Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-26/2026 05.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, 2 il 5 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi ev 10-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi döngə 3, ev 6-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 noyabr 2025-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat şossesində yerləşən “Meyvəli” satış korpusunda "Kabab Dürüm" adlı obyektin qarşısında Zərərçəkmiş şəxs məxsus olan böyük soyuducunun içərisində olan 01 ədəd ümumi dəyəri təxminən 550 manat olan kompressor, 01 ədəd ümumi dəyəri təxminən 80 manat olan kondensator radiatoru, 01 ədəd ümumi dəyəri təxminən 40 manat olan kondensator ventilyatoru, 01 ədəd ümumi dəyəri təxminən 80 manat olan evaporator (buxarlandırıcı), 01 ədəd ümumi dəyəri təxminən 60 manat olan evaporator ventilyatoru, 01 ədəd ümumi dəyəri təxminən 40 manat olan kapilyar boru, 01 ədəd ümumi dəyəri təxminən 15 manat olan filter quruducu, 01 ədəd ümumi dəyəri təxminən 80 manat olan soyuducu qaz doldurma, 01 ədəd ümumi dəyəri təxminən 60 manat olan termostat, 01 ədəd ümumi dəyəri təxminən 200 manat olan elektron kontrol paneli, 01 ədəd ümumi dəyəri təxminən 25 manat olan temperatur sensoru, 01 ədəd ümumi dəyəri təxminən 30 manat olan start kondensatoru, 01 ədəd ümumi dəyəri təxminən 15 manat olan qoruyucu elementlər, 01 ədəd ümumi dəyəri təxminən 15 manat olan lampa, ümumi dəyəri təxminən 45 manat olan elektrik naqillərini kəlbətinlə kəsməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1335 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fəhləlik etməklə, zibilliklərdən metal tullantıları toplayıb təhvil verməklə dolanır, X8 uşaqlıqdan tanıyır, onunla aralarında yaxın dostluq münasibətləri vardır. X5 ilə 15 noyabr 2025-ci il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat şossesində küçədə gəzən zaman “Meyvəli” satış korpusunun qarşısında olan "Kabab Dürüm" adlı yerin qarşısında böyük soyuducunu görmüşlər. Əvvəlcədən özü ilə götürdüyü kəlbətinlə soyuducunun mühərrikini və metal borularını söküb çıxarmış, daha sonra sonra da elektrik naqillərini sökmüşdür. Sonra həmin əşyaları əvvəlcədən özləri ilə götürdükləri ağ sellofan kisənin içinə qoyub oradan uzaqlaşmışlar. Ruslanla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gəlmişlər. Balaxanı qəsəbəsində “Kənan" şadlıq sarayının qarşısında yolun kənarında yerləşən metal qəbul etmə məntəqəsinə yaxınlaşmışlar. Metal qəbul edən şəxs yəni, sonradan adını bildiyi Aşur adlı şəxs çıxıb onların gətirdikləri metal əşyalara baxmış və həmin əşyaları tərəzidə çəkmişdir. Həmin şəxs oğurladıqları soyuducunun mator hissəsini metal kimi qəbul etmiş və onlara 22 manat pul vermişdir. Sonra oradan çıxıb Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə qayıtmışlar. Soyuducunun içərisində olan akseusuarları isə heç bir dəyəri olmadığını və sata bilməyəcəklərini düşündükləri üçün yolda hazırda xatırlamadığı bir yerdə atmışlar. Əldə etdikləri 22 manat pulu Ruslanla birlikdə şəxsi ehtiyacları üçün xərcləmişlər. Oğurluq zamanı istifadə etdiyi kəlbətini də oğurluq etdikdən sonra hazırda xatırlamadığı bir yerdə atmışdır. Oğurladıqları əşyaları satdığı şəxsə əşyaların özlərinə məxsus olduğunu demişlər. Ona oğurluq barədə heç nə deməmişlər. Bu oğurluqdan başqa heç bir oğurluğu yoxdur. Verilmiş suallara cavabında oğurladıqları əşyalar radiator və mator olduğunu, lampa olmadığını, oğurluq barədə həmin vaxt birlikdə razılaşıb götürdüklərini, Ruslanla birlikdə söküb götürdüyünü, etdiyi oğurluqları pula ehtiyacı olduğu üçün etdiyini, ziyandan heç bir ödəniş olmadığını bildirmişdir. Həmçinin onun barəsində hazırda eyni maddələr ilə Sabunçu rayon polis idarəsində yenidən cinayət işi vardır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, maddi sübut və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2004-cü ildən sahibkarlıqla məşğul olur. Belə ki, həmin ildən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat şossesi Ramana sovxozuna dönən yolun üstündə ticarət obyektləri vardır. Həmin obyektlərdən “Meyvəli" satış korpusunda obyektini Natiq adlı şəxsə icarəyə vermişdir. Natiq qeyd olunan obyekti az müddət işlətdikdən sonra çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində “Meyvəli” satış korpusuna gedəndə “Kabab Dürüm” adlı obyektinin qarşısında olan soyuducunun içərisində olan 01 ədəd ümumi dəyəri təxminən 550 manat olan kompressor, 01 ədəd ümumi dəyəri təxminən 80 manat olan kondensator radiatoru, 01 ədəd ümumi dəyəri təxminən 40 manat olan kondensator ventilyatoru, 01 ədəd ümumi dəyəri təxminən 80 manat olan evaporator(buxarlandırıcı), 01 ədəd ümumi dəyəri təxminən 60 manat olan evaporator ventilyatoru, 01 ədəd ümumi dəyəri təxminən 40 manat olan kapilyar boru, 01 ədəd ümumi dəyəri təxminən 15 manat olan filter quruducu, 01 ədəd ümumi dəyəri təxminən 80 manat olan soyuducu qaz doldurma, 01 ədəd ümumi dəyəri təxminən 60 manat olan termostat, 01 ədəd ümumi dəyəri təxminən 200 manat olan elektron kontrol paneli, 01 ədəd ümumi dəyəri təxminən 25 manat olan temperatur sensoru, 01 ədəd ümumi dəyəri təxminən 30 manat olan start kondensatoru, 01 ədəd ümumi dəyəri təxminən 15 manat olan qoruyucu elementlər, 01 ədəd ümumi dəyəri təxminən 15 manat olan lampa, ümumi dəyəri təxminən 45 manat olan elektrik naqillərinin oğurlandığını anlamış və buna görə də, xx.xx.2025-ci il tarixdə əvvəlcə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sonra isə 14-cü PŞ-nə gedib bu barədə ərizə və izahat yazmışdır. Qeyd olunan oğurlanmış hissələrin ayrıayrılıqda qiymətlərini bilməsə də, soyuducunun qeyd etdiyi hissələrinin oğurlanması nəticəsində ona ümumilikdə 1335 manat maddi ziyan dəymişdir. Qeyd olunan soyuducu obyektin qarşısında küçədə olmuş, ətrafı açıq vəziyyətdə olmaqla, hər hansı maneə və saxlanc yeri olmamışdır. Dəymiş ziyandan heç bir ödəniş olunmayıb, şikayətçidir, ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Kənan” şadlıq sarayının yanında yerləşən metal qəbulu məntəqəsini icarəyə götürüb işlədir. 15.11 2025-ci il tarixdə səhər saat 05 radələrində metal qəbulu məntəqəsində yatan zaman qapı döyülməsi səsini eşitmiş, bundan sonra kim olmasını soruşduqda həmin şəxs metal alırsanmı deyə soruşmuşdur. Daha sonra qapını açmış, qapıda iki nəfər əvvəlcədən tanımadığı şəxslər olduğunu görmüşdür. Həmin şəxslərdən sonradan adını bildiyi Hüseyn adlı şəxs zibillikdən tapdıqları köhnə soyuducunun hissələri olduğunu və metal kimi satmaq istədiklərini demişdir. Həmin əşyalara baxdıqda görmüşdür ki, metal boru, elektrik naqilləri və soyuducu matorudur. Onların gətirdikləri həmin əşyaları metal kimi çəkmiş, 1 kq. elektrik naqilləri, 7 kq. müxtəlif metal məmulatları, 800 qram mis borular və bir ədəd soyuducu matorunu metal kimi hesablayıb 22 manata almışdır. Həmin şəxslər pulu götürüb getmişlər. Bir neçə gün sonra polis əməkdaşları ona yaxınlaşanda məlum olmuşdur ki, əslində həmin şəxslərin ona satdıqları metalları haradansa oğurlayıblar. Lakin, onun əvvəlcədən həmin metalların oğurluq olmasından heç bir məlumatı olmayıb. Bundan sonra bir ədəd soyuducu matorunu təhqiqat zamanı polis əməkdaşlarına təqdim etmişdir. Digər metalları isə topdan satdığı üçün təqdim edə bilməmişdir. Həmin şəxslər yuxarıda qeyd etdiyi əşyalardan başqa ona heç vaxt hər hansı əşya satmayıblar. Məhkəmə iclası zamanı verilmiş suallara cavabında göstərmişdir ki, Təqsirləndirilən şəxs gətirdiyi əmlaklar elə də dəyərli olmamışdır, adətən onları, metal və digər əşyaları tullantı yığan adamlar gətirirlər, Hüseyn də həmin şəxs kimi gətirib əşyaları ona təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 noyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır(i.v 01). “hadisə yerinə baxış keçirilməsi barədə” 16 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Sabunçu rayonu, Maştağa Zabrat şossesinin sol tərəfində yerlşən “Meyvəli” satış korpusu qarşısına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.5-6). “təqdim edilmə barədə” 19 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs vət. Zərərçəkmiş şəxs məxsus soyuducudan oğurladığı mühərriyi metal qəbulu məntəqəsində təhqiqata təqdim etmişdir(i.v.12-13). “hadisə yerinə baxış keçirilməsi barədə” 17 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Sabunçu rayonu, Daş Karxanası yolunda yerləşən “Ramana İnşaat” tikinti materialları mağazasına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.22-24). “hadisə yerinə baxış keçirilməsi barədə” 17 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Sabunçu rayonu Maştağa qəsəbəsi Maştağa-Zabrat şossesində yerləşən yarımtikiliyə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.38-41). “şübhəli şəxsin tutulması haqqında” 21 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2025-ci il tarixli saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur(i.v.63-64). “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur(i.v.77-78). 24 noyabr 2025-ci il tarixli müstəntiqin qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.89-90). Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 26 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.95). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, xx.xx.2016-cı ildə AR MM-nin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, 2 il 5 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur(i.v 102-104). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 05 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır(i.v.111-129). “Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə” 22 dekabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrindən, həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, istintaqın hazırki mərhələsində X6 şəxsiyyəti müəyyən edilərək, ona ittiham elan edilməsi mümkün olmadığından, hazırki cinayət işindən zəruri istintaq sənədlərinin kserosurətləri çıxarılmaqla, X6 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi ayrılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir, Təqsirləndirilən şəxs X7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Gülçülük sovxozu, Daş Karxanası küçəsində yerləşən “Ramana İnşaat” tikinti materialları mağazasından, həmçinin X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat şossesində yolun kənarında ətrafı aliminium listlərlə hasarlanmış yarımtikili obyektdən oğurluq etməsi faktları öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən barəsində həmin faktlar üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət təqibinə xitam verilmişdir, X7 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Gülçülük sovxozu, Daş Karxanası küçəsində yerləşən “Ramana İnşaat” tikinti materialları mağazasından, həmçinin X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat şossesində yolun kənarında ətrafı aliminium listlərlə hasarlanmış yarımtikili obyektdən oğurluq edilməsi faktları ilə bağlı əlavə araşdırma aparılması üçün qeyd olunan faktlar üzrə toplanmış materiallar cinayət işindən ayrılmış, Təqsirləndirilən şəxs və X6 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi olmadığından, barələrində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194 və 307-ci maddələrinin tərkibi tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd soyuducunun matoru iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış, iş üzrə şahid ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, hadisə yerinə baxış və təqdim edilmiş əşyanın götürülməsi protokolları sübut növü kimi tanınmışdır(i.v.130-136). Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, 01 ədəd soyuducunun matorunu təhvil almış, məhkəməyədək saxlayacağına söz vermişdir(i.v 156). Məhkəmənin sorğusuna əsasən Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 4(5-101)-41/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 yanvar 2026-cı il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, maddi sübut, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin Qeydinə əsasən 1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması(oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Oğurluq cinayəti törədilərkən zərərçəkmiş bilavasitə talamanın predmeti olan əmlakın(məsələn, hesabdakı pul vəsaitinin) onun mülkiyyətindən yaxud sahibliyindən çıxdığını bilmir və ya təqsirkar həmin əmlakı zərərçəkmişdən xəbərsiz, gizli şəkildə ələ keçirdiyini güman edir. Dələduzluq cinayətində isə zərərçəkmiş bilavasitə talamanın predmeti olan əmlakı və ya əmlak hüququnu təqsirkarın sahibliyinə və ya sərəncamına verdiyini dərk edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edərək özünü müdafiə üçün dəlillər məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə vurulmuş ziyanın bir qismini ödəməsini(CM- 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növünə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 il müddətinə(CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 20 gün) azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin buna baxmayaraq təqsirləndirilən şəxs yenidən bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Həmçinin Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 4(5-101)-41/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs iki epizod üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-35/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, o yenidən eyni əməlləri törətmiş və törətməkdə davam etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, düzdür iş üzrə yekun məhkəmə qərarının qəbul edilməməsinə baxmayaraq, Təqsirləndirilən şəxs barəsində hazırda Sabunçu RPİnin icraatında Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə ********* saylı cinayət işinin olması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlər əvvəlki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təqsirləndirilən şəxsin islah olunması üçün yetərli olmadığının göstəricisidir. Beləliklə, az ciddi cəza növü(azadlığın məhdudlaşdırılması) cəzanın məqsədlərinə və cəzanın təyin edilməsinin ümumi əsaslarına uyğun hesab edilə bilməz. Təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə maddənin sanksiyasında nəzərə tutulmuş cəzanın həddinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin vurulmuş ziyanın bir qismini ödəməsi, dəymiş ziyanın məbləği (1335 manat maddi ziyan) nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 21 noyabr 2025-ci il tarixdən 24 noyabr 2025-ci il tarixdək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı(CM-nin 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), cəzasının əvvəli 05 fevral 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində başqa iş üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, maddi sübut 01 ədəd soyuducu matorun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində hazırki iş üzrə cinayət işinə baxılarkən müəyyən edilmişdir ki, o, başqa cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(5-101)-41/2026 saylı 28 yanvar 2026-cı il tarixli qərarı ilə həbs etmənin əvvəli 26 yanvar 2026-cı il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən, həmin qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, başqa iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs başqa iş üzrə 26 yanvar 2026-cı il tarixdən tutulduğundan qeyd edilən hal həmin cinayət işi üzrə nəzərə alınmalı, hazırki iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirildiyindən, cinayət iş üzrə cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi, yəni 05 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs 21 noyabr 2025-ci il tarixli saat 22:00-da şübhəli şəxs qismində tutulmasından, 24 noyabr 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunmasına, 24 noyabr 2025-ci il tarixli qərarla saxlandığı MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsinə məhkəmə tərəfindən ayrıca qərarla qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 noyabr 2025-ci il tarixdən 24 noyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, barəsində başqa iş üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 4(5-101)-41/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut-01 ədəd soyuducu matorunun zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 23 iş saatına görə 253 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan(Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan) 20(iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20(iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(5-101)-26/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-26/2026
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver