Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-60/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “X7” şirkətində maşinist işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Yadulla qızı özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədi ilə 04 avqust 2025-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs Gtiləhməd oğlunun evinin satışından əldə etdiyi pul vəsaitini, sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, ev 101 ünvanında yerləşən evində saxladığını bilib evdə olan zaman mənzildəki dolabların açmasına ixtiyarı olmasından istifadə edərək həmin mənzildə qonaq otağında olan televizorun altındakı dolabın içərisindən Zərərçəkmiş şəxs məxsus 17000 manat vəsaiti gizli olaraq talayıb Zərərçəkmiş şəxs 17000 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 il olar ki, anası ilə birlikdə yaşayır. Təqribən 10 il olar ki, Adilə xala ilə sıx mehriban qonşuluq münasibətləri olmuşdur. Adilə xala qızı Sevda ilə birlikdə yaşayır və Sevda əlildir. Təqribən 2 ilə yaxındır ki, Adilə xalanın oğlu Tahir də Adilə xalagilnən yaşayır. Beləliklə o, tez-tez Adilə xalagilə gedib onlara baş çəkirmiş və birlikdə oturub deyib gülürmüşlər. Təqribən 3 ay olar ki, Tahir özünə məxsus olan evi satdığını bildirmiş və pulları isə onun yanında evin qonaq otağında olan televizorun altındakı dolabın içərisinə qoymuşdur. Hadisədən təqribən 2 ay əvvəl isə Tahir pulların bir hissəsini götürərək ev almışdır. Bu zaman o, yerdə qalan pulu Tahirin hara qoymasını bilməmiş, lakin ehtimal etmişdir ki, Tahir pulları elə həmin yerə qoymuşdur. Bir qədər sonra onun qeyri-rəsmi yaşadığı Natiq adlı şəxsə pul lazım olduğundan Natiqə kömək etmək istəmiş, lakin Natiqə nə cür kömək edəcəyini bilməmişdir. 04 avqust 2025-ci il tarixdə saat təqribən 14 radələrində Adilə xalagilə getmiş, orada olan zaman Adilə xalanın dərmanlarını vermişdir. Dərmanların yerləşdiyi qab düz televizorun qarşısında olduğundan Tahirin pullarını oğurlamaq qərarına gəlmişdir. Bu zaman sakitcə televizorun altındakı dolabı açaraq içərisində pul olan qara paketi götürüb cibinə qoymuşdur. Bir qədər də oturub söhbət etdikdən sonra evdən çıxaraq öz evinə getmiş, evə çataraq Natiqin gəlməsini gözləmişdir. Saat təqribən 17-18 radələrində Natiq onun yaşadığı evə gəlmişdir. Bu zaman pulun olduğu paketi açaraq içərisində olan puldan 2500 manat nağd pulu götürüb Natiqə vermişdir. Bundan sonra yerdə qalan pulu saymadan başqa sarı rəngli paketə qoyaraq çantasına qoymuşdur. Puldan 3700 manatını ayrı-ayrı şəxslərə olan borcunu ödəmiş və evə 1-2 aylıq bazarlıq etmişdir. Pulun 10800 manatını isə özündə saxlamış və istintaq orqanına təhvil vermişdir. Daha sonra yerdə qalan 6200 manat pulu da Zərərçəkmiş şəxs qaytarmışdır. Oğurluğu tək törətmişdir. Natiq ondan pulu kimdən aldığını soruşmuş, lakin Natiqə oğurluq barədə bildirməmiş və pulu borca aldığını demişdir. Adilə xala yaşlı adam olduğundan Adilə xalaya hiss etdirmədən oğurluğu törətmişdir. Adilə xalaya kömək etdiyindən evdə hər yerə daxil olmağa onun icazəsi olmuş və bu vəziyyətdən istifadə edərək oğurluq etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, hadisədən təqribən 2 il əvvəl olar ki, onun anası və bacısı xəstə olduqlarından onların yaşadıqları Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, ev 101 ünvanında onlarla birlikdə yaşamaqla xəstə anasına və bacısına köməklik edir. Qeydiyyatda olduğu mənzili satdıqdan sonra anasıgilə yaxın ərazidən 22000 manata ev almış, yerdə qalan 17000 manatı isə bağlamada anasıgilin yaşadığı evdə qonaq otağında televizorun altında olan dolabda saxlamışdır. Həmin 17000 manatı 23 sentyabr 2025-ci il tarixdə anasıgilin yaşadığı ünvana qoymuşdur ki, aldığı evi ona təhvil verdikdən sonra həmin evdə təmir işləri aparsın. xx.xx.2025-ci il tarixdə saat təqribən 12 radələrində pulu yoxlayan zaman pulun olduğu bağlamanın yerində olmadğını görmüşdür. Həmin dolabda olan hər bir əşyanı çıxardaraq dolabı tam yoxlayıb pulun olmadığına əmin olaraq DİN-nin 102 xidmətinə müraciət edib oğurluq barədə məlumat vermiş və az sonra evə polis əməkdaşları gələrək baxış keçirmişlər. Baş vermiş hadisə nəticəsində ona 17000 manat maddi ziyan dəymişdir. Hadisəni törətməkdə Təqsirləndirilən şəxs şübhələnmişdir. Belə ki, həmin qadın qonşuluqda yaşayır və anasına köməklik məqsədi ilə tez-tez onların evinə gəlib getmişdir. Həmin dolab qonaq otağında televizorun altında olduğundan evdə olan şəxslərin hər birinin dolabı açıb bağlamaq ixtiyarı var idi. Sevda da onun anasına və bacısına köməklik etdiyindən demək olar ki, evin adamı kimi idi və bu səbəbdən Sevdanın evdə hər yerə baxmaq, nəyisə götürüb nəyisə qoymaq, lazım gələndə yığışdırmaq ixtiyarı var idi. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 5-8-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan ünvan 3dəd dəhlizdən və 2 ədəd yataq otağından ibarət olduğu müəyyən edildi. Dəhlizdə həmçinin mətbəx mebelinin olması müəyyən edilmişdir. Bundan başqa dəhlizdə qaz sobası quraşdırılmışdır. Evin daxilində sağa və sola otaqlara açılan qapıların olması, sağda yerləşən otağın yataq otağı olması müəyyən edildi. Solda yerləşən otağın qonaq otağı kimi istifadə olunması və həmin otaqda içəridən sol hissədə televizorun olması müəyyən edildi. Televizorun alt hissəsində dolabın olması və Zərərçəkmiş şəxs məxsus olan 17000 manatı həmin dolabın içərisində saxlaması müəyyən edilmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞnin müstəntiqi X2 Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Yadulla qızının və hal şahidləri X5 və X3 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs Yadulla qızının xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, ev 101 ünvanında yerləşən evin qonaq otağında olan dolabdan 17000 manat nəğd pulu oğurlamaqda şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq İŞ-yə təmin olunmuşdur. İŞ-nə təmin olunan vətəndaş Təqsirləndirilən şəxs hadisə nəticəsində oğurladığını bildirdiyi pulları yerləşdirdiyi sarı rəngli paketi istintaq orqanına təqdim etmişdir. Təqdim edilən sarı rəngli paketin içərisinə baxış baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi sarı rəngli paketin içərisində 10800 rnanat nəğd şəkildə pullar olmuşdur. Həmin pullar 108 ədəd 100 manatlıq əskinaslardan barət olmuşdurlar. Cinayət işinin 41-ci vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yadulla qızı xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 50-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq imzalanmış xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, o, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid İskəndərovdan 10800 manat nağd şəkildə təhvil almışdır. Cinayət işinin 68-ci vərəqində olan “Əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs bacısı X1 iş üzrə Zərərçəkmiş şəxs ödənilməsi üçün 2200 manatı 44 ədəd 50 manatlıq əskinasları hal şahidləri X5 və X4 iştrakları ilə Sabunçu RPİ-nin inzibti binasında təhvil alınmışdır. Cinayət işinin 75-77-ci vərəqələrində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid İskəndərovun, Təqsirləndirilən şəxs Yadulla qızın barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətinin əsassız olduğundan müdafiə edilməsindən imtina olunması, qərarın surətinin icra olunması, şəxsin azad olunması üçün Sabunçu RPİ-nin müvəqqəti saxlama təcridxanasına göndərilməsi qərara alınmışdır. Cinayət işinin 78-79-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yadulla qızının barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 83-cü vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq imzalanmış Qəbzdən görünür ki, o, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid İskəndərovdan 2200 manatı təhvil almışdır. Cinayət işinin 85-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq imzalanmış Qəbzdən görünür ki, o, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid İskəndərovdan 4000 manat pulu nağd şəkildə təhvil almışdır. Cinayət işinin 86-cı vərəqində olan ərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-c il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən oğurluq olmasını və hadisə nəticəsində ona ümumilikdə 17000 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda hadisəni törətmiş Təqsirləndirilən şəxs Yadulla qızı tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaq. Cinayət işinin 87-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 89-93-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, 21 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs məxsus 10800 manat pul vəsaitinin cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam olaraq ödənilmişdir və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş zayanın tam ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - 21 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs məxsus 10800 manat pul vəsaitinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 21 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs məxsus 10800 manat pul vəsaitinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(5-101)-60/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-60/2026
02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver