Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-104)-18/2026 25.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev No 207, 12 saylı mənzildə qeydiyyatda olan və Ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlayaraq daşımışdir. Belə ki, o, 02 sentyabr 2025-ci il tarixdə səhər saatlarında satış məqsədi olmadan Bakı şəhəri, Nəsimi rayonundakı «Kubinka» deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 02 sentyabr 2025-ci il tarixdə günorta saat 13:30 dəqiqədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 75 saylı ünvanda yerləşən yarımtikili binanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq, orada üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan yaş asfalt rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,782 qram ağ rəngli, kristal şəklində kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməsədə gündəlik çörək pulu qazanmaq məqsədi ilə fərdi əməklə məşğul olur. O, təxminən bir ilə yaxındır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 02 sentyabr 2025-ci il tarixdə səhər saatlarında o, psixotrop maddə olan metamfetamin almaq üçün Bakı şəhəri, Nəsimi rayonundakı "Kubinka" adlanan əraziyə getmişdir. O, orada üzdən tanıdığı lakih anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən iyirmi manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf rangli sellofana bükülmüş və içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetamin kimi bildiyi bir ədəd bükümü alıb əynində olan yaş asfalt rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Həmin psixotrop maddə olan metamfetamini o, şalvarının cibində gizlədib piyada hərəkət etməyə başlamışdır. Həmin gün günorta saat 13:30 dəqiqədə o, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 75 saylı ünvanda yerləşən yarımtikili binanın qarşısında tanışı X10 ilə görüşmüş və orada onlar qərar vermişlər ki, üzərində olan psixotrop maddəni yarımtikili binanın içərisində istifadə etsin. Lakin həmin vaxt o, Vüqar Məmmədovla birlikdə qeyd olunan ünvanın qarşısında dayandığı zaman mülki geyimdə olan şəxslər hər ikisinə yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərdən hansı səbəbə saxlandıqlarını soruşduqda polis əməkdaşları ona və Vüqar Məmmədova narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə olunmasında, saxlanmasında və daşınmasında şübhəli olduqlarını bildirib, hər ikisinə üzərilərində narkotik vasitə, yaxud psixotrop maddələrin olub-olmadığını, varsa təqdim etməyi təklif etmişlər. O, həmin vaxt üzərində olan psixotrop maddəni gizlətməyin mümkün olmadığını görüb əynində olan yaş asfalt rəngli idman şalvarının sağ yan cibində gizlətdiyi və içərisində psixotrop maddə metamfetamin olan, şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin CA üzrə Əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs ilə X6 Bakı şəhəri, Yasamal rayonunun ərazisində narkotik vasitə, yaxud psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 ilə polis leytenantı Şahid3 və onun iştirakı ilə 02 sentyabr 2025-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. O, 02 sentyabr 2025-ci il tarixdə günorta saat 13:30 dəqiqədə əməliyyat qrupunun digər iştirakçıları Şahid2 ilə Şahid3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 75 saylı ünvanda yerləşən yarımtikili binanın qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxslə Vüqar Məmmədova bənzəyən şəxslərə yaxınlaşaraq onlara özlərini təqdim edib onların şəxsiyyətini dəqiqləşdirmişlər. Bundan sonra onlara üzərində daşınması qanunla qadağan olunmuş əşyaları təqdim etmələrini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlini əynində olan yaş asfalt rəngli idman şalvarının sağ yan cibinə salaraq, oradan şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxardıb ona təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm özünün gözü qarşısında açılmış və həmin bükümdə ağ rəngli, kristall şəkilli maddənin olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 02 sentyabr 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” deyilən ərazidə üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən iyirmi manat pul müqabilində aldığın və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rangli sellofana bükülmüş bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında onun tərəfindən qablaşdırılaraq içərisi boş olan ağ rəngli zərfə qoyulmuş və möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan yaş asfalt rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 11-13) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan iki ədəd zərfə baxış keçirildi. Təqsirləndirilən şəxs üzərindən götürülüb qablaşdırılaraq möhürlənmiş zərfdən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli, kristalşəkilli maddə aşkar olunmuşdur. Sonra aşkar olunan maddə qablaşdırılaraq möhürləndi. Təqsirləndirilən şəxs üzərindən götürülüb qablaşdırılaraq möhürlənmiş “Redmi-Note” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefon sönülü olduğu üçün mobil telefona daxil olmaq mümkün olmadı. Daha sonra həmin mobil telefon qablaşdırılıb möhürləndi. (i.v. 15-16) “Şübhəli şəxsin tutulması haqqında” 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 28-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 03 sentyabr 2025-ci il tarixli 6/2946 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün No 188" möhür əksi, "Şübhəli şəxs Təqsirləndirilən şəxs" el yazıları və sair adlar, soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,782 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (i.v. 45-46) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-681/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmişdir. X4 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o dərhal məhkəmə iclas zalından azad olunmuşdur. (i.v. 72-76) “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və eyni zamanda barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 04 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad olunmuş və eyni zamanda onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 77-78) “Maddi sübut kimi tanınma haqqında” 12 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 1.782 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.682 qram psixotrop maddə metamfetamin saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. (i.v. 84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 87) “DVD formatlı disklər üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” 29 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, 02 sentyabr 2025-ci il tarixdə saat 13:30 dəqiqədə qeydə alınır. Diskdə olan görüntüdə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin şöbənin CA üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis leytenantı Şahid3 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 75 saylı ünvanda yerləşən yarımtikili binanın qarşısında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. Polis əməkdaşları Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz olaraq xeyli miqdarda əldə olunması, saxlanması və daşınmasında şübhəli olduğunu bildirib, həmin şəxsin üzərində narkotik vasitə, yaxud psixotrop maddələrin olub-olmadığını, varsa təqdim etməsini təklif etdilər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlini əynində olan yaş asfalt rəngli idman şalvarının sağ yan cibinə salaraq, oradan şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümü çıxardıb polis əməkdaşlarına təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm özünün gözü qarşısında açıldı və həmin bükümdə ağ rəngli, kristall şəkilli maddənin olması aşkar olundu. (i.v. 90) “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 04 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 106-107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 nəticələrinə dair 13 noyabr 2025-ci il tarixli 7107 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən Bakı şəhər NM-də F19x2 diaqnozu ilə dispanser qeydiyyatındadır. (i.v. 128-129) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 08 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 131-132) “”Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətindən ələ keçirilərək götürülmüş «CD» formatlı diskin yaddaşına köçürülmüş məlumatlara baxış keçirilməsi haqqında” 09 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** mobil telefon nömrəsindən 04 avqust 2025-ci il tarix saat 00:00:00-dan 04 sentyabr 2025-ci il tarix saat 00:00:00-a kimi olan müddət ərzində çıxan və daxil olan zənglərin, SMS yazışmalarının tarixçələri və anten dairəsinə aid məlumatlar qeydə alınmış, həmçinin ********** simkart nömrəsindən 04 avqust 2025-ci il tarix saat 00:00:00-dan 04 sentyabr 2025-ci il tarixdə saat 00:00:00-ə kimi olan müddət ərzində çıxan və daxil olan SMS mətinlərinə aid məlumatlara dair qeydlər alınmış, həmin SMS mətnlərində iki dəfə "Seni taparam", iki dəfə "Senin tukevu qulaqlarin boyda eliyib od vurum sende bax" və iki dəfə "Kuçedeyem taparam axır" sözləri qeydə alınsada cinayət işi üçün əhəmiyyətli ola biləcək narkotik vasitələrin və yaxud psixotrop maddələrin qanunsuz dövriyəsi ilə bağlı hər hansı bir yazışma aşkar olunmadı. Eyni zamanda ********** nömrəsi ilə danışıqlar aparan 21 nəfər ayrı-ayrı abunəçinin anket məlumatları qeyd olunmuşdur. Bununlada bir ədəd "CD" formatlı disk elektron məlumat daşıyıcısında olan məlumatlara baxışın keçirilməsi tamamlanmış və həmin disk qaytarılıb cinayət işinin materiallarında olan 01 dekabr 2025-ci il tarixli, GQ-2-1337-1156-2025 nömrəli məktuba əlavə edilmiş zərfə qoyulmaqla qablaşdırılıb Azərbaycan Respublikas DİN-nin 42 saylı möhürü ilə möhürlənmişdir. (i.v. 137) “Sübutların qiymətləndirilməsi haqqında” 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, iki ədəd “DVD” formatlı disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. (i.v.138-147) 14 yanvar 2026-cı il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi- Note” markalı mobil telefon aparatı sonuncu tərəfindən qəbul edilərək götürülmüşdür. (i.v. 150) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış 25 fevral 2026-cı il tarixli ərizədən görünür ki, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 1.782 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-nin müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham qərarü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində biri yetkinlik yaşına çatmayan biri azyaşlı olmaqla iki övladı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 nəticələrinə dair 13 noyabr 2025-ci il tarixli 7107 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən Bakı şəhər NM-də F19x2 diaqnozu ilə dispanser qeydiyyatındadır. (i.v. 128-129) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,682 qram psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132) İş üzrə Təqsirləndirilən şəxs məxsus “Redmi-Note” markalı mobil telefon aparatının ona geri qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Bakı Şəhəri 4 saylı” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.682 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs məxsus “Redmi-Note” markalı mobil telefon aparatının ona geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə hazırlıq iclaslarında iştirak etdiyi 15 (on beş) saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(5-104)-18/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(5-104)-18/2026
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver