Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-102)-18/2026 11.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Sea Brez”də vaxtamuzd işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 11 mart 2026-cı il tarixdə saat 11.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 11 yanvar 2026-cı il tarixdə saat 05:00 radələrində ünvan 2 ünvanda yerləşən "Salon PUB" restoranında olarkən alkoqol sərxoşluğu vəziyyətində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onunla birlikdə restoranda istirahət edən sevgilisi ilə söhbət etməsini cüzi səbəb kimi bəhanə edib, bunu özü üçün qəbuledilməz hal hesab edərək, əsassız mübahisə yaratmaqla öz şəxsiyyətini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai yer hesab edilən klubda olan digər müştərilərin də narahatçılığına, habelə həmin klubun normal iş fəaliyyətinin pozulmasına səbəb olan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zər tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs sifət və baş nahiyəsindən yumruq zərbələri ilə vurub ona sağ təpə-gicgah nahiyəsinin şişkinlik fonunda sıyrığı və sol burun dəliyinin yuxarı kənarının əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, öz nişanlısı ilə “Salon” adlı məkanda oturan zaman onlara əvvəldən tanımadığı Elnur adlı şəxs yaxınlaşmış və onlarla tanış olmuşdur. Tanış olan zaman məlum olmuşdur ki, Elnur və nişanlısı Lena əvvəllər tanış olmuşlar. Söhbət əsnasında çox sərxoş olduğu üçün masanın üzərində yatıb qalmışdır. Lenanın səsinə oyanmış və Elnurun onu narahat etdiyini görmüşdür. Elnura masadan durub uzaqlaşmağı demiş, lakin Elnur onu təhqir etmişdir. Bu zaman Elnura üzündən bir zərbə vurmuş və Elnur həmin zərbədən yıxılmışdır. Özünə gəldikdən sonra Lena ilə Elnuru apararaq əl-üzünü yumuşlar. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəzanın seçilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 11 yanvar 2026-cı il tarixdə saat 12-dən bilyard oynamaq üçün getmişdir. Məkanda olan zaman pivə içmişdir. Boş yer görmüş və oturmuş, heç kimə fikir verməmişdir. Daha sonra 10 il əvvəldən tanıdığı Lenanı görmüş və tanımışdır. Yaxınlaşmış və söhbət etməyə başlamışlar. Bununla da söhbət bitmişdir. Daha sonra duraraq bilyard masasının yanına keçmiş və bilyard oynamaq üçün növbə gözləmişdir. Həmin an Lazarev gələrək onu vurmuşdur. Ona heç bir kömək etməmişdir. Özünə gəldikdə başının üstündə sadəcə Lena olmuşdur. Hadisə nəticəsində burnu zədələnmişdir. Məhkəmə iclasında şahid X5 öz ifadəsində bildirmişdir ki, “Salon Pub”da barmen işləyir. İşdə olan zaman söyüş səsləri eşitmişdir. Şəxsin sərxoş olduğunu görmüşdür. Daha sonra yaxınlaşaraq onları ayırmağa çalışmışdır. Zərərçəkmiş şəxs pul qabını masanın üzərinə qoyduğunu görmüş və söhbət etdiklərinin şahidi olmuşdur. Hadisəni kamerada olan videogörüntüdən görmüşdür. Ona görə də, tam detalları ilə anlamamışdır. Birbaşa davanı görməmiş, daha çox səsini eşitmişdir. Davanı kimin başlatdığını görməmişdir. X6 sataşaraq bədəni ilə bağlı ifadələr işlətdiyini eşitmişdir. Əlavə olaraq Elnur Qlebə “gəl, kişi kimi söhbət edək” tipli ifadələr səsləndirmişdir. Bundan sonra Qleb Elnurun üzündən vurmuş və Elnur üzü üstə yerə yıxılmışdır. Davadan sonra Qlebin yanındakı qadın Elnurun ayağa qalxmasına kömək etmiş və həmçinin Qlebi sakitləşdirmiş və onlar digər otağa getmişlər. Lakin onlar getdikdən sonra Elnur arxadan Qlebə söyüş söymüşdür və Qleb geri qayıdaraq Elnuru vurmuşdur. Dava zamanı restorana heç bir ziyan dəyməmişdir. Məhkəmə iclasında Şahid öz ifadəsində bildirmişdir ki, Qlebi çoxdan tanıyır, evlənməyə hazırlaşırlar. Əylənmək üçün “Salon Pub” restoranına getmişlər. 10 il əvvəl evində usta kimi işləyən Elnur adlı şəxs onların masasına yaxınlaşmış və bilyard oynamaq üçün növbə gözlədiyini bildirmişdir. Elnur onların masasında oturmuş və əlavə içki sifariş etmişdir. Sərxoş olmuşlar və Qleb yatmışdır. Elnur onunla danışmağa cəhd etmiş, əlini belinə qoymuşdur. Bundan narahat olaraq kənara keçmişdir. Daha sonra Qleb oyanaraq onu vurmuşdur. Elnur Qlebi dalaşmaq üçün təşviq etmişdir. Elnur vurulandan sonra Qeblə birlikdə onu apararaq əlüzünü yumuşlar. Orada Elnur şikayət etməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüyə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs restoranın salonunda sürətlə hərəkət edərək, salonda qoyulmuş bilyard masasının sağ tərəfində dayanmış Zərərçəkmiş şəxs çatır və əlləri ilə sonuncunun sifət və baş nahiyəsindən iki zərbə vurur. Zərərçəkmiş şəxs döşəmənin üzərinə yıxılır. Məhkəmə-tibb ekspertizasının 12 yanvar 2026-cı il tarixli 22 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – sağ təpə-gicgah nahiyəsinin şişkinlik fonunda sıyrığı və sol burun dəliyinin yuxarı kənarının əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə qeyd olunan nahiyələrə yumruqla zərblə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” tərəfindən tərtib olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 11 yanvar 2026-cı il tarixli 2/1894 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunda orta dərəcəli sərxoşluq halı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” tərəfindən tərtib olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 11 yanvar 2026-cı il tarixli 2/1895 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs orta dərəcəli sərxoşluq halı olmuşdur. 11 yanvar 2026-cı il tarixdə vətəndaş Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. 15 yanvar 2026-cı il tarixdə Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən aşkar cinayətlətə dair işlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat gedişində zərərçəkmiş şəxs qismində tanınmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 yanvar 2026-cı il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu istinad edilən cinayət əməlinə qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347,349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 220 (iki yüz iyirmi) manat pul tutulub, Bakı şəhəri 12 saylı Vəkil bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(5-102)-18/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(5-102)-18/2026
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver