Məhkəmə qərarları › İş №1(5-102)-13/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(5-102)-13/2026

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-102)-13/2026 10.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 Kamil adlı şəxsin vasitəsilə tanımışam. Tanışılıq əsasında bildirdi ki, faizə pul verməklə məşğuldur, əgər pul lazım olarsa ona müraciət etmək olar. 2022-ci ilin oktyabr aylarında pul lazın olduğu üçün Ceyhunə Ağayevaya müraciət etmişdir. O, 55000 (əlli beş min) manatı, hər ay əsas puldan əlavə 1000 (min) AZN faiz ödəmək şərtilə vermişdir. Mütəmadi ödənişlər edilmişdir. 1 neçə ay bundan əvvələ qədər həmin qadına 17000 (on yeddi min) ödəniş edilmiş, daha sonra pulu tam şəkildə ödəmək istədikdə isə artıq Ceyhunə Ağayeva həqiqətə uyğun olmayan şər-böhtan xaraketrli söhbətlər etməyə başladı. Tələb kimi ya onu öz biznesinə şərik qoşmağını, ya da 600.000 (altı yüz min) AZN pulu hədəqorxu ilə tələb etmiş, onun sifarişlərini etməyəcəyi təqdirdə "Bandizimdə başıma oyun açacağı” ilə hədələmişdir. Daha sonra o bununla da kifayətlənməyərək, müxtəlif sosial şəbəkələrdə, internet kanallarında, TV(ATV) kanalında şər böhtan atmış, işgüzar nüfuzuna xəlil gətirmişdir. Nəzərinizə bir məqamı da çatdırılır ki, onun dediklərinin şər böhtan olmasının sübutu kim qeyd edə bilər ki, vatsap üzərindən atdığı səslərdə borcunun guya 600.000 (altı yüz min) AZN olması, ancaq efirlərdə səsləndirdiyi məbləğə isə 480.000 (min məbləğ) AZN kimi qeyd etmişdir. Bu qadın hələ də əl çəkmir, müxtəlif üsullarlar hədələyir, psixoloji təsir göstərir, onun istədiyi məbləğdə pulu verməyəcəyi təqdirdə biabr etməyə davam edəcəyini bildirir. Onun bu özbaşına, qanunsuz əməllərindən bəzərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayış etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayış etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatındaşəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüzmanatadək miqdardacərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətin alçaldılmasına əsas verə bilməz. Şərəf-cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə cəmiyyətə münasibətinə görə verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutuduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostların əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəviəxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Böhtan-dedikdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində yaymada ifadə olunur. Kütləvi informasiya vasitəsi dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları internet saytları, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması, həmin məlumatların doğru olmaması, belə məlumatların yayılması. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Sözü gedən Qərarın 12-ci bəndinə əsasən Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikası CPM-nin 37-ci maddəsinə əsasən cinayət təqibinin növlərindən biri də xüsusi ittiham təşkil edir. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1 maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 45.4 maddəsində göstərilir ki, xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. "Şərəf və X10 Qanunvericiliyin Məhkəmələr Tərəfindən X12 Haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr şərəf və X10 işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və içtimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Adı çəkilən qərarın 5-ci bəndində məhkəmələrin diqqətinə o, da çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlaməti olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Bununlada hesab edilir ki, barəsində xüsusi ittiham haqqında şikayət verilmiş şəxs yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymaqla böhtan atdığına və şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığına görə xx.xx.1981-ci ildə Bərdə şəhərində anadan olmuş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci, 148-ci və 148-1-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməlidir. Beləliklə qeyd etdiyi xüsusatlara və Azərbaycan Respublikası CPM-nin 37.2, 298- 300-cü maddələrini rəhbər tutaraq məhkəmədən, "Müxtəlif sosial şəbəkələrdə, xəbər portallarında, ATV kanalında də mənə qarşı təhqir, böhtan xarakterli ifadələr yazaraq şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltdığına görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayətdə həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin icraatında olan 1(5-102)-13/2026 saylı izə üzrə bəzi halların dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9r. Bildirilir ki, X11 xx.xx.2026-cı il tarixdə “TİKTOK" sosial şəbəkəsində “Aran Media” səhifəsində və xx.xx.2026-cı il tarixində Youtube kanalında verdiyi intervyu( müsahibəsində)da mənə böhtan atmaqla mənim şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Belə ki, yayımlanan müsahibədə X11 barəsində “mənə dediki tır park salıram gəl mənə maliyyə cəhətdən kömək ol“, „mənim evimi satdırdı" "mənim maşınlarımı satdırdı" "mənim hərşeyimi satdırdı, “mən küçələrdə qoydu" "mənə kafe söz verdi, mən kafeni instruskiya ilə yığdırdıqdan sonra, mənim kafemi tulladı özünə təzə kafe tikdi" "mənim kafemi küçənin ortasına tulladı” “480.000 mən bura pul qoymuşam" "mənlə qırğına çıxdı, mənlə davaya çıxdı" "məni oynatdı oynatdı" "mənə dediki 3 qarajın pulunu sənə verəcəm, 3 qarajın pulunu da vermədi" "o sırda bu sırada qarajları mənim pulumla tikib", "mən sənin pulunu vermirəm” “ körpə uşaqla məni qoyub küçələrdə" "qarajları mənim pulumla tikib" kimi ifadlər işlədərək müsahibə vermişdir. Bu müsahibənin video görüntüləri də mövcuddur. Həmin görüntülərin əks olunduğu diski şikayətə əlavə edilir. Hesab edilir ki, bu ifadələrlə şəxs “dələduzluq” kimi ağır cinayətdə ittiham edir. Fərdi sahibkar olmağını, əhatəsinin geniş olmağını bu kimi böhtan xarakterli məlumatların işgüzar nüfuzuna xələl gətirdiyini məhkəmənin diqqətinə çatdırılır. Tərəfindən müxtəlif məzmunlu fikirlər yazılmışdır, youtube kanalında isə videoya 8300 baxış olmuşdur və orda da müxtəlif məzmunlu barəsində rəylər yazılmışdır. Digər xəbər portaları Ceyhunə Ağayevanın müsahibəsini " Güzdəkdə dağlar yarılır, qanunsuz gil daşınır, Eləşən Ələkbərovu kim himayə edir? ", "Elşən Ələkbərov dövlətin əmlakını necə, kimin qoruması altında zəbt edib" və s. kimi başlıqlara yayımlamağa başlamışlar. Həmin saytlarda xəbər dərc olunduqdan sonra 30-dan çox xəbər saytında, facebook, instagram və tiktok kimi sosial şəbəkələrdə həmin xəbər dərc olunmağa və yayılmağa davam etdi. Hətta hazırki xüsusi ittiham şikayəti tərtib olunarkən də bu məzmunlu xəbərlərin yayılmağı davam edir. Barəsində yayılan əsassız xəbərin mahiyyətinin həqiqətdən uzaq olması və yayılmış məlumatın qarşı təhqir və ağır cinayət törətməkdə ittiham olunmağı dərindən sarsıdıb. Nəzərinizə çatdırılır ki, bu xəbər açıq aşkar ağır cinayətdə ittiham edir. Bu isə açıq-aşkar şəxsi nüfuzuna zərər vurmaq məqsədi ilə törədilmiş böhtan cinayətidir. Bundan əlavə Ceyhunə Ağayeva cəmiyyətin gözündə cinayət törətmiş, yəni pul alıb aldadan şəxs kimi təqdim etmişdir. Nəzərə alsaq ki, fərdi sahibkardır, müəyyən qədər sosial çevrəsi var və sırf bizneslə məşğuldur, bu xəbərdən sonra bütün iş gördüyü adamlar uzaqlaşdı, utandığından cəmiyyət içinə çıxa bilməmişdir, maddi ziyanlar dəyməyə başladı. Bu günki gündə barəsində bu tip əsassız xəbərlərin yayılması həyat və fəaliyyətinə ciddi surətdə mənfi təsir göstərməkdədir. Bu müsahibədən sonra bütün dövlət qurumları izahatlar almağa dəvət etdi. Ceyhunə Ağayevanın atdığı böhtan nəticəsində günlərlə əsassız yerə izahatlar verməyə məcbur oldum. Həmçinin şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması ilə bağlı isə onu bildirir ki, ümumiyyətlə Ceyhunə Ağayevadan o məbləğdə iş qurmaq adı ilə pul almamışdır, müəyyən məbləğ faizə pul götürmüşdür və aylıq ödənişlərini də vaxtında etmişdir. Bu barədə onun əlində heç bir sübut, qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Belə olan halda ağır cinayətdə ittiham olunmağı qəbuledilməzdir. Bu əməllər nəticəsində mənəvi ziyanla yanaşı, ağır maddi ziyanda dəymişdir. Göründüyü kimi bu xəbərin yayılması indiki hüquqi vəziyyətini pisləşdirməkdən əlavə gələcək perspektivli planlarının da qarşısını almaqdadır. Yuxarıda qeyd olunanlara əsasən, hesab edilir ki, Ceyhunə Ağayevanının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkib əlamətləri vardır. Bununla əlaqədar məhkəmə həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, Aşqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Heç kəs deyə bilməzki, Ceyhunə Ağayevanın barəsində işlətdiyi fikirlər şərəf ləyaqətini və nüfuzunu alçaltmır, bu çıxışda tərif yox həmçinin təhqir var. Ceyhunə Ağayevanın əməlində CM-nin 147-ci maddəsi olan böhtan əməli ilə əlaqədar cinayət məsuliyyətinin yaranması üçün müəyyən edilməli olan hər 3 hal hazırki faktda mövcuddur. Belə ki, bu hallar: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya nüfuzdan salması, həmin məlumatın doğru olmaması, belə məlumatların yayılmasıdır. Ceyhunə Ağayevanın əməllərindəki bir digər tərkib isə CM-in 148-ci maddəsidir. Belə ki, başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Barəmdə yazılmış xəbər tipli müsahibdədə onun 480.000 manatını alıb aldadıb qaytarmamağı əsassız ittihamın olması, sanki cinayətkar kimi tirajlanmağım mənim şərəf və ləyaqətini ağır formada alçaltmışdır. Barəsində bu əsassız xəbər tipli yazı dərc olunduqdan sonra saysız hesabsız zənglər gəlmiş, məsələ ilə əlaqədar ondan soruşulmuş, bu isə onda olduqca ağır mənəvi stress yaratmışdır. Bu əməllər nəticəsində mənəvi ziyanla yanaşı, ağır maddi ziyanda dəymişdir. Belə ki, xəbər yayılmazdan əvvəl iş görmək üzrə üzrə olduğu onlarla vətəndaş bu işlərdən imtina etmişdir. Ceyhunə Ağayeva məni ağır cinayət törətməkdə dələduzluq cinayətində (külli miqdarda ziyan vurmaqla) ittiham etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə Ceyhunə Ağayevə güya ona məxsus qarajları sökdürüb, çölə atdırmağı barədə ifadələr işlədərək, Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkib hissəsində göstərilən cinayət əməlini etməyini iddia edərək yenə də mənə böhtan atmışdır. Halbuki onun əlində bu barədə də qüvvəyə minmiş məhkəmə hökmü və digər qərar növcud deyildir. 186.1. Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.186.2. Eyni əməllər: 186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ceyhunə Ağayeva böhtan atmaqla və təhqir etməklə cinayət əməli törətmişdir və qanuna müvafiq şəkildə cəzalandırılması labüddür. Əks təqdirdə onun haqqında əsassız səsləndirdiyi məlumatlar cəzasız qalacaqdır ki, bu da cəmiyyətdə cəzasızlıq mühiti yaradacaqdır. Bunun da nəticəsində həm həmin şəxs, həm də başqaları bu cür əməl törətməkdə davam edəcəkdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X6 şikayətini müdafiə edərək bildirmişdir ki, əvvəldən tanıdığı Ceyhunə Ağayevadan faizə 55000 manat, hər ay əsas puldan əlavə 1000 manat ödəmək şərtilə götürmüşdür. Hər ay ödənişlər etməklə toplam 17000 manat ödəniş etdikdən sonra qalan pulu tam şəkildə ödəmək istədikdə Ceyhunə Ağayeva təhdidlə başına oyun açacağını bildirmişdir. xx.xx.2025-ci il tarixli hazırlıq iclasında isə məhkəməyə ərizə təqdim edərək yeni hallar və sübutlar olduğundan şikayətlə yenidən məhkəməyə müraciət edəcəyini bildirmiş və hazırkı xüsusi itiham qaydasında şikayətin geri qaytarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2026-cı il tarixli hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Müdafiəçi1 şikayəti müdafiə edərək bildirmişdir ki, Ağayeva X2 barəsində sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar paylaşmışdır. X6 guya X7 480000 manat pulunu mənimsədiyi, evi və maşınlarını satmaq məcburiyyətində qalmasını demişdir. Belə faktlar mövcud deyil. Ağayeva X1 böhtan atmışdır. xx.xx.2025-ci il tarixli hazırlıq iclasında isə məhkəməyə ərizə təqdim edərək yeni hallar və sübutlar olduğundan şikayətlə yenidən məhkəməyə müraciət edəcəyini bildirmiş və hazırki xüsusi itiham qaydasında şikayətin geri qaytarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2026-cı il tarixli hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi bildirmişdir ki, ilk öncə xüsusi ittiham qaydasında verilmiş şikayət düzgün tərtib edilməmişdir. X3 xüsusi ittiham qaydasında təqsirinin olması heç bir sübut şikayətdə və əlavə edilmiş ərizədə öz əksini tapmamışdır. Əlavə olaraq şəxsin barəsində istifadə etmədiyi sözləri qeyd edirlər. Hansı ki, bunları jurnalistlər istifadə etmiş, Ceyhunə Ağayevanın nitqində həmin sözlərin heç birinə rast gəlinməmişdir. Göstərilənlərə əsasən şikayətin icraata qəbulundan imtina edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 müdafiəçisinin vurğuladığı xüsusatları təsdiqləyərək şikayətin icraata qəbulundan imtina edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X4 ərizəsi nəzərə alınmalı və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxs şikayətin geri qaytarılmasını xahiş etdiyindən məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayət geri qaytarılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar