Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(5-105)-22/2026 09.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Salatın Etibar qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X4 və onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakı ilə, X6 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X1 Elçin Eldar oğlunın Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işlədiyi dövürdə X9 atıcı peşəsi üzrə çalışıb. Lakin daxili intizam qaydalarını pozduğu üçün onunla bağlanmış müddətli əmək müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilərək uzadılmamışdır. X2 "xxxx" MMC-yə qarşı işə bərpaya dair iddia vermişdir. X3 ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən başlayaraq onu və ailə üzvlərini təhqir etmişdir. Bu azmış kimi onun iş güzar nüfuzuma xələl gətirəcək, şər böhtan xarakterli və təhqir edici ifadələr işlətmiş və işlətməkdə də, davam edir. Belə ki, X9 12 mart 2025-ci ildən başlayaraq öz Tİk-Tok şəbəkəsində olan öz şəxsi səhifəsində canlı açaraq onun barəsində təhqir, şər-böhtdan və işgüzar nüfuzuma xələl gətirəcək ifadələr işlətməkdədir. 13 mart 2025-ci il tarixdə 3890 baxışı olan video müraciətdə (korrupsaner, özgə kişinin pulu ilə özünü kişi hesab edirsən, xoşun gəlmir səni terroristin oğlu bandit deyirəm, sənə deyirəm bandit) ifadələrini; 14 mart 2025-cil tarixdə 18 mart 2025-ci il tarixdə 665 baxış olan video müraciətdə ( gözlə Anar müəllim və hər videoda şəkilin paylaşmaq) kimi ifadələr; 23 mart 2025-ci il tarixli 557 baxışı olan video müraciətdə (DNK bilinməyən oğlunun terroristir, Fransada Polşada erməniləri maliyələşdirən terrorist) kimi ifadələri təkrar-təkrar işlətmiş; 29 mart 2025-ci il tarixdə 3308 baxışı olan video müraciətdə (bunan qabaqkı videoda göstərmişəm X11 Polşada ermənilərlə bir arada olun sizin DNK-sı bilinməyən Fiəsən adlı oğlunuz terrorist bandit hansı ki, ermənilərlə oturub əlində silah mahnı oxuyur) ifadələrini; 01 aprel 2025-ci il tarixli 3300 baxışı olan video müraciətdə (sənin oğlun terrorist banditdi) ifadələrini; 04 aprel 2025-ci il tarixdə 465 baxışı olan video müraciətdə (müavinləri çox bilir başlayaraq yalvarmağa, mühafizə xidmətindən başı çıxmayan, qara BMV-ni kimə satıb yoxa çıxardıb); 06 aprel 2025-ci il tarixdə 460 baxış olan video müraciətdə (Anar Məmmədov sizin halal pullarınızla özünə lüks ev, lüks maşın arvadına 1900 manat əmək haqqı kef edir sizin şotunuza. Anar Məmmədov terrorist bandit oğlu Polşada kef edir, bizim pullarımız fıtır-fıtır burnunan gəlsin, kimə arxeyindi, kimin kölgəsində gizlənir, oğlun terrorist bandik, sənin oğlunun DNK-si Çaldaş kəndində 1959-cu ildən yoxlanmalıdır, Çaldaş kəndində sənin oğlunun DNK-sı qanı yoxlanmalıdır) ifadələrini; Qeyd: Anar Məmmədovun doğum tarixinə nəzər salsaq görürük ki, o, 1971-ci il təvəllüdlüdür və 1959-cu il tarixdən yoxlanılması onun şərəf və ləyaqətini daxili hislərinə, bir başa onun keçmişinə yəni axsaqlarına və ağbirçəklərinə işlədilən ifadədir; 07 aprel 2025-ci il tarixdə 551 baxışı olan video müraciətdə kənar bir şəxsin səs yazısın paylaşaraq Anar Məmmədov şərəfsiz müharibə iştirahçılari na qazilərə və şəhid ailələrinə hörmətsizlik edirsən oğlun terrorist bandit, sənin oğlunun DNK-si Çaldaş kəndində 1959-cu ildən yoxlanmalıdır, Çaldaş kəndində sənin oğlunun DNK-sı qanı yoxlanmalıdır, şərəfsiz oğluna köməklik edirsən ifadələri; Qeyd: SOS MMC-nin sosial şəbəkədə olan saytına baxsaq onun veteranlara qazilərə və şəhid ailələrinə Anar Məmmədovun rəhbərliyi dövründə hansı xüsusi diqqət yetirildiyinin şahidi olarıq. Bu ifadələr onun işgüzar nüfuzuna, şərəf və ləyaqətini alçadan ifadələr kimi və şər bondan kimi qəbul edilməlidir; 13 aprel 2025-ci il tarixli 704 baxışı olan video müraciətdə Orxan Rzaliyev çay mürəbbə daşıyan, sən Ayna Sultanovada kirayə qalırdın sənin bir şalvarında və dranqlet maşının başqa heçnəyin yox idi birdən-birə sən belə varlandın 300 minlik evdə yaşayırsan ifadələrini DTX akademiyasım 4-cü kursundan qovulan terrorist bandit oğlun N saylı hərbi hissədə nə cür qulluq edib kimin şotuna sən elə bilirsən bilmirəm sənin qızın 1994- cü ildəndir, onun keçmişin əri ilə ayrılıb; Qeyd: bu fadələr hansı ki ailəsi barədə işlədilib mənəvi dəyərlərini təhqir edilmiş kimi qəbul olunmalıdır; 14 aprel 2025-ci il tarixli 1352 baxışı olan video müraciətdə Cahangir Həsənov karruosaner, niqodnu sənə bəs etmir bandit terrorist anası olaraq başına belə banditləri karrupsanerləri yığırsan, ailə mafiyası, fitil-fitil burnunan gələcək, başqa mühafizəçilər kimi sənən qorxmuram axıra kimi gedəcəm, o kiçik etniq qrupları təhqir edən adamı bilirsən neynirlər, ağlın olardı döyüşməzdiz, ya bu məsələmni məni çağır həll et yoxsa axıra kimi gedəcəm bütün rüşvətxorları sən yığmısan idarəyə, sənə klon deyənlərə sən klon deyilsən bandit terroristin atasısan mən sənən axıra kimi varam ifadələrini; 29 aprel 2025-ci il tarixdə 931 baxış olan video müraciətdə sən bilirsən nədi QRZ Eldarla Zakir əməyat keçirdi bandit terroristin atası baditlərə terroristlərə yol göstərirsən, ailə mafiyası yaradırsan, sənin kimi adamlar o paşinyan şərəfsiz prezident var ee onlara imkan verirsən ki bizim ölkəyə burnunu soxsunlar Polşaya gedib hələ onlara nələri ötürürsən; 04 may 2025-ci ildə 757 baxışı olan video müraciətdə Əkbər yalanan yazıb barmaqlarını yorma kişisənsə get məni ver məhkəməyə prokurorluğa məni verməkdən sə, Cahangir Həsənov karrupsanerləri ver, məni hüquq mühafizə orqanlarına verməyən kişi deyil o xaricdə olan Orduxan, Orxan Qalib onları niyə axtarırsız Azərbaycanda Anar Məmmədov kimi şəxsləri axtarmaq lazımdır, A.Məmmədfov bandit terrorist qanı bilinməyən oğlu, adam mənim üçün bandit terroristir qanı bilməyəndir, idarə daxili sənədləri paylaşır və daxili sirləri içtimayiləşdirir, Əkbər sənə şər böhdan atıram şikayət etməyən kişi deyil, edə bilmirsizsə sakit durun dilinizi qatdalayın ifadələrini; 07 may 2025-ci il tarixdə 759 baxışı olan video müraciətdə A.Məmmədovun oğlu qanı bilinməyən bandit terrorist indidə deyə bilərəm şərəfsiz Azərbaycanın üz qarası məni məhsulyətə cəlb elətdirməyən kişi deyil, hansı dövlətə qulluq edirsən ifadələrini; 10 may 2025-ci il tarixli 855 baxışı olan video müraciətdə niyə qorxaq kimi siz yaşamağa davam edirsiz A.Məmmədovun nəvəsi rahat yesin sizin pulunuzu, məni məhsulyətə cəlb etməyən kişi deyil, A.Məmmədov baditin terroristin qanı bilinməyənin atasıdır, artislik onun qanlndadır, Çaldaş kəndində onun qanın yoxlayın, sən ətrafina kimi yığırsan X13 A.Məmmədov kişisənsə gəl məhkəməyə, aydınlaşdırarıq hansı dövlətə xidmət edirsən, Azərbaycanı pis vəziyyətdə qıyacaqsan mən sənən məşqul olacam, çaşarsan a əlimdə zərf var başqa hərəkət edərsən 3 yerə gedəcək, sənin qanını sok turtuçqası ilə içəcəm heçnədən çəkinmirəm qorxmuram, bandit terrorist yetişdirirsən, SOS MMC təxribatçı yetişdirir, Cahangir Həsənovu karupsaneri işə götürmüsən, A.Məmmədov terrorist bandit qanı bilinməyən adamın atasıdır, məni məhsulliyətə cəlb elətdirməyən kişi deyil , A.Məmmədovun keçmişin yoxlayın görün Ordubatdan niyə qaçıb gəlib sizə dedim axı mən çox şey bilirəm, jurnalistləri yıqaq mən deyim A.Məmmədov kimdir terroristləri Polşada maliyələşdirir, qanı bilinməyən terrorist bandit; 14 may 2025-ci il tarixli 585 baxışı olan video müraciətdə niyə qorxaq kimi siz yaşamağa davam edirsiz A.Məmmədovun nəvəsi rahat yesin sizin pulunuzu, məni məhsulyətə cəlb etməyən kişi deyil, A.Məmmədov baditin terroristin qanı bilinməyənin atasıdır, artislik onun qanlndadır, Çaldaş kəndində onun qanın yoxlayın, sən ətrafina kimi yığırsan X13 A.Məmmədov kişisənsə gəl məhkəməyə, aydınlaşdırarıq hansı dövlətə xidmət edirsən, Azərbaycanı pis vəziyyətdə qıyacaqsan mən sənən məşqul olacam, çaşarsan a əlimdə zərf var başqa hərəkət edərsən 3 yerə gedəcək, sənin qanını sok turtuçqası ilə içəcəm heçnədən çəkinmirəm qorxmuram, bandit terrorist yetişdirirsən, SOS MMC təxribatçı yetişdirir, Cahangir Həsənovu karupsaneri işə götürmüsən, A.Məmmədov terrorist bandit qanı bilinməyən adamın atasıdır, məni məhsulliyətə cəlb elətdirməyən kişi deyil, A.Məmmədovun keçmişin yoxlayın görün Ordubatdan niyə qaçıb gəlib sizə dedim axı mən çox şey bilirəm, jurnalistləri yığaq mən deyim A.Məmmədov kimdir terroristləri Polşada maliyələşdirir, qanı bilinməyən terrorist bandit ifadələrtini 23 may 2025-ci il tarixli 652 baxışı olan video müraciətdə mənim hüquqlarımı bərpa edin, mənim halal pulumu qaytarın mənim pulumu A.Məmmədov dostları, qrup yoldaşları və qohumlıarı ilə doldurub yeyirlər, qanı bilinməyən terrorist banditin atası, karrupsaneri orada saxlayır, indi aktorluq masqavı taxmısan, qanı bilinməyən terrorist banditin şərəfsiz oğlunu deyirəm, məni məhsullyətə cəl etdirməyən kişi deyil, qohum mafiyası yaradıb nə qədər yeyinti edib ifadələrini 24 may 2025-ci il tarixli 950 baxışı olan video müraciətdə A.Məmmədov baditin terroristin qanı bilinməyənin atasıdır, mən demişdim terrorçulara yol göstərən məsləhət verəndir ifadələrini; 26 may 2025-ci il tarixdə 456 baxışı olan video müraciətdə keçmiş direktor A.Məmmədov baditin terroristin qanı bilinməyənin atasıdır, nəvəsinə bizim pulları yedizdirir terroru maliyyələşdirir ifadələrini; 3 iyun 2025-ci il tarixli 365 baxışı olan video müraciətdə A.Məmmədov baditin terroristin qanı bilinməyənin atasıdır, mən demişdim terrorçulara yol göstərən məsləhət verəndir Bakı News və Atmosfer sayıtlarında olan məqalələri mənimdi və cavab daşımağa hazıram, açıq açığına adımıda yazıram, A.Məmmədov məni qorxaqlarınla bir tutma ifadələrini; 05 iyun 2025-ci il tarixdə 746 baxışı olan video müraciətdə keçmiş direktor A.Məmmədov baditin terroristin qanı bilinməyənin atasıdır, nəvəsinə bizim pulları yedizdirir terroru maliyyələşdirir, A.Məmmədovun guya ailəsinə toxunuram, baditin terroristin qanı bilinməyənin ailəsinə toxunuram hə mən əcəb edirəm ifadələrini; 16 iyun 2025-ci il tarixdə 632 baxışı olan video müraciətdə fəhlələri işlədib pulun verməmək ifadəsi böhdandır, A.Məmmədov hamısın sübut edəcəm məni çağırın danışaq yoxsa mən dəyanmayacam ifadələrini “ TikTok " internet ehtiyatlarında həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Göründüyü kimi vətəndaş X9 onun şərəf və ləyaqətini ləkələyən, şərəf və ləyaqətimi alçaldan məlumatlar yaymış, işgüzar nüfuzuna xələl gətirən hərəkətlər etmiş, ona böhtan atmış və təhqir etmişdir. Hesab edirəm ki, onun əməlində Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələrinin tərkibi vardır və vətəndaş X9 həmin maddələrlə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb olunmalı və cəzalandırılmalıdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X8 şikayətin məzmununa uyğun izahat verərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 şikayətin məzmununa uyğun izahat verərək və qeyd edilən videoların onun tərəfindən paylaşılmasını bildirərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 izahatında xüsusi ittiham qaydasında şikayəti qəbul etmədiyini, habelə onun barəsində verilmiş şikayətlə tanış olduğunu, xüsusi ittiham qaydasında şikayətə sübutların əlavə edilmədyini, ona şər atıldığını bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini xahiş etdi. Vəkil Müdafiəçi2 xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə Azərbycan Respublikası CPM-nin tələblərinə əməl edilmədiyini bildirərək baxışa təyin edilməməsini xahiş etdi. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.2.3-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, qanunvericliyin qeyd edilən normalarının tələbinə və mənasına görə hər hansı şəxsə qarşı irəli sürülmüş ittihamın sübut edilməsi ittiham tərəfinin üzərinə düşür, irəli sürülmüş xüsusi ittiham isə hələ gələcəkdə sübut olunubolunmamasından asılı olmayaraq icraata qəbul edilib baxılması üçün ilk öncə müvafiq sübutlarla əhatə olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs baş vermiş hadisənin dəqiq vaxtını qeyd etməmiş, şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) dəqiq qeyd edilməmiş, həmçinin xahiş etdi hissəsində CM nin 147 maddəsi ümumi olaraq qeyd edilmişdir. Həmçinin məhkəmə hərəkətlərindən şikayət edilən şəxsin əməllərinə (qanunda göstərilən obyektiv və subyektiv əlamətlərin cəminə) hüquqi qiymət vermədən ilkin dinləmələr mərhələsində müvafiq prosessual hüquq normaların tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Cinayət Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 12-cı bəndində məhkəmələrə izah edilir ki, Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Bununla da, X4 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edildi ki, CPM-in 302.1.1-ci və 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir, belə ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, X7 5 (beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 55 (əlli beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. X7 5 (beş) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 55 (əlli beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürüsün. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(5-105)-22/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(5-105)-22/2026
09.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver