Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(5-105)-43/2026 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Şikayət vermiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1954-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə küçəsi, ev 1A, mənzil 10 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2026-cı il gecə saat 00:30 radələrində yaşadığı ünvan 1 ünvanda arvadı Zərərçəkmiş şəxs ilə ev heyvanı olan pişik saxlamaq üstündə aralarında yaranmış fikir ayrılığı ilə əlaqədar ailə-məişət münasibətləri zəmnində mübahisə baş verdikdə o, həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əl (yumruq) zərbəsi ilə sonuncunun baş nahiyəsinə vuraraq Zərərçəkmiş şəxs başın təpə-ənsə nahiyəsinin hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuş, habelə həmin hadisə vaxtı ardınca Zərərçəkmiş şəxs özünü qorumaq məqsədi ilə qarşıya verdiyi sağ əlinə əl (yumruq) zərbəsi ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ əlin İ və V barmaqları nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamığa zərərvurmayan xəsarətlər yetirmişdir. İşin halları və dəlilləri: Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışı iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 1992-ci il də rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki övladı var. 13 yanvar 2026-cı il tarixdə gecə saat 00:30 radələrində yaşadığı evdə olarkən oğlu X1 üçün evə pişik gətirmiş, həmin vaxt arvadı Gülüşən pişiyin evdə saxlanılmasına etiraz edərək evdə həmin pişiyə baxa bilməyəcəyini, pişiyin evi batıracağını və pişiyin evdən aparılmasını istəmişdir. O, da Gülüşənin pişiyi evdən göndərmək istədiyini görüb ona pişiyin evdə saxlanılmasının heç kəsə problem olmayacağını deyərək Gülüşənə öz iradını söyləmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbiləşərək əli ilə bir dəfə Gülüşənin baş nahiyəsinə zərbə vurmuşdur. İkinci dəfə Gülüşəni əli ilə vurmaq istəyərkən Gülüşən əlini başının qarşısına tutmuş və əli Gülüşənin əl nahiyəsinə dəymişdir. Bundan sonra mübahisələrinin başa çatdığını göstərmişdir. Bundan əlavə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirməklə, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əri olmasını qeyd edərək, ifadə verməkdən imtina etdiyini bildirməklə, ifadəsinin elan edilməsini xahiş etdi. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Süleymanla 1992-ci il də rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki övladı var. Son bir neçə ay ərzində yaşadığı evdə Süleyman ilə aralarında ailə-məişət münasibətləri zəminində ara-sıra sözlə mübahisələri baş verir. Sonuncu dəfə xx.xx.2026-cı il tarixdə gecə saat 00:30 radələrində yaşadıqları evdə olarkən oğlu X1 üçün evə pişik gətirmiş, o isə pişiyin evdə saxlanılmasına etiraz edərək evdə tək olduğunu, həmin pişiyə baxa bilməyəcəyini, pişiyin evi batıracağını deyərək pişiyin evdən aparılmasını istəmişdir. Süleyman isə onun pişiyi evdən göndərmək istədiyini görüb pişiyin evdə saxlanılmasının heç kəsə problem olmayacağını deyərək ona irad bildirmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zamanı Süleyman əli ilə bir dəfə onun baş nahiyəsinə zərbə vurmuş, ikinci dəfə Süleyman onu vurmaq istəyərkən isə o, əlini başının qarşısına tutmuş və həmin vaxt Süleymanın əli onun sağ əl nahiyəsinə də, vuraraq xəsarətlər yetirmişdir. Bundan sonra mübahisə və münaqişələri başa çatmışdır. Həmin gecə evdə yatmış və oyandıqdan sonra Abşeron rayon Polis İdarəsinə yaxınlaşıb bu barədə məlumat verdiyini göstərmişdir. Baş vermiş mübahisənin təxminən 15 dəqiqə davam etdiyini, nübahisə zamanı evdə oğlu X3 başqa şəxs olmadığını göstərmişdir. Mübahisə zamanı səs-küy yaranmadığını, şikayət və tələbi onu döyərək xəsarət yetirən əri Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu göstərmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:
1. “Məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması və icraata qəbul edilməsi” barədə 14 yanvar 2026-cı il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırma aparılması üçün icraata qəbul olunmuşdur;
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin 16 yanvar 2026cı il tarixdə daxil olmuş 13 yanvar 2026-cı il tarixli, 96 nömrəli rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər - başın təpə-ənsə nahiyəsinin hematoması, sağ əlin İ və V barmaqları nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan müddətə və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə dava-dalaş zamanı yumruq zərbələri təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə -başın təpə-ənsə nahiyəsinin hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; -sağ əlin İ və V barmaqları nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bundan əlavə araşdırma zamanı X4 baş vermiş hadisə ilə bağlı onun izahatının alınmasına könüllü olaraq razı olmaması barədə ərizə ilə müraciət etmişdir. Odur ki, bu hal nəzərə alınmışdır;
3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 23 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 yanvar 2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir;
5. “Sübutların qiymətləndirilməsi” haqqında 27 yanvar 2026-cı il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə arvadı Zərərçəkmiş şəxs xəsarət yetirməsi ilə bağlı barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat işi qüvvədə saxlanılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yekun protokolu tərtib edilməsi, onun əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanmış dindirmə protokolları, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü hesab edilməsi, tərəflərin ailəsində yaşanan münaqişəli münasibətlər nəzərə alınaraq onlar tərəfindən gələcəkdə törədilə biləcək hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilməsi və qərarm surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna və maraqlı tərəflərə göndərilmişdir;
6. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir;
7. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirməklə, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.
Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, şikayət vermiş şəxsin istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan olunması, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və şikayət vermiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə dair razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin şikayət vermiş şəxslə barışmasını, barəsində başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsi barədə müraciətini, həmçinin ittiham olunduğu əməl üzrə əvvəllər cinayət məsuliyyətinə cəb edilməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 7 (yeddi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi 77 (yetmiş yeddi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 7 (yeddi) saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi 77 (yetmiş yeddi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov