Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-103)-4/2026 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X16 qızının katibliyi, Şikayət vermiş şəxs X6 nümayəndəsi və vəkili Müdafiəçi iştirakı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Xəyalə Səməd qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi və cəzalandırılması haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin qanuni təmsilçi-direktor vəzifəsini daşıyırdı. X9 ilə birlikdə hər birinə 50% təsis payı olmaqla sahibkarlıq fəaliyyəti məqsədi ilə "xxxx" MMC-ni yaratmışlar, lakin sonralar MMC yaxşı fəaliyyət göstərə bilmədiyinə görə təsis payının Xəyalə Həsrətovanın almasını təklif etmiş, lakin o, razılıq vermədiyi üçün MMC-nin fəaliyyətini dayandırdı. Sonra isə Xəyalə Həsrətovaya şirkətin əmlakının bölünməsini təklif etmişdir. Lakin o, razılığı olmadan MMC-yə məxsus olan 5 kompüter masaüstü; 5 monitoru; 5 ədəd işçi masası; müdür masası; stul 5 ədəd; kreslo 3 ədəd; kondisoner; printer; masa; hard disk; Samovar 2 ədəd; kağız kəsən; cildləmə aparatı; soyuducu; planşet; lazer metre; 130 azn-lik əlavə xırda ləvazimatları, eləcə də şirkətin lisenziyasını, möhürü və digər sənədləri götürüb aparmışdır. Xəyalə Həsrətovanın bu qanunsuz hərəkətləri barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Xəyalə Həsrətova şirkətə məxsus olan qeyd etdiyi əşyaları və sənədləri özbaşına olaraq Yasamal rayonu, Ş.Mehtiyev küçəsi 93-də yerləşən “Azəraqrar tikinti”-də yerləşən şirkətin ofisindən götürmüşüdür (qeyd olunan əşyaları götürməsini təsdiq edən video və fotolar olan disklər vardır). Buna görə də Xəyalə Həsrətova öz cinayət əməlini pərdələmək məqsədi ilə onun barəsində yalan olaraq "xxxx" MMC-yə məxsus pulları mənimsəməyinə dair müraciət etmiş, Yasamal rayon prokurluğunda araşdırma aparılmış və 18 avqust 2025- ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, ali təhsillidir, İtaliya Respublikasının Milan Politexnik Universitetinin memarlıq fakültəsinin magistatura təhsilini almış, hazırda dizayn və layihə sahəsində peşəkar fəaliyyət göstərir. Müştəriləri arasında yerli və xarici şirkətlər, ictimai şəxslər və təşkilatlar var. Cəmiyyət arasında formalaşmış nüfuzu, şəxsi şərəf və ləyaqəti mənim peşə fəaliyyəti üçün əsas rol oynayır. X5 Azərbaycan Respublikasının CM-nin 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyini təsdiq edən sübutları aşağıdakılardır: 2025-ci ilin dekabrın 21-də Xəyalə Həsrətova yalan olaraq “AzTimes” saytında yayaraq göstərmişdir: “X15” MMC-nin müştəri bazasını və əmlakını mənimsəyib, şirkətin bank hesablarından 12.000 manat, ofisdən 5000-10000 manat pulu mənimsəmişdir”. 2025-ci ilin dekabrın 22-də Xəyalə Həsrətova yalan olaraq Dəbilqə qəzeti sosial şəbəkə hesablarında yayaraq göstərmişdir: "xxxx" MMC-nin bank kartında olan 12.000 manatı və ofisdə saxlanılan 5000-10000 manat pulu Nuran Yasinova tərəfindən götürülmüşdü Nuran onu müqavilə imzalamağa məcbur etmişdir, Nuran Yasinova şirkətin fəaliyyəti dövründə əldə olunan gəlirlərdən ona təxminən 200.000-250000 manat divident ödənilməli olduğunu, 30000 izləyicisi -olan İnstaqram səhifəsini ələ keçirmişdir.” 2025-ci ilin dekabrın 3-25 tarixlərdə Xəyalə Həsrətova yalan olaraq “Facebook” sosial şəbəkisində hesablarında yayaraq göstərmişdir: "xxxx" MMC-nin instaqram səhifəsini oğurlamısan, birlikdə işlədiyi müddətdə başıma oyun açmısan, 5 illik instaqram portfelini oğurlamısan, mənə etdiklərin ailənin başına gəlsin. Mənim firmamın adını dəyişib korint construction adı altında dələduzluq qrupasının başçısı Nuran Yasinovadır. X3 genetikanda problem var. O iki “yoburunu” öyrədib salmısan mənim üzərimə facebook sosial şəbəkə istifadəsilərinə müraciət edərək: "xxxx" MMC inşaat firmasının 30000 instaqram səhifəsini başı hicablı insan” - yəni onun mənimsədiyini və dələduzluğundan yayındığını bildirir. X4 rayonu, Küçeyi kənd sakini sənin genetikanda problem var. Fırıldaq çıxarırsan əvvəlki alkaş min bir hoqqadan çıxan sonradan tülki həccə gedir təmiz inamlı göstərir. Vəzifə saxtakarlığı (AR CM-nin 313-cü maddəsi), mənimsəmə israf etmə (AR CM-nin 179- maddəsi), vəzifə səlahiyyətlərindən sui- istifadə (AR CM-nin 308-ci maddəsi), vəzifə səlahiyyətlərini aşma (AR CM-nin 309-cu maddəsi), dələduzluq (AR CM-nin 178-ci maddəsi), vergiləri ödəməkdən yayınma (AR CM- nin 213-cu maddəsi) cinayətlərini törətdiyini (foto şəkilləri paylaşır)”. 2025-ci ilin dekabrın 20-də Xəyalə Həsrətova yalan olaraq AJMEDiA-a saytında yayaraq göstərmişdir: "xxxx" MMC-nin bank kartında olan 12.000 manatı və ofisdə saxlanılan 5000-10000 manat nağd vəsaiti pulu Nuran Yasinova tərəfindən götürdüyünü, onu müqavilə imzalamağa məcbur etdiyini, fəaliyyəti dövründə əldə olunan gəlirlərdən ona təxminən 200.000-250.000 manat divident ödənilməli olduğunu, lakin qeyd edilən məbləği Nuran Yasinov tərəfindən mənimsənildiyini göstərmişdir. Guya o, 30000 izləyicisi olan İnstaqram səhifəsini naməlum şəraitdə oğurlamışdır. "xxxx" MMC-nin təsis sənədləri barədə (MMC-nin nizamnamə) barədə məlumat vermişdir.” 2025-ci ilin dekabrın 15-20-də “Facebook” sosial şəbəkəsində Milli dələduzlar qrupunda yayaraq göstərmişdir (eyni məzmunlu olaraq - “Facebook” sosial şəbəkisində “İsmayıl TürkünÖzü” səhifəsində, “ustalar klubu”, “təmir-tikinti” və sairə ümumi qruplarda): “Nuran Yasinovaya və onun yaxınlarına aid olan fotolar və həmin fotoların altından ortağımın qanunsuz əməlləri - Vəzifə saxtakarlığı (AR CM-nin 313-cü maddəsi), mənimsəmə israf etmə (AR CM-nin 179maddəsi), vəzifə səlahiyyətlərindən sui-istifadə (AR CM-nin 308-ci maddəsi), vəzifə səlahiyyətlərini aşma (AR CM-nin 309-cu maddəsi), dələduzluq (AR CM-nin 178-ci maddəsi), vergiləri ödəməkdən yayınma (AR CM- nin 213-cu maddəsi) cinayətlərini törətdiyini (foto şəkilləri paylaşır). Göründüyü kimi cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinin davranışının, mənəvi və əxlaqi dünyagörüşünün yüksək olmasına və cəmiyyətdə yaxşı mövqe tutmağına baxmayaraq X9 şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salamaq məqsədi ilə 2025-ci ilin dekabrın 21-də Xəyalə Həsrətova yalan olaraq “AzTimes” saytında yayaraq göstərmişdir: “X15” MMC-nin müştəri bazasını və əmlakını mənimsəyib, şirkətin bank hesablarından 12.000 manat, ofisdən 5000-10000 manat pulu mənimsəmişdir”. 2025-ci ilin dekabrın 22-də Xəyalə Həsrətova yalan olaraq Dəbilqə qəzeti sosial şəbəkə hesablarında yayaraq göstərmişdir: "xxxx" MMC-nin bank kartında olan 12.000 manatı və ofisdə saxlanılan 5000-10000 manat pulu Nuran Yasinova tərəfindən götürülmüşdür. Nuran onu müqavilə imzalamağa məcbur etmişdir, Nuran Yasinova şirkətin fəaliyyəti dövründə əldə olunan gəlirlərdən ona təxminən 200.000-250.000 manat divident ödənilməli olduğunu, 30000 izləyicisi olan İnstaqram səhifəsini ələ keçirmişdir.” 2025-ci ilin dekabrın 3-25 tarixlərdə Xəyalə Həsrətova yalan olaraq “Facebook” sosial şəbəkisində hesablarında yayaraq göstərmişdir: "xxxx" MMC-nin instaqram səhifəsini oğurlamısan, birlikdə işlədiyimiz müddətdə başıma oyun açmısan, 5 illik instaqram portfelini oğurlamısan, mənə etdiklərin ailənin başına gəlsin. Mənim firmamın adını dəyişib korint construction adı altında dələduzluq qrupasının başçısı Nuran Yasinovadır. X3 genetikanda problem var. O iki “yoburunu” öyrədib salmısan mənim üzərimə facebook sosial şəbəkə istifadəsilərinə müraciət edərək: "xxxx" MMC inşaat firmamın 30000 instaqram səhifəsini başı hicablı insan”- yəni onun mənimsədiyini və dələduzluğundan yayındığını bildirir. X4 rayon Küçeyi kənd sakini sənin genetikanda problem var. Fırıldaq çıxarırsan əvvəlki alkaş min bir hoqqadan çıxan sonradan tülki həccə gedir təmiz inamlı göstərir. Vəzifə saxtakarlığı (AR CM-nin 313-cü maddəsi), mənimsəmə israf etmə (AR CM-nin 179-cu maddəsi), vəzifə səlahiyyətlərindən sui- istifadə (AR CM-nin 308-ci maddəsi), vəzifə səlahiyyətlərini aşma (AR CM-nin 309-cu maddəsi), dələduzluq (AR CM-nin 178-ci maddəsi), vergiləri ödəməkdən yayınma (AR CM- nin 213-cu maddəsi) cinayətlərini törətdiyini (foto şəkilləri paylaşır)”. 2025-ci ilin dekabrın 20-də Xəyalə Həsrətova yalan olaraq AJMEDiA-a saytında yayaraq göstərmişdir: "xxxx" MMC-nin bank kartında olan 12.000 manatı və ofisdə saxlanılan 5000-10000 manat nağd vəsaiti pulu Nuran Yasinova tərəfindən götürdüyünü, onu müqavilə imzalamağa məcbur etdiyini, fəaliyyəti dövründə əldə olunan gəlirlərdən ona təxminən 200.000-250.000 manat divident ödənilməli olduğunu, lakin qeyd edilən məbləği Nuran Yasinov tərəfindən mənimsənildiyimi göstərmişdir. Guya 30000 izləyicisi olan İnstaqram səhifəsini naməlum şəraitdə oğurlamışdır. "xxxx" MMC-nin təsis sənədləri barədə (MMC-nin nizamnamə) barədə məlumat vermişdir.” 2025-ci ilin dekabrın 15-20-də “Facebook” sosial şəbəkəsində Milli dələduzlar qrupunda yayaraq göstərmişdir (eyni məzmunlu olaraq -“Facebook” sosial şəbəkisində “ustalar klubu”, “təmir-tikinti” və sairə ümumi qruplarda): “Nuran Yasinovaya və onun yaxınlarına aid olan fotolar və həmin fotoların altından . Ortağının qanunsuz əməlləri - Vəzifə saxtakarlığı (AR CM-nin 313-cü maddəsi), mənimsəmə israf etmə (AR CM-nin 179-cu maddəsi), vəzifə səlahiyyətlərindən sui-istifadə (AR CM-nin 308-ci maddəsi), vəzifə səlahiyyətlərini aşma (AR CM-nin 309-cu maddəsi), dələduzluq (AR CM-nin 178-ci maddəsi), vergiləri ödəməkdən yayınma (AR CM-nin 213-cu maddəsi) cinayətlərini törətdiyini (foto şəkilləri paylaşır)” ağır cinayət törətməkdə onu ittiham etməklə beləməlumatları kütləvi informasiya vasitəsi ilə yayaraq böhtanatmaqla Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa, Xəyalə Həsrətova, onun barəsində “Fecebook” sosial şəbəkəsində öz hesabında - “iki yoburunu öyrədib salmısan mənim üzərimə” nalayiq formada sözlərini barəsində nümayiş etdirməklə şərəf və ləyaqətini qəsdən alçatmaqla Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Barəsində yayılmış böhtan xarakterli və yalan məlumatlar şəxsi nüfuzuna ciddi xələl gətirmiş, iş fəaliyyətinə mənfi təsir göstərmiş və ona mənəvi zərər yetirmişdir. Həmin məlumatlar ictimaiyyətə açıq platformalarda yayıldığı üçün onların təsir dairəsi geniş olmuş və bu, onun ictimai imicimə ciddi zərbə vurmuşdur. Göstərilənləri nəzərə alaraq, xx.xx.1983-cü ildə Cəbrayıl rayonu, Hovuslu kəndində doğulmuş, qeydiyyatda olan, Azərbaycan Respublikası vətəndaşı, Suraxanı rayonu, 5-ci mədən küçəsində yaşayan X7 (ş.vəsq: seriyası AA 0154569) Azərbaycan Respublikasının CM-nin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyəltinə cəlb olunaraq 3 il müddətə azadlıqdan məhrum etmə ilə cəzası təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 nümayəndəsi və vəkili Müdafiəçi şikayəti tam müdafiə edərək məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 məhkəməyə gəlməmiş və gəlməməsinini səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin vəkilini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında şikayətçinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Plenum qərarından da göründüyü kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi kimi halların sübuta yetirilməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə aid edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdir. 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma — iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə tərəfindən Elektron Məhkəmə Sisteminə baxış zamanı müəyyən edilmişdir ki, X2 rayonu, Hovuslu Ərazi Dairəsi, Hovuslu kəndi ünvanında qeydiyyatdadır və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə onun yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yer göstərilməlidir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X11 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(5-103)-4/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(5-103)-4/2026
15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver