Məhkəmə qərarları › İş №1(5-101)-88/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(5-101)-88/2026

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-101)-88/2026 12.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 134, mənzil 12 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq yaşayış massivi, Nəriman Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, 09 avqust 2025-ci il tarixdə saat 04:25 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X9 məxsus “Toyota Prius” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Bilgəh yolunda Nardaran qəsəbəsi “Seabreeze” istirahət mərkəzinin qarşısında, Bilgəh qəsəbəsi istiqamətində gedən yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq 80-85 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edərək Qanunun qeyd olunan tələblərinə əməl etməyib idarə etdiyi avtomobil ilə yolun sağ kənarından sol kənarına doğru iri addımlarla keçən piyada X3 yolun orta hissəsindən geri qayıdan zaman idarə etdiyi avtomobilin ön qarşı hissəsi ilə vuraraq ehtiyatsızlıqdan X1 baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ gicgah-ənsə sümüklərinin xətti sınıqları, sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, sağ gicgah-ənsə və alın nahiyəsinin, sağ qulaq seyvanının, sağ əlin və sol budun, hər iki dirsək oynağı nahiyələrinin əzilmiş- cırılmış yaraları, qançır və sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, sağ gicgah-ənsə sümüklərinin sınıqları ilə əlaqədar başbeyin maddəsinin əzilməsindən ibarət xəsarətlər yetirməklə ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək hadisəni qəsdən etmədiyini bildirərək ifadəsində göstərmişdir ki, o, xidmət sahəsində çalışır, çatdırılma işi ilə məşğul olur, bazarlıq edərək müxtəlif obyektlərə çatdırır. 15 ildir ki, nəqliyyat vasitələrini idarə edir. 09 avqust 2025-ci il tarixdə təxminən səhər saat 5-in yarısı idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomobil ilə işdən evə qayıdarkən yolun dönəcək hissəsində bir xanımın yolun ortasına getdiyini görmüş, ona dəyməmək üçün avtomobili dərhal sağa doğru istiqamətləndirmiş, lakin həmin şəxs geri hərəkət etdiyinə görə bədbəxt hadisə baş vermişdir. Hadisədən dərhal sonra avtomobildən düşərək zərərçəkmiş şəxsə yardım etmiş, ətrafdakı insanlarla birlikdə təcili tibbi yardım çağırmış, təcili tibbi yardımın gəlmədiyini gördükdə PPX əməkdaşlarından zərərçəkmiş şəxsi yaxınlıqdakı xəstəxanaya aparmalarını xahiş etmiş və onalrla birlikdə xəstəxanaya getmişdir. Verilmiş suallara cavab olaraq hadisə baş verən vaxt havanın alatoranlıq olduğunu, yerin səthinin yaş olmasa da, yolun tam aydın görünmədiyini, avtomobili idarə edərkən mobil telefondan istifadə etmədiyini, hadisə vaxtı fikrinin yolda olsa da, məsafənin qısa olması səbəbindən hadisənin baş verdiyini, zərərçəkmiş şəxsin ailəsinə hər cür maddi və mənəvi yardım göstərdiyini və hazırda da göstərməkdə olduğunu, zərərçəkmiş şəxsin dəfn xərclərini qarşıladığını, onun qəbir daşını düzəltdirdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və dəymiş ziyanı ödədiyini bildirmişdir. Həmin vaxt o xatırlayır ki, yolun surət həddi 90 km/saat olmuşdur. O qadını gördükdə hadisələr ani baş verdiyindən qərar qəbul edərək sağa doğru maşını çəkmiş, lakin qadın da həmin vaxt dayanaraq geriyə onun avtomaşınına doğru hərəkət etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 teleqram vasitəsilə məhkəməyə müraciət edərək təhsili ilə əlaqədar Bakı şəhərində olmadığını, təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verilmiş ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, atası X14 anası X2 2009cu ildən rəsmi boşanmışlar, o qardaşı ilə birlikdə anası ilə yaşamışlar. Həmçinin atası uzun müddətdir ki, ruhi xəstədir, ruhi-əsəb dispanserində qeydiyyatdadır. X13 sonuncu dəfə Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sea Breeze” istirahət mərkəzində xadimə vəzifəsində çalışmışdır. Rəsmi işçi olmamışdır. 09 avqust 2025-ci il saat 04 radələrində işdən çıxıb evə gəldiyi zaman baş vermiş yol nəqliyyat hadisə nəticəsində “Sea Breeze” istirahət mərkəzinin qarşısında avtomobil vurması nəticəsində vəfat etmişdir. Hadisə baş verəndən sonra saat 07 radələrində işlədiyi yerdən bir nəfər ona zəng edərək hadisə baş verdiyini, hadisə nəticəsində xəstəxanaya yerləşdirildiyini bildirmişlər. O da Sabunçu rayon xəstəxanasına gəlmiş, orada bilmiş ki, anası vəfat etmişdir. Hadisə şahidlərindən ona belə məlum olmuş ki, anası Gillnarə Mütəllimova iş yoldaşları ilə işdən çıxıb evə gəlmək üçün taksi sifariş vermişlər, üzərində pul az olduğundan yolu keçərək yenidən iş yerinə qayıtmaq istədiyi zaman hadisə baş vermişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini bilmir, görməmişdir. İbtidai istintaq zamanı təqdim edilmiş notarial təsdiq olunmuş ərizəyə əsasən o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 09 avqust 2025-ci il tarixli, 1/8244 saylı protokoldan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.5). Avtomobilin idarə etmək üçün xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, A.S.N-1 Rent A Car tərəfindən “Toyota-Prius minik” markalı ** BC *** qeydiyyat nömrəli avtomobil idarə etmək üçün xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir(i.v 7). Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 10 il müddətinə «B1, B, C1, C» kateqoriyalı BB 420240 nömrəli sürücülük vəsiqəsi verilmişdir(i.v. 6). “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bilgəh-Pirşağı yolu ünvanıdır. “Toyota-Prius minik” markalı, **-BC-*** dövlət qeydiyyat nömrəli avtomobilin Bilgəh-Pirşağı yolu ilə üzü Bilgəh istiqamətində hərəkətdə olarkən sağ tərəfdən sola qaçaraq keçən piyadanı avtomobilin qabaq ön hissəsi ilə vurmuşdur(i.v.13-18). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 Sabunçu Rayon Şöbəsinin 27 avqust 2025-ci il tarixli 238 nömrəli rəyindən görünür ki, mərhum X1 meyitində baş-beyin maddəsinin əzilməsi, başbeyin maddəsinə və yumşaq qişalarına qansızma, sağ gicgah-ənsə sümüklərinin xətti sınıqları, sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, sağ gicgah-ənsə və alın nahiyəsinin, sağ qulaq seyvanının, sağ əlin və sol budun, hər iki dirsək oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən, mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşının vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb sağ gicgah-ənsə sümüklərinin sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir(i.v.37-41). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 idarəsinin 05 sentyabr 2025-ci il tarixli 3-13-16/2-178098/2025 saylı məktubundan görünür ki, DİN-nin Baş X23 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB 420240 nömrəli “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır(i.v.42). “DVD diskə baxış keçirilməsi barədə” 29 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti Təhlükəsiz Şəhər Xidmətinin TŞ 9-150 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2025-ci il tarixli saat 04:28-dən 04:30-dək olan müddətdəki görüntünün həkk olunduğu 01 ədəd DVD diskə baxış keçirilərkən qaranlıq hava şəraitində görüntünün 04:28:42-də hərəkətdə olan bir avtomobili ötürərək yolun hərəkət hissəsinə daxil olduğu, 04:28:45-də avtomobil işıqlarının kölgəsindən görünərək həmin piyadanın yolun hərəkət hissəsində yolun ortasına doğru hərəkət etdiyi və 2 saniyə sonra yolun hərəkət hissəsinin ortasında olan zaman geri səkiyə doğru qaçaraq qayıdarkən avtomobilin sağ tərəfi ilə vurularaq bir qədər irəliyə atıldığı, sürücünün avtomobili saxladıqdan sonra avtomobildən yerə düşdüyü, insanların hadisə baş verən yerə toplaşdığı müəyyən edilmişdir(i.v.43-45). Azərbaycan Repsublikası Məhkəmə X10-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 8/2369 nömrəli 12 noyabr 2025-ci il tarixli rəyindən görünür ki, “Toyota Prius minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobil yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan artıq, yəni 80-85 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (i.v.57-58). “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 23 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş xx.xx.2025-ci il tarixli ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmış, onun əməlində CMnin 263-1.3-cü və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında əlavə edilməsi nəzərə alınmışdır(i.v 101-106). İş materiallarında olan: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 avqust 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və müstəntiq Vasif Xalıqovun icraatına qəbul edilib istintaqı aparılmışdır(i.v.1). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.21). Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X11 mərhum X1 hüquqi varisi qismində tanınmışdır(i.v. 29). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 09 oktyabr 2025-ci il tarixli Qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat iş üzrə cinayət əməlini törətmiş şəxsin(şəxslərin) müəyyən edilməsi məqsədilə dayandırılmışdır(i.v.48). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün təzələnmişdir(i.v.59). xx.xx.2025-ci il tarixli 3/2-7685/2025 saylı məktubdan görünür ki, əməliyyat tapşırığına cavab olaraq Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin hadisə günün gecə saatlarında baş verdiyindən hadisəni görə biləcək şəxs və şəxslərin dairəsini, şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır(i.v.54). Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir(i.v 69-70). Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il tarixli X18 var(i.v 85-86). “Vəsatətə baxılması barədə” 19 dekabr 2025-ci il tarixli Qərara əsasən Təqsirləndirilən şəxs 19 dekabr 2025-ci il tarixli vəsatəti əsassız olduğundan rədd edilmişdir(i.v.87). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.89-91). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin olduğu yerin müəyyən edilməsi, tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün axtarış elan edilməsi, cinayət işinin istintaq icraatının dayandırılması haqqında” 05 yanvar 2026-cı il tarixli Qərardan görünür ki, “başqa yerə getməmək haqqında itlizam” qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozmaqla hazırda cinayət prosesini həyata keçirən orqandan gizlənən və olduğu yer məlum olmayan Təqsirləndirilən şəxs tutulması qərara alınmış və barəsində axtarış elan edilmişdir(i.v.92- 93). Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2026-cı il tarixli 3-27-103/2-X- 1388/1-28/2026/2738 saylı məktubundan görünür ki, AYNA-nın xəritə bazasına sözügedən ünvanda 70 km/saat surəti həddini göstərən yol nişanları xx.xx.2025-ci il tarixdən əlavə edilmişdir(i.v 97). xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü olaraq istintaqa gəlmişdir(i.v 98). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 23 yanvar 2026-cı il tarixli Qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa könüllü olaraqa gəldiyi üçün təzələnmişdir(i.v.99). Zərərçəkmiş şəxsin hüquqi varisi X5 notariat qaydasında təsdiq edilmiş 15 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır(i.v 52). X12 X6 notariat qaydasında təsdiq edilmiş 15 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (i.v 53). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə iclası zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində həmin vaxt yolun surət həddi 90 km/saat olmasını xatırlamasını, eyni zamanda tormoz vermədiyini xatırlamasını qeyd etsə də, video görüntü və Azərbaycan Repsublikası Məhkəmə X10nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 8/2369 nömrəli 12 noyabr 2025-ci il tarixli rəyin tədqiqi zamanı həmin sübutlarla razılaşaraq günahı olduğunu, hadisə vaxtı özünü itirdiyindən qərar qəbul edərək idarə etdiyi avtomaşını sağa doğru çəkdiyini, lakin həmin vaxt mərhumun da geri qayıdaraq onun yolunun istiqamətinə getdiyi üçün hadisənin baş verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının: 12-ci bəndinə əsasən məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını(CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini (CM-59.1.13), himayəsində azyaşlı övladının olmasını(59.1.4), törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını(AR CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2)alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3)qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə(CM-in 62-ci maddəsi); 4)şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-in 70-ci maddəsi); 5)təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Bundan əlavə məhkəmə qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” CM-nin 58.3-cü maddəsində cəza təyin edilərkən yalnız cəzanı yüngüllləşdirən və ağırlaşdıran halların nəzərə alınması deyil, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması məcmu halda nəzərədə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla(CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası (CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), maddi sübut 01 ədəd DVD disk iş materiallarında salanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında salanılsın. Ekspertiza tədqiqatının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq AZ.Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 18 iş saatına görə 198 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ0135010 **********44, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar