Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-102)-14/2026 26.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Səfərova Nübar Seyfəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 nümayəndəsi və vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs "xxxx" MMC-nin təsisçisi və rəhbəri X2 müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, "xxxx" MMC-nin təsisçisi və rəhbəri X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, "xxxx" MMCnin təsisçisi və rəhbəri X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 19 yanvar 2026-cı il tarixdə “Vətəninfo.az” saytında mənim işlədiyim “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regiona! Qaz İstismarı İdarəsinin haqqında“ X5 nə baş verir? - 70 min manat qalmaqalı” başlıqlı yazı dərc edilmişdir. Yazının mətni aşağıdakı kimidir: Bəzi dövlət qurumlarında müəyyən şəxslərin "toxunulmaz kadrlar" kimi təqdim olunması ilə bağlı iddialar vaxtaşırı gündəmə gəlir. Bu cür iddiaların ünvanlandığı qurumlardan biri kimi "Azəriqaz" istehsalat 'Birliyi də göstərilir. İddialara görə, bu "toxunulmaz kadrlar"dan biri Bakı Regional Qaz İstismarı İdarəsinin rəisi Zamin Mehrəliyevdir. Uzun illər ərzində "Azəriqaz" İB-də müxtəlif vəzifələrdə çalışmış Zamin Mehrəliyev daim yüksək postda təmsil olunub. Məlumatlara əsasən, o, zamanla özünə geniş və etibarlı komanda formalaşdırıb, yaxın qohumlarım və dostlarını qazın satışı və istismarı ilə bağlı şöbələrdə yüksək vəzifələrə təyin etdirib. Etibarlı mənbədən daxil olan məlumata görə, Zamin Mehrəliyevin xalası oğlu, Sabunçu rayonunda qrup rəhbəri və sənədsiz evlərdə sayğacların quraşdmlmasına bilavasitə rəhbərlik edən İlkin adlı şəxs ətrafında qalmaqal yaranıb, iddiaya görə, qpyriqanuni yollarla toplanan vəsaitlər İlkin vasitəsilə Zamin Mehrəliyevə ötürülüb. Mənbə bildirir ki, ilkinin barık kartına cəmi bir ay ərzində təxminən 70 min manat vəsait köçürülüb. Bununla bağlı prokurorluq orqanları araşdırmalara başlayıb. Araşdırmalar zamanı ilkin həmin pulların iş şına məxsus olduğunu iddia etsə də, iş yoldaşının rəsmi izahatında bu vəsaitdən xəbərsiz olduğunu tirməsindən sonra İlkinin istintaqa cəlb edildiyi qeyd olunur. Mənbənin iddiasına görə, islahatların aparıldığı dövrdə Bakı Regional Qaz istismarı İdarəsinin rəisi Zamin Mehrəliyev ən yaxın şəxslərini "gəlirli" hesab edilən sahələrə təyin etdirməyə nail olub. Bildirilir ki, onun yaxın dostu X11 Rayon Qaz İstismarı İdarəsinin rəisi vəzifəsinə gətirilib. Qeyd edək ki, Zamin Mehrəliyev müxtəlif illərdə Sabunçu rayonunda baş mühəndis, eləcə də X15 İstismarı İdarəsinin rəisi vəzifələrində çalışıb. Mənbənin məlumatına əsasən, Zamin Mehrəliyevin arxasında duran əsas şəxslərdən birinin "Azərqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev olduğu da iddia edilir. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Qeyd olunan yazıda mənim guya məhz Zamin Mehrəliyev tərəfindən onun yaxın dostu olmağım əsası ilə Sabunçu Rayon Qaz İstismarı İdarəsinin rəisi vəzifəsinə gətirilmişəm. Əslində isə mən xx.xx.2010-cu il tarixindən “Azəriqaz” İB-nin strukturunda müxtəlif vəzifələrdə çalışmışam. Öz əməyim, zəhmətimlə işimdə fərqlənməyi bacarmışam. Birdənbirə deyil, illərin iş təcrübəsini toplayandan, müsbət mənada fərqlənəındən sonra müxtəlif vəzifələrə təyin olunmuşam. Həmin dövrlərdə isə Zamin Mehrəliyevin Bakı X12 Departamentində hər hansı vəzifəyə istədiyi şəxsi təyin etmık kimi bir səlahiyyət sahibi olmamış, o qeyd etdiyim vəzifəyə çox sonralar təyin edilmişdir. Bundan əvvəlki və həmçinin də onun rəis təyin edildii dövrdə işəgötürən qismində adı çəkilən departament deyil, “Azıriqaz” İB-nin özü çıxış etdiyindən Z.Mehrəliyevin istədiyi şəxsi istədiyi vəzifəyə təyin etmək kimi bir imkanı ümumiyyətlə olmamışdır. Mənimlə əmək müqaviləsini də, əmək müqaviləmdə edilən dəyişikliklər haqqında əmrləri də, vəzifələrə təyin edilməyim haqqında əmrləri də “Azəriqaz” İB-nin bilavasitə özü tərəfindən tərəfindən verilmişdir. Nəhayət xx.xx.2025-ci il tarixli 14-2-2/3-1İ-491/2025 nömrəli əmrlə idarə rəisinin müavini kimi işin təşkilində ən çətin hesab edilən rayonlardan birinə (təsadüfi deyildir ki, Bakı şəhərinin rayonları arasında təbii qaz təchizatı ilə bağlı ən şox məhkəmə mübahisələrinin qeydə alındığı rayonlardan biri də məhz Sabunçu rayonudur) - Sabunçu-1 Rayonuna təhkim edilmişəm. Yazıda mənim rəhbərlik etdiyim Sabunçu Rayon X14də baş verən qanunsuz əməllər nəticəsində qrup rəhbəri X3 tərəfindən guya 70 min manat pul vəsaitinin qeyriqanuni olaraq əldə edilməsi və daha sonra rəhbər şəxsə ötürülməsi ilə bağlı” ağır cinayətlər kateqoriyasına aid olan karrupsiya cinayətinin törədilməsində açıq şəkildə ittihamın yer aldığı hissə də böhtan xarakterli olmaqla təqsirsizlik pezumsiyasını və şəxsiyyət hüquqularının açıq şəkildə pozulması deməkdir. Belə ki, qeyd olunan halların heç biri ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığı halda X14 və onun əməkdaşı, həmçinin də mən ağır çinayətin törədilməsində təqsirli şəxs qismində cəmiyyətə təqdim edilmişdir. Yazıda bir neçə dəfə “etibarlı mənbə” sözündən istifadə edilməklə heç bir fakta əsaslanmayan uydurma və qərəzli fikirlər ictimayyətə təqdim edilsə də, etibarlı hesab edilən həmin mənbə gizli saxlanılır. Şübhəsiz ki, qeyd edilən mənbə həqiqətən də etibarlı olsaydı anonim şəkildə təqdim edilməzdi. Həmin xəbərlərin dərc olunma mənbəyi olan Vətəninfo.az internet saytının təsisçisi olan "xxxx" MMC-nin (VÖEN: **********) ünvanı Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin “Bir pəncərə” elektron sistemində Bakı ş., Səbail r-nu, İbrahim Məmmədov küçəsi, ev 15, mənzil 3 kimi qeyd olunmuş, qanuni təmsilçisinin də X6 olduğu nəzərə çarpır. X6 tərəfindən barəmdə yayılan əsassız xəbərin mahiyyətinin həqiqətdən uzaq olmaqla və yayılmış məlumatın mənə və rəhbərlik etdiyim sahəyə qarşı ağır cinayət törətməkdə ittiham etməklə böhtan cinayəti törədilmişdir. Həmçinin də İlkin Əzizov nəinki yazıda qeyd olunan epizod üzrə, hətta ümumiyyətlə heç bir vaxt hər hansı bir cinayət işində təqsirləndirilən şəxs qismində cəlb olunmamış və barəsində heç bir hökm çıxarılmamışdır. Lakin, X6 haradan əldə olunduğu bəlli olmayan məlumatı “etibarlı mənbə” adı öz saytında dərc edərək oxucularda çaşqınlıq yaratmışdır. Bu isə mənin şəxsi nüfuzuma və rəhbərlik etdiyim sahənin işgüzar nüfuzuna açıq-aşkar zərər vurmaq məqsədi ilə törədilmiş böhtan cinayətidir. Barəmdə bu əsassız xəbər tipli yazı dərc olunduqdan sonra mənə saysız-hesabsız zənglər gəlmiş, məsələ ilə əlaqədar məndən soruşulmuş, bu isə məndə olduqca ağır mənəvi stress yaratmışdır. Bu əməllər nəticəsində mənə mənəvi ziyan dəymiş, məlumatın yayılması nəticəsində mənim şərəf və ləyaqətimə olduqca ağır zərər vurulmuş və cəmiyyət içində nüfuzum zədələnmişdir. Beləliklə də yayımlanan materialda Nahid Canbaxışlı yalan olduğunu bilə-bilə mənim şərəf və ləyaqətimi ləkələyən və məni nüfuzdan salan, mənim və rəhbərlik etdiyim Sahənin barəmdə heç bir sübut və dəlil əsas gətirilmədən, şərəf və ləyaqəti alçaldan, ağır cinayət törətməkdə əsassız yerə ittiham edən məlumatları KİV-si sayılan “vətəninfo.az“ saytda yayaraq mənə və rəhbərlik etdiyim kollektivə böhtan atmış, təqsirsizlik prezumpsiyasını pozaraq mənim rəhbərlik etdiyim Sahəni ağır cinayət törətməkdə (təkrar rüşvət alma və rüşvət vermə) ittiham etməklə Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 nümayəndəsi və vəkili Müdafiəçi2 cavabdehin təsisi və rəhbəri olduğu sayt tərəfindən xüsusi ittiham qaydasında şikayət verən şəxsin guya ki, idarə rəisi Zamin Mehrəliyev tərəfindən yaxın dostluq münasibəti əsasında vəzifədə irəli çəkilməsi, gəlirli yer hesab edilən xidmət sahəsinə təyin edilməsi öz əksini tapmışdır. Əslində onun əmək kitabçasından, əmək müqaviləsindən göründüyü kimi, həmin hal-hazırda bəhs olunan vəzifəyə təyin olunana qədər uzun müddət, 2010-cu ilin noyabr ayından SOCAR-ın müxtəlif təşkilatlarında iştirak etmiş və hal-hazırda çalışdığı vəzifəyə pillə pilə öz əməyi ilə gəlmişdir. Bundan başqa orda qeyd olunur ki, İlkin adlı şəxsin 70 000 azn kartına pul gəlmiş və bu pul Zamin Mehrəliyevə ötürülüb . Yazının özündədə də yazılır ki, rəsmi mənbələrdən açıqlama əldə etmək mümkün olmamışdır. Özü bilə bilə ki rəsmi mənbə heç bir məlumat verməmişdir, heç bir rəsmi açıqlama yoxdur, insanı ağır cinayət törətməkdə , ittiham verən şəxs isə həmin cinayətdə iştirakçı kimi iştirak edir. Faktiki halda şəxsin nüfuzu zədələndiyi, ittiham edildiyi halda bunun öz əksini tapmışdır. Onun kim tərəfindən yerləşdirilməsi məsələsinı araşdırmaq mümkün deyil. Bu məsələni ancaq Daxili İşlər Nazirliyinin Kibercinayətkarlığa qarşı Mübarizə İdarəsi ortaya çıxarmaq qabiliyyətindədir. Bu halda vətəndaşın başqa bir araşdırma aparmaq, yaxud da internet vasitələrinə müdaxilə kimi informasiya almaq vasitəsi yoxdur. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş "xxxx" MMC-nin təsisçisi və rəhbəri X2 müdafiəçisi Müdafiəçi1 bildirmişdir ki, qarşı tərəf öz çıxışında detallı qeyd edir ki, onun barəsində böhtan xarakterli məlumatların, məqalənin Kütləvi İnformasiya vasitələrində, (mətbuatda ) , yəni internet məkanında (saytında) məhz mənim müdafiə etdiyim şəxs, Canbaxışlı Nahid həyata keçiribdir.Lakin, xüsusi ittiham irəli sürən tərəf məhz Canbaxışlı Nahidin bu əməli törətdiyini sübuta yetirə bilməmişdir. Qarşı tərəfin yeganə dəlili, mənim müdafiə etdiyim şəxsin internet saytının təsisçisi və direktoru olmasıdır. Qeyd edim ki, publikasiya edilmiş məqalənin müəllifi qeyd olunmadığından saytın təsisçisi təqsirli bilinə bilməz.KİV-sinin təsisçisi və ya direktoru törədmədiyi əmələ qörə təqsirli bilinə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, xüsusi ittiham qaydasında irəli sürülmüş tələb əsassızdır, qanunsuzdur bu səbəbdən də rəd edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayma –min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olubolmaması barədə. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda; şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: bu Məcəllənin Həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə verilmiş şikayəti nəzərdə keçirərək şikayətin məhkəmə baxışının keçirilməsini qeyri-mümkün edir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında sübutlar mahiyyəti üzrə araşdırılıb qiymətləndirilməsə də, onların ilkin olaraq mövcudluğu, həmin sübutların şəxsə aidiyyəti hazırlıq iclasında yoxlanılır. Xüsusi ittiham qaydasında verilən şikayət üzrə ilkin olaraq kifayət qədər sübutlar mövcud olduğu halda şikayətin icraata qəbul məsələsinə baxıla bilər. Şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında sübutların ilkin olaraq mövcudluğunun yoxlanılması və şəxsə bilavasitə aidiyyətinin yoxlanılması əhəmiyyətlidir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun hansı əməllərinə görə Cinayət Məcəlləsinin 147.1, hansı əməllərinə görə 147.2-ci maddəsi, cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi şikayət ərizəsində barəsində şikayət verilmiş şəxsin hansı söz və ifadələrlə şikayət vermiş şəxsə böhtan atması, onların hansı sübutlarla təsdiq edilməsi, həmin söz və ifadələrin hansına görə şəxsin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, hansı söz və ifadələrə görə isə həmin Məcəllənin 147.2-ci maddəsinin tərkibinin yaranması göstərilməmişdir. Beləliklə də, barəsində şikayət verilmiş şəxs şikayət ərizəsində yalnız ümumi formada ittiham edilmiş, ittihamın məzmunu, həcmi dəqiq müəyyənləşdirilməmişdir. Bu halları müəyyən etmək və həmin halları təsdiq edən ilkin sübutları təqdim etmək isə şikayət vermiş şəxsin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, qeyd edilən hallar şikayət ərizəsində göstərilmədiyi halda, yəni ittihamın məzmunu, həcmi, vaxtı, yeri qeyri-müəyyən olduğu halda şikayət üzrə məhkəmə baxışı keçirilə bilməz Bundan başqa iş materiallarından görünür ki, “Vətəninfo.az“ saytı ümumi saytdır, onun təsisçisi və rəhbəri X4r. Şikayətdə məlumatın məhz X6 tərəfindən yayımlandığı qeyd edilsə də iş materiallarına baxdıqda onun kim tərəfindən yazıldığı görünmür (müəllif qeyd edilməyib). Bundan başqa məhkəmə hazırlıq iclasında həmin xəbərin məhz X6 tərəfindən yazıldığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Xüsusi ittihamçının nümayəndəsi isə qeyd edilən xəbərə görə saytın rəhbərinin məsuliyyət daşıdığını qeyd etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi-nin 293.3-cü maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayətdə əməlin kim tərəfindən törədilməsi, bunun hansı sübutlarla təsdiq edildiyi, hansı şahid və sənədlərlə sübut olunduğu aydın və konkret şəkildə göstərilməlidir. Hazırki şikayətdə yalnız saytın rəhbərinin adı göstərilib, amma məqaləni kimin yazdığı, kim tərəfindən redaktə edildiyi, hansı söz və ifadələrin böhtan xarakterli olduğu və bu sözlərin hansı səbəbdən 147.1 və 147.2-ci maddələr üzrə məsuliyyət yaratdığı göstərilməyib. Xüsusi ittiham qaydasında icraatda sübutetmə yükü tam şəkildə xüsusi ittiham qaydasında şikayət verən şəxsin üzərinə düşür. Əgər şəxs istinad edirsə ki, konkret əməl müəyyən şəxs tərəfindən törədilmişdir, o zaman həmin cinayəti təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Sadəcə ehtimal, vəzifə statusu və ya hüquqi şəxsin rəhbəri olmaq faktı cinayət məsuliyyəti üçün yetərli əsas sayıla bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinə əsasən böhtan yalnız şəxsin bilavasitə törətdiyi əmələ görə təsbit edilə bilər və cinayət məsuliyyəti fərdiləşmə prinsipinə əsaslanır. Hər hansı saytda yayımlanan məlumatın özü avtomatik olaraq saytın təsisçisi və rəhbərini cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas sayıla bilməz. Xüsusi ittiham qaydasında şikayət verən şəxs iddia edirsə ki, konkret şəxs böhtan və ya ağır böhtan törədib, bu əməli təsdiq edən sübutları, şahid ifadələrini və sənədləri məhkəməyə təqdim etməlidir. Sadəcə ehtimal və ya hüquqi şəxsin rəhbəri olması cinayətin həmin şəxs tərəfindən törədildiyinin təsdiqi üçün kifayət deyil. İş materiallarından görünür ki, “Vətəninfo.az” saytında yayımlanan məqalənin müəllifi qeyd edilməyib, mənbə anonimdir və heç bir rəsmi təsdiq yoxdur. Bu hallara görə saytın təsisçisi və rəhbəri X1 əməli bilavasitə törətdiyinə dair heç bir sübut mövcud deyil və məqalədəki məlumat hüquqi baxımdan Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkibini yaratmır. Nəticədə, xüsusi ittiham qaydasında verilmiş şikayətin sübutlarla dəstəklənməməsi səbəbindən onun icraata qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə işə baxılması üçün Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsində göstərilən tələblər təmin edilməlidir. Hazırki şikayətdə barəsində şikayət verilmiş şəxsin konkret hansı əməli törətdiyi, həmin əməli təsdiq edən sübutlar, şahid ifadələri, sənədlər və digər dəlillər açıq və dəqiq göstərilməmişdir. Məqalədə yalnız saytın təsisçisi və rəhbərinin adı qeyd olunmuş, lakin məqalənin müəllifi müəyyən edilməmiş və istifadə olunmuş mənbə anonim qalmışdır. Bu səbəbdən, sadəcə olaraq hüquqi şəxsin rəhbəri və ya saytın təsisçisi olması həmin şəxsi cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət deyil. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tərkibi yalnız konkret şəxsin bilavasitə törətdiyi əmələ görə tətbiq oluna bilər və cinayət məsuliyyətinin fərdiləşdirilməsi prinsipi burada əsas rol oynayır. Xüsusi ittiham qaydasında şikayət verən şəxs həmin əməli törədən şəxsi və əmələ aid sübutları təqdim etmədiyindən, şikayət əsassızdır və onun icraata qəbul edilməsi Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə uyğun olaraq mümkün deyil. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi baxımından "xxxx" MMC-nin təsisçisi və rəhbəri X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş şəxs "xxxx" MMC-nin təsisçisi və rəhbəri X2 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 9 saat, 99 (doxsan doqquz) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi1 ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin təsisçisi və rəhbəri X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş şəxs "xxxx" MMC-nin təsisçisi və rəhbəri X2 hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 9 saat, 99 (doxsan doqquz) manatdövlət büdcəsindən tutularaq Müdafiəçi1 ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(5-102)-14/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(5-102)-14/2026
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver