşağı, sol körpücükaltı, sol said, sol bazu, sol dizaltı, sol dirsək oynağı nahiyələrində döş qəfəsinin sağ və sol yarısının ön və arxa səthlərinin, qarnın sol yarısının ön və sol yan divarında döş və qarın boşluğuna keçməyən cəmi 68 (altmış səkkiz) ədəd kəsilmiş və kəsilmiş-deşilmiş yaralar, sağ gözyuvası ətrafında qançır müəyyən olundu. Müəyyən olunan xəsarətlər həyati olub, onun ölümündən bir qədər əvvəl törənmişdir, sağ gözyuvası ətrafındakı qançır bərk küt əşyanın, digər xəsarətlər isə kəsici-deşici əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş şəraitdə əmələ gələ bilməsi inkar olunmur, törənmə müddəti qərarda qeyd olunan 16 avqust 2025-ci il tarixə uyğundur, dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçən və ürəyi zədələyən 1 (bir) ədəd, döş qəfəsinin sağ və sol yarısının ön və arxa səthinin döş boşluğuna keçən, ağ ciyərin sağ və sol payını zədələyən 1(bir) ədəd, cəmi 6 (altı) ədəd deşilmiş-kəsilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aiddir. Sağ gözyuvası ətrafındakı qançır sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən əlamətə, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurma əlamətlərinə malikdirlər. X1 ölümünə ürəyin və qaraciyərin zədələnməsi nəticəsində əmələ gəlmiş qanitirmə səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddə aşkar edilməmişdir. X1 bədəni üzərində olan zədələr sayına və yerləşdikləri nahiyyələrə görə hadisə zamanı mərhumun əynində olan paltarlardakı zədələrlə uyğun gəlir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 20 nömrəli rəyə əlavədən görünür ki, göstərilmişdir ki, mərhum X3 aşkar olunan xəsarətlərdən kəsilmiş və kəsilmiş-deşilmiş yaraların ekspertizaya təqdim olunmuş bıçaqla əmələ gələ bilməsi inkar olunmur. İş materiallarında olan məhkəmə-daktiloskopik eksptertizasının xx.xx.2025-ci il tarixli 25/1439 №-li rəyindən görünür ki, xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu Alar kəndində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs X2-deşici alətlə çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirməsi faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd zərfin içərisində olan pəncərəyə vurulmuş torun materialından ibarət kənar hissəsinin üzərində olan əl izinin fraqmentləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd zərfin içərisində olan A4 formatlı vərəqin üzərinə yapışdırılmış 04 ədəd yapışqanlı lent kəsiklərinin üzərlərində olan 01 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 adına çıxarılmış əl barmaq və ovuc əksləri (daktiloskopik xəritələr) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl izi xx.xx.1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş X10 əlinin şəhadət barmağının və ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi ADİS-in məlumat bankında olan şəxslərə, o cümlədən Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 adına çıxarılmış ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məhkəmə-genetik ekspertizasının 25/1512 nömrəli rəyindən görünür ki, X4 meyitinin müayinəsi zamanı götürülmüş dırnaq nümunələri altında, Təqsirləndirilən şəxs və X7 məxsus bioloji mənşəli materiallar mövcuddur. X20 və Şahid3 məxsus “yanaq epteli qaşıntısı” nümunələrində əldə olunmuş DNT profilləri, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinədəki DNT məlumat bankına əlavə edildi və müqayisəli DNT tədqiqatı nəticəsində eynilik aşkar edilmədi. İş materiallarında olan xx.xx.2025-ci il tarxli 6/2950 №-li məhkəmə-lifli materialların tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs, X7 məxsus olduğu qeyd edilən geyim əşyalarının və hadisə yerindən götürüldüyü qeyd edilən əşyaların səthləri üzərində kənar lifli mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Təqdiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarların üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X7 məxsus olduğu qeyd edilən donun tərkib liflərinə uyğun gəlir. Təqdiqata təqdim edilmiş X7 məxsus olduğu qeyd edilən geyim əşyasının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə yerindən götüldüyü qeyd edilən yorğan üzlüyünün üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X7 məxsus olduğu qeyd edilən digər tədqiqat obyektləri (02 ədəd döşək üzlüyü və 04 ədəd yastıq üzlüyü üzərindən aşkar edilmiş kənar lifli mikrohissəcikləri arasında X7 məxsus olduğu qeyd edilən geyim əşyasının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş hadisə yerindən götürüldüyü qeyd edilən tədqiqat obyektləri ( 01 ədəd yorğan üzü, 02 ədəd döşək üzlüyü və 04 ədəd yastıq üzlüyü) üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X7 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında hadisə yerindən götürüldüyü qeyd edilən tədqiqat obyektlərinin (01 ədəd yorğan üzü, 02 ədəd döşək üzlüyü və 04 ədəd yastıq üzlüyü) tərkib liflərində yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli 371-2025/MTKŞ №-li nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mərhum X7 məxsus olmuş xalatın ön səthinin sağ yarısının orta hissəsində 08 (səkkiz) ədəd, ön səthinin sol yarısının aşağı hissəsində 06 (altı) ədəd, ön səthinin sol yarısının orta hissəsində 07 (yeddi) ədəd, ön səthinin orta nahiyəsinin orta hissəsində 09 (doqquz) ədəd, ön səthinin orta nahiyəsinin yuxarı hissəsində 03 (üç) ədəd , ön səthinin sol yarısının yuxarı hissəsində 03 (üç) ədəd, ön səthinin sol yarısının yuxarı hissəsi, sol çiyinliyin və sol qolunun ön səthi üzərində 02 (iki) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsi, sağ çiyinliyinin arxa səthi üzərində 04 (dörd) ədəd, arxa səthinin sağ yarısının orta hissəsində 22 (iyirmi iki) ədəd, arxa səthinin orta nahiyəsinin yuxarı hissəsində 05 (beş) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 06 (altı) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsi, sağ çiyinliyin arxa səthi üzərində 02 (iki) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 03 (üç) ədəd və sol qolun arxa səthi üzərində 03 (üç) ədəd (cəmi 84 (səksən dörd) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və mərhum X7 məxsus olmuş xalatın üzərində fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırılma və sairə) təsirindən yaranan zədə aşkar edilmədi. Tədqiqata təqdim edilmiş bıçağın tiyəsi deformasiyaya uğradığı, yəni tiyəsinin ucu küt mexanizimlə qarşılıqlı təsirdən kələ-kötür formada sınmış vəziyyətdə olduğu üçün həmin bıçaqla eksperimental zədələr yetirməklə müqayisəli tədqiqatın aparılması və mərhum X7 məxsus xalatın üzərində olan zədələrin təqdim edilmiş bıçağın tiyəsinin təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvarın sol ayaqlığının ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertiza təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırılma və sairə) təsirindən yaranan zədə yoxdur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynəyin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. Eskpertizaya təqdim edilmiş və hadisə yerindən götürülmüş yorğan üzlüyünün bir səthi üzərində 67 (altmış yeddi) ədəd və digər səthi üzərində 64 (altmış dörd) ədəd (ümumilikdə 131 (yüz otuz bir) ədəd) deşilmiş-kəsilmiş və kəsilmiş zədələr vardır. Deşilmiş-kəsilmiş zədələr iti ülgüclü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin): kəsilmiş zədələr isə, iti kənara, malik olan hər hansı kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və hadisə yerindən götürülmüş yorğan üzlüyünün üzərində fiziki qüvvənin (dartılma, sökülmə, cırılma, qoparılma, qırılma və sairə) təsirindən yaranan zədə yoxdur. Ekspertizaya təqdim edilmiş və hadisə yerindən götürülmüş 04 (dörd) ədəd yastıq üzlüyü və 02 (iki) ədəd mələfənin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət-təsərrüfat təyinatlı qatlanan tipli səyahət bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 565/2025-TBŞ saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu- Abeta (H) (H), X8 ABO sistemi üzrə qan qrupu-Abeta (H) (H). Ekspertizaya təqdim olunan 04 ədəd yastıq üzü, 02 ədəd mələfə, 01 ədəd yorğan üzü, 01 ədəd çubuqlu pambıq tampon, 04 ədəd pampıq tampon, suvaq hissələri, Təqsirləndirilən şəxs məxsus kofta, cins şalvar, onun təqdim etdiyi 01 ədəd bıçaq və Rəviyyə Nərimanovaya məxsus xalat üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta (H)İİ/ qruplu şəxsə, o cümlədən mərhum X5 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan hadisə yerindən götürülmüş 04 ədəd bıçaq və 9,10,11 saylı pambıq tamponlar üzərindəki ləkələrdə qan aşkar olunmadı. İş materiallarında olan kompleks ambulator-məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3347 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmur. T.T. Əliyevdə xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusuyyətlərində qıcığa qarşı həssaslıq, emosianal qeyrisabitlik, eqosentrizm, kinlik, inadkarlıq aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosianal vəziyyədə olmamışdır. İş materiallarında olan 16 avqust 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Cəlilabad rayonu, Alar kəndində yerləşən fərdi yaşayış evidir. İş materiallarında olan 17 avqust 2025-ci il tarixli «könüllü təqdim edilən paltarların götürülməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən hadisəni törətdiyi bıçaq və bir ədəd «Redmi» markalı mobil telefon götürülmüşdür. İş materiallarında olan 17 avqust 2025-ci il tarixli «könüllü təqdim edilən paltarların götürülməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı üzərində olan paltarlar-bir ədəd göy rəngli üzərində qanabənzər ləkələr olan cins şalvar və bir ədəd qara rəngli qısaqol köynək götürülmüşdür. İş materiallarında olan 17 avqust 2025-ci il tarixli «axtarışda olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilmişdir. İş materiallarında olan 17 avqust 2025-ci il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin başlanğıcı 16 avqust 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 22 avqust 2025-ci il tarixli Lənkəran Şəhər Psixiatriya Xəstəxanası PHŞ-in məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. İş materiallarında olan 01 oktyabr 2025-ci il tarixli Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-in məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhiəsəb kabinetində qeydiyyatda durmur, narkoloji kabinetdə xəstə kimi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,149.1-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2009-cu ildə Milli məclisin xx.xx.2009-cu il tarixli Amnistiya qərarına əsasən azad olunmuş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi 01 ədəd qatlanan bıçaq, özünə məxsus 01 ədəd şalvar və 01 ədəd qısaqol köynək, mərhum X7 məxsus 01 ədəd don, hadisə yerində olan çarpayının üzərindən götürülmüş 01 ədəd yaşıl rəngli yorğan üzü, 01 ədəd yaşıl rəngli döşək üzü, 01 ədəd ağ rəngli döşək üzü, 01 ədəd yaşıl rəngli balınc üzü, 01 ədəd qırmızı rəngli balınc üzü və 02 ədəd ağ rəngli balınc üzü, 08 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, 01 ədəd bağlamada hadisə baş verən otağın pəncərəsinin qarşısından skoç lentlə götürülmüş qanabənzər nümunə, X1 meyitinin müayinəsi zamanı sonuncunun sağ və sol barmaqlarının dırnaqları, hadisənin baş verdiyi otağın pəncərəsinin kənarlarından götürülmüş 04 ədəd əl-barmaq izləri və həmin pəncərəyə vurulmuş torun metal kənarının üzərində qanabənzər ləkə ilə bulaşmış əl-barmaq izi, Təqsirləndirilən şəxs məxsus mobil telefonu maddi sübut kimi tanınaraq saxlanılması üçün Cəlilabad rayon prokurorluğunun arxivinə verilmiş, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 məxsus əl-barmaq izlərinin olduğu daktiloskopik kartaları maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Cəlilabad rayon Alar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 avqust 2025-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X12 rayonu Alar kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından, arvadından, xx.xx.2016-cı il təvəllüdlü X21, xx.xx.2018-ci il təvəllüdlü X14, xx.xx.2020-ci il təvəllüdlü X18 və xx.xx.2023-cü il təvəllüdlü X22 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsüf edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adamöldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməlin xüsusi amansızlıqla adam öldürmə kimi tövsifi üçün müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Baxılan halda Təqsirləndirilən şəxs Rəviyyə Nərmanovaya həyatdan məhrum etməyə yönəlmiş qəsdi əvvəlcədən özündə müstəsna qəddarlıq hissləri ifadə edir. Təqsirləndirilən şəxs Rəviyyə Nərmanovaya bir-birinin ardınca bədənin müxtəlif nahiyələrinə çoxsaylı yəni 74 ədəd zərbələr endirməklə öldürməsi, onun soyuqqanlı rəftarının, müstəsna dərəcədə qəddarlıqla müşayiət olunan xüsusi amansızlığının birbaşa təzahürüdür. Həmin qərarın 13-cü bəndində göstərilmişdir ki, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Baş vermiş hadisə zamanı Rəviyyə Nərmanova yarıyuxulu olması otağa daxil olan şəxsin Təqsirləndirilən şəxs deyil, əri Şahid2 olduğunu zənn etməsi ilə şərtləndirilmişdir. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, törədilmə üsulu, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 120.2.4 və 120.2.9-cu maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-nin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2-ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Cəlilabad rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisəni törətdiyi 01 ədəd qatlanan bıçaq, özünə məxsus 01 ədəd şalvar və 01 ədəd qısaqol köynək, mərhum X7 məxsus 01 ədəd don, hadisə yerində olan çarpayının üzərindən götürülmüş 01 ədəd yaşıl rəngli yorğan üzü, 01 ədəd yaşıl rəngli döşək üzü, 01 ədəd ağ rəngli döşək üzü, 01 ədəd yaşıl rəngli balınc üzü, 01 ədəd qırmızı rəngli balınc üzü və 02 ədəd ağ rəngli balınc üzü, 08 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, 01 ədəd bağlamada hadisə baş verən otağın pəncərəsinin qarşısından skoç lentlə götürülmüş qanabənzər nümunə, X1 meyitinin müayinəsi zamanı sonuncunun sağ və sol barmaqlarının dırnaqları, hadisənin baş verdiyi otağın pəncərəsinin kənarlarından götürülmüş 04 ədəd əl-barmaq izləri və həmin pəncərəyə vurulmuş torun metal kənarının üzərində qanabənzər ləkə ilə bulaşmış əl-barmaq izi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, cəzaçəkmə müddətinin başlanğıcının 16 avqust 2025-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən, CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qevvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış: – Cəlilabad rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs hadisəni törətdiyi 01 ədəd qatlanan bıçaq, özünə məxsus 01 ədəd şalvar və 01 ədəd qısaqol köynək, mərhum X7 məxsus 01 ədəd don, hadisə yerində olan çarpayının üzərindən götürülmüş 01 ədəd yaşıl rəngli yorğan üzü, 01 ədəd yaşıl rəngli döşək üzü, 01 ədəd ağ rəngli döşək üzü, 01 ədəd yaşıl rəngli balınc üzü, 01 ədəd qırmızı rəngli balınc üzü və 02 ədəd ağ rəngli balınc üzü, 08 ədəd bağlamada hadisə yerində olan qanabənzər ləkələrdən götürülmüş nümunələr, 01 ədəd bağlamada hadisə baş verən otağın pəncərəsinin qarşısından skoç lentlə götürülmüş qanabənzər nümunə, X1 meyitinin müayinəsi zamanı sonuncunun sağ və sol barmaqlarının dırnaqları, hadisənin baş verdiyi otağın pəncərəsinin kənarlarından götürülmüş 04 ədəd əl-barmaq izləri və həmin pəncərəyə vurulmuş torun metal kənarının üzərində qanabənzər ləkə ilə bulaşmış əlbarmaq izi məhv edilsin. - Cəlilabad rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd «Redmi» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 məxsus əl-barmaq izlərinin olduğu daktiloskopik kartaları cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan xərci- 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev
Məhkəmə qərarları › İş №1(4-5)-6/2026
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-6/2026
16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver