Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-104)-10/2026 29.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Nəsimi rayonu, Bülbül prospekti, ev 52, mənzil 30 qeydiyyatda olmaqla Yasamal rayonu, B.Məcidov küçəsi, ev 63 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Zərərçəkmiş şəxs 01 yanvar 2026-cı il tarixdə saat 19:07 radələrində ünvan 1 ünvanında olarkən əri Təqsirləndirilən şəxs ilə fikirlərinin üst-üstə düşməməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs üz nahiyyəsinə 2-3 dəfə əl və yumruq zərbəsi vuraraq ona sağ almacıq- yanaq mahiyyəsini əhatə edən qançır-şişkinliyi, sağ gözün alt göz qapağının, sağ gözaltı nahiyyənin qançırları, üst dodaq qançırı, selikli qişasının qansızmalı fonda əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Həmin əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətəkdə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4 ilə yaxındır ki, Zərərçəkmiş şəxs ilə rəsmi nikah əsasında evlidir və onlar birlikdə Yasamal rayonu, B.Məcidov küçəsi, ev 63 ünvanında yaşayır. 01.01 2026-cı il tarixdə arvadı Zərərçəkmiş şəxs uşağlarına hədiyyə verilən beşiyi sosial şəbəkədə 70 AZN-nə satmış və həmin pulun 20 AZN məbləğini onun anasına vermişdir. Daha sonra Aytac ovladı Melisi götürərək şəhərə gəzməyə getmişdir. Saat təxminən 19:07 radələrində Zərərçəkmiş şəxs evə gəldikdə o, Aytaca 50 AZN pulu nə etdiyini soruşmuş, Aytac isə cavabında həmin pulu şəhərdə ovladı üçün azuqələr aldığını bildirdi. O, Aytaca maddi vəziyyətinin pis olduğunu və həmin pulu xərclədiyi üçün Aytacla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı əsəbləşərək arvadı Zərərçəkmiş şəxs üz nahiyyəsinə sağ əli ilə 2-3 dəfə əl və yumruğ zərbəsi endirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tamamilə ödəməsini nəzərə alaraq barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah əsasında ailə həyatı qurmuşdur. Təxminən 10 gün əvvəl 2 yaşlı qızı Melis Şahbazovanın baxça müəllimi ailələrinin imkanı pis olduğu üçün ona öz evindən bir ədəd işlənmiş uşaq üçün nəzərdə tutulmuş beşik vermişdir. O, həmin beşiyi götürərək yaşadığı Yasamal rayonu, B.Məcidov küçəsi, ev 63 ünvanına gətirmişdir. Daha sonra həmin beşiyi satmaq üçün “İnstagram” sosial şəbəkəsində elan yerləşdirmiş və xx.xx.2026-cı il tarixdə bir nəfər şəxs məndən 70 AZN müqabilində həmin beşiyi almışdır. O, həmin 70 AZN pulun 20 manat məbləğini qaynanasına vermiş və uşağı Melisi əmimgilin ailəsi ilə birlikdə Bakı şəhərində gəzməyə aparmışdır. 50 AZN pulu orada olarkən uşağına yemək üçün bəzi azuqələr almışdır. Saat 19:07 radələrində evinə qayıtmış və əri Çoşqun Şahbazov 50 AZN pulu xərclədiyi üçün onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu sağ əli ilə üz nahiyyəsinə 2-3 dəfə əl və yumruğ zərbəsi vuraraq döymüş və ona xəsarət yetirmişdir. Bundan sonra o, ağlaya-ağlaya yaşadığı ünvandan çıxaraq bu barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini və sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” 2 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (İ/V. 01). Hadisə yerinə baxış keçirilməsi barədə 01.01,2026-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi yer ünvan 2 ünvanında baş vermişdir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. (İ/V. 9-13). MTE və PA X5 Şəxsin Yasamal rayon şöbəsinin 02.01,2026-cı il tarixli 01 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət- sağ almacıq- yanaq mahiyyəsini əhatə edən qançır-şişkinliyi, sağ gözün alt göz qapağının, sağ gözaltı nahiyyənin qançırları, üst dodaq qançırı, selikli qişasının qansızmalı fonda əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2026-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. (İ/V. 21-23). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 57). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2026-cı il tarixli 3-28-29/2-133/2026 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin psixatriya xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 55). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ziyanın tamamilə ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını bildirməsini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(5-104)-10/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2026-cı il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(5-104)-10/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(5-104)-10/2026
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver