Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(4-5)-8/2026 11.03.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, onun nümayəndəsi Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, N.Gəncəvi küçəsi ev 92-də qeydiyyatda olmaqla yaşamış, 11 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 avqust 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2026cı il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Beyləqan şəhəri, R.Axundov küçəsi ev 37-də yaşayan Zərərçəkmiş şəxs2 xırdabuynuzlu heyvan alqı-satqısı edərək, pambıq və taxıl sahələri alıb əkib-becərərək əldə olunmuş gəlirləri aralarında bölmək barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq vahid niyyətlə ilk dəfə 02 yanvar 2022-ci il tarixdə xırdabuynuzlu heyvan alıb-satmaq adı ilə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 5000 manat nağd pulunu, 2022-ci ilin yanvar ayının axırlarında Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 35000 manat nağd pulunu, 20 fevral 2022-ci ildə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 15000 manat nağd pulunu, 25 fevral 2022-ci ildə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 21000 manat nağd pulunu, 2022-ci ilin mart ayının axırlarında Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 40000 manat nağd pulunu, 2022ci ilin avqust ayının əvvəllərində Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 20000 manat nağd pulunu, hazır taxıl əkilmiş sahə almaq adı ilə 31 yanvar 2023-cü il tarixdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 10000 manat nağd pulunu, heyvan alıbsatmaq adı ilə 22 fevral 2023-cü il tarixdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 27000 manat nağd pulunu, külli miqdarda kredit götürüb təsərrüfatı genişləndirmək adı ilə 09 mart 2023-cü il tarixdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 5000 manat nağd pulunu, yenə də heyvan alıb-satmaq adı ilə 18 mart 2023-cü il tarixdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 29000 manat nağd pulunu, icarəyə pambıq sahəsi götürüb əkib-becərmək adı ilə 21 mart 2023-cü il tarixdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 6000 manat nağd pulunu, yenə də heyvan alıb-satmaq adı ilə 05 aprel 2023-cü il tarixdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 24000 manat nağd pulunu, 20 aprel 2023-cü il tarixdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 29000 manat nağd pulunu, ucuz qiymətə 10000 ədəd ot presi alıb sonra baha qiymətə satmaq adı ilə 22 aprel 2023-cü il tarixdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində 5000 manat nağd pulunu ələ keçirərək əldə olunmuş məbləği şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 külli miqdarda-271000 (iki yüz yetmiş bir min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Beyləqan rayonu, Yeni Mil qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 ona məxsus heyvanları öz işlədiyi fermada otararaq baxacağı barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq 2022-ci ilin iyul ayının ortalarında ona məxsus hər biri 350 manat dəyərində olan 29 baş qoyunu və hər biri 500 manat dəyərində olan 16 baş ərəb sortlu keçini öz işlədiyi fermaya aparmış, daha sonra həmin heyvanları sonuncunun məlumatı olmadan sataraq əldə olunmuş məbləği şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda-18150 (on səkkiz min yüz əlli) manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 aid hissədə təqsirli bilmiş, Zərərçəkmiş şəxs2 aid hissədə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs2 ifadəsində ancaq ona pul verməsini yazmışdır. Əgər o, Zərərçəkmiş şəxs2 pul qaytarmırdısa nə üçün yenidən Zərərçəkmiş şəxs2 ona pul verilmişdir. Bir yerdə işləmişlər, bir yerdə gedib heyvan almışlar, mal bazarına heyvanları bir aparmışlar, Bakı şəhərinə bir yerdə heyvan göndərmişlər. Hər birinin kartına pul göndərilmiş, əldə etdikləri pulları bir yerdə bölmüşlər. Gün ərzində bir yerdə olmuşlar. İş yerləri Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində olmuş, gecələr bir-birindən ayrılmışlar. Səhər tezdən axşama kimi bir yerdə olmuşlar. Hər ay Zərərçəkmiş şəxs2 15000-18000 manat xeyir vermişdir. Zərərçəkmiş şəxs2 elə insandır ki, bu gün ona pul çatmalıdırsa onu sabaha saxlamamış, nə olur olsun o pulu adamdan almışdır. Onun pullarını vermişdir. Mirak Vəliyev ona şər-böhtan atmışdır. Bu barədə ibtidai istintaq zamanı da verdiyi izahat və ifadələrində qeyd etmişdir. Zərərçəkmiş şəxs1 heç nə götürməmiş və heç nə almamışdır. Onun oğlu ilə alveri olmuşdur. Heyvanını alıb aparmışdır. Zərərçəkmiş şəxs1 ifadəsində ona 29 baş qoyun verildiyini qeyd etmiş, əslində 27 baş qoyun olmuş, qoyunları Malikin oğlu özü satmış, qoyunların qiymətlərini baha yazmış, keçilərinin birinin qiymətini 500 manatdan yazmış, 5 baş ərəb keçiləri olmuş, qalan keçilərin birinin qiyməti 80-100 manat olmuşdur. Keçilərin hamısı ərəb keçirləri olmamışdır. Ümumilikdə heyvanların pulu 10000 manat etmiş, həmin pulun bir hissəsini Malikin oğluna vermiş, Zərərçəkmiş şəxs1 6000-7000 manat borcu qalmışdır. Maddi imkanı pis olduğu üçün borcu qaytara bilməmişdir. Belə ki, həmin pulları digər borcuna qaytarmışdır. Zərərçəkmiş şəxs3 3100 manat pul almış, həmin pulun 450 manatını ona qaytarmış, qalan pulu qaytarmamışdır. Heyvan alacağını demiş, lakin heyvan almamışdır. Maddi imkanı pis olduğu və borca düşdüyü üçün pulu qaytara bilməmişdir. Həmin pulları da borcuna ödəmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxsləri əvvəllər tanımış, onlarla aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2lə birlikdə heyvan alıb-satmış, konkret olaraq ondan hansı dövrdə və hansı məbləğdə pul alması yadında deyildir. Ümumilikdə Zərərçəkmiş şəxs2 110.000 manat pul almışdır. Miraja verdiyi xeyirlər hesablansa Mirajın ona borcu olacaqdır. 110.000 manatı Zərərçəkmiş şəxs2 alver etməkdən ötrü hissə-hissə almışdır. Heyvan alverinə görə pulu ondan almışdır. Başqa məqsədi olmamışdır. Zərərçəkmiş şəxs2 pambıq sahəsini icarəyə götürmək adı ilə pul almışdır. Həmin sahədə pambıq əkməmişdir. Ziyana düşdüyü üçün pambıqı əkə bilməmişdir. Pambıq sahəsini birlikdə icarəyə götürmüşlər. Pambıq sahəsinə gedib baxış keçirməmişlər. Pambıq sahəsi üçün aldığı pulu xeyir kimi Zərərçəkmiş şəxs2 özünə qaytarmışdır. Zərərçəkmiş şəxs2 hazır əkilmiş taxıl sahəsini almaq üçün 3000-4000 manat pul almışdır. 2022-2023-cü illərdə həmin pulu almışdır. Zərərçəkmiş şəxs2 taxıl və əkin sahəsində görə 3 dəfə pul almışdır. Zərərçəkmiş şəxs2 digər işlərə görə aldığı pullardan ziyan etdiyi üçün taxıl və əkin üçün aldığı pulları ziyan etdiyi pullardan xeyir etdiyi adı ilə Miraja vermişdir. 30.000 manata yaxın pulu Miraja əvvəl ondan heyvan alverinə görə aldığı pullardan qazanc etdiyi adı ilə vermişdir. Həmin vaxtlar taxıl sahəsində biçin vaxtları olmadığı üçün Miraj ondan taxıl sahəsinə görə verdiyi pulun qazancını soruşmamışdır. Miraj onun taxıl və pambıq sahəsində görəcəyi işlərinə qarışmamışdır. Heyvan alverini isə Mirajda birlikdə etmişlər. Miraj pambıq və taxıl sahəsinin harada olmasını soruşmamışdır. Sonradan Miraj onun ziyan etdiyini bilmişdir. Taxıl və pambıq əkmək üçün bələdiyyədən sahə almışdır. Amma həmin sahədə heç bir şey əkməmişdir. Taxıl və pambıq əkmək üçün Mirajdan aldığı pula əkin alınmamışdır. Zərərçəkmiş şəxs1 29 baş qoyunu olmuş, 1 baş qoyunu özləri satmış, 1 baş qoyunu ölmüş, 27 baş qoyunu isə Malikin oğlundan almışdır. Malikin oğlundan sayını dəqiq xatırlamadığı, təxminən 14 və ya 16 baş keçi də almışdır. Malikin oğlu onunla birlikdə qoyunları satmış, təxminən 7000 manat pulu Malikin oğluna vermişdir. Keçiləri isə özü satmışdır. Zərərçəkmiş şəxs1lə heyvanlarını bir yerdə otardıqları üçün Malik ona bildirmişdir ki, heyvanları qalsın onda lazım olanda götürər. Heyvanları bir yerdə otarmışlar. Heyvanları Malikin fermasında ot qurtaranda onun fermasına, onun fermasında ot qurtaranda isə Malikin fermasına aparmışlar. Malik özü ona heyvanlarının onun fermasına getməsini təklif etmiş, o da etiraz etməmişdir. Malik heyvanlarının onun fermasında qalmasından ötrü ona pul verməmişdir. Heyvanları satan vaxtı borcu olmuş, pis vəziyyətdə olmuş, bu səbəbdən də heyvanları satıb borcuna vermişdir. Malikin 27 baş qoyununu o satıb pulunu borcuna vermişdir. Həmin qoyunların balalarını isə təxminən 27-28 baş quzuları isə Malikin oğlu satmış və pulunu götürmüşdür. Keçilərdən də 1-2 baş keçi qoca olduğu üçün ölmüş, qalan keçirləri də satmışdır. Həmin pulu da borcuna vermişdir. Həmin pullardan Zərərçəkmiş şəxs2 verməmişdir. Zərərçəkmiş şəxs3 Mirajın əmisi kimi tanımışdır. Zərərçəkmiş şəxs3 3100 manat nağd pul almış, 450 manat pul qaytarmış, 2650 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 borcları ödəmək istəyir, lakin maddi vəziyyəti pis olduğu üçün borcları ödəyə bilmir. Zərərçəkmiş şəxs2 isə demək olar ki, borcu yoxdur. Zərərçəkmiş şəxs3 onun üçün keçi almasını ona təklif etmiş və pul vermişdir. O, da pulu almış, lakin keçi almamışdır. Sonra Zərərçəkmiş şəxs3 heyvan almadığını, pulu xərclədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 110.000 manat pul almışdır. Mirajdan 28.000-30.000 manat taxıl sahəsinə görə, qalan pullları isə heyvan alverinə görə almışdır. Heyvan alverində Zərərçəkmiş şəxs2 onunla bərabər iştirak etmişdir. Hətta satdıqları heyvanların pullarının bir hissəsi Zərərçəkmiş şəxs2 kartına köçürülmüşdür. Taxıl əkmək üçün bələdiyyədən sahə almış, həmin sahədə taxıl əkməsindən ötrü Mirajdan pul almış, sonra maddi vəziyyəti pis olduğundan, borcu çox olduğundan, taxıl sahəsini əkməyə imkanı olmamış, Mirajdan əkin sahəsinə aldığı pulu isə heyvan alveri ilə bağlı hər ay hesabat apardıqları üçün guya heyvan alverindən qazanc əldə etdiklərini deyib həmin pulları Miraja vermişdir. Digər şəxslərdən heyvan və pul almış, borcu olduğu üçün öz borclarını ödəmişdir. Maddi vəziyyəti pis olan vaxtı özündə olmamış, vəziyyəti çox pis olmuş, kimə nə qədər borclu olduğunu bilməmiş, həmin vaxt da Miraj onunla danışaraq onun səsini telefonuna yazmış, o, da Miraja 271.000 manat borcu olduğunu bildirmiş, hətta Miraja görə özünü öldürmək istəmiş, onu evə salaraq nəzarətə götürmüşlər. 15-20 gündən sonra özünə gəlmiş, oturub fikirləşmişdir ki, Miraja görə özünü niyə öldürsün. Miraj onun pis vaxtında səsini telefonuna yazmışdır. Miraj həmin vaxt ona 500.000 manat borcu olduğunu desəydi o, həmin borcu təsdiqləcəkdir. Həmin ərəfələrdə özündə olmadığı üçün ağzına gələni danışmış, borca görə ona zəng edən şəxsləri başından etmək üçün onların dedikləri ilə razılaşmışdır. Zərərçəkmiş şəxs1 təxminən 6000-7000 manat borcludur. Həmin şəxslərdən heyvanları alanda və onlardan pul alandan pullarını qaytarmamaq fikrində olmamışdır. Özünün qeyd dəftəri olmuş, lakin həmin dəftəri itirmişdir. Zərərçəkmiş şəxs2 taxıl və pambıq sahəsində görə, bundan əlavə ot presi almaqdan ötrü ümumilikdə 30.000 manat pul almışdır. Onun 18-20 ha yaxın torpaqları olmuş, həmin torpaqları satmışdır. Zərərçəkmiş şəxs2 onun torpaqlarını görəndə o, artıq həmin torpaqları satmışdır. O, Miraja 18-20 ha torpaq sahəsi olduğunu demiş, 30 ha torpaq sahəsi olduğunu deməmişdir. O, Miraja alver zamanı nəsə baş verərsə 30 ha torpağını 1 ha-nı 10.000 manata satıb 300.000 manat ortaya qoyacağı barədə söz deməmişdir. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid2 verdiyi pulları çıxsaq onun Şahid2 8000 manat borcu qalmışdır. Ərəb cinsi keçisi deyilən ərəb qoyunlarının hər birinə 500 manat hesablamışdır. 29 baş qoyun olub, 16 baş keçi olub həmin keçirlərdən 5 ədədi ərəb cinsi keçi olmuşdur. Rafiqə verdiyi 1500 manatdan əlavə 300 manat pul vermiş, sonra əlavə 200 manat vermişdir. Daha sonra 6 ay 120 manat Rafiqə pul vermişdir. 120 manatı kredit götürdükləri deyə 6 ay 120 manatdan pul ödəmişdir. Ümumilikdə Rafiqə 2720 manat pul vermişdir. Kreditə götürdükləri 3000 manat pul onda qalmışdır. Hər ay onun aylığını ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 verdiyi mülki iddianın 110.000 (bir yüz on min) manatını və Zərərçəkmiş şəxs1 verdiyi mülki iddianın 10.000 (on min) manatını qəbul etdiyini bildirmiş və məhkəmə tərkibindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadələrində, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Beyləqan şəhəri, Nizami küçəsi ev 95-də yaşayıram. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1, Şahid1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanıyır, onlarla arasında heç bir ədavət və düşmənçilk yoxdur və əvvəllər də olmamışdır. Onun 2009-cu ildən etibarən valideyinlərinə məxsus Beyləqan rayonu Allahyarlı kəndi ərazisində yerləşən ferma təsərrüfatı olmuşdur. O həmin vaxtdan etibarən həmin fermada təsərrüfatla məşğul olmuş, bir neçə il sonra isə fermanı özü idarə etmişdir. Fermada saxladığı heyvanlar özünə məxsus olmuşdur. Zərərçəkmiş şəxs2 2019-cu il tarixdə Beyləqan şəhər ərazisində yerləşən “Palma” adlı yeməkxananı işlətmişdir. Həmin vaxtlar o həmin yeməkxanaya yemək yeməyə getmiş və Zərərçəkmiş şəxs2lə orada tanış olmuş, münasibətləri yaranmışdır. Həmin vaxtlar Mirajın əmisi Zərərçəkmiş şəxs3lə tanışlığı yaranmışdır. Miraj ilə münasibəti yaranan zaman Miraj ondan nə işlə məşğul olduğunu soruşmuş və o Miraja təsərüfatla məşğul olduğunu, heyvan alveri etdiyini bildirmişdir. 2022-ci ilin yanvar ayında o Zərərçəkmiş şəxs2 xırda buynuzlu heyvan alverində yaxşı qazanc olduğunu bildirib əgər əlində pulu varsa şərik alver etməyi demişdir. Miraj pulu olduğunu bildirmiş və onunla şərik alver etməyə başlamışdır. 2022-ci ilin fevral ayının əvvvələrində o Beyləqan şəhəri H.Əliyev adına parkın yaxınlığında yolda Mirajla görüşmüşdür. Miraj heyvan alıb saxlaması və satıb qazanc əldə etmələri üçün özünə məxsus Range Rover markalı avtomobildə ona 9500 (doqquz min beş yüz) manat pul vermişdir. O həmin pula Beyləqan rayonu Allahyarlı kəndi ərazisində heyvan saxlayan hazırda adını xatırlamadığı şəxsdən 22 baş xırda buynuzlu boğaz qoyun almış və həmin qoyunları Beyləqan rayonu Allahyarlı kəndi ərazisində olan fermasına aparmışdır. O heyvanları təxminən bir ay fermada saxlamışdır. Sonra həmin heyvanların hamısını Beyləqan rayonu mal bazarında 13500 (on üç min beş yüz) manata satmışdır. Həmin heyvanlardan 4000 (dörd min) manat qazancı olmuşdur. O həmin pulun 2500 ( iki min beş yüz) manatını Miraja vermiş, 1500 ( min beş yüz) manatını isə özünə götürmüşdür. Eyni zamanda o Mirajın ona verdiyi 9500 ( doqquz min beş yüz) manat pulu da özünə qaytarmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2lə davamlı şərikinə alver etməyə başlamışlar. Zərərçəkmiş şəxs2 ilə söhbət etmiş və Miraja bazarlardan erkək xırda buynuzlu heyvan alıb fermada kökəltməsini, sonra satıb xeyrini bölməyi bildirmişdir. Miraj onunla razılaşmışdır. 2022-ci ilin mart ayının əvvəllərində Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində yerləşən “Bahar” adlı yeməkxnanın qarşısnda Zərərçəkmiş şəxs2lə görüşmüşdür. Həmin vaxt Miraj onun avtomobilinə əyləşmiş və heyvan alıb saxlamaq üçün avtomobildə ona 40000 (qırx min) manat pul vermişdir. O həmin pula Beyləqan rayonu mal bazarından və digər rayon mal bazarlarından ümumilikdə 293 baş xırda buynuzlu heyvan almışdır. Həmin heyvanları 3 ay ərzində Allahyarlı kəndi ərazisində olan fermasında saxlamışdır. Sonra 2022-ci ilin iyun ayında həmin heyvanları müxtəlif rayonların mal bazarlarında hissə-hissə 60000 (altmış min) manata satmış və 20000 (iyirmi min) manat qazancları olmuşdur. O həmin pulun 12000 (on iki min) manatını Zərərçəkmiş şəxs2 vermiş, 8000 (səkkiz min) manatını isə özünə götürmüşdür. Lakin bu vaxt Mirajın alver etmək üçün ona verdiyi 40 min manat pul onda qalmışdır. O Mirajla heyvan alıb fermasında heyvanları kökəltdiyi vaxt Zərərçəkmiş şəxs2lə ucuz qiymətə heyvan alıb baha qiymətə Bakı şəhərinə göndərmək barədə razılığa gəlmişdir. Buna görə də o 2022-ci ilin aprel ayının ortalarında Mirajdan ilk olaraq 15000 (on beş min) manat, 2022-ci ilin may ayının əvvəllərində 20000 (iyirmi min) manat və daha sonra 2022-ci ilin may ayının axırlarında 25000 (iyirmi beş min) manat pul alıb həmin pullara heyvanlar almışdır. Beləliklə o heyvan elveri etmək üçün ümumilikdə Mirajdan 60000 manat pul almışdır. O həmin pullara hər gün müxtəlif yerlərdən heyvan alıb həmin heyvanları Bakı şəhəri ərazisində yerləşən, lakin konkret ünvanını bilmədiyi “Araz” marketə və Bakı şəhəri, Nərimanov rayonu ərazində ət satışı ilə məşğul olan Xəqani adlı şəxsə göndərmişdir. O hər gün Araz marketə 50-60, Xəqaniyə isə 15-20 heyvan göndərmişdir. O həmin heyvanları tanımadığı Kamaz markalı yük avtomobilləri ilə göndərmişdir. Araz marketə göndərdiyi heyvanları Araz marketdə işləyən və ət işinə baxan Dilqəm adlı şəxs qəbul etmiş, Xəqaniyə göndərdiyi heyvanları isə Xəqani özü götürmüşdür. Həmin vaxt Dilqəm və Xəqani heyvanların pulunu Mirajın ona verdiyi və onun özünə məxsus hazırda nömrələrini xatırlamadığı kartlara köçürmüşlər. O kartlardan pulu çıxarmış və sonra Mirajla qazancını bölmüşdür. Həmin vaxt qazancı bölsələr də Mirajın ona verdiyi 60000 manat pul onda qalmış və o yenə də həmin pula heyvan almışdır. Həmin vaxtlar o hər ay Miraja 9000-10000 manat pul vermişdir. O 15 ay ərzində 60000 manat pula qarşılıq Miraja 9000-10000 manat xeyir pul vermişdir. Həmin vaxtlar o bir neçə dəfə heyvan alıb satdıqda xeyir tuta bilməmiş və beləliklə ziyan etməyə başlamışdır. Lakin buna baxmayaraq o alverdə ziyan etdiyini Miraja bildirməmiş və hər heyvan alıb satanda ona xeyir olduğunu demiş və ona pul vermişdir. Həmin ərəfələrdə maddi durumu ağırlaşdığına görə o məcbur olub Mirajı aldatmış və ona Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində arpa və taxıl səpilmiş sahə olduğunu deyib həmin sahəni 10000 manata almağı, becərib biçdirib satanda xeyri olacağını demişdir. Miraj onunla razılaşmış və 2023-cü ilin yanvar ayının axırında Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsi ərazisində onunla görüşüb ona 10000 manat pul vermişdir. Miraj pulu ona verəndən sonra həmin torpaq sahəsinə gedib baxmağı ondan tələb etməmiş və o da ona heç bir yeri göstərməmişdir. Həmin vaxt əldə pul azaldığına görə o Zərərçəkmiş şəxs2 əlavə olaraq 10000 manat pul istəmişdirki alveri gücləndirsin. Miraj 2023-cü ilin mart ayının əvvəli ona 10000 manat pul vermiş və beləliklə Miraj heyvan alıb-satmaq üçün ona ümumilikdə 110000 (yüz on min) manat pul vermiş olmuşdur. Həmin 10000 manat pula qarşı o mart və aprel ayları ərzində hər həftənin sonu Zərərçəkmiş şəxs2 3000 ( üç min ) manat pul vermişdir. Sonra o həmin 10000 (on min) manatın 7000 (yeddi min) manatını Miraja vermiş, 3000 (üç min) manat isə onda qalmışdır. 2023-cü ilin mart ayında ona pul lazım olduğu üçün o Zərərçəkmiş şəxs2 aldadaraq ona Allahyarlı kəndi ərazisində fermasının yaxınlığında 6000 (altı min) manata pambıq sahəsi satıldığını bildirib həmin sahəni alıb ona verməsini demişdir. Miraj razılaşmış və Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsi ərazisində onunla görüşüb ona 6000 manat pul vermişdir. Təxminən 2023-cü ilin mart ayının axırlarında o yenidən Mirajı aldadıb ondan pul almaq üçün ona 5000 (beş min) manat pula yonca kipi alıb satıb qazancını bölməyi bildirmişdir. Miraj razılaşmış və Beyləqan şəhəri, Sevil Qazıyeva küçəsi ərazisində ona 5000 manat pul vermişdir. Bundan sonra o bankdan 50-60 min manat kredit götürmək istəmişdir. Buna görə də Miraja banklara yaxınlaşıb bank müdirləri ilə danışacağını, hansı bank ona aşağı faizlə çox pul versə həmin bankın müdirinə 5000 (beş min) manat verib kredit götürəcəyini deyərək ona 5000 manat pul verməsini, krediti götürdükdən sonra onun pulunu qaytaracağını demişdir. Miraj onunla razılaşmış və ona 5000 manat vermişdir. Lakin o kredit götürə bilməmişdir. O Mirajdan aldığı həmin pulları heyvan alverində çoxlu ziyanlıq etiyi üçün Miraja qaytara bilməmiş və taxıl, arpa, panbıq və yonca sahələri də almamışdır. O Zərərçəkmiş şəxs2 ilə bir il üç ay müddətə alver etmiş, həmin müddət ərzində Mirajdan heyvan alıb-satmaq üçün ümumilikdə 110000 manat pul almış və xeyir kimi ona hər ay 15000-20000 min manat pul vermişdir. O Miraja təxminən bir il üç ay ərzində təxminən 200000 ( iki yüz min ) manat pul vermiş, lakin Mirajdan alver üçün aldığı 110000 manat pulu ona qaytarmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 əmisidir. O Mirajla alver edən zaman Rəyislə tanış olmuş və münasibəti yaranmışdır. 2023-cü ilin mart ayında Rəyislə Beyləqan şəhəri, S.Qazıyeva küçəsində yerləşən “Bahar” adlı yeməkxanada görüşmüş və bir qədər söhbət etmişlər. Həmin vaxt Rəyis ona 3100 pul verməsini və ona keçi almasını bildirmişdir. Həmin vaxt o Rəyisə özünün də keçi saxladığını bildirmiş və alıb verə biləcəyini demişdir. Rəyis həmin vaxt yeməkxanada ona 3100 (üç min yüz) manat pul vermişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün o Rəyisə keçi ala bilməmiş və ondan aldığı 3100 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 2023-cü ilin may ayında o Beyləqan şəhəri ərazisində Rəyislə görüşmüşdür. Həmin vaxt Rəyis onun pulunu qaytarmasını, ya da keçi alıb verməsini demişdir. Həmin vaxt o Rəyisə verdiyi pulu xərclədiyini və keçi ala bilmədiyini deyib onu bir az gözləməsini və pulunu qaytaracağını demişdir. Bundan sonra o Rəyisə hər ay 150 manat pul vermək barədə razılığa gəlmişdir. O 3 ay ona 150 manatdan pul vermişdir. Bundan sonra Rəyis onun barəsində şikayət etdiyi üçün o Rəyisə pul verməmişdir. Onun Rəyisə ümumilikdə 2650 manat borcu qalmışdır. Bundan başqa Beyləqan rayonu Yeni Mil qəsəbəsində yaşayan Şahid2 ilə dostluq münasibətləri olmuş və o Rafiqin yaşadığı evə gedib-gəlmişdir. Həmin vaxtlar o Rafiqin atası Zərərçəkmiş şəxs1 tanımışdır. Rafiqgilin Beyləqan rayonu Yeni Mil qəsəbəsi ərazisində ferması olmuşdur. 2022-ci ilin aprel ayının ortalarında Rafiq 29 baş qoyunu, 26 baş quzusu və 16 baş keçisi olduğunu, lakin heyvanlarını otarmağa yeri olmadığını ona bildirmişdir. Həmin vaxt Rafiq imkan varsa onun heyvanlarını fermasında saxlamasını ona bildirmişdir. O Rafiqlə dostluq etdiyi üçün onun heyvanlarını fermasına aparmış və öz heyvanlarına qarışdırıb baxmağa başlamışdır. Həmin vaxtlar Şahid2 quzuların 24 başını onun fermasından götürüb hər bir quzunu 175 manatdan satmış və cəmi 4200 manat pul götürmüşdür. Rafiq həmin puldan ona heç nə verməmişdir. Bundan sonra qurban bayramında Rafiq ona zəng etmiş və öz heyvanlarından bir baş quzu istəmişdir. O da Rafiqə məxsus heyvanlardan bir baş quzunu öz avtomobili ilə onun qapısına aparmış və atası Zərərçəkmiş şəxs1 vermişdir. Bundan təxminən 1 ay sonra Rafiq heyvanların içərisində olan bir baş qoçu rayon ərazisində qəssabxanaya aparmasını bildirmişdir. O Rafiqə məxsus bir baş qoçu avtomobilə qoyub Beyləqan şəhəri, S.Qazıyeva küçəsinə aparmış və orada Rafiqin atası Maliklə görüşmüşdür. O həmin bir baş qoçu Malikə vermiş və çıxıb getmişdir. Rafiqin yerdə qalan heyvanları yenə də onun fermasında qalmışdır. Həmin vaxtlar Rafiqin bir baş qoyunu, bir baş quzusu və bir baş keçisi xəstəlikdən ölmüşdür. O heyvanların ölməsi barədə Rafiqə məlumat vermiş və Rafiqin onda 27 baş qoyunu, 15 baş keçisi qaldığını bildirmişdir. Həmin vaxtlar, yəni 2022-ci ilin oktyabr ayında ona 2840 manat pul lazım olmuşdur. Həmin vaxt o Rafiqdən ona borc pul verməsini xahiş etmişdir. Rafiq ona 2840 manat borc pul vermiş və o imkan olduqda həmin puldan Rafiqə verəcəyini demişdir. Bir müddət sonra Rafiq ondan 1500 (bir min beş yüz) manat pul istəmiş və o Rafiqə 1500 manat pul vermişdir. Bundan bir müddət sonra Rafiq əlavə olaraq ondan 200 (iki yüz) manat pul almışdır. Təxminən 20 gün sonra Rafiq ona zəng edərək oxuduğu universitetdə olduğunu və 300 manat pul lazım olduğunu demişdir. Rafiq ona kart hesabı göndərmiş və o həmin karta 300 manat pul köçürmüşdür. Həmçinin həmin vaxt Rafiqin krediti olmasına baxmayaraq o krediti ödəyə bilməmişdir. Buna görə də o beş ay müddətində hər ay Rafiqə 120 (yüz iyirmi) manat pul vermişdir. Həmin vaxtlar Rafiq onun fermasına gəldikdə ona məxsus at yəhərini görmüş və ona satmasını demişdir. O yəhəri Rafiqə 1500 ( min beş yüz) manata satmış, lakin Rafiq pulu olmadığını bildirərək yəhərin pulunu sonra verəcəyini bildirmişdir. Beləliklə o Rafiqə olan borcunu tamamilə bağlamış və Rafiq ona olanda verəcəyini demişdir. Beləliklə o ümumilikdə Rafiqə 4100 (dörd min yüz) manat pul vermiş olmuş və Rafiqin ona 1260 manat borcu olmuşdur. 2023-cü ilin ortalarında o Rafiqdən ona verdiyi borcunu istəmişdir. Lakin Rafiq ona pulunun olmadığını demiş və borcunu qaytarmamışdır. Həmin vaxtlar onun pula ehtiyacı yarandığı üçün o Rafiqin onun fermasında qalan 15 baş keçisini və 27 baş qoyununu cəmi 7000 manata satıb ehtiyaclarına sərf etmişdir. Bundan sonra Rafiqin atası Malik onun fermasına gələrək heyvanlarını istəmişdir. O Malikə Rafiqin 24 baş qoyunu satıb pulunu götürdüyünü, bir baş qoçu özünə verdiyini, 3 baş heyvanının öldüyünü deyərək onda cəmi 15 baş keçisi və 27 baş qoyunu qaldığını və pula ehtiyacı olduğu çün heyvanları satdığını bildirmişdir. Həmin vaxt Malik ondan heyvanların pulunu istəmiş, lakin o Malikə pulunun olmadığını, imkan edən kimi pulunu qaytaracağını bildirmişdir. Lakin o Zərərçəkmiş şəxs1 qoyun və ya hər hansı bir məbləğdə pul almamış, ona Malikin oğlu Rafiq 29 baş qoyun, 26 baş quzu və 16 baş keçi vermişdir. Bundan başqa Şahid1 tanıyır, o dostu Şahid2 əmisidir. Şahid1 2022-ci il tarixdə Rafiqin vasitəsilə tanımışdır. O ondan bir neçə dəfə heyvan almış və həmin vaxtlar onunla münasibəti yaranmışdır. 2023-cü ilin əvvəllərində o Yeni Mil qəsəbə sakini Raqif adlı şəxsdən xırda buynuzlu heyvan almışdır. Həmin vaxt o Fərhadla birlikdə Raqifin qapısına getmişdir. O quzuları alanda 700 (yeddi yüz) manat pulu çatmamışdır. Həmin vaxt o Fərhaddan 700 manat borc pul istəmiş və quzuları satandan sonra pulunu verəcəyini demişdir. Fərhad ona 700 manat borc pul vermişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra o Fərhaddan xırda buynuzlu heyvanlar almışdır. Həmin vaxt o çoxlu heyvan almış və 620 manat pulu çatmamışdır. Buna görə də onun Fərhada 620 manat borcu qalmışdır. Beləliklə onun ümumilikdə Fərhada 1320 (min üç yüz iyirmi) manat pul borcu yaranmışdır. Bir müddət sonra Fərhad ondan borcunu istəmişdir. Lakin onun pulu olmadığı üçün o Fərhadın borcunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində bildirdikləri qismən yalandır. Belə ki, o heyvan alıb baxmaq üçün ilk öncə Mirajdan 9500 (doqquz min beş yüz) manat pul almış və qaytarmışdır. Daha sonra 2022-ci ilin mart ayının əvvəllərində Mirajdan 40000 (qırx min) manat pul almış və daha sonra Miraja 12000 manat xeyir verib 40000 manatı özündə saxlamışdır. Daha sonra 2022-ci ilin aprel ayının ortalarında Mirajdan 15000 (on beş min) manat, 2022-ci ilin may ayının əvvəllərində 20000 (iyirmi min) manat və daha sonra 2022-ci ilin may ayının axırlarında 25000 (iyirmi beş min) manat pul alıb həmin pullara heyvanlar alıb satmış və hər ay ona 9-10 min manat xeyir vermişdir. Bundan sonra o arpa və taxıl səpilmiş sahə almaq adı ilə 2023-cü ilin yanvar ayının axırında Mirajdan 10000 manat, heyvanı artırmaq adı ilə 2023-cü ilin mart ayının əvvəli 10000 manat, 2023-cü ilin mart ayında Allahyarlı kəndi ərazisində fermasının yaxınlığında 6000 (altı min) manata pambıq sahəsi alacağını deyib 6000 manat pulunu, ucuz qiymətə yonca presi alıb baha qiymətə satacağı adı ilə 2023-cü ilin mart ayının axırlarında 5000 manat pulunu, külli miqdarda kredit götürüb sonra ondan aldığı pulu qaytaracağı barədə aldadaraq 2023-cü ilin aprel ayının əvvəllərində 5000 manat pulunu almışdır. O Dilqəm və Xəqaninin harada yaşamaları, soyad və ata adlarını və mobil nömrələrini bilmir. Həmin kartların nömrələrini o bilmir və həmin pul köçürmələrinə dair onda heç bir ödəniş qəbzi yoxdur. Zərərçəkmiş şəxs1 heyvan almamış, onunla təsərüfat quracağı barədə hər hansı bir söhbət etməmişdir. Zərərçəkmiş şəxs1 oğlu Şahid2 ona 29 baş qoyun, 26 baş quzu və 16 baş keçi saxlamaq üçün vermişdir, 2840 manat isə borca vermişdir. Quzuları Rafiq özü satmışdır. O Rafiqdən aldığı 2840 manat pulu ona tam şəkildə qaytarmışdır. Rafiqin onda qalan 15 baş keçisini və 27 baş qoyununu satıb öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlunun vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs onların fermasına gələrək heyvanları bir yerdə otarmağa və saxlamağa başlamışlar. Oğlundan Təqsirləndirilən şəxs kim olduğunu soruşduqda dostu olduğunu demişdir. Heyvanları Nihadın fermasında ot suvarılanda və biçiləndə onların fermasında, onların fermasında ot suvarılanda və biçiləndə isə Nihadın fermasında otarmışlar. Bu hal bir müddət davam etmişdir. Təqsirləndirilən şəxs ferması onların fermasından 7-8 km aralıda yerləşmişdir. Heyvanlar Nihadın fermasında olanda heyvanlara nəzarəti oğlu Rafiq etmişdir. Bir müddət keçəndən sonra oğlu Rafiq evə gəlib ona Nihadın heyvanlarının olmadığını və onların da heyvanlarını satdığını bildirmişdir. Nihada zəng etmiş və yanına getmiş, Nihad ona bazarda çayxanada oturub gözləməsini, Ağcabədi rayonuna getdiyini və qayıdan kimi onun heyvanlarını verəcəyini demişdir. Həmin vaxtlar Nihadla müasibətləri çox yaxşı olmuşdur. Nihadı gözləmiş, Nihad həmin gün onun telefonlarına cavab verməmişdir. Nihadın valideynlərinin yanına getmiş, onlar Nihadın evdə olmadığını bildirmişlər. Növbəti gün sübh tezdən Nihadgilin evinə getmiş, Nihadın atası oğlunun evdə olduğunu bildirmiş, Nihadı çağırmasını atasına demiş, atası Nihadı çağırmaq üçün evə getmiş, təxminən 20 dəqiqədən sonra Nihadın atası yanına gələrək oğlunun utandığı üçün evin arxa pəncərəsindən qaçdığını bildirmişdir. Ondan sonra Nihadla görüşə bilməmişdir. Nihadın atası ona oğlunu öldürməsini və tutdurmasını demişdir. Ondan sonra Nihad barəsində şikayət etmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, heyvanlar ona məxsus olmuş, oğluna məxsus olmamışdır. Nihad onların heyvanlarının müqabilində onlara pul qaytarmamışdır. Nihad həmin heyvanlardan 2 (iki) baş qoyun qaytarmış, 1 (baş) qoyunu qurbanlıqda kəsmişdir. İbtidai istintaq zamanı vermiş ifadəsini təsdiq etmişdir. Nihad ona 18150 manat ziyan vurmuşdur. Nihadla heyvanların birlikdə saxlanılması barədə özü söhbət etmişdir. Nihadı oğlu Rafiqdən ayırmamışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənilmədiyindən sonuncu ilə barışmadığını və şikayətçi olduğunu bildirmiş, lakin himayəsində azyaşlı övladları olduğu üçün məhkəmədən Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla münasibəti olmuş, ona 20 baş keçi almaq istədiyini demiş, Nihad ona 9 baş keçisi olduğunu bildirərək satdığını demiş, Nihada həmin keçilərin pulunu ödəmişdir. Bir həftədən sonra Nihad ona 11 baş keçisi olduğunu və satdığını demişdir. Nihada 11 baş keçinin də pulunu ödəmişdir. Nihad ona keçilərin özünün fermasında saxladığını, lazım olanda istifadə edəcəyini bildirmişdir. Bir müddətdən sonra keçirlər lazım olanda fermada olmadığını öyrənmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 20 baş yanı balalı keçilər olmalı idi, 6 baş keçi iki balalı, 14 baş keçi isə tək balalı olmalı idi. Nihada 3150 manat pul vermişdir. Həmin puldan Nihad ona 450 manat pul qaytarmışdır. Nihaddan bir müddət pulunu istəmişdir. Dəfələrlə Zərərçəkmiş şəxs2lə birlikdə onunla görüşüb söhbət edərək bu işi qaydasına qoymasını demişlər, Nihad sahəsinin olduğunu satacağını demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Nihadla dost olmuşdur. Saxlamaq üçün keçi almaq istəmiş, Nihada demiş, Nihad da keçisi olduğunu və satdığını ona demiş, keçilərin pullarını Nihada vermiş, Nihad keçilərin fermasında qaldığını, lazım olan vaxtı götürüb istifadə etməsini ona bildirmişdir. Lazım olan vaxtı isə keçilərin fermada olmadığını görmüşdür. Nihadın keçi almadığını və ona yalan dediyini başa düşmüşdür. Ümumiyyətlə keçiləri görməmişdir. Zərərçəkmiş şəxs2 Nihadin səs yazısını yazanda o, orada olmamışdır. Nihad ondan 20 baç keçi və 26 baş bala keçiləri almaqdan ötrü pul almışdır. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənilmədiyindən sonuncu ilə barışmadığını və şikayətçi olduğunu bildirmiş, məhkəmədən Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini etmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs heyvan alverçisi kimi tanımışdır. Nihad ona heyvan alıb-satmağı xeyirli iş olduğunu demişdir. Şərikinə heyvan alıb özünə aid fermada saxlamağı, sonra isə kökəldib satıb xeyrini bölməyi demişdir. Nihad özünə məxsus 2,5 hektar ərazisi olan fermanı ona 30 hektar ərazisi olan torpaq sahəsi kimi təqdim edib hətta əraziləridə göstərmişdir. Nihad hətta ona demişdir ki, “nə vaxtsa sənin mənə verdiyin pul batarsa və ya başıma bir iş gələrsə narahat olma mənə məxsus olan fermanın 1 hektarını qiyməti 10.000 manatdır, ferma 300.000 manat pul edir fermanı satıb pulunu verərəm”. İbtdai istintaq zamanı verdiyi ifadəsində də bildirmişdir ki, Nihad ona pul qaytarıb, lakin verdiyi pulu bir həftədən sonra ondan geri almışdır. 2023-cü ilin mart ayında “Qurban bayramı” ərəfəsində qurbanlıq heyvan almaq üçün Təqsirləndirilən şəxs ondan 40.000 manat pul almış və ona bildirmişdir ki, heyvanları alıb aparıb fermaya tökür, sentyabr ayında “Qurban bayramı” dır heyvanları Bakı şəhərinə göndərir, bir aydan sonra,yəni oktyabr ayında pulu ona verəcəkdir. Oktyabr ayında Nihad ona 10.000 manat pul vermiş və bildirmişdir ki, “bu pul sənə çatacaq xeyirdir”. Nihaddan ona verdiyi 40.000 manatın necə olduğunu soruşduqda Nihad ona yeni il üçün heyvan yığdığını demişdir. Nihad ona 10.000 manat pul verdikdən iki həftə sonra gəlib ona demişdir ki, bir yer var orada 20.000 manatlıq heyvan var düşmə heyvandır yeni ildə yaxşı pul qazanacaqlar. Nihad ona 10.000 manat verdikdən iki həftədən sonra 20.000 manat pul almışdır. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Nihad əvvəldən planlı şəkildə bu işi qurmuş, ona qarşı dələduzluq niyyətini həyata keçirmiş və onun 271000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Nihaddan şikayətçi olmuş və ondan pulunu geri tələb etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci il tarixdən tanımış, onunla aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. O Təqsirləndirilən şəxs heyvan alverçisi kimi tanımışdır. 01 yanvar 2022-ci ildə o Nihadla görüşmüşdür. Söhbət zamanı Nihad ona heyvan alıb-satmaqda xeyir olduğunu bildirərək şərikinə heyvan alıb ona məxsus fermada saxlamağı, sonra isə kökəldib satıb xeyrini bölməyi təklif etmişdir. O Nihadla razılaşmış və nə qədər lazım olsa pul verəcəyini demişdir. Həmin gün Nihad onu Beyləqan rayon Allahyarlı kəndi ərazisində kökəltmə deyilən ərazidə yerləşən fermasına aparmışdır. Nihad ona məxsus fermanı ona göstərib onu gəzdirmiş, daha sonra fermanın yaxınlığında olan başqa bir boş torpaq sahəsini də ona göstərib həmin sahənin də ona məxsus olduğunu və ümumilikdə ərazisinin 30 hektar olduğunu bildirmişdir. Həmin vaxt Nihad heyvan alıb həmin ərazilərdə otarıb kökəltməyi və satıb pulunu bölmək istədiyini ona demiş və o Nihadla razılaşmışdır. Səhəri gün, yəni 02 yanvar 2022-ci il tarixdə o Beyləqan şəhəri, S.Qazıyeva küçəsində Nihadla görüşmüşdür. O bir neçə heyvan alması üçün ilk olaraq Təqsirləndirilən şəxs 5000 (beş min) manat pul vermişdir. Həmin vaxtdan təxminən 15 gün sonra Nihad ona 600 (altı yüz) manat pul verib alver etdiyini, həmin alverdən 1200 ( min iki yüz) manat xeyir qaldığını bildirib yarısını özünə götürdüyünü demişdir. O həmin pulu almış, lakin ona verdiyi 5000 manat pul Nihadda qalmışdır. Həmin ərəfələrdə Nihad Bakı şəhərində yerləşən “Araz” market şirkəti ilə danışıb onlara hər gün 50- 60 heyvan alıb verməsi barədə razılaşdığını, əgər bu işi görə bilsələr yaxşı xeyir qalacağını ona bildirərək pul tapa bilib-bilməyəcəyini soruşmuşdur. O Nihaddan nə qədər pul lazım olduğunu soruşmuşdur. Nihad 80000 manat pul lazım olduğunu deyib həmin pulun 40000 (qırx min) manatını özünün tapacağını bildirmiş və onun da 40000 (qırx min) manat pul tapmasını demişdir. O Nihadla razılaşmış və bir neçə gün ərzində ona 40000 manat pul verəcəyini demişdir. Bundan bir neçə gün sonra, yəni 2022-ci ilin yanvar ayının axırlarında o əmisi Zərərçəkmiş şəxs3 ilə birlikdə Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində Nihadla görüşmüş və “Araz” marketə gündəlik heyvan alıb göndərməsi üçün ona 35000 ( otuz beş min) manat pul verib onda olan 5000 manat pulu da həmin pulun üstünə qoyub 40000 manat etməsini demişdir. Nihad pulu götürmüş və həmin pulla hər gün Bakı şəhərinə marketlərə heyvan alıb göndərəcəyini bildirmişdir. Bundan təxminən 2-3 gün sonra, yəni 2022-ci ilin yanvar ayının axırlarında Nihadla görüşən zaman Nihad fermasının yanında 20000 manata torpaq sahəsi satıldığını bildirib, həmin torpaq sahəsini almaq üçün 15000 manat pulunun olduğunu və 5000 manat pulunun çatmadığını deyib ondan borc pul istəmişdir. O Nihadla birgə iş gördüyüm üçün razılaşmış və həmin gün yaşadığı Beyləqan şəhəri, R.Axundov küçəsi ərazisində Nihada 5000 manat pul vermişdir. Bundan iki-üç gün sonra o Nihadla görüşmüşdür. Nihad ona 450 manat pul verib 900 manat xeyir olduğunu demiş və yarısını ona verdiyini bildirmişdir. O pulu almış və sağollaşıb ayrılmışlar. 20 fevral 2022-ci ildə Nihadla görüşmüşdür. Söhbət əsnasında Nihad heyvanın alverinin qızışdığını deyərək bordaq heyvan alıb fermasında saxlamağı və öz heyvanlarını satmağı ona deyib pul verməsini bildirmişdir. O Nihaddan nə qədər pul lazım olduğunu soruşmuş və Nihad ona ümumilikdə 30000 manat pul lazım olduğunu deyib, həmin pulun 15000 manatını özünün tapacağını, qalan 15000 manatı isə onun verməsini demişdir. O razılaşmış və həmin gün günorta saat 13 radələrində Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində Nihadla görüşüb ona 15000 manat pul vermişdir. Bundan beş gün sonra, yəni 25 fevral 2022-ci il tarixdə Nihadla yenidən görüşmüşdür. Həmin vaxt Nihad boğaz qoyun alıb fermada saxlamağı və Bakıda onun tanımadığı bir nəfər şəxsə baha qiymətə satmağı demişdir. O nə qədər pul lazım olduğunu soruşmuş və Nihad 21000 manat pul lazım olduğunu demişdir. O razılaşmış və günorta saat 15 radələrində o Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində Nihadla görüşüb ona 21000 manat pul vermişdir. Nihad pulu ondan alıb axşam gedib heyvanları alacağını ona demiş və sağollaşmışlar. Bundan təxminən 1 ay sonra, yəni 20 mart 2022-ci il tarixdə Nihadla görüşmüşdür. Söhbət zamanı Nihad ona 1200 manat pul verərək 2400 manat xeyri olduğunu demiş və 1200 manatını da özünə götürdüyünü bildirmişdir. Sonra Nihad 2-3 ay sonra Qurban bayramı olacağını deyib, həmin vaxt heyvanların qiymətinin qalxacağını bildirərək heyvanları alıb fermaya tökməyi və qurbanlıq vaxtı baha qiymətə satmağı ona demişdir. O razılaşmış və nə qədər pul istədiyini soruşmuşdur. Nihad ümumilikdə 80000 manatlıq heyvan almağı ona deyərək həmin pulun 40000 manatını onun verməsini demişdir. O razılaşmış və 2-3 günə ona 40000 manat pul verəcəyini demişdir. Sonra sağollaşıb ayrılmışlar. Bundan təxminən 5 gün sonra, yəni 2022-ci ilin mart ayının axırlarında o Beyləqan şəhəri, S.Qazıyeva küçəsində Nihadla görüşmüşdür. Həmin vaxt o qurbanlığa heyvan alıb saxlaması üçün Nihada 40000 manat pul vermişdir. Nihad pulu götürmüş və sağollaşıb ayrılmışlar. Bundan sonra Nihad 20 aprel 2022-ci il, 20 may 2022-ci il və 20 iyun 2022-ci il tarixlərdə onunla görüşüb hər dəfə ona 1200 manat pul vermiş və həmin pulların xeyir olduğunu demişdir. 2022-ci ilin iyul ayının ortalarında Nihad ona zəng edib çağırmışdır. Onlar Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində Nihadla görüşmüşlər. Nihad ona 10000 manat pul verib qurbanlıq üçün aldıqları heyvanların hamısını satdığını, ümumilikdə 20000 manat xeyir qaldığını və yarısını özünə götürüb, yerdə qalan 10000 manat pulu ona verdiyini demişdir. O həmin pulu götürmüş və sağollaşıb ayrılmışlar. Bundan sonra 2022-ci ilin avqust ayının əvvəllərində o Nihadla görüşmüş və həmin vaxt Nihad Yeni il üçün heyvan alıb saxlamağı, Yeni ildə baha qiymətə satmağı ona demişdir. O razılaşmış və pul tapacağını demişdir. Bundan təxminən 2-3 gün sonra Nihad ona zəng edib bir yerdə ucuz qiymətə topa heyvan olduğunu bildirərək həmin heyvanları alıb Yeni ilə saxlamağı ona demişdir. O nə qədər pul lazım olduğunu soruşmuş və Nihad ümumilikdə 40000 manat pul lazım olduğunu deyərək həmin pulun 20000 manatını onun verməsini demişdir. Səhəri gün, yəni avqust ayının əvvəllərində o Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində Nihadla görüşmüş və ona 20000 manat pul vermişdir. Nihad pulu ondan alaraq heyvanları alıb fermasında saxlayacağını və yeni ildə baha qiymətə satıb xeyir tutacaqlarını ona demişdir. Sonra onlar sağollaşmışlar. Bundan sonra 20 avqust 2022-ci il, 20 sentyabr 2022-ci il, 20 oktyabr 2022-ci il, 20 noyabr 2022-ci il və 20 dekabr 2022-ci il tarixlərdə Nihad onunla görüşüb hər dəfə ona 3000 manat pul verərək ümumi alverdən qalan xeyirin yarısını götürüb, yerdə qalanını ona verdiyini demişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində Nihadla görüşmüşdür. Həmin vaxt Nihad ona 6000 manat pul verərək yeni il üçün aldıqları heyvanları satdığını, ümumilikdə 12000 manat xeyir qaldığını deyərək 6000 manatını özünə götürüb 6000 manatı isə ona verdiyini demişdir. Lakin Nihad ona verdiyi pulları geri qaytarmayaraq Novruz bayramı üçün çoxlu heyvan alıb saxlamağı və bayramda satıb xeyiri bölməyi demişdir. O Nihadla razılaşmış və sağollaşmışlar. Bundan sonra 31 yanvar 2023-cü il tarixdə o Nihatla görüşmüşdür. Nihat ona hazır taxıl əkili yer olduğunu bildirib onu almağı, biçin vaxtı 27-28 min manat pul əldə edəcəklərini deyərək yeri almaq üçün 10000 manat pul lazım olduğunu demişdir. O razılaşmış və həmin gün günorta saatlarında Sevil Qazıyeva küçəsi ərazisində Nihatla görüşüb ona 10000 manat pul vermişdir. 22 fevral 2023-cü il tarixdə yenidən Nihatla görüşmüşdür. Nihat Novruz bayramı üçün ucuz qiymətə topa heyvan alacağını, bayram vaxtı baha qiymətə satacağını deyib 27000 manat pul istəmişdir. Həmin gün günorta saatlarında Sevil Qazıyeva küçəsi ərazisində Nihatla görüşüb ona 27000 manat pul vermişdir. 09 mart 2025-ci il tarixdə o yenə də Sevil Qazıyeva küçəsində Nihatla görüşmüşdür. Nihat il ərzində 5 nəfər şəxsə külli miqdarda kredit verildiyini deyib təsərrüfatı genişləndirmək üçün yüksək məbləğdə kredit götürmək istədiyini demiş və işin düzəlməsi üçün 10000 manat pul lazım olduğunu deyərək 5000 manatını onun verməsini söyləmişdir. O Nihadla razılaşmış və həmin gün axşam saatlarında Sevil Qazıyeva küçəsi ərazisində Nihatla görüşüb ona 5000 manat pul vermişdir. Bundan sonra 18 mart 2023-cü il tarixdə yenidən Nihatla görüşmüşdür. Görüş zamanı Nihat Novruz bayramı üçün əlavə çoxlu heyvan alacağını və baha satacağını deyib 29000 manat pul istəmişdir. Həmin gün günorta saatlarında Sevil Qazıyeva küçəsi ərazisində Nihatla görüşüb ona 29000 manat pul vermişdir. 21 mart 2023-cü il tarixdə yenidən Nihatla görüşmüşdür. Nihat 10 hektar hazır pambıq sahəsi olduğunu deyib hektarını ucuz qiymətə, yəni 600 manata icarəyə alıb pambıq əkib-becərib biçin vaxtı xeyir götürməyi ona demiş və 6000 manat pul istəmişdir. O razılaşmış və həmin gün günorta saatlarında Sevil Qazıyeva küçəsi ərazisində Nihatla görüşüb ona 6000 manat pul vermişdir. 05 aprel 2023-cü il tarixdə yenidən Nihatla görüşmüşdür. Nihat ucuz qiymətə heyvan tapdığını deyib heyvanı ucuz alıb baha satacağını deyib 24000 manat pul istəmişdir. Həmin gün günorta saatlarında Sevil Qazıyeva küçəsi ərazisində Nihatla görüşüb ona 24000 manat pul vermişdir. 20 aprel 2023-cü il tarixdə yenidən Nihatla görüşmüşdür. Nihat Allahyarlı kəndi ərazisində 50 baş boğaz heyvan olduğunu deyib heyvanları almağı və sonra balaları olduqda satıb qazanc əldə etməyi deyib 29000 manat pul istəmişdir. Həmin gün günorta saatlarında Sevil Qazıyeva küçəsi ərazisində Nihatla görüşüb ona 29000 manat pul vermişdir. 22 aprel 2023-cü il tarixdə o yenə də Nihatla görüşmüşdür. Həmin vaxt Nihat 10000 yonca bağlaması satıldığını, bağlamanın birini 2,40 manatdan alacağını, sonra isə baha qiymətə satacağını deyib ilkin olaraq otun sahibinə 5000 manat ödəniş etməyi, daha sonra bütün pulu ödəyib otu almağı, sonra baha qiymətə satmağı ona demişdir. O razılaşmış və həmin gün günorta saatlarında Sevil Qazıyeva küçəsi ərazisində Nihatla görüşüb ona 5000 manat pul vermişdir. Beləliklə Nihad ondan ümümilikdə 271000 manat pul almışdır. Bundan bir müddət sonra o Nihatın çoxlu borcunun olduğunu, bir neçə şəxsi aldatdığını öyrənmişdir. Buna görə də o narahat olmuş və Nihatdan bu barədə soruşmuşdur. Nihat problem olduğu üçün xərcə düşdüyünü, lakin vəziyəti düzəldəcəyini ona demişdir. Həmin vaxt o Nihatdan ona verdiyi pulların harada olduğunu, alverin nə vəziyyətdə olduğunu soruşmuşdur. Nihat qısa zamanda pulları verəcəyini demişdir. Bundan sonra bir neçə ay keçsədə Nihat ona verdiyi pulları ona qaytarmamışdır. O hər dəfə Nihaddan pulunu tələb etsə də o hər dəfə onu aldadaraq müxtəlif bəhanələrlə pulunu verməmişdir. Buna gör də o Nihatın onun pullarını ələ keçirdiyini başa düşmüş və onun barəsində şikayət etmişdir. Nihat bu günə qədər də ondan ələ keçirdiyi pulları geri qaytarmamışdır. İfadəsi elan olunduqdan sonra Zərərçəkmiş şəxs2 ibtidai isintaq zamanı verdiyi ifadəsini olduğu kimi təsdiq etdiyini bildirmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs ondan bir neçə dəfə heyvan almış və həmin vaxtlardan Nihadla münasibəti yaranmışdır. 2023-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs heyvan alan vaxtı 700 (yeddi yüz) manat pulu çatmamış, ondan 700 manat borc istəmiş və quzuları satandan sonra onun pulunu verəcəyini demişdir. O Təqsirləndirilən şəxs 700 manat borc pul vermişdir. Bir neçə gün keçdikdən sonra Nihad ondan xırda buynuzlu heyvan alan zaman pulu çatmadığından 500 manat borcu qalmışdır. Bundan bir neçə gün sonra Nihada onun üçün keçi almasını deyərək 150 manat pul vermiş, Nihad keçi aldığını demişdir. Bir neçə gündən sonra Nihad ona keçinin əkiz bala doğduğunu bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Nihad pulu ondan alsa da keçi almamışdır. Beləliklə Təqsirləndirilən şəxs ona ümumilikdə 1350 (min üç yüz əlli) manat pul borcu yaranmışdır. Nihadın örüş sahəsi olduğu üçün qardaşı Malik heyvanlarını otarmaqdan ötrü Nihadın fermasında saxlamış, sonradan eşitmişdir ki, Nihad qardaşı Malik heyvanların satmışdır. Qardaşının heyvanlarını sayını dəqiq bilməmiş və Nihadın qardaşına nə qədər borcu olduğunu da dəqiq bilməmişdir. O Nihaddan bir neçə dəfə pulunu istəsə də Nihad ona müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Bir müddətdən sonra Nihadın barəsində şikayət etmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Nihadın Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 borclu olduğunu eşitmişdir. Lakin nə qədər borclu olduğunu dəqiq bilməmişdir. Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, Beyləqan şəhər sakini Təqsirləndirilən şəxs 2022-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs ondan bir neçə dəfə heyvan almış və həmin vaxtlar Nihadla münasibəti yaranmışdır. 2023-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs onun tanıdığı Yeni Mil qəsəbə sakini Raqif adlı şəxsdən xırda buynuzlu heyvan almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onunla birlikdə Raqifin qapısına getmişdir. Nihad Raqifdən quzuları alanda Nihad Məmədovun 700 ( yeddi yüz) manat pulu çatmamışdır. Həmin vaxt Nihad ondan 700 manat borc istəmiş və Raqifdən aldığı quzuları satandan sonra onun pulunu verəcəyini demişdir. O razılaşmış və Təqsirləndirilən şəxs 700 manat borc pul vermişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra Nihad ondan xırda buynuzlu heyvan almışdır. Həmin vaxt Nihadın yenə də bir qədər pulu çatmamış və ona 500 manat borcu qalmışdır. Beləliklə Nihadın ona 1200 (min iki yüz) manat pul borcu yaranmışdır. Bundan bir neçə gün keçdikdən sonra o özünə keçi alası olmuşdur. O Nihada ona bir baş keçi almasını və pulunu verəcəyini bildirmişdir. Nihad onun yaşadığı evə gəlmiş və o keçi alması üçün Nihada 120 manat pul vermişdir. Lakin Nihad pulu ondan alsa da keçi almamışdır. Beləliklə Təqsirləndirilən şəxs ona ümumilikdə 1320 (min üç yüz iyirmi) manat pul borcu yaranmışdır. O Nihaddan bir neçə dəfə pulunu istəsə də Nihad ona mnüxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Bundan sonra o Nihadın Xocavənd rayon sakinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 da aldadıb pullarını ələ keçirdiyini öyrənmişdir. Buna görə də o Miraj və Rəyislə birlikdə Nihadın barəsində şikayət etmişdir. O 2022-ci ilin təxminən iyun ayında Raqifin yaşadğı evin həyətinin çölündə Təqsirləndirilən şəxs öz avtomobilində ilk öncə 700 manat borca pul vermiş, daha sonra 2022-ci ilin təxminən iyul ayında xırda buynuzlu heyvanlarını Yeni Mil qəsəbəsində Nihada satan zaman Nihadın ona 500 manat borcu qalmışdır. Bundan sonra 2022-ci ilin təxminən oktyabr ayında Nihada ona keçi alması üçün 120 manat pul vermiş, lakin Nihad həmin puluda özünə götürmüş və ona keçi almamışdır. Həmin vaxtlar yanlarında heç kim olmamışdır. O Nihada inadığı üçün həmin pulları ona borca vermişdir. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Nihad quzuları Rafiqdən alanda Nihadın quzuları satdıqdan sonra Raqifə pulunu qaytaracağına o zamin qalmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs2 oğlu Nihada 2022-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayına kimi hər ay 3-4 dəfə olmaqla pul vermişdir. Onlar əvvəllər xirda buynuzlu heyvan alveri ilə məşğul olmuşlar. Zərərçəkmiş şəxs2 deməsinə görə oğlu Nihada 22 yanvar 2022-ci ildə 5.000 manat, iki gündən sonra 35.000 manat, yanvar ayının axırında 10.000 manat və bundan sonra ayrı-ayrı vaxtlarda pullar vermişdir. Miraj ortaya qoyduğu pulların hesabatını aparmadan oğlu ondan pul istədikcə oğluna pul vermişdir. Zərərçəkmiş şəxs2 oğluna bu qədər pul verməsi onda şübhə yaratmış, Zərərçəkmiş şəxs2 oğlunu santaj etdiyini düşünmüşdür. Zərərçəkmiş şəxs2 oğluna pul verdikdən sonra həmin pulu almadan ona yenidən pul verməsi şübhəlidir. Bu halların araşdırılmasını və oğlunun Mirajda olan səs yazısının nə vaxt və harada yazılmasının müəyyənləşdirilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Ümumi işlə bağlı oğlunda da günah olmuş, anlamadan və başa düşmədən bu işləri görmüşdür. Zərərçəkmiş şəxs2 hadisə baş verəndən sonra qapılarına gələrək oğlu Nihadın ondan pul aldığını demişdir. Zərərçəkmiş şəxs3 də onların evinə gələrək oğlu Nihadın ondan pul aldığını demişdir. Oğlu işləmədiyi üçün borclarını ödəyə bilməmişdir. Oğlu Nihadın ferması 1600 başlıq Sənaye Birliyində yerləşmişdir. Oğlunun fermasına özü də mütəmadi gedib-gəlmişdir. Oğlunun fermada heyvanları olmuş, ailəsini də həmin fermada saxlamışdır. Dindirilmiş şahid Məmmədova X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Nihad avtoqəza keçirəndən sonra dostu Zərərçəkmiş şəxs2 borcunun olmasını eşitmişdir. Mirajdan oğlunun ona nə qədər borcunun olduğunu soruşmuş, Miraj ona oğlunun 271.000 manat borcunun olduğunu bildirmişdir. Miraja əgər o qədər pulu olmuşdursa nə üçün kirayədə yaşadığını demişdir. Miraj rayonda sələmə pul verən şəxsdir. Nihad kimi bir çox adamların başına belə oyunlar gətirmişdir. Miraj bir çox şəxslərdən məhkəmlərə şikayətlər etmişdir. Bu barədə rayon sakinlərindən eşitmişdir. Nihadın Mirajla münasibəti olana kimi fermasında mal-heyvanı olmuşdur, hazırda isə oğlunun fermasında heç bir malheyvan yoxdur. Nihadın ailəsinə hazırda onlar baxır. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, Nihaddan eşitmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 də borcu olmuşdur. Hazırda maddi imkanları pis olduğundan zərərçəkmiş şəxslərə pul ödəyə bilməmişlər. Nihad Mirajla hər gün bir yerdə olmuşdur. Onlar bir yerdə yeyib-içən zaman Miraj ondan istifadə edərək oğlundan ona nə qədər pul borcu olduğunu soruşaraq səsini telefonuna yazmışdır. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında dostluq münasibətləri olmuşdur. Bir-birinin fermasına dəfələrlə gedib gəlmişlər. Nihad ona təsərrüfatının və ot yerinin zəif olduğunu deyərək heyvanlarını onun fermasında saxlamasını təklif etmişdir. Nihadın təklifinə əsasən heyvanları ona etibar etmişdir. 29 baş qoyun və 16 baş keçini Nihadın fermasına saxlamışdır. Bir müddət keçəndən sonra təsərrüfatı yaxşılaşdığı üçün Nihad heyvanları onun heyvanları ilə birlikdə onun fermasına gətirmişdir. Heyvanlar bir müddət onun fermasında qalmış, otlaq sahəsi qurtardıqdan sonra heyvanlar Nihadın fermasına qayıtmışdır. Nihadın fermasına heyvanlarına nəzarət etməyə getmişdir. Heyvanlarının balalarını Nihadla birlikdə satmışlar. Ondan sonra heyvanlardan xəbəri olmamışdır. Bir müddətdən sonra Nihadın borcunun olduğunu eşitmişdir. Nihad ona narahat olmamasını, onun heyvanlarının hamısının qaldığını və başqa yerdə oluduğunu bildirmişdir. Bir müddət onu belə gözlətmişdir. Daha sonra Nihad etiraf edərək onun heyvanlarını öz heyvanları ilə birlikdə satdığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Nihadın heyvanları hansı qiymətə və nə vaxt satması barədə məlumatı olmamışdır. Heyvanların həmin vaxtı bazar qiyməti 1 baş heyvanı 500 manata Nihadla razılaşmışdır. Atası ilə birgə təsərrüfda olmuşlar. Heyvanlar atasına məxsus olmuşdur. Onlara dəymiş ziyan ödənilməmişdir. Heyvanları birləşdirib bir yerdə saxlamağı Nihad təklif etmişdir. Təsərrüfatlarında 25 baş quzu, 29 baş ana qoyun olmuşdur. Tam xatırlamamış heyvanlarda 3-5 heyvan fərq edə bilər. Nihad heyvanlarını satdığını dedikdən sonra ona bildirmişdir ki, səbrli ol heyvanlarının pulu qısa müddətdə ödəniləcəkdir. Hadisənin üzərindən bir il müddət keçsə də Nihaddan xəbər çıxmamışdır. Nihadla son görüşlərində Nihaddan ona vurduğu ziyanı hansı formada hesabladğını soruşduqda Nihad ona bir heyvana görə 500 manat hesabladığını bildirmişdir. Nihad ona vurduğu ziyanın ödənilməsi ilə bağlı etiraz etməmişdir. Nihaddan 1500 manat borca pul almışdır. Nihada bildirmişdir ki, tutarlı bir rəqəm de həmin borcu qaytar. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmiş və 29 baş xırda buynuzlu ana qoyunun hər birinin təxminən 45-50 kiloqram ət verən qoyunlar olmaqla hər birinin 350 manat dəyərində olduğunu, 16 baş ərəb sortu olan keçilərin isə hər birinin 500 manat dəyərində olduğunu, ümumilikdə 18150 manat ziyan vurulduğunu bildirmişdir. İfadəsi elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini olduğu kimi təsdiq etmişdir. Kredit götürdükləri 3000 manat pulun qalıq hissəsini özü ödəmişdir. Nihad ona bildirmişdir ki, yaxın qohum-qonşuda ucuz qiymətə heyvan olur, pul olsa alar, ona görə də bankdan öz adına 3000 manat pul götürmüşdür. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata götürülməsi barədə” 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə birlikdə kənd təsərüfatı ilə məşğul olmaq adı ilə sonuncudan hissə-hissə aldığı cəmi 270000 manat pulu aldatmaqla ələ keçirməsi, Şahid1 özünə məxsus fermada saxlayaraq artırmaq adı ilə ona məxsus 1300 manat dəyərində heyvanları ələ keçirməsi, Zərərçəkmiş şəxs3 20 ədəd keçi alıb artırmaq adı ilə ondan aldığı 3100 manat pulu aldatmaqla ələ keçirməsi barədə kollektiv müraciətləri ilə bağlı toplanmış materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1-25) -“cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ictaat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.(i.v.52) -“cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ictaat təzələnmişdir.(i.v.55) -“cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsindən həmin Məcəllənin178.3.2-ci maddəsinə tövsif edilmişdir.(i.v.57) -“cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ictaat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.(i.v.66) -“cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 12 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ictaat təzələnmişdir.(i.v.70) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 03 ay (07) ay müddətə, yəni 22 iyun 2025-ci il tarixdən 22 sentyabr 2025-ci il tarixədək uzadılmışdır.(i.v.78- 79) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 25 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.80) -“üzləşdirmə aparılması haqqında” 29 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə aparılması istintaq hərəkəti keçirilmiş, üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq bir daha söyləyərək ifadəsini təsdiq etmişdir.(i.v.91-94) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 03 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.95) -“üzləşdirmə aparılması haqqında” 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə aparılması istintaq hərəkəti keçirilmiş, üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq bir daha söyləyərək ifadəsini təsdiq etmişdir.(i.v.107-109) -“zərərçəkmiş şəxs qismində tanınma haqqında” 03 iyul 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.110) -“cinayət işi üzrə icraatın dayandırılması haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ictaat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.(i.v.121) -“cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ictaat təzələnmişdir.(i.v.123) -“cinayət törədilməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 11 avqust 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:05-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.133) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur.(i.v.148-149) -“polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 13 avqust 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v.176-177) -“cinayət işi üzrə icraatın dayandırılması haqqında” 22 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ictaat Təqsirləndirilən şəxs stasionar qaydada “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də müalicə aldığından cinayət işi üzrə icraat Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır.(i.v.183) -Beyləqan rayon prokurorluğunda qəbul olunmuş “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 23 noybar 2025-ci il tarixli qərardan görünür ki, “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 22 avqust 2025-ci il tarixli qərar ləğv edilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. (i.v.193-194) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 13 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.(i.v.211-212) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 178.3.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olubolmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 31-ci bəndində göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Həmin Plenum qərarının 32-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldadaraq heyvan alveri ilə məşğul olmaları ilə bağlı əldə olunmuş gəlirləri aralarında bölmək barədə bəhanə ilə ondan pul vəsaiti almışdır. O, guya heyvan alıb-satmaq məqsədi ilə pulun hissə-hissə verilməsini xahiş etmiş və zərərçəkmiş şəxs də həmin vəsaiti mərhələlərlə ona təqdim etmişdir. Lakin sonradan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qeyd edilən alver fəaliyyəti ilə məşğul olmaq niyyəti olmamış, o, əvvəlcədən formalaşmış niyyətlə zərərçəkmiş şəxsin etibarından suiistifadə edərək onu aldatmaq yolu ilə pul vəsaitini ələ keçirmişdir. Beləliklə, o Zərərçəkmiş şəxs2 maddi zərər vurmuşdur. Təqsirləndirilən şəxs pambıq və taxil sahələri almaq adı ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etdiyini və aldatdaraq ona qarşı dələduzluq etdiyini, eləcə də Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etdiyini etiraf etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş elektron daşıyıcıda olan səs yazılarında göstərilmişdir ki, “yaxşı həmişə yaxşıdır, uzaq olsun sabaha başına bir iş gəlsə, Mirajında borclu olduğu adamlar var, borclu adamlar da bilməlidir ki, Mirajın səndə pulu var. Bir kağız verə bilərsənmi, Miraja verəcəyin var”. Təqsirləndirilən şəxs isə cavab verir ki, “sənə bir söz deyim, o gün Eminə də dedim o da mənə demişdi. İstəyirsən məhkəmə qarşısına çıxım deyim ki, mənim bu adama 270.0000 manat borcum var. Hara istəyirsən gedim deyim”. Təqsirləndirilən şəxs elan olunmuş ittihamda göstərilmiş və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Beyləqan şəhəri, R.Axundov küçəsi ev 22-də yaşayan Zərərçəkmiş şəxs3 ona 20 baş balalı keçi satıb öz işlədiyi fermada otararaq baxacağı barədə qəsdən yalan vəd verib, belə niyyəti olmadan aldadaraq 2023-cü ilin mart ayının ortalarında Beyləqan şəhəri, S.Qazıyeva küçəsi ərazisində ondan 3100 manat nağd pul almış, daha sonra Zərərçəkmiş şəxs3 verdiyi vədə əməl etməyərək ona heyvan satmayıb Zərərçəkmiş şəxs3 əldə olunmuş məbləği şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs3 3100 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət Məcəlləsinin 15.2-ci maddəsində göstərilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində göstərilmişdir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 35-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndi ilə Cinayət Məcəlləsinin 16.3-cü maddəsində göstərilən hallar bu bənddə göstərilən cinayətlərin, o cümlədən dələduzluğun təkrar törədilməsini yaradan cinayətlər sırasından istisna edildiyinə görə, əvvəllər törətdiyi (Cinayət Məcəlləsinin 177-183cü, habelə 213-3, 217, 227, 232, 235-ci mddələrində nəzərdə tutulmuş) hər hansı bir və ya bir neçə cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş, məhkumluğu ödənilmiş və yaxud götürülmüş şəxslərlə yanaşı, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməyən və götürülməyən şəxs tərəfindən də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, dələduzluq cinayətinin təkrar törədilməsi hesab edilmir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşı 3100 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizot təkrarçılıq cinayət əməli kimi nəzərə alına biləz. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclasında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxslərə və şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “”talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 14 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v.69) -Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD-si üzrə nümayəndəliyindən verilmiş 08 oktyabr 2025-ci il tarixli arayışından və şəxsiyyət vəsiqələrdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşamış, himayəsində 2012-ci təvəllüdlü Mələk Məmmədli və 2014-cü il təvəllüdlü Ayxan Məmmədli adlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(i.v.185-186) Məhkəmə tərkibi tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalı və təyin olunmuş cəzanı çəkməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, himayəsində azyaşlı uşaqlarını olması (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi, əməlindən peşman olmasını, ailə, maddi və sosial vəziyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasınısı (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2026-cı il tarixli, 1(4-5)-8/2026 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 avqust 2025ci il tarixdən 13 avqust 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Zərərçəkmiş şəxs2 maddi ziyana görə mülki iddia verərək Təqsirləndirilən şəxs 271.000 (iki yüz yetmiş bir min) manat məbləğdə pul tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 maddi ziyana görə mülki iddia verərək Təqsirləndirilən şəxs 18.150 (on səkkiz min bir yüz əlli) manat məbləğdə pul tutularaq ona ödənilməsini xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur (mad. 179.1). Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır (mad. 181.1). Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir (Maddə 185). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır (mad.187.1). Cinayət-Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 65-ci bəndində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən Cinayət-Prosessual Məcəlləsinin 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayətprosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin qərarın 66-cı bəndində göstərilmişdir ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmin qərarın 67-cı bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-cı bəndində göstərilmişdir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 verdiyi mülki iddianın 110.000 (bir yüz on min) manatını və Malik Taıyevin verdiyi mülki iddianın 10.000 (on min) manatını qəbul etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayətprosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddialar təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 271.000 (iki yüz yetmiş bir min) manat və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 isə 18.150 (on səkkiz min bir yüz əlli) manat məbləğdə pul tutulub ödənilməlidir. “X6” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddianın məhkəməyə təqdim edilməsindən ötrü Dövlət büdcəsinə ödədiyi 146 (bir yüz qırx altı) manat məbləğində pul onun özünə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 179-188, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 avqust 2025-ci il tarixdən 13 avqust 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün ona təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə həbsə alındığı vaxtdan, 22 yanvar 2026-cı il tarixdən hesablansın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2026-cı il tarixli, 1(4-5)-8/2026 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddialar təmin edilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 271.000 (iki yüz yetmiş bir min) manat və zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 isə 18.150 (on səkkiz min bir yüz əlli) manat məbləğdə pul tutulub ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddianın məhkəməyə təqdim edilməsindən ötrü Dövlət büdcəsinə ödədiyi 146 (bir yüz qırx altı) manat məbləğində pul onun özünə qaytarılsın. İş üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(4-5)-8/2026
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(4-5)-8/2026
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver