Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-101)-64/2026 18.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmək və aldatma yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünün turizm şirkəti olmasını yalandan deyib onu inandıraraq Türkiyənin Antaliya şəhərində yerləşən “X2” otelində bir həftəlik nömrə, gediş və gəliş üçün avia bilet rezerv edəcəyi barədə yalan vəd verib Ruslan Mirzəyevin ünvan 3 ünvanından “BirBank" mobil tətbiqi vasitəsilə istifadəsində olan **********101513 saylı kart hesabına xx.xx.2025-ci il tarixdə saat 14:36-da göndərdiyi 662 manat pulunu, xx.xx.2025-ci il tarixdə saat 18:54-də eyni işə görə göndərdiyi 500 manat pulunu, xx.xx.2025-ci il tarixdə saat 17:22-də eyni işə görə göndərdiyi 1000 manat pulunu, xx.xx.2025-ci il tarixdə saat 12:32-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən "Oba” marketdə quraşdırılmış “Goldenpey" ödəmə terminalından istifadəsində olan **********101513saylı kart hesabına göndərdiyi 1000 manat pulunu, xx.xx.2025-ci il tarixdə Ruslan Mirzəyevin ünvan 3 ünvanından “BirBank” mobil tətbiqi vasitəsilə istifadəsində olan sonu 2541 saylı kart hesabına göndərdiyi 1500 manat pulunu və xx.xx.2025-ci il tarixdə saat 20:40-da ünvan 4 ünvanında yerləşən “Araz” marketdə quraşdırılmış “PashaPay” ödəmə terminalından istifadəsində olan **********101513 saylı kart hesabına göndərdiyi 1000 manat pulunu, ümumilikdə 5662 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib vədinə əməl etməyib aldadaraq Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC turizm şirkətinin direktoru kimi 2022-ci ildən 2024cü il tarixinədək işləmişdir. Zərərçəkmiş şəxs Rəfail oğlunu əvvəllər tanımamışdır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2025-ci ilin mart ayının sonlarında Şahid2 onun "xxxx" MMC turizm şirkətinin olmasını bildiyi üçün ona müraciət edərək dostuna Antaliya üçün 3 nəfərlik tur paket gediş-dönüş avia bilet və otel rezervasiyası lazım olduğunu bildirmişdir. Samir ona zəng vuracağını dedikdə, o, bununla razılaşmışdır. Qeyd edir ki, həmin vaxt işlədiyi "xxxx" MMC bağlansa da, o, onlayn olaraq vasitəçi kimi digər turizm şirkətlərinə müştəri əlaqələndirmiş və öz qazancını həmin şirkətdən faiz şəklində almışdır. 2025-ci ilin mart ayının təxminən sonlarında Zərərçəkmiş şəxs ona zəng vurmuş, onlar danışmışlar və X1 şəhərinə avia bilet, otel rezervasiyasının qiyməti və təşkil edə bilibbilməməsi ilə maraqlanmışdır. Ruslan Antaliyanın “X2" otelini istədiyini bildirmişdir. O da maraqlanaraq, öz gəliri ilə birlikdə 4900 ABŞ dolları məbləğində qiymət hesablayıb demişdir. Ruslan, Samirin dostu olduğunu bildirərək ondan endirim etməyi xahiş etmişdir. Yekun olaraq həmin tur paketi 4750 ABŞ dolları, yəni 8102 manat dəyərinə hesablayıb təklif etdikdə, Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Daha sonra Whatsapp tətbiqi vasitəsilə ona özünün, qardaşı Ramin Musayevin və bir nəfər adını xatırlamadığı xanımın xarici pasportlarını göndərmişdir. O, ilkin ödəniş olaraq 2450 manat ödəniş etməsini Ruslana bildirmiş, Ruslan da göndərdiyi Kapital Bank kartına həmin məbləğdə pulu göndərmişdir. Bundan sonrakı müddətdə, aralarındakı razılaşmaya əsasən, Ruslan hər ay hissə-hissə tur paketin pulunu onun bank kartına göndərməyə başlamışdır. Belə ki, 660, 500, 1000, 1000, 1500 və 1000 manat olmaqla, 2025-ci ilin aprel ayından iyun ayının 20dək olan tarixlərdə pul göndərilmişdir. Lakin həmin ərəfələrdə maddi problemləri olduğu üçün o, həmin pulları hissə-hissə öz xərclərinə ödəmiş və düşünmüşdür ki, hələ Zərərçəkmiş şəxs tur sifarişinin vaxtı iyunun sonunadır, o vaxta qədər pulu düzəldib turizm şirkətinə ödəyər. Lakin işləri düz getməmiş, pulu düzəldib ödəyə bilməmiş və Ruslana zəng etməmişdir. Artıq tur sifarişinin son günündə Ruslan ona dəfələrlə zəng vursa da, o, zənglərə cavab verməmişdir. “Holiday Travel” turizm şirkətinə ilkin ödəniş olaraq 2450 manat ödəsə də, məcburiyyət qarşısında Zərərçəkmiş şəxs sonradan göndərdiyi 5600 manat civarında pulu hissə-hissə alarkən, Ruslana tur sifarişi üzrə ödəniş etdiyini yalandan bildirmişdir. Əslində isə həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Əməlinə görə peşmandır. Hazırda dəymiş ziyanı zərərçəkmiş şəxsə ödəmiş, eyni zamanda ziyanın 25%ni dövlət nəfinə ödəmişdir, odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hər il yay aylarında Türkiyənin Antaliya şəhərinə istirahətə gedir. 2025-ci ilin mart ayında eyni qaydada istirahətə getmək üçün dostu Şahid2 müraciət etmişdir, çünki Samirin özü xaricə tez-tez gedib gəldiyi üçün onun əlaqələri olmasını düşünmüşdür. Samir də ona tanışının olduğunu, Türkiyənin Antaliya şəhərinə otel rezerv etdirə biləcəyini bildirmiş və onu tanışı olan Təqsirləndirilən şəxs ilə telefonla danışdırmışdır. O, Mobillə danışıqlar apardıqda Mobil ona 3 nəfər üçün bir həftəlik Antaliya şəhərinə otellərin birində istirahət, gediş və gəliş üçün ödənişini hesablayıb “MM group travel” şirkəti vasitəsi ilə 4750 ABŞ dolları, yəni, 8102 manata razılaşmışlar və xx.xx.2025ci il tarixdə artıq o, Türkiyəyə yola düşməli idi. O, ilkin olaraq Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** nömrəsinin “Whatsapp” şəbəkəsindən onun mobil nömrəsinə göndərdiyi **********101513 “Kapital” bank kartına 2450 manat pulu xx.xx.2025-ci il tarixdə ödəmişdir. Danışıq zamanı Mobil ona tur biletini öz “MM group travel” şirkətindən edəcəyini demişdi və razılaşmalarına əsasən o, hissə-hissə Mobilin ona göndərdiyi **********101513 "Kapital” bank kartına xx.xx.2025-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında öz “Kapitalbank" kartından 662 manat, xx.xx.2025-ci il tarixdə eyni yaşadığı ünvanda öz “Kapitalbank” kartından 500 manat, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanda öz “Kapitalbank” kartından 1000 manat, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Oba” marketdə quraşdırılmış "Golden Pay" terminalından 1000 manat, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvan 5 ünvanında öz “Kapitalbank” kartından 1500 manat, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “Milliön” terminalından 1000 manat olmaqla pulları göndərmişdir. Lakin, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC şirkətindən onun nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmiş və şirkətin işçisi kimi özünü təqdim edən Ziba adlı qadın ona tur biletinin cəmi ilk ödənişi 2450 manat olmaqla ödənildiyini, qalan 5600 manat ödənişin ödənilmədiyini bildirmişdir. O isə həmin xanıma Mobil adlı şəxsə tam ödənişləri etdiyini bildirsə də, bir daha araşdırma aparıldıqda Mobilin onu aldadaraq ilkin ödədiyi 2450 manat puldan başqa pulları "xxxx" MMC-yə ödəmədiyi məlum olmuşdur. O da artıq ailə üzvləri ilə istirahətə getmək planının pozulmaması üçün əlavə olaraq 2700 manat, 100 manat tanışı Şahid1 onun xahişinə əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsində “A plus” marketdən "xxxx" MMC- nin hesabına ödəmişdir, qalan 200 və 2600 (13 manat komissiya tutulmuşdur) pulları isə o, öz “Kapitalbank” kartından "xxxx" MMC-nin işçisinin ona göndərdiyi Rabitəbank kartına ödəmişdir. Yəni Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirməsi səbəbindən artıq o, ikinci dəfə ziyana düşərək "xxxx" MMC-yə əlavə olaraq 5600 manat pul ödəmişdir. O, tur biletinin ödənişinin yubanmaması üçün həmin vaxt tanışı Şahid1 adından "xxxx" MMC-yə 2800 manat pul ödətdirsə də, həmin gün axşam Mahirin pulunu nağd olaraq qaytarmışdır. O, həmin vaxt Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə zənglər etsə də zənglərinə cavab verməyib ondan yayınmış, o da onun barəsində Sabunçu RPl-nin 13-cü polis şöbəsinə gidib şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2014-cü ildən tanımışdır, aralarında dostluq münasibəti mövcuddur. Təqsirləndirilən şəxs 2007-ci ildən gimnaziya məktəbindən sinif yoldaşı kimi tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs demək olar ki, hər il yay aylarında Türkiyənin Antaliya şəhərinə istirahətə getmişdir. Bu il də Türkiyəyə istirahətə getmək barədə onunla söhbət etdikdə, turizmlə məşğul olmasını bildiyi Təqsirləndirilən şəxs ona məsləhət görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs institut tələbəçiliyi vaxtından 2023-cü ildə “M group travel” şirkəti açaraq turizmlə məşğul olmaq üçün ofis işlətdiyini bilmişdir. O, Mobilin nömrəsini Ruslana vermişdir və Ruslan onun yanında Mobilə zəng vurmuşdur. Danışıqlar aparıldıqda Mobil 3 nəfər üçün bir həftəlik Antaliya şəhərinə otellərin birində istirahət, gediş və gəliş üçün ödənişini hesablayıb “MM group travel” şirkəti vasitəsi ilə 4750 ABŞ dolları, yəni, 8102 manat ödəmək lazım olduğunu bildirmiş və Ruslan da razılaşmışdır. xx.xx.2025-ci il tarixdə artıq Ruslan Türkiyəyə yola düşməli idi. Ruslan ilkin olaraq Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinin “Whatsapp" şəbəkəsindən onun mobil nömrəsinə göndərdiyi “Kapital” bank kartına 2450 manat pulu xx.xx.2025-ci il tarixdə ödəmişdir. Danışıq zamanı Mobil Ruslana tur biletini öz “MM group travel” şirkətindən edəcəyini demişdir və razılaşmalarına əsasən Ruslan hissəhissə Mobilin göndərdiyi bank kartına 5602 manat qalan pulu 2025-ci ilin aprel və iyun ayı ərzində göndərmişdir. Lakin, xx.xx.2025-ci il tarixdə o, Ruslanla bir yerdə olan zaman "xxxx" MMC şirkətindən Ruslanın mobil nömrəsinə zəng gəlmiş və şirkətin işçisi kimi özünü təqdim edən qadın ona tur biletinin ilk ödənişi 2450 manat olmaqla ödənildiyini, qalan 5600 manat ödənişin ödənilmədiyini bildirmişdir. Ruslan isə həmin xanıma Mobil adlı şəxsə tam ödənişləri etdiyini bildirsə də, bir daha araşdırma aparıldıqda Mobilin Ruslanı aldadaraq ilkin ödədiyi 2450 manat puldan başqa pulları "xxxx" MMC- yə ödəməməsi müəyyən edilmişdir. Ruslan isə ailə üzvləri ilə istirahətə getmək planının pozulmaması üçün əlavə olaraq 2700 manat, 100 manat tanışı Mahir vasitəsi ilə, qalan 200 və 2600 (13 manat komissiya tutulmaqla) pulu isə o, öz bank kartından həmin şirkətin hesabına ödəmişdir və tur biletin ödənişi tamamlanmışdır. Sonra isə birlikdə Ruslanın evinə getmişlər və Ruslan onun turizm şirkətinə ödədiyi 2813 manat pulu ona qaytarmışdır. Bundan sonra, o və Ruslan Mobilə zəng vursalar da Mobil zənglərinə cavab verməmişdir və növbəti gün Ruslan 13-cü PŞ-nə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonrakı müddətlərdə o, Mobillə danışıqlar aparmış və pulu qaytarmasını, onu dostunun yanında biyabır etməməsini bildirsə də, Mobil onunla kobud danışaraq, “polisə şikayət etməməli idiniz, gedib polis vasitəsi ilə də pulu alarsınız” demiş və qəsdən Zərərçəkmiş şəxs 5602 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etmişdir. O, Təqsirləndirilən şəxs ona “Whatsapp” tətbiqi vasitəsi ilə göndərdiyi səsli mesajları istintaqa təqdim edə biləcəyini bildirmişdir(i.v.45-48). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 26 iyun 2025-ci il tarixli protokoldan görünür ki, baş vermiş cinayət hadisəsi ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən Araz marketə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 06-08); Təqdim edilmiş diskə və sənədlərə baxış keçirilməsi və götürülməsi haqqında 10 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi diskdə olan səsyazısına və təqdim etdiyi sənədlərə baxış keçirilmiş, baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 10 ədəd Təqsirləndirilən şəxs aid olduğu bildirilən səs yazısı var. Səs yazılarında bir nəfər kişi cinsli şəxs Samir adlı pulu qısa zamanda qaytaracağını, kartına pul gəlməsini gözlədiyini, digər şəxsə səbrli olmasını söyləməsini Samir adlı şəxsdən xahiş edir.Təqdim edilmiş sənədlərdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göndərdiyi pul vəsaitlərinin qəbzləri və Təqsirləndirilən şəxsla aralarında Whatsapp sosial şəbəkəsindəki yazışmalar vardır. Qəbzlərdən də görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 5600 manat məbləğində pul göndərmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə bildirdi ki, həmin səs yazısındakı səs ona məxsusdur, qəbzlərdəki ödənişlərində hər biri onun istifadəsində olan kart hesablarına aiddir. Törətdiyi əməldən peşmandır(i.v.33-40); Axtarışda olan şəxsin tutulmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da tutularaq Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşlarına təhvil verilmişdir(i.v.52); 04 dekabr 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir birinin üzünə qarşı dyərək bir daha təsdiq etmişlər(i.v.69-72); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-559/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, məhkəmə iclas zalında azad edilmişdir (i.v. 92-98); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.99-100); Maddi ziyanın ödənilməsi haqqında 05 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyandan 3000 manat ödənilmişdir(i.v.102); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v.110); PashaPay MMC-nin 18 mart 2026-cı il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25%-i olaraq 1416 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi, yəni Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə müraciət edərək hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 5662 manat olmuş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı təşkil edən 1416 (min dörd yüz on altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, ittiham tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında hissəsini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(5-101)-64/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(5-101)-64/2026
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver