Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-40/2026 12.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş-mülki iddiaçı hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi - X3, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1991-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2siz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 sentyabr 2025-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Əliyar Əliyev küçəsində yerləşən vətəndaş Şahid icarə əsasında işlətdiyi “Elçin market” mağazaya tavandan keçmə yolu ilə qanunsuz daxil olaraq mağazanın içərisində quraşdırılmış saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs ASC-yə məxsus olan 52030 saylı, “SAQA” markalı ödəniş terminalının pul bölməsinin qapısını üzərində olan çəkiclə sındıraraq qanunsuz daxil olub həmin aparatın içərisində olan pul kasetinin içərisindəki ümumilikdə 3.032 (üç min otuz iki) manat olmaqla 47 ədəd 1 manat, 17 ədəd 5 manat, 17 ədəd 10 manat, 14 ədəd 20 manat, 15 ədəd 50 manat və 17 ədəd 100 manat dəyərində olan pul əskinzalarını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə 3.032 (üç min otuz iki) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, son vaxtlar işsiz olduğu, həmçinin borc sahiblərinin onlardan aldığı borcları geri istəməsi, uşaqlarının məktəb qabağı geyim və dərs ləvazimatalrının alınması üçün maddi vəsaitinin olmaması səbəbindən oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək üçün isə ən əlverişli yerin təxminən 3 ay bundan əvvəl suvaq işləri gördüyü Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 22 saylı avtobusun son dayanacağının yaxınlığında yerləşən mağazanın olduğunu düşünmüşdür. O, bu məqsədlə də yaşadığı evdən özünə məxsus olan 01 ədəd başlığı dəmir uc hissəsi nazik olan dəstəyi isə taxta materialdan ibarət çəkici üzərində götürərək 17 sentyabr 2025-ci il tarixdə gecə saat 02 radələrində həmin ünvana getmiş və ətrafı müşahidə etdikdən sonra heç kimin olmadığını görmüş və həmin qeyd etdiyi ünvandakı darvazanın yaxınlığında olan daşların üzərinə çıxmaqla oradan həyətə tullanmış, daha sonra isə həyətdəki hasarın üzəri ilə damın üstündən ön tərəfə gedərək mağazanın arxasındakı həyətə tullanmışdır. O, plastik pəncərənin açıq olduğunu görüb, oradan da içəridəki otağa daxil olaraq 03 ədəd stol və stulları bir-birlərinin üzərinə qoymuş plastik lambirin materialdan olan tavandakı alçıpan materiallı balaca giriş qapını əli ilə açdıqdan sonra qalxaraq tavanın içərisinə daxil olmuş və ona bitişik olan mağazanın lambirinin tavanından mağazanın içərisinə düşmüşdür. Onun məqsədi oradkı terminaldan pul oğurlamaq olmuşdur. Mağaza sahibini tanıdığı və yaxşı münasibətləri olduğu üçün mağazadan heç nə oğurlamamışdır. İçəri daxil olduqdan sonra aparata yaxınlaşmış üzərində olan çəkicin ön uc hissəsini həmin ödəmə aparatının açılıb bağlanan qapı hissəsinə keçirməklə onu yarıya qədər araladıqda həmin vaxt çəkic qırılmışdır. Daha sonra həmin çəkicin dəstəyi ilə dəmiri aralayıb aparatın içində olan pulların yığıldığı kaseti çıxarmış və əlində kasetlə birlikdə qalxdığı üsulla da qayıdan zaman yerə yıxılmış, həmin vaxtda kaset onun əlindən düşərək ağzı açılmış onun içərisində olan pulları götürüb cibinə qoymuşdur. Qaranlıq olduğu üçün orada pul qalıb qalmadığını bilmir. Sonra o, həytədəki olan dəmir qapını açaraq oradan çıxıb yola tərəf getmiş, yolda gedərkən pulları saydıqda ümumilikdə 715 manat məbləğində pulların olduğunu görmüşdür. Oğurladığı pullardan qardaşının uşağına dərman və öz uşaqlarına məktəb paltarları və ləvazimatları almış, yerdə qalanı ilə borcunu qaytarmış, 250 manat pula isə özünə 01 ədəd “Samsung Galaxy A 05” markalı mobil telefon almışdır. Etdiyi əməldən çox peşmandır. Himayəsində azyaşlı uşaqları, İİİ qrup əlil atası vardır. Hadisəni törətməsi maddi baxımdan ehtiyac içərisində olmasından irəli gəlmişdir. Bu hadisədən sonra işə girmişdir, əmək fəaliyyəti ilə məşğul olur. Bir daha belə əməllərə yol verməyəcəkdir. Mülki iddianı ödəmək üçün banka müraciət etsə də, onun işləməsinin 6 ayı tamam olmaması səbəbindən kredit verilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi aşağıdakı sübutlarla təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş-mülki iddiaçı hüquqi şəxs Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi - X7 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ASC- nin hüquqşünas vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs ASC -yə məxsus Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində Əliyar Əliyev küçəsində yerləşən “Elçin market”də quraşdırılmış 01 ədəd 52030 saylı, “SAQA” markalı ödəniş terminalının pul bölməsinin qapısını sındıraraq həmin aparatın içərisində olan pul kasetinin içərisindəki ümumilikdə 3.032 (üç min otuz iki) manat pul oğurlanmış, bundan başqa həmin aparatın 55 manat dəyərində olan pul qapısının qıfılı, 850 manat dəyərində olan pul qəbuledici, 95 manat olan kartoxucu, 25 manat kartoxuyucunun qutusu 85 manat sensor və 280 manat dəyərində olan pul bölməsinin qapısının təmiri (dəmirçi və rəngsaz işləri ilə birlikdə ) olmaqla ümumi dəyəri 1390 (bir min üç yüz doxsan) manat olmuşdur. Baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 4422 manat məbləğində ziyan vurulmuşdur. Məhkəməyə hüquqi şəxsin adından qeyd edilən məbləğin təqsirləndirilən şəxsdən tutulub hüquqi şəxsin xeyrinə ödənilməsinə dair mülki iddia təqdim etmişlər. Həmin mülki iddianı müdafiə edir və cinayət mühakimə icraatı qaydasında cavadehdən müvafiq olaraq onun cinayət sayılan əməlləri nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq mumilikdə 4422 manat məbləğində pul vəsaitinin və 64.22 manat məbləğində dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş 4422 manat ziyanın cinayət işi zamanı maddi sübut kimi götürülmüş əmlak hesabına ödənilməsinə etiraz edir. Vurulmuş maddi ziyanın pul şəklində Zərərçəkmiş şəxs MMC-yə ödənilməsini xahiş edir. Hansı cəzanın təqsirləndirilən şəxsə təyin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Anaşkin küçəsində yerləşən mağazanı icarəyə götürüb işlədir. Həmin mağazada ərzaq məhsulları satır. Sonuncu dəfə 16 sentybar 2025-ci il tarixdə saat 22 radələrində mağazanı bağlayıb evinə getmiş və 17 sentyabr 2025-ci il tarixdə saat 06 radələrində işə gəlib mağazanının qapısını açıb içəri daxil olan zaman mağazanın içərisinin dağınıq halda olduğunu və mağazanın giriş qapısının sağ tərəfində qoyulmuş "xxxx" ödəmə terminalı aparatının qapağının əzilmiş və müəyyən hissələrinin sındırılmış vəziyyətdə olduğunu aşkar etdikdə dərhal polisə və həmin aparata nəzarət edən şəxsə telefonla zəng edərək məlumat vermişdir. Daha sonra isə mağazaya baxış keçirdikdə plasmas materiallı lambirinin bir hissəsinin aralandığını görmüş, baş vermiş hadisə nəticəsində mağazadan heçnə oğurlanmamış və ona maddi ziyan vurulmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, məlumat əsasında Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsinə gedilmiş, ətrafda kənd tipli yaşayış məntəqələri, evləri vardır. Hadisənin baş verdiyi yer 22 nömrəli avtobusun son dayanacağının yaxınlığında yerləşir, mağazaya daxil olduqda təxminən 30-40 m² ibarətdir. Mağazanın içərisində ərzaq və qeyri-ərzaq malları vardır, mağazanın “giriş” qapısından sağ tərəfdə “Goldenpay” şirkətinə məxsus olan yaşıl rəngli ödəmə terminalı vardır. Həmin aparatın qapısı xarici müdaxilə nəticəsində yararsız vəziyyətə salınmışdır. 01 ədəd dəstəyi taxta materiallı ön hissəsi nazik dəmirdən olan dəmirin üzərində zavod üsulu ilə “Eltos” yazıları həkk olunmuş dəstək hissəsi qırılmış çəkic aşkar olunaraq götürülmüşdür. Ekspert-kriminalist tərəfindən kömür tozu vasitəsi ilə 10 ədəd əl izləri götürülmüşdür. - cinayət törətməkdə şübhə yarandıqda şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:50-də AR CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanıması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, "xxxx" ASC ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Həşdər Əmirahovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə onun ifadələri xx.xx.2025-ci il tarixdə saat 13:10 saatdan 13:30 saatadək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerində yoxlanılmış, ifadələri yerində yoxlanılan şəxs Təqsirləndirilən şəxs təklif edildi ki, oğurluq etdiyi yeri göstərsin, həmin ünvana gedildi və məlum oldu ki, həmin yer Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən “Elçin” marketdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi məlumatları göstərərək oğurluq etdiyi yeri göstərdi. - könüllü təqdim olunan əşyanın götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pula aldığı 01 ədəd “Samsung Galaxy A 05” markalı, R93WB01HNMA seriyalı İMEİ 1: **********67620 və İMEİ 2: **********67621 kodlu mobil telefon aparatını istintaq orqanına könüllü təqdim etmişdir. - maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung Galaxy A 05” markalı, R93WB01HNMA seriyalı İMEİ 1: **********67620 və İMEİ 2: **********67621 kodlu mobil telefon aparatı və 01 ədəd dəstəyi taxta materiallı ön hissəsi nazik dəmirdən olan, dəmirin üzərində zavod üsulu ilə “Eltos” yazıları həkk olunmuş, hadisə nəticəsində dəstək hissəsindən qırılmış çəkic maddi sübut hesab olunmuş və saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Yaqubov X4 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-nin 177.1-ci maddəsi hökmdən xaric edilib cəza 4 il 9 aya endirilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi ünvanında yerləşən “Elçin” market mağazasında müvafiq müqavilə əsasında quraşdırılmış və fəaliyyət göstərən ümumi dəyəri 5100 AZN olan 52030 saylı, “SAQA” markalı ödəniş terminalından edilmiş oğurluq nəticəsində vurulmuş ziyan- pul qapısının qıfılı 55 manat, pul qəbuledici 850 manat, kartoxuyucu 95 manat, kartoxuyucunun qutusu-25 manat, sensor 85 manat, pul bölməsinin qapısının təmiri (dəmirçi və rəngsaz işləri ilə birlikdə) 280 manat olmaqla ümumilikdə 1390 (bir min üç yüz doxsan) dəyərində ziyan vurulmuşdur. - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi ünvanında yerləşən “Elçin” market mağazasında müvafiq müqavilə əsasında quraşdırılmış və fəaliyyət göstərən ümumi dəyəri 52030 saylı, “SAQA” markalı ödəniş terminalından xx.xx.2025-ci il tarixdə edilmiş oğurluq nəticəsində 47 ədəd 1 manat, 17 ədəd 5 manat, 17 ədəd 10 manat, 14 ədəd 20 manat, 15 ədəd 50 manat və 17 ədəd 100 manat dəyərində olan pul əskinzaları oğurlanmaqla ümumilikdə 3032 manat məbləğində pul oğurlanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən vətəndaş Şahid işlədiyi mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin (soyuducunun üzərindən götürülmüş) (ADİS-in məlumat bankına Sabunçu RPİ-dən daxil olan) xx.xx.1991-ci il tarixdə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. - qətimkan tədbirinin dəyişdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. - Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X5 və 23.07.014-cü il təvəllüdlü X6 adlı iki uşağı vardır. - Əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X1 xx.xx.1994-cü ildən İİİ dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. - xx.xx.2026-cı il tarixli Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs MMC Zərərçəkmiş şəxs ASC-nin təşkili-hüquqi formasının dəyişməsi nəticəsində yenidən təşkil edilmiş və onun hüquqi varisidir. - Zərərçəkmiş şəxs ASC tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi təqdim olunaraq cinayət mühakimə icraatı qaydasında cavadehdən müvafiq olaraq onun cinayət sayılan əməlləri nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq mumilikdə 4422 manat məbləğində pul vəsaitinin və 64.22 manat məbləğində dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs MMC-yə ödənilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2026-cı il tarixli qərarı ilə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC tərəfindən verilmiş mülki iddia icraata qəbul edilmiş, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. - Hadisə anının video görüntülərini əks etdirən bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs mağazanın tavanından lambirini sındıraraq mağazaya daxil olduğu, orada olan ödəmə terminalını sındıraraq pul kasetini oğurlayaraq oradan uzaqlaşdığı müəyyən olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir....” “AR CM-nin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli qərarına əsasən “oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. Qeyd olunmalıdır ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi etirafını, əməlindən səmimi peşmançılıq keçirməsini, ailənin yeganə qazanc gətirəni olmasını, himayəsində azyaşlı uşaqlarının, İİİ qrup əlil atasının olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. AR CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Göründüyü kimi cəzanın məqsədi şəxsə əzab vermək deyil, onun islah olunmasını təmin etməkdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, əməlindən səmimi peşmançılığını ifadə edən, törətdiyi əməlin mənfi nəticələrini dərk edərək əmək fəaliyyəti ilə məşğul olmağa başlayan, öz davranışları ilə islah olunduğunu göstərən şəxsin barəsində ən sərt cəza olan azadlıqdan məhrum etmə cəzasının verilməsi cəzanın məqsədini təmin etməməklə humanizm və ədalət prinsipinin tələblərinə də uyğun deyil. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, AR CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza təyin edilməli, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onların davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Rayon (Şəhər) Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Həmin Məcəllənin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Həmin Məcəllənin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung Galaxy A 05” markalı, R93WB01HNMA seriyalı İMEİ 1: **********67620 və İMEİ 2: **********67621 kodlu mobil telefon aparatı və 01 ədəd dəstəyi taxta materiallı ön hissəsi nazik dəmirdən olan, dəmirin üzərində zavod üsulu ilə “Eltos” yazıları həkk olunmuş, hadisə nəticəsində dəstək hissəsindən qırılmış çəkic maddi sübut hesab olunmuş və saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxsdən götürülmüş telefon cinayət nəticəsində əldə etdiyi pul vəsaiti hesabına əldə edilmiş əşyadır. Məhkəmə iclasında zərərçəkmiş-mülki iddiaçı hüquqi şəxsin nümayəndəsi yazılı qaydada ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş 4422 manat ziyanın cinayət işi üzrə maddi sübut kimi götürülmüş əmlak hesabına ödənilməsinə etiraz edir, vurulmuş maddi ziyanın pul şəklində Zərərçəkmiş şəxs MMC-yə ödənilməsini xahiş etmişdir. Ona görə məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq saxlanması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd “Samsung Galaxy A 05” markalı, R93WB01HNMA seriyalı İMEİ 1: **********67620 və İMEİ 2: **********67621 kodlu mobil telefon aparatı xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq saxlanması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd dəstəyi taxta materiallı ön hissəsi nazik dəmirdən olan, dəmirin üzərində zavod üsulu ilə “Eltos” yazıları həkk olunmuş, hadisə nəticəsində dəstək hissəsindən qırılmış çəkic xüsusi müsadirə olunmalı və məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş – mülki iddiaçı Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş mülki iddia təmin edilməli, cinayət nəticəsində dəymiş maddi ziyana görə Təqsirləndirilən şəxs 4422 manat pul vəsaiti və 64,22 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməldir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixdə rəsmi qaydada dərc olunmuş xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında aşağıdakı dəyişiklik edilmişdir: “2. 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin”. Göstərilən dəyişikliyə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli və bu zaman dövlət büdcəsindən tutulacaq vəsaitin məbləği sərf edilmiş hər iş saatına görə 11 manat olmaqla hesablanmalıdır. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin olunsun və Təqsirləndirilən şəxs 4422 manat pul vəsaiti və 64,22 manat dövlət rüsumu, ümumilikdə 4486,22 manat pul tutularaq zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd dəstəyi taxta materiallı ön hissəsi nazik dəmirdən olan, dəmirin üzərində zavod üsulu ilə “ELTOS” yazıları həkk olunmuş hadisə nəticəsində dəstək hissəsindən qırılmış çəkic xüsusi müsadirə olunsun və məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd “Samsung Galaxy A 05” markalı R93WB01HNMA seriyalı İMEİ 1: **********67620 və İMEİ 2: **********67621 kodlu mobil telefon aparatı xüsusi müsadirə olunsun və dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 iş saatına (hər iş saatına görə 11 manat hesablanmaqla) 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(5-101)-40/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-40/2026
12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver