Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-55/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və qanuni nümayəndəsi Qanuni nümayəndə2 müdafiəçi–Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.2006-cı ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olan, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Fatmayı bağları, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Məhəmmədi yolu üzəri ünvanında fəaliyyət göstərən “Görmə qabiliyyəti məhdud olan şəxslər üçün sosial reabilitasiya mərkəzi”ndə olduğu zaman tanışı Zərərçəkmiş şəxs1 “Birbank” mobil tətbiqi və 4169 7388 3284 0973 nömrəli "xxxx" ASC-yə aid bank kartının məlumatlarını ələ keçirib özünün mobil telefonunda sonuncunun “Birbank” hesabına daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus kartdan xx.xx.2025-ci il tarixdə saat 16:22-dən 16:38-ə qədər olan müddət ərzində ünvan 2 ünvanında yerləşən ATM-də özünün mobil telefonu vasitəsilə “NFC” üsulu ilə 16 dəfəyə hissə-hissə olmaqla ümumilikdə 6930 manat pul vəsaitini nağdlaşdıraraq vahid niyyətlə əhatə olunan qəsdlə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Məhəmmədi yolu üzəri ünvanında fəaliyyət göstərən “Görmə qabiliyyəti məhdud olan şəxslər üçün sosial reabilitasiya mərkəzi”ndə olduğu zaman tanışı Zərərçəkmiş şəxs2 “Birbank” mobil tətbiqi və 4169 7388 8557 0600 nömrəli "xxxx" ASC-yə aid bank kartının məlumatlarını ələ keçirməklə özünün mobil telefonunda sonuncunun “Birbank” hesabma daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus kartdan xx.xx.2025-ci il tarixdə saat 15:35-15:36 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Zabrat filialının ATM-də özünün mobil telefonu vasitəsilə “NFC” üsulu ilə 122 manat pul vəsaitini nağdlaşdıraraq gizli olaraq talayıb elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Onlar da onun kimi görmə qabiliyyəti məhdud olan şəxslər olduğu üçün onları əksər belə insanların tanıdığı və olduğu Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Gözdən əlillərin reabilitasiya mərkəzindən tanıyır. Onlarla aralarında səmimi və yaxın münasibət olduğu üçün o, dəqiq xatırlamadığı tarixlərdə həmin mərkəzdə olarkən həmin şəxslərin şəxsiyyət və bank kartlarına, eləcə də mobil telefonlarına dair məlumatları özlərindən soruşub öyrənmişdir. Bunu etməkdə məqsədi onların kart məlumatlarını ələ keçirib öz mobil telefonunda həmin kartlara daxil olub pul vəsaitlərini ələ keçirmək olmuşdur. Beləliklə, birinci dəfə Zərərçəkmiş şəxs1 kart məlumatlarını ələ keçirməklə onun 4169 7388 3284 0973 nömrəli bank kartına “birbank” mobil tətbiq ilə özünün telefonu ilə daxil olaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "xxxx"-a aid ATMdə balansından hissə-hissə olaraq ümumilikdə 6.930 AZN məbləğində pul vəsaitini mobil telefonu vasitəsilə “NFC” üsulu ilə nağdlaşdırıb ələ keçirmiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa ikinci dəfə Zərərçəkmiş şəxs2 kart məlumatlarını ələ keçirməklə onun 4169 7388 8557 0600 nömrəli bank kartına “Birbank” mobil tətbiq ilə özünün telefonu ilə daxil olaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Zabrat filialının çöl tərəfindən quraşdırılmış ATM-də 122 AZN məbləğində pul vəsaitini nağdlaşdırıb ələ keçirmiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, əməlindən peşmandır, Zərərçəkmiş şəxs2 vurduğu 122 AZN maddi ziyanı tam ödəmiş, Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyana görə isə valideyni "xxxx"-a 6.000 manat ödəniş etməklə onun kredit borcunu tamamilə bağlamış, lakin onun əməli nəticəsində kredit borcuna görə bank tərəfindən Aygünün digər pensiya kartından ümumilikdə 1.509,66 manat tutulduğu üçün müəyyən müddətdə həmin pulun da ona qaytarılmaqla vurduğu ziyanın tam ödəniləcəyinə dair aralarında razılaşma olmuşdur. Vurulmuş ziyanı tam olaraq zərərçəkmiş şəxsə qaytarmış və ondan şikayətçi deyildir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Aygün səsli formada kart məlumatlarını ona vermiş, onlar öz aralarında səsli proqramdan istifadə edirlər. Aygünün görmə qabiliyyəti ümumiyyətlə olmamışdır. Pulları çıxarıb Kapital Banka olan borclarını ödəmişdir. Çünki bankdan kredit götürərək Komputer almış, onun pulunu ödəmişdir. İstintaq dövründə atası 6000 manat ödəniş etmişdir. Əlibalanın kart məlumatlarını özündən götürmüş, kartda 122 manat olduğu üçün həmin məbləği çıxarmışdır. 2023-cü ilin yanvar ayından reabilitasiyada müalicə alır. Aygün və Əlibala ilə orda tanış olmuşdur. Altı ay orda olur və icazələrlə çıxmağa imkanı olur. Google payi telefona yükləmiş, Aygünün kart məlumatlarını ora daxil etmiş, telefona kod gəldikdən sonra proqramı aktiv etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə video konfrans əlaqə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə hissə-hissə olmaqla ümumilikdə 6.930 manat pul vəsaitinin ona məxsus olan "xxxx" ASCyə aid 4169 7388 3284 0973 nömrəli kredit kartından ATM-də nağdlaşdırılaraq ələ keçirmiş Təqsirləndirilən şəxs Sabunçu rayonu, Kürdənaxi qəsəbəsində yerləşən Gözdən əlillərin reabilitasiya mərkəzindən tanıyır. Belə ki, Emil də onun kimi gözdən əlil olduğundan belə şəxslərin demək olar ki, hamısı həmin mərkəzdə olur. Onunla bir neçə ildir ki, ailəvi münasibəti var. Buna görə də, Emil onun bütün kimlik məlumatlarını, o, cümlədən bank kartı və telefon məlumatlarını bilirdi, soruşduğunda da o, bütün məlumatlarını etibar etdiyi üçün Emilə həmişə demişdir. Ona görə ki, Emilin ona qarşı belə əməl edəcəyi ağlına gəlməz idi. Pul vəsaitinin oğurlandığı bank kartı kredit kartı idi və həmin vəsait onun şəxsi pulu deyil, bank tərəfindən ayrılan kredit olmuşdur. Buna görə də, hadisə baş verəndən sonra bir neçə ay ərzində həmin kredit borcu onun digər pensiya kartına yönələrək pensiya kartından ümumilikdə 1.509,66 manat vəsait tutulmuşdur. İstintaq gedişatında Emilin atası və onun yoldaşı birlikdə "xxxx"-a getmişlər və orada Emilin atası 6.000 manat banka ödəməklə onun adına olan kredit borcunu tam bağlamışdır. Buna baxmayaraq Emilin törətdiyi əmələ görə onun əlavə pensiya kartından 1.509,66 manat pul tutulduğu üçün ona vurulan maddi ziyan tam yox, qismən ödənilmişdir. Həmin qalan məbləği də Emilin atası müəyyən müddətə ona qaytaracağına dair söz vermişdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Emil ilə bir yerdə reabilitasiyada olmuş, Emilə çox güvənmişdir. Ona məxsus olan kartın məlumatlarını Emil bilmiş, lakin Emilə pulu götürməyə icazə verməmişdir. Nəinki Emilə heç kəsə icazə verməmişdir. Emilə heç vaxt pulu götürməyini deməmişdir. Kartında pulun götürülməsini sonradan bilmişdir. Elim kartdan 6000 çəkilmiş, taksit kartı olduğu üçün üstünə faizlər gəlməyə başlamışdır. O xəstəxanaya düşəndə hamı ona yardım etmiş, Emil də 1000 manat pul vermişdir. Ancaq həmin pulun onun kartından götürülən pula aidiyyatı olmamışdır. Emil pulu ona kömək məqsədilə vermişdir. Pulun oğurlandığını aprel ayında bilmiş, bu barədə polisə şikayət etmiş, həmin pulun Emil tərəfindən oğurladığını isə dekabr ayında bilmişdir. Dəymiş ziyanın tam ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin dediklərinin doğru olmasını təsdiq edərək, pulu götürəndən sonra ona məlumat verməməsini, 1000 manat pulu yardım məqsədilə verdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 122 manat məbləğində pul vəsaitinin ona məxsus olan "xxxx" ASC-yə aid 4169 7388 8557 0600 nömrəli bank kartından ATMdə nağdlaşdırılaraq ələ keçirilməsi barədə cinayət işinin materialları və məzmunu ilə tanış oldu, əməli törədən Təqsirləndirilən şəxs Sabunçu rayonu, Kürdənaxi qəsəbəsində yerləşən Gözdən əlillərin reabilitasiya mərkəzindən tanıyır. Belə ki, Emil də onun kimi gözdən əlil olduğundan belə şəxslərin demək olar ki, hamısı həmin mərkəzdə olur. Onu bir neçə ildir ki, tanıyır. Buna görə də, Emil onun bütün kimlik məlumatlarını, o, cümlədən bank kartı və telefon məlumatlarını bilirdi, soruşduğunda da o, bütün məlumatlarını etibar etdiyi üçün Emilə həmişə demişdir. Ona görə ki, Emilin ona qarşı belə əməl edəcəyi ağlına gəlməz idi. İstintaq gedişatında Emil 122 manat məbləğində pul vəsaitini qaytararaq ona vurduğu maddi ziyanı tam ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 29 dekabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış, istintaqı aparılması üçün icraata qəbul edilmişdir(i.v.1). Zərərçəkmiş şəxs1 Kapital Bank kartı üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən Çıxarışından görünür ki, on altı dəfəyə ayrı-ayrı məbləğlər olmaqla 6 930 manat pul çıxarılmışdır(səh 9-12, 22-24). Zərərçəkmiş şəxs2 Kapital Bank kartı üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövrü əhatə edən Çıxarışından görünür ki, xx.xx.2025-ci il tarixdə 122 manat pul çıxarılmışdır(səh 32). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 avqust 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən "xxxx"ın Zabrat filialının qarşısında yerləşən Kapital Banka məxsus olan bankomata baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v.33-35). “kompakt disklərə baxış keçirilməsi haqqında” 15 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən xx.xx.2025-ci il tarixli, 2025/204/28154 və xx.xx.2025-ci il tarixli, 2025/204/27076 nömrəli müşayiət məktubları ilə daxil olan 2 ədəd kompakt diskə Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə baxış keçirilmişdir. Həmin disklərdəki ATM kamera görüntülərindən görünür ki, kişi cinsli eyni şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "xxxx"-a aid ATM-də Zərərçəkmiş şəxs1 4169 7388 3284 0973 nömrəli bank kartından hissə-hissə olmaqla ümumilikdə 6.930 AZN məbləğində pul vəsaitini nağdlaşdırır və xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Zabrat filialının çöl tərəfindən quraşdırılmış ATM-də Zərərçəkmiş şəxs2 4169 7388 8557 0600 nömrəli bank kartından bir dəfəyə 122 AZN məbləğində pul vəsaitini nağdlaşdırır(i.v.91). “Sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2026-cı il tarixli qərardan görünür ki, 15 yanvar 2026-cı il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə "xxxx" ASC-dən xx.xx.2025ci il tarixli, 2025/204/28154 nömrəli və xx.xx.2025-ci il tarixli, 2025/204/27076 nömrəli müşayiət məktubları ilə daxil olan 2 ədəd kompakt disk daşıyıcısı maddi sübut kimi tanınmışdır, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, eləcə də maddi sübut kimi tanınmış kompakt disklərə baxış keçirilməsi haqqında protokol sübut növləri kimi qiymətləndirilmişdir (i.v.116-118). İş materiallarında olan: AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 dekabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.43). Qanuni nümayəndə qismində tanınma haqqında 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş Qanuni nümayəndə2 Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır(i.v.48). Qanuni nümayəndə qismində tanınma haqqında 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vətəndaş Qanuni nümayəndə3 Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır(i.v.64). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, Təqsirləndirilən şəxs orqanizmin fumksiyasının 90% pozulması ilə bağlı gözdən əlildir(i.v.87). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 yanvar 2026-cı il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir(i.v.100). “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.112). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 ikinci dərəcəli gözdən əlildir(i.v.70). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 birinci dərəcəli gözdən əlildir(i.v.54). Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi tərəfindən ödənilmiş 1200 manat məbləği qəbul etmişdir. Təqsirləndirilən şəxslə barışmışlar, şikayət və tələbləri yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM-nin 144-146). Təqsirləndirilən şəxs özünü təqsirli bilərək öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması(oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 , 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2)alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3)qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə(CM-in 62-ci maddəsi); 4)şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-in 70-ci maddəsi); 5)təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 6000 manat məhkəmədəyək icraat dövründə, 1200 manat isə məhkəmə baxışı dövründə ödənilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi tərəfindən ödənilmiş 1200 manat məbləği qəbul etmişdir. Təqsirləndirilən şəxslə barışmışlar, şikayət və tələbləri yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı ona qarşı irəli sürülmüş ittiham üzrə 6930 manat məbləğdəndə artıq, yəni 7200(6000+1200) manat ödəniş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 dəymiş ziyan məhkəməyədək icraat dövründə ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini(59.1.13), zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını(CM-nin 59.1.12), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını(59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs orqanizmin fumksiyasının 90% pozulması ilə bağlı gözdən əlil olması da nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə ittiham olunan maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddinə münasibətdə hesab edir ki, törədilmiş cinayətin mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına daxil olmasını, vurulmuş ziyanın məbləğini(122+6930), dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmaqla, onun cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən Nuriyev X3 rayonu, Fatmayı bağları, fərdi yaşayış evində yaşayır, lakin Bakı şəhər Sabunçu rayonu ərazisində yerləşən Gözdən əlillərin reabilitasiya mərkəzində müalicə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən Təqsirləndirilən şəxs CMnin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda sadalanan cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri(CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkünlüyü nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 02 ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353 , 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı yerini, axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- 02 ədəd kompakt disk iş materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 35 saata görə 385 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(5-101)-55/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-55/2026
23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver