Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-104)-3/2026 29.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:50 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Teyqubad qızının iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-99/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 09 (doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsi ev 87-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı CÇM-də cəza çəkməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli midarda əmlakım ələ keçirmək məqsədilə heç bir səlahiyyəti və həmin məsələnin həlli ilə bağlı imkanı olmadığı halda Zərərçəkmiş şəxs qızma özünü geniş əlaqələrə malik olan şəxs kimi tanıdıb həmin əlaqələri vasitəsilə ünvanlı sosial yardım düzələcəyini və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ünvan 2 ünvanında yerləşən evinə çıxarış almaqda köməklik edəcəyinə dair Zərərçəkmiş şəxs yalandan vəd verib aldadaraq bu adla Zərərçəkmiş şəxs 03 mart 2023-cü il tarixdə saat 19:43:34-də ünvan 3 ünvanında yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi X8 adma olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına köçürdüyü 180 manat pul vəsaitini, 02 aprel 2023-cü il tarixdə saat 13:44:40-da Masallı rayonu, Tiirkoba kəndində yerləşən “Yağmur” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi X8 adma olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına köçürdüyü 350 manat pul vəsaitini, 06 aprel 2023-cü il tarixdə saat 14:15-də Masallı rayonu, Qəriblər kəndində yerləşən “Cavad” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi X8 adma olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına köçürdüyü 500 manat pul vəsaitini, 07 aprel 2023-cü il tarixdə saat 16:30- da Masallı rayonu. Qəriblər kəndində yerləşən “Cavad” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi X8 adma olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına köçürdüyü 2000 manat pul vəsaitini, 19 aprel 2023-cü il tarixdə saat 18:34:52-də ünvan 3 ünvanında yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi X8 adma olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******1463 nömrəli bank kart hesabına kömürdüyü 700 manat pul vəsaitini, bundan başqa eyni məqsədlə Zərərçəkmiş şəxs 24 aprel 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının qarşısında 4570 manat pul vəsaitini və 29 aprel 2023-cü il tarixdə yenidən ünvan 5 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının qarşısında 3000 manat pul vəsaitini Zərərçəkmiş şəxs alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs X9ma ümumilikdə 11300 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər cinayət törətdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Mingəçevir şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Əqli və psixi cəhətdən sağlamdır, heç bir xəstəxanada və poliklinikada qeydiyyatda olmamışdır. 2023-cü ilin yanvar ayında Bakı şəhərində evlərin alqı-satqısı ilə məşğul olan Zeynalabdin Abbasovla tanış olmuşdur. Zərərçəkmiş şəxs isə 2023-cü ilin mart ayında Tərgülıin yeznəsi olan Zeynalabdinin vasitəsi ilə tanımışdır. Tanışlıq zamanı o, özünü X2 təqdim etmiş, həmçinin Qarabağ müharibəsi qazisi olduğunu demişdir. Zeynalabdin də onu Elmir kimi tanımışdır. 2023-cü ilin mart ayında Zeynalabdinlə görüşüb söhbət edən zaman Zeynalabdin ona qohumu Zərərçəkmiş şəxs sosial yardım və Yeni Yasamal yaşayış massivində yerləşən evinin sənəd işlərini həll etmək məqsədi ilə Tərgülə kömək etməyini ondan xahiş etdikdə Zeynalabdinə mobil telefon nömrəsini Tərgül xanıma verməsini bildirmişdir. 2023-cü ilin mart ayının əvvəllərində Tərgül xanım istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən onun istifadəsində olan mobil telefon nömrəmə zəng edib mobil telefon nömrəsini Zeynalabdindən aldığını və onunla görüşüb söhbət etmək istədiyini demişdir. 2023-cü ilin mart aymın ilk günlərində Tərgül xanımla Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında görüşmüşdür. Həmin görüşə Tərgül xanım oğlu Fəqanla birlikdə gəlmişdir. Söhbət zamanı Tərgül xanım ona sosial yardım və Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yerləşən evinin sənəd işlərinin həll edilməsində, yəni Əmlak Komitəsindən çıxarış alınmasında köməklik etməyimi ondan xahiş etdikdə o, Tərgül xanıma problemin olmadığını demişdir. Həmin görüşdən sonra Tərgül xanımla onun istifadəsində olan mobil telefon nömrəsinin Whatsapp tətbiqi proqramı vasitəsilə zəngləşib əlaqə saxlamış və söhbət zamanı Tərgül xanıma ona sosial yardım və Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində yerləşən evinin sənəd işlərinin həll edilməsi üçün cəmi 11300 manat pul lazım olduğunu deyəndə Tərgül xanım onunla razılaşmış və o, da Tərgül xanımın istifadəsində olan mobil telefon nömrəsinin Whatsapp tətbiqi proqramına istifadəsində olan həyat yoldaşı X17ma adma olan "xxxx"a məxsus 416973******2643 və 41697388******1463 bank kart hesablarının nömrələrini göndərmişdir. Bundan sonra Tərgül xanım 416973******2643 bank kart hesabına 03 mart 2023-cü ildə 180 manat, 02 aprel 2023-cü ildə 350 manat, 06 aprel 2023-cü ildə 500 manat, 07 aprel 2023-cü ildə 2000 manat, 19 aprel 2023-cü ildə 700 manat pul köçürmüşdür. Hər iki məsələnin həlli üçün o, heç bir görməyəcəyini əvvəlcədən bilirmiş və bu məsələlərlə bağlı vəzifədə olan tanışlarının məşğul olması barədə Tərgül xanıma dedikləri onun özünün uydurmaları idi və Tərgül xanımın hər hansı bir məsələsini həll etmək niyyətim yox olmamış və pulları da konkret olaraq hər hansı bir vəzifəli şəxsə vermək üçün almamışdır. Bundan sonra Türgül xanım ona bu işlərin görülməsi üçün 24 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən "xxxx"ın “İnşaatçılar” filialının qarşısında 4570 manat və 29 aprel 2023-cü il tarixdə yenidən Şərifzadə küçəsində yerləşən "xxxx"m “İnşaatçılar” filialının qarşısında 3000 manat pul vermişdir. Həmin vaxt Türgül xanımın oğlu da oların yanında olmuşdur. Pulları aldıqdan sonra o, heç bir iş görməyib Tərgül xanımdan almış olduğu cəmi 11300 manat pulu öz ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qız ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs X3 tanımışdır. Belə ki, yeznəsi Zeynalabdin Abbasovun vasitəsi ilə X3 özünü mənə təqdim edən Təqsirləndirilən şəxs ilə 2023-cü ilin mart ayının əvvəllərdində tanış olmuşdur. Belə ki, həmin ərəfələrdə özü üçün sosial yardım və ünvan 2 ünvanında yerləşən evinə Əmlak Komitəsindən çıxarış almaq istəmişdir. Bu məqsədlə də evlərin alqı-satqısı ilə məşğul olan yeznəm Zeynalabdin Abbasova danışdıqda Zeynalabdin ona ilkin tanışlıq zamanı X3 tanıdığı Təqsirləndirilən şəxs ilə bu barədə danışıb ona məlumat verəcəyini dedikdən sonra həmin ərəfədə Zeynalabdin ona Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsini vermiş və o, da bundan sonra Təqsirləndirilən şəxslə özünün istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsi ilə Xoşbəxtin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib telefonla söhbət edib hər iki məsələni Xoşbəxtə danışmışdır. Təqsirləndirilən şəxs ona da özünü Elmir Cavadov kimi təqdim etmişdir. Hər iki məsələ haqqında Elmir Cavadov kimi tanıdığı, əslində Təqsirləndirilən şəxs danışanda X20 Nazirliyində və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində vəzifədə işləyən tanışlarının olduğunu, ünvanlı sosial yardım alınmasında və evinə görə çıxarış ala biləcəyini deyib Xoşbəxt ondan bunun müqabilində 12000 manat pul istəmiş və tezliklə hər iki məsələni həll edəcəyini demişdir. Bundan sonra Xoşbəxtlə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında görüşüb üzbəüz söhbət etmişlər və həmin vaxt oğlu Fəqan da onun yanında olmuşdur. Söhbət zamanı Xoşbəxt Qarabağ müharibəsinin qazisi olduğunu və hər iki məsələnin həllində ona köməklik edəcəyini deyib bu məsələlərə görə ondan 12000 manat alacağını demişdir. O, Xoşbəxtlə razılaşmış və Xoşbəxt onun istifadəsində olan mobil telefon nömrəsinin Whatsapp proqramına arvadı X8 adma olan "xxxx"a məxsus 416973******2643 və 41697388******1463 bank kart hesablarının nömrələrini göndərmişdir. İlk dəfə o, 03 mart 2023-cü il tarixdə saat 19:43:34-də ünvan 3 ünvanında yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə X8 adma olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına 180 manat, növbəti dəfə 02 aprel 2023- cü il tarixdə saat 13:44:40-da Masallı rayonu, Tiirkoba kəndində yerləşən “Yağmur” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə X8 adma olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına 350 manat köçürmüşdür. 06 aprel 2023-cü il tarixdə saat 14:15-də Masallı rayonu, Qəriblər kəndində yerləşən “Cavad” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə X8 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına 500 manat və 07 aprel 2023-cü il tarixdə saat 16:30-da Masallı rayonu. Qəriblər kəndində yerləşən “Cavad” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə X8 adma olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına 2000 manat köçürmüşdür. 19 aprel 2023-cü il tarixdə saat 18:34:52-də ünvan 3 ünvanında yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə X8 adma olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******1463 nömrəli bank kart hesabına 700 manat pul köçürmüşdür. 24 aprel 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının qarşısında 4570 manat və 29 aprel 2023-cü il tarixdə yenidən M.Şərifzadə küçəsi 162 A ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının qarşısında 3000 manat Xoşbəxtə pul vermişdir. Pulun 700 manatını isə hər iki məsələ həllini tapdıqdan sonra verəcəyini Xoşbəxtə demiş və Xoşbəxt də onunla razılaşmışdır. Xoşbəxtə pul verən zaman və bank kart hesabına pul köçürəndə oğlu Fəqan onun yanında olmuşdur. 2023-cü ilin may ayında məsələ ilə bağlı Xoşbəxtlə maraqlanmaq istədikdə Xoşbəxt tezliklə sosial yardımla və evi ilə bağlı məsələsinin həll ediləcəyini demişdir. Bundan sonra Xoşbəxt hər dəfə bir bahənə edib vaxtı uzatmağa başlamışdır. Daha sonra Xoşbəxtin mobil telefon nömrəsinə zəng çatmamış və bununla da başa düşmüşdür ki, Xoşbəxt onu aldadıb. Bununla da Xoşbəxt ona 11300 manat maddi ziyan vurmuşdur. Xoşbəxtin istifadəsində olan bank kart hesabına pul köçürməsini təsdiq edən ödəniş qəbzlərini təqdim edib. 2024-cü ilin mart ayında isə Xoşbəxtdən 29-cu Polis Şöbəsinə ərizə ilə şikayət etmişdir. Ərizəsin də Xoşbəxtə məsələlərin həlli ilə bğalı 2023-cü ilin iyul ayında pul verməyi, izahat və ifadələrində 09 mart 2023-cü il tarixdə bank kartına 400 manat köçürməyi, 10 aprel 2023-cü il tarixdə 3000 manat pul veməyi barədə dedikləri həqiqətə uyğun deyildir. Belə ki, hazırda vermiş olduğu ifadəsində hadisənin necə baş verdiyini və nə qədər pul verməyi barədə olan məlumatları tam olaraq göstərmişdir. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər ödənilməmişdir və buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının sonlarından tanımışdır. Belə ki, həmin vaxtlar onun özü ev alqı-satqısında makler kimi fəaliyyət göstərmişdir. Həmin vaxt Xoşbəxt onun yerləşdirdiyi elana baxaraq onun mobil telefonuna zəng vurub onunla görüşmüşdür. Həmin vaxt Xoşbəxt özünü Elmir adı ilə ona təqdim edərək bildirmişdir ki, ikinci Qarabağ müharibəsinin qazisidir və Füzuli rayonunda gedən döyüşlərdə yaralanmışdır. O, həmin vaxt Xoşbəxtin ayağı yaralı olduğunu və sürdüyü avtomobildə Azərbaycan Respublikasının bayrağmınm olmasını görmüşdür. Buna görə də o, Xoşbəxti qazi kimi tanımışdır. Həmin vaxt Xoşbəxt kirayəyə ev tutmaq istədikdə Xoşbəxtə bu barədə köməklik göstərmişdir. Bundan sonra Xoşbəxtlə onun yaxın münasibəti yaranmışdır. Söhbət əsnasında o, Xoşbəxtə demişdir ki, diabet xəstəsi olduğu üçün ona pensiya verilmiş, lakin altı il ona pensiya verildikdən sonra pensiyanın qalan 18 ayını ala bilməmişdir. Həmin vaxt Xoşbəxt maraqlanıb ona demişdir ki, əlavə olaraq 4750 manata yaxın ona pul verilməlidir. O, Xoşbəxtə pensiyanın altı ayını ona verəcəyini, həmin pulu almaqda köməklik etməsini dedikdə Xoşbəxt ona bildirmişdir ki, həmin məsələ ilə əlaqədar lazımi şəxslərə pul verilməlidir. Xoşbəxtdən neçə manat pul verilməlidir deyə soruşduqda Xoşbəxt ona demişdir ki, heç olmasa 500 manat pul verilməlidir. Bu səbəbdən də o qohumu Tərgüldən 500 manat pulu borca istəmişdir. Həmin vaxt Tərgiil ondan , həmin pulun ona nə üçün lazım olduğunu onda soruşanda Tərgülə demişdir ki, qalan pensiyasının bərpası üçün həmin pulu verməlidir. Həmin vaxt Tərgül ondan xahiş etmişdir ki, ona da sosial yardım düzəlməsində köməklik etsin. Buna görə də Xoşbəxtin mobil nömrəsini Tərgülə vermişdir ki, özləri əlaqə saxlasınlar. X18 əlaqə saxlaması barədə bilməmişdir. Lakin sonra ona məlum oldu ki, Xoşbəxt dələduzluq edərək Tərgülün təxminən 12000 manata yaxın pulunu ələ keçirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun anası, Zeynalabdin Abbasov isə qohumudur. Təqsirləndirilən şəxs X3 tanımışdır. Belə ki, anası Zərərçəkmiş şəxs Zeynalabdin Abbasovun vasitəsi ilə X3 özünü təqdim edən Təqsirləndirilən şəxs ilə 2023-cü ilin mart ayının əvvəllərdinə tanış olmuşdur. Onun anası özü üçün sosial yardım və ünvan 2 ünvanında yerləşən evlərinə Əmlak Komitəsindən çıxarış almaq istəmişdir. Anasım evdən söhbət edən zaman Zeynalabdin Abbasovla bu barədə danışdığını, Zeynalabdinin ona X3 tanıdığı Təqsirləndirilən şəxs ilə bu barədə danışıb xəbər edəcəyini demişdir. Zeynalabdin də onun anasına Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsini vermiş və bundan sonra anası Təqsirləndirilən şəxslə telefonla danışmışdır. Təqsirləndirilən şəxs onun anasına Sosial Müdafiə Nazirliyində və Əmlak Komitəsində vəzifədə işləyən tanışlarının olduğunu, anasına sosial yardım düzəlməsində və evə görə çıxarış ala biləcəyini deyib Xoşbəxt anasından bu işlərin həll edilməsi üçün 12000 manat pul istəmişdir. Bundan sonra onun özü və anası Xoşbəxtlə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında görüşüb üzbəüz söhbət etmişlər. Xoşbəxt Qarabağ müharibəsinin qazisi olduğiunu və məsələnin həllində köməklik edəcəyini onun anasına deyib bu məsələlərə görə 12000 manat alacağını deyəndən sonra anası Xoşbəxtlə razılaşmışdır. Xoşbəxt onun anasının istifadəsondə olan telefon nömrəsinin Whatsapp proqramına arvadı X8 adma olan "xxxx"a məxsus 416973******2643 və 41697388******1463 hesab nömrələrini göndərmişdir. Onun anası da 03 mart 2023- cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Rahat” supermarketdəki “MilliÖn” terminalından X8 adma olan "xxxx"a məxsus 416973******2643 nömrəli bank kart hesabına 180 manat, 02 aprel 2023-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində yerləşən “Yağmur” marketdəki “MilliÖn” terminalından X8 adma olan "xxxx"a məxsus 416973******2643 nömrəli bank kart hesabına 350 manat, 06 aprel 2023-cü il tarixdə Masallı rayonu. Qəriblər kəndində yerləşən “Cavad” marketdəki “mpay” terminalından X8 adma olan "xxxx"a məxsus 416973******2643 nömrəli bank kart hesabına 500 manat, 07 aprel 2023-cü il tarixdə Masallı rayonu, Qəriblər kəndində yerləşən “Cavad” marketdəki “mpay” terminalından X8 adma olan "xxxx"a məxsus 416973******2643 nömrəli bank kart hesabına 2000 manat göndərdi. Anam daha sonra 19 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “Rahat” supermarketdəki “MilliÖn” terminalından X8 adma olan "xxxx"a məxsus 416973******1463 nömrəli bank kart hesabına 700 manat pul göndərmişdir.Həmin faktları təsdiq edən bank qəbzlərini anası istintaq zamanı təqdim etmişdir. 24 aprel 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən “Kapital Bank’hn “İnşaatçılar” filialının qarşısında 4570 manat və 29 aprel 2023-cü il tarixdə yenidən həmin ünvanda 3000 manat pulu anasın onun yanında Xoşbəxtə vermişdir. Anası ilə Xoşbəxtin arasında olan razılaşmaya görə anası pulun 700 manatını işlər həllini tapdıqdan sonra Xoşbəxtə verməli idi. 2023-cü ilin may ayında məsələ ilə bağlı onun anası Xoşbəxtlə danışmış və Xoşbəxt qısa zamanda sosial yardımla və evlə bağlı məsələlərin həll ediləcəyini demişdir. Bundan sonra Xoşbəxt hər dəfə bir bahənə edib vaxtı uzatmağa başlamışdır. Daha sonra Xoşbəxtin mobil telefon nömrəsinə zəng çatmamış və bununla da başa düşmüşlər ki, Xoşbəxt onun anasını aldadıb. Bununla da Xoşbəxt onun anasına 11300 manat maddi ziyan vurmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun əridir və Xoşbəxtlə 2010-cu ildə qeyri rəsmi olaraq ailə qurmuş və həmin qeyri rəsmi nikahdan onun 15 iyun 2011-ci ildə qızı Vəfa Quluzadə, 22 noyabr 2022-ci ildə oğlu Hüseyn Həsənov və 22 iyul 2024-cü ildə qızı Ruqayyə Həsənova anadan olmuşdur. Təqsirləndirilən şəxslə onun arasında rəsmi olaraq nikahları 31 yanvar 2025-ci il tarixdə bağlanmışdır. Hazırda onun soyadı Quliyevadır, rəsmi nikah bağlanan günədək isə onun soyadı Həsənova olmuşdur. Odur ki, onun soyadında olan dəyişiklik nəzərə alınmalıdır. Onun əriz X1 şəhər Məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və əri Bəxtiyar Quliyev hazırda cəza çəkməklə 16 saylı cəzaçəkmə müəssisəsində həbsdə saxlanılır. Təqsirləndirilən şəxslə rəsmi nikahı bağlanan günədək onun soyadı Həsənova olmuş və həmin dövrdə o, "xxxx"dan Həsənova soydı ilə 416973******1463 nömrəli və 416973******2643 nömrəli bank kartları alıb istifadə etmək üçün əri Təqsirləndirilən şəxs vermişdir ki, istifadə etsin. Göstərilən tarixlərdə onun adma olan hər iki bank kartından Xoşbət Quliyev istifafə etmişdir və bank kart hesabına daxil olan pul məbləğlərindən xəbəri olmayıb və həmin pulları onun adma olan bank kart hesabına kimin köçürdüyünü bilmir və bu barədə məlumatı olmadığından heç nə deyə bilmir.Zərərçəkmiş şəxs tanımır və Xoşbəxtin Tərgül adlı qadından 11300 manat pul alması barədə məlumatı olmayıb. Nikahdan sonra Quliyeva soyadı ilə şəxsiyyət vəsiqəsi almadığından köhnə şəxsiyyət vəsiqəsində onun soyadı Həsənova kimi qeyd edilib. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Yasamal RPİ-nin 29-cu PŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V.1-2) “Götürmə və baxış aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs 03 vərəqədə olan ödəniş qəbzinin kserosurəti və 02 vərəqədə olan ödəniş qəbzinin əsilləri götürülərək baxış aparılmış və baxış zamanı müəyyən edilmişdir ki, 03 mart 2023-cii il tarixdə saat 19:43:34-də ünvan 3 ünvanında yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə üzərində jq*****X*****E***** hərfləri qeyd edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına 180 manat, 02 aprel 2023-cii il tarixdə saat 13:44:40-da Masallı rayonu, Türkoba kəndində yerləşən “Yağmur” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə fq*****x*****E***** hərfləri qeyd edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına 350 manat, 06 aprel 2023-cii il tarixdə saat 14:15-də Masallı rayonu, Qəriblər kəndində yerləşən “Cavad” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə jq*****x*****£***** hərfləri qeyd edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına 500 manat , 07 aprel 2023-cii il tarixdə saat 16:30-da Masallı rayonu, Qəriblər kəndində yerləşən “Cavad” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə j^*****X*****E***** hərfləri qeyd edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına 2000 manat və 19 aprel 2023-cü il tarixdə saat 18:34:52-də ünvan 3 ünvanında yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə H*****X*****E***** hərfləri qeyd edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******1463 nömrəli bank kart hesabına 700 manat pul vəsaiti köçürülmüşdür. (İ/V. 118-123) “Baxış aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs götürülmüş 03 vərəqədən ibarət olan ödəniş qəbzinin kserosurətinə və 02 vərəqədən ibarət olan ödəniş qəbzlərinə tərəfimdən cinayət işi üzrə Şahid2 iştirakı ilə baxış aparılmış və baxış zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli və 416973******1463 nömrəli bank kart hesabları Şahid2 qızının adma olmuşur ki, qeyd eidlən bank hesab nömərələrinə Tərgül Musatafayeva tərəfindən pul köçürülən zaman Şahid2 soyadı Eləsənova olmuşdur. (İ/V. 150) “Hadisə yerinə baxış aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış aparılmış və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 11300 manat pulun 4570 manat hissəsini 24 aprel 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının qarşısında və 3000 manat hissəsini isə 29 aprel 2023cü il tarixdə yenidən ünvan 5 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının qarşısında Təqsirləndirilən şəxs vermişdir. (İ/V. 124-127) “Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” 30 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. (İ/V. 62-63). “Qətimkan tədbirinin seçilməsinin nəzərə alınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər Məhkəməsinin hakimi X11 tərəfindən xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. (İ/V.73-74). Cinayət işinin materiallarına əlavə olunmuş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respubkikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 149.2.3-cü maddəsi ilə təqsirli bilinib 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə 06 ay 09 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1 -ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm ləğv edilməklə CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş və o, azad edilmişdir. Quliyev X5 şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (İ/V. 87-89, 173-188). “Sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş 03 vərəqədə olan ödəniş qəbzlərinin kserosurəti və 02 vərəqədə mövcud olan ödəniş qəbzinin əsilləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və ödəniş qəbzləri iş materillarma əlavə edilmişdir. (İ/V. 173-188). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-92/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzaçəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(008)-99/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-92/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə qismən toplanılaraq ona qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin verdikləri ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməli məhkəmədə etiraf etməsi halını, əməlindən peşman olmasını bildirməsini, eləcə də himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-99/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 02 (iki) il 09 (doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-99/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 02 (iki) il 09 (doqquz) müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs hal-hazırda Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 1(008)-99/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 03 vərəqdə olan ödəniş qəbzlərinin kserosurətləri və ödəniş qəbzləri iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 11.300 (on bir min üç yüz) manat məbləğində maddi ziyan, iddiaçı tərəfindən ödənilmiş 124 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 11.424 (on bir min dörd yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə mənim xeyli midarda əmlakımı ələ keçirmək məqsədilə heç bir səlahiyyəti və həmin məsələnin həlli ilə bağlı imkanı olmadığı halda mənə özünü geniş əlaqələrə malik olan şəxs kimi tanıdıb həmin əlaqələri vasitəsilə mənə ünvanlı sosial yardım düzələcəyini və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ünvan 2 ünvanında yerləşən evinə çıxarış almaqda köməklik edəcəyinə dair mənə yalandan vəd verib aldadaraq bu adla mənim 03 mart 2023-cü il tarixdə saat 19:43:34-də ünvan 3 ünvanında yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadə etdiyi X8 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına köçürdüyüm 180 manat pul vəsaitini, 02 aprel 2023-cü il tarixdə saat 13:44:40-da Masallı rayonu, Türkoba kəndində yerləşən “Yağmur” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadə etdiyi X8 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına köçürdüyüm 350 manat pul vəsaitini, 06 aprel 2023-cü il tarixdə saat 14:15-də Masallı rayonu, Qəriblər kəndində yerləşən “Cavad” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadə etdiyi X8 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına köçürdüyüm 500 manat pul vəsaitini, 07 aprel 2023-cü il tarixdə saat 16:30-da Masallı rayonu, Qəriblər kəndində yerləşən “Cavad” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadə etdiyi X8 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******2643 nömrəli bank kart hesabına köçürdüyüm 2000 manat pul vəsaitini, 19 aprel 2023-cü il tarixdə saat 18:34:52-də ünvan 3 ünvanında yerləşən “Rahat” supermarketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadə etdiyi X8 adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus 416973******1463 nömrəli bank kart hesabına kömürdüyüm 700 manat pul vəsaitini, bundan başqa eyni məqsədlə Təqsirləndirilən şəxs məndən 24 aprel 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının qarşısında 4570 manat pul vəsaitimi və 29 aprel 2023-cü il tarixdə yenidən ünvan 5 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçılar” filialının qarşısında 3000 manat pul vəsaitimi məndən alıb ələ keçirərək verdiyi vədə əməl etməyib mənə ümumilikdə 11300 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq mənə qarşı dələduzluq etmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı baş a çatmış ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuş, barəsində olan ********* saylı cinayət işi baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmiş və hazırda həmin cinayət işi icraatınızda olmaqla məhkəmə baxışındadır. Təqsirləndirilən şəxs cinayət nəticəsində mənə vurduğu 11300 manat həddində maddi ziyanı bu günə kimi ödəməmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə, hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan iş materiallarına tikilmiş iltizamlarla, eləcə də təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə tam sübut olunur. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 11.300 (on bir min üç yüz) manat məbləğində maddi ziyan, İddiaçı tərəfindən ödənilmiş 124 manat məbləğində dövlət rüsumu ümumilikdə 11.424 (on bir min dörd yüz iyirmi dörd) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Teyqubad qızının vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(5- 104)-3/2026 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi və xüsusi müsadirə olunmal əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-99/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq üzərində saxlanılmış 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətini əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 03 vərəqdə olan ödəniş qəbzlərinin kserosurətləri və ödəniş qəbzləri iş materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 11300 (on bir min üç yüz) manat məbləğində maddi ziyan, iddiaçı tərəfindən ödənilmiş 124 manat məbləğində dövlət rüsumu ümumilikdə 11424 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Teyqubad qızının vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(5-104)-3/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(5-104)-3/2026
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver