Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(5-105)-57/2026 25.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Abşeron rayonu, Fatmayı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, Abşeron rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, “Saray MTK” bina 1, mənzil 11-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 yanvar 2026-cı il səhər saat 08 radələrində yaşadığı ünvan 1 ünvanına qonaq qismində gəlmiş tanışı Zərərçəkmiş şəxs ilə bərabər alkoqollu içkilər içib “orta” dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşdükdən sonra Zərərçəkmiş şəxsnm onlarla eyni ünvanda olan onunla qeyri-rəsmi ər-arvad münasibətində olan tanışı Şahid baxdığını görüb Zərərçəkmiş şəxs Şahid qısqanaraq Zərərçəkmiş şəxs bununla bağlı irad bildirərkən onunla Zərərçəkmiş şəxsnm arasında həmin səbəbdən şəxsi münasibətlər zəmnində yaranmış narazılıqla əlaqədar mübahisə baş verdikdə o, həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxsnm üzərinə hücum edərək qəsdən əvvəlcə Zərərçəkmiş şəxsnm baş nahiyəsinə yumruqla zərbə vuraraq, əlləri ilə saçından tutub yolmaqla yerə yıxıb üzərinə əyləşmiş, ardınca sonuncunun sifət və baş nahiyələrinə əl (yumruq) zərbələri ilə vuraraq Zərərçəkmiş şəxs sol gicgah, alın nahiyəsinin sol tüksüz hissəsini və sol qaş nahiyəsini əhatə edən sahənin hematoması və sol qaşın bayır bucağının əzilmiş yarası ilə miişaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs yekun protokol üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. Belə ki, Ülviyyə ilə təxminən 1 il olar ki, “TikTok” sosial şəbəkəsində tanış olmuşdur. Bundan sonra bir-birlərinə mobil telefon nömrələrini vermiş və mobil telefon vasitəsilə danışmağa başlamışdır. Ülviyyə ilə münasibəti yaxşı olduğu üçün onunla rəfiqə olmuşdur. xx.xx.2026-cı il tarixdə saat 13 radələrində Ülviyyənin istifadə etdiyi mobil telefon nömrəsinə whatçap vasitəsilə yazaraq yaşadığı evə qonaq dəvət etmişdir. Həmin vaxt Ülviyyə ona etiraz etməmiş və yaşadığı evə gələcəyini bildirmişdir. xx.xx.2026-cı il tarixdə saat 17 radələrində Ülviyyə onun ünvan 1 ünvanında yerləşən yaşadığı evə qonaq gəlmiş, bundan sonra şam yeməyi hazırlayıb yemək yeyib spirtli içki qəbul etmişdirlər. xx.xx.2026-cı il tarixdə səhər saat 08 radələrində Ülviyyə onun hazırda qeyri-rəsmi münasibətdə olduğu Şahid dayanmadan baxdığını görüb ona öz iradını bildirmişdir ki, Mirzəyə nə səbəbə elə baxır. Bu zaman Ülviyyə heç bir cavab verməmiş və Mirzəyə “dur gedək bizə” sözlərini işlətmişdir. Buna görə Ülviyyə ilə aralarında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Ülviyənin üzərinə gedərək baş və sifət nahiyələrinə yumruqla bir neçə dəfə vurmuşdur. Həmin vaxt Ülviyyə zərbələrin təsirindən yerə yıxılmış, bundan sonra Ülviyyə ayağa qalxıb barəsində polisə şikayət edəcəyini bildirərək onun yaşadığı evindən çıxıb getmişdir. Münaqişə vaxtı yanlarında Mirzədən başqa heç kimin olmadığını, hadisə zamanı Zərərçəkmiş şəxs onu hər hansı formada vurmadığını göstərmişdir. Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə təxminən 1 il olar ki, “TikTok” sosial şəbəkəsində tanış olmuş, bundan sonra bir- birlərinə mobil telefon nömrələrini verib mobil telefon vasitəsilə danışmağa başlamışlar. Elnarə ilə münasibəti yaxşı olduğu üçün onunla rəfiqə olmuşdur. xx.xx.2026-cı il tarixdə saat 13 radələrində Elnarə «WhatsApp» vasitəsi ilə ona yazaraq yaşadığı evə qonaq dəvət etmiş, o da buna görə həmin tarixdə saat 17 radələrində spirtli içki pivə alıb Elnarənin Saray qəsəbəsi, “Saray MTK”-da yerləşən yaşadığı evə getmişdir. Bundan sonra şam yeməyi hazırlayıb süfrə açıb yemək yeyib spirtli içki qəbul etməyə başlamışlar. xx.xx.2026-cı il tarixdə saat 08 radələrində Elnarə qeyri-rəsmi yaşadığı Mirzə adlı şəxsi ona qısqandığını bildirib öz iradını bildirmiş, bu zaman o, da Elnarəyə izah etmişdir ki, Mirzə ilə aralarında heç bir münasibət yoxdur. Bu mövzuda Elnarə ilə aralarında sözlə mübahisə baş vermiş, mübahisə vaxtı Elnarə onun ünvanına nalayiq ifadələr işlədərək yumruqla bir dəfə baş nahiyəsinə vurub, sonra isə əlləri ilə saçından tutub yerə yıxaraq üzərində oturmuş və daha sonra yumruqla bir neçə dəfə sifət və baş nahiyələrinə vurmağa davam etmişdir. Həmin vaxt Elnarəyə barəsində polisə şikayət edəcəyini bildirdikdə Elnarə onu buraxmış və o da bundan sonra evdən çıxıb getmişdir. Daha sonra isə o, telefonla DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, münaqişə vaxtı evdə Mirzə adlı şəxsin olduğunu, mübahisə zamanı Elnarəni hər hansı bir formada vurmadığını, ona bu və ya digər formada xəsarət yetirmədiyini, şikayət və tələbi Elnarənin onu vurub xəsarət yetirməsinə görə cinayət məsuliyyətinə cəlb olunmasından ibarət olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası SN-nin “MTE və PAB"-nin Publik Hüquqi şəxsin xx.xx.2026-cı il tarixli 205 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər –sol gicgah, alın nahiyəsinin sol tüksüz hissəsini və sol qaş nahiyəsini əhatə edən sahənin hematoması və sol qaşın bayır bucağının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, cinayət işi üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.5, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş üzrə aparılan təhqiqat zamanı təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut yoxdur, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən 05 saata görə 55 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı işi üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən 05 saata görə 55 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(5-105)-57/2026
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(5-105)-57/2026
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver