Məhkəmə qərarları › İş №1(5-104)-5/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(5-104)-5/2026

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(5-104)-5/2026 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3, müdafiəçi – Bakı şəhəri “5 saylı” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 94 B, mənzil 21 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən tamah niyyəti və gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının əvvəllərində ünvan 6-də yaşayan Zərərçəkmiş şəxs2 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 200 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 500 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2022-ci ilin noyabr ayının əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs2 təxminən 3-4 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yeləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin yanvar ayının ortalarında ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 500 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 1000 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2024-cü ilin yanvar ayının ortalarından 2025-ci ilin iyun ayının ortalarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs1 təxminən 15 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yerləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 400 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 1000 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2024-cü ilin aprel ayının ortalarından 2024-cü ilin noyabr ayının sonlarınadək olan müddət ərzində Zərərçəkmiş şəxs4 təxminən 4-5 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yerəşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2025-ci ilin yanvar ayının ortalarında ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 400 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 1000 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2025-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs3 1 dəfə kişi müştəri ilə Bakı şəhəri ərazisində yeləşən oteldə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini qismən təsdiq etdiyini və ifadənin elan edilməsini xahiş etmişdir. Özünü qismən təqsirli bilməsinin səbəbi kimi göstərmişdir ki, ittiham aktında göstərilən görüş sayları həqiqətə uyğun deyildir. Belə ki, Brilliant, Leyla, Ülkər, Teybəni adlarını xatırlamadığı kişi müştərilərinə təqdim etmiş, lakin Brilliantı görüşdürmə sayı təxminən 3-4 dəfə olmuş, digər zərərçəkmiş şəxsləri görüşdürmə sayı isə bir dəfə olmuşdur. Növbəti məhkəmə iclası zamanı isə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, 1980-ci ildə Səməd Rzazadə ilə ailə həyatı qurmuş, həmin evlilikdən bir övladı olmuşdur. O, əvvəllər müxtəlif işlərdə işləmiş, belə ki, müxtəlif idarələrdə iqtisadçı və s. işləmiş, bunun müqabilində aylıq əmək haqqı almış, lakin həmin əmək haqqı onu maddi cəhətdən qane etməmişdir. Hazırda təqaüd alır. O, təxminən 15 ildir ki, daha çox pul qazanmaq məqsədilə Bakı şəhəri ərazisində müxtəlif qadınları pul müqabilində cinsi əlaqədə olmaları üçün müştərilərə təqdim etmiş, gördüyü işə görə ona hər dəfə 100-400 manat pul qalmışdır. Belə ki, əvvəldən tanıdığı müxtəlif kişi müştərilər ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq cinsi əlaqədə olmaqları üçün qız təşkil etməyini ona bildirmiş, bundan sonra o, mobil telefonunda olan qadınların şəkillərini “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə həmin şəxslərə göndərmişdir. Müştəri bəyəndiyi qadının şəklini ona atdıqdan sonra o, həmin qadınla əlaqə saxlamış, uyğun olduğu təqdirdə həmin qadını müştərinin olduğu ünvana göndərmişdir. O, qeyd etmişdir ki, müştərilərə təqdim etdiyi qadınlarla cinsi əlaqədə olmağın müqabilində ***-**** manat pul almış və həmin pulun 100-400 manatını qadınları müştəriyə təqdim etdiyi üçün ona vermişlər. O, qadınlarla görüşüb pulu özü almışdır. Müştəriyə təqdim etdiyi qadınlardan Brilliant, Leyla, Ülkər, Teybə və hazırda adını xatırlamadığı qadınları tanıyır. Belə ki, adları çəkilən qadınlar maddi cəhətdən sıxıntılarının olduğunu dedikdə, o, pul müqabilində cinsi əlaqədə olmaları üçün tanıdığı müştərilərə təqdim edə biləcəyini demişdir. Qadınlar onunla razılaşdıqdan sonra o, müxtəlif vaxtlarda ***-**** manat pul müqabilində müştəriyə təqdim etmişdir. O, Brilliant, Leyla, Ülkər, Teybə və hazırda adını xatırlamadığı bir çox qadınları kişi müştərilərə təqdim etmiş, həmin qadınlar ***-**** manat pul müqabilində cinsi əlaqədə olduqdan sonra ona 100-400 manat pul vermişlər. Müştərilər pul barəsində onunla danışmış, qadınlar müştərilərdən pul aldıqdan sonra ona 100-400 manat pul vermişlər. O, adlarını qeyd etdiyi qadınları hazırda adlarını xatırlamadığı kişi müştərilərinə təqdim etmişdir. O, müştərilərdən pul almamış, ona pulu yalnız fahişəliyə cəlb etdiyi qadınlar vermişdir. Ona hər hansı bir şəxs köməklik etməmiş, o, həmin qadınları özü fahişəliyə cəlb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, Təqsirləndirilən şəxs qızını təxminən 2024-cü ilin yanvar ayından etibarən tanıyır. O, İradə ilə hazırda adını xatırlamadığı rəfiqəsi vasitəsilə tanış olmuş, həmin vaxtdan etibarən aralarında yaxşı münasibətləri olmuşdur. Qeyd etmişdir ki, onun tanışı İradənin qadınları fahişəliyə cəlb etdiyini demişdir. O, İradə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda İradə ilk öncə onu imkanlı dostları ilə tanış edə biləcəyini və həmin imkanlı şəxslərlə cinsi əlaqədə olacağı təqdirdə pul əldə edə biləcəyini demişdir. Belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün İradə ilə razılaşmışdır. İradə ilə tanış olduqdan sonra onların arasında bir müddət mobil telefon əlaqəsi olmuşdur. 2024-cü ilin yanvar ayının ortalarında yaşadığı ünvan 3 ünvanında olan zaman İradə onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, bu zaman İradə ona müştərilər ilə görüşüb pul müqabilində müştərilərlə cinsi əlaqədə olmağı təklif etmiş və o, maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə İradə ilə razılaşmışdır. Həmin vaxtdan etibarən İradə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamışdır. İradə ilə aralarında olan razılaşmaya əsasən İradə onu 1000 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o, İradəyə 500 manat pul verməli olmuşdur. Bundan sonra İradə müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxlamış, o, İradə ilə danışdıqdan sonra müştərinin olduğu məkana getmişdir. Müştəri ilə görüşdükdən sonra müştəridən 1000 manat pul almış, 500 manatını İradəyə göndərmişdir. Getdiyi hotelin adını hazırda dəqiq xatırlamır. Qeyd etmişdir ki, İradə onu 2024-cü ilin yanvar ayının ortalarından 2025-ci ilin iyun ayının ortalarınadək keçən müddət ərzində fahişəliyə cəlb etmiş, bəzi vaxtlarda isə İradə onu müştərilərin olduğu məkanlara göndərmək istəsə də, yer və vaxt baxımından ona uyğun gəlmədiyindən bu mümkün olmamışdır. Getdiyi görüşlərin sayının ittiham aktında göstərildiyi kimi 15 dəfə olmasını dəqiq xatırlamır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qızını təxminən 2024-cü ilin yanvar ayından etibarən tanımış, daha əvvəldən tanımamışdır. Görüşlərə getməyi könüllü razılığı ilə istəmişdir. Görüşdüyü şəxsləri tanımamışdır və adlarını bilmir. Hazırda Təqsirləndirilən şəxs qızından şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, Təqsirləndirilən şəxs qızını təxminən 2019-cu ildən etibarən tanıyır. O, İradə ilə hazırda adını xatırlamadığı ortaq tanışı vasitəsilə ad günü məclisində tanış olmuş, həmin vaxtdan etibarən aralarında yaxşı münasibətləri olmuşdur. Qeyd etmişdir ki, onun tanışı İradənin qadınları fahişəliyə cəlb etdiyini demişdir. O, İradə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda İradə ilk öncə onu imkanlı dostları ilə tanış edə biləcəyini və həmin imkanlı şəxslərlə cinsi əlaqədə olacağı təqdirdə pul əldə edə biləcəyini demişdir. Belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün İradə ilə razılaşmışdır, İradə ilə tanış olduqdan sonra onların arasında bir müddət mobil telefon əlaqəsi olmuşdur. 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı ünvan 6 ünvanında olan zaman İradə onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, bu zaman İradə ona müştərilər ilə görüşüb pul müqabilində müştərilərlə cinsi əlaqədə olmağı təklif etmiş və o, maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə İradə ilə razılaşmış və ona məxsus şəkilləri “Whatsapp” tətbiqetməsi vasitəsilə İradəyə göndərmişdir. O, 2020-ci ildə görüşə getmişdir və getdiyi görüş sayı 1 dəfə olmuşdur, yəni ittiham aktında göstərilən görüş sayı həqiqəti əks etdirmir. Həmin vaxtdan etibarən İradə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, İradə ilə aralarında olan razılaşmaya əsasən İradə onu 500 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o, İradəyə 200 manat pul verməli olmuşdur. Bundan sonra İradə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün əlaqə saxlamış, o, İradə ilə danışdıqdan sonra müştərinin olduğu məkana getmiş, müştəri ilə görüşdükdən sonra müştəridən 500 manat pul alıb 200 manatını İradəyə vermişdir. Getdiyi hotelin adını hazırda dəqiq xatırlamır. Qeyd etmişdir, İradə onu 2022-ci ilin noyabr ayının əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarınadək keçən müddət ərzində 1 dəfə fahişəliyə cəlb etmişdir. Bəzi vaxtlarda isə İradə onu müştərilərin olduğu məkanlara göndərmək istəsə də, yer və vaxt baxımından ona uyğun gəlmədiyindən bu mümkün olmamışdır. 2023-cü ilin yanvar ayından etibarən Təqsirləndirilən şəxs ilə hər hansı münasibəti olmamışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, görüşdüyü şəxsi tanımamışdır, adını bilmir. Hazırda Təqsirləndirilən şəxs qızından şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2025-ci ilin yanvar ayından etibarən tanıyır, İradəni adını xatırlamadığı tanışı vasitəsilə tanımışdır. İradə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda İradə ona pul qazanacağı iş tapa biləcəyini demişdir. O, İradədən həmin işin nə olduğunu soruşduqda İradə müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün İradə ilə razılaşmışdır. İradə ilə tanış olduqdan sonra onların arasında bir müddət mobil telefon əlaqəsi olmuşdur. 2025-ci ilin yanvar ayının ortalarında həmin vaxt yaşadığı ünvan 7 ünvanında olan zaman İradə onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, bu zaman İradə ona müştəriləri ilə görüşüb pul müqabilində müştərilərlə cinsi əlaqədə olmağı təklif etmiş və o, İradə ilə razılaşmışdır. Həmin vaxtdan etibarən İradə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamışdır. İradə ilə aralarında olan razılaşmaya əsasən İradə onu 1000 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o, İradəyə 400 manat pul verməli olmuşdur. 2025-ci ilin yanvar ayının sonlarında İradə onu müştərilərinin olduğu məkana göndərmək üçün əlaqə saxlamış, İradə ilə danışıb razılığını bildirdikdən sonra İradə onu avtomobil ilə yaşadığı ünvandan götürmüş və onlar birlikdə müştərinin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən evinə getmişlər. İradə onu avtomobildə gözləmiş, o həmin evdə müştəriləri ilə cinsi əlaqə olduqdan sonra müştəridən 1000 manat pul almış, 400 manatını İradəyə vermişdir. O, qeyd etmişdir ki, həmin evin ünvanını dəqiq xatırlamır və həmin vaxtdan sonra onlarla əlaqələri kəsilmişdir. Belə ki, 2025-ci ilin yanvar ayından etibarən Təqsirləndirilən şəxs ilə hər hansı əlaqəsi olmamışdır. İradə ilə bir dəfə telefonla əlaqə saxlamış, görüşə də bir dəfə getmişdir. İradə onu heç nəyə məcbur etməmiş, o, könüllü razılığı ilə görüşə getmişdir. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin aprel ayından etibarən tanıyır. O, İradəni ortaq tanışları vasitəsilə Bakı şəhərində yerləşən restoranların birində tanımışdır, söhbət əsnasında İradə qadınları fahişəliyə cəlb etdiyini demişdir. İradə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda İradə ona pul qazanacağı iş tapa biləcəyini demişdir. O, İradədən həmin işin nə olduğunu soruşduqda İradə müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün İradə ilə razılaşmışdır. İradə onu heç nəyə məcbur etməmiş, o, görüşə getməyi könüllü razılığı ilə istəmişdir. İradə ilə tanış olduqdan sonra onların arasında bir müddət mobil telefon əlaqəsi olmuşdur. 2024-cü ilin aprel ayının ortalarında yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanında olan zaman İradə onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, bu zaman İradə ona müştəriləri ilə görüşüb pul müqabilində müştərilərlə cinsi əlaqədə olmağı təklif etmiş və o, İradə ilə razılaşmışdır. Bundan sonra o, İradəyə öz şəkillərini göndərmiş, həmin vaxtdan etibarən İradə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamışdır. Aralarında olan razılaşmaya əsasən İradə onu 1000 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o, İradəyə 400 manat pul verməli olmuşdur. İradə onu sadəcə bir neçə dəfə görüşə göndərmişdir. Bundan sonra bir neçə dəfə İradə onu müştərilərinin olduğu məkanlara göndərmək üçü əlaqə saxmağa başlamış, o, İradə ilə danışdıqdan sonra müştərilərin olduğu məkana getmişdir. Hər dəfə müştərilərlə görüşdükdən sonra müştəridən 1000 manat pul almış, 400 manatını İradəyə vermişdir. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamır. Qeyd etmişdir ki, sonuncu dəfə isə İradə onu 2024-cü ilin noyabr ayının sonlarınadək fahişəliyə cəlb etmişdir. Həmin vaxtdan sonra İradə ilə əlaqələri kəsilmişdir. Müştərilər onunla cinsi əlaqədə olarkən nömrəsini heç bir zaman götürməmiş, həmçinin İradə ona müştərilərinə nömrəni verməyini və müştəridən nömrə istəməməyini demişdir. 2024-cü ilin noyabr ayından etibarən İradə ilə hər hansı əlaqəsi olmamışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs qızından şikayəti və tələbi yoxdur. Görüşə getdiyi hotelin və görüşdüyü şəxsin adlarını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, Təqsirləndirilən şəxs təxminən 2017-2018-ci ildən etibarən tanımışdır. O, İradə ilə ad günü məclisində hazırda adını xatırlamadığı tanışı vasitəsilə tanış olmuş, həmin vaxtdan etibarən aralarında yaxşı münasibətləri olmuşdur. O, qeyd etmişdir ki, tanışı, Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etdiyini demişdir. Təqsirləndirilən şəxs ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda İradə ilk öncə onu imkanlı dostları ilə tanış edə biləcəyini və həmin şəxslərlə cinsi əlaqədə olacağı təqdirdə pul əldə edə biləcəyini demişdir. Belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra onların arasında bir müddət mobil telefon əlaqəsi olmuşdur. 2023-cü ilin iyul ayının sonlarında yaşadığı ünvan 9 ünvanında olan zaman İradə onunla “Whatsapp” tətbiqetməsi vasitəsilə əlaqə saxlamış, bu zaman Təqsirləndirilən şəxs ona müştəriləri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş və o, maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Həmçinin o, öz şəkillərini “Whatsapp” tətbiqetməsi vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Həmin vaxtdan etibarən İradə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlayacağını demişdir. Təqsirləndirilən şəxs ilə aralarında olan razılaşmaya əsasən İradə onu 500 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o, İradəyə 200 manat pul verməli olmuşdur. Bundan sonra İradə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün əlaqə saxlayacağını demiş, lakin onu hər hansı bir yerə göndərməmiş, o, İradədən bu barədə soruşduqda Təqsirləndirilən şəxs yaşının çox olduğunu demişdir. İradə ilə bu barədə razılığa gəlmiş, lakin Təqsirləndirilən şəxs onu hər hansı bir yerə göndərməmişdir. O, Təqsirləndirilən şəxs fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımadığını bildirmişdir. İradəylə ilk tanış olduğunda ona demişdir ki, tanıdığı şəxslərdən uyğun olan varsa, tanış olub evlənmək istəyir. Bu vaxt bir-birilərinə telefon nömrələrini də vermiş olsalar da, sonradan hər hansı formada əlaqələri olmamışdır. İradə onu heç kimlə tanış etməmiş, o, heç kimlə görüşə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, İradə ilə necə tanış olmasını xatırlamır. O, 2022-ci ildə maddi və mənəvi cəhətdən çətinliklər yaşamışdır. O, İradə ilə mesajlaşmalar aparmış, ancaq heç vaxt İradə onu kimsəylə görüşdürməmişdir. İradəni üzdən də tanımamış, aralarındakı əlaqə ancaq bu mesajlaşmalardan ibarət olmuşdur. O, qeyd etmişdir ki, tanışı Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etdiyini demişdir. Təqsirləndirilən şəxs ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda İradə ilk öncə onu imkanlı dostları ilə tanış edə biləcəyini və həmin imkanlı şəxslərlə cinsi əlaqədə olacağı təqdirdə pul əldə edə biləcəyini demişdir. Belə olan halda o, maddi vəziyyətinin düzəlməsi üçün Təqsirləndirilən şəxs ilə razılaşmışdır. O, İradə ilə tanış olduqdan sonra onların aralarında bir müddət mobil telefon əlaqəsi olmuşdur. 2023-cü ilin yanvar ayının ortalarında yaşadığı ünvan 10 ünvanında olan zaman İradə onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, bu zaman İradə ona müştəriləri ilə görüşüb pul müqabilində müştərilərlə cinsi əlaqədə olmağı təklif etmiş və o, maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə İradə ilə razılaşmışdır. Həmin vaxtdan etibarən İradə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamış, İradə ilə aralarında olan razılaşmaya əsasən İradə onu 300 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o, İradəyə 100 manat pul verməli olmuşdur. Bundan sonra İradə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxlayacağını demiş, lakin onu hər hansı bir yerə göndərməmişdir. İradə ilə bu barədə razılığa gəlmiş, lakin İradə onu hər hansı bir yerə göndərməmişdir. O, İradənin fahişəliyə cəlb etdiyi qadınlardan hər hansı bir şəxsi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2025-ci ilin təxminən mart ayından etibarən tanımış, həmin şəxsin nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermişdir. O, qeyd etmişdir ki, İradənin nömrəsini ona verən tanışı Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etdiyini demiş, həmin vaxtdan İradənin nömrəsini özündə saxlamışdır. Birinci dəfə təxminən 2025ci ilin may ayının sonlarında İradə ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və İradəyə bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin, İradə qadınları təşkil etməyin qiymətinin səhv etmirsə hər bir qadın üçün 320 manat olduğunu bildirmiş və o, İradəyə razılıq vermişdir. Bundan sonra İradə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, daha sonra isə o, İradəyə seçdiyi qadını Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ərazisində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmişdir. Bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək cinsi əlaqədə olmuş, bunun müqabilində o, həmin qadına 320 manat pul ödəmiş, həmin vaxtdan etibarən İradə ilə hər hansı bir əlaqəsi olmamışdır. İradə bir dəfə cinsi əlaqədə olmağı üçün ona pul müqabilində qadın təşkil etmiş, həmin vaxt 320 manat pul ödəmişdir. O, həmin qadını əvvəlcədən tanımamış, anket məlumatları barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2024-cü ildən etibarən tanıyır, həmin şəxsin nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermişdir. O, qeyd etmişdir ki, İradənin nömrəsini ona verən tanışı Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etdiyini demiş, həmin vaxtdan İradənin nömrəsini özündə saxlamışdır. O, birinci dəfə təxminən 2025-ci ilin aprel ayında İradə ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və İradəyə bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. İradə qadınları təşkil etməyin qiymətinin səhv etmirsə hər bir qadın üçün 320 manat olduğunu bildirmiş və o, İradəyə razılıq vermiş, bundan sonra İradə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, daha sonra isə o, İradəyə seçdiyi qadını Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmişdir. Bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək cinsi əlaqədə olmuş, bunun müqabilində o, həmin qadına 320 manat pul ödəmiş, həmin vaxtdan etibarən İradə ilə hər hansı bir əlaqəsi olmamışdır. İradə bir dəfə cinsi əlaqədə olmağı üçün ona pul müqabilində qadın təşkil etmiş, həmin vaxt 320 manat pul ödəmişdir. O, həmin qadını əvvəlcədən tanımamış, anket məlumatları barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2025-ci ilin əvvəllərindən etibarən tanıyır. Həmin şəxsin nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermişdir. İradənin nömrəsini ona verən tanışı onun qadınları fahişəliyə cəlb etdiyini demiş, həmin vaxtdan onun nömrəsini özündə saxlamış, birinci dəfə təxminən 2025-ci ilin may ayında İradə ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olması üçün bir nəfər qadın təşkil etsin. İradə qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 300 manat olduğunu bildirmiş və ona razılıq vermiş, bundan sonra İradə ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, daha sonra isə ona seçdiyi qadını Bakı şəhəri ərazisində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmişdir. Bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək onunla cinsi əlaqədə olmuş, bunun müqabilində həmin qadına 300 manat pul ödəmiş, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Mobil telefona baxış keçirilməsi barədə” 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X3, icraatında Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd “İphone 11” markalı mobil telefon aparatına baxış keçirib həmin protokolu tərtib etmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Bir ədəd boz rəngli “İphone 11” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır, rəqəmsal fotokameralıdır. Mobil telefonun aşağı sağ tərəfdə sim kart yerləşdirilməsi üçün bir ədəd yuvanın olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək 778899 şifrə yazılıb daxilində olan məlumatlara baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir: Mobil telefonun “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində adı “Lola Leyla” kimi qeyd edilmiş ***-***-**-** saylı mobil nömrənin sahibi ilə, adı “Teyba” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Bella” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “Nov Devoc” kimi qeyd edilmiş ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməsi barədə yazışmaları müəyyən edilmişdir. Bundan başqa mobil telefonun şəkillər bölməsinə baxış zamanı çoxsaylı qadın şəkillərinin olması müəyyən edilmişdir. Aşkar edilmiş yazışmalar və şəkillər cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün fotoşəkilləri çəkilərək protokola əlavə edildi (i.v. 33). “Mobil telefona baxış keçirilməsi barədə” 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X3, icraatında Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd “İphone 11” markalı mobil telefon aparatına baxış keçirib həmin protokolu tərtib etmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Bir ədəd “İphone 7” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır, rəqəmsal fotokameralıdır. Mobil telefonun aşağı sağ tərəfdə sim kart yerləşdirilməsi üçün bir ədəd yuvanın olması müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir (i.v. 36). “Diskə baxış keçirilməsi barədə” 25 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X3 Azərbaycan Respublikası CPM-in 51, 85, 134.2.1 və 236.1-ci maddələrinin tələblərinə riayət etməklə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar məhkəmə qərarı əsasında götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə tərəfindən baxış keçirildi. Baxış zamanı müəyyən etdi: Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********01 və +**********34 saylı mobil telefon nömrələrindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Diskə baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir (i.v. 53). “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti yaranmadığından, ittihamın qüvvəsində saxlanılması və təqsirləndirilən şəxsin məhkəmə məsuliyyətinə verilməsi, Təqsirləndirilən şəxs mobil telefon nömrələrindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələrinin əks olunduğu bir ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone 7” markalı telefonun sonuncuya geri qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone 11” markalı mobil telefon aparatı sübut əhəmiyyətinə malik olduğundan, iş üzrə maddi sübut kimi tanınması və saxlanılmas üçün İAQMBİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs ittiham elan olunarkən onun müxtəlif qadınları fahişəliyə cəlb etməsi tamah və təkrarlıq əlaməti olaraq məsuliyyətini ağırlaşdıran hal kim nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində digər fayda əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmə xüsusatı üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə zərərçəkmiş şəxslərin ifadələri, şahidləri dindirmə protokollarının, iş üzrə sübut növü hesab edilməsi və onların cinayət işi materiallarına tikilməsinin nəzərə alınması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v. 163- 170). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-də bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, əlavə obyekti qismində isə insan sağlamlığı, şərəf və ləyaqəti, habelə şəxsi həyatının və mülkiyyətinin toxunulmazlığı çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 iyun 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi iİə ********* nömrəli cinayət işinin başlanılaraq icraata qəbul edilməsi və ibtidai istintaqının aparılması qərara alınmışdır (i.v. 1). xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs vermişdir həmin qəbzi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X1 ondan ötrü ki, cinayət işi üzrə ona məxsus “İphone 7” markalı mobil telefon aparatını təhvil almışdır (i.v. 37). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 94). Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 54 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 94 B №-li evin 21 №-li mənzilində qeydiyyatdadır (i.v.128). Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 54 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, ailəli, ali təhsillidir. ünvan 11 ünvanında 2008-ci ildən qeydiyyatda olmuş və yaşamışdır. Burada yaşadığı müddət ərzində onun barəsində 54 saylı MKİS-ə heç bir yazılı və şifahi surətdə şikayət ərizəsi daxil olmamışdır (i.v. 129). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 159-160). Məhkəmə hesab edir ki, AR CM-nin 58-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını və yaşadığı müddət ərzində qonşuları tərəfindən barəsində heç bir şikayət daxil olmamasını onun şəxsiyyətini müsbət səciyyələndirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşlı olmasını və yaşa görə pensiya almasını (CM-59.2), cinayət nəticəsində vurulmuş zərərin tamamilə ödənilməsini (CM-59.1.13) və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində təkrarçılığın olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl xarakterinə görə ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid olmaqla, ictimai mənəviyyata qəsd edən və cəmiyyətin mənəvi dəyərlərinə zərər vurmaqla ictimai təhlükə yaradan əməllərdəndir. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda bir neçə qadını pul müqabilində kişi müştərilərlə cinsi əlaqədə olmaları üçün təşkil etməklə onları fahişəliyə cəlb etmiş və bu hərəkətləri müəyyən müddət ərzində təkrar törətmişdir. Bununla belə cinayət zor tətbiq edilmədən, həmin zərərçəkən şəxslərin razılığı əsasında və əsasən gəlir əldə etmək məqsədi ilə törədilmiş, ağır nəticələrə səbəb olmamışdır ki, bu hallar cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən nəzərə alınmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini qiymətləndirərək müəyyən edir ki, Təqsirləndirilən şəxs 69 yaşındadır, pensiya yaşına çatmış şəxsdir, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır, yaşayış yeri üzrə barəsində mənfi xarakterizəedici məlumatlar mövcud deyildir və qonşuları tərəfindən onun barəsində hər hansı şikayət daxil olmamışdır. Bu hallar onun şəxsiyyətini müsbət səciyyələndirən hallar kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, təyin olunacaq cəza təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməli və gələcəkdə onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Bununla yanaşı, təyin ediləcək cəza təqsirləndirilən şəxsin yaşı və sosial vəziyyəti nəzərə alınmaqla onun ailəsinin həyat şəraitinə həddindən artıq ağır təsir göstərməməlidir. Tətbiq olunan maddənin sanksiyasında alternativ olaraq bir neçə cəza növü nəzərdə tutulmuşdur. Lakin təqsirləndirilən şəxsin pensiya yaşına çatması nəzərə alınaraq ona ictimai işlər cəzasının tətbiqi mümkün deyildir (CM-47.4.4). Eyni zamanda törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və təqsirləndirilən şəxsin şəxsiyyəti və digər hallar nəzərə alınaraq ona azadlıqdan məhrumetmə cəzasının tətbiqi ağır olmaqla, məqsədəuyğun və ədalətli hesab edilmir. Daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə sanksiyada nəzərdə tutulmuş cərimə cəzasının maksimum həddə təyin edilməsi CM-nin 58-ci maddəsində göstərilən əsaslara uyğun olmaqla qanunilik, ədalət və humanizm prinsiplərinə cavab verir, həmçinin cəzanın məqsədlərinə xidmət edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə tapşırılmalı, iş üzrə maddi sübut – İAQMBİnin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd “İphone 11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra X2 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “24 saylı” vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – İAQMBİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd “İphone 11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra X2 qaytarılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “24 saylı” vəkil bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 05 iş saatına görə 55 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “24 saylı” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar