Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(5-105)-25/2026 02.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Teymur-Zadə Elvin Rasif oğlunun sədrliyi, Manaflı Nicat Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Ehtibar oğlunun, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2026-cı il saat 14 radələrində yaşadığı ünvan 1 ünvanda arvadı Zərərçəkmiş şəxs yemək hazırlamadığına görə irad bildirərkən tərəflər arasında həmin səbəbdən ailə məişət münasibətləri zəmnində yaranmış narazılıqla bağlı mübahisə baş verdikdə o, həmin mübahisə əsnasında əsəbiləşərək Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun sifət, sinə, baş, qol, kürək və digər nahiyələrinə ardıcıl vuraraq Zərərçəkmiş şəxs başın alın nahiyəsinin üç ədəd, başın alın-təpə nahiyəsinin bir ədəd hematoması (dərialtına qansızmalar), boyunun aşağı 1/3-nin sağ yan səthinin sıyrıqları, sağ və sol bazunun, sağ kürək nahiyəsinin qançırları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Günel ilə 2012-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan iki azyaşlı övladı var. Əvvəllər Günellə münasibəti normal olmuş, son zamanlar ara-sıra aralarında ailədaxili mübahisələri olmuşdur. 09 yanvar 2026-cı il tarixdə, saat 14:00 radələrində yaşadığı evdə olarkən Günelə yemək hazırlamağını söyləmiş, Günel isə onun dediklərinə əhəmiyyət verməyib öz işləri ilə məşğul olmuş, bu səbəbdən aralarında sözlə mübahisə baş vermiş və baş verən mübahisə zamanı əsəbiləşərək Günelin üzərinə gedərək əl, yumruq zərbələri ilə onun sifət, baş, sinə və bədəninin digər nahiyələrinə vuraraq Güneli döymüşdür. Bundan sonra o, evdən çıxıb getmişdir. O həmçinin bildirmişdir ki, Günel onun barəsində polisə şikayət etmişdir. Mübahisə zamanı Günel onu vurmamış və ona heç bir müqavimət göstərməmişdir. Mübahisənin təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt evdə başqa şəxsin olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edildiyini, sonuncuya dəymiş ziyanın ödənildiyini, şikayət vermiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını məhkəməyə bildirərək barəsində olan icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan iki övladı var. Elxanla əvvəllər münasibətləri normal olsa da, son zamanlar ailə-məişət zəminində aralarında sözlə mübahisələri baş vermişdir. 09 yanvar 2026-cı il tarixdə günorta vaxtlarında Elxan ondan yemək hazırlamağını istəmiş, o isə həmin vaxt başqa işləri olduğu üçün Elxana sonra hazırlayacağı cavabını verdiyindən Elxanla aralarında sözləmübahisə baş vermiş, baş verən mübahisə zamanı Elxan əsəbiləşərək üzərinə gəlmiş və əl, yumruq zərbələri ilə onun sifət, sinə, baş, qol, kürək və digər nahiyələrinə vuraraq döyüb xəsarət yetirmişdir. Sonra Elxan ondan aralanıb çıxıb getmişdir. O, da hadisə barədə telefonla DİN-nin“102” xidmətinə zəng edib məlumat vermişdir. Şikayət və tələbi Elxanın ona xəsarət yetirdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmasından ibarət olduğunu, baş vermiş münaqişənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt evdə kənar şəxsin olmadığını, mübahisə zamanı Elxana qarşı hər hansı bir fiziki zor tətbiq etmədiyini göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş ziyanı ödənimiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X2 Abşeron rayon şöbəsinin xx.xx.2026-cı il tarixli, 67 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər-başın alın nahiyəsinin üç ədəd, başın alın-təpə nahiyəsinin bir ədəd hematoması (dərialtına qansızmalar), boyunun aşağı 1/3-nin sağ yan səthinin sıyrıqları, sağ və sol bazunun, sağ kürək nahiyəsinin qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2026-ci il tarixdə davadalaş zamanı əl, yumruq zərbələri nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli tələbnamədən görünür ki, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 13 yanvar 2006-cı il tarixli, 1-30-2006 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsinin törədilməsində təqsirli bilinərək barəsində 6 (altı) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənmişdir, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o özünü təqsirli bilir, əməlindən peşmandır, şikayət vermiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmişdir, sonuncunun ona qarşı heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə iş üzrə toplanmış sübutları və təqdim edilmiş sənədləri araşdıraraq müəyyən etmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs törətdiyi əməl nəticəsində şikayət vermiş şəxsə vurulmuş maddi zərəri tam həcmdə ödəmiş, habelə şikayət vermiş şəxslə barışıq əldə etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin bu davranışı onun törətdiyi əmələ görə peşman olduğunu, öz hərəkətlərinin nəticələrini dərk etdiyini və gələcəkdə qanunazidd davranışlardan çəkinmək niyyətində olduğunu göstərir ki, bu da onun islah olunmasına dəlalət edən hallar kimi qiymətləndirilir. Qanunvericiliyin tələblərinə əsasən, müəyyən kateqoriyalı cinayət işləri üzrə cinayət təqibinin davam etdirilib-etdirilməməsi məsələsinin həlli şikayət vermiş şəxsin mövqeyi ilə birbaşa bağlıdır. Bu baxımdan, cinayət törətmiş şəxsin cəzalandırılmasının məqsədəuyğun olub-olmaması məsələsinin həllində şikayət vermiş şəxsin iradəsi və mövqeyi məhkəmə üçün mühüm hüquqi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şikayət vermiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışdığını, ona qarşı hər hansı maddi və ya mənəvi tələbinin qalmadığını, habelə cinayət hadisəsi ilə bağlı onun barəsində cinayət təqibinin davam etdirilməsini zəruri hesab etmədiyini bildirmişdir. Şikayət vermiş şəxs həmin ərizəsində təqsirləndirilən şəxs barəsində aparılan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərəri könüllü olaraq ödəməsi, şikayət vermiş şəxslə barışığa gəlməsi, şikayət vermiş şəxsin isə açıq şəkildə cinayət təqibinin davam etdirilməsinə etiraz etməməsi və əksinə, icraata xitam verilməsini xahiş etməsi iş üzrə cinayət təqibinin davam etdirilməsini məqsədəuyğun hesab etməməyə əsas verir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 (on bir) manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 (on bir) manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Teymur-Zadə
Məhkəmə qərarları › İş №1(5-105)-25/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(5-105)-25/2026
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver