Məhkəmə qərarları › İş №1(5-101)-16/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-16/2026

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-16/2026 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X1, Zərərçəkmiş şəxs5, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Əlisahib oğlunun iştirakları ilə, xx.xx.1977-ci ildə Sabirabad rayonunda anadan olmuş, ailəli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əlisahib oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Əlisahib oğlu, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Əlisahib oğlu özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü Azəriqaz ASC-nin əməkdaşı kimi təqdim edərək yaşayış sahələrinə qaz sayğacları quraşdırcağına inam yaradıb etibardan sui-istifadə və aldatma yolu ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus 2 ədəd yeni tikilmiş mənzilə, X3 məxsus 2 ədəd yeni tikilmiş mənzilə, Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd yeni tikilmiş mənzilə, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd yeni tikilmiş mənzilə, X2 məxsus 1 ədəd yeni tikilmiş mənzillərin hər birinə 800 manat müqabilində qaz sayğacı quraşdıracağına dair yalan vədlər verərək Zərərçəkmiş şəxs3 18 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Aşbaz” restoranında sonuncunun özünə məxsus 800 manat, Əlövsət Musayevə məxsus 800 manat, Zərərçəkmiş şəxs2 məxsus 800 manat, Zərərçəkmiş şəxs1 məxsus 400 manat, Hacıbala Səmədova məxsus 400 manat məbləğində ona çatdırılması üçün Zərərçəkmiş şəxs3 verdikləri, ümumilikdə 3200 manat pulu, habelə 30 oktyabr 2024-cü il tarixdə saat 19:58də Zərərçəkmiş şəxs3 məxsus 800 manat, Əlövsət Musayevə məxsus 800 manat, Zərərçəkmiş şəxs2 məxsus 800 manat, Zərərçəkmiş şəxs1 məxsus 400 manat, Hacıbala Səmədova məxsus 400 manat məbləğində ona çatdırılması üçün Zərərçəkmiş şəxs3 verdikləri pul vəsaitlərini sonuncu tərəfindən Sabunçu rayonu, Zabrat qəsəbəsi Kərpiçzavod YYM-də onun istifadəsində olan +**********77 saylı mobil nömrəyə bağlı M10 tətbiqinə 3200 manat məbləğində göndərilmiş, Zərərçəkmiş şəxs3 1600 manat, Əlövsət Musayevin 1600 manat, Zərərçəkmiş şəxs2 1600 manat, Zərərçəkmiş şəxs1 800 manat, Hacıbala Səmədovun 800 manat, ümumilikdə 6400 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Əlisahib oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun qonşu kəndçisidir. Vüsalı 2024-cü ilin oktyabr ayında tanımışdır. Vüsal tikdirmiş olduğu fərdi evlərə qaz sayğacı quraşdırmaq istəmişdir. Belə ki, 2024-cü ilin oktyabr ayının əvvəllərində Vüsal onunla əlaqə saxlayaraq bildirmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində fərdi yaşayış evləri tikdirmişdir, həmin evlərə qaz sayğacı quraşdırmaq lazımdır. O, Vüsala bildirmişdir ki, evlərə baxsın daha sonra sənədləşməsində köməklik edər. Təxminən, 2 gün sonra o və Vüsal Abşeron rayonu, Məmmədli kəndində görüşmüşlər. Orada Vüsalın tikdirdiyi mənzillərə baxmış və Vüsala bildirmişdir ki, həmin evlərə qaz sayğacları quraşdırmaq üçün hər birinə 800 manat məbləğində pul lazımdır. Vüsal onunla razılaşmış, evlərin müvafiq sənədlərini ona təqdim etmişdir. 28 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Aşbaz” restoranında Vüsal ilə görüşmüşdür. Həmin vaxt Vüsalın yanında 2 nəfər tanımadığı şəxs olmuşdur. Orada o, Vüsaldan 3200 manat məbləğində pulu ilkin işləri həll etmək üçün almışdır. Qalan 3200 manat məbləğində pulu isə, işləri bitirdikdən sonra alacaqlarına razılaşmışıar. Bundan sonra o, həmin mənzillərə qaz sayğacı quraşdırmaq üçün adam axtarmışdır. Vüsalın mənzillərinin sənədləri qaydasında olmadığından həmin mənzillərə qaz sayğacı quraşdıra biləcək adam tapa bilmədiyindən Vüsaldan almış olduğu 6400 manat məbləğində pulu öz tələbatlarına xərcləmişdir. Vüsal isə, hər dəfə qaz sayğacı barədə soruşanda, həmin şəxsi aldadaraq tez bir zamanda həll edəcəyini demişdir. O, özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim etməmişdir. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslərlə barışmışlar. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ev alqı-satqısı ilə məşğul olduğu üçün Abşeron rayonu, Məmmədli qəsəbəsində torpaq sahəsi alaraq 2 ədəd yaşayış evi tikdirmişdir. Həmin yaşayış evlərinin qaz sayğacı olmadığı üçün sonradan ortaq tanışları vasitəsilə Təqsirləndirilən şəxs Əlisahib oğlu ilə tanış olmuşdur. Natiqlə tanışlıqları zamanı həmin şəxs ona bildirmişdir ki, "xxxx" ASC-də işləyir. Təqsirləndirilən şəxs Əlisahib oğlu (***-***- **-**) hər birinə 800 manat müqabilində həmin evlərə qaz sayğacı quraşdıra biləcəyini demişdir. Həmin ərəfədə qaz sayğacı quraşdırılacaq olan evlərin qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 (***-***-**-**), X4 (***-***-**-**), X5 (***-***-**-**), Zərərçəkmiş şəxs2 (***-***-**-**) adlı şəxslər də, onunla birgə birləşib hər ev üçün 800 manat məbləğində pul qoyaraq, ümumilikdə 6400 manat məbləğində pul yığmışdırlar. Həmin pulun 3200 manat məbləğini, təxminən 2024-cü ilin oktyabr ayının 18-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Aşbaz” restoranında Təqsirləndirilən şəxs Əlisahib oğluna qaz sayğacı quraşdırılması üçün vermişdir. Qalan 3200 manat məbləğində pulu isə, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod YYMdə olarkən ***-***-**-** saylı “M 10” hesabından Təqsirləndirilən şəxs Əlisahib oğluna məxsus ***-***-**-** saylı “M 10” hesabına köçürtmüşdür. Lakin, həmin gündən bu günə qədər Təqsirləndirilən şəxs Əlisahib oğlu müxtəlif bəhanələr bildirərək qaz sayğacını quraşdırmamış və həmin şəxsə verdiyi, ümumilikdə 6400 manat məbləğində pulu geri qaytarmamışdır. Baş vermiş hadisə nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Natiqi əvvəllər tanımamışdır. 2024-cü ilin yay aylarında Sabunçu RPİ-nin inzibati ərazisində yerləşən Abşeron rayonu, Məmmədli kəndində 1.1 ha və 1.3 ha torpaq sahəsində 2 ədəd, hər biri 3 otaqdan ibarət mənzil tikdirmişdir. Həmin mənzillərə qaz sayğacı çəkdirmək qərarına gəlmişdir. Onun tikdirdiyi mənzillərin yaxınlığında onunla birlikdə mənzil tikən şəxslər Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs1 da, tikdirdiyi mənzillərə qaz sayğacı quraşdırtmaq istəmişdir. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onun tanışı Natiq "xxxx" ASC-də işləyir və həmin şəxs hər bir mənzilə 800 manat müqabilində qaz sayğacı quraşdıra bilər. Həmin gün Vüsal Natiqi onun tikdirdiyi mənzilə gətirmişdir. Natiq mənzilə baxaraq bildirmişdir ki, 15 gün ərzində qaz sayğacı quraşdıracaqdır. O, həmin şəxslə razılaşmış və Zərərçəkmiş şəxs3 1600 manat məbləğində pul vermişdir ki, Natiqə versin. Vüsal ondan 1600 manat məbləğində pulu almışdır. Bundan 20 gün sonra o, Vüsaldan sayğacın hansı səbəbdən quraşdırılmadığını soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, Natiq tez bir zamanda quraşdıracaqdır. Həmin vaxtdan Natiq hər dəfə onları aldadaraq demişdir ki, qaz sayğacını quraşdıracaq, lakin quraşdırmamışdır. Onlar qərara gəlmişdirlər ki, həmin şəxsin barəsində şikayət etsinlər. Baş vermiş hadisə nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, 2024-cü ilin yay aylarında Abşeron rayonu, Məmmədli kəndində 0.2 ha torpaq sahəsində 1 ədəd 3 otaqdan ibarət mənzil tikdirmişdir. Həmin mənzilə qaz sayğacı çəkdirmək qərarına gəlmişdir. Onun tikdirdiyi mənzilin yaxınlığında onunla birlikdə mənzil tikən şəxslər Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs1 da tikdirdiyi mənzillərə qaz sayğacı quraşdırmaq istəmişdirlər. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onun tanışı Natiq adlı şəxs 800 manat məbləğində pul müqabilində qaz sayğacı quraşdıra bilər. Həmin gün Vüsal Natiqi onun tikdirdiyi mənzilə gətirmişdir. Natiq mənzilə baxaraq bildirmişdir ki, 15 gün ərzində qaz sayğacı quraşdıracaqdır. O, həmin şəxslə razılaşmış və Zərərçəkmiş şəxs3 800 manat məbləğində pul vermişdir ki, Natiqə versin. Vüsal ondan 800 manat məbləğində pulu almışdır. Bundan 20 gün sonra o, Vüsaldan sayğacın hansı səbəbdən quraşdırılmadığını soruşmuşdur. Vüsal ona bildirmişdir ki, Natiq tez bir zamanda quraşdıracaqdır. Həmin vaxtdan Natiq hər dəfə onları aldadaraq demişdir ki, qaz sayğacını quraşdıracaq, lakin quraşdırmamışdır. Baş vermiş hadisə nəticəsində ona 800 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2024-cü ilin yay aylarında Abşeron rayonu, Məmmədli kəndində 1.7 və 1.6 sot torpaq sahəsində 2 ədəd hər biri 3 otaqdan ibarət mənzil tikdirmişdir. Həmin mənzillərə qaz sayğacı çəkdirmək qərarına gəlmişdir. Bildirmişdir ki, onun tikdirdiyi mənzilin yaxınlığında onunla birlikdə mənzil tikən şəxslər Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 da tikdirdiyi mənzillərə qaz sayğacı quraşdırtmaq istəmişdirlər. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onun tanışı Natiq adlı şəxs "xxxx" ASC-də işləyir və həmin şəxs hər bir mənzilə 800 manat məbləğində pul müqabilində qaz sayğacı quraşdırtdıra bilər. Həmin gün Vüsal Natiqi onun tikdirdiyi mənzilə gətirmişdir. Natiq mənzilə baxaraq bildirmişdir ki, 15 gün ərzində qaz sayğacı quraşdıracaqdır. O, həmin şəxslə razılaşmış və Zərərçəkmiş şəxs3 1600 manat məbləğində pul vermişdir ki. Natiqə versin. Vüsal ondan 800 manat məbləğində pulu almışdır. Bundan 20 gün sonra o, Vüsaldan sayğacın hansı səbəbdən quraşdırılmadığını soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, Natiq tez bir zamanda quraşdıracaqdır. Həmin vaxtdan Natiq hər dəfə onları aldadaraq demişdir ki, qaz sayğacını quraşdıracaq, lakin quraşdırmamışdır. Onlar qərar gəlmişdirlər ki, həmin şəxsin barəsində şikayət etsinlər. Baş vermiş hadisə nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin yay aylarında Sabunçu RPİ-nin inizbati ərazisində yerləşən Abşeron rayonu, Məmmədli kəndində 2,5 ha torpaq sahəsində 4 otaqdan ibarət 100 kv/m sahəyə malik bir ədəd mənzil tikdirmişdir. Həmin mənzilə qaz sayğacı çəkdirmək qərarına gəlmişdir. Onun tikdirdiyi mənzilin yaxınlığında onunla birlikdə mənzil tikən şəxslər Zərərçəkmiş şəxs3 X5, Zərərçəkmiş şəxs2 da tikdirdiyi mənzillərə qaz sayğacı quraşdırmaq istəmişdirlər. Zərərçəkmiş şəxs3 bildirmişdir ki, onun tanışı Natiq adlı şəxs "xxxx" ASC-də işləyir və həmin şəxs hər bir mənzilə 800 manat məbləğində pul müqabilində qaz sayğacı quraşdırıra bilər. Həmin gün Vüsal Natiqi onun tikdirdiyi mənzilə gətirmişdir. Natiq mənzilə baxaraq bildirmişdir ki, 15 gün ərzində qaz sayğacı quraşdıracaqdır. O, həmin şəxslə razılaşmış və Zərərçəkmiş şəxs3 800 manat məbləğində pul vermişdir ki, Natiqə versin. Vüsal ondan 800 manat məbləğində pulu almışdır. Bundan 20 gün sonra o, Vüsaldan sayğacın hansı səbəbdən quraşdırılmadığını soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, Natiq tez bir zamanda quraşdıracaqdır. Həmin vaxtdan Natiq hər dəfə onları aldadaraq demişdir ki, qaz sayğacını quraşdıracaq, lakin quraşdırmamışdır. Onlar qərar gəlmişdirlər ki, həmin şəxsin barəsində şikayət etsinlər. Baş vermiş hadisə nəticəsində ona 800 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim edilən ərizəsində Təqsirləndirilən şəxs Əlisahib oğlu tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 28 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvana baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.14-16); Tutma barəsində xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Əlisahib oğlu həmin tarixdə saat 17:00 radələrində tutulmuşdur(i.v.60); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Əlisahib oğlunun barəsində əvvəli 08 mart 2025-ci il tarixdən hesablanmaqla 07 iyun 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir(i.v.100-107); İfadənin yerində yoxlanması barədə 11 mart 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 iş üzrə Təqsirləndirilən şəxs Əlisahib oğluna 3200 manat pulu 18 oktyabr 2024-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Aşbaz” restoranında verdiyi yeri və Təqsirləndirilən şəxs Əlisahib oğlunun +**********77 saylı mobil nömrəsinə “M 10” tətbiqi vasitəsilə 3200 manat pulu 30 oktyabr 2024-cü ildə göndərərkən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod yeni yaşayış massivində olan "Kür" restoranının qarşısında olduğu yeri göstərərək istintaqa verdiyi ifadəsini təsdiq etmişdir(i.v.127-130); Qətimkan tədbirinin seçilməsi barədə 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əlisahib oğlu barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.137-138); Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Əlisahib oğlu həmin tarixdə saat 15:00 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir(i.v.154); Qətimkan tədbirinin seçilməsi haqqında 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Əlisahib oğlu barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.164-165); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əlisahib oğlu əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur(i.v.168-169); Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs Əlisahib oğlu tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmiş, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Əlisahib oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Əlisahib oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs Əlisahib oğlunun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini(CM-59.1.12), zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam olaraq ödəməsini(CM- 59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Əlisahib oğlunun cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Əlisahib oğlu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 08 mart 2025ci il tarixdən 07 iyun 2025-ci il tarixədək ev dustaqlığında olduğu 03(üç) ay müddət, 15 sentyabr 2025-ci il tarixdən 17 sentyabr 2025-ci il tarixədək tutulduğu 02(iki) gün müddət, ümumilikdə 03(üç) ay 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Əlisahib oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs Əlisahib oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs Əlisahib oğluna elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs Əlisahib oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs Əlisahib oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Əlisahib oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Əlisahib oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Əlisahib oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Əlisahib oğlunun 08 mart 2025-ci il tarixdən 07 iyun 2025-ci il tarixədək ev dustaqlığında olduğu 03(üç) ay müddət, 15 sentyabr 2025-ci il tarixdən 17 sentyabr 2025-ci il tarixədək tutulduğu 02(iki) gün müddət, ümumilikdə 03(üç) ay 02(iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06(altı) ay 04(dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Əlisahib oğlu yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs Əlisahib oğlunun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Əlisahib oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Əlisahib oğlunun cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Əlisahib oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Əlisahib oğlunun dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar