Məhkəmə qərarları › İş №1(5-105)-18/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(5-105)-18/2026

02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(5-105)-18/2026 02.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Ehtibar oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Zərdab rayonu, Gəlmə ərazi dairəsi, Gəlmə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş ittiham aktı ilə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs sonuncunun oğlu Elnur İsrafilovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə olan cinayət işinə tanıdığı tanışı vasitəsilə xitam verdirəcəyi vədini verib aldadaraq, 2025-ci ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan “X2” yaxınlığında Zərərçəkmiş şəxs 5.500 (beş min beş yüz) manat, 1 may 2025-ci il tarixdə isə sonuncunun arvadı X3 vasitəsilə Abşeron rayonu, Atyalı qəsəbəsində 3.000 (üç min) manat, cəmi vahid niyyətlə əhatə olunan qəsdlə 8.500 (səkkiz min beş yüz) manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs 8.500 (səkkiz min beş yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində (müstəntiq X5) aparılan ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuş və cinayət prosesi üzrə mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilən aşağıdakı nöqsanlara yol verilmişdir:

1. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında”, xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarlarda istinad edilən faktiki hallar ilə ittiham aktının məzmunu arasında əhəmiyyətli ziddiyyət mövcuddur. Belə ki, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarda hadisənin təsviri zamanı “Elnur İsrafilovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi ilə bağlı…” ifadəsi qeyd edilsə də, cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-1209/2025 nömrəli hökmünə əsasən Şahid4 İsrafil oğlu barəsində məhkəmə araşdırılması aparılmaqla Azərbaycan Respublikasının CM-in 126.2.4 və 221.3-cü maddələrinə əsasən ittiham hökmü çıxarılmışdır. Bundan başqa “sübutların qiymətləndirilməsi haqqında” qərarın 8-ci bəndində Elnur İsrafil oğlunun soyadı İsrafilov kimi deyil, Bayramov kimi oxunması qeyd edilsə də, Təqsirləndirilən şəxs yenidən ittiham verilməmiş və xx.xx.2026-cı il tarixdə təsdiq edilmiş ittiham aktında cinayətin təsviri kimi “Elnur İsrafilovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi ilə bağlı…” ifadəsi qeyd edilmişdir. Beləliklə, eyni faktiki hal üzrə prosessual sənədlərdə tamamilə fərqli şəxslərin adlarının göstərilməsi, cinayət təqibinin faktiki hallarının qeyri-müəyyən qalmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının CPM-in 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilir. Azərbaycan Respublikasının CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsaslardan biri sayılır. Cinayət prosesində ittihamın əsasları konkret, aydın və birmənalı olmalıdır. Təqsirləndirilən şəxs tərəfindən konkret hansı şəxsin barəsində məhkəmə işi üzrə təsir göstərilməsinin vəd verilməsi ittihamın əsas elementlərindən biridir. Sübutların qiymətləndirilməsi haqqında qərarda bir şəxsin, ittiham aktında isə tamamilə fərqli şəxsin adının göstərilməsi, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı qeyri-müəyyən edir. İttiham aktı cinayət təqibinin əsasını təşkil edən başlıca prosessual sənəd olmaqla, işin sonrakı mərhələsində qəbul ediləcək bütün prosessual qərarlara əhəmiyyətli təsir göstərir. Lakin ittiham aktında sübutların qiymətləndirilməsi haqqında qərardan fərqli faktiki hala istinad edilməsi, ittihamın əsasının dəyişdirilməsi kimi qiymətləndirilməlidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. İttiham aktının tərtibi yalnız sübutların qiymətləndirilməsi haqqında qərarda təsbit olunan eyni faktiki hallar üzrə, eyni subyektlərə münasibətdə və sübutların qiymətləndirilməsi haqqında qərarda göstərilmiş çərçivədə aparılmalıdır. Fərqli şəxslərə aid edilən hallar üzrə sübutların eyni iş üzrə qiymətləndirilməsi sübutların daxili məntiqini və qarşılıqlı əlaqəsini pozur, onların etibarlılığına ciddi şübhə yaradır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın faktiki hallarını və hüquqi mahiyyətini dəqiq bilməlidir. Konkret hansı şəxsin barəsində məhkəmə işi üzrə təsir göstərilməsi ilə bağlı vədin verilməsi aydın olmadığı halda, təqsirləndirilən şəxsin bu qeyrimüəyyən ittiham üzrə müdafiə mövqeyini formalaşdırması obyektiv olaraq mümkünsüzdür, nəticə etibarilə yol verilən səhvlə təqsirləndirilən şəxsin müdafiə hüququ kobud surətdə pozulmuşdur. Məhkəmə hesab edir ki, sözügedən ziddiyyət texniki səhv kimi qiymətləndirilə bilməz, çünki söhbət sadəcə yazı və ya redaksiya səhvindən deyil, ittihamın faktiki əsasını təşkil edən əsas subyektin dəyişməsindən gedir. Bu isə məhkəmədə cinayət işinin mahiyyəti üzrə baxılmasını istisna edir.

2. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs özgə əmlakını aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə zərərçəkmiş şəxsin oğlu Şahid4 İsrafil oğlu barəsində cinayət işi üzrə icraata xitam verilməsi vədi ilə Zərərçəkmiş şəxs ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini istəmiş, lakin sonuncunun qeyd olunan məbləği birdəfəlik ödəmək imkanının olmadığını bildirməsi səbəbindən 5.500 (beş min beş yüz) manat və 3.000 (üç min) manat olmaqla ümumilikdə vahid niyyətlə 8.500 (səkkiz min beş yüz) manat pul vəsaitini Zərərçəkmiş şəxs birbaşa və dolayı yolla alaraq şəxsi ehtiyaclarına sərf edib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Lakin xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarda Təqsirləndirilən şəxs törətmək niyyətində olduğu dələduzluq cinayət əməli ilə əlaqədar Zərərçəkmiş şəxs qabaqcadan hansı miqdarda ziyan vurmaq niyyəti barədə məlumatlar göstərilməmiş, eyni zamanda törədilmiş cinayətin təsviri olaraq istənilən 10.000 (on min) manat pul vəsaitinə ümumiyyətlə toxunulmamışdır. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ittiham aktında göstərilmiş 10.000 (on min) manat məbləğ üzrə pul tələb etmə faktına hüquqi qiymət verilməmiş, yalnız ayrı-ayrılıqda 5.500 (beş min beş yüz) manat və 3.000 (üç min) manat məbləğlərinin verilməsi epizodları araşdırma predmeti kimi götürülmüşdür. Azərbaycan Respublikasının CPM-in 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilir. Azərbaycan Respublikasının CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsaslardan biri sayılır. Məhkəmə hesab edir ki, əməlin düzgün tövsif edilib-edilməməsinə qiymət verilməsi cinayət işinin hazırlıq mərhələsində araşdırma predmeti olmamaqla yanaşı törədilməsində ittiham olunan cinayətin düzgün təsviri, motiv və məqsədin ittiham aktında göstərilməməsi onun tərtib edilməsi ilə əlaqədar kobud pozuntu hesab edilməlidir.

3. Abşeron Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayət əməlini törətmək niyyəti Şahid4 İsrafil oğlu barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğu vaxt yaranmaqla Zərərçəkmiş şəxs aldatma yolu əmlakını ələ keçirmək üçün sonuncudan maddi nemət olan pul vəsaitini istəmişdir. Lakin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən açıq şəkildə görünür ki, Təqsirləndirilən şəxs pul istədiyi vaxt Şahid4 barəsində olan cinayət işi məhkəmənin icraatına verilməməklə araşdırma Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaq mərhələsində olmuşdur. Lakin istintaq aparılmış müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-1209/2025 nömrəli hökmünün qəbul edilməsinə əsas olmuş cinayət işi barədə məlumatlar müvafiq sorğu verilməklə götürülməmiş, ittiham olunan cinayət əməlinin və cinayətkar niyyətin hansı vaxtda yaranması ilə əlaqədar ziddiyyətlərə aydınlıq gətirilməyərək cinayət hadisəsinin təsviri düzgün müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda göstərilən faktiki halla, yəni işin məhkəmənin icraatında olması faktı ilə ittiham aktında təsbit olunmuş zərərçəkmiş şəxsin məhkəməyədək verdiyi ifadəsində öz əksini tapmış fakt uyğunluq təşkil etmir. Azərbaycan Respublikasının CPM-in 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilir. Azərbaycan Respublikasının CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsaslardan biri sayılır. Məhkəmə hesab edir ki, əməlin düzgün tövsif edilib-edilməməsinə qiymət verilməsi cinayət işinin hazırlıq mərhələsində araşdırma predmeti olmamaqla yanaşı törədilməsində ittiham olunan cinayətin düzgün təsviri, motiv və məqsədin ittiham aktında göstərilməməsi onun tərtib edilməsi ilə əlaqədar kobud pozuntu hesab edilməlidir.

4. Azərbaycan Respublikasının CPM-in 292.1-ci maddəsinə əsasən, ittiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ittiham aktının tərtib edilmə tarixi rəsmi olaraq xx.xx.2026-cı il kimi göstərilsə də, həmin ittiham aktının surətində onun tərtib edilmə tarixi xx.xx.2026-cı il kimi qeyd olunmuşdur. Bu ziddiyyət ittiham aktının tərtib edilmə vaxtı ilə bağlı ciddi şübhələr yaradır və cinayət-prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, ittiham aktı vahid prosessual sənəd olmaqla, onun bütün surətlərində tərtib edilmə tarixi eyni olmalıdır. Qeyd olunan tarix fərqliliyi sənədin hüquqi cəhətdən etibarlılığına xələl gətirir. Qeyd edilməlidir ki, ittiham aktının tərtib edilmə tarixi cinayət-prosessual baxımdan mühüm əhəmiyyət kəsb edir. İttiham aktının tərtib olunma tarixinin qeyri-müəyyən olması bir çox prosessual müddətlərin hesablanması, o cümlədən işin məhkəməyə göndərilməsinin qanunvericilikdə nəzərdə tutulmuş müddətinə riayət olunmasının təmin edilib-edilməməsi məsələsinin müəyyənləşdirilməsini çətinləşdirir. İttiham aktının əsli ilə iş materiallarına əlavə olunmuş surətin tarixində olan uyğunsuzluq bütövlükdə ibtidai istintaqın nəticələrinin qanuniliyini şübhə altına alır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulubpozulmaması barədə məsələyə baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.5 və 303.1-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmış Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının CPM-in 84.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı bu Məcəllənin müddəalarının icrası və tətbiqinə həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məsuliyyət daşıyır. Həmin Məcəllənin 85.3-cü maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Hazırki cinayət işi üzrə müəyyən edilmiş kobud pozuntular prosessual xarakterli olmaqla onlara yol verilməsinin səbəbi istintaqı aparmış Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən saxtakarlıq və ya digər hər hansı ciddi qanun pozuntusu ilə əlaqəli olmadığından prosessual rəhbərliyi həyata keçirmiş Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən istintaq müddəti ərzində müəyyən edilməli və aradan qaldırılmalı idi. Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin müvafiq əmri əsasında Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri X4 xx.xx.2026-cı il tarixdən vəzifəsindən azad edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəməyədək icraat zamanı ibtidai istintaqın Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasına məsuliyyət daşıyan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş şəxsin vəzifəsindən azad olunması səbəbindən yol verilmiş kobud pozuntular ilə əlaqədar xüsusi qərar qəbul edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası CPM-in 300.5-ci maddəsinə əsasən, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə məhkəmə qərarından apellyasiya şikayəti verilməsi nəzərdə tuulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. X9-Zadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar