Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-101)-14/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuşdur. Belə ki, o, 09 mart 2025-ci il tarixdə, saat 23:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus olan “BMC PROCİTY 12 M” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev prospekti ilə üzü metropolitenin “Koroğlu” stansiyasına doğru 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması kimi tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi “BMC PROCİTY 12 M” markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla yolun hərəkət hissəsinin sağ kənarında geriyə hərəkət edən və toqquşmadan əvvəl dayanmış vəziyyətdə olan X1 idarə etdiyi “Kamaz” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə arxadan toqquşması nəticəsində idarə etdiyi avtobusda olan sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ mil sümüyünün tipik yerdən yerdəyişmiş qapalı sınığı ilə nəticələnən ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmuş və faktiki olaraq yaşamışdır. "xxxx" MMC-yə məxsus “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, 172 saylı sərnişin avtobusunu yol vərəqəsi və ‘BCD’ kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. xx.xx.2025-ci il tarixdə, saat təxminən 23:10 radələrində şəxs ‘Baku Bus’ MMC-yə məxsus ‘BMC’ markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, 172 saylı sərnişin avtobusu ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində Heydər Əliyev prospekti ilə ‘Koroğlu’ metrostansiyası istiqamətində hərəkətdə olarkən Ziya Bünyadov prospekti ilə kəsişməyə yaxın yol ayrıcında, yolun sağ hissəsində təxminən 50–60 metr məsafədə dayanmış vəziyyətdə olan ‘Kamaz’ markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini görmüş, əyləc tətbiq edərək sükan idarəetməsini sağ zolaq istiqamətində dəyişməsinə baxmayaraq, yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş və idarə etdiyi sərnişin avtobusunun sağ ön hissəsi ilə həmin yük avtomobilinin arxa hissəsinə toxunmuşdur. Nəticədə zərbənin təsirindən ‘Kamaz’ markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili hərəkətə gələrək sağ tərəfdəki səki üzərindən keçmiş, digər hərəkət zolağına çıxaraq dayanmışdır. Hadisə zamanı zərbənin təsiri nəticəsində onun sifət nahiyəsi avtobusun daxili hissələrinə dəyərək müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisə baş verdikdən sonra avtobusda olan, şəxsiyyəti müəyyən edilməmiş, təxminən 23–27 yaş aralığında, arıq bədən quruluşlu iki nəfər şəxs ona köməklik göstərmişdir. Zərərçəkmiş aldığı xəsarətlərlə əlaqədar X6 xidməti vasitəsilə X4 aparılaraq tibbi müayinədən keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtobusda olan bir nəfər sərnişin, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs xəsarət almışdır. Həmin sərnişin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 11 saylı internat məktəbinin yaxınlığındakı dayanacaqdan avtobusa minmiş və Metropolitenin ‘Koroğlu’ stansiyası istiqamətində hərəkət edirmiş. Hadisə zamanı xəsarət alması ilə əlaqədar olaraq həmin şəxs hadisə yerinə gəlmiş X6 avtomobili vasitəsilə X4 aparılaraq tibbi müayinədən keçirilmişdir. Qeyd olunan tarixdə ‘Baku Bus’ MMC-yə məxsus ‘BMC’ markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, 172 saylı sərnişin avtobusunun yük bölməsində hər hansı yük olmamış, hadisə baş verdiyi vaxt avtobusda ümumilikdə dörd nəfər sərnişin olmuşdur. Həmin avtobus hadisəyə qədər texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Eyni zamanda, o, qeyd olunan tarixdə hadisədən əvvəl spirtli içki və ya hər hansı psixotrop maddə qəbul etməmiş, habelə müvafiq tibbi müayinədən keçmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmuş və faktiki olaraq yaşamışdır. xx.xx.2025-ci il tarixdə, saat təxminən 22:00 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsindən ‘Koroğlu’ metrostansiyasına getmək məqsədilə şəxs ‘Baku Bus’ MMC-yə məxsus ‘BMC’ markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusuna minmişdir. Təxminən saat 23:10 radələrində həmin sərnişin avtobusu Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində ‘Koroğlu’ metrostansiyası istiqamətində hərəkət edərkən Ziya Bünyadov prospekti ilə kəsişməyə yaxın yol ayrıcında, yolun sağ hissəsində dayanmış vəziyyətdə olan ‘Kamaz’ markalı, **- HT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə toxunmuşdur. Zərbənin təsirindən ‘Kamaz’ markalı yük avtomobili hərəkət edərək sağ tərəfdəki səki üzərindən keçmiş və digər hərəkət zolağına çıxaraq dayanmışdır. Hadisə nəticəsində o sağ bilək nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər almışdır. Hadisə zamanı avtobusda olan, şəxsiyyəti məlum olmayan, təxminən 23–27 yaşlı, arıq bədən quruluşlu iki nəfər şəxs ona köməklik göstərmişdir. xx.xx.2025-ci il tarixdə zərərçəkmiş aldığı xəsarətlə əlaqədar Travmatologiya İnstitutuna müraciət etmişdir. Baku Bus’ MMC-yə məxsus ‘BMC’ markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunu sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etmiş və avtobusda 3–4 nəfər kişi cinsli sərnişin olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: Cinayət işi materiallarında olan “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 23 iyul 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) Cinayət işi materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat təxminən 23:10 radələrində idarə etdiyi ‘Baku Bus’ MMC-yə məxsus ‘BMC Procity 12 M’ markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə X1 idarə etdiyi ‘Kamaz’ markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə toqquşmuşdur. (i.v. 5-11). Cinayət işi materiallarında olan “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/2329 nömrəli, 10 mart 2025-ci il tarixli tibbi müayinə” aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur. (i.v. 20). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 Sabunçu Rayon Şöbəsinin 14 mart 2025-ci il tarixli, 474 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol gicgah nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin əzilmiş səthi yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 25-26). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X5 Sabunçu Rayon Şöbəsinin 05 may 2025-ci il tarixli, 845 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ mil sümüyünün tipik yerdən yerdəyişmiş qapalı sınığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti şəxsin xəsatəxanaya müraciətindən bir qədər əvvələ olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. (i.v. 48-49) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən (DİN BDYPİ Qİİ) alınmış xx.xx.2025-ci il tarixli, 3-13-16/2-159077/2025 saylı məktubdan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibarlı) BB 461098 nömrəli, “B, B1, C, C1, D, D1” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı heç bir məlumat qeydə alınmamışdır. (i.v. 79). Cinayət işi materiallarında olan “görüntüyə baxış keçirilməsi haqqında” 23 avqust 2025-ci il tarixli protokoldan görünür ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş 1 ədəd DVD diskə baxış zamanı videogörüntüdə sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ‘BMC Procity 12 M’ markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti istiqamətində, metropolitenin ‘Koroğlu’ stansiyasına doğru hərəkətdə olarkən yolun hərəkət hissəsinin sağ kənarında geriyə hərəkət edən və toqquşmadan əvvəl dayanmış vəziyyətdə olan X1 idarə etdiyi ‘Kamaz’ markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə arxadan toqquşması təsbit edilmişdir. (i.v. 84) Cinayət işi materiallarında olan “görüntüyə baxış keçirilməsi haqqında” 23 avqust 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd DVD diskə köçürülmüş videogörüntülərə baxış zamanı 1 ədəd DVD diskdə 10 ədəd videofayl müəyyən edilmişdir. CH01-20250309-231200-232200 saylı videogörüntünün 03:46-cı saniyəsində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ‘BMC Procity 12 M’ markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti istiqamətində, metropolitenin ‘Koroğlu’ stansiyasına doğru hərəkətdə olarkən yolun hərəkət hissəsinin sağ kənarında geriyə hərəkət edən və toqquşmadan əvvəl dayanmış vəziyyətdə olan X1 idarə etdiyi ‘Kamaz’ markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə arxadan toqquşması görüntüləri aşkar edilmişdir. CH02-20250309-231200- 232200 saylı videogörüntünün 03:46-cı saniyəsində sürücü Təqsirləndirilən şəxs yola baxmayaraq avtobusun sağ hissəsinə diqqət yetirməsi səbəbindən idarə etdiyi ‘BMC Procity 12 M’ markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusla yol-nəqliyyat hadisəsi törətməsi təsbit edilmişdir. CH07-20250309-231200-231546 saylı videogörüntünün 03:46cı saniyəsinə qədər olan müddət ərzində iş üzrə Zərərçəkmiş şəxs ‘BMC Procity 12 M’ markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusda əyləşməsi görüntüləri müəyyən edilmişdir. (i.v. 85) Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat müəyyən edilmişdir. (i.v. 91). Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 03 noyabr 2025-ci il tarixli, 8/2251 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən tədqiq olunan şəraitdə Kamaz markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “BMC” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 92-93). Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 09 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin tərkibi olmadığından həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsinin görüntülərini əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (i.v. 96-101) Cinayət işi materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında 09 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” qətimkan tədbiri seçilmişdir. (i.v. 130-131) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 oktyabr 2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Nizami Rayon Məhkəməsinin 25 avqust 2000-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 67-68). Cinayət işi materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Cinayət işi materiallarında olan MV seriyalı 061362 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 263.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış hadisə yerinin video görüntüsü əks olunmuş 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat pul məbləği Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirak etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəməyədək icraat zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 7 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN ********** köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(5-101)-14/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(5-101)-14/2026
13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver