Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-101)-44/2026 02.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Daşkəsən rayonu, Daşkəsən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,845 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə matemfetamini əldə edib üzərində saxlamaqla daşımış və 16 sentyabr 2025-ci il tarixdə 23:30-da Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşı tərəfindən ünvan 3 ünvanında piyada hərəkətdə olan zaman şübhəli olduğu üçün saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 12-ci Polis şöbəsinə gətirilərək orada 17 sentyabr 2025-ci il tarixdə saat 01:20-də üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01(bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,845 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 ilə yaxın müddətdir ki, narkotik vasitə və psxiotrop maddələrdən istifadə edir. Sonuncu dəfə 16 sentyabr 2025-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu ərazisində üzdən tanıdığı lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi şəxsə 40(qırx) manat pul verməklə şəxsi istifadəsi üçün 01 (bir) büküm psixotrop maddə olan metamfetamin almış və onu əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Psixotrop maddəni özü üçün almışdır və həmin maddəni digər şəxsə satmaq fikrində olmamışdır. Həmin gün, yəni 16 sentyabr 2025-ci il tarixdə saat 23:30 radələrində Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi ünvanında piyada hərəkətdə olan zaman bir nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş və və ondan üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi tələb etmişdir Lakin üzərində psixotrop maddə metamfetamin olduğundan özünü itirmiş və polis əməkdaşından yayınmağa cəhd etmişdir. Üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığından və şübhəli olduğundan Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkil dəvət edilmiş, dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Ona bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcəkdir. Daha sonra vəkilin və polis əməkdaşının iştirakı ilə üzərinə videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində psixotrop maddə metamfetamin kimi tanıdığı kütləni təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisindən adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 16 sentyabr 2025-ci il tarixdə 40 (qırx) manat əlbəəl pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bu günə kimi heç kimə psixotrop maddə satmamışdır, həmçinin üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini də kiməsə satmaq niyyəti olmamışdır. Həmin psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Ruhi və psixi cəhətdən sağlamdır, heç bir xəstəxanada qeydiyyatda deyildir. 16 sentyabr 2025-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə şübhəli şəxs qismində gətirilərkən polis əməkdaşları tərəfindən ona qarş: heç bir fiziki zorakılıq göstərilməmişdir. Əməlindən çox peşmandır. Əvvəllər məhkum olunmamış, narkotik vasitə istifadə etməmişdir. Bir daha belə bir əmələ yol verməyəcəyinə söz verir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə ona məxsus olmuşdur. Müharibə iştirakçısı olduğundan aldığı zədələr və psixi durumu səbəbindən narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Eyni zamanda ərizə təqdim edərək vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq barəsində amnistiya tətbiq edilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı Şahid məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 16 sentyabr 2025-ci il tarixdə saat 23:30 radələrində inzibati ərazidə ünvan 3 ünvanında xidmət aparan zaman bir nəfər kişi cinsli şəxsin özünü həddən artıq şübhəli apardığını və ətrafa boylana-boylana hərəkət etdiyini görmüşdür. Həmin şəxs onu gördükdə isə hərəkət istiqamətini dəyişməyə cəhd etmişdir. Onun bu hərəkətləri şübhə yaratdığından şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsdən özünü təqdim etməsini və üzərində hər hansı şəxsiyyətini təsdiq edən sənəd varsa təqdim etməsini xahiş etmişdir. Həmin şəxs isə bildirmişdir ki, üzərində heç bir sənəd yoxdur və yenidən yayınmağa cəhd etmişdir. Şəxs üzərində narkotik vasitə və psixotrop maddələrin saxlanılmasında şübhəli olduğundan onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirmişdir. Polis şöbəsində müəyyən olunmuşdur ki həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dövlət tərəfindən vəkillə təmin olunmuş, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan Müdafiəçi iştirakı ilə huquq və vəzifələri izah oluduqdan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təhqiqatçı şübhəli şəxsdən üzərində qanunla dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya və predmet olub-olmadığını soruşaraq, əgər üzərində qeyd edilənlər varsa təqdim etməsini xahiş etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Təhqiqatçı təqdim edilmiş bükümü açaraq ağ rəngli kristalşəkilli kütləyə baxış keçirib, şübhəli şəxsdən kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində üzdən tanıdığı şəxsə 40 (qırx) manat pul verməklə əldə etdiyini və 3 ilə yaxın müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Daha sonra təhqiqatçı təqdim edilmiş kütlənin məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və bununla da çəkiliş sona çatmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təyziq və təsir olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 17 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:30 dəqiqədə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.14); Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əyinindəki açıq mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələrin psixotrop maddə “metamfetamin” olduğunu, xx.xx.2025-ci il tarixdə Suraxanı rayonunda üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 40 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 03 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir(i.v.24-26); Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 6/3082 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,845 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,845 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq-0,795 qram.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”- in siyahısına (Siyahı İİ) daxildir (32-34). “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, diskdə “20250917_010710.mp4” adlı 01 (bir) ədəd fayl var. Faylda 06 dəqiqə 16 saniyədən ibarət videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elvin İbrahimov özünü təqdim edir, bundan sonra həmin polis şöbəsinin Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspekrotu, polis baş leytenantı Şahid, 7 saylı Vəkil Bürosunu vəkili Müdafiəçi təqdim edilir. X2 Təqsirləndirilən şəxs 16 sentyabr 2025-ci il tarixdə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən ünvan 3 ünvanında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirildiyini deyərək şübhəli şəxsə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi məhdudlaşdırılmış hər hansı əşya və predmet olub-olmadığını, əgər varsa təqdim etməsini təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim edir. Təhqiqatçı təqdim edilmiş bükümü açaraq ağ rəngli kristalşəkilli kütləyə baxış keçirir və şübhəli şəxsdən kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu ərazisində üzdən tanıdığı şəxsə 40 (qırx) manat pul verməklə əldə etdiyini və 3 ilə yaxın müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini bildirir. Daha sonra təhqiqatçı təqdim edilmiş kütlənin məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirir, Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir və bununla da çəkiliş sona çatır(i.v.47). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir(i.v.53-54). Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.78-81); Qətimkan tədbirinin seçilməsi haqqında 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.82-83); Maddi sübut kimi tanıma haqqında 20 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,845 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertizanın tədqiqatından sonra psixotrop maddə metamfetaminin 0,795 qram çəkidə olan qalıq hissəsi, saxlanması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.89-91). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində TR İstanbul 15. Asliye Ceza Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 03 il 01 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir(i.v.101-102); Diskə baxış keçirilməsi haqqında 27 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı istintaq marağı kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir(i.v.118). 01 noyabr 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.119-120). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7635 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcə əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSlS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır(i.v.127-128); Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında 28 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Sabunçu RPİ-nə gəlmişdir(i.v.129). 28 dekabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(i.v.130-131). Sübutların qiymətləndirilməsi haqqında 07 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə olan təmiz çəkisi 0,761 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 20 sentyabr 2025-ci il tarixdə maddi sübut kimi tanınması nzəərə alınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şə\xsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD diskin 20 sentyabr 2025-ci il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni əldə etdiyi şəxsin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə göndərilmiş, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadəsi, şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2025-ci il tarixli, 6/3082 nömrəli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın 06 dekabr 2025-ci il tarixli 7635 nömrəli rəyləri və digər istintaq sənədləri iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir(i.v.134-139). “AzeMıs” elektron məhkəmə sistemi üzərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)- 974/2025 saylı mülki iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova- Məmmədovanın icraatında olmaqla xx.xx.2026-cı il tarixə saat 16:30-a məhkəmə baxışı təyin edilmiş və iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, özünü təqsirli bilir və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini bəraətverici əsaslar olmadan barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,845 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.1. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; 1.2. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla) nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. 8-ci bəndinə əsasən bu Qərar qəbul olunduğu gündən qüvvəyə minir.
10. Bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19.5. məhkəmələr-bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiyanı Azərbaycan Respublikası Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq tətbiq edirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və müharibə iştirakçısı olduğundan və medallarla təltif olunduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.2ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarını tətbiq etməklə onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlisini xahiş etmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.2-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı(CPM-132), 81(səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.2-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut-Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 0,845 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0,795 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81(səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab 41NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 21 iş saatına görə 231 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı:Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB **********2000207120, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Teymur Həsənov