Məhkəmə qərarları › İş №1(5-102)-17/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(5-102)-17/2026

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-102)-17/2026 04.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Sahilə Hümbət qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(009)- 90/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Lənkəran şəhəri, X14 küçəsi, ev 117 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "lalafo.az" saytında yerləşdiyi saxta elan üzrə Zərərçəkmiş şəxs6 "İphone 16 Pro" markalı mobil telefonu satacağı barədə yalan vəd verib aldadaraq 13 iyun 2025- ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində istifadəsində olmuş 4098 5844 9232 2258 kart hesabına sonuncu tərəfindən 1650 manat pulu köçürülməsinə nail olub ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs6 1650 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (İ epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "Tap.az" saytında yerləşdiyi saxta elan üzrə Zərərçəkmiş şəxs8 "İphone 14 Pro" markalı mobil telefonu satacağı barədə yalan vəd verib aldadaraq 15 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində istifadəsində olmuş 5239 1515 1288 9208 kart hesabına sonuncu tərəfindən 1000 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs8 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (İİ epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 işlədiyi mağayaza məxsus "İphone 16 Pro" markalı mobil telefonu alacağı barədə yalan vəd verib aldadaraq 18 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41F ünvanında yerləşən "Bakcell" rəsmi dileri olan mağazada həmin mobil telefonu ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 2250 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (İİİ epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə “Tap.az” saytında yerləşdiyi saxta elan üzrə Zərərçəkmiş şəxs9 "İphone 15 Pro" markalı mobil telefonu satacağı barədə yalan vəd verib aldadaraq 02 iyul 2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "mobil star" telefon mağazasında istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 1350 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs9 1350 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (İV epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "lalafo.az" saytında yerləşdiyi saxta elan üzrə Zərərçəkmiş şəxs12 "İphone 14 Pro" markalı mobil telefonu satacağı barədə yalan vəd verib aldadaraq 08 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Spar express" mağazasının qarşısında istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 920 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs12 920 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (V epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə “Tap.az" saytında yerləşdiyi saxta elan üzrə Zərərçəkmiş şəxs13 "PlayStation 5"” oyun konsolunu satacağı barədə yalan vəd verib aldadaraq 15 iyul 2025- ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun "28 May" stansiyasının qarşısında istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabina sonuncu tərəfindən 750 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs13 750 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (Vİ epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "Tap.az" saytında yerləşdiyi saxta elan üzrə X16 məxsus olan "PlayStation 5" modelli iki ədəd oyun konsolunu özünə məxsus olaraq təqdim etməklə Zərərçəkmiş şəxs10 satacağı barədə yalan vəd verib aldadaraq 20 iyul 2025-ci il tarixdə ünvan 4 ünvanında istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 1320 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs10 1320 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (Vİİ epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "Tap.az" saytında yerləşdiyi saxta elan üzrə X12 məxsus olan "İphone 16 Pro" modelli mobil telefonu özünə məxsus olaraq təqdim etməklə Zərərçəkmiş şəxs14 satacağı barədə yalan vəd verib aldadaraq 22 iyul 2025-ci il tarixdə ünvan 5 ünvanda istifadəsində olmuş 5411 2498 0741 6677 kart hesabına sonuncu tərəfindən 1700 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs14 1700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (Vİİİ epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "Tap.az" saytında yerləşdiyi saxta elan üzrə Şahid1 məxsus olan "İphone 15 Pro" modelli mobil telefonu özünə məxsus olaraq təqdim etməklə Zərərçəkmiş şəxs2 satacağı barədə yalan vəd verib aldadaraq 01 avqust 2025- ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən "McDonalds" restoranının qarşısında istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 1200 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 1200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (İX epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə Tap.az” saytında yerləşdiyi saxta elan üzrə Zərərçəkmiş şəxs11 "PlayStation 5" oyun konsolunu satacağı barədə yalan vəd verib aldadaraq 03 avqust 2025-ci il tarixdə Quba rayonu ərazisində istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 800 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs11 800 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (X epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "Tap.az" saytında yerləşdiyi saxta elan üzrə Şahid2 məxsus olan "PlayStation 5" modelli oyun konsolunu özünə məxsus olaraq təqdim etməklə Zərərçəkmiş şəxs5 satacağı barədə yalan vəd verib aldadaraq 05 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Mərkəzi Univermaqda istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 750 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs5 750 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. . (Xİ epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "Tap.az" saytında yerləşdiyi saxta elan üzrə Şahid3 məxsus olan “Apple İphone 14 X32" modelli mobil telefonu özünə məxsus olaraq təqdim etməklə Zərərçəkmiş şəxs4 satacağı barədə yalan vəd verib aldadaraq 08 avqust 2025-ci il tarixdə ünvan 7 ünvanında yerləşən "Teleshop.Baku” mağazasında istifadəsində olmuş 4098 5844 7854 3711 kart hesabına sonuncu tərəfindən 1000 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs4 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir (Xİİ epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "Tap.az" saytında yerləşdiyi saxta elan üzrə Zərərçəkmiş şəxs1 "PlayStation 5 slim" oyun konsolunu satacağı barədə yalan vəd verib aldadaraq 27 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadliq prospekti 13 ünvanında istifadəsində olmuş 4169 7388 2368 7078 kart hesabina sonuncu tərəfindən 700 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (Xİİİ epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "Tap.az" saytında yerləşdiyi saxta elan üzrə Zərərçəkmiş şəxs7 "Íphone 13 Pro" markalı mobil telefonu satacağı barədə yalan vəd verib aldadaraq 01 sentyabr 2025-ci il tarixdə ünvan 9 ünvanında istifadəsində olmuş 4098 5844 6557 5692 kart hesabına sonuncu tərəfindən 680 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs7 680 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (XİV epizod) Proses iştirakçılarının ifadələri: Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. O, ifadəsində verilmiş bütün epizodlar üzrə özünü tam təqsirli bilərək zərərçəkmişlərin heç birini şəxsən tanımdağını bildirmişdir. Tanışları: X2 adına rəsmiləşdirilmiş (+99455) 259-28-08, Sədiqə Əliyevanın adına rəsmiləşdirilmiş (+99499) ***-**-** və X4 adına rəsmiləşdirilmiş (+99450) ***-**-** mobil nömrələrini bir müddət şəxsi mobil telefonunda istifadə etmişdir. Həmin şəxslərlə cəmi bir-iki dəfə görüşmüş, onlarla dostluq münasibəti olmamış, yalnız tanışlıq münasibəti olmuşdur. Hazırda həmin şəxslərlə heç bir əlaqəsi yoxdur, onların ünvanı, əlaqələri barədə məlumatsızdır. Həmin şəxslərə yalandan demişdir ki, şəxsiyyət vəsiqəsi yoxdur, buna görə adına mobil nömrə rəsmiləşdirə bilmir. Həmin şəxslərdən xahiş etdiyi üçün onlar öz adına mobil nömrə rəsmiləşdirməklə istifadə etməsi üçün ona vermişlər. Həmin şəxslərlə həmin mobil nömrələrdən istifadə etməklə dələduzluq cinayəti törədəcəyini deməmişdir. Onlar nömrəni ona verərkən xahiş etmişlər ki, heç bir problem yaratmasın. O isə onlara yalandan söz vermişdir. Məqsədi isə həmin nömrələrdən istifadə etməklə digər şəxsləri aldadaraq pullarını ələ keçirmək olmuşdur. Həmin şəxslərin isə onun belə bir niyətinin olmasından heç bir xəbəri olmamış, əks təqdirdə nömrəni deaktiv edərdilər, ya da onun cinayət əməlləri barədə polisə müraciət edərdilər. Həmin şəxslərin xəbəri olmadan törətdiyi dələduzluq cinayətləri zamanı əlaqə vasitəsi kimi həmin nömrələrdən istifadə etmişdir. Bunu etməkdə məqsədi bu olub ki, aldatdığı zərər çəkmiş şəxslərin onu tapa bilməmələri üçün izi itirsin və bu belə də olmuşdur. Aldadaraq pullarını ələ keçirdiyi şəxslər həmin nömrələr onun adına olmadığından bir müddət onu tapa bilməmişlər. O aldadaraq pullarını ələ keçirdiyim şəxslərə adını qəsdən səhv deyərək özünü onlara yalandan “Əli”, “"Fərid", "Xəlil", "Samir”, “Rəvan”, Rüzgar", "Ruzigar” olaraq təqdim etmiş, bəzi cinayət epizodları üzrə isə ümumiyyətlə özünü təqdim etməmişdit. Bunu həmin şəxsləri aldatmaq məqsədi ilə, yəni onların onu tapa bilməməsi üçün etmişdir. Törətdiyi bir cinayət epizodunda isə X7 məxsus şəxsiyyəti vəsiqəsini zərər çəkmiş şəxsə göndərərək özünə məxsus şəxsiyyət vəsiqəsi kimi təqdim etmiş, bu qaydada zərər çəkmiş şəxsi aldatmışdır. Törətdiyi cinayət epizodları üzrə heç bir zərər çəkmiş şəxslə üzbəüz görüşməmiş, onlarla yalnız mobil telefon vasitəsilə əlaqə saxlayaraq onları istiqamətləndirmiş, onları digər şəxslərlə əlaqələndirib oyun oynamış, bu qaydada onların hər birini çaşdırmış, onları aldadaraq istifadəmsində olmuş kartlara pul göndərmələrinə nail olmuşdur. Zərər çəkmiş şəxslərlə və şahidlərlə aralarında olmuş zəngləşmələr və yazışmalara dair qeydlər, eləcə də onların onun kartına pul göndərmələrinə dair qəbzlər silindiyindən qalmamışdır. Bütün cinayət epizodları üzrə dələduzluq cinayətlərini tək törətmiş, digər şəxslərlə əlbir olaraq həmin cinayətləri törətməmiş. Digər şəxslər həmin cinayətləri törətməsinə dair ona kömək etməmiş və istiqamət verməmişlər. Digər şəxslər, eləcə də anası həmin cinayətləri törətməsindən tam məlumatsiz olmuşlar. O bu barədə heç kimə heçnə deməmişdir. "xxxx" ASC tərəfindən verilmiş **********630962 kartı ona məxsus olmuş, onun adına rəsmiləşdirilməklə istifadəsində olmuş, hazırda həmin kartın harada olmasını bilmir. Unibank ASC tərəfindən verilmiş 4098 5844 9232 2258 nömrəli kart onun adına rəsmiləşdirilməklə istifadəsində olmuş, həmin bank tərəfindən verilmiş 4098 5844 6557 5692 nömrəli kart X8 adına, 4098 5844 7854 3711 nömrəli kart X5 adına, 5411 2498 0741 6677 nömrəli kart isə X6 adına rəsmiləşdirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 5239 1515 1288 9208 və 4169 7388 2368 7078 nömrəli bank kartları isə adlarını xatırlamadığım hansısa tanışlarına məxsus olmuşdur. Həmin bank kartlarından cinayət törədərkən istifadə etmişdir. Belə ki, cinayət törədərkən zərər çəkmiş şəxsləri aldadaraq onların müxtəlif məbləğdə pulları həmin kartlara göndərməsinə nail olmuş və həmin kartlardan istifadə edərək sonradan pulları nağdlaşdırmışdır. Onun adına rəsmiləşdirilmiş kartlar həmişə onun istifadəsində olmuş, həbs olunduğu ərəfədə isə həmin kartları hara qoyduğunu xatırlamır. Eləcə də adları qeyd olunan tanışlarının adlarına rəsmiləşdirilmiş həmin kartlar cinayət törətdiyi ərəfədə yalnız onun istifadəsində olmuşdur. O həmin tanışlarına yalan danışaraq onları aldadırmış ki, güya özünün kartı yoxdur, ona xaricdən tez-tez pul göndərilir, həmin pulları bankomatdan çıxarmaq üçün nağdlaşdırmaq istəyir. Həmin tanışları isə səmimiyyətlə müvəqqəti istifadə üçün adlarına rəsmiləşdirilmiş həmin kartları ona vermişlər. Bildiyi qədər sonradan həmin kartların hamısını həmin şəxslərin özünə qaytarmışdır. Hazırda həmin kartların harada olmasını bilmir. Həmin şəxslər onun cinayət nəticəsində əldə etdiyi pulları köçürmək üçün həmin kartlardan istifadə etməsini bilməmişlər, onlar əgər bunu bilsəydilər, ona mane olardılar və kartları ona verməzdilər. Onların heç birinin onun dələduzluq niyətindən və cinayət əməlimdən xəbərləri olmamışdır. Aldatdığı şəxslər müxtəlif məbləğdə pulları həmin kartlara göndərdikdən sonra həmin pulları dəqiq xatırlamadığı tarixlərdə Bakı şəhəri ərazisində olan ünvanlarını və yerlərini xatırlamadığı bankomatlardan çıxarmaqla, bəzən isə mobil telefonda olan mobil tətbiq vasitəsi ilə bir kartdan digərinə göndərməklə nağdlaşdırırmış, lakin nağdlaşdırma ilə bağlı heç bir sübutu yoxdur. Cinayət nəticəsində əldə etdiyi pulları heç kimə verməmiş, heç kimə sərf etməmişdir. Həmin pulların hamısını yeyib-içməyə, eyş-işrətə və istirahətinə xərcləmişdir. Cinayət nəticəsində əldə etdiyi həmin pullar barədə heç kimə heçnə deməmişdir. Mobil telefonunda olmuş mobil tətbiqlərin hamısını silmiş, telefonu isə sonradan satıldığından hazırda onun harada və kimdə olmasını bilmir. Telefonun imei kodunu və digər texniki məlumatlarını xatırlamır, telefonun qutusu, pasportu onda yoxdur. O, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddətim başa çatmışdır. Cəza müddəti başa çatmamış yenidən çoxsaylı dələduzluq cinayətləri törətmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair cinayət işi üzrə icraata Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 73- 1.2-ci maddəsi tətbiq edilməklə xitam edilmişdir. Subaydır, ünvan 11 ünvanında qeydiyyatda olmaqla anası Afətlə birlikə yaşamışdır. Atası İlqar isə hazırda məhkumluq həyatı yaşayır. 14 nəfər şəxsə qarşı, yəni Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və X17 qarşı dələduzlug cinayəti törətməsini tam olaraq etiraf edir, güya oyun konsolları və müxtəlif model mobil telefonlar satacağı adı ilə həmin şəxsləri aldadaraq onların pullarını ələ keçirmişdir. Belə ki, onun özünə məxsus heç bir oyun konsolu və mobil telefon olmamış, digər şəxslərə və mağazalara məxsus oyun konsollarını və mobil telefonları yalandan özünə məxsus əşya kimi təqdim edərək həmin şəxsləri aldatmışdır. Həmin oyun konsolları və mobil telefonlar ayrı-ayrı şəxslərə və mağazalara məxsus olmuşdur. Həmin şəxslərlə və mağazalarla heç bir tanışlığı, əlaqəsi olmamış, onlarla əlbir olaraq heç bir şəxsə qarşı dələduzluq cinayəti törətməmiş, ona heç bir köməklik etməmişlər. Onlar ümumiyyətlə önun dələduzluq niyətindən və əməllərindən məlumatsız olmuşlar. Əgər onlar bunu bilsəydilər, onun cinayəti başa çatdırmasına mane olardılar. Çünki onları da aldatmış, onları aldadaraq onlardan istifadə etməklə digər şəxslərin pullarını ele keçirmiş, onları zərər çəkmiş şəxslərlə üzbəüz qoyurmuş. Adlarını qeyd etdiyi şəxslərdən başqa digər şəxlərə qarşı dələduzluq və ya digər cinayətlər törətməmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs6 əvvəllər tanımamış, Amillə heç bir münasibəti və qərəzçiliyi olmamış, hazırda da yoxdur. O 2025-ci ilin iyun ayının əvvəllərində digər şəxsləri aldadaraq pullarını ələ keçirmək niyəti ilə "google" internet portalından fotolarını yüklədiyi "İphone 16 Pro" markalı mobil telefonun 1850 manata satılması barədə “lalafo.az" saytında yalançı elan vermiş və elanın altında (+99455) ***-**- ** mobil nömrəsini qeyd etmişdir. Həmin telefonun qara rəngli, az istifadə olunmuş, lakin səliqəli halda olması fotolardan görünürmüş. Yenidən seçilməyən həmin “İphone 16 Pro" mobil telefonun nisbətən ucuz qiymətə, yəni 1850 manata satılması barədə verdiyi həmin elana xeyli baxış sayı olmuş, çünki həmin telefonun ucuz qiymətə satılması insanların diqqətini cəlb edirmiş. xx.xx.2025-ci il tarixdə təxminən saat 22 radələrində sonradan Zərərçəkmiş şəxs6 olmasını bildiyi şəxs istifadəsində olan (+99450) ***-**-** mobil nömrəsindən elanda qeyd etdiyi (+99455) ***-**-** mobil nömrəsinə zəng etmiş, telefon danışığı zamanı o özünü Amilə yalandan "Əli" kimi təqdim edərək yalandan bildirib ki, telefon mağazası var, amma mağaza barədə, eləcə də özü barədə Amilə heç bir məlumat verməmişdir. Amilə deyin ki, həmin telefonu bir qədər istifadə etmiş, lakin səliqəli vəziyyətdədir, əlinə yatmadığı üçün istifadə edə bilmir, ona görə də telefonu nisbətən ucuz qiymətə, yəni 1850 manata satır. Amilə ona inanmış və ondan həmin telefonu bir qədər də ucuz qiymətə satmağını xahiş etmişdir. Telefon danışığı zamanı aralarında olan razılaşmaya əsasən Amilə yalandan deyib ki, həmin telefonu ona 1650 manata sata bilər, telefonu "28 May" adlanan ərazidə yerləşən mobil telefon mağazasında satışa qoymuş, növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə günorta saatlarında Amil həmin mağazaya yaxınlaşarkən satıcılara deyəcək ki, məni Əli göndərib. Amil telefonu oradan götürməzdən əvvəl ona göndərəcəyi kart hesabına ödəniş edəcək və o bundan sonra həmin mağazada işləyən adını çəkmədiyi və barəsində heç bir məlumat vermədiyi satıcısı ilə əlaqə saxlayaraq Amili həmin satıcı ilə əlaqələndirəcək və telefonun Amilə həmin qiymətə satışını təşkil edəcə, Amil isə onun tərəfindən göndərilməyini dedikdən sonra həmin satıcıya qiymət barədə, ümumiyyətlə alqı-satqı barədə heçnə deməməli, bu barədə satıcı ilə ümumiyyətlə danışmamalı imiş. Amil həmin telefona baxış keçirdikdən sonra onun kart hesabına 1650 manat pul göndərəcəkdi. O bunları Amilə yalandan deyərək onu aldatmış heçnə danışmasın, onun kartına pulu göndərdikdən sonra isə Amili bloka etsin. Həqiqətən də belə olmuşdur. Amil onun dediklərini ciddi qəbul edərək inanmışdır. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 13 radələrində o dəqiq xatırlamadığı internet portalında axtarış edərkən Bakı şəhəri, Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında hansısa mağazada bir ədəd "İphone 16 Pro" markalı mobil telefonunu satışı barədə elanı tapmış, həmin telefon onun "lalafo.az" saytında yalandan elanını verdiyi mobil telefona çox bənzəmiş, ona görə həmin elanla əlaqə saxlayıb ki, Amil həmin mağazaya gedərək telefona baxdıqda telefonun xarici əlamətləri eynilik təşkil etdiyindən heçnədən şübhələnməsin. Buna görə də dərhal öz mobil nömrəsindən həmin mağazanın nömrəsinə zəng edərək özünü yalandan Əli kimi təqdim etmiş, özünə həmin mağazada satışda olan "İphone 16 Pro" markalı mobil telefon almaq istədiyini bildirmiş və bu məqsədlə telefonun ona çatdırılması üçün öz adından mağazaya tanışını göndərəciyini yalandan demişdir. Mağazanın satıcısı razılaşmış və "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona mağazanın konumunu göndərmişdir. O həmin mağazanın adını, ünvanını, mobil nöməsini konumunu xatırlamır, heç vaxt həmin mağazada olmamış və həmin mobil telefonun kimə məxsus olmasını bilmir. Heç vaxt nə həmin mağazaya, nədə ki, digər mağazaya telefon qoyaraq satmamış, ümumiyyətlə telefon satmamışdır. Həmin mağaza ilə, eləcə də digər telefon mağazaları ilə tanışlığı, əlaqəsi, ünsiyyəti olmamışdır. Həmin mağaza ilə zəngləşməsi və "WhatsApp"-da yazışmasına dair qeydlər silindiyindən qalmamışdır. Sonradan həmin mağazanın konumu Amilə göndərmiş və Amilə yalandan bildirmiş ki, telefonu həmin mağazadadır, gedib oradan telefonu götürsün və ona ödəniş etsin. Həmin gün 15 radələrinde Amil "WhatsApp"-la ona yazaraq konum üzrə gələrək həmin mağazada olduğunu, telefona baxaraq bəyədiyini, 1650 manat pulu onun kart hesabıma göndərə biləcəyini bildirmişdir. O dərhal Âmilə 4098 5844 9232 2258 kart hesabını Amilə göndərmiş, Amil bir neçə saniyədən sonra saat 16:01-də hansısa mobil tətbiq vasitəsilə həmin kart hesabına 1650 manat göndərmiş və həmin pulu göndərməsinə dair elektron qəbzi ona göndərmişdir. O telefonu götürüb getməsini Amilə yazaraq sağollaşmış və dərhal Amilin nömrəsini, eləcə də mağaza ilə zəngləşdiyi nömrəni bloklamışdır. Bu qaydada Amili aldatmışdır. Yəni həmin mağazaya məxsus mobil telefonu özünə məxsus olan mobil telefon kimi yalandan elanını verərək və Amilə təqdim edərək Amili həmin mağaza ilə əlaqələndirmiş, Amilin həmin mağazaya gedib telefonu bəyənməsinə və onun kart hesabına ödəniş etməsinə nail olaraq Amilə qarşı dələduzluq etmişdir. Bu qaydada oyun oyanaraq mağazanın satıcısını və Amili aldatmış, Amil onun tapşırığına uyğun hərəkət edərək satıcı ilə artıq heçnə danışmamış, satıcı ilə kontakta girməmişdir. Çünki bu ona sərf edirmiş. Əgər Amil satıcı ilə danışsaydı, onun yalanının üstü öncədən açılardı. Hazırda bu cinayəti törətməsini tam səmimi olaraq etiraf edir. Amilə vurduğum maddi ziyanı tam olaraq ödəmişdir. Belə ki, Amilə qarşı törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb ediləcəyindən ehtiyatlandığından dəqiq xatırlamadığı tarixdə istifadəsində olmuş xatırlamadığı mobil nömrədən Amilə zəng etməklə onunla Yasamal rayonu ərazisində təklikdə görüşmüş, ətrafda onlardan başqa heç kim olmamışdır. Amildən üzr istəyərək maddi ehtiyacına görə ona qarşı dələduzluq etdiyini səmimi etiraf etmiş və ona 1650 manat pulu təqdim edərək ona vurduğu maddi ziyanı ödəmişdir. O həmin telefon mağazasının adı, ünvanı, orada işləyən satıcıları tanımır, onların adını, telefon nömrəsini və barəsində digər məlumatları bilmir. Önlarla əlbir olaraq Amilə və digər şəxslərə qarşı dələduzluq etməmişdir. Həmin mağazanın hər hansı əmlakını və pulunu ələ keçirməmişdir. Amil arasında olmuş yazışmalar silinmişdir. Amilin 1650 manat pulu göndərməsinə dair elektron qəbz onda yoxdur. Amilə satmaq adı ilə yalandan elanını verdiyi mobil telefonun fotosu, həmin telefonla bağlı "lalafo.az" saytında verdiyi elanın çıxarışları, foto-şəkilləri, eləcə də həmin mağazanın saytda verdiyi elanın çıxarışları, fotoşəkilləri onda yoxdur, "lalafo.az" saytında verdiyi həmin elanı sonradan deaktiv edilərək silmişdir. Bundan başqa bildirmişdir ki, o Zərərçəkmiş şəxs8 əvvəllər tanımamış, Şahinlə heç bir münasibəti və qərəzçiliyi, ədavəti olmayıb, hazırda da yoxdur. O 2025-ci ilin iyun ayının əvvəllərində digər şəxsləri aldadaraq pullarını ələ keçirmək niyəti ilə "Tap.az" saytında “google” internet portalından fotolarını yüklədiyi "İphone 14 Pro" markalı mobil telefonun 1050 manata satması barədə yalançı elan vermiş və elanın altında həmin ərəfədə istifadəsində olmuş (+99499) ***-**-** mobil nömrəsini qeyd etmişdir. Fotolardan görünüb ki, həmin telefon qara rəng, az istifadə olunmuş, lakin səliqəli halda olmuşdur. Həmin mobil telefonun nisbətən ucuz qiymətə satılması Şahinin diqqətini cəlb etmiş, buna görə də Şahin xx.xx.2025-ci il tarixdе təxminən günorta saatlarında "(+99470) ***-**-** mobil nömrəsindən elanda qeyd edilmiş (+99499) ***-**-** mobil nömrəsinə zəng etmişdir. Aralarındakı danışıq zamanı o özünü Şahinə yalandan "Samir" kimi təqdim edərək yalandan bildirib ki, həmin telefonu bir qədər istifadə etsəm də, səliqəli vəziyyətdədir, həmin telefonu sataraq yenisini almaq istəyir, buna görə də telefonu nisbətən ucuz qiymətə, yəni 1050 manata satır. Şahin ona inanmış və həmin telefonu bir qədər də ucuz qiymətə satmağını xahiş etmişdir. O Şahinə yalandan deyib ki, telefonu 50 manat ucuzuna, yəni 1000 manata sata bilər, telefonu Bakı şəhəri, Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının yaxınlığında olan telefon mağazalarının birində satışa qoymuş, telefon orada vitrindədir, gedib orada həmin telefona baxa bilər və bəyəndiyi halda onun kart hesabına ödəniş edərək ala bilər. Lakin mağazadakı satıcılarla aralarındakı razılaşma, sövdələşmə barəde heçnə danışmasın. Şahin onunla razılaşmışdır. Bundan sonra o dərhal dəqiq xatırlamadığı internet portalında axtarış edərkən Bakı şəhəri, Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında hansısa mağazada bir ədəd "İphone 14 Pro" markalı mobil telefonunu satışı barədə elanı tapmış, həmin telefon onun "Tap.az" saytında yalandan elanını verdiyi mobil telefona çox bənzəmişdir. Buna görə həmin elanla əlaqə saxlayıb ki, Şahin həmin mağazaya gedərək telefona baxdıqda telefonun xarici əlamətləri eynilik təşkil etdiyindən heçnədən şübhələnməsin. Dərhal öż mobil nömrəsindən həmin mağazanın nömrəsinə zəng edərək özünü yalandan Samir kimi təqdim etmiş, özünə həmin mağazada satışda olan "İphone 14 Pro" markalı mobil telefon almaq istədiyini bildirmiş və bu məqsədlə telefonun ona çatdırılması üçün öz adından mağazaya Şahin adlı tanışını göndərəciyini yalandan demişdir. Mağazanın satıcısı onunla razılaşmış və "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona mağazanin konumunu göndərmişdir. O həmin mağazanın adını, ünvanını, mobil nöməsini konumunu xatırlamır, heç vaxt həmin mağazada olmamış və həmin mobil telefonun kimə məxsus olmasını bilmir, heç vaxt nə həmin mağazaya, nədə ki, digər mağazaya telefon qoyaraq satmamış, ümumiyyətlə telefon satmamışdır. Həmin mağaza ilə, eləcə də digər telefon mağazaları ilə tanışlığı, əlaqəsi, ünsiyyəti olmamışdır. Həmin mağaza ilə zəngləşməsi və "WhatsApp"-da yazışmasına dair qeydlər silindiyindən qalmamışdır. Bundan sonra həmin mağazanın konumu Şahinə göndərmiş və Şahinə yalandan bildirib ki, telefon həmin mağazadadır, gedib oradan telefonu götürsün və ona ödəniş etsin. Bir qədər sonra təxminən günorta saatlarında Şahin ona yazıb ki, həmin telefon mağazasına gələrək vitrində olan telefona kənardan vizual baxaraq bəyənmişdir, onu almaq istəyir. O 5239 1515 1288 9208 və 4098 5844 9232 2258 kart hesablarıni Şahinə göndərək bildirib ki, onlardan istənilən birinə ödəniş edə bilərsən. Şahin mobil tətbiq vasitəsi ilə 5239 1515 1288 9208 kartına 1000 manat pul köçürmüş və elektron qəbzi ona göndərmişdir. Bundan sonra o yalandan Şahinə yazıb ki, telefon mağazasına yaxınlaşıb telefonu götürə bilərsən və dərhal Şahinin, eləcə də mağazanın mobil nömrəsini bloklamışdır. Bu qaydada Şahini aldatmış, yəni mağazaya məxsus mobil telefonu özünə məxsus mobil telefon kimi təqdim edərək Şahinin 1000 manat pulunu ələ keçirmişdir. Sonradan isə Şahinə qarşı törətdiyi bu dələduzluq cinayətinə görə də cinayət məsuliyyətinə cəlb ediləcəyindən qorxduğundan dəqiq xatırlamadığı tarixdə xatırlamadığı nömrədən Şahinə zəng edərək özünü təqdim etmiş, ona qarşı dələduzluq etməsini səmimi etiraf edərək ondan üzr istəmiş və ona vurduğu maddi ziyanı ödəmək istədiyini bildirmişdir. Şahin həmin an xatırlamadığı kart nömrəsini ona diqtə etmiş və o Bakı şəhəri ərazisində dəqiq xatırlamadığı yerdə olan ödəmə terminalı vasitəsilə həmin karta 1000 manat pul göndərmiş, Şahin pulun ona çatdığını təsdiq etmişdir. O, Şahini göndərdiyi həmin telefon mağazasının adı, ünvanı, orada işləyən satıcıları tanımır, onların adını, telefon nömrəsini və barəsində digər məlumatları bilmir. Onlarla əlbir olaraq Şahinə və digər şəxslərə qarşı dələduzluq etməmişdir. Həmin mağazanın hər hansı əmlakını və pulunu ələ keçirməmişdir. Şahinlə aralarında olmuş yazışmalar silinmişdir. Şahinin 1000 manat pulu göndərməsinə dair elektron qəbz onda yoxdur. Şahinə satmaq adı ilə yalandan elanını verdiyi mobil telefonun fotosu, həmin telefonla bağlı "Tap.az" saytında verdiyi elanın çıxarışları, fotoşəkilləri, eləcə də həmin mağazanın saytda verdiyi elanın çıxarışları, foto-şəkilləri onda yoxdur, "Tap.az" saytında verdiyi həmin elanı sonradan deaktiv edilərək silmişdir. Bundan başqa bildirmişdir ki, o, Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, Vüsalla heç bir münasibəti və qərəzçiliyi, ədavəti olmamış, hazırda da yoxdur. O 2025-ci ilin iyun ayının ortalarında digər şəxsləri aldadaraq pullarını ələ keçirmək niyəti ilə "Tap.az" saytında "google" internet portalından fotolarını yüklədiyi “İphone 16 Pro" markalı mobil telefonun 1850 manata satması barədə yalançı elan vermiş və elanın altında həmin ərəfədə istifadəsində olmuş (+99499) ***-**-** mobil nömrəsini və adının Samir olmasını yalandan qeyd etmişdim. Fotolardan həmin telefon qara rəngli, az istifadə olunmuş, lakin səliqəli halda olması görünmüşdür. Həmin mobil telefonun nisbətən ucuz qiymətə satılması adını bilmədiyi bir nəfər müştərinin diqqətini cəlb etmiş, buna görə də həmin şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 20 radələrində xatırlamadığı mobil nömrədən ona zəng edərək xahiş edib ki, telefonu digər şəxsə satmasın, o real alicıdır, həmin telefonu alacaq. Aralarındakı danışıq zamanı özünü yalandan həmin müştəriyə Samir kimi təqdim etmiş və təcili pula ehtiyacı olduğundan telefonu ucuz qiymətə satdığını ona yalandan demişdir. Həmin şəxsə yalandan bildirib ki, məşğul olduğundan onunla görüşə bilməyəcək, telefon Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41F ünvanında yerləşən "Bakcell" rəsmi dileri olan mağazanın vitrindədir, güya telefonu həmin mağazanın vitrininə qoymuşdur. Əgər o real alıcıdırsa gedib həmin mağazada telefona baxıb bəyənərək ona fikrini bildirər, almaq istəsə onun göndərdiyi kart hesabına 1850 manat ödəniş edər, lakin aralarındakı sövdələşmə, razılaşma barədə heç kimə heçnə deməsin. Həmin şəxs onunla razılaşmış və bildirib ki, bir neçə saat sonra, yəni təxminən saat 23 radələrində həmin mağazaya gedərək telefonu götürəcək. Əslində o həmin mağazaya satış üçün heç bir mobil telefon qoymamış və həmin mağaza ilə əlaqəsi, tanışlığı, ünsiyyəti olmamışdır. Həmin gün gunorta saaatlarında internetdən axtarış edərkən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41F ünvanında yerləşən "Bakcell" rəsmi dileri olan mağazanın telefon satış elanlarlarını görmüş və həmin şəxslə danışarkən düşünüb ki, onu həmin mağazaya göndərsin, orada olan telefonların birini yalandan özünə məxsus olan telefon kimi ona təqdim edib onu aldatsın, həmin şəxsin onun kartına pul göndərməyinə nail olsun. Bu məqsədlə həmin şəxslə telefon danışığını bitirdikdəeu cavab sonra həmin telefon mağazasının xatırlamadığı mobil nömrəsinə zəng etsə də, vermədiklərindən əlaqə saxlaya bilmədim. Buna görə də alternativ variant fikirləşmişdir. Belə ki, tez internetdə axtarış edərkən bir nəfər tanımadığı şəxsin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “SM" mobile mobil telefon mağazasında bir ədер "İphone 16 pro" markalı təzə hal a mobil telefonu 2250 manata satışa qoyulmasını görmüş. elanın aşağı hissəsində əlaqə vasitəsi kimi Vüsal adlı şəxsin (+99450) ***-**-** mobil nömrəsi qeyd olunmuşdur. Həmin mobil telefonun, eləcə də digər mobil telefonların satışı ilə bağlı instagram səhifələrində elanlar yerləşdirilmişdir. O təxminən saat 20:30 radələrində həmin mobil nömrəyə zəng edərək yalandan özünü "Samir” kimi təqdim etmiş, instagramda verilmiş elana baxaraq "İphone 16 pro" markalı mobil telefonu almaq istədiyini və telefonu 2250 manata alacağını yalandan bildirmişdir. O Vüsala yalandan deyib ki, Bakı şəhəri, Nəsimi rayonu, metronun 28 may stansiyasının yaxınlığındakı, yəni Nəsimi rayonu, Azadlıq prospekti, 41F ünvanında yerləşən "Bakcell" rəsmi dileri olan mağazada satıcı işləyir, amma hazırda güya şəxsi işləri ilə bağlı icazə aldığından həmin mağazada deyil, kənardadır, Vüsal həmin mağazanın qarşısına çatdıqda ona yazaraq bildirsin, o öz adından digər satıcını göndərəcə, saticı telefonu Vüsaldan götürərək yenidən mağazaya daxil olacaq. O özü Vüsalın işlədiyi mağazanın kart hesabına 2250 manat pulu göndərəcək. Vüsal mağazaya girməsin, sadəcə mağazanın qarşısında gözləsin, mağazaya daxil olmasın və aralarındakı sövdələşmə, qiymət barədə heçnə deməsin. Vüsal onun bu barədə dediklərini ciddi qəbul etmiş və razılaşmışdır. Aralarındakı danışıqdan və razılaşmadan sonra Vüsal "WhatsApp" ani mesajlaşma mübadilə sistemində ona işlədiyi mağazanın kart nömrəsini yazmış və o Bakı şəhəri, Nəsimi rayonu, metronun 28 may stansiyasının yaxınlığındakı, yəni Nəsimi rayonu, Azadlıq prospekti, 41F ünvanında yerləşən "Bakcell" rəsmi dileri olan mağazanın konumunu Vüsala göndərmişdir. Təxminən saat 23 radələrində "tap.az"-da verdiyi yalançı elan üzrə onunla zəngləşmiş müştəri ona yazaraq bildirib ki, həmin mağazanın qarşısındadır. O həmin şəxsə yazıb ki, mağazaya axil olub gözləsin, o telefonu bir qədər əvvəl vitrindən götürmüş, lakin təxminən 5-10 dəqiqə gözləsə telefonu kuryerlə göndərərək ona çatdırar. Həmin şəxsə tapşırıb ki, mağazaya daxil olub digər telefonlara baxsın, onunla arasında olmuş danışıq barədə heç kimə deməsin, eləcə də kuryerə heçnə deməsin, kuryer çatdıqda mağazanın qarşısına çıxaraq heçnə danışmadan sadəcə kuryerdən telefonu götürər, kuryerə heç bir ödəniş etməz və aralarındakı danışıq barədə kuryerə heçnə deməsin. Həmin şəxs onunla razılaşmışdır. Təxminən 5 dəqiqədən sonra Vüsal onun göndərdiyi konum üzrə mağazanın qarşısına gələrək bu barədə ona bildirmiş, o Vüsala bir dəqiqə gözləməsini və bir neçə dəqiqədən sonra Vüsala ödəniş edəcəyini yalandan demişdir. O mağada olan həmin şəxsƏ yazaraq kuryerin gəldiyini, mağazanın qarşısında olduğunu bildirmişdir. Həmin şəxsə deyib ki, mağazanın qarşısına çıxaraq kuryerdən, yəni Vüsaldan telefonu götür, lakin sövdələşmə, qiymət, alqı-satqı barədə kuryerlə heçnə danışma. Təxminən iki dəqiqə sonra həmin şəxs telefonu kuryerdən götürməsini, telefona baxaraq bəyənməsini ona yazmış, o dərhal 4098 5844 9232 2258 kart hesabını həmin şəxsə göndərmiş, həmin şəxs M10 onlayn ödəmə sistemi vasitəsilə həmin kart hesabına 1850 manat pul göndərmiş və o dərhal həmin şəxsin və Vüsalın nömrələrini bloklamışdır. Həmin şəxs onlayn qaydada 4098 5844 9232 2258 kart hesabına xx.xx.2025-ci il tarixdə 23:15-də 1850 manat ödəniş etmişdir. Beləliklə o Vüsalın işlədiyi mağaza məxsus mobil telefonu həmin şəxsə öz adından təqdim edərək və Vüsalı kuryer kimi təqdim edərək həmin telefonu 1850 manata satacağı adı ilə həmin şəxsi aldatmış, Vüsal gətirdiyi telefonu Vüsal vasitəsilə həmin şəxsə təqdim etmiş, həmin şəxs ona 1850 manat pul göndərərək telefonu götürərək getmişdir. Telefonun real qiyməti isə 2250 manat olmuşdur. Həmin cinayət nəticəsində o Vüsala 2250 manat maddi ziyan vurmuşdur. Sonradan ona məlum olub ki, həmin şəxsin mobil telefonunu götürərək getmiş, Vüsal isə məcbur olub həmin mobil telefonun pulunu, 2250 manat maddi ziyanı öz şəxsi vəsaiti hesabına işlədiyi mağaza ödəmişdir. Həmin şəxsi göndərdiyi telefon mağazasında işləyən satıcıları tanımır, onların adını, telefon nömrəsini və barəsində digər məlumatları bilmir. Onlarla əlbir olaraq Vüsala və digər şəxslərə qarşı dələduzluq etməmişlər. Həmin mağazanın hər hansı əmlakını və pulunu ələ keçirməmişdir. Eləcə də Vüsalın işlədiyi mağaza ilə heç bir tanışlığı, münasibəti olmamışdır. Cinayət nəticəsində Vüsalın işlədiyi mağazanın mobil telefonunu ələ keçirmiş, lakin həmin telefonun pulunu mağazaya satıcı olan Vüsal öz cibindən ödəmiş, ona görə də Vüsala maddi ziyan dəymişdir. Həmin şəxs və Vüsalla arasında olmuş yazışmalar silinmişdir. Həmin şəxsin 1850 manat pulu göndərməsinə dair elektron qəbz onda yoxdur. Həmin şəxsə satmaq adı ilə yalandan elanını verdiyi mobil telefonun fotosu, həmin telefonla bağlı "Tap.az" saytında verdiyim elanın çıxarışları, foto-şəkilləri, eləcə də həmin mağazanın saytda verdiyi elanın çıxarışları, foto-şəkilləri onda yoxdur, həmin elanı sonradan deaktiv edilərək silmişdir. Bundan başqa o bildirmişdir ki, Zərərçəkmiş şəxs9 əvvəllər tanımamış, Əli ilə heç bir münasibəti və qərəzçiliyi, ədavəti olmamış, hazırda da yoxdur. O 2025-ci ilin iyun ayının sonlarında digər şəxsləri aldadaraq pullarını ələ keçirmək niyəti ilə internet portalından fotolarını yüklədiyi "İphone 15 Pro" markalı mobil telefonun 1400 manata satması barədə "lalafo.az" saytında yalançı elan vermiş və elanın altında həmin ərəfədə istifadəsində olmuş (+99499) 380- 00-42 mobil nömrəsini və adının Rəvan olmasını yalandan qeyd etmişdir. Həmin dövrdə mobil telefonunun yenisinin pərakəndə orta bazar satış qiyməti 2000 manat, nisbətən işlənmişinin isə 1700 manat olmuşdur. Faktiki olaraq həmin telefon reallıqda olmamış. Fotolardan həmin telefonun qara rəngli, az istifadə olunmuş, lakin səliqəli halda olması məlum olmuşdur. Tanmadığı bir neçə nəfər şəxs, o cümlədən Əli yenidən seçilməyən həmin "İphone 15 Prо" markalı mobil telefonun 1400 manata satılması barədə verdiyi yalançı elanı oxumuş, mobil telefonun nisbətən ucuz qiymətə satılması Əlinin diqqətini cəlb etmiş, buna görə də Əli xx.xx.2025-ci il tarixdə təxminən axşam saat 21 radələrində istifadəsində olan (+99450) ***-**-** mobil nömrəsindən elanda qeyd etdiyi (+99499) ***-**-** mobil nömrəsinə zəng etmişdir. Telefon danışığı zamanı o özünü Əliyə yalandan "Rəvan” kimi təqdim etmiş və yalandan Əliyə bildirib ki, həmin telefonu hansısa dükandan ucuz qiymətə almış, bir qədər istifadə etmiş, telefon səliqəli vəziyyətdədir, pula ehtiyacı olduğundan telefonu nisbətən ucuz qiymətə, yəni 1400 manata satır. Əli onun səmimi danışığına inanmış və telefon danışığı zamanı aralarında olan razılaşmaya əsasən Əli növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, metronun 20 Yanvar stansiyasının dairəsinə gedərək orada "Velotrek" adlanan ərazinin qarşısında olan "mobil star" telefon mağazasına yaxınlaşmalıymiş. Çünki o güya mobil telefonunun həmin mağazada satışda olması barədə ona yalandan demiş və Əliyə bildirmişdir ki, həmin mağazada işləyən hansısa adını çəkmədiyi və barəsində heç bir məlumat vermədiyi şəxslə əlaqə saxlayacaq, Əlini həmin şəxslə əlaqələndirəcək və həmin telefonun Əliyə həmin qiymətə satışını təşkil edəcəkdi, güya həmin mağaza sahibi onu tanıyır, münasibətlərimiz var, ona görə də həmin telefonu Əliyə ucuz qiymətə sata bilər. Əli isə həmin telefona baxış keçirdikdən sonra onun diqtə edəcəyi kart hesabına 1400 manat pul göndərəcəkdi. Əli onun dediklərini ciddi qəbul edərək inanmışdır. Əslində isə onun həmin mağazanın sahibi və satıcısı ilə heç bir tanışlığı və əlaqəsi olmamiş, sadəcə həmin mağazanın adını, ünvanını, eləcə də digər şəxslərin öz mobil telefonlarını mağazada piştaxtaya qoyaraq mağaza vasitəsi ilə satdıqlarını bilirmiş, çünki bir neçə dəfə həmin mağazanın qarşısından keçmişdir. Həmin mağazanın sahibi və satıcıları onun Əlini aldadaraq pulunu ələ keçirməsindən məlumatsız olmuş və onlar həmin cinayəti törətməsi üçün ona heç bir istiqamət verməmişlər. Sadəcə belə bir mağazanın olmasını bilmiş və dələduzluq cinayətini başa çatdırmaq üçün mağazanı məkan olaraq seçmişdir. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində Əli ünvan 3 ünvanında yerləşən həmin mağazaya, yəni "mobil star" telefon mağazasına gəlmiş, orada vitrində olan bir ədəd “İphone 15 Pro" markalı mobil telefona baxaraq tanımadığı satıcıya yaxınlaşaraq "Rəvan" adlı şəxsin mağazada satışa çıxarılan "İphone 15 Pro" markalı mobil telefonu satmasını və Rəvanın kart hesabına pul göndərəcəyini bildirmişdir. Həmin satıcı Əlidən soruşub ki, telefonu ona satacaq həmin şəxs kimdirsə, həmin şəxsin özü ilə əlaqə saxlasın və pulu onun özünə göndərsin. Əli bundan sonra oradan "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə yazaraq mağazada olduğunu, telefona baxaraq bəyədiyini, lakin üzərində 1350 manat pul olmasını, qalıq 50 manatı isə axşam göndərə biləcəyini bildirmişdir. O Əli ilə razılaşaraq həmin vaxt istifadəsində olmuş 5522 0993 6463 0962 ABB kart hesabını Əliyə göndərmişdir. Bir neçə dəqiqə sonra nömrəsini xatırlamadığı "xxxx" ASC-yə məxsus birkart hesabından 5522 0993 6463 0962 ABB kart hesabına 1350 manat pul göndərilmiş və mən bundan sonra Əli ilə yazışmamış, dərhal Əlinin nömrəsini və "WhatsApp"-da yazışmalarını bloklamış, telefonu söndürmüşdür. Bu qaydada Əlini aldatmış, yəni mağazaya məxsus mobil telefonu özünə məxsus telefon kimi Əliyə təqdim edərək onu aldatmaqla Əlinin 1350 manat pulunu ələ keçirmişdir. Əliyə qarşı həmin dələduzluq cinayətini tək törətmiş, həmin mağazanın sahibi və satıcıları ilə əlbir olaraq Əliyə və digər şəxslərə qarşı dələduzluq etməmişdir. Əli ilə aralarda olmuş yazışmaları silmiş, həmin mobil telefonu format etmişdir, hazırda telefonunun harada olmasını bilmir. Bundan başqa o, bildirmişdir ki, 2025-ci ilin iyul ayının əvvəllərində “lalafo.az” saytında bir ədəd "İphone 14 Pro" markalı mobil telefonun fotosunu yerləşdirərək 1000 manata satması barədə yalandan elan vermiş, elanda əlaqə üçün həmin vaxt istifadəsində olmuş (+99499) ***-**-** mobil nömrəsini və adını yalandan “Rəvan” olaraq qeyd etmişdir. Bu elanı verməkdə məqsədi başqa şəxsi aldadaraq pulunu kartına yükləməsinə nail olmaqla pulu ələ keçirmək və bu qaydada dələduzluq etmək olmuşdur. Elə bu qaydada Zərərçəkmiş şəxs12 aldadaraq onun 920 manat pulunu ələ keçirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə təxminən günorta saatlarında "lalafo.az" saytında yalandan verdiyi elan Muradın diqqətini cəlb etmiş, buna görə də Murad istifadəsində olan (+99450) ***-**- ** mobil nömrəsindən elanda qeyd etdiyi (+99499) ***-**-** mobil nömrəsinə zəng etmiş, aralarındakı danışıq zamanı özünü Murada yalandan "Rəvan" kimi təqdim edərək bildirib ki, güya o Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Wtelecom" mağazasında satıcı işləyir, lakin hazırda mağazada yoxdur, Murad həmin mağazaya onun adından yaxınlaşaraq onun dostu olmasını desin və telefonu orada olan satıcıların birindən götürsün. Mağazaya çatdıqda və telefona baxaraq bəyəndikdən sonra onun kart hesabına ödəniş etsin və ödəniş etdikdən sonra isə mobil telefonu mağazadan götürərək getsin. Murad onunla razılaşmış və telefonu bir qədər ucuz qiymətə ona satmasını xahiş etmişdir. Danışıq zamanı o Muradın xahişini nəzərə alaraq güya telefonu bir qədər ucuz qiymətə, yəni 920 manata ona satacağını demişdir. Murad sevinərək razılaşmışdır. O, Muradla telefon danışığını bitirdikdən dərhal sonra "google" portalı vasitəsilə internetdə axtarış verdikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində adını və ünvanını xatırlamadığı bir telefon mağazasasında "İphone 14 Pro" markalı mobil telefonu 1050 manata satılması barədə elanı görmuş, elanda qeyd edilmiş nömrədən zəng edərək özünü yalandan Rəvan kimi təqdim etmiş, "İphone 14 pro" markalı mobil telefonu 1050 manata alacağını yalandan bildirərək və özünü Orxan kimi təqdim etmiş satıcıdan xahiş etmişdir ki, güya şəxsi işlərinin çoxluğu ilə bağlı mağaza gəlib telefonu götürə bilmir, onun adından bir nəfər dostu yaxınlaşaraq zəng edəcək və mağazaya gəlib telefonu götürəcək, dostu telefonun pulunu onun kart hesabina göndərəcək, bundan sonra o özü telefonun pulunu mağazanın kart hesabına göndərməklə ödəyəcək və dostu telefonu götürüb gedəcək. Həmçinin telefon danışığı zamanı Orxandan xahiş edib ki, telefonun qiyməti, alqı-satqı ilə bağlı sövdələşməyə dair dostuna heçnə deyilməsin. Orxan onu ciddi müştəri hesab edərək dedikləri ilə razılaşmış və mağazanın konumunu, həmçinin mağazanın kart hesabını ona göndərmişdir. O həmin mağazanın adını, ünvanını, eləcə də Orxanın mobil nömrəsini xatırlamır. Orxanla danışığı bitirdikdən bir neçə dəqiqə sonra mən “WhatsApp" ani mesajlaşma mübadilə sistemi ilə Orxanın göndərdiyi konumu Murada göndərmiş və Orxanın mobil nömrəsini Murada yazaraq yalandan bildirib ki, güya Orxan adlı iş yoldaşının nömrəsidir, güya Orxan onunla birlikdə həmin mağazada satıcı işləyir, mağazaya çatdıqda Orxanın nömrəsi ilə əlaqə saxlasın, lakin aralarında olmuş sövdələşmə, qiymət razılaşması barədə Orxanla və mağazada olan digər şəxslərə heçnə danışmasın. Sadəcə telefonu götürdükdə bu barədə ona yazsın, daha sonra onun göndərdiyi kart hesabına ödəniş etsin və telefonu götürərək mağazadan getsin. Orxana və ya digər şəxslərə heç bir ödəniş etməsin. Murad ona tam inanmış və razılaşmışdır. Bir qədər sonra, yəni həmin gün təxminən saat 15 radələrində Murad "WhatsApp"-la ona zəng edib telefonu bəyəndiyini dedikdə o dərhal 5522 0993 6463 0962 kart hesabını Murada göndərmiş və bir daha Muraddan xahiş edib ki, telefonu ucuz qiymətə, yəni 920 manata alması barədə Orxana heçnə deməsin, dərhal onun kartına 920 manat pulu göndərsin. Bir neçə dəqiqə sonra, yəni saat 15:56-da həmin karta 920 manat pul yüklənilmiş və o dərhal Muradla Orxanın mobil nömrələrini bloklamışdır. Bu qaydada, yəni mağazaya məxsus mobil telefonu özünə məxsus olmasını deyərək Muradı aldadaraq onun 920 manat pulunu ələ keçirmişdir. Bu cinayət epizodu üzrə yalnız Murada qarşı dələduzluq etmiş, Orxana qarşı dələduzluq etməmiş. Orxan onun Murada qarşı dələduzluq niyətinin olmasından xəbərsiz olmuş, onunla Orxanın tanışlığı, əlaqəsi yoxdur. Órxan onunla birlikdə əlbir olaraq Murada qarşı dələduzluq etməmişdir. O Muradı aldatmaq məqsədi ilə özünü Murada yalandan "Rəvan" kimi təqdim etmişdir. Muradla və Orxanla aralarında olmuş yazışmalar, eləcə də zəngləşmələrə dair qeydlər silinmişdir. Muradın onun kart hesabına 920 manat pulu göndərməsinə dair elektron qəbz onda yoxdur. Yalandan güya Murada satmaq istədiyi mobil telefonla bağlı "lalafo.az" saytında verdiyi elanın çıxarışları, foto-şəkilləri onda yoxdur, həmin elan sonradan deaktiv edilərək silmişdir. Hazıradək Muradın maddi ziyanını ödəməmiş, Murada qarşı dələduzluq cinayətini törətməsini, Muradı aldadaraq 920 manat pulunu ələ keçirməsini tam səmimi olaraq etiraf edir. Bundan başqa bildirmişdir ki, o 2025-ci ilin iyul ayının ortalarında "Tap.az” saytında bir ədəd PlayStation 5" oyun konsolunun fotosunu yerləşdirərək 750 manata satması barəрe yalandan elan vermiş, elanda əlaqə üçün həmin vaxt istifadəsində olmuş (+99499) ***-**-** mobil nömrəsini və adını yalandan "Fərid" olaraq qeyd etmişdir. Bu elanı verməkdə məqsədi başqa şəxsi aldadaraq pulunu kartına yükləməsinə nail olmaqla pulu ələ keçirmək və bu qaydada dələduzluq etmək olmuşdur. Elə bu elan üzrə də Zərərçəkmiş şəxs13 aldadaraq onun 750 manat pulunu ələ keçirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Nihat həmin elanı oxuyaraq istifadəsində olan (+99477) ***-**-** mobil nömrəsindən elanda qeyd etdiyi (+99499) ***-**-** mobil nömrəsinə zəng edərək maraqlanmış, aralarındakı danışıq zamanı özünü Nihata yalandan "Fərid" kimi təqdim etmiş, oyun konsolunun özünə məxsus olmasını, pula ehtiyacı olduğundan konsolu ucuz qiymətə, yəni 750 manata satmasını yalandan bildirmişdir. Nihat həmin qiymətə oyun konsolu alacağını bildirmiş və ondan xahiş edib ki, hər hansı kuryer vasitəsi ilə konsolu ona çatdırsın. O Nihadla razılaşaraq deyib ki, pulu mənim kart hesabıma göndərərsən. Nihat ona cavab verib ki, onun kartında pulu yoxdur, pulu əlbəəl kuryer vasitəsilə ona çatdıra bilər. O Nihata deyib ki, mən kuryerə etibar etmirəm, yaxşı olar ki, pulu mənim kart hesabıma göndərərsən. Nihat onunla razılaşmışdır. Bir müddət sonra Nihad ona zəng etdikdə o Nihada yalandan deyib ki, bir qədər sonra onun adından Nihadın olduğu yerə kuryer yaxınlaşaraq oyun konsolunu təqdim edəcək və Nihad konsola baxdıqdan sonra onun kart hesabına pul göndərsin. Nihad razılaşdıqda o "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Nihadın mobil nömrəsinə 5522 0993 6463 0962 ABB kart nỗmrəsini yazmış, Nihad isə olduğu yerin məkanını, yəni konumunu ona göndərmişdir. Bundan sonra o dərhal "google" internet portalında axtarış edərək oyun konsolları satılan mağazanın səhifəsini tapmış, hazırda həmin mağazanın adını, əlaqə nömrələrini, ünvanını xatırlamır. Həmin mağazanın internet səhifəsində bir ədəd "PlayStation 5” ovun konsolunun xatırlamadığı qiymətə satılması barədə elan verilmisdir. O həmin mağazanın xatırlamadığı mobil nömrəsinə zəng etdikdə barəsində məlumatsız olduğu bir nəfər satıcı cavab vermiş, həmin satıcya özünü yalandan alqı-satqıda vasitəçi kimi təqdim etmiş, güya həmin mağazaya müştəri tapmasını bildirmiş, tapdığı müştərinin həmin mağazanın kart hesabına ödəniş edəcəvini deməklə satıcını aldatmıs və həmin mağazanın kuryeri vasitəsilə müştəriyə bir ədəd "PlayStation 5" oyun konsolunu çatdırmasını xahiş etməklə Nihadın konumunu və Nihadın mobil nömrəsini satıcıya göndərmişdir. Saticı onun dediklərini ciddi qəbul edərək söz verib ki, bir necə dəqiqə ərzində kuryer vasitəsilə bir ədəd "PlayStation 5" oyun konsolunu həmin müştəriyə çatdıracaqlar. Bundan sonra saat 15:37-də "M10"-dan 5522 0993 6463 0962 nömrəli karta 750 manat pul göndərilmiş və o dərhal Nihatın və mağazanın əlaqə saxladığı nömrələrini bloklamışdır. Sonradan bilmişdir ki, həmin 750 manat pulu Nihad özü "M10"-la onun kartına göndərmişdir. O bu qaydada, yəni mağazaya məxsus oyun konsolunu Nihada yalandan özümə məxsus konsol kimi təqdim edərək Nihadı aldatmış və Nihadın 750 manat pulunu ələ keçirmişdir. Nihata yalandan satmaq istədiyi həmin konsolla bağlı "Tap.az" saytında verdiyi elanın çıxarışları, foto-şəkilləri onda yoxdur, həmin elan sonradan deaktiv edilərək silmişğir. Nihadla və mağazanın satıcısı ilə zəngləşərək danışmağı və “WhatsApp"-da yazışmağına dair qeydlər silinmişdir. Nihadı aldadaraq özünə məxsus oyun konsolu kimi təqdim etdiyi konsolun məxsus olduğu mağazanın adını, ünvanını, əlaqə nömrəsini bilmir, həmin mağazanın müdriyyətini və satıcılarını tanımır, habelə həmin mağazada işləyərək Nihatla görüşən kuryer barədə tam məlumatsızdır. Həmin satıcı və kuryerlə əlbir olaraq Nihata və digər şəxslərə qarşı dələduzluq etməmişdir. Nihad həmin mağazaya və kuryerə ödəniş etməmiş, onun törətdiyi cinayət nəticəsində həmin mağazaya, satıcıya və kuryerə heç bir maddi ziyan dəyməmiş, onları aldadaraq pullarını ələ keçirməmiş, yalnız Nihata 750 manat maddi ziyan vurmuşdur. Sonradan anası vasitəsilə Nihadın maddi ziyanını tam ödəmiş, ihada qarşı dələduzluq cinayətini törətməsini, Nihadı aldadaraq 750 manat pulunu ələ keçirməsini tam səmimi olaraq etiraf edir. Bundan başqa bildirmisdir ki, o 2025-ci ilin ivul ayının ortalarında "Tap.az” savtında iki ədəd "PlavStation 5" ovun konsolunun fotosunu verləsdirərək nisbətən ucuz və münasib qivmətə, vəni 750 manata satılması barədə valandan elan vermis, həmcinin elanda gevd etmisdir ki, əgər iki ədəd konsol alınarsa, konsolların hər biri bir qədər də ucuz, vəni 660 manat. ümumilikdə isə 1320 manata satacaq. Bu elan bir necə nəfər tanımadığı səxslərin diqqətini cəlb etdiyindən həmin elanla bağlı ona zəng etsələr də, lakin real alıcı olmamışdır. Elanda əlaqə üçün həmin vaxt istifadəsində olmuş (+99499) ***-**-** mobil nömrəsini qeyd etsə də, adını qeyd etməmişdir. Bu elanı verməkdə məqsədi başqa şəxsi aldadaraq pulunu kartına yükləməsinə nail olmaqla pulu ələ keçirmək və bu qaydada dələduzluq etmək olmuşdur. Elə bu elan üzrə Zərərçəkmiş şəxs10 Oazıəhmədovici aldadarag onun 1320 manat pulunu ələ kecirmisdir. Belə ki. xx.xx.2025-ci il tarixdə İslam xatırlamadığı mobil nömrədən elanda gevd etdivi həmin nömrəvə zəng etdikdə elanı verməvini təsdiq etmis, lakin adını İslama deməmisdir. İslam bildirib ki. də metronun “Xalalar dostluğu” stansivasının vaxınlığında mağazada işləvir, ondan iki ədəd ovun konsolunu həmin aivmətə alacaa. Aralarındakı danısıq zamanı İslama valandan devib ki. təxminən saat 14 radələrinə kurver olaraq göndərəcəvi taksi sürücüsü ilə ovun konsollarını ona catdıracaq. İslam isə konsolları sürücüdən alan kimi dərhal onun kartıma pulu göndərəcək. İslama 5522 0993 6463 0962 kart nömrəsini qevd etmis və İslam da ona islədivi mağazanın xatırlamadığı konumunu göndərmisdir. İslam ona söz verib ki. konsolları sürücüdən təhvil alan kimi dərhal həmin karta pulu göndərəcək və pulu köçürməsinə dair elektron qəbzi də göndərəcək. Danısıg zamanı İslam kurver barədə, kurverin nömrəsi, masını barədə ondan hecnə sorusmamıs və o da İslama hecnə deməmisdir. İslamla danısığı bitirdikdən sonra dərhal "google" internet portalında "PlavStation 5” ovun konsollarının satışı barədə elan tapmaqla elanda adı Nahid olarag gevd edilmis səxsin xatırlamadığı mobil nömrəsinə zəng etmis, özünə əmin halda danısaraq 2 ədəd "PlavStation 5" ovun konsolunu alacağını, birinə özünə götürəcəvini, digərini isə dostuna verəcəvini Nahidə, həmçinin metronun “Xalqlar dostluğu” stansivasının vaxınlığında mağazasının olmasını valandan demis. bir aədər sonra həmin mağazanın konumunu Nahidə göndərəcəyini bildirmişdir. Nahid onunla razılaşmışdır. Daha sonra "WhatsApp"-la İslamın göndərdiyi konumu Nahidə göndərmiş və İslamın mobil nömrəsinə yazaraq Nahidə yalandan bildirib ki, bu nömrə sahibi onun dostudur, Nahid konum üzrə göndərilən ünvana çatdıqda həmin nömrə ilə əlaqə saxlayaraq görüşəcək, oyun konsollarını həmin adama təhvil verəcək və o da, yəni İslam Nahidin kart hesabıma ödənis edəcəkdir. Nahid ona inanmıs və xatırlamadığı kart hesabını göndərmişdir. Həmin gün təxminən saat 15 radələrində o İslama zəng edərək taksi sürücüsü kimi təadim etdivi Nahidin mobil nömrəsini vermis və valandan bildirib ki. həmin nömrə ilə əlaqə saxla, olduğun yeri de, konsolları mənim adımdan gətirib sənə catdıracaq. Bir neçə dəqiqə sonra, saat 15:03-də mobil tətbiqdən İslama diatə etdivi 5522 0993 6463 0962 kart hesabına 1320 manat pul göndərilmis, bundan sonra dərhal İslamla Nahidin mobil nömrələrini bloklamısdır. Bu qavdada, vəni Nahidə məxsus ovun konsollarının özünə məxsus olması barədə yalan danışaraq İslamı aldatmaqla 1320 manat pulunu ələ keçirmişdir. Həmin oyun konsollarının satışı ilə bağlı “tap.az³ saytında verdiyi elanı sonradan deaktiv etmiş, onda həmin elanın fotosu, eləcə də Nahidin verdiyi elanın çıxarışları, foto-şəkilləri yoxdur. İslam və Nahidlə "WhatsApp"-da yazışmağına dair qeydlər silinmişdir. Nahidi heç vaxt görməmiş, Nahidi tanımır, Nahidlə ünsiyyəti olmamışdır. Nahidi aldatsa da, Nahidin pulunu ələ keçirməmişdir. Bu cinayət epizodu üzrə yalnız İslamın pulunu ələ keçirmişdir. Nahidlə birlikdə əlbir olaraq İslama, eləcə də digər şəxslərə qarşı dələduzluq etməmişdir. Sonradan anası vasitəsilə İslamın maddi ziyanının bir qismini, yəni 300 manat ödəmiş, İslama qarşı dələduzluq cinayətini törətməsini, İslamı aldadaraq 1320 manat pulunu ələ keçirməsini tam səmimi olaraq etiraf edir. Bundan başqa o 2025-ci ilin ivul avının ortalarında "Tap.az” saytında ədəd "İphone 16 Pro" markalı mobil telefonun fotosunu verləsdirərək nisbətən ucuz və münasib qiymətə, yəni 1700 manata satılması barədə yalandan elan verməklə elanın aşağı hissəsində əlaqə üçün həmin vaxt istifadəmdə olmuş (+99499) ***-**-** mobil nömrəsini qeyd etsəm də, adımı qeyd etməmişdim. Bu elanı verməkdə məqsədim başqa şəxsi aldadaraq pulunu kartıma yükləməsinə nail olmaqla pulu ələ keçirmək və bu qaydada dələduzluq etmək idi. Mən elə bu elan üzrə də Zərərçəkmiş şəxs14 aldadaraq onun 1700 manat pulunu ələ keçirdim. Belə ki, xx.xx.2025-ci il tarixdə təxminən gecə saat 02 radələrində Əli (+99451) ***-**-** mobil nömrəsindən elanda qeyd etdiyim (+99499) ***-**-** mobil nömrəsinə zəng etdikdə aramızdakı danışıq zamanı özümü təqdim etmədən yalandan Əliyə bildirdim ki, səhər Bakı şəhərində yer təyin edərək onunla görüşəcəm və həmin mobil telefonu Əliyə satacam. Danışığı bitirdikdən sonra "WhatsApp"-la Əliyə yazaraq bildirdim ki, telefonu bəyəndikdən sonra ödənişi mənim 5411 2498 0741 6677 nömrəli "Leobank” kartına edər. Əli mənə inanaraq razılaşdı. Həmin gün təxminən saat 16-17 radələrində "Tap.az" saytında Ədalət adlı tanımadığım şəxsin “İphone 16 Pro" markalı mobil telefonu 1950 manata satması ilə bağlı elan verməsini oxudum, dərhal Ədalətin xatırlamadığım mobil nömrəsinə zəng edərək özünü təqdim etmədim, telefonu mənə 50 manat ucuz satmasını Ədalətdən yalandan xahiş etdim, Əli adlı tanışımın həmin telefonu almaq istədiyini Ədalətə yalandan bildirdim, Əlinin gəlib telefona baxdıqdan sonra onun kart hesabına onlayn qaydada ödəniş edəcəyini yalandan demişdir. Ədalət onunla razılaşaraq "WhatsApp"-la özünə məxsus kart hesabını yazmışdır. O Ədalətdən dəfələrlə xahiş edib ki, mobil telefonu qiyməti ilə bağlı aralarındakı sövdələşmə barədə Əliyə heçnə danışmasın. Ədalət onunla razılaşmışdır. Daha sonra o Əlinin mobil nömrəsini Ədalətə vermiş və Əlinin ona zəng edərək görüşəcəyini bildirmişdir. Bundan sonra Ədalət özünə məxsus kart hesabını, eləcə də yaşadığı ünvanın konumunu ona göndərmişdir. O Ədalətə yalandan yazıb ki, güya həmin kartın nömrəsini Əliyə göndərmiş, Əli telefon baxıb bəyəndikdən sonra özü onlayn qaydada Ədalətə ödəniş edəcək. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində Əli ilə yazışaraq görüş təyin etmişlər. Aralarındakı yazışma zamanı yalandan Əliyə bildirib ki, güya işlərinin çoxluğu ilə əlaqədar Əli ilə görüşə gələ bilmir, öz adından Ədalət adli dostunu göndərəcək, Ədalət vasitəsilə Əliyə mobil telefonu çatdıracaq, o Ədalətlə heçnə danışmasın, aralarındakı sövdələşmə barədə Ədalətə heçnə deməsin, sadəcə Ədalətdən telefonu götürdüyü an onun kartına onlayn qaydada ödəniş etsın. Əli razılaşdıqda o Ədalətin mobil nömrəsini Əliyə vermiş, eləcə də Ədalətin göndərdiyi konumu Əliyə göndərərək Ədalətlə həmin ünvanda görüşəcəyini bildirmişdir. Bir qədər sonra saat 18:44-də mobil tətbiq vasitəsilə onun 5411 2498 0741 6677 kart hesabına onlayn qaydada 1700 manat ödəniş olunmuşdur. O dərhal Əlinin və Ədalətin mobil nömrələrini bloklamışdır. Daha sonra Ədalətlə Əlinin arasında nə baş verməsini bilmir. Bu qaydada, yəni Ədalətə məxsus mobil telefonun özünə məxsus olması barədə yalan danışaraq aldatmaqla Əlinin 1700 manat pulunu ələ keçirmişdir. Ədaləti aldatsa da onun pulunu ələ keçirməmiş, yalnız Əlini aldadaraq pulunu ələ keçirmişdir. Ədalətlə tanışlığı, əlaqəsi yoxdur. Ədalətlə birlikdə əlbir olaraq Əliyə, eləcə də digər şəxslərə qarşı dələduzluq etməmişdir. Əlinin ona pul göndərməsinə dair elektron qəbzin surəti onda yoxdur. Əldalətlə və Əli ilə aralarında olan "WhatsApp" yazışmaları silinmişdir. Yalandan Əliyə satmaq istədiyi mobil telefonun fotosu, eləcə də həmin telefonla bağlı verdiyi elanın çıxarışları, foto-şəkilləri, həmçinin Ədalətin verdiyi elanın fotoları, çıxarışları onda yoxdur. Verdiyi həmin yalançı elanı sonradan deaktiv edilərək silmişdir. Hazıradək Əlinin maddi ziyanını ödəməmiş, Əliyə qarşı dələduzluq cinayətini törətməsini, onu aldadaraq 1700 manat pulunu ələ keçirməsini tam səmimi olaraq etiraf edir. Bundan başqa o, 2025-ci ilin iyul ayının sonlarında "Tap.az" saytında bir ədəd “İphone 15 Pro" markalı mobil telefonun fotosunu yerləşdirərək nisbətən ucuz və münasib qiymətə, yəni 1200 manata satılması barədə yalandan elan verməklə elanın aşağı hissəsində əlaqə üçün həmin vaxt istifadəsində olmuş (+99450) ***-**-** mobil nömrəsini və adını yalandan "Rüzgar" kimi qeyd etmişdir. Bu elanı verməkdə məqsədi başqa şəxsi aldadaraq pulunu kartına yükləməsinə nail olmaqla pulu ələ keçirmək və bu qaydada dələduzluq etmək olmuşdur. Elə bu elan üzre pe Zərərçəkmiş şəxs2 aldadaraq onun 1200 manat pulunu ələ keçirmişdir. Belə ki, Ömər xx.xx.2025-ci il tarixdə (+99470) ***-**-** mobil nömrəsindən elanda qeyd etdiyi həmin mobil nömrəyə zəng etmiş, aralarındakı danışıq zamanı özünü Ömərə "Rüzgar” kimi təqdim edərək yalandan bildirib ki, mobil telefonla birlikdə hazırda Salyan rayonundadır, növbəti gün Bakı şəhərində yer təyin edərək onunla görüşəcək və həmin mobil telefonu ona satacaq. Aralarındakı danışıqdan sonra "WhatsApp" ani mesajlaşma mübadilə sistemində Ömərə tanışı Şahid5 şəxsiyyət vəsiqəsinin surətini ataraq özünə məxsus şəxsiyyət vəsiqəsi olduğunu yalandan bildirmişdir. Bunu etməkdə məqsədi edəcəyi əməli Rüzgarın üstünə ataraq izi itirmək olmuşdur, bu metodla Öməri çaşdırmaq istəmişdir. xx.xx.2025-ci il tarixdə "google" internet portalında Qəhrəman adlı tanımadığı şəxsin "İphone 15 Pro" markalı mobil telefonu satması barədə elanını oxumuş, elanda qeyd edilmiş xatırlamadığı mobil nömrəyə zəng edərək özünü Qəhrəmana yalandan Rüzgar kimi təqdim etmiş, tanışlarının həmin telefonu almaq istədiklərini yalandan bildirmiş, tanışlarının gəlib telefona baxdıqdan sonra onunla yazışıb məsləhətləşərək qərara gələcəklərini, həmin telefonu 1450 manata alacaqlarını yalandan demişdir. Qəhrəman ona inanmışdır. Qəhrəmandan dəfələrlə xahiş edib ki, tanışları ilə mobil telefonun qiyməti, aralarındakı sövdələşmə barədə heçnə danışmasın, tanışlarından pul götürməsin, o özü həmin mobil telefonun pulunu onlayn qaydada Qəhrəmanın kartına ödəyərək həmin telefonu alacaq və tanışlarına hədiyyə edəcək. Rüzgar onunla razılaşmışdır. Həmin gün təxminən günorta saatlarında yenidən Ömərklə yazışaraq görüş təyin etmişlər. Aralarındakı yazışma zamanı yalandan Ömərə bildirib ki, güya işlərinin çoxluğu ilə əlaqədar görüşə gələ bilmir, öz adından Qəhrəman adlı tanışını göndərəcək, Qəhrəman vasitəsilə ona mobil telefonu çatdıracaq, lakin Õmər Qəhrəmanla heçnə danışmasın, aralarındakı sövdələşmə barəрe Qəhrəmana heçnə deməsin, sadəcə Qəhrəmandan telefonu götürərək onunla əlaqə saxlayıb onlayn qaydada ona ödəniş edəcək. Ömər onunla razılaşdıqda o görüşməzdən əvvəl əlaqə saxlaması üçün Qəhrəmanın mobil nömrəsini Ömərə vermişdir. Daha sonra Qəhrəmana yazaraq onun mobil nömrəsini tanışlarına verdiyini, tanışlarının onunla əlaqə saxlayacağını bildirib. Qəhrəman isə özünə məxsus xatırlamadığı kart hesabını ona yazmışdır. Bir qədər sonra Ömər "WhatsApp"-da ona yazaraq telefonu bəyəndiyini, onu alacağını bildirdikdə o dərhal 5522 0993 6463 0962 kart hesabını Ömərə göndərək deyib ki, ödənişi dərhal ona göndərsin. Bir neçə saniyədən sonra, yəni 18:09-da mobil tətbiq vasitəsilə həmin kart hesabına 1200 manat pul köçürülmüşdür. Dərhal Ömərin və Qəhrəmanın mobil nömrələrini bloklamışdır. Bu qaydada, yəni Qəhrəmana məxsus mobil telefonun özünə məxsus olmasını deməklə aldadaraq Ömərin 1200 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Yalnız Ömərə qarşı dələduzluq etmiş, Qəhrəmanı aldatsa da, Qəhrəmanın pulunu ələ keçirməmişdir. Şahid5 isə bu məsələdən heç bir xəbəri yoxdur. Qəhrəman və Rüzgar onunla əlbir olaraq Ömərə, eləcə də digər şəxslərə qarşı dələduzluq etməmişlər, həmin cinayəti özüm tək törətmişdir. Sadəcə bir müddət əvvəl tanışı olan Rüzgarın şəxsiyyət vəsiqəsindən istifadə edərək öz adına mobil nömrə rəsmiləşdirmiş və onun şəxsiyyət vəsiqəsinin fotosunu telefonunun yaddaşında saxlamışdır. Öməri aldatmaq məqsədi ilə özünü Ömərə yalandan "Rüzgar” kimi təqdim etmiş və Rüzgarın şəxsiyyət vəsiqəsinin fotosunu Ömərə atmışdır. Qəhrəmanla tanışlığı, əlaqəsi, ünsiyyəti yoxdur. Ömər və Qəhrəman arasında olmuş yazışmalar, eləcə də zəngləşmələrə dair qeydlər silinmiş, Ömərin onun kart hesabına 1200 manat pulu göndərməsinə dair elektron qəbz onda yoxdur. Aldadaraq güya Ömərə satmaq istədiyi mobil telefonun fotosu, eləcə də həmin telefonla bağlı "Tap.az" saytında verdiyim elanın çıxarışları, foto-şəkilləri onda yoxdur, həmin elan sonradan deaktiv edərək silmişdir. Eləcə də Qəhrəmanın "Tap.az"-da verdiyi elanın çıxarışları, fotoşəkilləri onda yoxdur. Hazıradək Ömərin maddi ziyanını ödəməmiş, Ömərə qarşı dələduzluq cinayətini törətməsini, onu aldadaraq 1200 manat pulunu ələ keçirməsini tam səmimi olaraq etiraf edir. Bundan başqa o, 2025-ci ilin iyul ayının sonlarında "Tap.az" saytında iki ədəd "PlayStation 5" oyun konsolunun fotosunu yerləşdirərək nisbətən ucuz və münasib qiymətə, yəni 810 manata satılması barədə yalandan elan vermiş, həmçinin elanda əlaqə üçün həmin vaxt istifadəsində olmuş (+99450) ***-**-** mobil nömrəsini qeyd etsə də, adını qeyd etməmişdir. Bu elanı verməkdə məqsədi başqa şəxsi aldadaraq pulunu kartına yükləməsinə nail olmaqla pulu ələ keçirmək və bu qaydada dələduzluq etmək olmuşdur. Elə bu elan üzrə də Zərərçəkmiş şəxs11 aldadaraq onun 800 manat pulunu ələ keçirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində Murad istifadəsində olan (+99455) ***-**-** mobil nömrəsindən elanda qeyd etdiyi həmin mobil nömrəyə zəng edərək maraqlandıqda danışıq zamanı özünü Murada təqdim etməmiş və adımı deməmişdir. Murada yalandan bildirib ki, Bakı şəhəri, Nəsimi rayonu, metronun 28 May stansiyasının yaxınlığında elektronika mağazası var, sifariş verən müştərilərə məhsulları mağazasının kuryeri vasitəsilə çatdırır, müştərilər ona onlayn formada ödəniş edirlər. Telefon danışığı zamanı Murad ona bildirib ki, mən hazırda Quba rayonundayam, zəhmət olmasa konsolu kuryer vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən mağazama göndər. Mən isə Murada dedim ki, o mənə onlayn ödəniş etdikdən sonra konsolu göndərə bilərəm. Murad təkidlə bildirib ki, mən konsolu göndərdikdən sonra o konsola baxacaq, sonra ödəniş edəcək. Bu danışıqdan sonra geri dönüş edəcəyini Murada bildirmiş və dərhal "google" internet portalında oyun konsolu satılan adını, ünvanını, əlaqə nömrəsini xatırlamadığı mağaza ilə əlaqə saxlamış, onun zənginə həmin mağazanın satıcı-kuryeri cavab vermiş, o kuryerə mağazada 900 manata satılan "PlayStation 5" oyun konsolunu alacağını yalandan bildirərək onlayn sifariş vermiş və onun adından gələcək dostuna həmin konsolun çatdırılmasını, ödənişi isə özünün edəcəyini yalandan demiş və xahiş etmişdir ki, konsol dostuna çatdırılarkən sövdələşmə, qiymət barədə heçnə danışılmasın. Kuryer onunla razılaşaraq mağazanın konumunu ona göndərmişdir. O dərhal həmin konumu Murada göndərərək göndərərək yalandan bildirib ki, konsol hazırda onun mağazasındadır, qiymətdə 10 manat da güzəşt edərək konsolu 800 manata Murada satacaq. Hazırda həmin konumu xatırlamır və telefonunda həmin konum qalmamışdır. Murad bildirib ki, Hüseyn adlı satıcısına həmin konumu göndərəcək və Hüseyn onun adından kuryerlə görüşərək konsolu götürəcək, əgər konsol salamat və səliqəli haldadırsa onlayn qaydada ödəniş edəcək. O Murada etiraz etməmişdir. Bir neçə saniyədən sonra tanımadığı nömrədən zəng edən şəxs Hüseyn olduğunu dedikdə o kuryerin mobil nömrəsini Hüseynə vermişdir. Bir qədər sonra kuryer ona zəng edərək bildirib ki, o Hüseyn adlı şəxslə görüşərək konsolu təhvil verəcək. Kuryerin onun dələduzluq əməlindən şübhələnməməsi üçün yalandan kuryerə deyib ki, hər şey qaydasındadır. Bundan sonra Murada yazaraq konsolu bəyənib-bəyənmədiyini soruşmuş, bəyəndiyi halda onlayn ödəniş etməsini bildirmiş və 5522 0993 6463 0962 kart hesabıni Murada göndərmişdir. Murad Hüseynin kuryerdən konsolu götürməsini və səliqəli, normal halda olmasını təsdiq etmişdir. Saat 17:58-də mobil tətbiq vasitəsilə 5522 0993 6463 0962 nömrəli kartına 800 manat pul köçürülmüşdür. Dərhal Muradın, Hüseynin və kuryerin mobil nömrələrini bloklamışdır. Bu qaydada, yəni hansısa mağazaya məxsus oyun konsolunu yalandan öz adından təqdim edib Muradı aldadaraq Muradın 800 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Murada yalandan satmaq istədiyi oyun konsolunun fotosu, eləcə də həmin konsolla bağlı verdiyi elanın çıxarışları, foto-şəkilləri onda yoxdur, həmin elanı sonradan deaktiv edilərək silmişdir. Muradla, Hüseynlə və kuryerlə zəngləşərək danışmağı və "WhatsApp"-da yazışmağına dair qeydlər silinmişdir. Həmin mağazanın adını, ünvanını, əlaqə nömrəsini, eləcə də kuryerlə əlaqə saxladığı nömrəli xatırlamır, həmin mağazanın rəhbərliyi, işçiləri və mağazada işləyərək Hüseynlə görüşən kuryer barədə tam məlumatsızdır. Mağazanın kuryeri onunla əlbir olaraq Murada, eləcə də digər şəxslərə qarşı dələduzluq etməmişdir. O həmin kuryeri aldatsa da, amma onun pulunu ələ keçirməmişdir. Bu cinayət epizodu üzrə yalnız Muradı aldadaraq pulunu ələ keçirmişdir. Həmin cinayəti özüm tək törətmişdir. Hazıradək Muradın maddi ziyanını ödəməmiş, Murada qarşı dələduzluq cinayətini törətməsini, onu aldadaraq 1200 manat pulunu ələ keçirməsini tam səmimi olaraq etiraf edir Bundan başqa o 2025-ci ilin avqust ayının əvvəllərində "Tap.az” saytında bir ədəd "PlayStation 5" oyun konsolunun fotosunu yerləşdirərək nisbətən ucuz və münasib qiymətə, yəni 750 manata satılması barədə yalandan elan vermiş, həmçinin elanda əlaqə üçün həmin vaxt istifadəsində olmuş (+99450) ***-**-** mobil nömrəsini və adını yalandan Ruzigar kimi qeyd etmişdir. Bu elanı verməkdə məqsədi başqa şəxsi aldadaraq pulunu kartına yükləməsinə nail olmaqla pulu ələ keçirmək və bu qaydada dələduzluq etmək olmuşdur. Elə bu elan üzrə də Zərərçəkmiş şəxs5 aldadaraq onun 750 manat pulunu ələ keçirmişdir. Belə ki, Zaur xx.xx.2025-ci il tarixdə təxminən saat 10 radələrində (+99477) ***-**-** mobil nömrəsindən elanda qeyd etdiyi həmin mobil nömrəyə zəng edərək maraqlandıqda danışıq zamanı özünü Zaura yalandan "Ruzigar" olaraq təqdim etmiş və oyun konsolunun özünə məxsus olmasını, pula ehtiyacı olduğundan onu ucuz qiymətə, yəni 750 manata satmağını yalandan bildirmişdir. Zaur həmin konsolu almaq istədiyini bildirmiş, o bir qədər sonra Zaura zəng edəcəyini demişdir. Bundan sonra dərhal "google" axtarış portalında Mərkəzi Univermaqda oyun konsolu satan mağazanın səhifəsini tapmış, həmin səhifədə qeyd olunmuş nömrəyə zəng etmiş, özünü Zamiq kimi təqdim edən satıcıya yalandan deyib ki, 800 manata satılması barədə elanı verilən bir ədəd "PlayStation 5" oyun konsolunun real alıcısıdır, güya yaxın dostu olan Zaur həmin mağazaya gələrək onun adından ödəniş etməklə konsolu götürəcək. Zamiq razılaşmışdır. O yenidən Zaura zəng edərək yalandan ona deyib ki, mən Mərkəzi Univermaqda satıcı işləyirəm, konsol oradadır, orada tanışım Zamiqdədir, özüm şəxsi işlərimin çoxluğu və vaxtımın olmamasına görə onunla görüşüb konsolu verə bilmirəm, əgər o real olaraq almalı olsa gərək Mərkəzi Univermaqa gedərək Zamiqlə görüşsün, oradan mənim qeyd edəcəyim kart hesabına 750 manat ödəniş etdikdən sonra konsolu Zamiqdən götürsün. Zaur onunla razılaşmış və 750 manata həmin konsolu alacağını demişdir. Telefon danışığı zamanı harada olmağı, eləcə də şəxsi və anket məlumatlarım barədə Żaura heçnə deməmişdir. Növbəti gün, yəni xx.xx.2023-ci il tarixdə təxminən səhər saatlarında Zaurla "WhatsApp”-la yazışdıqda Zaur bildirib ki, oyun konsolunu günorta saatlarında götürəcək. Həmin gün təxminən günorta saat 16 radələrində Zaur ona yazaraq bildirib ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Mərkəzi Univermağın qarşısına gəlib. O Zamiqin mobil nömrəsini Zaura ataraq bildirib ki, Zamiqlə əlaqə saxla, konsola baxaraq bəyənən kimi mənim kart hesabıma pulu göndər. Bir neçə dəqiqəpən sonra Zaur ona yazaraq konsolu bəyənməsini bildirdikdə o dərhal 5522 0993 6463 0962 kart nömrəsini Zaura göndərərək ödəniş etməsini demişdir. Saat 16:42-də xatırlamadığı mobil tətbiq vasitəsilə 5522 0993 6463 0962 kart hesabına 750 manat pul göndərilmiş və o dərhal Zaurla Zamiqin mobil nömrələrini bloklamışdır. Bu qaydada, yəni Zamiqə məxsus oyun konsolunu özünə məxsus olan konsol kimi yalandan təqdim edib aldatmaqla Zaurun 750 manat pulunu eje keçirmişdir. Konsolla bağlı "Tap.az" saytında verdiyim elanın çıxarışları, foto-şəkilləri onda yoxdur, sonradan həmin elanı deaktiv edərək silmişdir. Zamiqin konsolla bağlı verdiyi elanın çıxarışları, foto-şəkilləri onda yoxdur. Zaurla və Zamiqlə zəngləşərək danışması və "WhatsApp"-da yazışmasına dair qeydlər silinmişdir. Zamiqin işlədiyi mağazanın adını, ünvanını, əlaqə nömrəsini bilmir, Zamiqi tanımır, Zamiqin barəsində tam məlumatsızdır. Bu cinayət epizodu üzrə yalnız Zaura qarşı dələduzluq etmiş, Zaurun pulunu ələ keçirmiş, Zamiqin isə pulunu və əmlakını ələ keçirməmişdir. O özü tək Zaura qarşı dələduzluq etmiş, Zamiq və digər şəxslərlə əlbir olaraq Zaura qarşı, eləcə də digər şəxslərə qarşı dələduzluq etməmişdir. Hazıradək Zaurun maddi ziyanını ödəməmiş, Zaura qarşı dələduzluq cinayətinı törətməsini, Zauru aldadaraq 750 manat pulunu ələ keçirməsini tam səmimi olaraq etiraf edir. Bundan başqa o, 2025-ci ilin avqust ayının ortalarında "Tap.az" saytında bir ədəd “İphone 14 Pro" markalı mobil telefonun fotosunu yerləşdirərək nisbətən ucuz və münasib qiymətə, yəni 1050 manata satılması barədə yalandan elan verməklə elanın aşağı hissəsində əlaqə üçün həmin vaxt istifadəsində olmuş (+99450) ***-**-** mobil nömrəsini və adını yalandan "Rüzgar" kimi qeyd etmis, bu elanı verməkdə məqsədi başqa şəxsi aldadaraq pulunu kartına yükləməsinə nail olmaqla pulu ələ keçirmək və bu qaydada dələduzluq etmək olmuşdur. Elə bu elan üzrə də Zərərçəkmiş şəxs4 aldadaraq onun 1000 manat pulunu ələ keçirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Xəyal (+99470) ***-**-** mobil nömrəsindən elanda qeyd edilmiş (+99450) ***-**-** mobil nömrəsinə zəng etdikdə aralarındakı danışıq zamanı özünü Xəyala yalandan “Rüzgar” kimi təqdim etmiş və yalandan bildirib ki, telefon ona məxsusdur və yenıdən zəng edəcəyini deyərək Xəyalla telefon danışığını bitirmişdir. Dərhal "google" internet portalında axtarış edərkən ünvan 7 ünvanında yerləşən "Teleshop.Baku" mağazasının "Tap.az" saytında bir ədəd "Apple İphone 14 X32" markalı mobil telefonu 1249 manata satışı barədə elan verməsini görmüş, həmin elanda qeyd edilmiş xatırlamadığı mobil nömrə ilə əlaqə saxladıqda özünü həmin mağazada işləyən şəxs olaraq təqdim edən Rahiblə danışmış, elanı verilmiş həmin telefonun yalnız texniki vəziyyəti barədə maraqlanmış, lakin qiyməti barədə heçnə soruşmamışdır. Rahibdən xahiş edib ki, o telefonu vitrindən çıxararaq kənara qoysun, bir saat ərzində bir nəfər şəxs onun adından mağazaya yaxınlaşaraq telefonu alacaq. Rahib razılaşmışdır. Bundan sonra Xəyala zəng edərək yalandan deyib ki, şəxsi işlərinin çoxluğu ilə bağlı görüşərək telefonu verə bilmır, həmin telefon özünə məxsusdur, telefonu ünvan 7 ünvanında yerləşən "Teleshop.Baku" mağazasında satışa qoymuş, onun adından həmin mağazaya yaxınlaşaraq onun dostu olmasını deyəcək, lakin qiymətlə bağlı və sövdələşmə ilə bağlı həmin mağazanın rəhbərinə və ya satıcılarına heçnə deməyəcək, telefonu mağazadan götürərək baxdığı an ona xəbər edəcək, onun göndərcəyi kart hesabına pulu ödədikdən sonra telefonu götürüb gedəcək. O Xəyalın xahişini nəzərə alaraq telefonu 50 manat ucuz qiymətə, yəni güya 1000 manata satacağı barədə razılaşmışdır. Aralarindakı danışıqdan və razılaşmadan sonra o "WhatsApp" ani mesajlaşma mübadilə sistemində Xəyala yazaraq onunla "WhatsApp"-la əlaqə saxlamasını bildirmış və Xəyla yalandan deyib ki, onun kartına pul göndərdikdən sonra telefonun vitrinə qoyulması və satışı ilə bağlı zəhmət haqqı-şirinlik haqqı qismində özü müəyyən məbləğdə mağazanın kart hesabına pul ödəyəcək. O isə mağazaya heçnə ödəməyəcək, yalnız onun kartina 1000 manat pul ödəyəcək. Xəyal onunla razılaşmışdır. Həmin gün təxminən saat 13 radələrində Xəyal “WhatsApp"-da ona yazaraq telefona baxaraq bəyəndiyini dedikdə o dərhal 4098 5844 7854 3711 kart hesabını Xəyala göndərmiş və Xəyala yalandan yazıb ki, o karta pulu göndərdikdən sonra özü mağazanın sahibi ilə hesablaşacaq, telefonun satışına görə mağaza sahibinin kartına özü şirinlik haqqı olaraq müəyyən məbləğdə pul göndərəcək. Təxminən bir neçə dəqiqə sonra, saat 13:28-də M10 elektron pul qabından 400 manat, saat 13:29-da isə xatırlamadığı mobil tətbiqi vasitəsi ilə 600 manat, ůmumlikdə isə 1000 pul 4098 5844 7854 3711 kart hesabına göndərilmişdir. O Xəyalla Rahibin mobil nömrələrini bloklamış, bu qaydada, yəni Rahibə məxsus mobil telefonun özünə məxsus olmasını yalandan deyərək aldatmaqla Xəyalın 1000 manat pulunu ələ keçirmişdir. Xəyalın həmin pulu mənə göndərməsinə dair elektron qəbzlər onda yoxdur. Həmin cinayət epizodu üzrə yalnız Xəyala qarşı dələduzluq etmiş, Rahibə qarşı isə dələduzluq etməmişdir. Rahibin ümumiyyətlə bu məsələdən heç bir xəbəri yoxdur. Aldatmaq məqsədi ilə özünü Xəyala yalandan "Růzgar" kimi təqdim etmişdir. Rahiblə tanışlığı, əlaqəm yoxdur, mən Rahiblə birlikdə əlbir olaraq Xəyala qarşı dələduzluq etməməm. Xəyalla və Rahiblə aralarında olan "WhatsApp” yazışmaları silinmişdir. "Tap.az" saytında verdiyi həmin yalançı elanın çıxarışları, foto-şəkillərı onda yoxdur, həmin elanı sonradan deaktiv edilərək silmişdir. Eləcə də Rahibin "Tap.az"-da verdiyi elanın çıxarışları, foto-şəkilləri məndə yoxdur. Hazıradək Xəyalın maddi ziyanını ödəməmiş, Xəyala qarşı dələduzluq cinayətini törətməsini, onu aldadaraq 1000 manat pulunu ələ keçirməsini tam səmimi olaraq etiraf edir. Bundan başqa o, 2025-ci ilin avqust ayının sonlarında "Tap.az" saytında bir epep "PlayStation 5 slim" oyun konsolunun fotosunu yerləşdirərək nisbətən ucuz və münasib qiymətə, yəni 730 manata satılması barədə yalandan elan vermiş, həmçinin elanda əlaqə üçün həmin vaxt istifadəsində olmuş (+99450) ***-**-** mobil nömrəsini və adını yalandan Ruzigar kimi qeyd etmiş, bu elanı verməkdə məqsədi başqa şəxsi aldadaraq pulunu kartına yükləməsinə nail olmaqla pulu ələ keçirmək və bu qaydada dələduzluq etmək olmuşdur. Elə bu elan üzrə də X3 aldadaraq onun 700 manat pulunu ələ keçirmişdir. Belə ki, İsmayıl xx.xx.2025-ci il tarixdə (+99455) ***-**-** mobil nömrəsindən elanda qeyd etdiyi həmin mobíl nömrəyə zəng edərək maraqlandıqda danışıq zamanı yalandan özünü İsmayıla "Ruzigar" olaraq təqdim etmiş, həmin oyun konsolunun özünə məxsus olmasını, pula ehtiyacı olduğundan onu ucuz qiymətə, yəni 730 manata satmağını yalandan bildirmiş, həmçinin deyib kı, şəxsi işlərinin çoxluğu və vaxtının olmamasına görə onunla görüşüb konsolu verə bilməyəcək, əgər real alıcıdırsa, həmin konsolu ona 30 manat ucuzuna, yəni 700 manata sata bilər və konsolu kuryer vasitəsilə onun yaşadığı ünvana göndərər, o sadəcə kuryerə 10 manat zəhmət haqqı verərəcək, amma aralarında olan sövdələşmə, alqı-satqı barədə kuryerə heçnə deməyəcək. Kuryer İsmayılın yaşadığı ünvana gələn kimi İsmayıl onunla əlaqə saxlayıb kuryerin gəlişini bildiricək, o da kart hesabını İsmayıla göndərəcək, İsmayıl mənim kart hesabıma ödəniş etdikdən sonra konsolu kuryerdən götürəcək və kuryerə 10 manat zəhmət haqqı verəcək. İsmayıl razılaşmışdır. Telefon danışığı zamanı həmin an harada olmağı, eləcə də şəxsi və anket məlumatlarım barədə İsmayıla heçnə deməmişdir. Bir qədər sonra isə "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə İsmayıla yazaraq “WhatsApp"-la əlaqə saxlamasını bildirmiş, kart hesabını yazmış və yaşadığı ünvanın konumunu göndərməsini xahiş etmişdir. İsmayıl ünvanını yazaraq konumunu ona göndərmişdir. O dərhal "google" internet portalinda axtarış etdikdə adını, ünvanını və əlaqə nömrəsini xatırlamadığı bir mağazanın “PlayStation 5 Slim" oyun konsolunu 850 manata satması barədə elanı oxumuç, elanda qeyd edilmiş xatırlamadığım mobil nömrə ilə əlaqə saxlayaraq həmin konsolu 850 manata alacağınıı yalandan demiş, daha sonra İsmayılın yaşadığı ünvanın konumunu həmin nömrəyə göndərərək yalandan öz ünvanı kimi təqdim etmiş, konsolun kuryer vasitəsi ilə çatdırılmasını xahiş etmiş və kuryerə zəhmət haqqı olaraq 10 manat pul verəcəyini demişdir. İsmayılın mobil nömrəsini həmin şəxsə əlaqə nömrəsi kimi vermiş və xahiş etmişdir ki, ünvana çatdıqda İsmayılın nömrəsinə zəng olunsun. İsmayıl barədə isə heçnə deməmişdir. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən axşam saat 20 radələrində "WhatsApp"-da İsmayıla 4169 7388 2368 7078 kart hesabını yazaraq bir qədər sonra kuryerin konsolu onun ünvanına gətirəcəyini demiş, lakin kuryer barədə heç bir məlumat verməmişdir. İsmayıl razılaşmışdır. Bir neçə dəqiqədən sonra, yəni saat 20:49-da 4169 7388 2368 7078 kart hesabına 700 manat pul göndərilmiş, o dərhal mağazanın və İsmayılın nömrəsini bloklamışdır. Bu qaydada, yəni mağayaza məxsus oyun konsolunun özünə məxsus olmasını yalandan deyərək aldatmaqla İsmayılın 700 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Yalandan verdiyi həmin elanın çıxarışları, foto-şəkilləri onda yoxdur, həmin elani sonradan deaktiv edilərək silmişdir. Eləcə də həmin mağazanın verdiyi elanın çıxarışı və foto-şəkilləri, İsmayılın ona göndərdiyi pulun qəbzi onda yoxdur. İsmayılla və həmin mağaza ilə zəngləşərək danışmağı və "WhatsApp"-da yazışmağına dair qeydlər silinmişdir. Həmin mağazanın adını, ünvanını, əlaqə nömrəsini bilmir, habelə həmin mağazanın rəhbərliyi, işçiləri və mağazada işləyərək İsmayılla görüşən kuryer barədə tam məlumatsızdır. Həmin kuryer və digər şəxslər onunla əlbir olaraq İsmayıla qarşı dələduzluq etməmişlər, o bu cinayət epizodu üzrə İsmayıla qarşı tək dələduzluq etmişdir. Bu cinayət epizodu üzrə yalnız İsmayılin pulunu ələ keçirmişəm. Hazıradək İsmayılın maddi ziyanını ödəməmiş, İsmayıla qarşı dələduzluq cinayətini törətməsini, İsmayılı aldadaraq 700 manat pulunu ələ keçirməyimi tam səmimi olaraq etiraf edir. Bundan başqa o, 2025-ci ilin avqust ayının sonlarında "Tap.az" saytında bir ədəd "İphone 13 Pro" markalı mobil telefonun fotosunu yerləşdirərək nisbətən ucuz və münasib qiymətə, yəni 720 manata satılması barədə yalandan elan verməklə elanın aşağı hissəsində əlaqə üçün həmin vaxt istifadəsində olmuş (+99450) ***-**-** mobil nömrəsini və adını yalandan "Xəlil" kimi qeyd etmişdir. Bu elanı verməkdə məqsədi başqa şəxsi aldadaraq pulunu kartına yükləməsinə nail olmaqla pulu ələ keçirmək və bu qaydada dələduzluq etmək olmuşdur. Elə bu elan üzrə də Zərərçəkmiş şəxs7 aldadaraq onun 680 manat pulunu ələ keçirmişdir. Belə ki, xx.xx.2025-ci il Mikayıl (+99451) ***-**-** mobil_nömrəsindən elanda qeyd edilmiş (+99450) ***-**-** mobil nömrəsinə "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə yazarkən özünü Mikayıla yalandan “Xəlil" kimi təqdim edərək yalandan bildirib ki, onun telefon mağazası var, həmin telefonu bir qədər istifadə etmiş, telefon səliqəli vəziyyətdədir, həmin telefonu sataraq yenisini almaq istəyir, buna görə də telefonu nisbətən ucuz qiymətə, yəni 720 manata satır. Mikayıl ondan həmin telefonu bir qədər də ucuz qiymətə satmağını xahiş etmiş, o Mikayılı şirnikləşdirərək yalandan yazıb ki, əgər bu gün, yəni xx.xx.2025-ci il tarixdə gəlib telefonu götürsən, həmin telefonu sənə bir qədər ucuz qiymətə, yəni 680 manata sataram. Mikayıl isə vaxtının olmamasına görə telefonu növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə götürə biləcəyini bildirmiş, o Mikayılla razılaşmışdır. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən günorta saatlarında Mikayıl ona yazaraq bildirib ki, saat 14:00-dan 15:00-dək boş olacaq. O Mikayıla yalandan yazıb ki, güya dünən onun telefon mağazası təmirə bağlanıb, ona görə də Mikayıl onun mağazasına gələrək telefonu götürə bilməyəcək, telefonu yalnız kuryer vasitəsilə ona çatdıra bilər. Mikayıl razılaşmış və yaşadığı ünvanının xatırlamadığı konumunu göndərmişdir. O Mikayıla yalandan bildirib ki, bir qədər sonra kuryer həmin ünvana yaxınlacaq, Mikayıl kuryerə yalniz mobil telefon alıcısı olduğunu bildirsin, kuryerlə başqa heçnə, yəni qiymət, aralarında olan sövdələşmə, razılaşma, qiymət barədə heçnə danışmasın, sadəcə telefonu götürərək baxdıqdan sonra onun kart hesabıma ödəniş edəcək. Ó kuryer barədə Mikayıla heçnə deməmişdir. Mikayıl onunla razılaşmışdır. Bundan sonra dərhal "google" internet portalında bir ədəd "İphone 13 Pro" markalı mobil telefonun satılması barədə elan tapmış, həmin elanda qeyd olunmuş xatırlamadığı mobil nömrə ilə əlaqə saxlamış, danışıq zamanı ona məlum olub ki, telefonu hansısa mağaza satır. Lakin həmin mağaza barədə tam məlumatsızdır. Mağazada işləyən həmin tanımadığı şəxsə telefon danışığı zamanı yalandan deyib ki, həmin telefonu alır və Mikayılın mobil nömrəsini və Mikayılın yaşadığı ünvanın konumunu həmin şəxsə göndərərək deyib ki, güya Mikayıl onun dostudur, mağaza telefonu kuryer vasitəsilə Mikayıla verəcək, dostu olduğundan Mikayıl telefonun ödənişini onun yerimə edəcərək götürəcək, sonra isə telefonu ona çatdıracaq. Həmin şəxs onunla razılaşmışdır. Bundan sonra o Mikayıla yazaraq yalandan bildirib ki, şəxsiyyət vəsiqəsinin fotosunu at, pulu kartına göndərdikdən sonra sənə zəmanət talonu yazacam. Mikayıl dərhal şəxsiyyət vəsiqəsinin fotosunu ona göndərmişdir. Bir neçə dəqiqə sonra bir nəfər tanımadığı şəxs xatırlamadığım nömrədən ona zəng edərək kuryer olduğunu və telefona görə ödənis edilməsini bildirmiş, o həmin kuryerə bildirib ki, telefonu Mikayıl adlı dostuma çatdır, Mikayıl telefona baxacaq və ödəniş edəcək. Kuryer Mikayılın yanında olmasını dedikdə isə o yalanının üstünün açılmaması üçün kuryerə "yanındakı qaqaşa denən həmin telefona baxsın" məzmununda səsli sms atmış, daha sonra Mikayıla yazıb ki, telefonu bəyəndin?. Mikayıl bir qədər çaşqın halda cavab yazıb ki, kuryer telefonu baxmağa vermir. O özünü itirdiyindən ağlına gələn istənilən sözü danışaraq yalandan Mikayıla bildirib ki, onlarla hagq-hesab etməliyəm, yenidən kuryerə yaxınlaş, kuryerin yanında telefona bax. Mikayıl bir daha ona bildirib ki, kuryer mənə telefonu baxmağa vermir, nəysə, mənə kartın nömrəsin göndər, pulu atım, gedim telefonu kuryerdən götürüm, mən tələsirəm. O dərhal 4098 5844 6557 3692 kart nömrəsini Mikayıla yazaraq inandırıcı olması üçün bildirib ki, ödəniş edən kimi elektron qəbzi ona göndərsin. Bir neçə saniyə sonra hansısa mobil tətbiqdən həmin kart hesabına 680 manat pul köçürülmüş və Mikayıl bu köçürməyə dair elektron qəbzi dərhal ona atmışdır. O isə həmin mağazanın, kuryerin və Mikayılın mobil nömrəsini bloklamışdır. Bu qaydada, yəni mağazaya məxsus mobil telefonun özünə məxsus olmasını yalandan deyərək Mikayilı aldatmaqla onun 680 manat pulunu ələ keçirmişdir. Sonradan onun adından anası həmin 680 manat pulu dəqiq xatırlamadiğı tarixdə Mikayıla tam olaraq ödəmişdir. Həmin mağazanın adı, ünvanı, sahibi, işçiləri, kuryer, eləcə də onlarla əlaqə saxladığı mobil nömrələr barədə tam məlumatsızdır. Həmin şəxslərlə əlbir olaraq Mikayıla qarşı dələduzluq etməmiş, həmin şəxsləri aldatsa da onların pulunu ələ keçirməmiş, bu cinayət epizodu üzrə yalnız tək dələduzluq etmişdir. Mikayıl və həmin şəxslər arasında olmuş yazışmalar, Mikayılın göndərdiyi elektron qəbz silinmişdir. "Tap.az" saytında verdiyi yalançı elanın çıxarışları, foto-şəkilləri, eləcə də həmin mağazanın verdiyi elanin çıxarışlari, foto-şəkilləri onda yoxdur, həmin yalançı elanı sonradan deaktiv edərək silmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, Şahid5 sonradan tanımış, hazırda Rüzgarla heç bir münasibəti və qərəzçiliyi yoxdur. Dəqiq xatırlamadığı tarixdə Rüzgar özünə məxsus olan "İphone 12 Pro" markalı işlənmiş mobil telefonu 450 manata "Tap.az" saytında satışa çıxarmışdır. O, həmin ərəfədə istifadəsində olmuş xatırlamadığım mobil nömrədən Rüzgarın istifadəsində olan (+99455) ***-**-** mobil nömrəsinə zəng edərək özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmiş və Rüzgarın mobil telefonuna baxıb yoxlayaraq almaq istədiyini bildirmişdir. Həmin an Rüzgarı aldatmaq fikri olmamış, həqiqətən də həmin telefonu almaq istəmişdir. O Lənkəran rayon sakini olmasını dedikdə Rüzgar həmin ərəfədə Lənkəran rayonunda olduğunu bildirmiş və Lənkəran rayonunda ikilikdə görüşmüşlər. Gördüşdükləri yer dəqiq yadında deyil, həmin an ətrafda heç kim olmamış və ətrafda videomüşahidə kameraları olmamışdır. O Rüzgara bildirib ki, əlimdə nəqd pul yoxdur, lakin "Playstation 5" oyun konsolu var, həmin konsol köhnə olsa da, işləyir, səliqəli haldadır. Rüzgara mobil telefonun əvəzində həmin konsolu verə bilər və bu qaydada əvəzləyərək telefonu ondan ala bilər. Həqiqətən də həmin ərəfədə onda bir ədəd "Playstation 5" oyun konsolu olmuş, konsol özünə məxsus olmuş, cinayət nəticəsində əldə etməmişdir. Rüzgar razı olmamış və bildirib ki, ona nəqd pul lazımdır. Təxminən bir həftə sonra konsolu rayon ərazisində tanımadığı şəxsə 430 manat satmış və Rüzgara zəng edərək deyib ki, konsolu satmışdır, ona 430 manat pul verə bilər, əgər mümkünsə telefonu ona həmin qiymətə satsın. Rüzgar onun xahişini nəzərə alaraq telefonu ona ucuz qiymətə, yəni 430 manata satmağa razı olmuşdur. Dəqib xatırlamadığı tarixdə və dəqiq xatırlamadığı yerdə Lənkəran rayonu ərazisində Rüzgarla yenə də təklikdə görüşmüşlər və Rüzgara 430 manat pul verdikdən sonra telefonu ona təhvil vermişdir. Rüzgarın şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş və bunu belə izah edib ki, telefonu satan şəxs olaraq onun məlumatları hər ehtimala qarşı onda olsun. Bundan sonra yalandan Rüzgara bildirib ki, şəxsiyyət vəsiqəsi yoxdur, əgər mümkünsə onun şəxsiyyət vəsiqəsindən istifadə edərək onun adına Azercell nömrəsi alsınlar, lakin o istifadə etsin. Bunu Rüzgardan xahiş etməkdə məqsədi bu olub ki, onun adına rəsmiləşdirilmiş mobil nömrəni gələcəkdə törədəcəyi dələduzluq cinayətləri zamanı istifadə etsin. Lakin Rüzgara bu barədə, yəni cinayətkar, hər hansı hiyləgər və qaranlıq niyətinin olmasını deməmiş, Rüzgar özü də sadəlövlüklə ona inanmış, şübhə etməmiş və onun xahişini nəzərə almışdır. Bir qədər sonra birlikdə Lənkəran rayonu ərazisində ünvanını və yerini xatırlamadığım "xxxx" MMC-nin dilerinə yaxınlaşdıqda Rüzgar öz şəxsiyyət vəsiqəsini verərək öz adına rəsmiləşdirməklə (+99450) ***-**-** mobil nömrəsini almış və ona vermişdir. Rüzgar nömrəni ona verərkən deyib ki, mənim adımdan və həmin nömrədən istifadə edib problem yaratma. O isə Rüzgarı aldadaraq yalandan söz verib ki, belə bir hal ola bilməz. Təxminən bir həftə sonra Rüzgara zəng edərək həqiqətən də onunla səmimiyyətlə dostlaşmaq istədiyini və ona qonaqlıq vermək istədiyini bildirmiş, Rüzgar imtina etmişdir. Həmin vaxtdan sonra Rüzgarla bir daha zəngləşməmiş və görüşməmişdir. Törətdiyi cinayət epizodlarının birində Rüzgarın şəxsiyyət vəsiqəsini zərər çəkmiş şəxsə göndərərək özünə məxsus şəxsiyyət vəsiqəsi kimi təqdim edərək aldatmışdır. Eləcə də bir neçə cinayət epizodunda özünü zərər çəkmiş şəxslərə Rüzgar kimi təqdim etmiş və saytlarda verdiyi yalançı elanlarda Rüzgarın adını yazmaqla Rüzgarın adına rəsmiləşdirilmiş həmin nömrəni əlaqə vasitəsi kimi qeyd etmişdit. Bildiyi qədər həmin nömrəni deaktiv olunmuş və daha işləmir. Rüzgar onunla əlbir olaraq heç bir cinayət törətməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, artıq 7 aydır həbsdədir və bu müddət ərzində həbs həyatının bütün çətinliklərini görmüşdür. O, törətdiyi əməldən səmimi şəkildə peşman olduğunu qeyd etmişdir. Bildirmişdir ki, 20 yaşı var və bu çətinliklər onun üçün çox ağır keçmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, əgər məhkəmə tərəfindən ona azadlıqdan məhrum etmə cəzası təyin olunarsa, özünü bu cəzaya layiq hesab edir. Bunun onun həyatında sonuncu cəza olacağını və bundan sonra həyatını düzgün, qanunlara uyğun şəkildə yaşayacağına söz vermişdir. O, törətdiyi əməl ilə bir çox insanın haqqına girdiyini anlayır və buna görə məsuliyyət daşıdığını qəbul edir. Özünü dostu üçün hədiyyə alan sonradan aldadılan şəxsin yerinə qoyduqda çox utanır, özü heç vaxt o vəziyyətə qalmaq istəməzdi. Sonda məhkəmədən xahiş etmişdir ki, onun gənc yaşını və ailə vəziyyətini nəzərə alaraq barəsində mümkün qədər yüngül cəza təyin edilsin. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, bir müddət əvvəl nisbətən işlənmiş, lakin səliqəli halda olan ucuz qiymətə "İphone 16 Pro" markalı mobil telefon axtarırmış, buna görə də xx.xx.2025-ci il tarixdə təxminən gecə saat 02 radələrində "Tap.az" saytında mobil telefon almaq üçün axtarış edərkən bir nəfər şəxsin bir ədəd "İphone 16 Pro" markalı mobil telefonu nisbətən ucuz qiymətə, yəni 1700 manata satması barədə elan verməsini görmüş, Həmin telefon az istifadə olunmuş, lakin səliqəli halda görünürmüş. Həmin mobil telefonun nisbətən ucuz qiymətə satılması onun diqqətini cəlb etmiş, buna görə də istifadəsində olan (+99451) ***-**-** mobil nömrəsindən elanda qeyd edilmiş (+99499) ***-**-** mobil nömrəsinə zəng etmiş, aralarındakı danışıq zamanı həmin şəxs özünü ona təqdim etməmiş, həmin şəxs bildirib ki, o səhər Bakı şəhərində yer təyin edərək onunla görüşəcək və həmin mobil telefonu ona satacaq. Aralarındakı danışıqdan sonra həmin şəxs "WhatsApp" ani mesajlaşma mübadilə sistemində yazaraq bildirib ki, telefonu bəyəndikdən sonra ödənişi onun 5411 2498 0741 6677 nömrəli "Leobank" kartına edəcək. O həmin şəxsə inanmış və onunla sövdələşərək razılaşmışdır. Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində həmin şəxslə yazışaraq görüş təyin etmişdir. Aralarındakı yazışma zamanı həmin şəxs ona bildirib ki, işlərinin çoxluğu ilə əlqədar mənimlə görüs gələ bilmir, öz adından Ədalət adlı dostunu göndərəcək, Ədalət vasitəsilə mobil telefonu ona çatdıracaq, lakin o Ədalətlə heçnə danışmasın, onunla aralarındakı sövdələşmə barədə Ədalətə heçnə deməsin. Sadəcə Ədalətdən telefonu götürdüyü an onun kartına onlayn gaydada ödəniş edəcək. Yazışma zamanı həmin şəxs ona görüşməzdən əvvəl əlaqə saxlaması üçün Ədalətin (+99455) ***-**-** mobil nömrəsini vermiş, eləcə də Bakı şəhəri, ünvan 15 ünvanda görüşəcəyini bildirmişdir. O dərhal Ədalətlə zəngləşərək telefonu almaq istəyən şəxs olduğunu bildirmiş və telefonda Ədalətlə artıq heçnə danışmamışdır. Ədalət də ondan artiq heçnə soruşmadan bildirib ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi 7 ünvanına çatdıqda ona zəng etsin, həmin yerdə onunla görüşərək telefonu verəcək. Bir qədər sonra, yəni təxminən saat 18:20-də evdən çıxaraq gəlməyi barədə"WhatsApp"-la həmin şəxsə yazaraq bildirmiş, evdən çıxaraq taksi ilə təxminən saat 18:40-da həmin ünvana çatmış və Ədalətə zəng edərək görüşmüş, amma telefonu satan həmin şəxsin xahişinə uyğun olaraq mobil telefonun alqı-satqısı barədə Ədalətlə heçnə danışmamış və Ədalət də ondan heçnə soruşmamışdır. Həmçinin mobil telefonun qiyməti barədə Ədalət ona heçnə deməmişdir. Telefona baxmaq istədikdə Ədalət telefonu ona vermişdir. Telefona baxaraq yoxlamış, elandakı telefon olmuşdur. Baxdıqdan sonra telefonu bəyənmiş, onu almaq istədiyini deyərək cibimə qoymuşdur. Ədalətə qiymət və həmin şəxslə sovdələşmə barədə heçnə deməmiş, Ədalət də ondan heçnə soruşmamışdır. Sadəcə Ədalətə ödəniş edəcəyini deyərək öz telefonunu cibindən çıxarmış, Ədalət buna etiraz etməmiş, lakin mən ödənişi kimə və hansı kart hesabına edəcəyini Ədalətə deməmişdir. Yəgin ki, Ədalət ona ödəniş ediləcəyini güman edirmiş. O elə orada dərhal mobil telefonunda olan mobil tətbiq vasitəsilə həmin şəxsin qeyd etidiyi 5411 2498 0741 6677 kart hesabına onlayn qaydada 1700 manat ödəniş etmiş və ödəniş etməsi barədə Ədalətə deyərək getmək istəmişdir. Ədalət isə çaşqın halda mobil telefonuna baxaraq ona heç bir ödəniş olunmamasını bildirmiş və daha sonra hər iki qolundan tutub saxlayaraq onu getməyə qoymamış, ona deyib ki, gözlə, aydınlaşdıraq görək ödənişi hansı karta etmisən, bəlkə bizi aldadıblar. O Ədalətin hərəkətindən təccüblənərək həmin telefonun sahibinə onlayn ödəniş edərək həmin telefonu aldığını bildirmişdir. Ədalət deyib ki, o həmin şəxsi tanımır, həmin şəxslə sadəcə telefonda danışıb. Həmin telefon həmin şəxsə yox, ona məxsusdur və ödəniş ona olunmalıdır. Çaşqın halda onlayn ödəniş etməsinə dair elektron qəbzi Ədalətə göstərmişdir. Ədalət bildirib ki, həmin kart hesabi ona məxsus deyil, həmin kart hesabı barədə tam məlumatsızdır. Aralarında mübahisə yaranmışdır. O Ədalətlə bírlikdə zəng etsələr də və "WhatsApp"-la yazsalar da həmin şəxs onları bloka saldığından onunla əlaqə saxlaya bilməmişlər. Təxminən 20 dəqiqə gözləmişlər ki, bəlkə həmin şəxs Ədalətin kart hesabına pul göndərər. Lakin Ədalətin hesabına heç bir pul göndərilməmişdir. Ədalət ona ətraflı izah edib ki, həmin mobil telefon birmənalı olaraq onun özünə məxssudur. O, özü bir neçə gün əvvəl "Tap.az" saytında həmin telefonu 1950 manata satması ilə bağlı elan vermiş, xx.xx.2025-ci il tarixdə təxminən saat 16-17 radələrində həmin şəxs (+99499) ***-**-** mobil nömrəsindən ona zəng edərək özünü təqdim etməmiş, ondan telefonu 50 manat ucuz satmasını xahiş etmiş, Əli adlı tanışının həmin telefonu almaq istədiyini bildirmiş, Əlinin gəlib telefona baxdıqdan sonra onun kart hesabına onlayn qaydada ödəniş edəcəyini bildirmişdir. Həmin şəxs Əli adlı tanışı dedikdə güya onu nəzərdə tutmuşdur. Ədalət "WhatsApp"-la həmin şəxsə özünə məxsus kart hesabını yazmış, həmin şəxs Ədalətdən dəfələrlə xahiş edib ki, onunla mobil telefonu qiyməti, aralarındakı sövdələşmə barədə heçnə danışmasın. Daha sonra həmin şəxs onun mobil nömrəsini Ədalətə vermiş və onun Ədalətə zəng edərək görüşəcəyini bildirmişdir. Bundan sonra Ədalət özünə məxsus kart hesabını yazaraq həmin şəxsə göndərmiş, həmin şəxs bildirmişdir ki, güya həmin kart hesabını ona göndərib, güya o telefona baxıb bəyəndikdən sonra özü onlayn qaydada Ədalətə ödəniş edəcə. Bir qədər əvvəl isə zəngləşərək Ədalətlə görüşdükdə Ədalət onun həqiqətən həmin şəxsin tanışı olmasına inanmış, heçnədən şübhələnməmiş və heçnə soruşmamışdır. Həmçinin həmin şəxsin xahişinə əsasən o alqı-satqı ilə bağlı Ədalətə heçnə deməmişdir. Mən telefona baxaraq bəyəndikdən sonra telefonu cibínə qoyub digər özümə məxsus telefonda onlayn qaydada pul göndərdikdə Ədalət onun kart hesabına pul göndərməsini zənn etmiş və gözləmişdir ki, pulun göndərilməsinə dair onun mobil telefonuna bildiriş gəlsin. Həmin ərəfədə isə o həmin şəxsin 5411 2498 0741 6677 nömrəli kart hesabına 1700 manat pul göndərmişdir. Beləliklə həmin şəxs onu və Ədaləti qurduğu yalan sxemi üzrə aldatmışdır. Ədalət həmin şəxslə "WhatsApp" yazışmalarını ona təqdim etmiş, eləcə də o həmin şəxslə aralarında olmuş "WhatsApp" yazışmalarını Ədalətə göstərmişdir. Ədalətin dedikləri həqiqət imiş. Bütün bu danışıqlardan sonra anlayıb ki, həmin şəxs Ədalətə məxsus olan mobil telefonu yalandan ona özününki kimi təqdim edərək onu aldatmış və onun 1700 manat pulunu ələ keçirmişdir. Həmin şəxs Ədalətin "Tap.az" saytında verdiyi elanın şəkillərini götürərək özünə məxsus mobil telefon kimi elanın vermiş və Ədalət bundan xəbərsiz olmuşdur. O telefonu Ədalətə qaytarmış və həmin gün saat 19:09-da istifadəmdə olmuş digər (+99450) ***-**-** mobil nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bolməsinə yaxınlaşarq orada ərizə və izahat vermişdir. Sonradan polis əməkdaşları ona bildiriblər ki, telefon satmaq adı ilə onu aldadaraq 1700 manat pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Ona qarşı vurulmuş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o 20 ildən artıqdır ki, kompüter, oyun konsollarının təmiri ilə məşğuldur. xx.xx.2025-ci il tarixdə tanışı X19 "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona yazaraq bildirib ki, "Tap.az" saytında hazırda təzəsi 1000 manat olan “PlayStation 5" oyun konsolunun nisbətən ucuz və münasib qiymətə, yəni 750 manata satılması barədə elanla rastlaşmışdır. Kənan ona izah edbi ki, elanda əgər iki ədeр konsol alınarsa, hər birini 660 manat, yəni 1320 manata satılacağı qeyd olunmudur. Həmin elan ona maraqlı və sərfəli gəldiyindən Kənandan xahiş edib ki, əgər həqiqətən də belədirsə həmin şəxslə zəngləşərək danışsın, dəqiqləşdirsin, o iki ədəd oyun konsolunu alacaq. Bir qədər sonra Kənan ona yazaraq bildirib ki, həmin şəxslə zəngləşərək danışmış, həmin şəxs həqiqətən də, əgər iki ədəd konsol alinarsa, hər birini 660 manat, yəni 1320 manata satacağını bildirmişdir. O razılaşmış və Kənan həmin şəxsin (+99499) ***-**-** mobil nöməsini ona vermişdir. xx.xx.2025- ci il tarixdə həmin nömrəyə zəng etdikdə həmin şəxs ona adını bildirməmiş və o da həmin şəxsdən adı və şəxsi məlumatları barədə soruşmamışdır. Danışıq zamanı həmin şəxs iki ədəd oyun konsolonu həmin qiymətə satacağı barədə ona bildirmiş, təxminən saat 14 radələrinə taksi sürücüsü ilə oyun konsollarını ona çatdıracağını demişdir. Aralarındakı razılaşmaya əsasən konsolları alan kimi həmin şəxsin diqtə etdiyi 5522 0993 6463 0962 ABB kart hesabına pulu göndərcəkdi və pulu göndərməsinə dair qəbzi ona göndərəcəkdi. O razılaşmışdır. Danışıq zamanı həmin şəxs kuryer barədə, kuryerin nömrəsi, maşını barədə heçnə deməmişdir. Ο Həmin gün təxminən saat 15 radələrində həmin şəxs ona zəng edərək taksi sürücüsünün (99451) ***- **-** mobil nömrəsinə verərək ona bildirib ki, həmin nömrə ilə əlaqə saxla, olduğun yeri de, konsolları mənim adımdan gətirib sənə çatdıracaq. O həmin nömrəyə “WhatsApp"-la iş yerinin konumunu, yəni ünvan 4 ünvanıni göndərmişdir. Bir qədər sonra əvvəllər tanımadığı, sonradan X21 olmasını bildiyi şəxs xarici əlamətlərini xatırlamadığı, yalnız modelinin "BMW" olmasını bildiyi avtomobillə onun iş yerinin qaşısına tək gəlmişdir. O iş yerinin qarşısında Nahidlə görüşmüş, Nahidin belə bir bahalı avtomobillə taksi kimi kuryerlik etməsi onda şübhə doğurmuş, lakin həmin vaxt iş yerində müştərilərə başı qarışdığından və tələsdiyindən bu barədə Nahiddən heçnə soruşmamış və Nahid də ona heçnə deməmişdir. Həm də Nahid də tələsirmiş. O avtomobilin arxa yük yerindən iki ədəd oyun konsolunu götürmüşdür. Həmin an orada digər oyun konsolları da olmuş, Nahiddən həmin konsolları da satıb-satmamasını soruşmuş, əgər ucuz satarsa onları da ala biləcəyini demişdir. Nahid isə yeni və təzə vəziyyətdə olan konsolları ucuz qiymətə sata bilməyəcəyini demişdir. O iki ədəd oyun konsolunu pultları ilə birlikdə götürdükdən sonra Nahidlə birlikdə iş yerinə gəlmişdir. Orada Nahidlə birlikdə konsollara baxmışlar. O konsolların səliqəli halda olmasını gördüyündən bəyənmiş və pulu kart hesabına göndərməsi barədə Nahiddən soruşmuş, Nahid tələsik halda pulu kart hesabına göndərməsini deyərək onunla sağollaşmış və iş yerini tərk etmişdir. Nahid getdikdən sonra o saat 15:03-də mobil telefonumda olan "Birbank" mobil tətbiqindən Elmarın diqtə etdiyi 5522 0993 6463 0962 ABB kart hesabına 1320 manat pul göndərmiş, göndərmə zamanı 6 manat da komissiya tutulmuşdur. Təxminən dəqiqə sonra Nahid həyəcanlı və əsəbi halda onun iş yerinə gələrək bildirib ki, onun kart 5 hesabına pul göndərilməyib, buna görə də verdiyi konsolların pulunu ödəmək lazımdır. Nahid bir anlıq onu dələduzluq hesab etmişdir. O anlaşılmaz halda həmin şəxslə yazışma və razılaşması barədə Nahidə bildirmişdir. Nahid həmin şəxslə onun arasında olan razılaşmadan xəbəriz olduğunu, həmin şəxsi tanımadığını, oyun konsollarının birini 890 manata, pultların birini isə 115 manata satdığını, çatdırılma üçün isə əlavə 10 manat nəzərdə tutulduğunu demişdir. İlk əvvəl Nahid ona inanmamış və aralarında mübahisə yaranmış, Mübahisə əsnasında Nahid 102 xidmətinə zəng edərək onun aldığı məhsulun pulunu verməməsini demişdir. Həmin an o da 102 xidmətinin əməkdaşı ilə danışaraq aralarındakı anlaşılmazlıq, aldadılmaqları barədə demişdir. Nahid mübahisəni davam etdirdikdə o Nahidə birmənalı olaraq pul verməyəcəyini demiş, çünki pulu özünü ona oyun konsollarının sahibi kimi təqdim etmiş (+99499) ***-**-** mobil nöməsinin sahibinə ödəməsini bildirmiş və həmin şəxsin kart hesabına onlayn qaydada göndərməsinə dair pulun elektron qəbzi Nahidə göstərmişdir. Bundan sonra o Nahidlə birlikdə həmin nömrə ilə əlaqə saxlamaq istəmiş, lakin həmin şəxs onları blokladığından əlaqə saxlaya bilməmişlər. Bundan sonra Nahid ona inanmışdır. Sonradan Nahidin ona ətraflı danışmasından məlum olub ki, Nahid onlayn şəkildə kompüter və oyun konsollarının satışı ilə məşğuldur, teztez internetdə oyun konsollarının satışına dair elanlar yerləşdirir. xx.xx.2025-ci il tarixdə həmin şəxs (+99499) ***-**-** mobil nöməsindən Nahidə zəng edərək 2 ədəd "PlayStation 5" oyun konsolunu alacağını, birinə özünə götürəcəyini, digərini isə dostuna verəcəyini bildirmiş, həmin şəxs metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında mağazasının olmasını deyərək onun iş yerinin konumunu Nahidə göndərmiş, Nahid konsolların pulunu ödəməsini dedikdə həmin şəxs bildirmişdir ki, Nahidi tanımır, konsolları təhvil aldıqdan sonra pulu onlayn qaydada onun kart hesabına göndərəcək. Bundan sonra həmin şəxs onun mobil nömrəsini Nahidə yazaraq onu yalandan öz dostu kimi təqdim etmiş və onun hər iki konsolun pulunu onun kart hesabına göndərəcəyini Nahidə bildirmişdir. Nahid bundan sonra öz kart hesabını həmin şəxsə yazaraq onunla sağollaşmış və dərhal konum üzrə onun iş yerimə gəlmiş, ona zəng etdikdə isə o Nahidi qarşılamışdır. Bütün bunlar barədə ətraflı danışıldıqdan sonra ona aydın olub ki, həmin şəxs bu qaydada oyun oynaraq onunla Nahidi aldadaraq üz-üzə qoymuş, onun 1320 manat pulunu ələ keçirmişdir. Həmin şəxs Nahidin pulunu ələ keçirməmişdir. O bundan sonra oyun konsollarını Nahidə qaytarmış və Nizami RPİ-nin 24-cü PŞ-yə ərizə ilə müraciət edərək izahat yazmışdır. Sonradan ona məlum olub ki, onu aldadaraq pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Elmar ondan başqa analoji üsullarla tanımadığı digər çoxsaylı şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. O Elmardan şiakyətçidir. Əsas tələbi budur ki, Elmar ona vurduğu maddi ziyanı tam olaraq ödəsin və ona qarşı etdiyi dələduzluq cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilsin. Elmar ona 1320 manat maddi ziyan ödəməlidir. Onlayn qaydada ona pul göndərərkən 6.96 manat komissiya haqqını isə maddi ziyan hesab etmir. Mobil tətbiq vasitəsilə Elmarın kart hesabına göndərdiyi elektron qəbzin surətini araşdırmaya təqdim edə bilər. xx.xx.2025-ci il tarixdə dayısı zəng vurdu mənə 300 manat verdi və dedi ki, yavaş-yavaş qaytaracam. Zərərçəkmiş şəxs10 məhkəməyə ünvanladığı ərizəsində ona dəymiş 1320 manat ziyandan 300 manat ödənildiyini, hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu ona dəymiş ziyanın tam ödənilməsini təqsirləndirilən şəxsdən tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o bir müddət əvvəl "PlayStation 5 Slim" oyun konsolunun nisbətən işlənmişini ucuz qiymətə almaq istəmiş, bu məqsədlə bir neçə dəfə internet vasitəsilə elanlarda axtarış etmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 17 radələrində “Tap.az” saytında həmin konslo ucuz qiymətə almaq üçün axtarış edərkən adını "Ruzigar" olaraq və (+99450) ***- **-** əlaqə nömrəsini qeyd etmiş bir nəfər şəxsin səliqəli halda olan bir ədəd "PlayStation 5 Slim" oyun konsolunun fotolarını paylaşmaqla onu münasib qiymətə, yəni 730 manata satması barədə verdiyi elanla rastlaşmışdır. Dərhal istifadəsində olan (+99455) ***-**-** mobil nömrəsindən həmin mobil nömrəyə zəng edərək maraqlandıqda danışıq zamanı özünü “Ruzigar” olaraq təqdim edən həmin şəxs oyun konsolunun özünə məxsus olmasını, pula ehtiyacı olduğundan onu ucuz qiymətə, yəni 730 manata satmasını bildirmiş, həmçinin deyib ki, şəxsi işlərinin çoxluğu və vaxtının olmamasına görə görüşüb konsolu verə bilməyəcək, əgər o real alicıdırsa, həmin konsolu ona 30 manat ucuzuna, yəni 700 manata sata bilər və konsolu kuryer vasitəsilə mənim onun yaşadığı ünvana göndərər, o sadəcə kuryerə 10 manat zəhmət haqqı verərəcək, amma onunla aralarında olan sövdələşmə, alqı-satqı barədə kuryerə heçnə deməsin. Kuryer onun yaşadığı ünvana gələn kimi Rüzigarla əlaqə saxlayıb kuryerin gəlişini bildiricək, Rüzigar da kart hesabını göndərəcək, o Ruzigarın kart hesabına ödəniş etdikdən sonra konsolu kuryerdən götürəcək və kuryerə 10 manat zəhmət haqqı verəcək. O Ruzigarın dedikləri ilə razılaşmış və həmin qiymətə oyun konsolunu alacağını bildirmişdir. Telefon danışığı zamanı Ruzigar həmin an harada olmasını, eləcə də şəxsi və anket məlumatları barədə ona heçnə deməmişdir. Bir qədər sonra isə Ruzigar "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona yazaraq "WhatsApp"-la əlaqə saxlamağını bildirmiş, kart hesabını ona yazmış və yaşadığı ünvanın konumunu ona göndərməsini xahiş etmişdir. O ünvanını Ruzigara yazmış və konumu ona göndərmişdir.Həmin gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən axşam saat 20 radələrində Ruzigar "WhatsApp"-da ona yazaraq bir qədər sonra kuryerin konsolu onun ünvanına gətirəcəyini demiş, lakin kuryer barədə heç bir məlumat verməmiş və o da Ruzigardan kuryer barədə heçnə soruşmamışdır. Bir qədər sonra tanımadığı bir nəfər şəxs xatırlamadığı mobil nömrədən ona zəng edərək oyun konsolunu gətirməsinı, onun yaşadığı ünvanın qarşısında olmasını bildirmişdır. O yaşadiğı binanın qarşısına düşmüş, kuryer piyada gəlmişdir. O orada kuryerlə görüşərək kuryerə 10 manat zəhmət haqqı vermiş, lakin Ruzigarla arasında olan sövdələşmə barədə kuryerlə heçnə danışmamış, bu barədə kuryer də ondan heçnə soruşmamışdır. Kuryer oyun konsolunu ona vermis, o qutunu açaraq konsola baxaraq bəyənmişdir. Kuryer ondan ödəniş edəcəyi kart hesabının olub-olmamasını soruşmuş, kuryerə bildirib ki, kart hesabı özümdə var, ödəniş edəcəm. Həmin an Ruzigar barədə kuryerə heçnə deməmiş, kuryer də Ruzigar barədə, eləcə də kart hesabının 16 rəqəmli nömrəsi barədə ondan heçnə soruşmamışdır. O bir qədər kənara çəkilib Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanında quraşdırılmış “Milliön elektron ödəmə sistemi" vasitəsi ilə Ruzigarın yazdığı 4169 7388 2368 7078 kart hesabına 700 manat pul göndərmiş, daha sonra konsolu götűrüb getmək istəyərkən kuryer ona mane olmuş və deyib ki, konsolun pulunu ödəməmişdir. O təəccüblu halda Ruzigarın kart hesabına etdiyi ödənişin qəbzini kuryerə göstərmiş, kuryer qəbzə baxdıqda bildirib ki, həmin kart hesabı onlara məxsus mağazanın kart hesabı deyil. O aldadıldığını zənn edərək şübhələnmiş və "WhatsApp"-da Ruzigara yazsa da və ona zəng etsə də Ruzigar onun nömrəsini blokladığından onunla əlaqə saxlaya bilməmişdir. Daha sonra kuryerə Ruzigar, Ruzigarın mobil nömrəsi, Ruzigarla sövdələşməyinə dair "WhatsApp" yazışmalarını göstərmişdir. Kuryer bildirib ki, Ruzigarı və həmin nömrəni tanımır, Ruzigar və həmin nömrə barədə tam məlumatsızdır, Ruzigar onların mağazasında işləmir və həmin sövdələşmədən nə onun, nədə ki, işlədiyi mağazanın rəhbərinin xəbəri yoxdur. Həmin oyun konsolu Ruzigara yox, onların mağazasına məxsusdur və 850 manata satılir. Kuryer ona izah edib ki, həmin gün bir nəfər şəxs onun işlədiyi mağazaya zəng edərək özü üçün "PlayStation 5 Slim" oyun konsolunu almaq istədiyini bildirmiş, daha sonra onun yaşadığı ünvanın konumunu mağaza rəhbəriyinə göndərərək öz ünvanı kimi təqdim etmiş, konsolun kuryer vasitəsi ilə çatdırılmasını xahiş etmiş və kuryerə zəhmət haqqı olaraq 10 manat pul verəcəyinə söz vermişdir. Həmin şəxs, yəni Rüzigar onun nömrəsini əlaqə nömrəsi kimi vermiş və xahiş etmişdir ki, ünvana çatdıqda onun nömrəsinə zəng olunsun. Kuryer mağaza rəhbərinin tapşırığı ilə bir ədəd "PlayStation 5 Slim" oyun konsolunu Ruzigarın göndərdiyi konum üzrə, yəni onun yaşadığı ünvana göndərmiş və Ruzigarın əlaqə üçün verdiyi onun nömrəsini kuryerə vermişdir. Kuryer bütün bunları ətraflı izah etdikdən sonra o anlayıb ki, Ruzigar onu aldadıb. Bundan sonra kuryerlə sağollaşmışdır. Həmin gün saat 21:11-də istifadəsində olan (+99410) ***-**-** mobil nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək aldadılmaqla pulunun ələ keçirilməsi barədə məlumat vermişdir. Növbəti gün isə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə yaxınlaşaraq ərizə və izahat vermişdir. Sonradan eşidib ki, oyun konsolunu satmaq adı ilə aldadaraq 700 manat pulunu ələ keçirən və özünü yalandan "Ruzigar" adı ilə təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Elmar ondan başqa analoji üsullarla tanımadığı digər çoxsaylı şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Elmardan şikayətçidir. Əsas tələbi budur ki, Elmar ona vurduğu maddi ziyanı tam ödəsin və ona qarşı etdiyi dələduzluq cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilsin. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o bir müddət əvvəl nisbətən işlənmiş, lakin səliqəli halda olan ucuz qiymətə "İphone 14 Pro" markalı mobil telefon axtarırmış, buna görə də xx.xx.2025-ci il tarixdə təxminən günorta saatlarında "lalafo.az" saytında mobil telefon almaq üçün axtarış edərkən bir nəfər şəxsin bir ədəd “İphone 14 Pro" markalı mobil telefonu nisbətən ucuz qiymətə, yəni 1000 manata satması barədə elan verməsini görmüş, həmin telefonun arxası qara rəngli olmuş, az istifadə olunmuş, lakin səliqəli halda görünmüşdür. Həmin mobil telefonun nisbətən ucuz qiymətə satılması onun diqqətini cəlb etmiş, buna görə də istifadəsində olan (+99450) ***-**-** mobil nömrəsindən elanda qeyd edilmiş (+99499) ***-**-** mobil nömrəsinə zəng etmiş. Aralarındakı danışıq zamanı özünü "Rəvan" kimi təqdim edən həmin şəxs bildirib ki, o Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən “Wtelecom” mağazasında satıcı işləyir, lakin hazırda özü mağazada yoxdur, o həmin mağazaya onun adından yaxınlaşaraq onun dostu olmasını desin və telefonu orada olan satıcıların birindən götürsün. Mağazaya çatdıqda və telefona baxaraq bəyəndikdən sonra onun kart hesabına ödəniş etsin. Ödəniş etdikdən sonra isə mobil telefonu mağazadan götürərək getsin. Danışıq zamanı Rəvan onun xahişini nəzərə alaraq telefonu bir qədər ucuz qiymətə, yəni 920 manata mənə satacağını demişdir. Aralarındaki danışıqdan sonra Rəvan bir qədər sonra "WhatsApp" ani mesajlaşma mübadilə sistemində ona həmin mağazanın ünvanı olan konumu göndərmiş, həmçinin xatırlamadığı mobil nömrəsini yazaraq bildirib ki, Orxan adlı iş yoldaşının nömrəsidir, Orxan onunla birlikdə həmin mağazada satıcı işləyir, mağazaya çatdıqda bu nömrə ilə əlaqə saxlasın. Lakin aralarında olmuş sövdələşmə, qiymət razılaşması barədə Orxanla və mağazada olan digər şəxslərə heçnə danışmasın. Sadəcə telefonu götürdükdə ona bu barədə yazsin, daha sonra onun göndərdiyi kart hesabına ödəniş etsin və telefonu götürərək mağazadan getsin. Orxana və ya digər şəxslərə heç bir ödəniş etməsin. O Rəvana tam inanmış və onunla sövdələşərək razılaşmışdır. Bir qədər sonra, yəni həmin gün təxminən saat 15 radələrində metronun 28 May stansiyasının yaxınlığına gələrək xatırlamadığı həmin mobil nömrəsinə zəng edib Rəvanın dostu olmasiını bildirmiş və mağazanın yerini dəqiqləşdirmişdir. Özünü Orxan kimi təqdim edən şəxs zəngə cavab vermiş, Orxanın ona verdiyi istiqamət üzrə, eləcə də Rəvanın göndərdiyi konum üzrə ünvan 17 ünvanında yerləşən "Wtelecom" mağazasına gəlmiş, mağazada olarkən həmin mobil nömrəsinə bir daha zəng etdikdə Orxan mağazada onu qarşılamışdır. Orxanla salamlaşaraq Rəvanın dostu olmağını və Rəvanın adından gələrək mobil telefonu götürəcəyini bildirmişdir.'Orxan ondan heçnə soruşmamış və bir ədəd qutuda "İphone 14 Pro" markalı mobil telefonu ona təqdim etmişdir. Telefona baxaraq bəyənmiş, bir qədər kənara çəkilərək "WhatsApp"-la Rəvana zəng edib telefonu bəyəndiyini demiş, Rəvan isə 5522 0993 6463 0962 kart hesabinı ona göndərmiş və bir daha xahiş edib ki, telefonu ucuz qiymətə, yəni 920 manata almağı barədə Orxana heçnə deməsin, dərhal həmin karta 920 manat pulu göndərmişdir. O Orxana yaxınlaşaraq telefonu saxlamasını xahiş etmiş, Rəvanla danışığı və yazışması barədə Orxana heçnə deməmiş və mağazadan çıxaraq yaxınlıqda olan, yəni 28 May küçəsində yerləşən "Spar express" mağazasının qarşısındakı "Million" elektron ödəmə sistemindən saat 15:56-da Rəvanın göndərdiyi kart hesabına 920 manat pul göndərmiş, yenidən "Wtelecom" mağazasına gələrək telefonu götürmək istədikdə Orxan ona mane olmuş və bildirib ki, onların kart hesabina heç bir ödəniş olunmayıb. O təəccüblənərək ödəniş qəbzini Orxana göstərmişdir. Orxan beqze baxdıqda bildirib ki, bu hesab onların mağazasına məxsus deyil, mən ödənişi başqa hesaba etmişdir. O Rəvana zəng etsə də, yazsa da Rəvan onu blokladığından əlaqə saxlaya bilməmişdir. Daha sonra Orxan da Rəvanla əlaqə saxlamağa cəhd etsə də, Rəvan onu da blokladığından əlaqə saxlaya bilməmişdir. O Rəvan tərəfindən aldadığından şübhələnmiş və Rəvanla aralarındakı sövdələşmə prosesini Orxana danışmış, Rəvana aralarındakı yazışmaları, eləcə də Rəvanın "lalafo.az" saytında verdiyi elanın çıxarışını Orxana göstərmişdir. Orxan isə əsəbi və məyus halda bildirib ki, həmin elandakı fotolar feykdir, o özü bir neçə gün əvvəl həmin fotoları "tap.az" saytında elan verib, Rəvan onun verdiyi elanın fotolarından istifadə edərək feyk elan verməklə onu aldadıb, eyni zamanda onu da aldadıb. Belə ki, Orxan ətraflı danışaraq bildirib ki, həmin telefon Rəvan adlı şəxsə yox, onların mağazasına məxsusdur. Rəvan adlı şəxs həmin mağazada işləmir, heç vaxt da işləməyib. O və mağazada işləyən digər şəxslər Rəvan adlı şəxsi tanımırlar, Rəvan barədə məlumatsızdırlar, ümumıyyətlə Rəvanla tanışlıgları, ünsiyyəti və münasibətləri yoxdur. O özü bir neçə gün əvvəl "Tap.az" saytında işlədiyi mağazaya məxsus olan həmin mobil telefonun 1050 manata satışını elan vermişdır. Bu gün bir neçə saat əvvəl (+99499) ***-**-** mobil nömrəsindən ona zəng edən əvvəl tanımadığı şəxs özünü Rəvan kimi təqdim edərək "İphone 14 pro" markalı mobil telefonu 1050 manata alacağını bildirmiş və xahiş etmişdir ki, şəxsi işlərinin çoluğu ilə bağlı mağaza gəlib telefonu götürə bilmir, onun adından bir nəfər dostu yaxınlaşaraq zəng edəcək və mağazaya gəlib telefonu götürəcək, dostu telefonun pulunu onun kart hesabına göndərəcək, bundan sonra o özü telefonun pulunu mağazanın kart hesabina göndərəcək və dostu telefonu götürüb gedəcək. Həmçinin telefon danışığı zamanı Rəvan ondan xahiş etmişdir ki, telefonun qiyməti, alqı-satqı ilə bağlı sövdələşməyə dair dostuna heçnə deyilməsin. Orxan Rəvanı ciddi müştəri hesab edərək Rəvanın dedikləri ilə razılaşmışdır. Rəvan "WhatsApp"-la yazaraq mağazanın konumunu istəmiş, Orxan mağazanın konumunu, həmçinin mağazanın kart hesabını ona göndərmişdir. Bir qədər sonra isə o Orxana zəng edərək Rəvanın adından gələn dostu olmağımı bildirdikdə Orxan heçnədən şübhələnməmiş və telefonu ona vermiş, onun mağazadan çıxaraq terminal vasitəsilə Rəvana ödəniş etməsini güman etmiş, daha sonra isə Rəvanın mağazanın kart hesabına ödəniş edəcəyinə əmin olmuşdur. Rəvan məhz bu qaydada onu və Orxanı aldatmaqla əlaqələndirmiş, onun 920 manat pulunu ələ keçirməklə dələduzluq etmiş, lakin Orxanın pulunu ələ keçirməmişdir. Orxanla bütün bunlar barədə ətraflı danışdıqdan sonra telefonu Orxana qaytarmaqla mağazanı tərk etmişdir. Həmin gün saat 16:46- da DİN-in 102 xidmətinə zəng edərək 920 manat pulunun ələ keçirilməsi barədə məlumat vermiş, daha sonra Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə yaxınlaşmış, orada ərizə və izahat vermişdir. Sonradan xatırlamadığım polis əməkdaşları ona bildiriblər ki, telefon satmaq adı ilə onu aldadaraq 920 manat pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Elmar özünü ona yalandan "Rəvan" kimi təqdim etmişdir. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o bir müddət əvvəl Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “SM” mobile mobil telefon mağazasında satıcı işləmiş, bir ədəd "İphone 16 pro" markalı təzə halda mobil telefon 2250 manată satışa goyulmuş, elanın aşağı hissəsində əlaqə vasitəsi kimi həmin ərəfədə onun istifadəsində olmuş (+99450) ***-**-** mobil nömrəsi qeyd olunmuşdur. Həmin mobil telefonun, eləcə də digər mobil telefonların satışı ilə bağlı instagram səhifələrinə elanlar yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 20:30 radələrində bir nəfər şəxs xatırlamadığı mobil nömrədən həmin ərəfədə istifadəsində olmuş (+99450) ***-**-** mobil nömrəşinə zəng edərək özünü "Samir" kimi təqdim etmiş, instagramda verilmiş elana baxaraq "İphone 16 pro" markalı mobil telefonu almaq istədiyini və onu 2250 manata alacağını bildirmişdir. Samir xahiş etmişdir ki, o Bakı şəhəri, Nəsimi rayonu, metronun 28 may stansiyasının yaxınlığındakı, yəni Nəsimi rayonu, Azadlıq prospekti, 41F ünvanında yerləşən "Bakcell" rəsmi dilerı olan mağazada satıcı işləyir, amma hazirda şəxsi işi ilə bağlı icazə aldığından bağlı həmin mağazada deyil, kənardadır. O həmin mağazanın qarşısına çatdıqda Samirə yazaraq bildirsin, Samir öz adından digər satıcını göndərəcək, saticı telefonu ondan götürərək yenidən mağazaya daxil olacaq. Samir özü onun işlədiyi mağazanın kart hesabınă 2250 manat pulu göndərəcək. O isə sadəcə mağazanın qarşısında gözləsin, onun işlədiyi mağazaya daxil olmasın və aralarındakı sövdələşmə, qiymət barədə heçnə deməsin. O Samirin dediklərini ciddi qəbul etməklə razılaşmışdır. Aralarındakı danışıqdan və razılaşmadan sonra "WhatsApp" ani mesajlaşma mübadilə şistemində Samirə işlədiyi mağazanın kart nömrəsini yazmış və Samir ona güya işlədiyi həmin mağazanın konumunu göndərmişdir. O Samir adlı müştərinin alacağı telefon barədə işlədiyi mağaza rəhbərliyinə ətraflı danışmış, mağaza rəhbərliyi telefonu aparıb Samirin adından onu qarşılayacaq şəxsə çatdırmasına razılıq vermişdır. Təxminən saat 23 radələrində o Samirin göndərdiyi konum üzrə, yəni Bakı şəhəri, Nəsimi rayonu, Azadliq prospekti, 41F ünvanında yerləşən "Bakcell" rəsmi dileri olan mağazanın qarşısına gəlmiş, konum üzrə gəlişi barədə zəng edərək Samirə demişdir. Samir bir dəqiqə gözləməyini demiş və bir neçə dəbibədən sonra ona ödəniş edəcəyini bildirmişdir. Təxminən bir dəbibədən sonra həmin mağazadan bir nəfər tanımadığı şəxs çıxaraq onunla görüşmüş, Samirin adından gəlməsini, telefonu gətirməsini ondan soruşmuşdur. O Samirin adından gələrək telefonu gətirməyini təsdiqləmiş və telefonu qutusu ilə birlikdə ona vermişdir. Həmin şəxs heçnə deməyərək telefonu götürüb mağazaya daxil olmuş, o isə mağazanın qarşısında bir neçə pebibe gözləmişdir. Lakin Samir ona heçnə yazmamışdır. Bir qədər sonra digər şəxs mağazanın qarşısına çıxaraq nə üçün burada dayanmasını ondan soruşmuşdur. O cavab verib ki, sizin mağazada Samir adlı şəxs işləyir, onun sifarişi ilə işlədiyim mağazadan telefon gətirərək onlara verdim, hazırda Samir tərəfindən onlayn ödəniş olunmasını gözləyirəm. Həmin şəxs təccüblü halda bildirib ki, o özü həmin mağazada satıcı işləsə də, həmin mağazada Samir adli şəxs işləmir, telefonu mağazanın içərisində olan müştəri alıb və onlayn qaydada ödəniş edib. O saticınin dediklərindən heçnə anlamamış və narahat olaraq satıcı ilə birlikdə mağazaya daxil olmuş, orada bir qədər əvvəl mağazanın_qarşısında telefonu ondan alan şəxs aldığı telefonu artıq qutudan çıxararaq istifadə edirmiş. Satıcı həmin şəxsi şəxsi göstərərək bildirib ki, telefonu həmin adam almış və ödənişin etmişdir. O çaşqın halda Samirə yazsa da, zəng etsə də Samir onu blokaldığından Samirlə əlaqə saxlaya bilməmişdir. Bundan sonra həmin şəxslərə mobil telefonun Samirə deyil, onun işlədiyi mağazaya məxsus olmasını bildirmişdir. Onlar hər ikisi təəccüblənmiş və Samirlə əlaqə saxlamaq istəsələr də, Samir onların nömrəsini də blokladığından əlaqə saxlaya bilməmişlər. Bundan sonra telefonu almış həmin şəxs bildirib ki, təxminən saat 20 radələrində Samir adlı şəxs "Tap.az" saytında həmin telefonun fotolarını paylaşaraq təcili pula ehtiyacı olduğundan onu 1850 manata satmasını demişdir. Həmin şəxs mobil telefonun ucuz qiymətə satılmasına görə dərhal Samirlə razılaşmış və telefonu almaq istəyini bildirmiş, Samir isə deyib ki, məşğul olduğundan onunla görüşə bilməyəcək, telefon Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41F ünvanında yerləşən "Bakcell" rəsmi dileri olan mağazada vitrindədir. Gedib həmin mağazada telefona baxıb bəyənərək ona fikrin bildirər, almaq istəsə onun göndərdiyi kart hesabına 1850 manat ödəniş edər. Həmin şəxs Samirlə razılaşmış və həmin mağazaya getmişdir. Həmin şəxs mağazaya çatdıqda Samir ona deyib ki, bir qədər əvvəl telefonu vitrindən götürmüş, lakin təxminən 5 dəqiqəyə həmin telefonu kuryerlə göndərir. Həmin ərəfədə o mağazanın qarşısına çatdıqda Samir həmin şəxsə yazıb ki, mağazanın garşısına çıxaraq kuryerdən, yəni ondan telefonu götürsün, lakin sövdələşmə, qiymət, alqı-satqı barədə kuryerlə, yəni onunla heçnə danışmasın. Həmin şəxs mağazanın qarşısına çıxaraq ondan həmin telefonu götürüb yenidən mağazaya daxil olmuş və telefona baxaraq bəyənməsi barədə Samirə yazdıqda Samir ona dərhal 4098 5844 9232 2258 kart hesabını göndərmiş, həmin şəxs mobil telefonunda olan M10 onlayn ödəmə sistemi vasitəsilə həmin kart hesabına 1850 manat pul göndərmişdir. Həmin şəxs Samirlə yazışmalarını və ona pul göndərməsinə dair elektron qəbzi ona göstərmiş, həmin şəxsrin dedikləri həqiqət imiş. Bundan sonra o mağazaya daxil olmuş, həmin şəxs bütün bunları ona ətraflı izah etdikdə o əmin olub ki, Samir onu və həmin şəxsi aldatmış, onun işlədiyi mağazaya məxsus mobil telefonu öz adından təqdim etməklə həmin şəxsə satmış və dələduzluq etmişdir. Bundan sonra həmin şəxsdən telefonu geri istəmiş, lakin həmin şəxs təkidlə bildirib ki, artıq onlayn qaydada ödəniş edib, telefonu ona qaytara bilməyəcək, o özü Samirlə məsələrni aydınlaşdıraraq Samirdən pulunu geri istəsin və lazım olsa birlikdə polisə gedərək müraciət edə bilər. O'həmin şəxslə razılaşmış və telefonun onda qalmasına razı olmuş, həmin şəxsə bildirib ki, özü polisə şikayət edəcək və pulunu Samirdən geri istəyəcək. Həmin şəxsin mobil telefonunu götürərək onunla sağollaşmışdır. İşlədiyi mağazaya qayıdaraq rəhbərliyə hadisə barədə ətraflı danışmış, rəhbərlik məsləhət görüb ki, şikayət etməyə tələsməsin, bir müddət gözləsin. Bəlkə Samir insaf edərək yenidən özü onunla əlaqəyə çıxar və mağazaya vurduğu maddi ziyanı könüllü şəkildə ödəyər. O bir neçə gün gözləmiş, lakin Samir onunla əlaqə yaratmamış və o digər nömrələrdən zəng etsə də, Samirin nömrəsi şəbəkə xaricində olduğundan əlaqə saxlaya bilməmişdir. Buna görə də məcbur olub 2250 manat mąddi ziyanı öz şəxsi vəsaiti hesabına mağazaya ödəmişdir. 25,07.2025-ci il tarixdə isə Nəsimi RPİ-nin 22-ci PŞ-yə yaxınlaşaraq ərizə və izahat yazmışdır Sonradan xatırlamadığım polis əməkdaşları mənə bildiriblər ki, telefon almaq adı ilə onu aldadaraq mobil telefonu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Elmar özünü ona yalandan "Samir" kimi təqdim etmişdir. Elmar ondan başqa analoji üsullarla tanımadığı digər coxsaylı şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Elmarın cinayət əməli nəticəsində ona 2250 manat maddį ziyan dəymiş, hazıradək həmin ziyan ona ödənilməmişdir. xx.xx.2025-ci il tarixdə Nəsimi RPİ-nín 22-ci PŞ-də ərizə və izahat verərkən Elmarla əlaqə saxladıqdan təxminən 1 saat sonra Elmarın iş yeri olaraq yalandan qeyd etdiyi mağazaya yaxınlaşmağı barədə səhv olaraq qeyd etmiş, əslində Elmarla xx.xx.2025-ci il tarixdə təxminən saat 20:30 radələrində telefon vasitəsilə əlaqə saxlamış və Elmarın yazdığı zamana uyğun olaraq və Elmarın göndərdiyi konum üzrə təxminən saat 23 radələrində həmin mağazada olmuşdur. Eləcə də həmin ərizə və ižahatda "mobil telefon mağazasında işləyən şəxs pul vəsaitini öz tanıdıqları adını dəqiq xatırlamadığı şəxsə göndərməsi” barədə ifadəni səhv olaraq qeyd etmiş, əslində isə həmin satici və telefonu alan şəxs özünü Samir kimi təqdim etmiş şəxsi, yəni Elmarı ümumiyyətlə tanımadıqlarını bildirmişlər. Həmin ərizədə və izahatda "mağazada işləyən şəxsin mənə 1- 2 dəqiqə bayırda gözləməyimi deməsi” barədə səhv olarag qeyd etmiş, əslində bunu Samir ona yazaraq bildirmiş, həmin satıcı bunu ona deməmişdir. Ərizə və izahatda səhv olaraq telefonun maya dəyərinin 2150 manat olmasını və ona 2150 manat dəyməsini qeyd etmiş, çünki ilk əvvəl maddi ziyanını belə hesablamışdır. Sonradan isə qətiləşdirib ki, telefonunu maya dəyərini 2250 manatdır və ona 2250 manat maddi ziyan dəymişdir. telefonu alan şəxsi və həmin mağazada satıcı işləyən şəxsi tanımır, onların xarici əlamətlərini xatırlamır, onlar barədə tam məlumatsızdır. Həmin mağaza sonradan bağlanmışdır. Həmin mağazanın müdriyyəti, sarıcıları barədə tam məlumatsızdır. Həmin şəxslər Elmarla əlbir olaraq ona qarşı dələduzluq etməmişlər. Elmar telefonu alan şəxsi də aldatmışdır. Ona 2250 manat maddi ziyan dəymişdir həmin ziyandan keçən ay anası tərəfindən 300 manat və 135 manat pul ödənilmişdir. Ziyanın tam şəkildə ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizəsində ona dəymiş 2250 manat ziyandan 435 manat ödənildiyini, hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu ona dəymiş ziyanın tam ödənilməsini təqsirləndirilən şəxsdən tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o bir müddət əvvəl nisbətən işlənmiş, lakin səliqəli halda olan ucuz qiymətə "İphone 14 Pro" markalı mobil telefon axtarırmış, buna görə də xx.xx.2025-ci il tarixdə təxminən saat 12 radələrində “Tap.az" saytında mobil telefon almaq üçün axtarış edərkən bir nəfər şəxsin bir ədəd "İphone 14 Pro" markalı mobil telefonu nisbətən ucuz qiymətə, yəni 1050 manata satması barədə elan verməsini görmüş. Fotolardan təxmin etmək olmuşdur ki, həmin telefon az istifadə olunmuş, lakin səliqəli halda görünmüşdür. Həmin mobil telefonun nisbətən ucuz qiymətə satılması diqqətini cəlb etmiş, buna görə də istifadəsində olan (+99470) ***-**-** mobil nömrəsindən elanda qeyd edilmiş (+99450) ***-**-** mobil nömrəsinə zəng etmiş. Aralarındakı danışıq zamanı özünü "Rüzgar" kimi təqdim edən həmin şəxs bildirib ki, o şəxsı işlərinin çoxluğu ilə bağlı görüşərək telefonu mənə təhvil verə bilməyəcək, həmin telefon özünə məxsusdur, telefonu ünvan 7 ünvanında yerləşən “Teleshop.Baku" mağazasında satışa qoyub, o onun adından həmin mağazaya yaxınlaşaraq Rüzgarın dostu olmasını deyəcə, lakin qiymətlə bağlı və onunla sövdələşməsi ilə bağlı həmin mağazanın rəhbərinə və ya satıcılarına heçnə deməyəcək, telefonu mağazadan götürərək baxdığı an ona xəbər edəcək, onun göndərcəyi kart hesabına pulu ödədikdən sonra telefonu götürüb gedəcək. Rüzgar onun xahişini nəzərə alaraq telefonu 50 manat ucuz qiymətə, yəni 1000 manata satacağı ilə razılaşmışdır. Aralarındakı danışıqdan və razılaşmadan sonra Rüzgar "WhatsApp" ani mesajlaşma mübadilə sistemində yazaraq onunla "WhatsApp"-la əlaqə saxlamasını bildirmiş və deyib ki, onun kartına pul göndərdikdən sonra telefonun vitrinə qoyulması və satışı ilə bağlı zəhmət haqqı-şirinlik haqqı qismində özü müəyyən məbləğdə mağazanın kart hesabına pul ödəyəcək. O isə mağazaya heçnə ödəməyəcə. Yalnız onun kartına 1000 manat pul ödəyəcək. O Rüzgarın dediklərini tam ciddi qəbul edərək inanmış və onunla razılaşmışdır. O həmin gün təxminən saat 13 radələrində tək həmin mağazaya yaxınlaşmış, orada sonradan adının Şahid3 olmasını bildiyi şəxs olmuşdur. Rahiblə salamlaşaraq Rüzgarın dostu olmasını, Rüzgarın adından gələrək "İphone 14 pro" markalı telefonu alacağını bildirmiş, Řahib bir ədəd "İphone 14 pro” markalı mobil telefonu qutusu ilə birlikdə ona təqdim edərək zəmanət talonunu yazmağa başlamiş və bildirib ki, bu telefonun qiyməti 1250 manatdır. Rahibin qiymətlə bağlı dediyi ifadəni ümumi fikir olaraq qəbul etmiş, bunu ciddiyə almamışdır. Cibindən telefonu çıxararaq Rüzgara ödəniş edəcəyini bildirdikdə Rahib şübhəli halda soruşub ki, niyə birbaşa pulu bizə ödəmirsən? O Rahibə deyib ki, Rüzgarla aralarındakı razılaşmaya əsasən Rüzgara pulu göndərəcək, daha sonra Rüzgar Rahibə göndərəcək. Rahib müəmmalı halda ona baxaraq cavab verməmiş və talonu yazmağa davam etmişdir. O həmin an "WhatsApp"-da Rüzgara yazaraq telefona baxaraq bəyənməsini bildırmiş, Rüzgar dərhal 4098 5844 7854 3711 kart hesabını göndərmiş və yazıb ki, onun kartına pulu göndərdikdən sonra o özü mağazanın sahibi ilə hesablaşacaq, telefonun satışına görə mağaza sahibinin kartına özü şirinlik haqqı olaraq müəyyən məbləğdə pul göndərəcək. Lakin o Rüzgardan mağaza sahibi ilə nə danışması, necə razılaşması və telefonun orada satışı ilə bağlı şirinlik olaraq ona nə qədər ödəyəcəyi barədə heçnə soruşmamış, Rüzgar da ona heçnə deməmişdir. Eləcə də o həmən an Rüzgarla yazışmasının məzmunu ilə bağlı Rahiblə heçnə danışmamışdır. Həmən an saat 13:28-də mobil telefonumda olan M10 elektron pul qabından Rüzgarın kart hesabına 400 manat, saat 13:29-da isə mobil telefonunda olan “Leobank” mobil tətbiqi vasitəsi ilə 600 manat, ümumlikdə isə 1000 pulu Rüzgarın kartına göndərmişdir. Daha sonra Rahibə Rüzgarın kartına pul göndərməsini deyərək telefonu götürüb getmək istəyərkən Rahib ona mane olub və bildirib ki, onun kartına pul gəlməyib. O təəcüblənmiş, yazaraq və zəng edərək Rüzgarla əlaqə saxlamaq istəsə də Rüzgar onun nömrəsini blokladığından əlaqə saxlaya bilməmişdir. Rahib də onunla əlaqə saxlamaq istəmiş, lakin Rüzgar Rahibin nömrəsini də blokladığından onunla əlaqə saxlaya bilməmişdir. Rahib ona ətraflı izah edib ki, həmin mobil telefon birmənalı olaraq onun özünə məxsudur, Rüzgara məxsus deyil. O, Rüzgarı tanımır, Rüzgarla heç bir əlaqəsi, tanışlıği və münasibəti yoxdur. Rüzgarın həmin telefonu özünə məxsus olaraq ona təqdim etməsindən və onunla alqı-satqı barədə sövdələşməsindən heç bir məlumatı yoxdur. O, özü bir neçə gün əvvəl "Tap.az" saytında həmin telefonu 1249 manata satması ilə bağlı elan vermiş, xx.xx.2025-ci il tarixdə Rüzgar (+99450) ***-**-** mobil nömrəsindən "WhatsApp"-la ona yazaraq özünü Rüzgar kimi təqdim etməklə satışa elanı verilmiş həmin telefonun yalnız texniki vəziyyəti barədə maraqlanmış, lakin qiyməti barədə heçnə soruşmamışdır. O mobil telefonun texniki cəhətdən saz vəziyyətdə olduğunu bildirdikdə Rüzgar ondan telefonun fotosunu istəmiş və xahiş etmişdir ki, o telefonu vitrindən çıxararaq kənara qoysun, bir saat ərzində bir nəfər şəxs onun adından mağazaya yaxınlaşacaq və telefonu alacaq. O Rüzgarı ciddi alıcı hesab etmiş və telefonun fotolarını Rüzgara göndərərək telefonu vitrindən çıxararaq kənara qoymuşdur. Bir qədər sonra o mağazaya gələrək Rüzgarın adından yaxınlaşmağını və telefonu götürməyini bildirmişdir. Məhz, bütün bu proseslər Rüzgarın yalan planı üzrə getmiş, Rüzgar Rahibi və onu aldatmış, lakin aldatma nəticəsinə yalnız onun pulunu ələ keçirmişdir. O bütün bu danışıqlardan sonra anlayıb ki, Rüzgar Rahibə məxsus olan mobil telefonu yalandan ona özününki kimi təqdim edərək onu aldatmaqla 1000 manat pulumu ələ keçirmişdir. Rüzgar Rahibin "Tap.az" saytında verdiyi elanın şəkillərini ondan götürərək özünə məxsus mobil telefon kimi yenidən elan vermiş və Rahib bundan xəbərsiz olmuşdur. Həmin gün saat 16:30-da istifadəsində olan (+99470) ***-**-** mobil nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gedərək yaxınlaşmış, orada ərizə və izahat vermişdir. Sonradan xatırlamadığı polis əməkdaşları ona bildiriblər ki, telefon satmaq adı ilə onu aldadaraq 1000 manat pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Ona ancaq 100 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxsin anası onunla əlaqə saxlayaraq hər ay ödəniş edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı ərizəsində ona dəymiş 1000 manat ziyandan 100 manat ödənildiyini, hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu ona dəymiş ziyanın tam ödənilməsini təqsirləndirilən şəxsdən tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, maq istəmiş, bu məqsədlə bir neçə dəfə internet vasitəsilə elanlarda axtarış etmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 10 radələrində “Tap.az” saytında həmin konslonu ucuz almaq üçün axtarış edərkən bir nəfər şəxsin həmin dövrdə pərakənda orta bazar satış qiyməti yenisinin 1200 manat, nisbətən işlənmişinin isə 900 manat olan bir ədep "PlayStation 5" oyun konsolunu münasib qiymətə, yəni 750 manata satması barədə elanla rastlaşmışdır. Həmin şəxs elanın aşağı hissəsində adıni "Ruzigar" olaraq və əlaqə vasitəsi kimi (+99450) ***-**-** mobil nömrəsini qeyd etmişdir. O dərhal istifadəsində olan (+99477) 355-31- 21 mobil nömrəsindən həmin mobil nömrəyə zəng edərək maraqlandıqda danışıq zamanı özünü ona "Ruzigar" olaraq təqdim edən şəxs oyun konsolun özünə məxsus olmasıni, pula ehtiyacı olduğundan onu ucuz qiymətə, yəni 750 manata satmasını bildirmiş, həmçinin deyib kí, o, Mərkəzi Univermaqda saticı işləyir, konsol oradadır, orada tanışı Zamiqdədir, özü şəxsi işlərinin çoxluğu və vaxtının olmamasına görə onunla görüşüb konsolu ona verə bilmir, əgər real olaraq almalı olsa, gərək Mərkəzi Univermaqa gedərək onun tanışı Zamiqlə görüşsün, oradan onun kart hesabına 750 manat ödəniş etdikdən sonra konsolu Zamiqdən götürsün. Yəni Zamiq ona məxsus konsolu sadəcə ona təqdim edəcək. O həmin qiymətə oyun konsolunu alacağını bildirmiş və onun dedikləri ilə razılaşmışdır. Telefon danışığı zamanı Ruzigar həmin an harada olmasını, eləcə də şəxsi və anket məlumatları barədə ona deməmişdir. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən səhər saatlarında yuxudan oyanarkən Ruzigar "WhatsApp"-la ona yazaraq konsolu nə zaman götürəcəyini soruşmüş, o Rüzigara cavab yazaraq bildirib ki, günorta saatlarında götürə bilər. O həmin gün təxminən günorta saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Mərkəzi Univermağın qarşısına tək gəlmiş, oradan Ruzigara zəng edərək gəlişini dedikdə Ruzigar ona deyib ki, indi sənə tanışım Zamiqin nömrəsini atıram, onunla əlaqə saxla. Bir neçə saniyədən sonra Ruzigar "WhatsApp"-la (+99455) 667-57- 67 mobil nömrəsini göndərmiş, konsola baxaraq bəyənən kimi onun kart hesabına pulu göndərməsini demişdir.O dərhal həmin nömrəyə zəng edərək deyib ki, mən Ruzigarın adından gəlmişəm, oyun konsolunu götürməliyəm. Telefon danışığı zamanı həmin şəxs özünü Zamiq olaraq təqdim etmiş və onu qarşılayacağını demişdir. Bir neçə saniyədən sonra Zamiq tək həmin yerə gələrək ona qarşılamiş və onlar heçnə danışmayaraq birlikdə Univermağın birinci mərtəbəsindəki oyun konsolları satılan mağazaya gəlmişlər. O "Tap.az" saytında oyun konsolunu bəyənməsi barədə Zamiqə demiş, Zamiq bu barədə məlumatlı olduğu, həmin saytda tez-tez konsolların satışı barədə elan verməsini bildirmişdir. Zamiq ona bir ədəd oyun konsolunu təqdim etdikdə o həmin konsola baxaraq bəyənmiş və bu barədə Ruzigara yazaraq bildirmişdir. Ruzigar isə dərhal 5522 0993 6463 0962* ABB kart nömrəsini göndərmiş və ödəniş etməsini demişdir. Həmin an Zamiq ətrafda digər konsollara baxaraq məşğul olmuşdur. O Zamiqə deyib ki, indi ödəniş edirəm. Zamiq onunla razılaşmışdır. O həmın an elə həmin yerdən, yəni univermağın içərisindən saat 16:42-də mobil telefonunda olan "Birbank" mobil tətbiqindən 5522 0993 6463 0962 ABB kart hesabına 750 manat pul göndərmişdir. Bundan sonra oyun konsolunu götürərək mağazadan getmək istəyərkən Zamiq soruşub ki, ödənişi etmədən hara gedirsən? O çaşğın halda Zamiqə deyib ki, ödəniş etmiş və ödəniş etməsinə dair elektron qəbzi Zamiqə göstərmişdir. Zamiq bildírib ki, həmin kart hesabı ona məxsus deyil, kart hesabının və (+99450) ***-**-** mobil nömrənin sahibini, eləcə də özünü Rüzigar kimi təqdim edən şəxsi tanımır, Rüzigarla əlaqəsi və ünsiyyəti yoxdur. O Ruzigarla əlaqə saxlamaq istəmiş, lakin Rüzigar onu bloka atdığı üçün əlaqə saxlamaq mümkün olmamışdır. Zamiq də Ruzigarla əlaqə saxlaya bilməmişdir. Zamiqlə aralarındakı söhbət zamanı ona məlum olub ki, Ruzigar Zamiqə zəng edərək həmin konsolu 800 manata alacağı barədə razılaşmış və yaxın dostunun, güya onun mağazaya gələrək onun adından ödəniş etməklə konsolu götürəcəyini demişdir. Ruzigar bu qaydada Zamiqi, daha sonra isə onu aldadaraq oyun oynamış, onunla Zamiqi üz-üzə qoymuşdur. O Ruzigar tərəfindən dələduzluğa məruz qalmasını anlamış və konsolu Zamiqə qaytarmışdır. Univermaqdan çıxdıqdan sonra dostu İsmayılla görüşmüş, bu barədə ona danışmış, öz mobil nömrəsində pul olmadığından həmin gün saat 17:14-də İsmayılın istifadəsində olan (+99450) ***-**-** mobil' nömrəsindən DİN-in 102 ximdətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Sonradan polis əməkdaşları ona bildiriblər ki, oyun konsolunu satmaq adı ilə aldadaraq 750 manat pulunu ələ keçirən və özünü ona yalandan "Ruzigar” adı ilə təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Élmar ondan başqa analoji üsullarla tanımadığı digər çoxsaylı şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Elmardan şikayətçidir. Əsas tələbim budur ki, Elmar ona vurduğu maddi ziyanı ödəsin və ona qarşı etdiyi dələduzluq cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilsin. Ona bu günə qədər ziyandan heç bir ödənil edilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, bir müddət əvvəl "PlayStation 5" oyun konsolunun nisbətən işlənmişini ucuz qiymətə almaq istəmiş, bu məqsədlə bir neçə dəfə internet vasitəsilə elanlarda axtarış etmişdir. xx.xx.2025-ci îl tarixdə təxminən saat 12 radələrində “Tap.az" saytında həmin konsolu ucuz almaq üçün axtarış edərkən bir nəfər şəxsin həmin dövrdə pərakənda orta bazar satış qiyməti yenisinin 1200 manat, nisbətən işlənmişinin isə 900 manat olan bir epep "PlayStation 5" oyun konsolunu münasib qiymətə, yəni 750 manata satması barədə elanla rastlaşmış, həmin şəxs elanın aşağı hissəsində adını"Fərid" olaraq və əlaqə vasitəsi kimi (+99499) ***-**-** mobil nömrəsini qeyd etmişdir. O dərhal istifadəsində olan (+99477) 381-98- 28 mobil nömrəsindən (+99499) ***-**-** mobil nömrəsinə zəng edərək maraqlandıqda danışıq zamanı özünü mənə "Fərid” olaraq təqdim edən şəxs oyun konsolunun özünə məxsus olmasını, pula ehtiyacı olduğundan onu ucuz qiymətə, yəni 750 manata satmasını bildirmişdir. O, Fəridə həmin qiymətə oyun konsolunu alacağını bildirmiş və Fəriddən xahiş etmişdir ki, hər hansı kuryer vasitəsi ilə konsolu ona çatdırsın. Fərid razılaşmış və deyib ki, pulu onun kart hesabına göndərsin. Fərid həmin an harada olmasını ona deməmişdir. O Fəridə deyib ki, kartında pulu yoxdur, pulu əlbəəl kuryer vasitəsilə ona çatdıra bilər. Fərid bildirib ki, o kuryerə etibar etmir, yaxşı olar ki, pulu onun kart hesabına göndərsin. O Fəridin inadına görə onunla razılaşmışdır. Həmin an tanışlarının birindən xahiş edib ki, onun elektron pul qabına borca 750 manat pul göndərsin. Tanışı dərhal onun elektron pul qabı olan "M10"-a 750 manat pul göndərmişdir. O Fəridə zəng edərək bu barədə dedikdə Fərid bildirib ki, bir qədər sonra göndərəcəyi kuryer onun olduğu yerə yaxınlaşaraq oyun konsolunu təqdim edəcək və o konsola baxdıqdan sonra onun kart hesabina pul göndərsin. O Fəridlə razılaşmışdır. Fərid "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə onun mobil nömrəsinə 5522 0993 6463 0962 ABB kart nömrəsini yazmış və o olduğu yerin məkanını, yəni konumu Fəridə göndərmişdir. O həmin an metronun "28 May" stansiyasının qarşısında tək olmuşdur. Bir neçə dəqiqədən sonra bir nəfər xarici əlamətlərini xatırlamadığı, adını, soyadını, ata adını, mobil nömrəsini, ünvanını, əlaqələrini bilmədiyi, ümumiyyətlə barəsində məlumatsız olduğu, hazırda xarici əlamətlərini xatırlamadığı şəxs ona yaxınlaşaraq kuryer olmasını bildirmiş, ondan oyun konsolunun alıcısı olmasını soruşmuş və bir ədəd qutuda konsolu ona təqdim etmişdir. Lakin kuryer Fərid tərəfindən göndərilməsini ona deməmiş və o da kuryerdən heçnə soruşmamışdır. O sadəcə kuryerə konsolun alıcısı olmasını bildirmiş, qutunu kuryerdən almış və konsola baxış keçirib onun səliqəli halda olmasını görmüşdür. Bundan sonra saat 15:37-də dərhal "M10”-la 3522 0993 6463 0962 ABB kart nömrəsinə 750 manat pul göndərmiş və kuryerə deyib ki, ödəniş etdim. Kuryer onunla sağollaşaraq getmiş. O isə sevincək halda konsolu bir daha nəzərdən keçirmiş, təxminən 15-20 dəqiqə sonra həmin kuryer xatırlamadığı mobil nömrədən ona zəng edərək bildirib ki, onun işlədiyi mağazanın kart hesabına heç bir ödəniş olunmayıb. Mən isə kuryerə ödəniş etməyini bildirmiş, hətta lazım gələrsə ödəniş etməsi ilə bağlı elektron qəbzi ona göstərə biləcəyini demişdir. Bir neçə dəqiqədən sonra kuryer ona yaxınlaşdıqda o 5522 0993 6463 0962 ABB kart nömrəsinə 750 manat ödəniş etməsinin elektron qəbzini kuryerə göstərmişdir. Kuryer isə bildirib ki, həmin kart onun işlədiyi mağazaya məxsus deyil. O çaşqın halda Fəridin mobil nömrəsinə zəng etsə də, "WhatsApp"-da ona yazaraq nə baş verməsıni aydınlaşdırmaq istəsə də, Fərid onu blokladığı üçün Fəridlə heç cür əlaqə saxlaya bilməmişdir. Bundan sonra kuryer işlədiyi mağaza ilə əlaqə saxladıqda oradan kuryerə bildiriblər ki, Fərid onların nömrəsini də blokladığından onlar Fəridlə əlaqə saxlaya bilmirlər. Nəticədə ona məlum olub ki, Fərid adını, ünvanıni bilmədiyi oyun konsolları satılan mağaza ilə əlaqə saxlayaraq özünü alqısatqıda vasitəçi kimi təqdim etmiş, güya onlara müştəri tapmasını bildirmiş, onun həmin mağazanın kart hesabına ödəniş edəcəyimi deməklə onları aldatmış və həmin mağazanın kuryeri vasitəsilə ona oyun konsolu çatdırmışdır. Amma aralarındakı telefon danışıq zamanı Fərid ona həmin mağaza barədə və oyun konsolunun hansısa mağazaya və ya digər şəxsə məxsus olması barədə heçnə deməmişdir. Fərid həmin konsolun özünə məxsus olmasinı deməklə onu aldatmışdır. Fərid bu qaydada həm mağazanı, həm də onu aldatmış, lakin mağazaya heç bir maddi ziyan dəyməmişdir. Çünki ödənişi o etmiş və 750 manat ziyana düşmüşdür. Sonradan həmin pulu borc aldığı tanışına qaytarmışdır. O aldanmağımı bildikdən sonra oyun konsolunu kuryerə qaytarmış, həmin gün saat 18:26-da istifadəsində olan mobil nömrədən DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, növbəti gün isə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə yaxınlaşaraq ərizə ilə müraciət etmiş və izahat yazmışdır. Sonradan _xatırlamadığı polis əməkdaşları ona bildiriblər ki, oyun konsolunu satmaq adı ilə aldadaraq 750 manat pulunu ələ keçirən və özünü ona yalandan "Fərid” adı ilə təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Elmar ondan başqa analoji üsullarla tanımadığı digər çoxsaylı şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Elmardan şiakyətçidir. Əsas tələbi budur ki, Elmar ona vurduğu maddi ziyanı ödəsin və ona qarşı etdiyi dələduzluq cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilsin. “M10" vasitəsilə Elmarın kart hesabına göndərdiyi elektron qəbzin surətini araşdırmaya təqdim edə bilər. Sonradan Təqsirləndirilən şəxs anası X1 ona vurduğu maddi ziyanı tam olaraq ödəmişdir. Belə ki, Afət xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə isə 100 manat pulu onun kart hesabına köçürmüşdür. Hazırda ona ödəniləcək maddi ziyan qalmamış, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs13 məhkəməyə ünvanladığı ərizəsində təqsirləndirilən şəxslə barışdığını ona dəymiş ziyanın tam ödənildiyini təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o xx.xx.2025-ci il tarixdə təxminən saat 21 radələrində “lalafo.az" saytında mobil telefon almaq üçün axtarış edərkən bir nəfər şəxsin həmin dövrdə pərakənda orta baxar satış qiyməti yenisinin 2000 manat, nisbətən işlənmişinin isə 1700 manat olan bir ədəd İphone 15 Pro" mobil telefonunun satış elanını verməsini görmüşdür. Həmin telefon qara rəngdə, az istifadə olunmuş, lakin səliqəli hal görünmüşdür. Yenidən seçilməyən həmin “İphone 15 Pro" mobil telefonun 1400 manata satılması barədə verdiyi elanı oxuduqda mobil telefonun nisbətən ucuz qiymətə satılması onun diqqətini cəlb etmiş, buna görə də istifadəsində olan (+99450) ***-**-** mobil nömrəsindən elanda qeyd edilmiş (+99499) ***- **-** mobil nömrəsinə zəng etmiş, telefon danışığı zamanı özünü "Rəvan" kimi təqdim edən həmin şəxs bildirib ki, həmin telefonu hansısa dükandan ucuz qiymətə almış, bir qədər istifadə etmiş, səliqəli vəziyyətdədir, pula ehtiyacı olduğundan onu nisbətən ucuz qiymətə, yəni 1400 manata satır. Mən Rəvanın səmimiyyətinə inanmış və telefon danışığı zamanı aralarında olan razılaşmaya əsasən növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, metronun 20 Yanvar stansiyasının dairəsinə gedərək orada "Velotrek” adlanan ərazinin qarşısında olan “mobil star" telefon dükanına yaxınlaşacaq, çünki telefon oradadır, Rəvan həmin mağazada işləyən hansısa adını çəkmədiyi və barəsində heç bir məlumat vermədiyi şəxslə əlaqə saxlayaraq onu həmin şəxslə əlaqələndirəcəkdi və telefonun ona həmin qiymətə satışını təşkil edəcəkdi, o həmin telefona baxış keçırdikdən sonra Rəvanın kart hesabına 1400 manat pul göndərəcəkdi. Rəvanın ona deməsinə görə güya həmin mağaza sahibləri ilə tanışdır, münasibətləri var, ona görə də həmin telefonu ona ucuz qiymətə sata bilir. O Rəvanın mənə dedikləri bütün bunları ciddi qəbul edərək inanmışdır. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində o dostu Şahid4 ilə Birlikdə ünvan 3 ünvanında yerləşən "mobil star" telefon mağazasına getmiş, orada vitrində olan “İphone 15 Pro" markalı mobil telefon baxaraq adını bilmədiyi və xarici əlamətlərini xatırlamadığı satıcıya yaxınlaşaraq "Rəvan"_adlı şəxsin mağazada satişa çıxarılan "İphone 15 Pro" markalı mobil telefonu ona satmasını və Rəvanın kart hesabına pul göndərəcəyini bildirmişdir. Həmin satıcı ondan heçnə soruşmayaraq bildirib ki, telefonu ona satacaq həmin şəxs kimdirsə, yəni o kiminlə sövdələşmişibsə həmin şəxsin özü ilə əlaqə saxlayın və pulu onun özünə göndərsin. O bundan sonra oradan "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Rəvanın (+99499) ***-**-** mobil nömrəsinə yazaraq mağazada olduğunu, telefona baxaraq bəyədiyini, lakin üzərimdə 1350 manat pul olmasını, qalıq 50 manatı isə axşam göndərə biləcəyini bildirmişdir. Rəvan razılaşaraq ona 5522 0993 6463 0962 ABB kart hesabını göndəmişdir. O mobil telefonunda tətbiq işləmədiyindən mağazadan çıxaraq kənarda olan e-manat ödəniş terminalı vasitəsilə Sadiqin nömrəsini xatırlamadığı "xxxx" ASC-yə məxsus birkart hesabına 1350 manat pul göndərmiş və yenidən Sadiqlə birlikdə mağazaya qayıtmışdır. Həmin mağazada 1350 manat pulu Sadiqin mobil telefonunda olan "xxxx" ASC-yə məxsus birkart mobil tətbiqinden Rəvanın qeyd etdiyi 5522 0993 6463 0962 ABB kart hesabını göndərmişdir və bundan sonra Rəvanla yazışmamışdır. Baxaraq bəyəndiyi mobil telefonu vitrindən götürmək istədikdə həmin satıcı ona imkan verməmiş və deyib ki, həmin telefon mağazaya məxsusdur. O caşqın halda Rəvanla olan sövdələşmələri barədə satıcıya dedikdə satıcı bildirib ki, Rəvan adlı şəxsi tanımır, onunla Rəvan arasında "İphone 15 Pro" markalı mobil telefonun müştəriyə təqdim edilməsi, satışı barədə heç bir danışıq olmamış, onun Rəvanla heç bir əlaqəsi yoxdur, digər şəxslər işlənmiş "İphone 15 Pro" markalı mobil telefonu həmin mağazaya satışa qoysalar da, "Rəvan" adlı şəxs nǝ "İphone 15 Pro" markalı, nədə ki, digər mobil telefonu həmin mağazaya satışa qoymamışdır. O Rəvanın mobil telefonunu satıcıya vermiş, satıcı məsələyə aydınlıq gətirmək üçün Rəvana zəng etəsə də, Rəvan zənglərə cavab vermədiyindən onunla əlaqə saxlaya bilməmiş. Daha sonra o özü də Rəvana zəng etsə və yazsa da Rəvan onu blokladığından əlaqə saxlaya bilməmişdir. O əmin olub ki, Rəvan onu aldatmışdır. Buna görə də istifadəsində olan (+99470) ***-**-** mobil nömrəsindən evə qayıtdıqdan sonra həmin gün saat 20:54-də DİN-in 102 xidmətinə zəng edərək aldadılmaqla 1350 manat pulunun ələ keçirilməsi barədə məlumat vermişdir. Məlumat verərkən "lalafo.az" saytının adını səhfən "Tap.az" kimi qeyd etmişdir. Əslində isə Rəvan onu "lalafo.az" saytında aldatmışdır. Sonradan xatirlamadığı polis əməkdaşları ona bildiriblər ki, telefon satmaq adı ilə aldadaraq 1350 manat onun pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Elmar özünü ona yalandan “Rəvan” kimi təqdim etmişdir. Elmar ondan başqa analoji üsullarla tanımadığı digər çoxsaylı şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. O Elmardan şiakyətçidir, ona vurulmuş ziyan bu günədək ödənilməmişdir. Əsas tələbi budur ki, Elmar ona vurduğu maddi ziyanı ödəsin və ona qarşı etdiyi dələduzluq cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişlər və məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının aparılmasını mümkün sayaraq onların ibtidai istintaq müddətində vermiş olduqları ifadələrini elan etmişdir. Zərərçəkmiş şəxs8 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd edilmişdir ki, o bir müddət əvvəl nisbətən işlənmiş, lakin səliqəli halda olan ucuz qiymətə "İphone 14 Pro” markalı mobil telefon axtarırmış, buna görə də xx.xx.2025-ci il tarixdə təxminən günorta saatlarında "Tap.az" saytında mobil telefon almaq üçün axtarış edərkən bir nəfər şəxsin bir ədəd “İphone 14 Pro" markalı mobil telefonu nisbətən ucuz qiymətə, yəni 1050 manata satması barədə elan verməsini görmüş, həmin telefon qara rəngli, az istifadə olunmuş, lakin səliqəli halda görünmüşdür. Həmin mobil telefonun nisbətən ucuz qiymətə satılması onun diqqətini cəlb etmis, buna görə də istifadəsində olan (+99470) ***-**-** mobil nömrəsindən elanda qeyd edilmiş (+99499) ***-**-** mobil nömrəsinə zəng etmişdir. Aralarındakı danışıq zamanı őzünü "Samir” kimi təqdim edən həmin şəxs bildirib ki, həmin telefonu bir qədər istifadə etsə də, səliqəli vəziyyətdədir, həmin telefonu sataraq yenisini almaq istəyir, buna görə də telefonu nisbətən ucuz qiymətə, yəni 1050 manata satır. O Samirin səmimiyyətinə inanmış ve həmin telefonu bir qədər də ucuz qiymətə satmasını Samirdən xahiş etmişdir. Samir deyib ki, telefonu 50 manat ucuzuna, yəni 1000 manata sata bilər, telefonu Bakı şəhəri, Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının yaxınlığında olan telefon mağazalarının birində satışa qoyub, telefon orada vitrindədir, gedib orada həmin telefona baxa bilər və bəyəndiyi halda onun kart hesabına ödəniş edərək ala bilər. O Samirlər razılaşmışdır. Bir qədər sonra o tək Samirin ünvanını dediyi telefon mağazasına gəlmiş, orada vitrində olan telefona kənardan vizual baxaraq bəyənmişdir. Həmin an mağazada olan satıcılara Samirlə danışması, razılaşması barədə heçnə deməmiş, satıcılar da ondan heçnə soruşmamışdır. Daha sonra mağazadan çıxaraq piyada Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15a/4 ünvanında yerləşən "28 Mall" ticarət mərkəzinə gələrək orada bir qədər gəzışmiş və Samirə zəng edərək telefonu bəyəndiyini, telefonu alacağını bildirmişdir. Samir "WhatsApp"-la 5239 1515 1288 9208 və 4098 5844 9232 2258 kart hesablarını ona göndərək bildirib ki, onlardan istənilən birinə ödəniş edə bilər. O həmin ticarət mərkəzinin birinci mərtəbəsində olarkən mobil telefonunda olan mobil tətbiq vasitəsi ilə "xxxx" ASC tərəfindən mənə verilmiş 4169 7388 9950 2656 nömrəli kartından Samirin 5239 1515 1288 9208 kartına 1000 manat pul göndərmiş və elektron qəbzi Samirə göndərmişdir. Bundan sonra Samir ona yazıb ki, telefon mağazasına yaxınlaşıb telefonu götürə bilərsən. O bir neçə dəqiqədən sonra həmin telefon mağazasına yaxınlaşmış, vitrindən həmin telefonu götürmək D istəyən zamanı satıcı ona mane olmuş və nə etdiyini soruşmuşdur. o həmin telefonun sahibi olan Samirə onlayn ödəniş edərək həmin telefonu almasını satıcıya bildirmişdir. Satıcı ona deyib ki, Samir adlı şəxsi tanımır, həmin telefon Samirə yox, mağazaya məxsusdur. O onlayn ödəniş etməsinə dair elektron qəbzi satıcıya göstərdikdə satıcı bildirib ki, həmin kart hesabı onlara məxşus deyil, həmin kart hesabı barədə tam məlumatsızdır. O bundan sonra anlayıb ki, Samir həmin mağazaya məxsus olan mobil telefonu ona yalandan özününki kimi təqdim edərək onu aldatmış və onun 1000 manat pulunu ələ keçirmişdir. Həmin gün saat 19:12-də istifadəsində olan mobil nömrədən DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra Abşeron Rayon Polis İdarəsinə yaxınlaşaraq ərizə və izahat vermişdir. Sonradan xatırlamadığı polis əməkdaşları ona bildiriblər ki, telefon satmaq adı ilə onu aldadaraq 1000 manat pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Elmar özünü ona yalandan "Samir" kimi təgdim etmişdir. Elmar ondan başqa analoji üsullarla tanımadığı digər çoxsaylı şəxsləri də aldadarag pullarını ələ keçirmişdir. Dəqiq xatırlamadığı tarixdə Elmar naməlum nömrədən ona zəng edərək özünü təqdim etmiş, ona qarşı dələduzluq etməsini səmimi etiraf edərək ondan üzr istəmiş və ona vurduğu maddi ziyanı ödəmək istədiyini bildirdimişdir. O həmin an istifadəsində olmuş, lakin ona məxsus olmamış, eləcə də nömrəsini xatırlamadığı kartın nömrəsini Elmara digtə etmiş, Elmar ona 1000 manat pul göndərmişdir. O dəqiq xatırlamadığı tarixdə və bankomatdan həmin pulu tam olaraq çıxarıb nağdlaşdırmışdır. Hazırda həmin kart onun istifadəsində deyil, kartın harada olmasını bilmir. Təxmini xatırladığına görə həmin kartı tanışlarından kimsə müvəqqəti istifadə üçün ona vermişdir. Hazırda maddi ziyan ona tam ödənilmişdir. Zərərçəkmiş şəxs8 ərizə ilə məhkəyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd edilmişdir ki, bir můddət əvvəl nisbətən işlənmiş, səliqəli halda olan ucuz qiymətə "İphone 16 Pro" markalı mobil telefon axtarmış, buna görə də xx.xx.2025-ci il tarixdə təxminən saat 22 radələrində "lalafo.az" saytında mobil telefon almaq üçün axtarış edərkən bir nəfər şəxsin həmin dövrdə pərakənda orta bazar satış qiyməti yenisinin 2100 manat, nisbətən işlənmişinin isə 1900 manat olan bir ədəd “İphone 16 Pro" mobil telefonun 1850 manata satması barədə elanını verməsini görmüşdür. Həmin telefon qara rəngdə idi, az istifadə olunmuş, lakin səliqəli halda görünürdü. Yenidən seçilməyən həmin "İphone 16 Pro" mobil telefonun 1850 manata satılması barədə həmin elanı oxuduqdan sonra mobil telefonun nisbətən ucuz qiymətə satılması onun diqqətini cəlb etmişdir. Buna görə də istifadəsində olan (+99450) ***-**-** mobil nömrəsindən elanda qeyd edilmiş (+99455) ***-**-** mobil nömrəsinə zəng etmişdir. Telefon danışığı zamanı özünü "Əli" kimi təqdim edən həmin şəxs bildirib ki, onun telefon mağazası var, amma mağaza barədə heç bir məlumat verməmişdir. Həmin telefonu bir qədər istifadə etmiş, səliqəli vəziyyətdədir, əlinə yatmadığı üçün istifadə edə bilmir, ona görə də telefonu nisbətən ucuz qiymətə, yəni 1850 manata satır. O Əlinin səmimiyyətinə inanmış və ondan həmin telefonu bir qədər də ucuz qiymətə satmasını xahiş etmişdir. Telefon danışığı zamanı aralarında olan razılaşmaya əsasən Əli deyib ki, həmin telefonu ona 1650 manata sata bilər, telefonu "28 May" adlanan ərazidə yerləşən mobil telefon mağazasında satışa qoyub. O növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə günorta saatlarında həmin mağazaya yaxınlaşaraq Əli tərəfindən göndərilməsini deyəcək və telefonu oradan götürməzdən əvvəl Əlinin kart hesabına ödəniş edəcək. Belə ki, li həmin mağazada işləyən hansısa adını çəkmədiyi və barəsində heç bir məlumat vermədiyi satıcısı ilə onu əlaqələndirəcəkdi və telefonun ona ucuz qiymətə satışını təşkil edəcəkdi, o isə Əli tərəfindən göndərilməsini dedikdən sonra həmin satıcıya qiymət barədə, ümumiyyətlə alqı-satqı barədə heçnə deməməli, satıcı ilə ümumiyyətlə danışmamalıdır. həmin telefona baxış keçirdikdən sonra Əlinin kart hesabına 1650 manat pul göndərəcəkdi. Əlinin bu barədə dedikləri bütün bunları ciddi qəbul edərək inanmışdır. O, növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində tək Əlinin atığı konum üzrə metronun "28 May" stansiyasının yaxınlığındakı ərazidə yerləşən telefon mağazasına getmiş, orada tanımadığı satıcıya yaxınlaşaraq bildirib ki, məni Əli göndərib, mən “İphone 16 Pro" markalı mobil telefon almaq üçün gəlmişəm. Satıcı ona heçnə demədən vitrinin arxasına keçmiş, daha sonra "İphone 16 Pro" markalı mobil telefonu gətirərək ona təqdim etmiş, o bir qədər kənara çəkilib bir neçə dəqiqə ərzində telefona baxış keçirmişdir. Həmin satıcı ondan heçnə soruşmamış, vitrinin arxasına keçərək öz işi ilə məşğul olmuşdur. Bundan sonra oradan "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Əlinin (+99455) ***-**-** mobil nömrəsinə yazaraq mağazada olduğunu, telefona baxaraq bəyədiyini, 1650 manat pulu onun kart hesabına göndərə biləcəyini bildirdmişdir. Əli dərhal ona "Leobank" mobil bankı tərəfindən verilmiş 4098 5844 9232 2258 kart hesabını göndərmişdir. O həmin an saat 16:01-də mobil telefonunda olan mobil tətbiq vasitəsilə həmin kart hesabına 1650 manat pul göndərmiş və elektron qəbzi Əliyə göndərmişdir. Əli telefonu götürüb getməyi barədə ona yazaraq sağollaşmışdır. O bundan sonra Əli ilə yazışmamış, həmin telefona bir daha baxaraq diqqət yetirmiş, daha sonra telefonu götürərək həmin mağazadan getmək istədikdə həmin satıcı və orada olan digər satıcı telefonu onun əlindən alaraq mağazadan getməsinə imkan verməmişlər, ondan soruşublar ki, həmin telefonun ödənişini etməmiş hara gedirsən. Onlar bir anlıq onun oğru və ya soyğunçu olaraq qəbul etmişlər. O isə caşqın halda Əli ilə olan sövdələşməsi barədə satıcılara dedikdə və Əlinin kart hesabına göndərdiyi elektron qəbzi onlara göstərdikdə onlar bildiriblət ki, Əli adlı şəxsi tanımırlar, onların Əli ilə heç bir əlaqələri yoxdur, digər şəxslər işlənmiş “İphone 16 Pro" markalı mobil telefonu həmin mağazaya satişa qoysalar da, Əli adlı şəxs nə "İphone 16 Pro" markalı, nədə ki, digər mobil telefonu həmin mağazaya satışa qoymamışdır və həmin kart hesabı onların mağazasına məxsus deyil. Daha sonra satıcılar ona izah ediblər ki, həmin gün bir qədər əvvəl Əli adlı şəxs onlara zəng etmiş, özünə həmin mağazada satışda olan “İphone 16 Pro" markalı mobil telefon almaq istədiyini bildirmiş və bu məqsədlə telefonun ona çatdırılması üçün öz adından mağazaya tanışını göndərəciyini demişdir. O anlaşılmaz halda Əlinin mobil nömrəsini satıcıya vermiş, satıcı məsələyə aydınlıq gətirmək üçün Əliyə zəng etəsə də, Əli zənglərə cavab vermədiyindən Əli ilə əlaqə saxlaya bilməmişdir. O özü də Əliyə zəng etsə də və yazsa da əlaqə saxlaya bilməmiş, çünki Əli onu bloklamışdi. Bundan sonra əmin olub ki, Əli onu aldatmışdır. Buna görə də həmin gün saat 16:27-də həmin mağazadan çıxdıqdan sonra sonra istifadəsində olan (+99450) ***-**-** mobil nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək aldadılmaqla 1650 manat pulunun ələ keçirilməsi barədə məlumat vermişdir. Həmin məlumatı verərkən mobil telefon və aksesuarlar mağazasının ünvanını səhv olaraq Bəşir Səfəroğlu küçəsi 184 olaraq qeyd etmişdir. Əslində isə həmin mağazanın ünvanını dəqiq bilmir. Həmin an əsəbi olduğundan ünvan barədə səhv olaraq məlumat vermişidr. Hazırda həmin mağazanın adını, ünvanı, nömrəsini xatırlamır. Orada işləyən satıcıları tanımır, onlar barədə tam məlumatsızdır, onların mağazanın mobil nömrəsini bilmir. Sonradan xatırlamadığı polis əməkdaşları ona bildiriblər ki, və telefon satmaq adı ilə onu aldadaraq 1650 manat pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Elmar özünü ona yalandan "Əli" kimi təqdim etmiş, ondan başqa analoji üsullarla tanımadığı digər çoxsaylı şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Dəqiq xatırlamadığı tarixdə Elmar xatırlamadığı mobil nömrədən ona zəng etmiş, onunla Yasamal rayonu ərazisində görüşmüş, həmin an o tək gəlmişdi, ətrafda ikisindən başqa heç kim olmamışdır. Elmar ondan üzrxahlıq edərək maddi ehtiyacına görə ona qarşı dələduzluq etdiyini səmimi étiraf etmiş və ona 1650 manat pulu təqdim edərək vurduğu maddi ziyanı ödəmişdir. Belə ki, Elmarın dediklərindən ona məlumolub ki, Elmar "google internet portalından "İphone 16 Pro" markalı mobil telefonun fotosunu "lalafo.az" saytında yalandan elan verərək güya özünə məxsus olan telefon kimi təqdim etmiş, o Elmara zəng etdikdə mobil telefonun telefon mağazasında olması barədə yalandan deməklə onu aldatmış, xx.xx.2025-ci il tarixdə günorta saatlarında təsadüfən internet vasitəsi ilə əlaqə nömrəsini tapdığı telefon mağazasına zəng edərək, işlənmiş, lakin səliqəli halda "İphone 16 Pro" markalı mobil telefonun satilması barədə soruşmuş, satıcı mağazada belə bir telefonun satışda mövcud olması barədə ona dedikdə özünü onlara yalandan "Əli" adlı şəxs kimi təqdim edərək öz adından həmin mağazaya adam göndərəcəyini, adamın bir qədər sonra həmin mağazaya yaxınlaşacağını bildirmişdir. Həmin ərəfədə onun zəngindən bir qədər sonra o mağazaya yaxınlaşıb Əli tərəfindən göndərilməsini və telefonun modelini bildirdikdə mağazadakı saticı onu bir qədər əvvəl zəng edən şəxsin, yəni Əlinin adından göndərilməsini zənn etmişdir. Elmar bu qaydada oyun oyanaraq mağazanın saticısını və onu aldatmış, o isə Elmarın tapşırığına uyğun hərəkət edərək satıcı ilə artıq heçnə danışmamış, saticı ilə kontakta girməmişdir. Çünki bu Elmara sərf edirdi. Əgər o satıcı ilə danışsaydı, Elmarın yalanının üstü Öncədən açılardı. O Elmarın kartına pulu göndərdikdən sonra isə Elmar onun nömrəsini bloklayaraq əlaqəni kəsmişdir.Ona qarşı ziyan tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd edilmişdir ki, bir müddət əvvəl nisbətən işlənmiş, səliqəli halda olan ucuz qiymətə "İphone 13 Pro" markalı mobil telefon axtarmış, buna görə də xx.xx.2025-ci il tarixdə təxminən günorta saatlarında "Tap.az" saytında mobil telefon almaq üçün axtarış edərkən bir nəfər şəxşin həmin dövrdə pərakənda orta bazar satış qiyməti yenisinin 900 manat, nisbətən işlənmişinin isə 750-800 manat olan bir ədəd “İphone 13 Pro" markalı mobil telefonu 720 manata satması barədə elan verməsini görmüşdür. Həmin telefon qara rəngli, az istifadə olunmuş, lakin səliqəli halda görünmüşdür. Yenidən seçilməyən həmin “İphone 13 Pro" mobil telefonun 720 manata satılması barədə verdiyi elanı oxumuş, mobil telefonun nisbətən ucuz qiymətə satılması onun diqqətini cəlb etmiş, buna görə də istifadəsində olan (+99451) ***-**-** mobil nömrəsindən elanda qeyd edilmiş (+99450) ***-**-** mobil nömrəsinə "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə yazmış, yazışma zamanı özünü "Xəlil” kimi təqdim edən həmin şəxs bildirib ki, onun telefon mağazası var, amma mağaza barədə heç bir məlumat verməmişdir. Həmin telefonu bir qədər istifadə etmiş, səliqəli vəziyyətdədir, həmin telefonu sataraq yenisini almaq istəyir, buna görə də telefonu nisbətən ucuz qiymətə, yəni 720 manata satır. O Xəlilin səmimiyyətinə inanmış və həmin telefonu bir qədər də ucuz qiymətə satmasını Xəlildən xahiş etmiş, Xəlil yazıb ki, əgər bu gün, yəni xx.xx.2025-ci il tarixdə gəlib telefonu götürsən, həmin telefonu sənə bir beder ucuz qiymətə, yəni 680 manata sataram. O isə Xəlilə bildırib ki, işdə olduğundan vaxtı yoxdur, növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə boş olacaq. Xəlil onunla razılaşmış və bildirib ki, sabah əlaqə saxlayarsan.Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə saat 12:31-də Xəlilə yazaraq bildirib ki, saat 14:00-dan 15:00-dək boş olacaq. Xəlil ona cavab yazaraq bildirib ki, dünən onun telefon mağazası təmirə bağlanıb, ona görə də onun mağazasına gələrək telefonu götürə bilməz, o, telefonu yalnız kuryer vasitəsilə ona çatdıra bilər. O Xəlillə razılaşmış və yaşadığı ünvanın konumunu Xəlilə atmışdır. Xəlil ona bildirib ki, bir qədər sonra kuryer həmin ünvana yaxınlaşacaq, o kuryerə yalnız mobil telefon alıcısı olduğunu bildirəcək, kuryerlə başqa heçnə danışmayacaq, qiymət, onunla aralarında olan sövdələşmə, razılaşma, qiymət barədə heçnə deməyəcək. Sadəcə telefonu kuryerdən götürərək baxdıqdan sonra onun kart hesabına ödəniş edəcək. Xəlil həmin an kuryer barədə ona ümumiyyətlə heç bir məlumat verməmiş, kuryerlə nə kimi əlaqəsinin olması və s. barədə heçnə deməmişdir. O Xəlillə razılaşmışdır. Saat 15:13-də Xəlil ona yazaraq bildirib ki, şəxsiyyət vəsiqəsinin fotosunu at, pulu kartıma göndərdikdən sonra sənə zəmanət talonu yazacam. O dərhal şəxsiyyət vəsiqəsinin fotosunu Xəlilə göndərmiş və düşünmüşdür ki, pulu Xəlilin kartına göndərdikdən sonra Xəlil zəmanət talonu yazaraq fotosunu ona göndərəcək. Bir neçə dəqiqə sonra, yəni saat 15:21-də Xəlil ona sedan tipli bir avtomobilin fotosunu və mobil nömrə yazmış, bildirib ki, mobil telefonu göndərdiyi kuryerin maşının fotosu və mobil nömrəsidir. Bir qədər sonra o Xəlilin qeyd etdiyi nömərəyə zəng etdikdə kuryer bildirib onun yaşadığı ünvanın qarşısında onu gözləyir. O evdən çıxaraq avtomobilə yaxınlaşmış, avtomobildə əyləşmiş kuryerlə salamlaşmışdır. Həmin an avtomobilin salonunda və ətrafda heç kim yox olmamışdır. Kuryer "mobil telefonu almaq istəyən şəxs sizsiz?" deyərək soruşduqda o təsdiqləmişdir. Kuryer ona avtomobilə əyləşməsini demiş, o avtomobilin qabaq sağ tərəfində əyləşmiş və kuryerə telefonu ver baxım demişdir. Kuryer isə bildirib ki, onu göndərən şəxsə pul at, o "okey" desin ondan sonra telefonu verim sənə demişdir. Həmin an Xəlil kuryerə "WhatsApp"-da "yanındakı qaqaşa denən həmin telefona baxsın" məzmununda səsli sms atmışdır. Kuryer isə ona bildirib ki, ödəniş etməlişən. O anlaşılmaz vəziyyətə düşmüş, kuryerə heçnə deməmişdir. Həmin an interneti olmadığından avtomobildən düşüb evə getmiş və kuryerə deyib ki, mən telefon sahibi ilə əlaqə saxlayıb yenidən gəlirəm. Evə gələrək "WiFi" internet şəbəkəsinə qoşulduqda Xəlil ona yazib ki, telefonu bəyəndin? O kuryerin ona telefonu baxmağa vermədiyini Xəlilə demişdir. Xəlil bildirib ki, onlarla haqq-hesab etməliyəm, yenidən kuryerə yaxınlaş, onun yanında telefona bax. Lakin Xəlil "onlar" dedikdə kimi nəzərdə tutmasını və həmin şəxslərlə nə kimi haqq-hesabının olmasını ona yazmamış və o da Xəlilin bu dediklərinə məhəl qoymadan soruşmamışdır. O bir daha Xəlilə bildirib ki, kuryer mənə telefonu baxmağa vermir, nəysə, mənə kartın nömrəsin göndər, pulu atım, gedim telefonu kuryerdən götürüm. Həmin an o tələsdiyindən Xəlillə, eləcə də kuryerlə mübahisə etmək, onlarla höcətləşmək istəməmiş, ona görə söhbətlərinin mübahisəyə çevrilməməsi üçün Xəlildən kart nömrəsin istəmişdir. Xəlil "Leobank" mobil bankı tərəfindən verilmiş 4098 5844 6557 5692 kart nömrəsini ona yazaraq bildirib ki, ödəniş edən kimi elektron qəbzi ona göndərsin. O dərhal mobil telefonumda olan mobil tətbiqdən həmin kart hesabına 680 manat pul ödəmiş və elektron qəbzi dərhal Xəlilə atmışdır. Bundan sonra Xəlillə yazışmamışdır. Evdən çıxaraq məhəllədə avtomobildə əyləşərək onu gözləyən kuryerə yaxınlaşıb kart hesabına ödəniş etməsini deyərək mobil telefonu istəmiş, kuryer işə hansısa nömrə ilə əlaqə saxladıqdan sonra ona bildirib ki, onu göndərən mağazanın kart hesabına heç bir məbləğdə ödəniş olunmayıb, o həmin mağazanın kartına ödənış etdikdən sonra mobil telefonu ona verə bilər. Həmin an anlaşılmaz duruma düşmüş, caşqın halda Xəlillə olan sövdələşmələri barədə kuryerə dedikdə və Xəlilin kart hesabına göndərdiyi elektron qəbzi kuryerə göstərdikdə kuryer bildirib ki, o və mağaza sahibi Xəlil adlı şəxsi tanımırlar, onların Xəlillə heç bir əlaqəsi yoxdur və həmin kart hesabı onların mağazasına məxsus deyil. O evə qayıdaraq Xəlillə əlaqə saxlamaq istəsə də Xəlil onu blokladığından əlaqə saxlaya bilməmişdir. Yenidən məhəlləyə çıxaraq kuryerə yaxınlaşmış, Kuryer də Xəlilin hansısa xatırlamadığı mobil nömrəsinə yazaraq və zəng edərək əlaqə saxlamaq istəmiş, lakin Xəlil kuryeri də blokladığından əlaqə saxlaya bilməmişdir. Onlar Xəlilin onların hər ikisini aldatmasını düşünmüşlər. Kuryer ona təklif edib ki, birlikdə telefon mağazasına gedək. O razılaşmış və kurlerlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən ünvanını və adını dəqiq xatırlamadığı hansısa telefon mağazasına gəlmişlər. Orada mağazanın sahibi ona izah edib ki, həmin gün bir qədər əvvəl özünü Xəlil kimi təqdim edən səxs şəxs onlara zəng etmiş, özünə həmin mağazada satışda olan "İphone 13 Pro" markalı mobil telefon almaq iştədiyini bildirmiş və bu məqsədlə telefonun ona çatdırılması üçün güya onu mağazaya dostu kimi təqdim etmiş, onun mobil nömrəsini və yaşadığı ünvanın komumunu mağazaya göndərmiş və demişdir ki, mağaza kuryer vasitəsilə telefonu ona çatdırsın, o isə güya Xəlilin dostu olduğuna görə Xəlilin yerinə ödəniş edəcək və telefonu götürəcək. Mağaza sahibi və kuryer Xəlil adlı şəxslə heç bir olduqlarını bildirdilər. O, onlara Xəlillə aralarında olan danışıqlarını bildirmişlər. Bundan sonra onlara aydın olub ki, Xəlil oyun oynayaraq mağazanın mobil telefonunu güya alacağını bildirməklə mağaza sahibi aldadıb, güya onun dostu olmasını və onun yerinə ödəniş edəcəyini bildirməklə onun nömrəsini və yaşadığı ünvanın konumunu mağaza sahibinə vermiş, mağaza sahibi isə kuryerlə onu əlaqələndirmışdir. Kuryer yolda olarkən və onun yaşadığı ünvana çatarkən Xəlil onunla yazışaraq bu qaydada onu aldatmış və əmin edib ki, güya o Xəlilin yerinə mağazanın kart hesabına pul göndərəcək. O əmin olum ki, Xəlil mənə qarşı bu qaydada dələduzluq etmişdir. Buna görə də həmin gün saat 16:01-də həmin mağazadan çıxdıqdan sonra sonra istifadəmdə olan (+99451) ***-**-** mobil nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək aldadılmaqla 680 manat pulunun ələ keçirilməsi barədə məlumat vermişdir. Pulu Xəlilin kartına yaşadığı ünvan 9 ünvanından atmışdır. xx.xx.2025-ci il tarixdə Səbail RPİ-nin 8-ci PB-də ərizə və izahat verərkən əsəbi olduğundan avtomobilin ** PS *** dövlət qeydiyyat nişanlı olması və taksi sürücüsünün istifadəsində ***-***-**-** mobil nömrəsinin olması barədə səhv məlumat vermişdir. Əslində isə həmin avtomobilin dövlət qeydiyyat nişanını, xarici əlamətlərini və sürücünün mobil nömrəsini, eləcə də sürücünün xarici əlamətlərini xatırlamır. Eləcə də həmin mağazanın adını, ünvanı, mağazanın sahibini tanımır və xatırlamır. Onlar barədə tam məlumatsızdır, onların ve mağazanın mobil nömrəsi onda yoxdur. Sonradan xatırlamadığı polis əməkdaşları ona bildiribļər ki, telefon satmaq adı ilə onu aldadaraq 680 manat pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Elmar özünü yalandan ona "Xəlil" kimi təqdim etmişdir. Élmar ondan başqa analoji üsullarla tanımadığı digər çoxsaylı şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Dəqiq xatırlamadığı tarixdə yaşadığı ünvanın qarşısında bir nəfər orta yaşlı qadın onunla təklikdə görüşmüş, Elmarın anası olmasını bildirmiş və Elmarın ona vurduğu 680 manat maddi ziyan ödəyərək üzürxahlıq etmişdir. Onda həmin qadının əlaqə nömrəsi yoxdur və həmin qadından heçnə soruşmadim. Hazırda maddi ziyanı tam ödənilmiş, lakin yenə də Elmardan şikayətçiydir. Əsas tələbi budur ki, Elmar ona qarşı etdiyi dələduzluq cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilsin. Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd edilmişdir ki, o bir müddət əvvəl nisbətən işlənmiş, lakin səliqəli halda olan ucuz qiymətə "İphone 15 Pro” markalı mobil telefon axtarırmış, buna görə də xx.xx.2025-ci il tarixdə təxminən axşam saatlarında "Tap.az" saytında mobil telefon almaq üçün axtarış edərkən bir nəfər şəxsin bir ədəd "İphone 15 Pro" markalı mobil telefonu nisbətən ucuz qiymətə, yəni 1200 manata satması barədə elan verməsini görmüşdür. Həmin telefonun arxası gümüşü rəngdə, az istifadə olunmuş, lakin səliqəli halda görünürmüş. Həmin mobil telefonun nisbətən ucuz qiymətə satılmaşı onun diqqətini cəlb etmiş, buna görə də istifadəsində olan (+99470) ***-**-** mobil nömrəsindən elanda qeyd edilmiş (+99450) ***-**-** mobil nömrəsinə zəng etmiş, aralarındakı danışıq zamanı özünü "Rüzgar" kimi təqdim edən həmin şəxs bildirib ki, o mobil telefonla birlikdə hazırda Salyan rayonundadır, novbəti gün Bakı şəhərində yer təyin edərək onunla görüşəcək və həmin mobil telefonu ona satacaq. Aralarındakı danışıqdan sonra həmin şəxS WhatsApp" ani mesajlaşma mübadilə sistemində ona tanımadığı Şahid5 şəxsiyyət vəsiqəsinin surətini ataraq özünə məxsus şəxsiyyət vəsiqəsi olduğunu bildirmişdir. Şəxsiyyət vəsiqəsini atdıqdan sonra Rüzgara tam inanmış və onunla sövdələşərək razılaşmışdır. Növbəti gün, yəni xx.xx.2025-ci il tarixdə təxminən günorta saatlarında yenidən Rüzgarla yazışaraq görüş təyin etmiş, aralarındakı yazışma zamanı Rüzgar bildirib ki, işlərinin çoxluğu ilə əlqədar onunla görüşə bilmir, öz adından Qəhrəman adlı tanışını göndərəcək, Qəhrəman vasitəsilə ona mobil telefonu çatdıracaq, o Qəhrəmanla heçnə danışmayacaq, aralarındakı sövdələşmə barədə Qəhrəmana heçnə deməyəcək. Sadəcə Qəhrəmandan telefonu götürərək onunla əlaqə saxlayıb onlayn qaydada ona ödəniş edəcək. Yazışma zamanı Rüzgar ona görüşməzdən əvvəl əlaqə saxlaması üçün Qəhrəmanın (+99477) ***-**-** mobil nömrəsini vermişdir. Həmin gün təxminən saat 18 radələrində o qardaşı Osmanla birlikdə metronun Neftçilər stansiyasının çıxışında olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən "McDonalds" restoranının qarşısında zəngləşərək Qəhrəmanla görüşmüş, amma Rüzgarın xahişinə uyğun olaraq mobil telefonun alqı-satqısı barədə Qəhrəmanla heçnə danışmamış və Qəhrəman da ondan heçnə soruşmamışdır. O telefona baxmaq istədikdə Qəhrəman telefonu qutusu ilə birlikdə ona vermiş, telefona baxmış, elandakı telefon olmuşdur. Baxdıqdan sonra telefon bəyənmiş, onu almaq istədiyini və ödənişi Rüzgara edəcəyini Qəhrəmana demişdir. Qəhrəman etiraz etməmiş. OʻOsmanla birlikdə bir qədər kənara çəkilərək "WhatsApp"-da 'Rüzgara yazaraq telefonu bəyəndiyini, onu alacağını bildirmiş, Rüzgar "WhatsApp"-la 5522 0993 6463 0962 ABB kart hesabını göndərək bildirib ki, ödənişi dərhal göndərsin. O saat 18:09-da mobil telefonunda olan mobil tətbiq vasitəsilə “Leobank" mobil bankı tərəfindən verilmiş 4098 5844 5075 1209 kartından Rüzgarın göndərdiyi həmin ABB kart hesabına 1200 manat pul göndərmiş, bundan sonra telefonu Qəhrəmandan alıb getmək istəyən zamanı Qəhrəman ona mane olmuş və nə etdiyini soruşmuşdur. Həmin telefonun sahibi olan Rüzgara onlayn ödəniş edərək həmin telefonu aldığını bildirmişdir. Qəhrəman ona deyib ki, 0 Rüzgar adlı şəxsi tanımır, Rüzgarla sadəcə telefonda danışıb. Həmin telefon Rüzgara yox, ona məxsusdur və o ona ödəniş etməlidir. O çaşqın halda onlayn ödəniş etməyinə dair elektron qəbzi Qəhrəmana göstərmiş, Qəhrəman bildirib ki, həmin kart hesabı ona məxsus deyil, həmin kart hesabı barədə tam məlumatsızdır. Onların arasında mübahisə yaranmış, o və Qəhrəman Rüzgara zəng etsələr də və "WhatsApp"-la yazsalar da Rüzgar onları bloka saldığından Rüzgarla əlaqə saxlaya bilməmişlər. Qəhrəman ona ətraflı izah edib ki, həmin mobil telefon birmənalı olaraq onun özünə məxssudur. O, özü bir neçə gün əvvəl “Tap.az" saytında həmin telefonu 1450 manata satması ilə bağlı elan vermiş, xx.xx.2025-ci il tarixdə Rüzgar (+99450) ***-**-** mobil nömrəsindən ona zəng edərək özünü Rüzgar kimi təqdim etmiş, tanışlarının həmin telefonu almaq istədiklərini bildirmiş, tanışları gəlib telefon baxdiqdan sonra onunla yazışıb məsləhətləşərək qərara gələcəklər və həmin telefonu 1450 manata alacaqlar. Rüzgar ondan dəfələrlə xahiş edib ki, tanışları ilə mobil telefonunu qiyməti, aralarındakı sövdələşmə barədə heçnə danışmasın, tanışlarından pul götürməsin, o özü həmin mobil telefonun pulunu onlayn qaydada onun kartına ödəyərək həmin telefonu alacaq və tanışlarına hədiyyə edəcək. Daha sonra Rüzgar Qəhrəmana onun mobil nömrəsini verdiyini, tanışlarının onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra Qəhrəman özünə məxsus kart hesabını yazaraq üzgara göndərmişdir. Bir qədər əvvəl isə onlar zəngləşərək Qəhrəmanla görüşdükdə Qəhrəman onların həqiqətən Rüzgarın tanışları olmalarına inanmış və onlardan heçnə soruşmamışdır. Həmçinin Rüzgarın xahişinə əsasən o alqı-satqı ilə bağlı Qəhrəmana heçnə deməmişdir. Onlar telefon baxdıqdan sonra kənara çəkilərək telefonda yazışdıqda Qəhrəman onların Rüzgarla danışaraq telefonu bəyənmələri barədə Rüzgara fikir bildirmələrini zənn etmiş və gözləmişdir ki, onların bəyənməyini bildikdən sonra Rüzgar onun kartına 1450 manat pul göndərəcək. Həmin ərəfədə isə Rüzgar öz kartını ona yazmış və o həmin karta 1200 manat pul göndərmişdir. О bütün bu danışıqlardan sonra anlayıb ki, Rüzgar Qəhrəmana məxsus olan mobil telefonu yalandan ona özününki kimi təqdim edərək aldatmış və onun 1200 manat pulunu ələ keçirmişdir. Rüzgar Qəhrəmanın "Tap.az" saytında verdiyi elanın şəkillərini götürərək özünə məxsus mobil telefon kimi elanın vermiş və Qəhrəman bundan xəbərsiz olmuşdur. Həmin gün saat 18:46-da o qardaşına məxsus (+99470) ***-**-** mobil nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə, oradan da Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gedərək yaxınlaşmış, orada ərizə və izahat vermişdir. Śonradan xatırlamadığı polis əməkdaşları ona bildiriblər ki, telefon satmaq adı ilə onu aldadaraq 1200 manat puluu əlnə keçirən şəxs Təqsirləndirilən şəxsdur. Elmar özünü ona yalandan "Rüzgar" kimi təqdim etmişdir. Elmar ondan başqa analoji üsullarla tanımadığı digər çoxsaylı şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Zərərçəkmiş şəxs11 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd edilmişdir ki, o bir müddət əvvəl "PlayStation 5" oyun konsolunun nisbətən işlənmişini ucuz qiymətə almaq istəmiş, bu məqsədlə bir neçə dəfə internet vasitəsilə elanlarda axtarış etmişdir. xx.xx.2025-ci îl tarixdə təxminən saat 15 radələrində "Tap.az" saytında həmin konsolu ucuz qiymətə almaq üçün axtarış edərkən (+99450) ***-**-** əlaqə nömrəsini qeyd etmiş bir nəfər şəxsin səliqəli halda olan bir ədəd "PlayStation 5" oyun konsolunun fotolarinı paylaşmaqla onu münasib qiymətə, yəni 810 manata satması barədə verdiyi elanla raştlaşmış, dərhal istifadəsində olan (+99455) ***-**- ** mobil nömrəsindən həmin mobil nömrəsinə zəng edərək maraqlandıqda danışıq zamanı həmin şəxs özünü təqdim etməmiş və adını deməmişdir. O bildirib ki, Bakı şəhəri, Nəsimi rayonu, metronun 28 May stansiyasının yaxınlığında elektronika mağazası var, sifariş verən müştərilərə məhsulları mağazasının kuryeri vasitəsilə çatdırır, müştərilər ona onlayn formada ödəniş edirlər. O həmin ərəfədə Quba rayonu ərazisində olan "Wishna Resort (Vişnə Resort)” istirahət mərkəzində olduğundan telefon danışığı zamanı həmin şəxsə bildirdib ki, hazırda Quba rayonunda olduğundan o konsolu kuryer vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən mağazaya göndərsin. Həmin şəxs deyib ki, o onlayn ödəniş etdikdən sonra konsolu göndərə bilər. O təkidlə həmin şəxsə bildirdib ki, konsolu göndərdikdən sonra və o konsola baxdiqdan sonra ödəniş edəcək. Həmin şəxs bildirib ki, konsol hazırda onun mağazasındadır. Daha sonra "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona mağazanın konumunu göndərmiş və ona bildirib ki, qiymətdə 10 manat da güzəşt edərək konsolu 800 manata satacaq. O hazırda həmin konumu xatırlamır və telefonunda həmin konum qalmamışdır. O özü Quba rayonunda olduğundan Hüseyn adlı satıcısına konumu göndərmiş və Hüseyindən xahiş edib ki, Bakı şəhərinə gedərək (+99450) ***-**-** mobil nömrəsi ilə əlaqə saxlasın, həmin nömrə sahibinin göndərdiyi kuryerlə görüşərək oyun konsolunu götürsün, ona baxsın. Əgər konsol salamat və səliqəli haldadırsa ona məlumat versin və o onlayn gaydada ödəniş edəcək. Hüseyn onunla razılaşmışdır. Bir qədər sonra, təxminən saat 17 radələrində Hüseyn Bakı şəhəri, Nəsimi rayonu, metronun 28 May stansiyasının yaxınlığındakı mağazaların birində elanı vermiş həmin şəxsin adından gəlmiş hansısa tanımadığı kuryerlə görüşərək konsolu götürmüş, ona zəng edərək konsolun səliqəli halda olmasını bildirmişdir. Həmin an elanı vermiş (+99450) ***-**-** mobil nömrəsinin sahibi ona yazaraq konsolu bəyənib-bəyənmədiyini hesabını göndərmişdir. O saat 17:58-də mobil telefonunda olan mobil tətbiq vasitəsilə 5522 0993 6209 8295 kartından həmin karta 800 manat pul göndərmiş və pulu göndərməsinə dair_elektron qəbzi Hüseynə göndərərək ona bildirib ki, ödənişi etmişəm, konsolu götür qayıt Sumqayıta. Bir neçə dəqiqə sonra Hüseyn ona zəng edərək bildirib ki, o ödənişi həmin mağazanın kart hesabına etməmiş, ödəniş mağazaya aidiyyəti olmayan kart hesabına olunub, buna görə də kuryer konsolu vermir. Bundan sonra Hüseyn onu kuryerlə əlaqələndirmiş, kuryer ona bildirib ki, həmin gün günorta saatlarında bir nəfər şəxs (+99450) ***-**-** mobil nömrəsindən onların mağazasasına zəng edərək mağazada 900 manata satılan "PlayStation 5" oyun konsolunu alacağını bildirərək onlayn sifariş vermiş və onun adından gələcək dostuna həmin konsolun çatdırılamasını, ödənişi isə özünün edəcəyini bildirmiş və xahiş etmişdir ki, konsol dostuna çatdırılarkən sövdələşmə, qiymət barədə heçnə danışılmasın. Kuryer deyib ki, hazırda isə (+99450) ***-**-** mobil nömrəsi onun nömrəsini blokladığından zəngləri qəbul etmir. O dərhal həmin nömrəyə zəng etdikdə və yazdıqda əlaqə saxlaya bilməmiş, çünki həmin nömrənin sahibi onu da bloklamışdı. Bundan sonra anlayıb ki, həmin şəxs dələduzdur, onu aldadaraq 800 manat pulunu ələ keçirib. Belə ki, həmin şəxs hansısa mağazaya zəng edərək guya oyun konsolunu alacağını bildirmiş, daha sonra həmin konsolun özünə məxsus olması barədə ona yalan danışaraq onu aldatmış, o konsolu götürməsi üçün Hüseyini göndərdikdə həmin şəxs Hüseyinin nömrəsini mağazanın kuryerinə verərək onları əlaqələndirmiş, həmin şəxs məhz bu sxem üzrə ona qarşı dələduzluq etmişdir. Bundan sonra Hüseynə deyib ki, kuryerlə mübahisə etmə və konşolu qaytar kuryerə, özün də qayıt Sumqayıta. Saat 18:42də istifadəsində olan mobil nömrədən DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin məlumatı verərkən əsəbi olduğumdan kuryerin 20 yanvar dairəsi yaxınlığındakı “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin binasının qarşı tərəfinə yaxınlaşması barədə səhvən məlumat vermiş, əslində Hüseyn kuryerlə metronun 28 May stansiyası yaxınlığında görüşmüşdür. xx.xx.2025-ci il tarixdə isə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə yaxınlaşaraq ərizə və izahat vermişdir. Sonradan eşidib ki, oyun konsolunu satmaq adı ilə onu aldadaraq 800 manat pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxsdur. Elmar ondan başqa analoji üsullarla tanımadığı digər çoxsaylı şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Elmardan şikayətçidir. Əsas tələbi budur ki, Elmar ona vurduğu maddi ziyanı tam ödəsin və ona qarşı etdiyi dələduzluq cinayətinə görə cinayət məsuliyyətinə cəlb edilsin. Elmarın kart hesabına göndərdiyi elektron qəbzin surətini araşdırmaya təqdim edə bilər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2025ci il tarixdə təxminən saat 15 radələrində dostu Əli ilə birlikdə ünvan 3 ünvanında yerləşən "mobil star" telefon mağazasına getmişlər. Əli orada vitrində olan "İphone 15 Pro" markalı mobil telefon baxaraq adını bilmədiyi və xarici əlamətlərini xatırlamadığı satıcıya yaxınlaşaraq "Rəvan" adlı şəxsin mağazada satışa çıxarılan “İphone 15 Pro" markalı mobil telefonu ona satmasıni və Rəvanın kart hesabina pul göndərəcəyini bildirmiş və bundan sonra oradan "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Rəvanın (+99499) ***-**-** mobil nömrəsinə yazaraq mağazada olması, telefona baxaraq bəyənməsi, lakin üzərində 1350 manat pul olmasını, qalıq 50 manatı isə axşam göndərə biləcəyini bildirmişdir. Rəvan Əli ilə razılaşaraq ona 5522 0993 6463 0962 ABB kart heşabını yazaraq göndərmişdir. Həmin an Əlinin mobil telefonunda tətbiq işləmədiyindən Əli mağazadan çıxaraq kənarda olan "e-manat" ödəniş terminalı vasitəsilə onun nömrəsini xatırlamadığı "xxxx" ASC-yə məxsus birkart hesabıma 1350 manat pul göndərmiş və yenidən Əli ilə birlikdə həmin mağazaya qayıtmışlar. Həmin mağazada Əli 1350 manat pulu onun mobil telefonunda olan “Kapital Bank" ASC-nin birkart mobil tətbiqindən Rəvanın qeyd etdiyi 5522 0993 6463 0962 ABB kart hesabını göndərmişdir. Əli baxaraq bəyəndiyi həmin mobil telefonu vitrindən götürmək istədikdə satıcı Əliyə imkan verməyərək deyib ki, həmin telefon mağazaya məxsusdur. Sonradan onlara məlum olub ki, mağazaya məxsus həmin mobil telefonu özünə məxsus telefon kimi təqdim edərək və satmaq adı ilə Əlini aldadaraq 1350 manat pulunu ələ keçirən şəxs Təqsirləndirilən şəxs flqar oğludur. Elmar özünü yalandan Əliyə "Rəvan” kimi təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o bir neçə il olar ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Mərkəzi Univermaqda oyun konsollarının satışı ilə məşğul olur. Bu məqsədlə "Tap.az" və "lalafo.az" saytlarında tez-tez oyun konsollarının satışı barədə elan verir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında bir nəfər şəxs xatırlamadığı mobil nömrədən onun istifadəsində olan (+99455) ***-**-** mobil nömrəsinə zəng edərək özünü "Ruzigar” kimi təqdim etmiş və “Tap.az" saytında 800 manata elanını verdiyi nisbətən işləmiş, lakin səliqəli halda olan bir ədəd "PlayStation 5" oyun konsolunu alacağını bildirmiş və deyib ki, bir nəfər yaxın dostu onun adından mağazaya gələcək və onun adından ödəniş etməklə konsolu götürəcək. Həmin gün təxminən günorta saat saat 16 radələrində sonradan Zaur olmasını bildiyi şəxs onun mağazasına gəlmiş, o bir ədəd "PlayStation 5" oyun konsolunu Zaura təqdim etmişdir Zaur bir qədər konsola baxdıqdan sonra telefonda kiminləsə yazışmış, bundan sonra Zaur oyun konsolunu götürərək mağazadan getmək istəyərkən o Zaura mane olmuşdur. Aralarında yaranmış mübahisə zamanı ona məlum olmuşdur ki, Rüzgar ona məxsus oyun konsolunun özünə məxsus olması və onu satması barədə yalan danışaraq Zauru aldatmış, Zaur onun kartına 750 manat pul göndərmişdir. Sonradan məlum olub ki, oyun konsolunu satmaq adı ilə Zauru aldadaraq 750 manat pulunu ele keçirən və özünü ona və yalandan “Ruzigar" adı ilə təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Elmarı heç vaxt görməmiş, ümumiyyətlə onu tamır, Elmarın istifadəsində olmuş digər mobil nömrələr və kart hesabları barədə məlumatsızdır. Elmarın internet saytlarında oyun konsollarının satışı barədə elan verməsindən məlumatsızdır. Elmarla aralarında "WhatsApp"-da yazışması və onunla zəngləşməyinə dair qeyd silindiyindən araşdırmaya təqdim edə bilmir. Elmarla əlbir olaraq Zaura qarşı, eləcə də digər şəxslərə qarşı dələduzluq cinayəti törətməmişdir. Şahid1 məhkəməyə xx.xx.2026-cı il tarixdə yazılı izahat təqdim edərək izahatında qeyd etmişdir ki, 2025-ci ilin iyul ayında "Tap.az" saytinda mənə məxsus işlənmiş “İphone 15 Pro" markalı mobil telefonu 1450 manata satmaq üçün elan yerləşdirmişdim. xx.xx.2025-ci il tarixdə tanımadığım nömrədən zəng vuran özünü Rüzgar kimi təqdim edən şəxs tanışlarının həmin telefonu almaq üçün gələcəklərini dedi və bildirdi ki, tanışlarına qiymət barədə heç nə deməyim, onlardan pul almayım, o, pulu mənim kartıma özü şəxsən göndərəcək. Ömər adlı şəxs telefonu almaq üçün mənimlə əlaqə saxladı və bir neçə saat sonra qardaşı Osmanla Neftçilər metrosu yaxınlığına gəldilər. Onlar telefona və qutusuna baxdılar, sonra telefonda kimləsə yazışdılar, Ömər telefonu bəyəndi və Rüzgara ödəniş edəcəyini dedi. Mən isə Rüzgarla onlar arasında hansı münasibətlərin və sövdələşmələrin olduğunu bilmədiyimdən etiraz etmədim. Onlar telefonu götürüb getmək istəyən zaman mane oldum, onlar telefon üçün Rüzgara ödəniş etdiklərini bildirdilər, mən isə telefonun ona yox mənə məxsus olduğunu, Rüzgarı tanımadığımı və onların pulu göndərdikləri kart hesabının mənə məxsus olmadığını dedim. Bizim aramızda mübahisə yarandı. Mən və Ömər dəfələrlə Rüzgara zəng edib əlaqə saxlamağa çalışsaq da, bizi bloka saldığından əlaqə yarada bilmədik. Daha sonra Rüzgarın mənə zəng etməsi və onunla olan razılaşmamız barədə Ömərə danışdım. Daha sonra bizə məlum oldu ki, Rüzgar mənə məxsus olan mobil telefonu Caününki kimi təqdim edərək Öməri aldatmışdır. Əlavə olaraq bildirmək istəyirəm ki, Rüzgar mənə qarşı dələduzluq etməmişdir və mənim həmin şəxslə heç bir tanışlığım olmayıb. Həmçinin Rüzgarın mənə məxsus telefonu özününki kimi elanda yerləşdirməsi barədə məlumatım olmayıb. Bu mövzu ilə bağlı bütün yazışmalar mənim telefonumdan silinmişdir, həmçinin mənim yerləşdirdiyim elanla bağlı fotoşəkillər də deaktiv edilərək silinib. Əgər həmin şəxsin saxta elan yerləşdirdiyini bilsəydim, sayt adminstratoruna bununla bağlı şikayət edərək elanı sildirərdim Şahid1 izahatı məhkəmə baxış iclasında elan edilmişdir. Şahid5 məhkəməyə xx.xx.2026-cı il tarixdə yazılı izahat təqdim edərək izahatında qeyd etmişdir ki iyul ayında Elmar adlı şəxslə ona telefon satmaq məqsədilə Lənkəranda dosa parkda günorta saatlarında görüşdüm. O telefonu lalafo saytında görüb oradan nömrəni götürüb mənimlə əlaqə saxladı. Görüşəndə telefonu plastation 5 ilə barter etməyini dedi, satacağım telefonun markası İphome 12 pro max idi göy rəngdə. Mən barter etmədim pul istədiyimi bildirdim o isə PS5 i satıb əvəzində pul verdi. Sağollaşmağımıza 15 dəq qalmış məndən ona nömrə almağımı xahiş etdi vəsiqəsinin üzərində olmadığını bildirib nömrəsi olmadığını bildirdi. Sonra Azercell mağazasına yaxınlaşıb oradan mənim vəsiqəmlə nömrə aldıq və nömrəni Elmara verdim. O mənə evə gedəndən sonra vəsiqəmin şəklini göndərməyimi istədi ki 'my gov' vasitəsilə aldığımız nömrəni öz adına keçirəcəyini bildirdi. Mən həmin gün göndərmədim. Sonrakı gün göndərdim. O nömrəni öz adına keçirtdiyini dedi. Sonra isə məni Lerikda Relax istirahət mərkəzinə dəvət elədi, gəlməyəcəyimi dedim və getmədim 2 gün sonra Bakıda olarkən yenə zəng vurub harda olduğumu soruşdu Bakıdayam deyəndə “Novxanıya gəl qonaqlığım var” deyib məclisə dəvət etdi. Lakin orada getmədim. Sonrakı gün isə mənə 3 saylı polis bölməsindən zəng gəldi və ora dəvət olunduğum bildirildi. Şahid5 izahatı məhkəmə baxış iclasında elan edilmişdir. Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd edilmişdir ki, o ünvan 7 ünvanında yerləşən “Teleshop.Baku" mağazasının sahibidir və eyni zamanda orada satıcı işləyir. Təxminən 2025-ci ilin avqust ayının əvvəllərində "Tap.az" saytında nisbətən işlənmiş, lakin səliqəli halda olan, bir ədəd mağazaya məxsus "Apple İphone 14 X32" markalı mobil telefonu 1249 manata satılması barədə elan vermişdir. xx.xx.2025-ci il tarixdə saat 11:33-də bir nəfər tanımadığı şəxs (+99450) ***-**-** mobil nömrəsindən həmin ərəfədə onun istifadəsində olmuş (+99450) ***-**-** mobil nömrəsinə "WhatsApp"-la yazaraq özünü “Rüzgar” kimi təqdim etmiş və xahiş etmişdir ki, həmin telefonu vitrindən çıxararaq kənara qoysun, bir saat ərzində bir nəfər şəxs onun adından mağazaya yaxınlaşaraq telefonu alacaq. Bir qədər sonra, yəni təxminən saat 13:00- 14:00 radələrində sonradan Zərərçəkmiş şəxs4 olmasını bildiyi şəxs həmin mağazaya gələrək Rüzgarın adından yaxınlaşdığını və telefonu götürəcəyini bildirmiş, telefonu götürüb getmək istəyərkən o Xəyala mane olmuşdur. Aralarındakı mübahisə zamanı ona məlum olmuşdur ki, özünü Rüzgar kimi təqdim edən şəxs ona məxsus olan həmin mobil telefonu özünə məxsus mobil telefon kimi təqdim edərək Xəyalı aldatmış və güya həmin telefonu ona satmış, Xəyal Rüzgarın kart hesabına 1000 manat pul göndərmişdir. Sonradan ona məlum olub ki, özünü Xəyala və ona yalandan "Rüzgar" kimi təqdim etmiş şəxs Təqsirləndirilən şəxsdur. Elmarla tanışlığı, əlaqəsi yoxdur. Elmarla birlikdə əlbir olaraq Xəyala qarşı dələduzluq etməmişdir. Elmarın istifadəsində olmuş digər mobil nömrələr və kart hesabları barədə məlumatsızdır. Elmarla aralarında olan "WhatsApp" yazışmaları silindiyindən yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib həmin nömrə altında istintaqı aparılmışdır. “şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:15-də Yasamal RPİ-nin İstintaq Şöbəsində şübhəli şəxs kimi tutulmuşdur. “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-690/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-657/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmişd həbs qətimkan tədbirinin müddəti xx.xx.2026-cı il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 177.1-ci maddələri ilə təqsirli bilinərək 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. **********4 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:01-də sonu 2258 olan kart hesabına 1650 manat pul köçürülmüşdür. m10 elektron pul qabı vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 15:37-də sonu 5522 09.. .... 0962 nömrəli karta 750 manat pul göndərilmişdir. **********8, **********2 və **********3 nömrəli qəbzlərin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:17-də sonu 0681 olan kart hesabına 500 manat, xx.xx.2025-ci il tarixdə saat 11:39-da sonu 0681 olan kart hesabına 150 manat və xx.xx.2025-ci il tarixdə saat 16:17-də 100 manat pul köçürülmüşdür. 4829 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:46-da sonu 5692 nömrəli olan kart hesabına 680 manat pul köçürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqinda protokoldan və foto-cədvəldən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 həmin pulu yaşadığı ünvan 9-da göndərmişdir. Qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:03-də sonu 0962 nömrəli olan kart hesabına 1320 manat pul köçürülmüşdür. **********6 nömrəli qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:03-də sonu 3784 olan kart hesabına 300 manat pul köçürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və foto-cədvəldən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 1320 pulu ünvan 4 ünvanında göndərmişdir Qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:09-da sonu 0962 olan kart hesabına 1200 manat pul göndərilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və foto-cədvəldən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1200 manat pulu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekii 59 ünvanında yerləşən "McDonalds" restoranının qarşısında göndərmişdir. Qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:42-də sonu 0962 olan karta 750 manat pul köçürülmüşdür. Qəbzlərin surətindən görünür ki, sonu 3711 olan kart hesabına xx.xx.2025-ci il tarixdə saat 13:28-də 400 manat, saat 13:29-da isə 600 manat pul köçürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotol-cədvəldən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 pulu ünvan 7 únvanında yerləşən "Teleshop.Baku" mağazasından köçürmüşdür Qəbzin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:49-da sonu 7078 olan karta 700 manat pul köçürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və foto-cədvəldən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 700 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanında gönğərmişdir. Qəbzin surətindən görünür ki, sonu 0962 olan karta 800 manat pul göndərilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs11 pulu 800 manat pulu Quba rayonu ərazisində olan "Wishna Resort (Vişnə Resort)" istirahət mərkəzindən köçürmüşdür. Qəbzin surətindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 18:44-də sonu 6677 olan kart hesabına 1700 manat pul köçürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fofo-cədvəldən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 Baki şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi 7 saylı ünvanın qarşısında pulu köçürmüşdür. Qəbzin surətindən görünür ki, Milliön elektron ödəmə sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 15:56-da 920 manat pul köçürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqinda protokoldan və foto-cədvəldən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Spar express" mağazasının qarşısında pulu köçürmüşdür. Qəbzin surətindən görünür ki, sonu 2258 olan karta xx.xx.2025-ci il tarixdə saat 23:15-də 1850 manat pul köçürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, dəyəri zərər çəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən ödənilmiş bir ədəd telefon Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41F ünvanının qarşısında ələ keçirilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqinda protokoldan vе foto-cədvəldən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs9 1350 manat pulu ünvan 3 ünvanında yerləşən "mobil star" telefon mağazasında göndərmişdir. **********1 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:27-də sonu 0962 olan karta 1350 manat pul köçürülmüşdür. “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xx.xx.2025-ci il tarixli 6-2-41/2-52627/2025 nömrəli məktubundan görünür ki, həmin bank tərəfindən verilmiş 5522 0993 6463 0962 saylı plastik kart ABB müştərisi, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olmuşdur. Məktuba əlavə edilmiş bank məlumatlarına baxış keçirilərkən məlum olmuşdur ki, həmin kart hesabına xx.xx.2025-ci il tarixdə 1350, xx.xx.2025-ci il tarixdə 920 manat, xx.xx.2025-ci il tarixdə 750 manat, xx.xx.2025-ci il tarixdə 1320 manat və xx.xx.2025-ci il tarixdə isə 800 manat pul mədaxil olunaraq köçürülmüşdür. "Unibank" Kommersiya bankının xx.xx.2025-ci il tarixli - OUT-12016-2025 nömrəli mətubundan görünür ki, 4098 5844 9232 2258 nömrəli kart Təqsirləndirilən şəxs adına, 4098 5844 6557 5692 nömrəli kart X8 adına, 4098 5844 7854 3711 nömrəli kart X5 adına, 5411 2498 0741 6677 nömrəli kart X6 adına rəsmiləşdirilmişdir. Məktuba əlavə edilmiş bank məlumatlarına baxış keçirilərkən məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə 4098 5844 9232 2258 karta 1650 manat və xx.xx.2025-ci il tarixdə isə 1850 manat. xx.xx.2025ci il tarixdə 4098 5844 6557 5692 nömrəli karta 680 manat, xx.xx.2025-ci il tarixdə 4098 5844 7854 3711 nömrəli karta 400 və 600 manat, xx.xx.2025-ci il tarixdə 5411 2498 0741 6677 nömrəli karta isə 1700 manat pul mədaxil olunaraq köçürülmüşdür. Kapital Bank ASC-nin xx.xx.2026-cı il tarixdə 2026/204/1559 nömrəli məktubu ilə təqdim edilmiş bank məlumatlarına baxış keçirilərkən məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə 4169 7388 2368 7078 nömrəli karta, xx.xx.2025-ci il tarixdə isə 5239 1515 1288 9208 nömrəli karta mədaxil olunaraq pul köçürülmüşdür. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, məhkəmə qeyd edilən hallara hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Başqa sözlə desək, təqsirləndirilən şəxsin ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə isə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 180, 181-ci maddələri, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 179, 182 və 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Şəxs tövsifedici əlamətlər olmadan özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə məhkum edilməmişdirsə və ya cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdirsə, bu halda həmin hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə uyğun olaraq “təkrar törədilmiş cinayət” kimi tövsif edilməlidir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə də bu hüquq normasının tələblərindən çıxış edərək, dələduzluğun təkrar törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə görə cinayətin tərkib əlaməti kimi qəbul edir. Beləliklə, məhkəmə məhkəmə istintaqı dövründə verilmiş ifadələri və iş üzrə toplanmış materialları hərtərəfli və obyektiv şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tərkib əlamətləri mövcud olmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (Dələduzluq) cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Dələduzluq cinayəti talama cinayətləri kateqoriyasına daxil olsa da başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq- yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Hazırkı cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, zərərçəkənlərin etibarından istifadə edərək, onlara yalan vədlər vermək və aldatma yolu ilə (guya zərərçəkənlərin işə düzəldilməsində köməklik edəcəkdir) onların pullarını ələ keçirmiş, daha sonra müxtəlif bəhanələrlə bu pulları geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 vurulmuş maddi zərərin tam ödənilməsini, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərərin qismən ödənilməsini, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Göstərilənlərə əsasən məhkəmə nəzərə alır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə vurulmuş maddi zərər tam ödənilməmişdir və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün tətbiqi onun islahına, eləcə də cəzanın tərbiyəedici və xəbərdaredici məqsədlərinə xidmət etməyəcəkdir. Bu baxımdan, məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı hesab edir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunmalıdır ki, cəza öz mahiyyətinə görə yalnız törədilmiş cinayətə görə tətbiq edilən tənbeh tədbiri olmaqla məhdudlaşmır, həm də məhkumun qanunlara dəqiq riayət və ümumi yaşayış qaydalarına hörmət ruhunda islah edilməsi və yenidən tərbiyə olunması məqsədini daşıyır. Cəzanın tətbiqi cinayət əməlini törətmiş şəxsin şüurunda mövcud olan neqativ düşüncələrin aradan qaldırılmasına və onun hüququn tələblərinə əməl etməyə məcbur edilməsinə yönəlmiş dövlətin hüquqi təsir formasıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-690/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. “şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:15-də Yasamal RPİ-nin İstintaq Şöbəsində şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-690/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və sonuncu həmin tarixdən hazırkı vaxtadək həbsdə olmuşdur. Lakin “şübhəli şəxsin tutulması” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:15-də Yasamal RPİ-nin İstintaq Şöbəsində şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 03 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, ifadələr) cinayət təqibi üzrə sübutlar hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Odur ki, iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsinin tələbləri nəzərə alınaraq zərər çəkmiş şəxslərə mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 38 (otuz səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 418 (dörd yüz on səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132, 187, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 38 (otuz səkkiz) saata görə 418 (dörd yüz on səkkiz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. İş üzrə məhkəmə xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar