Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-11/2026 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (videokonfrans vasitəsilə), müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, X4 küçəsi, ev 20, mənzil 10 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə özününki kimi təqdim etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evini “Tik-Tok” internet sosial şəbəkəsi vasitəsilə yerləşdirdiyi elan əsasında müştəri qismində cəlb etdiyi Zərərçəkmiş şəxs satacağına dair yalan vəd verib aldatmaqla xx.xx.2024-cü il tarixdə günorta saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, adsız küçədə yerləşən fərdi yaşayış evinin qarşısında 1000 (min) manat, xx.xx.2024-cü il tarixdə günorta saatlarında ünvan 3 ünvanının qarşısında 600 (altı yüz) manat, sonuncu 100 (yüz) manat məbləği isə, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindəki daşınmaz əmlak alqı-satqısı ofisində Zərərçəkmiş şəxs əlbəl alaraq sonradan verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1700 (min yeddi yüz) manat məbləğində pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs 1700 (min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onunla 2024-cü ilin fevral ayında Tik-tok sosial şəbəkəsinə satış məqsədi ilə yerləşdirdiyi anasına məxsus fərdi yaşayış evinin elanına görə ona zəng edən zaman tanış olmuşdur. O, 2-ci vətən müharibəsində könüllü iştirak etmiş, müharibə zamanı almış olduğu psixoloji travmalara görə hospitalda müalicələr almış, müalicə almağına baxmayaraq sakitlik tapa bilməmiş, bu səbəbdən tanımadığı şəxslərdən müxtəlif ünvanlarda psixotrop maddə sayılan “patı” adlanan maddəni alaraq istifadə etməyə başlamış və getdikcə narkotik asılılığına düşmüşdür. Narkotik almağa pulu olmadıqda evində olan əşyaları satmağa başladığından həyat yoldaşı ilə aralarında bu səbəbdən mübahisələr yaşanmağa başlamışdır. O, pulsuzluqdan Ramana qəsəbəsində yerləşən anasına məxsus fərdi yaşayış evini satışa qoymaq qərarına gəlmiş, bunun üçün ilk öncə evin şəkillərini çəkib evi “Tiktok” sosisal platformasında 18000 manata satılması barədə elan yerləşdirmişdir. 2024-cü ilin fevral ayının ortalarında adının sonradan Şahilə olmasını öyrəndiyi bir qadın satış elanında yerləşdirdiyi, özünə məxsus mobil nömrəyə zəng edərək evi almaq istədiyini demiş, 2024-cü il fevral ayının 20-də yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs ilə görüşərək evi ona təqdim etmiş və onunla evi satmaq üçün 12000 manat qarşılığında razılaşmışdır. Zərərçəkmiş şəxs evi almaq üçün ona həmin ünvanda ilkin olaraq 1000 manat beh vermişdir. O, beh kimi aldığı pulu şəxsi ehtiyacları və narkotikə xərclədikdən sonra yenidən pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs təkrar zəng edərək evin anasının adına olması və sənədləşmə üçün Mingəçevir şəhərinə gedib anasını gətirməli olduğunu deyib ondan 700 manat pul istəmişdir. Zərərçəkmiş şəxs pulu ona verməyə razılaşmışdır. Bakıxanov qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında onunla görüşmüş, Zərərçəkmiş şəxs görüş zamanı üzərində yalnız 600 manat pul olmasını bildirərək ona 600 manat pul vermiş və ona ən geci mart ayının 15-nə dək evi ondan təhvil alacağını demişdir. Mart ayının əvvəllərində Şahilə xanım onun yaşadığı evə gələrək behləşdiyi evi nə üçün təkrar internetdə satışa qoymasını maraqlandıqda o, Zərərçəkmiş şəxs narahat olmamasını və evi ona satacağını demişdir. Bir müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs ilə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən ev alqı-satqı ofisinin qarşısında görüşərək ondan son olaraq 100 manat beh almış və bir daha ona evi satacağını əmin etmişdir. Ev anasının adına olduğundan və anasının evin satılmasına razılığı olmadığından evi Zərərçəkmiş şəxs sata bilməmişdir. O, yaşadığı evin özünə məxsus olmamasını dərk etdiyi halda həmin evi satmaq məqsədi ilə Şahilə xanımı aldadaraq ondan 1700 manat pulu aldıqdan sonra pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayının ortalarında ev almaq üçün “Tik-tok” sosial şəbəkəsində paylaşılan ev elanları ilə maraqlanarkən Sabunçu rayonu, Ramana qəsəbəsi, X3 küçəsi 296 ünvanında yerləşən “Pətək” marketin yaxınlığında satışda olan 18000 manat dəyərində fərdi yaşayış evi ilə bağlı elan diqqətini çəkmiş, qeyd olunan elanda yerləşdirilmiş mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq, elanda göstərilən evi almaq istədiyini bildirmişdir. Fevral ayının 20-də Ramana qəsəbəsində yerləşən almaq istədiyi həmin evin sahibi, adının sonradan Fuad Şəfiyev olmasını öyrəndiyi şəxs ilə satışa qoyulan evin qarşısında görüşmüş və beh olaraq evin sahibinə həmin ünvanda 1000 manat pul verdikdən sonra Fuad Şəfiyev ilə xx.xx.2024-cü il tarixdə sənədləşmə aparılması barədə razılaşmışdır. Bir neçə gün sonra ev sahibi Fuad ona zəng edərək uşağının xəstə olduğunu deyib əlavə olaraq evin ümumi qiymətindən çıxmaq şərti ilə ondan 700 manat pul istəmiş və o, həmin məbləğin 600 manatını ona 28 fevral 2024-cü il tarixdə günorta saatlarında öz yaşadığı ünvanın qarşısında vermişdir. Daha sonra o,“Tiktok”sosial şəbəkəsində həmin evin təkrardan satışa çıxarıldığını görərək almaq istədiyi həmin ünvana getmiş, Fuad ilə ünvanda söhbət edən zaman Fuad elanı təkrar yerləşdirdiyi üçün ondan üzr istəmiş və ona evi satması barədə təkrar olaraq razılığa gəlmişlər. 2024-cü il mart ayının 15-də Fuad Şəfiyev onu Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Sabunçu DYPŞ-nin yaxınlığındakı ev alqı-satqısı ofisinə çağırmış, ev alqı-satqı ofisində ikisi təklikdə söhbət edən zaman, Fuad həmin gün evin sənədləşməsi üçün anasının gətirilməli olduğunu deyib ondan 100 manat yol pulu almış və həmin məbləğin də evin ümumi qiymətindən çıxacağını demişdir. Bir neçə gün sonra Fuadın ona zəng edərək anasının evi satmaq istəməməsini deməsi səbəbindən o, Fuaddan ona verdiyi 1700 manat pulu geri istəmiş və Fuad pulu ona geri qaytaracağını vəd etsə də, vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan cəmi 650 manatın qaytarıldığını və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 08-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 mart 2024-cü il tarixli protokoldan görünür ki, 102 xidmətindən 15-ci PB-yə daxil olmuş məlumat əsasında, hadisə yerində olan zaman həmin yerin Sabunçu rayonu, Zabrat qəsəbəsində, DYPŞ-nin yaxınlığında yerləşən ev alqı-satqısı ilə məşğul olan obyekt olması müəyyən edildi. Cinayət işinin 22-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdə, saat 18:00-da şübhəli Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilərək aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 49-cu vərəqində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-dən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 84-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 99-100-cü vərəqələrində olan “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 13 dekabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Səfiyev Ömər, xx.xx.2017-ci il təvəllüdlü Səfiyev Tunar ad soyadlı yetkinlik yaşına çatmayan və xx.xx.2023-cü il təvəllüdlü Səfiyev Uğur, xx.xx.2025-ci il təvəllüdlü Səfiyeva Mələk ad soyadlı azyaşlı övladları vardır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamından görünür ki, çavuş – Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini, himayəsində 4 (dörd) azyaşlı övladının olmasını, X1 iştirakçısı olmasını və döyüşlərdə iştirakına görə Azərbaycan Respublikasının Prezidentinin 24 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(5-101)-11/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-11/2026
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver