Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-5/2026 12.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Qazax rayonu, Oraq-Çəkic kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunan, məhkumluğu ödənilən, Ağstafa rayonu, Vurğun qəsəbə Ə/D, Vurğun qəsəbəsi ünvanında qeydiyyatda olmaqla ünvan 2nında kirayə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma əvvəllərindən 2024-cü ilin iyun ayının əvvələrinə qədər olan dövr ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 68-in girişində 4000 manat pul vəsaitini, eyni işə görə 2024-cu ilin iyun ayının ortalarından 2024cü ilin avqust ayına kimi olan dövr ərzində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən istintaqa məlum olmayan marketdəki ödəmə terminalı vasitəsilə göndərdiyi 500 manat pulunu və Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 68in girişində 2400 manat pul vəsaitini, 22 avqust 2024-cu il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən “Soliton” mağazasında 01 ədəd “Beko” markalı soyuducunu və 01 ədəd “Beko” markalı qabyuyan maşınını Zərərçəkmiş şəxs1 adına 1752 manat məbləğində kreditlə götürərək vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 8152 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 əlilliklə bağlı əmək pensiyası düzəldəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında olarkən 2024-cü ilin sentyabr ayının ortalarında istintaqa məlum olmayan gündə 4500 manat pul vəsaitini, eyni işə görə 2024-cu ilin sentyabr ayının sonlarında istintaqa məlum olmayan gündə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 68 nömrəli binanın girişində 1000 manat pul vəsaitini, eyni işə görə 2024-cü ilin sentyabr ayının sonlarında istintaqa məlum olmayan gündə ünvan 3 ünvanında olarkən 1300 manat pul vəsaitini, 06 dekabr 2024-cu il tarixdə saat 11:02-də eyni işə görə Zərərçəkmiş şəxs3 ünvan 4 ünvanında yerləşən "Bravo" marketdə quraşdırılmış "Million" elektron ödəmə terminalından onun istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 523915*****0745 nömrəli bank kartı hesabına köçürdüyü 500 manat pul vəsaitini, həmin günü saat 11:04-də eyni işə görə eyni ünvandakı "Bravo" marketdə quraşdırılmış "Million" elektron ödəmə terminalından onun istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 523915****0745 nömrəli bank kart hesabına köçürdüyü 600 manat pul vəsaitini və həmin günü saat 11:06-da eyni işə görə eyni ünvandakı "Bravo" marketdə quraşdırılmış "Million" elektron ödəmə terminalından onun istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 523915*0745 nömrəli bank kart hesabına köçürdüyü 500 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 8400 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 oğlu X12 Bakı şəhərinə yaxın inzibati ərazilərdə yerləşən hərbi hissələrdən birində həqiqi hərbi xidmət keçməsini təşkil edəcəyini yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 3 ünvanında olarkən 2024-cü ilin oktyabr ayının əvvəllərində istintaqa məlum olmayan gündə 3500 manat pul vəsaitini vəsaitini ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 3500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə X3 “Ege hospital”da təsərrüfat işçisi kimi işə düzəldəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsi, nömrəsiz fərdi evdə olarkən xx.xx.2025-ci il tarixdə saat 09:58-də “Birbank” mobil tətbiqi vasitəsilə özünə məxsus 4169 7388 6131 6242 nömrəli kart hesabına göndərdiyi 1000 manat pulunu, xx.xx.2025-ci il tarixdə saat 20:29-da eyni işə görə eyni qaydada göndərdiyi 500 manat pulunu, xx.xx.2025-ci il tarixdə saat 20:30-da eyni işə görə eyni qaydada göndərdiyi 500 manat pulunu və 20 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi,2-ci mədən küçəsi nömrəsiz evdə olan zaman 700 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 2700 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə X3 üzərindəki cadunu təmizləyəcəyini yalandan vəd verib aldadaraq 05 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsi, nömrəsiz evdə olan zaman 585 əyyar dəyəri 1500 manat olan qızıl boyunbağısını və 585 əyyar dəyəri 1000 manat olan qızıl üzüyünü ələ keçirib, ümumilikdə Zərərçəkmiş şəxs2 2500 manat dəyərindəki qızıl zinət əşyasını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 2500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə ilə Zərərçəkmiş şəxs4 üzərindəki cadunu təmizləyəcəyini vəd verib aldadaraq xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanında olan zaman sonuncunun 01 ədəd 750 əyyar, 10 qram, 1250 manat dəyərindəki qızıl boyunbağısını, 01 ədəd 585 əyyar, 10 qram, 1100 manat dəyərindəki qızıl boyunbağısını, 01 ədəd 585 əyyar “L” hərfi klonlu 300 manat dəyərindəki qızıl boyunbağısını, 01 ədəd 585 əyyar, 800 manat dəyərindəki briliant qaşlı üzüyünü və 01 ədəd 585 əyyar, 510 manat dəyərindəki qızıl üzüyünü, ümumilikdə 3960 manat dəyərindəki qızıl zinət əşyasını vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 3960 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 epizodu üzrə məbləğlə razı deyil, qalan epizodlar üzrə özünü təqsirli bilir. Zərərçəkmiş şəxs1 ilə 2024-cü ilin aprel və may aylarında bir şəhidin yas mərasimində tanış olmuşdur. Həmin mərasimdə Elvinin qüsurlu olduğunu gördükdə aralarında söhbət yaranmış, Elvin hərbi xidmətdə olmadığını və nevroz xəstəsi olduğunu bildirmişdir. Bu zaman o, Elvinə təqaüd düşdüyünü demişdir. Aralarında olan söhbət zamanı o, Elvinə təqaüd düzəldilməsində kömək edə biləcəyini bildirmiş, hətta şəhid ailəsi də Elvinə kömək etməsini ondan xahiş etmişdir. O, bununla razılaşmış və Elvinə öz mobil telefon nömrəsini vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona zəng vurmuş, görüş zamanı o, Elvinə 8.000 manat müqabilində ona təqaüd düzəldilməsində kömək edəcəyini demişdir. Elvin də bununla razılaşmışdır. Ümumilikdə Elvindən 4700 manat almışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Belə ki, Məlakəti təxminən 3-4 il əvvəl kirayə yaşadığı həmin ünvandan tanımış, aralarında münasibətlər həmişə yaxşı olmuş və onlarla qarşılıqlı gedişgəlişinin mövcud olmuşdur. 2024-cü ilin sentyabr ayında Məlakətlə olan söhbətlərindən birində Məlakətin maddi vəziyyətinin çətin olması səbəbindən sıxıntılar yaşadığını və yaxın zamanlarda oğlunun əsgərliyə gedəcəyini bildirmişdir. Bu zaman o, Məlakətə vəzifədə işləyən tanışlarının olduğunu və onların köməkliyi ilə ona xəstəliyə görə pensiya almaqda, oğlu Mahirin əsgərliyinin Bakı şəhərinə yaxın hərbi hissələrdən birinə düşməsində, həmçinin qızı Lamiyəyə sosial yardım almaqda köməklik göstərə biləcəyini demişdir. Bu görüşdən bir neçə gün sonra Məlakətlə onun evində görüşərək söhbət etdikdə, o, Məlakətə yalan danışaraq xəstəliyi ilə bağlı pensiya məsələsini 8.400 manat, qızı Lamiyənin sosial yardım məsələsini 500 manat, oğlu Mahirin əsgərlik məsələsini isə 3.500 manat qarşılığında həll edə biləcəyini bildirmişdir. Məlakət öz pensiyası ilə bağlı olaraq 2024-cü ilin sentyabr ayının ortalarında yaşadığı ünvan 3 ünvanında ona 4.500 manat pul vermişdir. 2024-cü ilin sentyabr ayının sonlarında yaşadığı binanın girişində 1000 manat, sentyabr ayının sonunda isə yaşadığı mənzildə 1300 manat pulu ona vermişdir. 2024-cü ilin oktyabr ayının əvvəllərində Məlakətin yaşadığı evə gələrək qızı Lamiyənin sosial yardım məsələsi ilə bağlı Ondan 500 manat pul almışdır, həmin ayın əvvəllərində isə Məlakətin oğlu Mahirin əsgərlik məsələsinə görə Məlakətin evində ondan 3.500 manat pul almışdır. Bundan sonra Məlakət öz pensiyası ilə bağlı verməli olduğu məbləği 06 dekabr 2024-cü il tarixdə onun adına olan "xxxx"a məxsus 523915**0745 nömrəli bank hesabına üç dəfəyə olmaqla ümumilikdə 1.600 manat məbləğində köçürmüşdür. Həmin məbləğ bank kartına köçdükdən sonra o, Məlakətlə əlaqə saxlayaraq pulun kartına oturduğunu bildirmişdir. Bundan sonra Məlakətdən aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, Məlakətə verdiyi vədlərin heç birini yerinə yetirməmişdir. Əvvəlcədən məqsədi Məlakəti aldatmaq olmuşdur. Daha sonra Məlakət aldandığını anlayaraq ondan pulunu tələb etmiş, o isə pulun 1.500 manatını geri qaytarsa da qalan hissəsini qaytara bilməmişdir. O, Məlakətə Vüqar adlı tanışının vasitəsilə bu məsələləri həll edəcəyini demişdir, lakin bu yalan idi və yalnız Məlakəti inandıraraq ondan pul almaq məqsədi daşımışdır. Həmin pullardan heç birini hər hansı şəxsə və ya vəzifəli şəxslərə rüşvət qismində verməmişdir. Bundan başqa, o, X4 təxminən 6-7 aydır tanıyır. Vəfanın anasını da tanıyır və münasibətləri var. İlk dəfə, səhv etmirsə, may ayında Vəfanın Balaxanı qəsəbəsində yerləşən evində onun falına baxmışdır. Söhbət əsnasında Vəfa işsiz olduğunu və bu səbəbdən problemlər yaşadığını bildirdikdə, o, Vəfanı “Ege Hospital”da işə düzəldə biləcəyini demişdir. Bunun üçün pul lazım olduğunu, həmin işin 2.000 manata başa gəldiyini Vəfaya bildirmişdir. Bundan sonra Vəfa onun adına olan 4169 7388 6131 6242 nömrəli kart hesabına 18 iyul 2025-ci il tarixdə 500 manat və 500 manat olmaqla ümumilikdə 1.000 manat, 19 iyul 2025-ci il tarixdə isə həmin kart hesabına 1.000 manat pul köçürmüşdür. O, həmin pulu Aybəniz adlı şəxsə verdiyini, lakin sonradan Aybəniz adlı şəxsin Türkiyəyə getdiyini və özünün çətin vəziyyətdə qaldığını bildirmişdir. O, Vəfanın falına baxdıqdan sonra Vəfa ona etibar etmişdir. Bundan sonra Vəfanın vasitəsilə onun dostları Zərərçəkmiş şəxs4 və Şahid tanımışdır. Həmin dövrdə maddi vəziyyətinin çox pis olmuşdur. Daha sonra, 30 iyul 2025-ci il tarixdə Vəfanın kofe falına baxarkən onun üzərində cadu olduğunu demiş, bunun təmizlənməsi üçün qızıl lazım olduğunu demiş, qızılı gülün dibində basdırmaqla cadunu təmizləyəcəyini vəd etmişdir. Bu məqsədlə Vəfa ona bir ədəd qızıl boyunbağı vermişdir. Bundan sonra maddi vəziyyəti yaxşı olmadığı üçün Vəfadan götürdüyü bir ədəd qızıl boyunbağını Ayna Sultanova qəsəbəsində yerləşən, ünvanını dəqiq xatırlamadığı lombarda qoymuş və bunun müqabilində 350 manat pul almışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs4 da eyni üsulla qızıllarını ələ keçirmişdir. Belə ki, Ləmanın dəvəti ilə onun yaşadığı ünvan 6 ünvanında yerləşən evə getmişdir. Həmin evdə Ləmanın falına baxdığını və onun üzərində cadu olduğunu demişdir. Cadunun təmizlənməsi üçün isə əvvəl Vəfaya dediyi kimi, Ləmana da eyni üsulu təklif etmiş, qızılları gülün dibində basdırmaqla cadunu təmizləyəcəyini vəd etmişdir. Bunun qarşılığında 09 avqust 2025-ci il tarixdə, Ləmanın yaşadığı qeyd olunan ünvanda olarkən Ləman ona 3 ədəd qızıl sep və 2 ədəd qızıl üzük vermişdir. O, maddi vəziyyətinin yaxşı olmaması səbəbindən həmin qızıllardan 3 ədəd qızıl boyunbağını elə həmin gün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 15/29 ünvanında yerləşən “2 Kardeş” adlı lombarda qoymuş və təxminən 1.800 manata yaxın pul almışdır. Aldığı pulu isə borclarına xərcləmişdir. Bundan başqa, o, Şahid da eyni üsulla qızılını ələ keçirmişdir. Belə ki, Ülviyyənin dəvəti ilə Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 8 ünvanında yerləşən evə getmişdir. Həmin evdə Ülviyyənin falına baxmış və onun üzərində cadu olduğunu demişdir. Cadunun təmizlənməsi üçün isə əvvəl Vəfaya dediyi kimi, Ülviyyəyə də eyni təklifi etmiş, qızılları gülün dibində basdırmaqla cadunu təmizləyəcəyini vəd etmişdir, Bunun qarşılığında Ülviyyə 10 avqust 2025-ci il tarixdə, Ləmanın yaşadığı qeyd olunan ünvanda olarkən ona 1 ədəd qızıl boyunbağı vermişdir. O, maddi vəziyyətinin yaxşı olmaması səbəbindən Ülviyyədən aldığı həmin qızıl boyunbağını, Ləmandan əvvəl aldığı üzüklərdən biri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Uğur” adlı lombarda qoymuş və bunun müqabilində təxminən 300 manat pul almışdır. Aldığı pulu borclarına xərcləmişdir. Daha sonra, 16 avqust 2025-ci il tarixdə Ləmandan aldığı üzüklərin digərini də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Uğur” adlı lombarda qoymuş və təxminən 200 manata yaxın pul götürmüşdür. Həmin pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Amnistiyaya düşməsi barədə ona məlumat verilsə də, vurulmuş ziyanı ödəməyə imkanı yoxdur. Avqust ayından hissə-hissə vurulmuş ziyanları ödəyə bilər. Ona verilmiş suallara cavabında göstərmişdir ki, yalnız Zərərçəkmiş şəxs1 verilən məbləği təsdiq etmir, qalan məbləğləri isə qəbul edir. Əvvəllər əslində bir nəfər xanıma qanuni yolla əlillik düzəltmişdir. Vəfadan aldığı pulu Elvinə vermişdir. Aldığı pulları xırda borcları olduğu üçün onlara xərcləmişdir. Zərərçəkmiş şəxsləri necə inandırmasını bilmir. Zərərçəkmiş şəxs1 ya 4500 ya da 4700 man borcu var. Elvindən 2000 və 1000 manat əlbəəl almışdır. Elvinə pulu qaytaranda yanında kimsə olmamışdır. Elvinə 3000 manat pul təklif etmiş, lakin Elvin götürməmişdir. Zərərçəkmiş şəxs4 aldığı qızılları lombarda lom dəyərinə qoymuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2024-cü ilin mart və ya aprel ayında bir şəhid ailəsinin yas mərasimində olarkən X14 ilə tanış olmuşdur. Aralarında olan söhbət zamanı Nəzakət Vəliyevə ondan təqaüd alıb-almadığını soruşduqda, o, təqaüd almadığını demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona təqaüd düşdüyünü bildirmişdir. Həmin vaxt şəhid ailəsindən olan şəxslər də Təqsirləndirilən şəxs ona təqaüd düzəldilməsində köməklik etməsini xahiş etmişdir. Orada o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsini götürmüş və bir neçə ay sonra, yəni 2024-cü ilin may ayında onunla əlaqə saxlayaraq görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs ona 8.000 manat müqabilində təqaüd düzəldə biləcəyini demişdir. O da bununla razılaşmışdır. Bundan sonra 2024-cü ilin may ayının əvvəllərindən 2024-cü ilin iyun ayının əvvəllərinə kimi Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Şamaxinka” adlanan yerdə Təqsirləndirilən şəxs ilə görüşərək ona ümumilikdə 4.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin ərazidə yaşadığı üçün onu hər dəfə oraya çağırmışdır. Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayının sonuna kimi onun təqaüdünün düzələcəyini vəd etmişdir. Sonrakı görüşlər zamanı isə ona təqaüdünü düzəldəcəyini, eyni zamanda sənədlərini müharibə qazisi kimi hazırlayacağını bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs belə bir şeyə ehtiyac olmadığını, yalnız qanuni qaydada hansı təqaüd düşürsə onun düzəldilməsini istədiyini demişdir. Lakin Təqsirləndirilən şəxs onunla danışaraq heç bir problem olmayacağına inandırmış, o da etiraz etməmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq yüksək vəzifədə işləyən şəxslərə pul verməli olduğunu bildirmiş və qalan 4.000 manat pulu tələb etməyə başlamışdır. O isə məcbur qaldığını bildirərək 2024-cü ilin iyun ayının ortalarından 2024-cü ilin avqust ayına kimi müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs ümumilikdə 2.400 manat pul vermişdir. Həmin məbləği borc-xərc etməklə toplamış, pulları Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına köçürmüş və ya “Şamaxinka” adlanan yerdə əlbəəl vermişdir. 2024-cü ilin avqust ayında o, Təqsirləndirilən şəxs artıq pulunun olmadığını və verə bilmədiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona bir yol tapmağı təklif etmişdir. O da kreditə soyuducu və digər məişət əşyaları götürərək satmaqla pulu verməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə qalan 1.600 manat əvəzinə ona soyuducu və qab yuyan maşın alıb verməsini istəmişdir. O da bununla razılaşmışdır. 22 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhərinə getmiş və orada “Soliton” mağazasından öz adına bir ədəd soyuducu və bir ədəd qab yuyan maşın almışdır. Həmin əşyaların dəyərinin 1.752 manat olmuş, növbəti gün Təqsirləndirilən şəxs həmin əşyaları mağazadan götürmüşdür. 2024-cü ilin oktyabr ayının sonuna kimi gözlədikdən sonra o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq təqaüdü ilə maraqlandıqda, sonuncunun hər dəfə müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmışdır. Təxminən 2024-cü ilin dekabr ayından etibarən Təqsirləndirilən şəxs verdiyi pulları tələb etməyə başlamış, lakin bu vaxta kimi onun pullarının qaytarılmamış və təqaüdü də düzəldilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində daha ağır cəza verilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, ona dəymiş ziyan 8 152 manat təşkil edir və həmin puldan 341 manat ona ödənilmişdir. Nəzakət Quliyeva yalan deyir, əgər elədirsə buna dair öz sübutunu təqdim etsin. Onunla arasında səs yazıları mövcuddur. Şikayətçidir, Təqsirləndirilən şəxs başqa şəxslərə ziyan vurmaması üçün tutulmasını xahiş edir, çünki ayrı-ayrı adamları aldatmaqda davam edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, X8 təxminən 3 ildir ki, yaşadığı ünvandan tanıyır, Nəzakət də həmin ünvanda kirayə yaşayır. Onu Lalə adlı şəxsin vasitəsilə tanımışdır, Nəzakət Lalənin qohumudur. Tanışlıq müddətində Nəzakət Vəliyevə ilə münasibətlərinin həmişə normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Tanış olduqları müddətdə Təqsirləndirilən şəxs ona vəzifədə işləyən tanışlarının olduğunu, həmin şəxslərin vasitəsilə müəyyən işləri həll etdiyini, həmçinin təqaüd, pensiya və lazım gələrsə əsgərliklə bağlı məsələləri də həll edə bildiyini demişdir. Nəzakət vaxtaşırı onun yaşadığı ünvana gəlib onunla söhbət etmişdir. 2024-cü ilin sentyabr ayında yaşadığı mənzildə Nəzakətlə olan söhbətlərdən birində maddi sıxıntılarının olduğunu, yaxın zamanda oğlu X9 əsgərliyə gedəcəyini və vəziyyətinin daha da ağırlaşacağını demişdir. Bu zaman Nəzakət ona xəstəliklə bağlı əmək pensiyası almaqda, qızı X5 ünvanlı sosial yardım düzəltdirməkdə, həmçinin oğlu Mahirin əsgərliyinin Bakı şəhəri ərazisində yerləşən hərbi hissələrdən birində keçməsinə köməklik edilməsi üçün vəzifədə işləyən tanışları ilə danışacağını və nəticə barədə ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Nəzakət onun yaşadığı mənzilə gələrək bütün məsələləri danışdığını, xəstəlik, yəni əlilliklə bağlı pensiya düzəlməsi üçün 8400 manat, qızı Lamiyəyə ünvanlı sosial yardım üçün 500 manat, oğlu Mahirin Bakı şəhəri ərazisində yerləşən hərbi hissələrdən birinə düşməsi üçün isə 3.500 manat pul lazım olduğunu demişdir. O da bu məsələlərin həlli üçün ümumilikdə 12.400 manat pulu hissə-hissə verəcəyini bildirmiş, Nəzakət də bununla razılaşmışdır. Nəzakətin sözlərinə görə, əvvəlcə bir neçə dəfə xəstəxanada müalicə olunmalı və guya xəstəliyinin olması ilə bağlı tibbi rəy almalı idi. Nəzakəti yaxından tanıdığı və ona inandığı üçün onun tərəfindən aldadıla biləcəyini düşünməmişdir. Bu minvalla, əlilliklə bağlı pensiya düzəldilməsi məqsədilə Təqsirləndirilən şəxs birinci dəfə 2024-cü ilin sentyabr ayının ortalarında yaşadığı ünvan 3 ünvanında 4.500 manat pul vermişdir. İkinci dəfə 2024-cü ilin sentyabr ayının sonlarında pensiya ilə bağlı 1.000 manat pulu yaşadığı binanın girişində vermişdir. Üçüncü dəfə isə 2024-cü ilin sentyabr ayının sonunda pensiya ilə bağlı 1.300 manat pulu yaşadığı mənzildə vermişdir. 2024-cü ilin oktyabr ayının əvvəllərində Nəzakət onun yaşadığı mənzilə gələrək qızı Lamiyənin sosial yardım məsələsi üçün tələb olunan 500 manat pulu verməli olduğunu dedikdə, o da həmin gün bu məqsədlə 500 manat pulu ona vermişdir. Həmin ayın əvvəllərində isə oğlu Mahirin əsgərlik məsələsinə görə Nəzakətə yaşadığı mənzildə 3.500 manat pul vermişdir. O, pensiya ilə bağlı qalan 1.600 manat pulu 2024-cü ilin dekabr ayında verəcəyini Nəzakətə bildirmişdir. Bu məqsədlə 06 dekabr 2024-cü il tarixdə saat 11:02:41-də ünvan 4 ünvanında yerləşən “Bravo” marketdə quraşdırılmış “Million” elektron ödəmə terminalı vasitəsilə Nəzakətin istifadəsində olan "xxxx"a məxsus 523915***0745 nömrəli bank kart hesabına 500 manat, həmin gün saat 11:04:35-də eyni ünvandakı terminaldan eyni bank kartına 600 manat və saat 11:06:12-də yenidən eyni terminal vasitəsilə həmin kart hesabına 500 manat pul köçürmüşdür. Beləliklə, hər üç məsələnin həlli üçün Təqsirləndirilən şəxs ondan ümumilikdə 12.400 manat pul almış, qısa müddətdə bütün məsələlərin həll ediləcəyini desə də heç bir iş görməmiş və onu aldatdığını hiss etdikdən sonra pulunu tələb etməyə başlamışdır. Çoxsaylı müraciətlərdən sonra Nəzakətin ona ümumi məbləğdən cəmi 1.500 manat pul qaytarmış, lakin qalan hissəni ödəməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində daha ağır cəza verilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Nəzakətlə qonşudur, o tez inanan olduğundan Nəzakətin sözlərinə inanmışdır. Ona dəymiş ziyandan 1 500 manat geri qaytarılmış, qalan pulunun ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evdə özü üçün ad günü məclisi təşkil etmiş, həmin məclisə Təqsirləndirilən şəxs da dəvət etmişdir. Məclis zamanı birlikdə kofe içib söhbət etmişlər, bu zaman Təqsirləndirilən şəxs kofe falına baxa bildiyini demiş və bu səbəbdən aralarında münasibət yaranmışdır. Daha sonra, 2025-ci ilin iyul ayında Nəzakətlə söhbət zamanı işsiz olduğunu və iş axtardığını demiş, Nəzakət isə onu xəstəxanada işə düzəldə biləcəyini bildirmişdir. Nəzakətə inamı olduğu üçün onun bu işi həll edə biləcəyinə inanmış və buna əsasən razılaşmışdır. Bu məqsədlə, Təqsirləndirilən şəxs ona verdiyi 4169 7388 6131 6242 nömrəli kart hesabına 18 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən nömrəsiz evdə olarkən 1.000 manat, 19 iyul 2025-ci il tarixdə 500 manat və 500 manat olmaqla 2.000 manat, 20 iyul 2025-ci il tarixdə isə eyni ünvanda 700 manat pul vermiş, ümumilikdə 2.700 manat məbləğində pul ödəmişdir. Bundan əlavə, səhv etmirsə, 2025-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs rəfiqləri Ülviyyə və Ləmanla birlikdə onların üzərində cadu olduğunu və bunun təmizlənməsi üçün qızıl vermələrinin lazım gəldiyini demişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə yaşadığı evdə olarkən, üzərində olan cadunun təmizlənməsi məqsədilə Təqsirləndirilən şəxs 1 ədəd 585 əyyar, dəyəri 1500 manat olan qızıl sep və 1 ədəd 585 əyyar, dəyəri 1000 manat olan qızıl üzük vermişdir. Təqsirləndirilən şəxs həmin qızıl zinət əşyalarını götürərək 11 gün sonra geri qaytaracağını demiş, lakin həmin müddət bitdikdən sonra müxtəlif bəhanələr gətirərək qızılları qaytarmamışdır. Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə ondan 2.700 manat pul alaraq onu aldatdığını sonradan anlamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində daha ağır cəza verilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Nəzakət ondan 3500 manat pul istəmiş, o da Nəzakətə 2700 manat pul vermişdir. Bundan əlavə dəyəri 2500 manat olan qızıllarını vermişdir. Ona hər hansı məbləğdə pul qaytarılmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Nəzakət ona kofe ilə fala baxdığını bildirmiş və bu yolla onda özünə qarşı inam yaratmışdır. 08 avqust 2025-ci il tarixdə tanışı X11 qəsəbəsində yerləşən evində olarkən Nəzakət onun falına baxaraq üzərində ailə üzvləri tərəfindən gələn cadu olduğunu və bunun təmizlənməsinin vacib olduğunu bildirmişdir. Həmin vaxt onun yanında Abdullayevə Vəfa və tanışı Şahid də olmuşdur. O, Nəzakətdən bunun necə həyata keçiriləcəyini soruşduqda, Nəzakətin ona anası üçün bir qızıl sep, atası üçün bir qızıl sep və bir qızıl üzük, özü üçün isə bir qızıl sep və bir qızıl üzük verməli olduğunu, həmçinin həmin qızıllarla birlikdə üç ədəd dibçək almasının lazım gəldiyini demişdir. Nəzakət həmin qızılları dibçəklərin dibinə qoyaraq dualar oxumaqla cadunu təmizləyəcəyini demişdir. Bu məqsədlə o, 09 avqust 2025-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı ünvan 6 ünvanında olarkən Nəzakətə 750 əyyar, 10 qram, dəyəri 1.250 manat olan bir ədəd qızıl sep, 585 əyyar, 10 qram, dəyəri 1.100 manat olan bir ədəd qızıl sep, 585 əyyar “L” hərfi klonlu, dəyəri 300 manat olan bir ədəd qızıl sep, 585 əyyar, dəyəri 800 manat olan briliant qaşlı bir ədəd qızıl üzük və 585 əyyar, dəyəri 510 manat olan bir ədəd qızıl üzüyü vermişdir. Nəzakət ona dua oxuduqdan sonra 11 gün ərzində qızılları geri qaytaracağını bildirsə də, verdiyi vədə əməl etməmiş və qızıl zinət əşyalarını geri qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində daha ağır cəza verilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, onun qızıllarının dəyəri 3960 manat təşkil etmişdir. Dəymiş ziyandan ona hər hansı məbləğdə pul qaytarılmamışdır. Şikayətçidir, tutulmağını tələb edir. Məhkəmə iclası zamanı Şahid ifadəsində göstərmişdir ki, O, tanışı X2 vasitəsilə təxminən 2025- ci ilin avqust ayında Təqsirləndirilən şəxs falçı kimi tanımışdır. Nəzakət ona kofe ilə fala baxdığını demiş və bu yolla onun etibarını qazanmışdır. 08 avqust 2025ci il tarixdə tanışı X11 qəsəbəsində yerləşən evində olarkən Nəzakət onun falına baxaraq üzərində ailə üzvləri tərəfindən gələn cadu olduğunu və bunun təmizlənməsinin vacib olduğunu bildirmişdir. Həmin vaxt yanında Abdullayevə Vəfa və tanışı Şahid də olmuşdur. O, Nəzakətdən bunun necə həyata keçiriləcəyini soruşduqda, Nəzakətin ona anası üçün bir qızıl sep, atası üçün bir qızıl sep və bir qızıl üzük, özü üçün isə bir sep və bir qızıl üzük verməli olduğunu, həmçinin həmin qızıllarla birlikdə üç ədəd dibçək almasının lazım gəldiyini söylədiyini bildirmişdir. Nəzakət həmin qızılları dibçəklərin dibinə manat olan bir ədəd qızıl boyunbağı verdiyini bildirmişdir. Nəzakət ona dua oxuduqdan sonra 11 gün ərzində qızılları geri qaytaracağını desə də, verdiyi vədə əməl etməmiş və qızıl zinət əşyasını geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “baxış keçirilməsi haqqında” 24 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 11 ünvanıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(İ cild, i.v.7-11). “götürmə və baxış aparılması haqqında” 24 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd vərəqədə olan “Milliön” elektron ödəmə terminalına aid 03 ədəd ödəniş qəbzinin kserosurəti ondan götürülmüş və baxış aparılmışdır. Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd vərəqədə olan “Milliön” elektron ödəmə terminalına baxış aparılan zaman müəyyən edildi ki, 06 dekabr 2024- cü il tarixdə saat 11:02:41-də ünvan 12 ünvanında yerləşən “Bravo” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə terminalından ad, soyad və ata adı qrafasında istifadəçi adı у***** n*****q******qizi kimi qeyd edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 523915******0745 nömrəli bank kart sahibinin hesabına 500 manat pul vəsaitini, həmin günü saat 11:04:35də eyni ünvandakı “Bravo” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə terminalından "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 523915******0745 nömrəli bank kart hesabına 600 manat və həmin günü saat 11:06:12-də eyni ünvandakı “Bravo” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 523915******0745 nömrəli bank kart hesabına 500 manat pul köçürülmüşdür(İ cild, i.v.17-18). “hadisə yerinə baxış keçirilməsi haqqında” 09 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvanıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(İ cild, i.v.114-116). “İfadənin yerində yoxlanılması haqqında” 15 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı o, istintaqa verdiyi ifadəsini bir daha hadisə yerində təsvir etməklə təsdiqləmişdir(İ cild, i.v.230-233). “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd diskə baxış keçirilən zaman diskdə 7 ədəd videofayl olması müşahidə olunur. Videofayllar açıldıqda həmin videofayllarda “Watsapp” mobil tətbiqində aparılan danışıqlar zamanı qeydə alınmış səs yazılarının olması müşahidə olunur. Videofayllarda olan səs yazılarına qulaq asdıqda bir nəfər kişi cinsli şəxslə qadın cinsli şəxsin danışıqlar aparmasını, danışıqlarda qadın cinsli şəxsin kişi cinsli şəxslə təqaüd alınması ilə bağlı danışıqlar aparmaqla kişi cinsli şəxsə poliklinikadan nevroloq həkimin qəbulundan keçməyi, orada həkimə yalandan nevroz olmasını bildirməklə dərman resepti yazılmasını təmin etməsini, sonradan həmin resepti ona təqdim etməsini, həmçinin işin yaxın günlər ərzində alınacağını bildirir. Həmçinin səs yazılarında qadın cinsli şəxs kişi cinsli şəxsdən 1.000 manat pul tələb etməklə həmin pulu yuxarıda işləyən şəxslərə verəcəyini, həmin puldan ona heçnə çatmayacağını bildirir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskdə olan səs yazıları ona və Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir(İİ cild, i.v.28-29). 16 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadələrini bir daha təsdiq etmişlər(İİ cild, i.v.53- 54). 10 dekabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadələrini bir daha təsdiq etmişlər(İİ cild, i.v.127-129). “sübutların qiymətləndirilməsi haqqında” 13 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxs X18 təqdim etdiyi disk maddi sübut kimi tanınsın və saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmiş, X6 əməlində cinayətin residivi yaranmadığından ağırlaşdırıcı halların olmaması xüsusatı nəzərə alınmış, X15, X21 və X16 əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından barələrində həmin xüsusatlarla bağlı cinayət təqibinin başlanması rədd edilmiş, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti Sabunçu RPl-nin 15-ci PŞ-yə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surəti Sabunçu RPİ-nin 19-cu PŞ-yə göndərilmiş, Cinayət işinin materiallarına Qaradağ RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X10 tərəfindən əlavə edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında olan danışıqları əks etdirən 01 ədəd maddi sübut kimi tanınmış və sallanılması üçün cinayət işinin materiallarına əlavə edilmiş, Cinayət işinin materiallarına Təqsirləndirilən şəxs məxsus kart hesablarına pul köçürülməsi barədə qəbzlərin surəti əlavə edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məxsus kart hesablarına pul köçürülməsi barədə qəbzlərin surətinə baxış keçirilməsi haqqında protokollar sübut növü kimi qiymətləndirilmişdir (İİ cild, i.v.130-145). İş materiallarında olan: 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(İ cild, i.v.1). “şübhəli şəxsin tutulması haqqında” 06 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2025-ci il tarixdə saat 18:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur(İ cild, i.v.39-40). 09 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(İ cild, i.v.61). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur(İ cild, i.v.62- 63). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur(İ cild, i.v.64-65). 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhər Nəsimi RPİ-nin MSY-dən dərhal azad edilmişdir (İ cild, i.v.87-89). Qətimkan tədbiri seçilməsi barədə 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(İ cild, i.v.90-91). 28 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bütün halların tam, hərtərəfli, obyektiv və vaxtında baxılması məqsədi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməklə, cinayət təqibi ********* nömrəsi altında davam etdirilmiş, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir(İ cild, i.v.101-104). “şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2025-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur(İ cild, i.v.39-40). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-415/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir, məhkəmə iclas zalından azad edilmişdir (İ cild, i.v.216-222). Qətimkan tədbiri seçilməsi barədə 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(İ cild, i.v.223-224). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X1 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırılmışdır(İ cild, 246-247). 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bütün halların tam, hərtərəfli, obyektiv və vaxtında baxılması məqsədi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməklə, cinayət təqibi ********* nömrəsi altında davam etdirilmişdir(İ cild, i.v.249-251). 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir(İİ cild, i.v.1). “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur(İİ cild, i.v.38). 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək istintaqa təqdim olunana qədər CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(İİ cild, i.v.57). 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(İİ cild, i.v.65). “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 10 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir(İİ cild, i.v.101-102). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Zərərçəkmiş şəxs1 epizodu üzrə məbləğlə razı olmamasına dair hissəyə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 epizodu üzrə qeyd edilən məbləğləri bir dəfə də olsun ifadəsində etirazını bildirməmişdir. Məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs kimi 15.07.205-ci il tarixli ifadəsində Elvinə 8 000 manat müqabilində pensiya düzəldəcəyini bildirməsini, bununla əlaqədar Elvindən Şamaxinka adlı ərazidə 4 000 manat pul almasını, sonrakı dövrlərdə hissə-hissə 2400 manat almasını, daha sonra qalıq pul məbləğini Elvindən tələb etdikdə, Elvin pulunun olmadığını deməsini və bu zaman Elvinə “Soliton” mağazasından adına məişət əşyaları(soyuducu, qab yuyan maşın) almasını təklif etmiş və gedib həmin əşayaları Elvinin adına almaqla özünə götürməsini bildirmişdir(İİ cild i.v 45-47). Eyni ilə təqsirləndirilən Təqsirləndirilən şəxs kimi 10.12.205-ci il tarixli ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişdir(İİ cild i.v 113-116). Bundan əlavə iş materiallarında olan 16 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadələrini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs üzləşmə zamanı Zərərçəkmiş şəxs1 dediklərini eşitdiyini, Elvinin ifadəsinin ona aydın olduğunu, Zərərçəkmiş şəxs1 göstərdiklərinin tamamilə doğru olduğunu və Elvinin dediklərinə əlavəsi olmadığını qeyd etmişdir(İİ cild, i.v.53-54). Belə ki, Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4- ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qərarın 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə nəzərə alır ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərdən daha yüksək olan bir sübut növüdür. İfadə verənlərin əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Bu səbəbdən də məhkəmə tərfindən ifadələr qiymətləndirilərkən ifadələrin özü özlüyündə ziddiyyətli olub-olmamasını, həm də həmin ifadələrin cinayət işi materiallarda mövcud olan digər sübutlarla uzlaşıb-uzlaşmadığını müəyyən etmək, bundan sonra həmin ifadələrin obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilib-edilməməsi dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, şəxsin bir neçə dəfə davamlı olaraq eyni ifadələri verməsi, həmin ifadələrin hər hansı təzyiq və ya psixoloji təsir altında olmadan verməsi, həmin ifadənin iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməməsi məhkəməyədək icraat zamanı ifadələrin məbləğə dair hissədə doğruluğuna əsas verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 epizodu üzrə 1500 manat, Zərərçəkmiş şəxs1 epizodu üzrə isə 341 manat ödəniş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini(CM 59.1.14.) cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növünə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin altı epizod üzrə ittiham olunması və həmin ittiham üzrə dəymiş ziyanın ümumi məbləğinin 29212 manat təşkil etməsi, zərərçəkmiş şəxslərin şikayətçi olması nəzərə alınmalı, ona maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əvvəllər CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirilən hal kimi nəzərə alınmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 12 fevral 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut-01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 09 sentyabr 2025-ci il tarixdən 10 sentyabr 2025-ci il tarixədək 01 gün, cəmi 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün konvoy taboru vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut–01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 26 iş saatına görə 286 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********0000001944, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu(həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə hökm 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(5-101)-5/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-5/2026
12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver