Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-101)-4/2026 21.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, hazırda “Gold Hospital”-da və “X5” X3 həkim travmatoloq-ortoped vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, ev C1, mənzil 81-də yaşayan, barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına, yəni ehtiyatsızlıqdan fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə zərər vuran digər ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, 8 aprel 2020-ci il tarixli əmək müqaviləsi və həmin tarixli 100 nömrəli əmrlə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin Təcili və X1 şöbəsinin Təcili və X1 üzrə həkim vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən, Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim-terapevtin nümunəvi vəzifə təlimatı”na əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərini yerinə yetirməkdə onlara köməklik etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək və digər təşkilati-sərəncamverici funksiyalara malik olmaqla ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə, öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə, daxili intizam, qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, öz məsuliyyətini lazımi qaydada dərk etməyib həmin tələblərə əməl etməyərək publik hüquqi şəxsin işçisi kimi hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün sağlamlığın qorunması və keyfiyyətli tibbi yardım alınması üzrə hüquq münasibətlərinin əmələ gəlməsi ilə nəticələnən hərəkətləri edən, eləcə də həyata keçirdiyi cərrahiyyə əməliyyatları zamanı icrası məcburi olan göstərişlər verən vəzifəli şəxs qismində işinə vicdansız və laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək səhlənkarlıq edib, həmin dövrdə “Travmatologiya-ortopediya” ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul ola biləcəyinə dair şəhadətnamədən keçmədən “Meniskektomiya” cərrahiyyə əməliyyatının aparılmasına səlahiyyəti olmadığı halda Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının 24.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələblərini pozmaqla xx.xx.2020-ci il tarixdə “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X3 sağ diz oynağının MRT müayinəsindən keçib, nəticənin əks olunduğu CD diskini ona təqdim etmiş xəstə xx xxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ diz oynağının lateral və medial menisklərində hər hansı bir patologiya, o cümlədən menisk yırtığı qeyd olunmadığı halda, xəstəyə “Sağ diz oynağında medial meniskinin İİİ dərəcəli yırtığı” kimi səhv diaqnoz qoyaraq öz vəzifələrini tam, vaxtında və dəqiq icra etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək, cinayətkarcasına etinasızlıq göstərib tibbi göstəriş olmadan 12 avqust 2020-ci il tarixdə işlədiyi Zərdab şəhəri, Azərbaycan küçəsində fəaliyyət göstərən “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X3 Zərərçəkmiş şəxs üzərində lüzumsuz yerə meniskektomiya cərrahiyyə əməliyyatını icra edərək, bu əməliyyat nəticəsində onun xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi xəstə Zərərçəkmiş şəxs müvazinətinin əhəmiyyətli dərəcədə pozulması, davamlı ağrı sindromu, ödem, deformasiya, diz və aşıq-baldır oynaqlarının hər ikisində hərəkətlərin əhəmiyyətli dərəcədə məhdudlaşması, ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə (33%-ə qədər) dayanıqlı itirilməsi kimi fəsad və ağırlaşmalarla müşayət olunan laterial meniskin ön buynuzunun zədələnməsi, İİ dərəcəli yırtıq və dislokasiyaya səbəb olaraq sağlamlığına az ağır zərər vurmaqla, həmçinin bu qüsurlu tibbi xidmət səbəbindən Zərərçəkmiş şəxs qanunla qorunan mənafelərinə sağlamlığının bərpası üçün uzun müddətli və külli miqdarda maliyyə resursları tələb edən müayinə, müalicə prosedurlarına müraciət etmək məcburiyyəti qarşısında qalmasında, gündəlik həyat tərzinin dəyişilməsində, həyata keçirilən sonrakı çoxsaylı müalicə tədbirlərinə baxmayaraq onun sağlamlığının bərpasının mümkün olmamasında ifadə olunan ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir. Məhkəmə hazırlıq iclasında sədrlik edən bildirmişdir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu hazırki cinayət əməlinin törədilmə yeri verilmiş ittihama əsasən Zərdab rayonu olduğundan cinayət işinin aidiyyat üzrə göndərilməsi barədə proses iştirakçılarının fikrini soruşur. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı işin məhkəmə baxışına təyin edilməsini bildirdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs işin aidiyyatı üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Müdafiəçi2 və X2 aidiyyat məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işi aidiyyəti üzrə baxılması üçün Zərdab rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 29.1-ci maddəsinin mətnində göstərilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir. 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. 299.3 və 299.3.1-ci maddələrinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəmə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxılır. 300.1 və 300.1.4-cü maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilə bilər. İş materiallarında olan sənədlərdən, eləcə də təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin törədilmə yeri kimi “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ göstərilmişdir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(5-101)-4/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(5-101)-4/2026
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver