Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(5-104)-32/2026 19.03.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI Saat 14:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər – zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakları ilə, ##.##.1954-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, azərbaycanlı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti və gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəllərində ünvan 5 ünvanında yaşayan zərərçəkmiş şəxs3 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 500 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 1000 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2020-ci ilin yanvar ayının sonlarından 2023-cü ilin dekabr ayınır sonlarınadək olan müddət ərzində zərərçəkmiş şəxs3 təxminən 15-17 dəfə müxtəlif kiş müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşki edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Yaşamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 126, mənzil 57 ünvanında yaşayan X11 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 500 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 1000 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2022-ci ilin iyul ayının sonlarından 2023-cü ilin iyul ayını əvvəllərinədək olan müddət ərzində zərərçəkmiş şəxs2 təxminən 5-10 dəfə müxtəlif kişı müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin noyabr ayının sonlarında ünvan 1 ünvanında yaşayan zərərçəkmiş şəxs4 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 200 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 500 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin noyabr ayının sonlarında zərərçəkmiş şəxs4 1 dəfə kişi müştəri ilə Bakı şəhəri ərazisində yeləşən oteldə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir Bundan başqa o, təkrarən 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 10 ünvanında yaşayan zərərçəkmiş şəxs1 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 500 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 1000 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin may ayının əvvəllərindən 2024-cü ilin avqust ayının sonlarınadək olan müddət ərzində zərərçəkmiş şəxs1 təxminən 8-10 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 10 ildir ki, daha çox pul qazanmaq məqsədilə Bakı şəhəri ərazisində müxtəlif qadınları pul müqabilində cinsi əlaqədə olmaları üçün müştərilərə təqdim etmiş, gördüyü işə görə ona hər dəfə 200-400 manat pul qalmışdır. Belə ki, əvvəldən tanıdığı müxtəlif kişi müştərilər ona məxsus 050-333-62-20 mobil nömrəsinə zəng vuraraq cinsi əlaqədə olmaqları üçün qız təşkil etməyini ona bildirmiş, bundan sonra o, mobil telefonunda olan qadınların şəkillərini “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə həmin şəxslərə göndərmiş, müştəri bəyəndiyi qadının şəklini Yelenaya atdıqdan sonra o, həmin qadınla əlaqə saxlayıb uyğun olduğu təqdirdə müştərinin olduğu ünvana göndərmişdir. O, müştərilərə təqdim etdiyi qadınlar cinsi əlaqədə olmağın müqabilində 500- 1000 manat pul aldıqlarını və həmin pulun 200-400 manatını qadınları müştəriyə təqdim etdiyi üçün ona verdiklərini, həmin qadınlardan görüşüb pulu özünün aldığını qeyd etmişdir. Müştəriyə təqdim etdiyi qadınlardan Pərvanə, Asudə, Lirika, Fidan və hazırda adını xatırlamadığı qadınları tanıdığını demiş, belə ki, həmin qadınlar maddi cəhətdən sıxıntılarının olduğunu dedikdə, o, onları pul müqabilində cinsi əlaqədə olmaları üçün tanıdığı müştərilərə təqdim edə biləcəyini demiş, aralarında razılaşdıqdan sonra Yelena müxtəlif vaxtlarda qadınları 500-1000 manat pul müqabilində müştəriyə təqdim etmişdir. Təqsirləndirilən şəxs Pərvanə, Asudə, Lirika, Fidan və hazırda adını xatırlamadığı bir çox qadınları kişi müştərilərə təqdim etmiş, həmin qadınlar müştərilərlə 500-1000 manat pul müqabilində cinsi əlaqədə olduqdan sonra ona 200-400 manat pul vermişlər. Müştərilər pul barəsində Yelena ilə danışmış, qadınlar pul aldıqdan sonra ona 200-400 manat pul vermişlər. O, adlarını qeyd etdiyi qadınları hazırda adlarını xatırlamadığı kişi müştərilərinə təqdim etmişdir. Təqsirləndirilən şəxs müştərilərdən pul almadığını, ona pulu yalnız fahişəliyə cəlb etdiyi qadınların verdiyini, ona hər hansı bir şəxsin köməklik etmədiyini, onun həmin qadınları özünün fahişəliyə cəlb etdiyini bildirmişdir. İfadəsinin sonunda əməlini səmimi etiraf etməklə peşman olduğunu, 72 yaşının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ondan tələb və şikayətlərinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, heç yerdə işləmir. O, Təqsirləndirilən şəxs təxminən 2023-cü idən etibarən adını xatırlamadığı tanışı vasitəsilə tanımış, həmin vaxtdan etibarən aralarında yaxşı münasibətləri yaranmışdır. Onun 2023-cü ilin sonlarından etibarən maddi cəhətdən sıxıntıları yaranmağa başlamış, Yelena ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Yelena ona pul qazanacağı iş tapa biləcəyini demişdir. zərərçəkmiş şəxs4 Yelenadan həmin işin nə olduğunu soruşmuş, Yelena müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün Yelena ilə razılaşmışdır. 2023-cü ilin noyabr ayının sonlarında yaşadığı ünvan 2 ünvanında olan zaman Yelena onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs4 müştəriləri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş və o, Yelena ilə razılaşmışdır. Həmin vaxtdan etibarən Yelena müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamışdır. Aralarında olan razılaşmaya əsasən Yelena onu 500 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o, Yelenaya 200 manat pul verməli olmuşdur. Bundan sonra bir neçə dəfə Yelena onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxlamağa başlamışdır O. Yelena ilə danışdıqdan sonra müştərilərin olduğu məkana getmiş, müştəri ilə görüşdükdən sonra müştəridən 500 manat pul almış, 200 manatını Yelenaya vermişdir. Getdiyi yerin adını hazırda dəqiq xatırlamadığını, Yelena onu 2023-cü ilin noyabr ayının sonlarında bir dəfə fahişəliyə cəlb etdiyini, həmin vaxtdan sonra əlaqələri kəsildiyini bildirmiş. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmasını, ondan hər hansı bir tələb və şikayətinin olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, hazırda heç yerdə işləmir. O, Təqsirləndirilən şəxs təxminən 2020- ci idən etibarən adını xatırlamadığı tanışı vasitəsilə tanımış, həmin vaxtdan etibarən aralarında yaxşı münasibətləri yaranmışdır. Onun 2020-ci ilin sonlarından etibarən maddi cəhətdən sıxıntıları yaranmağa başlamış, Yelena ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Yelena ona pul qazanacağı iş tapa biləcəyini demişdir. zərərçəkmiş şəxs3 Yelenadan həmin işin nə olduğunu soruşmuş, Yelena müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün Yelena ilə razılaşmışdır. Təxminən 2020-ci ilin yanvar ayının sonlarında yaşadığı ünvan 5 ünvanında olan zaman Yelena onunla əlaqə saxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs3 müştəriləri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş və o, Yelena ilə razılaşmış, eyni zamanda öz şəkillərini Yelenaya göndərmişdir. Həmin vaxtdan etibarən Yelena müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, aralarında olan razılaşmaya əsasən o, müştəri ilə görüşüb cinsi əlaqədə olduqdan sonra 1000 manat pul alıb 500 manatını Yelenaya verməli olmuşdur. Bundan sonra Yelena onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamışdır. O, Yelena ilə danışdıqdan sonra müştərilərin olduğu məkana getmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 1000 manat pul almış, 500 manatını Yelenaya göndərmişdir. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamadığını qeyd etmişdir. Sonuncu dəfə isə Yelena onu təxminən 2023-cü ilin dekabr ayının sonlarında fahişəliyə cəlb etmiş, həmin vaxtdan sonra əlaqələri kəsilmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmasını, ondan hər hansı bir tələb və şikayətinin olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, heç yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2023-cü idən etibarən adını xatırlamadığı tanışı vasitəsilə tanımış, həmin vaxtdan etibarən aralarında yaxşı münasibətləri yaranmışdır. Onun 2023-cü ilin əvvəllərindən etibarən maddi cəhətdən sıxıntıları yaranmağa başlamış, Yelena ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Yelena ona pul qazanacağı iş tapa biləcəyini demişdir. zərərçəkmiş şəxs1 Yelenadan həmin işin nə olduğunu soruşmuş, Yelena müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün Yelena ilə razılaşmışdır. 2023-cü ilin may ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 10 ünvanında olan zaman Yelena onula “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamışdır. Bu zaman Yelena ona müştəriləri ilə görüşüb pul müqabilində müştərilərlə cinsi əlaqədə olmağı təklif etmiş və o, Yelena ilə razılaşmışdır. Həmin vaxtdan etibarən Yelena müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamışdır. Yelena ilə aralarında olan razılaşmaya əsasən Yelena onu 1000 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o, Yelenaya 500 manat pul verməli imiş. Bundan sonra bir neçə dəfə Yelena müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamış, Pərvanə Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra müştərilərin olduğu məkana getmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 1000 manat pul alıb 500 manatını Yelenayə vermiş, getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cınsı əlaqədə olduğunu dəqiq xatırlamamışdır. O, qeyd etmişdir ki, sonuncu dəfə isə Yelena onu 2024-cü ilin avqust ayının sonlarında fahişəliyə cəlb etmiş, həmin vaxtdan sonra onlarla əlaqələri kəsilmişdir. Müştərilər Pərvanə ilə cinsi əlaqədə olarkən onun nömrəsini heç bir zaman götürməmiş, həmçinin Yelena ona müştərilərə nömrəsini verməməsini və müştəridən nömrə istəməməyini demişdir. zərərçəkmiş şəxs1 2024-ci ilin avqust ayından etibarən Yelelna Əliyeva ilə hər hansı əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ümumilikdə onu 2023-cü ilin may ayının əvvəllərindən 2024-cü ilin avqust ayının sonlarınadək keçən müddət ərzində müxtəlif vaxtlarda təxminən 8-10 dəfə fahişəliyə cəlb etmişdir. O, Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımamışdır. zərərçəkmiş şəxs1 hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 1000 manat pul almış, 500 manatını Yelens Əliyevaya vermişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxslə barışmasını, ondan hər hansı bir tələb və şikayətinin olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, dizayner kimi fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs təxminən 2022-ci idən etibarən xatırlamadığı tanışı vasitəsilə Bakı şəhəri ərazisində yerləşər gözəllik salonlarının birində tanımış, həmin vaxtdan etibarən aralarında yaxşı münasibətlə yaranmışdır. 2022-ci ilin yay aylarından etibarən maddi cəhətdən sıxıntıları yaranmağa başlamış, Yelena ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Yelena ona pul qazanacağı iş tapa biləcəyini demişdir. O, Yelenadan həmin işin nə olduğunu soruşduqda Yelena müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün razılaşmışdır. Təxminən 2022-ci ilin iyul ayının sonlarında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 126, mənzil 57 ünvanında olan zaman Yelena onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamışdır. Bu zaman Yelena ona müştəriləri ilə görüşüb pul müqabilində müştərilərlə cinsi əlaqədə olmağı təklif etmiş və o, razılaşmış, eyni zamanda öz şəkillərini göndərmişdir. Həmin vaxtdan etibarən Yelena müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamışdır. Aralarında olan razılaşmaya əsasən Yelena ona 500 manat pul verməli, lakin Yelenaya hansı məbləğdə pul qalmasını bilməmişdir. Bundan sonra bir neçə dəfə Yelena onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamışdır. O, Yelena ilə danışdıqdan sonra müştərilərin olduğu məkana getmiş, hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 500 manat pul almışdır. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamadığını, sonuncu dəfə isə Yelenanın onu təxminən 2023-cü ilin iyul ayının əvvəllərində fahişəliyə cəlb etdiyini, 2024-cü ilin iyun ayında isə Yelenaya öz şəkillərini yenidən göndərsə də, onu müştərilərin olduğu məkanlara göndərməmişdir. Həmin vaxtdan sonra əlaqələri kəsilmiş, 2024-cü ilin iyun ayından etibarən hər hansı əlaqələri olmamışdır. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, keçiriləcək məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəkdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, heç yerdə işləmir. O, Təqsirləndirilən şəxs təxminən 2023-cü idən etibarən adını xatırlamadığı tanışı vasitəsilə tanımış, həmin vaxtdan etibarən aralarında yaxşı münasibətlər yaranmışdır. Onun 2023-cü ilin ortalarından etibarən maddi cəhətdən sıxıntıları yaranmağa başlamış, Yelena ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Yelena ona pul qazanacağı iş tapa biləcəyini demişdir. Leyla Yelenadan həmin işin nə olduğunu soruşmuş, Yelena müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün Yelena ilə razılaşmışdır. 2023-cü ilin iyul ayının əvvəllərində yaşadığı ünvan 6 ünvanında olan zaman Yelena onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman müştəriləri ilə görüşüb pul müqabilində müştərilərlə cinsi əlaqədə olmağı təklif etmiş və o, yelelna ilə razılaşmışdır. Bundan sonra Leyla Quliyeva özünə məxsus şəkilləri Yelelnaya göndərmişdir. Yelena ilə aralarında olan razılaşmaya əsasən onu 1000 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o, Yelelnaya 500 manat pul verməli olmuşdur. Bundan sonra bir neçə dəfə Yelena onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamış, lakin X3 Əliyevanın göndərdiyi yerlərə getməmiş, səbəb olaraq isə hər hansı bir şəxlsə pul müqabilində cinsi əlaqədə olmaq istəmədiyini demiş, həmin vaxtdan sonra əlaqələri kəsilmişdir. Yelena onu fahişəliyə cəlb etmək istəsə də, o, Yelenanın göndərdiyi yerlərə getməmişdir. O, Yelena fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımamışdır. Yelena onu hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 1000 manat pul alıb 500 manatını Yelenaya göndərməli olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş İsmayılova Aksana Məlik qızının məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, dizayner kimi fəaliyyət göstərir. O, Təqsirləndirilən şəxs təxminən 2024-cü idən etibarən adını xatırlamadığı tanışı vasitəsilə tanımış, həmin vaxtdan etibarən aralarında yaxşı münasibətlər yaranmışdır. Onun 2024-cü ilin noyabr ayının əvvəllərindən etibarən maddi cəhətdən sıxıntıları yaranmağa başlamış, Yelena ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Yelena ona pul qazanacağı iş tapa biləcəyini demişdir. Aksana Yelenadan həmin işin nə olduğunu soruşmuş, Yelena müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demiş, belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün Yelena ilə razılaşmışdır. Təxminən 2024-cü ilin noyabr ayının əvvəllərində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, İsrafil Həşimov küçəsi, ev 6 A, mənzil 21 ünvanında olan zaman Yelena onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman ona müştəriləri ilə görüşüb pul müqabilində müştərilərlə cinsi əlaqədə olmağı təklif etmiş və o, razılaşmış, eyni zamanda öz şəkillərini göndərmişdir. Həmin vaxtdan etibarən Yelena müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamışdır. Aralarında olan razılaşmaya əsasən Yelena onu 500 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o, Yelenaya 200 manat pul verməli olmuşdur. Keçən müddət ərzində Yelena onu müştərilərinin olduğu məkanlara göndərmək üçün əlaqə saxlamamış, həmin vaxtdan sonra əlaqələri kəsilmişdir. O, bildirmişdir ki, Yelena ilə razılaşsalarda da, onu fahişəliyə cəlb etməmişdir. Aksana İsmayılova Yelenanın fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımamışdır. O, hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 500 manat pul almalı, 200 manatını Yelenaya göndərməli olmuşdur. Cinayət işinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qızını təxminən 2024-cü ilin təxminən iyul ayından etibarən tanımış, həmin şəxsin nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermiş, Yelenanın nömrəsini verən tanışı Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etdiyini demiş, həmin vaxtdan Yelenanın nömrəsini özündə saxlamışdır. Birinci dəfə təxminən 2024- cü ilin avqust ayının sonlarında Yelena ilə anket məlumatlarında qeyd edilən 077-127-47-28 mobil telefon nömrəsi ilə danışmış və Yelenaya cinsi əlaqədə olmaq üçün bir nəfər qadın təşkil etməsini bildirmişdir. Yelena qadınları təşkil etməyin qiymətinin xatırladığı qədəri ilə hər bir qadın üçün 500 manat olduğunu bildirmiş və o, Yelenaya razılıq vermişdir. Bundan sonra Yelena ilk öncə şahid2 “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, daha sonra isə o, Təqsirləndirilən şəxs seçdiyi qadını Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ərazisində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmişdir. Bundan sonra bir nəfər adını xatırlamadığı qadın olduğu yerə gələrək onunla cinsi əlaqədə olmuşdur. Bunun müqabilində o, həmin qadına 500 manat pul ödəmiş, həmin vaxtdan etibarən Yelena iləhər hansı bir əlaqəsi olmamışdır. Yelena bir dəfə cinsi əlaqədə olmağı üçün ona pul müqabilində qadın təşkil etmiş, həmin vaxt 500 manat pul ödəmişdir.O, həmin qadını əvvəlcədən tanımamış, anket məlumatları barədə hər hansı məlumatı olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qızını təxminən 2024-cü ilin təxminən avqust ayından etibarən tanıyıram. Həmin şəxsin nömrəsini mənə hazırda adını xatırlamadığı tanışı vermiş, Yelenanın nömrəsini ona verən tanışı onun qadınları fahişəliyə cəlb etdiyini demiş, həmin vaxtdan onun nömrəsini özündə saxlamışdır. Birinci dəfə təxminən 2024-cü ilin sentyabr ayının sonlarında Yelena ilə anket məlumatlarında qeyd edilən 077-309-88-49 mobil telefon nömrəsi ilə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Yelena qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 500 manat olduğunu bildirmiş və ona razılıq vermiş, bundan sonra Yelena ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmişdir. Daha sonra isə ona seçdiyi qadını Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ərazisində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmiş, bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək cinsi əlaqədə olmuşdur. Bunun müqabilində həmin qadına 500 manat pul ödəmiş, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. şahid1 məhkəməyə teleqram vuraraq səhhətində yaranmış problemlərlə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyini ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır və icraata qəbul edimişdir. (İ/V. 1) “Mobil telefona baxış keçirilməsi barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zərurəti ilə əlaqədar ona məxsus “Samsung” markalı mobil telefon götürülmüşdür. İstintaq zamanı qeyd olunan mobil telefonun yaddaşına keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır, rəqəmsa fotokameralıdır. Mobil telefonun aşağı sağ tərəfdə sim kart yerləşdirilməsi üçün bir ədəc yuvanın olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olar məlumatlara baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir: Mobil telefonur “Whatsapp” tətibiqinin “söhbətlər” bölməsində qeyd edilmiş ***-***-**-** saylı mobi nömrənin sahibi ilə, adı “fidan (djalal)” kimi qeyd edilmiş 055-573-53-45 rəqəmli mob nömrəsinin sahibi ilə, adı “parvana 3” kimi qeyd edilmiş 051-634-91-91 rəqəmli mob nömrəsinin sahibi ilə, adı “lirika” kimi qeyd edilmiş 010- 222-00-01 rəqəmli mobil nömrəsini sahibi ilə, adı “leyla rufa” kimi qeyd edilmiş 050-615-57- 27 rəqəmli mobil nömrəsinin sahibi ilə Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməsi barədə yazışmaları müəyyən edilmişdir. Bundan başqa mobil telefonun şəkillər bölməsinə baxış zamanı çoxsaylı qadın şəkillərinin olması müəyyən edilmişdir. Aşkar edilmiş yazışmalar və şəkillər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (İ/V. 30-33) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən ##.##.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. (İ/V. 111) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 141-142) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 164- 166) “Sübutların qiymətləndirilməsi haqqında” ##.##.2026-cı il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyətinə malik olduğundan, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün İAQMBİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, eləcə də telefon nömrələrinə uyğun anten əhatə dairələrinin əks olunduğu 01 ədəd CD disk iş materiallarına əlavə edilmişdir. (İ/V. 185-192) Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon MKTB-nin ** saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ##.##.1992-ci il tarixdən ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ/V 177) Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlandığı teleqramın mətnindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı bir şikayəti və ya tələbi yoxdur. Beləliklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti və gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb et cinayətini törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, mobil telefona baxış protokolu ilə, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 243.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsna cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini məhkəmədə etiraf etməsi halını, həmin əməllərdən peşman olmasını bildirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bi şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslərin məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmələrini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi aşkar etmişdir. İttiham aktında Azərbaycan Respublikası CM-in 61.1.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi cinayətin tamah məqsədilə törədilməsi müəyyən edilmişdir. Lakin məhkəmə hesab edir ki, CMnin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, ona Azərbaycan Respublikasının CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu qənaətini ilk növbədə onunla əsaslandırır ki, iş üzrə zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbləri yoxdur, onlarla barışıq əldə olunmuşdur, zərərçəkmiş şəxslər məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etmişlər. Digər tərəfdən təqsirləndirilən şəxsin yetmiş iki yaşı vardır və həmin yaşda olan şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzaların ən ağırının təyin edilməsi həmin şəxsin səhhətinə mənfi təsir göstərə bilər və bu səbəbdən şəxsin islah olunmasında ağır cıza effektiv və məqsədəmüvafiq hesab edilə bilməz. Təqsirləndirilən şəxsin 72 yaşının olması onun fiziki və psixoloji vəziyyətinin zəifləməsi, təkrar cinayət törətmək ehtimalının aşağı olması həmçinin cəzanın məqsədlərinə daha yüngül cəza ilə nail olmağın mümkünlüyü məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə sübut kimi tanınmış və saxlanılması üçün İAQMBİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon sahibinə geri qaytarılmalı, eləcə də telefon nömrələrinə uyğun anten əhatə dairələrinin əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona ##.##.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsind seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə sübut kimi tanınmış və saxlanılması üçün İAQMBİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs geri qaytarılsın. Cinayət işi üzrə sübut kimi tanınmış telefon nömrələrinə uyğun anten əhatə dairələrinin əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(5-104)-32/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(5-104)-32/2026
19.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver