Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-101)-94/2026 02.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Rafiq oğlunun sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Bağırzadə Camal Ramazan oğlunun iştirakları ilə, Bağırzadə Camal Ramazan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Bağırzadə Camal Ramazan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət verilən Bağırzadə Camal Ramazan oğlu “Tik-Tok” səhifəsində canlı çıxış edərək Sovet hökumətinin vaxtında necə gözəl yaşadığını və sovet hökumətinin yenidən qurulmasına çağırış etmişdir. Belə ki, “SSRİ təkcə Rusiya deyil; Bu kasıbların ölkəsi idi; Sovet ölkəsində yaşasaydıq gözəl yaşayardıq; Rusiya ilə birləşmək daha yaxşı olardı; Azərbaycanın Rusiyasız çıxış yolu yoxdur; Onlar bizim böyük qardaşlarımızdır” kimi şüarlardan Azərbaycan dövlətinə qarşı istifadə etmişdir. Bağırzadə Camal Ramazan oğlunun sosial şəbəkədə paylaşdığı həmin şəkilləri və açıqlama hissəsində yazdığı yazılarının ekran görüntüsünü çəkərək şikayətə əlavə etmişdir. Bağırzadə Camal Ramazan oğlu “Facebook” sosial şəbəkəsində mövcud olan şəxsi profilində Azərbaycan Respublikasının Prezidenti və onun ailə üzvlərini təhqir edən paylaşımlar etmişdir. Həmçinin ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılan YAP partiyası barədə, bundan başqa, 44 günlük İkinci Qarabağ müharibəsində iştiak edən əsgərləri, şəhidləri təhqir edən paylaşımlar etmişdir. Başqa bir paylaşımında isə “İnqilabi şərait yetişib. “Yuxarılar” xalqı idarə edə bilmir, “aşağadakılar” daha belə yaşamaq istəmirlər. – Lenin” ifadəsilə gənclərimizə çağırış edərək, dövlət çevrilişinə vadar edir. Göstərilənləri nəzərə alaraq, tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi və Bağırzadə Camal Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət təqibinin başlanması barədə qərar qəbul edilməsini məkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayəti müdafiə edib icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Bağırzadə Camal Ramazan oğlu şikayəti qəbul etmədi. X5 tərəfindən ona böhtan atıldığını qeyd etdi. X4 Ramazan oğlu faktiki yaşayış ünvanının Bakı Şəhəri Yasamal rayonu olduğunu bildirərək, aidiyyət qaydalarının da pozulduğunu vurğuladı. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə aid olmadığından, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, Bağırzadə Camal Ramazan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinin ərazi aidiyyəti Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə aid deyildir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas Bağırzadə Camal Ramazan oğlunun “Facebook” sosial şəbəkəsində mövcud olan şəxsi profilində Azərbaycan Respublikasının prezidenti və onun ailə üzvlərini təhqir edən, ümumilikdə dövlətimiz əleyhinə etdiyi paylaşımlardır. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Bağırzadə Camal Ramazan oğlunun qeydiyyatda olduğu ünvan ünvan 2ayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2, 302.2.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Facebook” internet informasiya ehtiyatının hüquqi ünvanı X1 Kaliforniya ştatında yerləşir. Hazırkı halda müəyyən edildi ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Bağırzadə Camal Ramazan oğlunun faktiki yaşayış ünvanı ünvan 3r ki, kütləvi informasiya vasitəsi (internet informasiya ehtiyatının) xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxıldığından, Bağırzadə Camal Ramazan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1, 75.1. 299.1. 299.3.1, 300.1.3, 300.1.4, 300.5, 302.1.1 və 302.2.1, 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bağırzadə Camal Ramazan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(5-101)-94/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(5-101)-94/2026
02.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver