Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-101)-75/2026 13.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Oğuz rayonu, Xalxal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Oğuz rayonu, Xalxal kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əhatə dairəsinə malik olan şəxs kimi qələmə verib, ona ucuz qiymətə yaşayış evi alacağına dair köməklik edəcəyini bildirməklə etibarını qazanıb, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona 5000 manat ilkin ödəniş müqabilində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Anaşkin küçəsində yerləşən yaşayış evini ona satılmasını təmin edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs hissə-hissə olmaqla ilk dəfə 14 mart 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesində yerləşən “Fuad Market” mağazasında olan ödəmə terminalı vasitəsi ilə 2000 manat pulu istintaqa məlum olmayan hesab nömrəsinə köçürtdürməklə və sonuncu dəfə 15 mart 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Sabunçu RPİ-nin DYPŞ-nin inzibati binasının qarşısında 3000 manat pulu alıb, ümumilikdə 5000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir yerdə işləmişlər, Bakıxanov ərazisində Qənbərov Şəhriyar adlı maklerin münasib evi olmuş, o, vasitəçilik edərək evlə bağlı danışıqlar aparmış və evin şəkillərini Zərərçəkmiş şəxs göndərmişdir. Zərərçəkmiş şəxs ilk məbləği maklerin kartına köçürmüş, Zabrat qəsəbəsində verilən pul isə əlbəəl onun özünə verilmişdir. Verilmiş suallara cavabında o, evin yerini özünü də dəqiq bilmədiyini, maklerin ev sahibinin evdə olmaması səbəbilə bugün-sabah edərək evi göstərmədiyini, evin ünvanını özünün də dəqiq bilmədiyini, bu səbəbdən zərərçəkmiş şəxsi evi göstərməyə aparmadığını, 2000 manatın zərərçəkmiş şəxs tərəfindən maklerin kartına köçürüldüyünü, 3000 manatın isə Zabratda əlbəəl ona verildiyini bildirərək əməlindən peşman olduğunu qeyd etmişdir. Eyni zamanda ərizə təqdim edərək Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, zavodda sürücü, Təqsirləndirilən şəxs isə ekspeditor vəzifəsində işləmişdir. Öz evini sataraq beh almış və ev axtarmaqda imiş. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq qohumunun Anaşkin küçəsində evi olduğunu, anası ilə birlikdə həmin evə gedib baxdığını bildirmişdir. O, əvvəlcə razı olmasa da, sonradan razılıq verərək evə baxmaq istədiyini Təqsirləndirilən şəxs bildirdikdə o, evin sahibinin rayonda olduğunu demişdir. O, marketdə Təqsirləndirilən şəxs 2000 manat pul vermiş, o da həmin məbləği maklerin kartına köçürmüşdür. Səhəri gün Təqsirləndirilən şəxs ev sahibinin gəlib çatdığını bildirərək 3000 manatı istədikdə o məbləği də vermişdir. Daha sonra Təqsirləndirilən şəxsı tapa bilmədiyinə görə 102-yə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 mart 2025-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin törədildiyi yerin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Sabunçu RPİ-nin DYPŞ-nin inzibati binasının qarşısının olması müəyyən edilmişdir(i.v.9-11). “Məcburi gətirilmə haqqında” 17 dekabr 2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Sabunçu RPİ-nin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır(i.v.32). “Şübhəli şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında” 01 yanvar 2026-cı il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ittiham elan edilməsi üçün tutularaq istintaqa gətirilməsi qərara alınmışdır(i.v.34). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 yanvar 2026-cı il tarixli Qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs axtarılaraq istintaqa gətirilənə qədər dayandırılmışdır(i.v.35). “Axtarışda olan şəxsin tutulmasına dair” 19 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nizami rayonunda saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsinə gətirilmişdir(i.v.38). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 19 yanvar 2026-cı il atrixli qərara əsasən Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir(i.v.39). Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilməsinə dair 20 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin dedikləri ilə razı olduğunu bildirmişdir(i.v.56-58). “Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” 21 yanvar 2026-cı il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v.59-60). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 21 yanvar 2026-cı il tarixli Qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci madədsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İstintaq Şöbəsinin baş müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılmışdır(i.v.76-78). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 yanvar 2026-cı il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v.79-80). Göyçay Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 1(046)-29/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(i.v.83-91). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması və xx.xx.2021-ci il tarixdə cəza müddətinin başa çatması, xx.xx.2022-ci il tarixdə Göyçay Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 22 gün müddətindən vaxtından əvvəl şərti azad edilməsi və xx.xx.2024-cü il tarixdə cəza müddətinin başa çatmasına dair məlumat mövcuddur(i.v.21-23). “Sübutların qiymətləndirilməsi haqqında” 26 yanvar 2026-cı il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan ediliş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs aldanılmasında istintaqa məlum olmayan şəxslə hər hansı bir əlbirliyi olmadığından özünü və istintaqa məlum olmayan naməlum şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir(i.v.92-95). Zərərçəkmiş şəxs tərəfindən verilmiş 12 mart 2026-cı il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam məbləğdə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının barəsində bəraətverici əsaslar olmadan tətbiq edilməsini xahiş etmişdir. “AZEMİS” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il və xx.xx.2017-ci il təvəllüdlü uşaqları vardır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir(o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. 7.4-cü bəndinə əsasən bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində Bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi tətbiq edilmir. 8-ci bəndinə əsasən bu Qərar qəbul olunduğu gündən qüvvəyə minir.
10. Bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. 19.5. məhkəmələr-bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində Amnistiyanı Azərbaycan Respublikası Cinayət, Cinayət- Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq tətbiq edirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 12 mart 2026-cı il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam məbləğdə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarını tətbiq etməklə onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlisini xahiş etmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 21 iş saatına görə 231 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı:Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Teymur Həsənov