Məhkəmə qərarları › İş №1(5-106)-6/2026

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(5-106)-6/2026

16.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(5-106)-6/2026 16.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iştirakı ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. X8 xüsusi ittiham qaydasında məhkəməyə verdiyi şikayətini onunla əsaslandırmışdır ki, mərhum İdris Fərzəliyevin dayısıdır. Onun ünvanına heç bir əsasa söykənməyən, nüfuzunu aşağılıyan və onu ağır cinayətdə günahlandıran böhtan xarakterli ifadələr yayılmışdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 2024-cü ilin oktyabr ayında mərhum oğlu İdilinin qəbir daşının üzərinə böhtan xarakterli yazını yazdırmışdır. “Dayıları tərəfindən işgəncələrə məruz qalıb xüsusi amansızlıqla öldürülən oğlum” yazısı kütləvi şəkildə, qəbiristanlıqda insanların gözü önündə yerləşdirilmişdir. Onunla yanaşı digər dayı X6 da cinayətdə böhtanla ittiham edilmişdir. Halbuki, Rusiyada İdilinin ölümü ilə bağlı aparılan cinayət işi rədd edilmiş və hadisə rəsmi qaydada “intihar” kimi qiymətləndirilmişdir. Bu barədə Rusiya hüquq mühafizə orqanlarının materialları mövcuddur və ölümün zorakılıqla bağlı olmağı rəsmi təsdiqini tapmamışdır. Bu fakt bir daha sübut edir ki, məzar daşındakı yaz bilərəkdən uydurulmuş ağır böhtandır. Həmin yazını 2025-ci ilin oktyabr ayında görüb Ağcabədi rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda polis tərəfindən materiallar tərtib edilmiş, həm onun, həm də barəsində xüsusi ittiham qaydasında şikayət verən şəxsin izahatları alınmışdır. Ona görə də X1 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 11:15-ə təyin edilərək məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış xüsusi ittihamçı X8 heç bir üzrlü səbəb olmadan məhkəmə hazırlıq iclasına gəlmədiyinə görə məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 14:30-a təyin edilmiş, bu barədə tərəflərə rəsmi məlumat verilmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 14:30-a təyin edilərək məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış xüsusi ittihamçı X8 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 heç bir üzrlü səbəb olmadan məhkəmə hazırlıq iclasına təkrarən gəlməmişlər. Məhkəmə X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə hazırlıq iclasının xüsusi ittihamçı X3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1 və 302.1.8-ci maddələrinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. İş materiallarından da görünür ki, məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 11:15-ə və xx.xx.2026-cı il tarixə, saat 14:30-a təyin edilmiş, bu barədə xüsusi ittihamçı X4 məlumat verilmiş (poçt və SMS vasitəsi ilə), lakin xüsusi ittihamçı heç bir üzrlü səbəb olmadan məhkəmə hazırlıq iclasına təkrarən gəlməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar