Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-58/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçisi-Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Saatlı rayonu Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Məmmədabad ərazi diarəsi, Məmmədabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və xx.xx.2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq təmiz çəkisi 0,270 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi işə məşğul olması barədə Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin 13-cü Polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 20 oktyabr 2025-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı əynində olan şalvarının cibindən 01(bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,270 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında olan zaman üç nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra həmin polis əməkdaşları onun vəkillə təmin edilmək hüququnun olduğunu izah etmişlər, lakin o imtina etmişdir. Daha sonra həmin polis əməkdaşları ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet və ya vasitə varsa təqdim etməyini təklif etmişlər və o bundan sonra şalvarının cibindən 01 ədəd bükümdə olan “kakos" kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üstü yoxlanılmışdır. Daha sonra təqdim etdiyi büküm polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Daha sonra onlar polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nə getmişlər. 13-cü PŞ-nin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkil dəvət edilmişdir. Dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra təhqiqatçı tərəfindən təqdim etdiyi qablaşdırılmış 01 ədəd bükümə baxış keçirilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin narkotik vasitə olan “kakos” kimi tanıdığı heroin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında internet üzərindən danışdığı, anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş, qablaşdırılmış içərisində heroin olan 01 ədəd bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o həmin narkotik vasitə heroini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, komsomol dairəsi yaxınlığında internet üzərindən danışdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün almışdır. O həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, 8 aydır ki, narkotik vasitə istifadə edir, ona qarşı heç bir təzyiq və ya təsir olmayıb, hal-hazırda narkotik vasitə istifadə etmir. Barəsində amnistiya tətbiq olunması üçün sadalanmış hallar mövcud deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPl-nin 13-cü PŞ- nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi, saxlanması və istifadəsi ilə məşğul olmasıyla bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 20 oktyabr 2025-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, Sabunçu Rayon Polis idarəsinin 13-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 daxil edilmişlər. O, Sabunçu Rayon Polis idarəsinin 13- cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Sabunçu Rayon Polis idarəsinin 13-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 oktyabr 2025-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər, bundan sonra həmin şəxsə vəkillə təmin edilmək hüququ izah edilmiş və həmin şəxs bu hüququndan imtina etmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən cibindən 01 ədəd bükülünü çıxararaq təqdim etmiş, ondan təqdim etdiyi bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “kakos” kimi tanıdığı maddə olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında internet üzərindən danışdığı, anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxsdən 30 (otuz) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs 13-cü Polis şöbəsinə gətirilmişdir. Bundan sonra şöbənin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində götürülmüş zərfə baxış keçirilmişdir. Həmin zərfdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində kütlə olan bükülü var imiş. Təhqiqatçı Təqsirləndirilən şəxs zərfdəki bükümün ondan aşkar edilmiş büküm olubolmadığını soruşduqda, Təqsirləndirilən şəxs bükümün ona məxsus olduğunu, bükülünün içərisindəki kütlənin “kakos” kimi tanıdığı maddə olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında internet üzərindən danışdığı, anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxsdən 30(otuz) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs tutularkən üzərindən aşkar edilmiş maddənin ona məxsus olmasını, şəxsi istifadəsi üçün əladə etdiyini bildirmişdir. Ona qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı Sabunçu RPİ-nin 13-cü PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır və polis kapitanı xüsusi rütbəsindədir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi, saxlanması və istifadəsi ilə məşğul olmasıyla bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 20 oktyabr 2025-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, Sabunçu Rayon Polis idarəsinin 13-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 daxil edilmişlər. O, Sabunçu Rayon Polis idarəsinin 13- cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Sabunçu Rayon Polis idarəsinin 13-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 oktyabr 2025-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər, bundan sonra həmin şəxsə vəkillə təmin edilmək hüququ izah edilmiş və həmin şəxs bu hüququndan imtina etmiş, bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən cibindən 01 ədəd bükülünü çıxararaq təqdim etmiş, ondan təqdim etdiyi bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “kakos” kimi tanıdığı maddə olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında internet üzərindən danışdığı, anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxsdən 30(otuz) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs 13-cü Polis şöbəsinə gətirilmişdir. Bundan sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı polis mayoru İlham Babayev tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil Müdafiəçi Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində götürülmüş zərfə baxış keçirilmişdir. Həmin zərfdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində kütlə olan bükülü var imiş. Təhqiqatçı Təqsirləndirilən şəxs zərfdəki bükümün ondan aşkar edilmiş büküm olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs bükümün ona məxsus olduğunu, bükülünün içərisindəki kütlənin “kakos” kimi tanıdığı maddə olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında internet üzərindən danışdığı, anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi şəxsdən 30 (otuz) manat pul verməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təhqiqatçı təqdim edilmiş bükümün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində kütlə olan bükülü təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərflər möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “əməliyyat qrupunun təşkil edilməsi barədə” 20 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.1998-ci ildə Salyan Rayonunda anadan olan, Salyan rayonu, Əliabad kəndində qeydiyyatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə qanunsuz olaraq məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün yuxarıda göstərilən polis əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil olunmuşdur(i.v.6). “vətəndaşın üstünün yoxlanılması haqqında” 20 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddələrin daşınmasında, saxlanılmasında və istifadəsində şübhəli bilinən xx.xx.1998-ci il tarixdə Saatlı rayonu Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Məmmədabad ərazi diarəsi, Məmmədabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək xx.xx.2025-ci il tarixdə saat 11:00 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Komsomol dairəsi yaxınlığında saxlanılaraq üstü yoxlanılmışdır. Üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet olduğu halda təqdim edilməsi təklif edilmiş, sonuncu üzərində narkotik vasitənin olduğunu bildirərək əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir bükümü çıxardıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılsa da qanunla qadağan edilən əşya və ya vasitə aşkar edilməmişdir. Bundan sonra narkotik vasitəyə bənzər tünd qəhvəyi rəngdə olan kütlə qablaşdırılaraq saxlanılan şəxs və tərəflərindən imzalanmaqla götürülmüşdür. Həmin əşya qablaşdırılaraq X4 ilə birlikdə xx.xx.2025-ci il tarixdə saat 11:15-də RPİ-nin 13-cü PŞ-nə gətirilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı «Samsung» markalı mobil telefonla Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır(i.v.8-9). “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, 19 oktyabr 2025-ci il tarixdə Sabunçu RPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri ƏAT-i nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün, qeyd edilən tarixdə saat 11:00 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Komsomol dairəsi yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq yoxlanılmış və əynində olan cins şalvarının sağ cibindən 01 ədəd siqaretin qızılı kağızının içərisində tünd qəhvəyi rəngli toz halında kütlə aşkar edilərək götürülmüş götürülməsi barədə raport tərtib olunaraq aidiyyəti üzrə təqdim olunmuşdur, təqdim olunan qablaşdırılmış halda 01 ədəd kağız zərfdə olan siqaretin qızılı kağızına bükülmüş bükümə və DVD-yə baxış keçirilmişdir. Qablaşdırılmış sellofan torbanın üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri yazılmış və Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşlarının imzaları olan 01 ədəd kağız zərfin içərisində 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümə baxış keçirilərkən, bükümdə tünd qəhvəyi rəngdə, toz halında narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Baxışdan sonra həmin kütlələr yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1(bir) ədəd DVD-yə SAMSUNG markalı komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin Təqsirləndirilən şəxs aşkar olunması öz əksini tapmışdır(i.v.34-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2025-ci il tarixli, 3-16-16/2-6/3429 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs(imza)...” yazıları olan bir ədəd zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,270 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir(i.v.42-44). “Diskə baxış keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Diskdə olan «İMG_6972» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 04 dəqiqə 35 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, qaranlıq vaxtı 2 nəfər mülki geyimdə olan polis əməkdaşı Təqsirləndirilən şəxs saxlamışlar. Ardınca polis əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsi ilə üstünün yoxlanılmasını bildirir və müdafiəçinin hüququndan istifadə edə biləcəyini qeyd edir, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakından imtina edir, etiraz etmir. Bundan sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması, qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd bükülünü çıxararaq təqdim edir. Polis əməkdaşı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “kakos” kimi tanıdığı maddə olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Həmçinin diskdə olan «İMG_4824» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 3 dəqiqə 38 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxış keçirdikdə müəyyən olunur ki, 13-cü PŞ-nin inzibati binasında, xidməti otaqda ilk olaraq 13-cü PŞ-nin təhqiqatçısı, polis mayoru X7, polis əməkdaşları, daha sonra X8 və 7 saylı vəkil bürosunun vəkili Müdafiəçi özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirəciyini bildirir və Təqsirləndirilən şəxs vəkilin iştirakıyla buna etiraz etmir. Sonra təhqiqatçı zərflərdən birini açır və içərisindəki bükülünü Təqsirləndirilən şəxs göstərərək ondan təqdim etdiyi bükülünün həmin bükülü olub-olmadığını, bükümdə dəyişikliyin olubolmadığını soruşur, Təqsirləndirilən şəxs isə həmin bükülünün özü təqdim etdiyi bükülü olduğunu təsdiq edir və bükülüdə heç bir dəyişikliyin olmadığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü soruşduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülünün içərisindəki kütlənin “kakos” kimi tanıdığı maddə olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında 30 manata Bakı şəhəri Sabunçu rayonu Komsomol dairəsi yaxınlığında internet üzərindən danışdığı lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra təhqiqatçı təqdim edilmiş bükümün məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirir və Təqsirləndirilən şəxs etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü və mobil telefon polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir və bununla da çəkiliş sona çatır(i.v.90-91). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 oktyabr 2025-ci tarixli, 6609 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür(i.v. 102-103). “diskə baxış keçirilməsi haqqında” 17 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglər, SMS mətnləri, nömrə adına sənədləşdirilmiş şəxslərə dair məlumatlar olan 01(bir) ədəd diskə baxış keçirilmiş, baxış zamanı istintaq marağı kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir(i.v.114). “Sübutların qiymətləndirilməsi haqqında” 09 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş və Təqsirləndirilən şəxs həmin hissədə təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilmiş, işdə olan təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, baxış protokolu, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoluna əlavə edilmiş 01 ədəd DVD disk, digər istintaq sənədləri iş üzrə sübut növü kimi qəbul olunmuş və ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 bükümdə təmiz çəkisi 0,270 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 0,220 qram qalığı ibtidai istintaqın yekununda saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, təqsirləndirilən şəxsin adı Təqsirləndirilən şəxs kimi oxunmuşdur(i.v.124- 130). İş materiallarında olan: Cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır(i.v.1). “Şübhəli şəxsin tutulması haqqında” 20 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 20 oktyabr 2025-ci il tarixdə, saat 11:00-da tutulmuşdur(i.v.22). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.62-63). Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 22 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azadlığa buraxılmışdır(i.v.79-81). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.82-83). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.105). Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhər 2 nömrəli X2 müraciət etməyibdir(i.v 106). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qramdan 2 qramdək olduqda xeyli miqdar hesab olunur. Məhkəmə iclasında özünü təqsirli bilərək öz ümadifəsi üçün məhkəməyə dəlillər təqdim etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını(AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddinə münasibətdə qeyd edir ki, narkotik vasitənin miqdarı(0,270 qram heroin), törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi qiymətləndirir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, psixotrop maddənin miqdarını, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı(CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD və CD disk iş materiallarında saxlanılmalı(CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 oktyabr 2025-ci il tarixdən 22 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 01 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,220 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 80(səksən) manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. İş üzrə maddi sübut–01 ədəd “DVD” və “CD” disk iş materiallarında saxlanılsın. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 18 saata görə 198 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosuhesab AZ92 AİİB ********************, VÖEN **********). Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20(iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(5-101)-58/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-58/2026
16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver