Məhkəmə qərarları › İş №1(5-107)-1/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №1(5-107)-1/2026

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 1(5-107)-1/2026 03.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, xx xxx 1995-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, 3 övladı olan, işləməyən, məhkum olmayan, Ağdam şəhəri, Ağdamkənd sahəsində qeydiyyatda olmaqla Ağdam rayonu, X2 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində tanışı Şahid5 satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İİ Siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 01 bükümdə təmiz çəkisi 0.513 qram olan metamfetamini 53 manat pul müqabilində əldə edib həmin psixotrop maddə olan metamfetaminin 0.468 qram olan hissəsini bir ədəd qara bükümdə və 0.045 qram olan hissəsini bir ədəd kustar üsulla lampa və kaprondan hazırlanmış trubkanın içərisində 04 oktyabr 2025-ci il, saat 19:03-dək, yəni Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “VAZ-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda sürətlər qutusunun yanından aşkar edilib götürülənədək qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamış və daşımışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs qarşı CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi, özünü təqsirli bildir, peşmançılıq bildirdi, amnistiüa aktının barəsində tətbiq edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 2025-ci ilin avqust ayından “patı” adıyla tanıdığı psixotrop maddə qəbul etməyə başlamışdır. Belə ki, psixotrop maddələrin insana əlavə enerji verməsi barədə düşünüb bu maddəni qəbul etmişdir. Ağdam rayonu Səfərli qəsəbəsində yaşayan Şahid5 təxminən 2025-ci ilin iyul ayından tanıyır. Həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində özünün istifadəsində olan 070 *** ** ** saylı mobil nömrədən “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə Şahid5 hazırda xatırlamadığı nömrəsinə zəng edib ondan metamfetamin almaq istədiyini bildirmişdir. Şəyanla Ağdam rayonu X3nin yaxınlığında yerləşən “Fin evlər” adlanan yerdə görüşməyə razılaşıb qohumu Sirac İsmayılova məxsus “Vaz-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə getmişdir. Bir neçə dəqiqə sonra Şəyan da, oraya gəlmişdir. Orada Şəyan ona içərisində metamfetamin olan bir ədəd şəffaf rəngli büküm verib qarşılığında 53 manat pul verməli olduğunu bildirmiş və o, həmin vaxt Şəyanın ona bildirdiyi, “Kapital Bank ASC”yə aid “BirBank” kartına özünə məxsus mobil telefonda olan “BirBank” mobil tətbiqi vasitəsilə 53 manat pul göndərmişdir. Bundan sonra aldığı şəffaf sellofanda olan bükümdə olan metamfetamindən bir qədər özünün kustar üsulla lampa və kaprondan hazırladığı trubkaya doldurub istifadə etmək üçün hazır vəziyyətə gətirmişdir. Bükümdə qalan metamfetamini isə qara lentlə sarıyıb həmin bükümü və trubkanı “Vaz-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun yanına qoyub istifadə etmək üçün uyğun vaxt gözləmişdir. O, həmin gün yaşadığı evə gedib bir qədər ev işləri ilə məşğul olduqdan sonra mağazaya getmək üçün avtomobillə qəsəbənin mərkəzinə doğru getmişdir. O, Ağdam rayonu Quzanlı qəsəbəsində asfalt yolun kənarında avtomobilini saxlayıb yerə enən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirərək üzərinə və nəqliyyat vasitəsinə baxış keçirilməsinin zəruriliyi izah etmişlər. O, üzərinə və avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra polis əməkdaşları onun iştirakıyla videoçəkilişdən istifadə edilməklə idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi “Vaz-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunun üzərində gizlətdiyi içərisində metamfetamin olan bir ədəd qara lentlə sarınmış büküm aşkar edilmiş və elektron tərəzi vasitəsilə çəkilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüş, həmin qablaşdırılma onun tərəfindən iştirakçılarla birlikdə imzalarla təsdiq edilmişdir. Bundan başqa sürətlər qutusunun üzərində gizlətdiyi bir ədəd trubkanın içərisində olan metamfetamin aşkar edilərək kağız bükümə tökülüb elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılmış, həmin qablaşdırmalar onun tərəfindən iştirakçılarla birlikdə imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 istintaqt orqanına verdiy ifadələrini təsdiq etdiyini bildirdi. Şahid2 göstərmişdir ki, 2020-ci ildən DİO-da, 2025-ci ildən isə hazırki vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsi ev 629-da yaşayan Təqsirləndirilən şəxs üzərinə, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsi zərurəti yaranmışdır. Onlar dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisinə gedib orada Təqsirləndirilən şəxs müəyyən edərək sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə, idarə etdiyi avtomobilə və yaşadığı yerə videogörüntü vasitəsilə qeydə alınmaqla baxış keçiriləcəyi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə saat 19:03 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Vaz-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz- 21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman isə həmin avtomobilin sürətlər qutusunun üzərindən içərisində psixotrop maddəyə bənzər kütlə olan bir ədəd qara lentlə sarınmış büküm aşkar edilmişdir. Həmin büküm içərisində olan kütlə ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilərkən 0.39 qram olması müəyyən edilmişdir. Daha sonra isə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilərək götürülmüşdür. Həmin avtomobilə baxış davam etdirilərkən sürətlər qutusunun üzərindən içərisində psixotrop maddəyə bənzər kütlə olan bir ədəd kustar üsulla lampa və kaprondan hazırlanmış trubka aşkar edilmişdir. Həmin trubkanın içərisində olan kütlənin ətrafa dağılması təhlükəsi olduğundan trubkanın içərisində olan kütlə bir ədəd ağ rəngli kağız bükülüyə götürülüb elektron tərəzi vasitəsilə çəkilərkən bükülü ilə birlikdə 0.17 olması müəyyən edilmişdir. Həmin bükülü də, qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs daha öncə kağız bükümdə aşkar olunmuş kütlənin də, sonra isə trubkada aşkar olunmuş kütlənin də, psixtorop maddə olan metamfetamin olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvandan heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağdam rayon Polis Şöbəsində protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 istintaq orqanına verdiyi ifadələrini təsdiq etdiyini bildirdi. Şahid1 göstərmişdir ki, 2022-ci ildən DİO-da, 2025-ci ildən isə hazırki vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə Ağdam rayon X4 rayonu Quzanlı qəsəbəsi ev 629-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə məlumat daxil olmuşdur. Onlar dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisinə gedib orada Təqsirləndirilən şəxs müəyyən edərək sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə, idarə etdiyi avtomobilə və yaşadığı yerə videogörüntü vasitəsilə qeydə alınmaqla baxış keçiriləcəyi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə saat 19:03 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi “Vaz-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz- 21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman isə həmin avtomobilin sürətlər qutusunun üzərindən içərisində psixotrop maddəyə bənzər kütlə olan bir ədəd qara lentlə sarınmış büküm aşkar edilmişdir. Həmin büküm içərisində olan kütlə ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilərkən 0.39 qram olması müəyyən edilmişdir. Daha sonra isə qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilərək götürülmüşdür. Həmin avtomobilə baxış davam etdirilərkən sürətlər qutusunun üzərindən içərisində psixotrop maddəyə bənzər kütlə olan bir ədəd kustar üsulla lampa və kaprondan hazırlanmış trubka aşkar edilmişdir. Həmin trubkanın içərisində olan kütlənin ətrafa dağılması təhlükəsi olduğundan trubkanın içərisində olan kütlə bir ədəd ağ rəngli kağız bükülüyə götürülüb elektron tərəzi vasitəsilə çəkilərkən bükülü ilə birlikdə 0.17 olması müəyyən edilmişdir. Həmin bükülü də, qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs daha öncə kağız bükümdə aşkar olunmuş kütlənin də, sonra isə trubkada aşkar olunmuş kütlənin də, psixtorop maddə olan metamfetamin olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvandan heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağdam rayon Polis Şöbəsində protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protokolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işi üzrə şahidlər Şahid3, Şahid4 və Şahid5 ifadələri də bundan əvvəl dindirilmiş şahidlərin ifadələri ilə eyni məzmunludurlar. Məhkəmə-kimyəvi ekspertizasının 05 oktyabr 2025-ci il tarixli, 16/836 saylı RƏYindən görünür kimi tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 0,39 narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd qara rəngli kağız bükümdə, təmiz çəkisi 0,468 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,17 q narkotik vasitəyə bənzər” yazı və imzalar olan kağız paketdəki 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,045 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin kağız paketdəki 1 ədəd, şüşə lampadan və kapron borudan ibarət qurğunun içərisində psixotrop maddə metamfetamin izləri vardır, metamfetamin iz şəklində olduğundan quru maddəsinin təmiz çəkisini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs oğunun üzərindən aşkar edilən 0,39 narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd qara rəngli kağız bükümdə, təmiz çəkisi 0,468 qram olan metamfetamin və üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,17 q narkotik vasitəyə bənzər” yazı və imzalar olan kağız paketdəki 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,045 qram olan metamfetamin, kimyəvi tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Şahid5 üzərindən aşkar edilmiş 0,41 qram narkotik vasitəyə bənzər kütlə” yazılar olan kağız paketdəki 1 ədəd büküm metamfetamin, üzərində “Vət. Şahid5 yaşadığı evdən aşkar edilmiş 0,26, 0,27, 0,26, 0,14 - 4 büküm narkotik vasitəyə bənzər kütlə” yazılar olan kağız paketdəki 4 ədəd büküm metamfetamin və üzərində “Vət. Təqsirləndirilən şəxs oğunun üzərindən aşkar edilən 0,39 narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd büküm metamfetamin, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,17 q narkotik vasitəyə bənzər” yazı və imzalar olan kağız paketdəki 1 ədəd büküm metamfetamin, kimyəvi tərkiblərinə görə eynidir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısına (1-ci siyahı) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 27 dekabr 2025-ci il tarixli, 2034 saylı RƏYindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi, şəxsin üzərinin və avtomobilinin yoxlanılmasına dair protokoldan görünür ki, xx.xx.2025ci il tarixdə, saat 19-03-də Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən üzərindən qanunsuz əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ-21074” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin sürətlər qutusunun üzərindən içərisində psixotrop maddəyə bənzər kütlə olan bir ədəd qara lentlə sarınmış büküm aşkar edilmişdir. Həmin büküm içərisində olan kütlə ilə birlikdə polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə çəkilərkən 0.39 qram olması müəyyən edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Həmin avtomobilə baxış davam etdirilərkən sürətlər qutusunun üzərindən içərisində psixotrop maddəyə bənzər kütlə olan bir ədəd kustar üsulla lampa və kaprondan hazırlanmış trubka aşkar edilmişdir. Həmin trubkanın içərisində olan kütlə polis əməkdaşları tərəfindən bir ədəd ağ rəngli kağız bükülüyə götürülüb elektron tərəzi vasitəsilə çəkilərkən bükülü ilə birlikdə 0.17 olması müəyyən edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqim etdiyi 01 ədəd “Samsung Galaxy A21S” markalı, smartfon tipli, üzərində 050 *** ** ** və 070 *** ** ** saylı sim kart nömrələr olan mobil telefona baxış keçirilərkən həmin mobil telefonun qara rəngdə olması, eləcə də, SN: RF8N63XHSPT, İMEİ1: **********48102/01 və İMEİ2: **********48103/02 kodlu olması müəyyən edilir. Həmin mobil telefonun “Birbank” bölməsinə daxil olduqda orada müxtəlif kartlar olduğu görünür. Həmin kartlardan 5239 1517 9245 2040 seriya nömrəli kartın “ödəniş tarixçəsi” səhifəsinə daxil olduqda 2024-cü ilin dekabr ayının 28-dən başlayaraq 2025-ci ilin oktyabr ayının 4-dək müxtəlif mədaxil və məxariclərin olduğu müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus 5239 1517 9245 2040 seriya nömrəli kartdan xx.xx.2025-ci il tarixdə saat 16:55-də Sarvan M****** adlı istifadəçiyə aid son rəqəmləri ****6307 olan karta 53 AZN pul köçürülməsi müəyyən edilir. Baxış zamanı həmin məxaric iş üçün əhəmiyyət kəsb etdiyindən çap olunaraq cinayət işinə əlavə olunması üçün götürülür. Həmin mobil telefonun zənglər və mesajlar bölməsinə, eləcə də, “WhatsApp” ani mesajlaşma sisteminə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək digər hal müəyyən edilmir. Məhkəmə tədqiq olunan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bildi, həmçinin onun hazırkı cinayət əməlini törətməsi iş üzrə toplanılmış çoxsaylı sübutların məcmusu və şahidlərin ifadələri ilə birmənalı olaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli TƏLƏBNAMƏsindən göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır . Ağdam rayon İHB-nin X3 İnzibati Ərazi Nümayəndəliyinin 01 dekabr 2025-ci il tarixli, 1052 sayylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Ağdam rayonu, Quzanlı qəsəbəsi, 629 nömrəli evdə yaşayır. Həmin nümayəndəlikdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. X1 surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2018-ci il təvəllüdlü Əli, 28 iyul 2020-ci il təvəllüdlü Məcid və 15 noyabr 2023-cü il təvəllüdlü Zəhra adlı 3 azyaşlı övladları vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması onun özünün səmimi etirafı, iş üzrə şahidlərin ifadələri, toplanmış digər rəsmi sənədlərlə sübut olunur. Məhkəmə istintaq orqanı tərəfindən onun əməlinin CM-nin müvafiq maddəsi ilə tövsifini düzgün və əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməlidir. Sözügedən Qərarın 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Həmin Qərarın 1.16-cı bəndinə görə öhdəsində /himayəsində/ yetkinlik yaşına çatmayan övladı olan şəxslər barəsində amnistiya aktı tətbiq edilməlidir. Qərarın 10-cu hissəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 20-ci hissəsinə görə məhkəmələr bu Qərarın 2.12 və 2.13-cü bəndlərində, 3cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiyanı Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun olaraq tətbiq edirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən /39.1.12/ amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilməlidir, həmçinin sözügedən amnistiya qərarının 6 və 7-ci hissələrində qeyd olunan məhdudiyyətlər onun təqsirləndirildiyi maddəyə şamil edilməmişdir. Məhkəmə müdafiə tərəfinin razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş mateiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 oktyabr 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ki, həmin qətimkan tədbirinə CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabnetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Ağdam RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş təmiz çəkiləri 0,468 qram və 0,045 qram olan psixotrop maddə olan metamfetamindən tədqiqata sərf olunduqdan sonra ümumilikdə 0,275 qram qalan psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A21S” markalı, smartfon tipli, SN: RF8N63XHSPT seriyalı, İMEİ1: **********48102/01 və İMEİ2: **********48103/02 kodlu mobil telefon saxlama müddəti ərzində saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş üzrə ekspertiza xərci olan 60,80 AZN Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanları və "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16, 5.1, 24-cü hissələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə "Konstitusiya və Suverenlik İli" Münasibəti ilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın, barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut kimi Ağdam RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş təmiz çəkiləri 0,468 qram və 0,045 qram olan psixotrop maddə olan metamfetamindən tədqiqata sərf olunduqdan sonra ümumilikdə 0,275 qram qalan psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A21S” markalı, smartfon tipli, SN: RF8N63XHSPT seriyalı, İMEİ1: **********48102/01 və İMEİ2: **********48103/02 kodlu mobil telefon saxlama müddəti ərzində saxlanması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Ekspertiza xərci olan 60,80 (altmış manat səksən qəpik) AZN Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərarın icrası Ağdam Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar