Məhkəmə qərarları › İş №1(5-105)-49/2026

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(5-105)-49/2026

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(5-105)-49/2026 16.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İslamov Elçin Rəfail oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Şikayət vermiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Kürdəmir rayonunun Böyük Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Böyük Kəngərli ərazi dairəsi, Böyük Kəngərli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, X3 yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yekun protokola əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2026-cı il saat 17 radələrində Abşeron rayonu, At yalı yaşayış massiv ərazisindən keçən Bakı-Şamaxı avtomobil yolunun kənarındakı avtobus dayanacağında münasibətləri pozulduğundan nigahlarına xitam vermək fikrinə düşdüyü arvadı Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncuya birgə nigahdan olan xx.xx.2016-cı il təvəllüdlü azyaşlı övladları X2 orta məkbədə tək aparması ilə bağlı irad bildirərkən, habelə həmin vaxtı Zərərçəkmiş şəxs onu həmin övladı Ayşən Bəbirova ilə görüşməsinə maneəçlik törədərkən həmin səbəblərdən tərəflər arasında qısqanclıq və ailə-məişət münasibətləri zəmnində yaranmış narazılıqla bağlı mübahisə baş verdikdə o, həmin mübahisə əsnasında həmin ünvandakı dayanacaqda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əl, yumruq zərbələri ilə sonuncunun ağız, sifət, baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs üst dodağın selikli qişasının sağ hissəsinin bir ədəd, üst çənədə sağda İİİ diş yuvası nahiyəsinin bir ədəd şişkinlik halında əzilmiş-cırılmış yaraları çeynəmə aktının nisbi pozulması ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən Yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışı iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Tahirə ilə 2016-cı ildə ailə həyatı qurmuş, birgə nigahdan dörd azyaşlı övladı var. Əvvəllər Tahirə ilə münasibəti normal olsa da, son zamanlar aralarında ailə-daxili sözlə mübahisələri yaranır. Bir müddət olar ki, Tahirə ondan küsüb övladlarını da, götürüb valideyinlərinin yaşadığı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən evlərinə gedərək, orada yaşamışdır. Bundan sonra bir neçə dəfə Tahirəyə zəng edərək, evə qayıtmasını bildirsə də, sonuncu onun dediklərinə əhəmiyyət verməyərək yaşadıqları evə qayıtamışdır. 12 yanvar 2026-cı il tarixdə saat 17 radələrində yaşadığı At yalı yaşayış massivində yerləşən evinin yaxınlığında olarkən təsadüfən dayanacaqda dayanmış arvadı Tahirəni və azyaşlı qızı Ayşəni görüb onlara yaxınlaşmış, qızı ilə görüşmək istədikdə lakin arvadı onun qarşısına keçərək onların görüşməsinə mane olmuşdur. Bu zaman o, Tahirənin bu hərəkətindən əsəbləşmiş və əli ilə onun ağız nahiyəsindən bir dəfə vurub kənara itələmişdir. Bundan sonra mübahisənin böyüməməsi üçün oradan uzaqlaşaraq evə getmişdir. Sonra bilmişdir ki, Tahirə onun barəsində polisə şikayət etmişdir. Baş vermiş mübahisənin təxminən 2-3 dəqiqə davam etdiyini, həmin vaxt yanlarında az yaşlı qızı Ayşən Bəbirovanın olduğunu, başqa kənar şəxsin olmadığını, münaqişə zamanı səs-küy yaranmadığını, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurub hər hansı bir formada bədən xəsarəti yetirmədiyini, Tahirəni hər hansı bir formada öldürməklə hədələmədiyini, Tahirənin bu barədə dediklərinin tamamilə yalan olduğunu göstərmişdir. Bundan əlavə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirməklə, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əri olmasını qeyd edərək, ifadə verməkdən imtina etdiyini bildirməklə, ifadəsinin elan edilməsini xahiş etdi. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2015-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan dörd azyaşlı övladı var. Əvvəllər münasibətləri normal olsa da, son zamanlar ara-sıra aralarında ailə-daxili sözlə mübahisələri yaranır. Son bir ay olar ki, münasibətləri korlandığı üçün, Cavidin ailəyə, diqqət-qayğı göstərməməsi, evə gec vaxtında gəlməsinə görə Caviddən ayrılmış və boşanmaq üçün mediasiya və məhkəməyə müraciət etməsi barədə qərar vermişdir. 12 yanvar 2026-cı il tarixdə saat 17 radələrində 9 yaşlı qızı X2 oxuduğu Abşeron rayonu, At yalı yaşayış massivində yerləşən Laçın rayonu, Qozlu tam orta məktəbdən götürüb yaxınlıqdakı avtobus dayanacağına gəlmiş, dayanacaqda dayanıb avtobus gözləyərkən əri Təqsirləndirilən şəxs ona yaxınlaşıb nəyə görə qızı Ayşəni məktəbə tək gətirdiyini və burada dayandığını soruşmuşdur. O, Cavidə əhəmiyyət verməmişdir ki, danışdıqdan sonra çıxıb getsin. Lakin Cavid ona cavab vermədiyini görüb bir az da əsəbiləşmiş və üzərinə gələrək əl, yumruq zərbələri ilə ağız, sifət, baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Həmin vaxtı Cavid onun ağzının qanadığını görüb kənara çəkmişdir. Bir də onu buralarda görərsə, öldürəcəyi ilə hədələyərək çıxıb getmişdir. O, da bundan sonra qızı Ayşəni də götürüb oradan çıxıb getmişdir. Daha sonra telefonla DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Cavidlə mübahisə və münaqişələri Abşeron rayonu, At yalı yaşayış massivi, Bakı-Şamaxı yolunun kənarında yerləşən avtobus dayanacağında təxminən 5-6 dəqiqə davam etdiyini, hadisə zamanı yanlarında başqa kənar şəxsin olmadığını, şikayət və tələbi Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdiyini göstərmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması və icraata qəbul edilməsi” barədə 13 yanvar 2026-cı il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırma aparılması üçün icraata qəbul olunmuşdur;

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Abşeron rayon şöbəsinin 17 yanvar 2026cı il tarixdə daxil olmuş 13 yanvar 2026-cı il tarixli, 97 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – üst dodağın selikli qişasının sağ hissəsinin bir ədəd, üst çənədə sağda İİİ diş yuvası nahiyəsinin bir ədəd şişkinlik halında əzilmiş-cırılmış yaraları çeynəmə aktının nisbi pozulması ilə küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir;

3. “Zərərçəkmiş şəxs qismində tanınma” barədə 17 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 yanvar 2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir;

5. “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 22 yanvar 2026-cı il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə arvadı Zərərçəkmiş şəxs xəsarət yetirməsi ilə bağlı barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat işi qüvvədə saxlanılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə yekun protokolu tərtib edilməsi, onun əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, tərəflərin ailəsində yaşanan münaqişəli münasibətlər nəzərə alınaraq onlar tərəfindən gələcəkdə törədilə biləcək hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə göndərilməsi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanmış dindirmə protokolları, ekspert rəyi və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü hesab edilmişdir;

6. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir;

7. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş ziyanı ödəyərək, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini bildirməklə, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.

Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, şikayət vermiş şəxsin istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan olunması, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 300.1.7-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin və şikayət vermiş şəxsin ifadəsini tədqiq edərək, iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxslə barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə dair razılığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxsin şikayət vermiş şəxslə barışmasını, barəsində başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsi barədə müraciətini, həmçinin ittiham olunduğu əməl üzrə əvvəllər cinayət məsuliyyətinə cəb edilməsini nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törərmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 7 (yeddi) iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi 77 (yetmiş yeddi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınsın. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 7 (yeddi) saat iş saatı üçün dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi 77 (yetmiş yeddi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar