Məhkəmə qərarları › İş №1(5-102)-10/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(5-102)-10/2026

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-102)-10/2026 26.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X14 qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X7, Müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, X2 ölkədən giriş-çıxışına qoyulmuş məhdudiyyətin müəyyən müddətə götürülməsinə dair onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X4 ərizəsinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 ölkədən giriş-çıxışına qoyulmuş məhdudiyyətin müəyyən müddətə götürülməsinə dair onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X9 ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci, 12.1 193-1.3.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilməsnə dair cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılaraq məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-222/2025 saylı hökmünə əsasən: X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci, 12.1,193-1.3.2 ve 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi- məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin ediməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən X5 təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaqla ona qəti olaraq 3 (üç) müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 12.1,193-1.3.2-ci maddələrinə əsasən təyin edilmiş və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanması yolu ilə üzərində saxlanılmış 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti təyin edilməsi ilə şərti hesab edilmişdir. X3 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuşdur. X3 davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. X5 təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. X1 onurğa nahiyyəsində yaranmış ciddi xəstəliklə bağlı onun xarici ölkə(lər)də konsultasiya və müayinəyə (əməliyyata) təcili olaraq ciddi ehtiyacı yaranmışdır. Bu məqsədlə maraqlanarkən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində ölkədən çıxışına məhdudiyyətin olmasını öyrənmişdir. Ölkədən çıxışına məhdudiyyətin hansı səbəbdən və hansı orqan tərəfindən qoyulmasını araşdırarkən məlum olmuşdur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhdudiyyət qoyulub, ancaq həmin məhdudiyyətin nə səbəbdən qoyulmasını izah edə bilməmişlər. İşin bu halında X3 Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlığı aşkar surətdə pozulmaqda davam edir və o, məcburiyyət qarşısında qalaraq hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılmış cinayət işi üzrə X3 ölkədən çıxışına məhdudiyyətin qoyulmasına dair qəbul edilmiş müvafiq qərarın ləğv edilməsi və onun ölkədən sərbəst surətdə getmək hüququnun bərpa olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X9, ərizənin təmin olunmasını, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılmış cinayət işi üzrə X3 ölkədən çıxışına məhdudiyyətin qoyulmasına dair qəbul edilmiş müvafiq qərarın ləğv edilməsini və onun ölkədən sərbəst surətdə getmək hüququnun bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X10, ərizənin təmin edilməməsini xahiş etmişdir. Ərizənin baxılma yeri və vaxtı barədə Bakı şəhər Probasiya İdarəsinə və məhkuma rəsmi məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi və məhkum məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-222/2025 saylı, 17 mart 2025-ci il tarixli hökmündən görünür ki, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci, 12.1,193-1.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir ) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1- ci maddəsinə əsasən həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin ediməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən X5 təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci və 12.1,193-1.3.2-ci maddələrinə əsasən təyin edilmiş və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanması yolu ilə üzərində saxlanılmış 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti təyin edilməsi ilə şərti hesab edilmişdir. X3 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 3-16-21-1/2-37302/2026 nömrəli, 10 fevral 2026-cı il tarixli arayışdan görünür ki, məhkum X8 Bakı Ağır Cinayətlət Məhkəməsinin 1(101)-222/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 12.1, 193- 1.3.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsi tətbiq edilməklə, üzərində 03 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifəsi qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və həmin tarixdə məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkum Ç.Mehdiyev xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmışdır. Ç.Mehdiyev icra məmurunun çağırışlarına gəlmiş, fərdi söhbətlərdə iştirak etmişdir. Məhkum Ç.Mehdiyev xx.xx.2026-cı il tarixə sınaq müddətinin 10 ay 03 gününü çəkmiş, çəkilməmiş sınaq müddəti 02 il 01 ay 27 gün gün təşkil edir. Qanunvericilikdə (Cinayət Məcəlləsində, Cinayət Prosesual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində) məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə cəzanı icra edən orqan tərəfindən mülahizə nəzərdə tutulmadığı üçün Ç.Mehdiyev barəsində arayış Sizə göndərilir. Məhkəmə müdafiəçini dinləyib, prokurorun təklifini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş materialları araşdıraraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizə ilə birlikdə təqdim olunmuş sənədlər məhkumun sağlamlıq vəziyyəti barədə ümumi məlumat xarakteri daşısa da, həmin xəstəliyin müalicəsinin mütləq şəkildə xarici ölkədə aparılmalı olduğunu, yaxud Azərbaycan Respublikasının tibb müəssisələrində bu müalicənin aparılmasının obyektiv olaraq mümkün olmadığını təsdiq edən hər hansı ixtisaslaşmış tibbi rəy, konsilium qərarı və ya səlahiyyətli tibb müəssisəsinin əsaslandırılmış tibbi sənədi təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, məhkumun sağlamlıq vəziyyəti ilə bağlı istinad edilən hallar onun xarici ölkədə müalicə almasının zəruri və alternativsiz olduğunu göstərmədiyi halda, yalnız xəstəliyin mövcudluğu faktı sözügedən məhdudiyyət tədbirinin aradan qaldırılması üçün kifayət qədər əsas kimi qəbul edilə bilməz. Çünki belə hallarda məhkəmə ilk növbədə müalicənin ölkə daxilində təşkili imkanlarının olub-olmamasını və bunun tibbi cəhətdən mümkünsüzlüyünün sübuta yetirilib-yetirilmədiyini qiymətləndirməlidir. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, məhkum barəsində tətbiq edilmiş məhdudiyyətlər cəzanın icrası prosesinin təmin olunması, habelə hüquqi qərarların icrasından yayınma riskinin qarşısının alınması məqsədi daşıyır. Məhkum barəsində tətbiq edilmiş məhdudiyyətlər dövlət tərəfindən tətbiq edilən qanuni və legitim tədbirlər kimi qiymətləndirilir. Məhkəmə həmçinin beynəlxalq hüquqi yanaşmanı nəzərə alır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi öz praktikasında dəfələrlə qeyd etmişdir ki, dövlətlərin üzərinə düşən əsas öhdəlik şəxsin sağlamlıq vəziyyətinə uyğun zəruri tibbi yardımın təmin edilməsidir, lakin bu öhdəlik şəxsin istədiyi konkret ölkədə və ya seçdiyi tibb müəssisəsində müalicə almaq hüququnun mütləq şəkildə təmin edilməsini nəzərdə tutmur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3-cü maddəsi dövlətlərdən şəxsin sağlamlıq vəziyyətinə uyğun adekvat tibbi xidmət göstərilməsini tələb edir, lakin bu müddəa məhkumun zəruriliyi məhkəmə iclasında öz təsdiqini tapmadığından xarici ölkədə müalicə almaq istəyinin avtomatik təmin olunması kimi şərh edilə bilməz. Hazırkı iş üzrə isə məhkum tərəfindən təqdim olunmuş materiallar onun sağlamlıq vəziyyətinin yalnız xarici ölkədə müalicə tələb edən və ölkə daxilində müalicənin aparılmasını istisna edən xarakter daşıdığını göstərmir. Eyni zamanda ərizədə göstərilən halların sözügedən məhdudiyyət tədbirinin aradan qaldırılmasını zəruri edən müstəsna vəziyyət kimi qiymətləndirilməsi üçün kifayət qədər obyektiv sübutlar mövcud deyildir. Məhkəmə hesab edir ki, şəxsin barəsində tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması yalnız belə məhdudiyyətin tətbiq edilməsini zəruri edən əsasların aradan qalxması və ya müstəsna halların mövcudluğu sübuta yetirildiyi halda mümkün ola bilər. Təqdim olunmuş materiallar isə belə halların mövcudluğunu təsdiq etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 519 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 ölkədən giriş-çıxışına qoyulmuş məhdudiyyətin müəyyən müddətə götürülməsinə dair onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X4 ərizəsi təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-222/2025 saylı, 17 mart 2025-ci il tarixli hökmünün icrası ilə əlaqədar məhkum X6 ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət ərizəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar