Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(5-104)-35/2026 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2026-cı il tarixdə saat 14 radələrində Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 11 saylı binanın arxa tərəfində, tanışı Zərərçəkmiş şəxs sonuncunun ona verdiyi borcu qaytara bilməməsi ilə bağlı Zərərçəkmiş şəxs onunla kobud danışması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs ağız nahiyəsinə əlinin içi ilə qəsdən vuraraq, ona üst dodağın qançır-şişkinliyi və selikli qişasının qansızmalı fonunda əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Həmin əməlinə görə təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4- 5 ilə yaxındır ki, tanımasını, maddi vəziyyətinin qənaətbəxş olmaması səbəbi ilə Nasirlə danışaraq ondan 1 həftə ərzində qaytarmaq şərti ilə 100 (yüz) manat borc pul istəməsini, daha sonra qaytara bilməməsini, bunu Nasirə izah etsə də anlamamasını, xx.xx.2026-cı il tarixində səhər saatlarında Nasirlə xəbərləşərək Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 11 saylı binanın yanında görüşüb addımlamalarını, Nasirin ona - borcu geri qaytara bilməyəcəkdinsə niyə aldın-deyə kinayəli sual verməsindən sonra ona kobud cavab verməsini, Nasirin sonra onu təhqir etməsini, bu zaman aralarında sözlə mübahisə başşlamasını mübahisə zamanı nalayiq ifadə işlətdiyindən Nasirin ağız nahiyyəsinə sağ əlinin içi ilə 1 dəfə zərbə vurmasını, daha sonra oradan çıxıb getməsini bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tamamilə ödəməsini nəzərə alaraq barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 ilə yaxındır ki, tanımasını, onunla əvvəllər ortaq tanışlarının vasitəsi ilə tanış olmasını, son zamanlarda münasibətlərinin daha da yaxşı olduğundan ara-sıra onunla dərdləşmələrini, təxminən 10 (on) gün bundan öncə söhbət əsnasında Fəridin ondan 100 (yüz) manat borc pul istəməsini, ona bu pulu 1 gün sonra verə biləcəyini bilriməsini, növbəti gün Fəridlə görüşüb ona 100 (yüz) manat pul təqdim etməsini, Fəridin ona həmin maddi vəsaiti 1 (bir) həftə ərzində və ya 1 (bir) həftənin sonunda geri qaytara biləcəyini bildirməsini, bu formada Fəridlə şərtləşib razılaşmalarını, 1 (bir) həftə tamam olduqdan sonra Fəridlə telefon əlaqəsi saxlamasını, Fəridin borcu qaytara bilməyəcəyini bildirərək əlavə 1 (bir) gün vaxt istəməsini, 1 (bir) gün keçdikdən sonra Fəridlə yenidən əlaqə saxlamasını, telefonlarına cavab verməməsini, eləcə də geri zəng etməməsini, xx.xx.2026-cı il tarixində səhər saatlarında zəng edərək bir daha vaxt istəməsini, lakin Fəridlə ancaq üzbə-üz danışsa vaxt verə biləcəyini Fəridə söyləməsini, saat 14 radələrində Fəridlə birlikdə görüşərək, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 11 saylı binanın arxası ilə söhbət edərək addımlamalarını, Ətrafda heç kəsin olmamasını, Fəridə irad bildirərək qaytara bilməyəcəkdinsə, nə üçün borc alırdın deməsini, Fəridin ona kobud ifadə ilə cavab verməsini, bu səbəblə Fəridi təhqir etməsini, aralarında sözlə mübahisə başlamasını, Fəridin mübahisə zamanı əsəbiləşərək sağ əlinin içi ilə ağız nahiyəsinə 1 dəfə vurmasını, çıxıb getməsini, Fəridin bu hərəkətini gördükdən sonra onun barəsində polisə müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini və sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 23 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi yer, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 11 saylı binanın arxa tərəfidir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. (İ/V. 6-10). MTE və PA Birliyi pubik hüquqi şəxsin Yasamal rayon şöbəsinin 23.01,2026-cı il tarixli 52 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət - üst dodağın qançır-şişkinliyi və selikli qişasının qansızmalı fonunda əzilmiş yarası küt aşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23.01,2026-cı il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları) təsirindən əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi xüsusatı inkar olunur. (İ/V. 16-18). Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. (İ/V. 55). Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin 3-28-29/2-980/2026 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin psixatriya xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 54). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, ziyanın tamamilə ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-35/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2026-cı il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(5-104)-35/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(5-104)-35/2026
05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver