Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-101)-21/2026 13.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Xüsusi ittihamçı X14 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, X4 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X14 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X3 Nərminə Nəriman qızının və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 Nərminə Nəriman qızı ilə xx.xx.2013-ci il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Ailə həyatının ilk günlərindən cavabdehlə münasibətləri normal olsa da sonralar münasibətləri gərginləşmişdir. Hazırda Sabunçu rayon məhkəməsinin icraatında həm nikahın pozulması, həm də əmlak məsələləri ilə bağlı məhkəmə mübahisələri vardır. xx.xx.2025-ci il tarixdə saat 10:20-də Sabunçu rayon məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə aparılan məhkəmə iclasında X6 və anası X17 onun və ailəsinin ünvanına təhqiramiz və böhtan xarakterli ifadələr işlətmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Sabunçu rayon məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə apanlan məhkəmə iclasının 05:20-ci dəqiqəsində hakim mənə sual vermişdir ki, ayrılmağınıza səbəb nə olmuşdur? O fikirlərini Nərminəyə ünvanlamadan, heç onun tərəfinə baxmadan hakimə ayrılma səbəblərinin-Nərminənin kənar adamla - Mayıs adla şəxslə görüşdüyünü əsas gətirmişdir. O, Nərminəyə böhtan atmır və onun bununla bağlı sübutu vardı, həm o hakimin sualına cavab vermişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarında qeyd olunmuşdur ki, “Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.”Göründüyü kimi o hakimin sualına cavab vermiş sadəcə və bu hal cinayət məsuliyyətinə səbəb olmamalıdır.Lakin bu fikirləri eşidən Nərminə Novruzova onun üzərinə psixoloji hücum edərək hakimin fikirlərini yayındırmağa çalışmışdır. Onun bu fikrinə qarşılıq olaraq Nərminə Novruzova həmin iclasın 05:28-ci dəqiqəsində “Sənin anan və aardasıvın arvadı Mavısla gaz/r’’-bildirmişdir. Bununla da onun ailə üzvlərinə böhtan atmışdır. xx.xx.2025-ci il tarixdə Sabunçu rayon məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə aparılan məhkəmə iclasının 10:38-ci dəqiqəsində X17 onun və ailəsinin ünvanına “Şərəfsiz” sözünü işlədir. Həmin iclasın 10:40-cı dəqiqəsində X6 şəxsinə “şərəfsiz”, vəfat etmiş atasına isə “gorbagor” deyir. Atası mərhum Kamil Novruz Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, əsərlərinə musiqilər bəstələnmiş, kənd ağsaqqalı, ziyalı şəxsiyyət olmuşdur. xx.xx.2019-cu ildə vəfat etmişdir. Həmin iclasın ll:58-ci dəqiqəsində X1 Orxan Kamil oğluna “Sənin anan otelə gedib, sənin nəslində mənim kimi qeyrətli qız yoxdur”-deyir. Həmin iclasın 17:22-ci dəqiqəsində qardaşı X19 “şərəfsiz” deyir, hakim ona cərimələnəcəyi barədə xəbərdarlıq edir, o isə “belə insanlara görə dəvər cərimə olunmaga”-bildirir. Həmin iclasın 33:33-cü dəqiqəsində yenə onun ünvanına “şərəfsiz” deyir. Habelə 07 oktyabr 2025-ci il tarixdə hakim Vidadi Qasımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında X17 onun ünvanına “ Ə sus ə şərəfsiz” sözlərini demişdir. Həmin iclasın diski əldə olunmuşdur, şikayətə əlavə olunacaqdır. Beləliklə, X6 və anası X17 xx.xx.2025-ci il tarixdə Sabunçu rayon məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə apanlan məhkəmə iclasında onun və ailəsinin ünvanına həm təhqiramiz (şərəfsiz, gorbagor), həm də böhtan xarakterli (ailəmdən olan qadınların yüngül həyat tərzi sürməsi) söylədiyi fikirləri məhkəmə iclasının katib və köməkçisinin, qarşı tərəfin vəkili X2, onun öz vəkili X7, həmin günü məhkəmə iclasında əyləşən anası X20 və bibisi X15, eləcə də məhkəmə iclasında azad dinləyici kimi əyləşən digər şəxslərin rahat formada eşidib dərk edəcəyi formada yüksək səslə səsləndirilmişdir. X6 və anası X17 tərəfindən səslənən fikirlər (mənim dəli, narkoman, şizofren olmağım, ailəmdəki qadınların yüngül həyat tərzi sürməsi, qanında erməni qanı var anam da elə deyir ifadələri qeyri-etik əməllərini icra etdiyi şəxslərlə müzakirəsi) həqiqəti əks etdirmir və onun və ailəsinin şəxsiyyətinə, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ləkə gətirir. Bu faktların hamısı yalan olduğundan sadəcə bu cür məlumatlar yayaraq insanlarda, cəmiyyətdə ailəsinə qarşı aqressiya, nifrət oyatmağa çalışmışdır və kin toxumları yaymaqdadırlar. Nəsli Azərbaycanlı, ana vətənim qədim türk yurdu Qərbi Azərbaycan Vedibasar rayonu Şidli kəndi olmaqla, hərbi mükəlləfıyyətli, yüksək ali təhsilli, vətəninə sadiq, dövlətinə və xalqına layiqli vətəndaş olan elmi məqalələri dünya reytinqli jurnallarda dərc olunan, iki övladını düzgün ailə mühitində yetişdirməyə çalışan şəxsinə atılan bu böhtanların əsaslandırılmasını zati-alinizdən, hörmətli məhkəmədən xahiş edir. Həmin məhkəmə iclasından sonra anasının ağrıları kəskinlikləşmiş, bir zamanlar evinə gəlin gətirdiyi qadının indi onu yüngül həyat tərzi sürməkdə ittiham etməsi ağır gəlmişdir. Anasının ağrıları şiddətləndiyindən həkimə aparmalı olmuş, çoxsaylı müalicələr etmək məcburiyyətində qalmışlar. Həmin məhkəmə iclasından sonra onun da səhhətində narahatlıqlar başlamış, keçməyən şiddətli baş ağrılarına məruz qalmışdır. Soyadını daşıyan, bir zamanlar həyat yoldaşı olan qadının məhkəmə iclasında səsləndirdiyi təhqir və böhtan xarakterli ifadələr mənə psixoloji travma vurmuşdur. Həmin məhkəmə iclasından sonra mütəmadi psixoloji dəstək almaq məcburiyyətində qalmışdır. Bununla ona həm maddi, həm mənəvi ziyan vurulmuşdur. Ona vurulan zərər hüdudsuz olsa da, əgər rəqəmlərlə ifadə etməli olsa, ona dəyən zərəri 10 000 manat məbləğində qiymətləndirir. Hesab edir ki, X12 və anası X8 əməllərində həm CM-in 147, həm də 148-ci maddələrinin tərkib əlaməti vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmanı ehtiva edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcürbəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatlarm təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına müdaxilə olubolmamasına diqqət yetirsinlər". Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrində öz əksini tapmış cinayətin bilavasitə obyekti başqa şəxsin şərəf, ləyaqəti və ya nufuzu təşkil edir. Şərəf-cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət-şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görünüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz-şəxsin cəmiyyətə, kollektivə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub- olmaması yoxlanılır. Cinayət Prosessual Məcəlləsinin 293.3-cii maddəsində qeyd olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Hesab edir ki, tərəfindən CPM-in 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına tam riayət olunmuş və şikayətin icraata qəbul edilməsindən imtina üçün heç bir əsas yoxdur. Belə ki, həm özü barəsində məlumatları təfsilatı ilə qeyd etmiş, həm də hansı əməlin (həm təhqir, həm böhtan), harada (Sabunçu rayon məhkəməsinin iclasında), nə vaxt (xx.xx.2025-ci il tarixdə saat 10:20-də), necə törədilməsi (məhkəmə iclasında səsləndirilməsi), maddi və mənəvin zərərin vurulması və onun qiymətləndirilməsi (10 000 manat), cinayəti törədən şəxslərin kimliyi (X12 və anası X17) və onlar barədə məlumatlar, cinayətin törədilmə hallarının təsdiqi kimi cinayətin məhkəmə iclasında törədilməsi və bunun təsdiqi olaraq həm məhkəmə iclasında iştirak edən şəxslər, həm də fasiləsiz audiovideo yazının aparılması sübutlarla təsdiq edilir. Bildirmək istəyir ki, X6 və anası X8 onun və ailəsinin ünvanına təhqiramiz və böhtan xarakterli ifadələri xx.xx.2025-ci il tarixdə saat 10:20-də Sabunçu rayon məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə aparılan məhkəmə iclasında işlətmişdir. Həmin məhkəmə iclasının video-diskini əldə etmək istəsək də, məhkəmədən bildirdilər ki, bu disk yalnız məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilə bilər. Ona görə də məhkəmədən xahiş edir ki, həmin video-diskin əldə edilməsinə nail olsun. Çünki o bu sübutu məndən asılı olmayan səbəbdən əldə edə bilmir. Qeyd olunanlar nəzərə alınaraq, X6 və X17 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunaraq, layiqli cəzaya məhkum edilmələri, ictimai işlərə cəlb olunmaları, habelə X9 və X8 həm qohumlar, həm də məhkəmə iştirakçıları arasında ondan və ailəsindən yazılı və şifahi şəkildə üzr istəmələri barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X24 məhkəməyə ərizə təqdim edərək xüsusi ittiham qaydasında X4 və X11 barəsində verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi2 şikayətin geri qaytarılmasına etiraz etmədiyini, şikayətinin forma və məzmununa riayət edilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 müdafiəçisi Müdafiəçi1 şikayətin geri qaytarılmasına etiraz etmədiyini, şikayətinin forma və məzmununa riayət edilmədiyini bildirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və X16 məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərlə barışdığından və şikayətdən imtina etdiyindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 şikayətdən imtina etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayətin icraatına qəbul edilməsindən imtina edilməlidir Həmçinin məhkəmə hesab edir ki, X4 və X11 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında şikayət vermiş şəxs X24 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X4 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 6 iş saatına görə 66 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. X11 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 6 iş saatına görə 66 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(5-101)-21/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(5-101)-21/2026
13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver