Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(5-101)-78/2026 17.03.2026 BAKI ŞƏHƏRI SABUNÇU RAYON MƏHKƏMƏSI Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsmayılov İlqar Vəli oğlunun iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilərək barəsində bir il müddətinə azadlıqdan məhrum edilməsi cəzası verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin **** nömrəli bağının cənub-qərb hissəsində (35-ci dalanın sonunda) yerləşən bağ sahəsi ailənin təxminən 300 ilə yaxın müddət ərzində istifadəsində olmuşdur. Qeyd olunan ərazidə "qədim qəbirlər, qədim yaşayış məskənləri və kurqan abidələri kompleksi" aşkar olunmuş və bu tarixi-mədəniyyət abidələri 2008-ci ildən etibarən "Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələri" kimi dövlət tərəfindən mühafizəyə götürülmüşdür. “Qəsr” Mədəni İrsi və X3 İctimai Birliyi olaraq, Azərbaycan Respublikası ərazisində yerləşən mədəni irs nümunələrinin və tarixi abidələrin müəyyən edilməsi, qorunması, tədqiqi və ictimaiyyətə tanıdılması istiqamətində fəaliyyət göstərilir. Birlik bu fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, qeyrihökumət təşkilatı kimi subyektiv hüquqa malik olmaqla həyata keçirir. ## ####### 2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində Sabunçu rayonunun Ləhiş bağlar massivinin 35ci dalanının sonunda yerləşən ailə bağ sahəsinə gələrək, orada dəfn olunmuş və mühafizə olunan yaxın qohumlarının məzarlarını ziyarət edən zaman məlum olmuşdur ki, həmin əraziyə heç bir hüquqi və ya faktiki aidiyyəti olmayan X1 yaxınlıqda yerləşən yarımçıq tikilidə saxladığı itləri məzarların yerləşdiyi əraziyə buraxmış və onları qəbirlərin üzərində gəzdirmişdir. Bundan əlavə, məzarların yerləşdiyi əraziyə yük avtomobilinin daxil edildiyi və həmin nəqliyyat vasitəsinin hərəkəti nəticəsində torpaq örtüyünün dağıdıldığı, ərazinin bərbad vəziyyətə salındığı müşahidə olunmuşdur. Baş vermiş hərəkətlərlə bağlı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oktay oğluna irad bildirildikdə, o, etik davranış qaydalarına zidd olaraq onu “maşeynik”, “paranoy”, “xəstə” kimi ifadələrlə təhqir etmiş, onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oktay oğlu qeyd olunan qanuna zidd hərəkətləri bağ sahəsində olan və müraciət edən şəxsin tanımadığı təxminən 5-6 nəfərin iştirakı və eşidə biləcəyi şəraitdə nümayişkaranə şəkildə həyata keçirmişdir. Baş vermiş hadisələrin hamısı videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oktay oğlu onun şərəf və ləyaqətini alçaldan ifadələri qəsdən işlətdiyini bildirmiş, eyni zamanda “video çəkilişin onsuz da onların əlindən alınacağını” qeyd etmişdir. Baş vermiş hadisə zamanı ərazidə olan və hadisəni birbaşa müşahidə edən şahid qismində X4 çıxış edə bilər. Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsinə əsasən, şərəf və ləyaqəti alçaltma hərəkətləri müxtəlif formada həyata keçirilə bilər; şifahi, yazılı, bədən hərəkətləri və sair. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyüşlərlə, haqqında alçaldıcı ifadələr işlətməklə və s. törədilə bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçadan ifadələrin ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Təhqir cinayətini ifadə edərkən, təqsirkar başqa şəxsin şərəf və ləyaqətinin alçaltdığını dərk edir və belə hərəkətləri törətməyi arzu edir. Cinayətin motivi müxtəlif ola bilər: intiqam və sair. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən: Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. AR Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında ## ### 1999-cu il * saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünya görüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - Şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud aynayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Qeyd olunan hallar və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qanunsuz əməlləri nəzərə alınaraq, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməsi və ona qarşı bir il müddətinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilməsinə dair qərarın qəbul olunmasını xahiş edilir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti ilə eyni məzmunda çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında verilən suallara cavab olaraq Xüsusi ittihamçı bildirmişdir ki, baş vermiş hadisə zamanı ərazidə olan və hadisəni birbaşa müşahidə edən şahid qismində onun doğma oğlu X4 çıxış edə bilər. X4 bu şikayətlə əlaqədar əvvəlki məhkəmə iclaslarında iştirak etməsi hazırki xüsusi ittiham qaydasında şikayət üzrə şahid qismində dindirilməsinə əngəl deyildir. Amma hadisəni görən başqa şahidi də vardır və onun iştirakının təmin edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Növbəti məhkəmə iclasında şahidinin Naxçıvan şəhərində olduğunu və baş vermiş son hadisələrlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini və onun razılığı olmadan ad, soyad, ata adını və yaşayış yerini məhkəməyə təqdim edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Növbəti məhkəmə iclasında isə Xüsusi ittihamçı digər şahidin həyatına rəsmi orqanlar tərəfindən çox ciddi təhdidlər olduğunu, həyatı təhlükədə olduğu üçün onu məhkəməyə təqdim edə bilməyəcəyini, şahid kimi X4 iştirakını yetərli hesab edərək xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi İsmayılov İlqar Vəli oğlu bildirdi ki, Xüsusi ittihamçı xüsusi ittiham qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsi əsassızdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən şərəf və ləyaqəti alçaltma hərəkətləri müxtəlif formada həyata keçirilə bilər: şifahi, yazılı, bədən hərəkətləri və s. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyüşlərlə, haqqında alçaldıcı ifadələr işlətməklə və s. törədilə bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan ifadələrin ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi çıxış dedikdə isə belə ifadələrin ən azı iki kənar şəxs tərəfindən eyni vaxtda eşidilə, görülə və ya başqa formada qavranıla bilməsi başa düşülür. Lakin Xüsusi ittihamçı tərəfindən ikinci şahidin mövcudluğu iddia edilsə də, məhkəmə iclaslarının dəfələrlə keçirilməsinə baxmayaraq həmin şəxs məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, hesab edir ki, iddia edilən halın baş verməsini təsdiq edən kifayət qədər və mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş və barəsində xususi ittiham qaydasında şikayət verilmiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 293.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM- nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarından görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarından görünür ki, Apellyasiya şikayəti təmin edilməmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oktay oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması, şikayət verən şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməməsi qənaətinə gəlir. Belə ki, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayətin verilməsi yeri qeyd olunmamışdır. Bundan başqa Xüsusi ittihamçı şikayətdə digər şəxslərin gözü qarşısında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan ifadələr işlədilməsini qeyd etsə də, şikayətdə şahid qismində X4 barədə məlumatlar qeyd olunmuşdur. Halbuki, X4 Xüsusi ittihamçı tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət üzrə *(***)-**/**** saylı işin icraatı zamanı ilk gündən bütün məhkəmə iclaslarında iştirakı nəzərə alınmaqla onun şahid qismində dindirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, Apellyasiya şikayəti təmin edilməmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Oktay oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan sonra xüsusi ittiham qaydasında şikayət üzrə heç bir dəyişiklik baş verməmiş və barəsində artıq yuxarı instansiya məhkəməsi tərəfindən qərar qəbul edilmiş şikayət ərizəsi heç bir əlavə sübut təqdim edilmədən yenidən məhkəməyə təqdim olunmuşdur. X4 adı şahid qismində əvvəlki şikayət ərizəsində qeyd olunmasa da, o məhkəmə icraatı dövründə şikayətçi tərəfindən şahid qismində məhkəməyə təqdim edilmiş və X4 şahid qismində iştirakına öncəki həm birinci insatansiya məhkəməsi, həm də Apellyasiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən təqdim olunmuş CD disklə tanış olarkən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs olduğu iddia edilən şəxsin işlətdiyi ifadələrin konkret olaraq kimə ünvanlanması bəlli deyil. Belə ki, “maşennik” ifadəsi işlədilərkən Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs arxasında və bir qədər aralıdadır və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs həmin ifadəni üzü video çəkən şəxsə qarşı dayanaraq ifadə edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrəli Qərarın 5-ci bəndindən görünür ki, CM-nin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. “Paranoya” ifadəsi işlənilən zaman isə videoda yalnız Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs görünür və onun həmin sözü kimə dediyini dəqiq müəyyənləşdirmək mümkün deyildir. Xüsusi ittihamçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “paranoya” ifadəsini işlətdiyi zaman onunla danışan şəxsin özü olduğunu iddia edərək məhkəmə ekspertizasının təyin edilməsini və həmin videoda danışan şəxsin səsindən kimliyinin müəyyən olunmasını məhkəmədən şifahi şəkildə xahiş etmişdir. Həmin videoda “paranoya” ifadəsi işlədilən zaman Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ilə danışan şəxsin xüsusi ittihamçının iddia etdiyi kimi onun özü, yəni Xüsusi ittihamçı olduğu ekspert rəyi ilə müəyyən olunsa belə təhqirin kütlə içərisində, yəni ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi sübut olunmadığı müddətdə səsin sahibinin kim olduğunun müəyyən edilməsi iş üçün heç bir əhəmiyyət kəsb etmir və lüzumsuz araşdırmadan başqa bir şey deyildir. Buna görə də, xüsusi ittihamçının ətrafda onun təhqir olunduğunu eşidən bir neçə şəxsin olduğunu bildirməsi nəzərə alınmaqla ona məhkəmə tərəfindən kifayət qədər zaman verilmiş və iddia edilən hadisəyə şahidlik etmiş şəxslərin şahid qismində məhkəməyə cəlb olunması üçün lazımi qaydada şərait yaradılmışdır. Lakin, məhkəməyə heç bir şahid təqdim olunmamış və Xüsusi ittihamçı hadisəni görən şəxslərin şahid kimi iştirak edəcəkləri halda Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və dövlət rəsmiləri tərəfindən onların həyatı üçün təhlükə olacağından qorxduqlarından məhkəmədə şahid qismində iştirak etməkdən imtina etdiklərini bildirmişdir. Eyni zamanda oğlunun hadisə zamanı orda olduğunu, elə videoları da onun çəkdiyini və onun şahid kimi çıxışının yetərli olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 şahid qismində dindirilməsi məqbul hesab olunmuş olsaydı belə həmin ifadələri eşidən ikinci şəxs barəsində məhkəməyə heç bir məlumat təqdim olunmamışdır. Xüsusi ittihamçı dəfələrlə şahidi məhkəməyə təqdim edəcəyi ilə bağlı vəd verərək və müxtəlif bəhanələr gətirərək məhkəmə iclaslarının təxirə salınmasını istəməsini və həmin şahidin həyatının rəsmi orqanlar tərəfindən çox ciddi şəkildə təhdid olunduğu və həyati təhlükəsi olduğu üçün məhkəməyə təqdim edə bilməməsi ilə əlaqədar dedikləri ilə bağlı məhkəmə qeyd edir ki, heç bir dövlət orqanının rəsmi nümayəndəsinin iki şəxs arasında olan münasibətlərə müdaxilə edərək şahidi təhdid etməsi inandırıcı olmamaqla yanaşı heç bir məntiqə sığmır. CPM-nin 293.3.4-cü bəndinə əsasən, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd olunmalı olduğu halda qeyd olunmamış və yalnız video yazı şikayətə əlavə olunmuşdur. Lakin, video yazı özlüyündə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməlində Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin olmasının sübuta yetirilməsində yetərli olmamışdır. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa və bu hərəkətlər kütlə içərisində, yəni ən az 2 nəfər şəxsin görə, eşidə və qavraya biləcəyi yerdə ifadə olunmursa CM-nin 148-ci maddəsi üzrə cinayət məsuliyyəti istisna olunur. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(5-101)-78/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(5-101)-78/2026
17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver