Azərbaycan Respublikası adından HÖKM Ağdam rayonu İş № 1(5-107)-3/2026 17.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Dövlət ittihamçısı –– Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-cı ildə Ağdam rayon Ortaqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağdam rayon Ortaqışlaq kəndində qeydiyyatda olmaqla, hazırda həmin kənddə yaşayan, barəsində polisi nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilə bilinməyən tarixdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 01 (bir) ədəd göy rəngli sellofan paketdə olan digər 01 (bir) ədəd şəffaf sellofan paketdə ümumi təmiz çəkisi 335 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində olan qəhvəyi rəngli gödəkçənin sol iç hissəsində 27 oktyabr 2025-ci il saat 20:15-dək, yəni Ağdam rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aşkar olunub götürülənədək qəsdən satış məqsədi olmadan narkotik vasitəni qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o təxminən 2025-ci ilin iyul ayından narkotik vasitə olan marixuanadan istifadə edir. 2025-ci ilin oktyabr ayının 27-də gəzinti məqsədilə Ağdam rayonuna getmişdir. O Ağdam rayonunda tanımadığı və hazırda xatırlamadığı kənddə olarkən yolun kənarında bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır. O özü narkotik istifadəçisi olduğuna görə sellofan torbada olan maddənin narkotik olduğunu dərhal başa düşmüşdür və həmin narkotiki şəxsi istifadəsi üçün üzərində götürmüşdür. O həmin narkotik vasitəni üzərində olan qəhvəyi rəngli gödəkçənin sinə hissəsində gizlədərək yaşadığı Ağdam rayon Ortaqışlaq kəndində yerləşən yaşadığı evə gətirmişdir. Ailə üzvləri bundan xəbər tutmasın deyə o həmin narkotiki yaşadığı evdə gizlətmişdir. Daha sonra həmin günü yəni xx.xx.2025-ci il tarixində saat təxminən 4-5 radələrində gizlətdiyi narkotik vasitəni istifadə etmək məqsədilə gizlətdiyi yerdən götürərək yaşadığı evdən çıxmışdır. O bundan sonra saçını kəsdirmək məqsədilə kənd ərazisindəki bərəbərxanayə getmişdir. Bildiriəm ki, həmin zaman narkotik vasitə onun üzərində olmuşdur. Saçını kəsdirdikdən sonra o oradan çıxaraq yaşadığı evə doğru gələrkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər və narkotik vasitələrin saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirmişdirlər. Orada onun üzərinə baxış keçirildi, baxış zamanı o üzərində olan 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı qəhvəyi rəngli gödəkçəmin sinə hissəsindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Daha sonra onun şalvarının sağ ön cibindən çıxan istifadə etdiyi 01 ədəd “Nokia” markalı mobil telefonu da polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra onun iştirakı ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı onun yaşadığı evdən qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdirlər. O, əvvəllər də narkotik vasitədən istifadə etmişdir. onu heç kim narkotik vasitə istifadə etməyə təhrik etməmişdir, on öz istəyi ilə narkotik vasitə istifadə etmişdir. Və heç kəsi narkotik vasitə istifadə etməyə təhrik etməmişdir. O həmin qurudulmuş marixuananı 2025-ci ilin oktyabr ayının 27-də Ağdam rayonu ərazisində tanımadığı kənddə dəqiq yerini xatırlamadığı yolun kənarından tapmışdır. Həmin vaxt o tək olmuşdur və bundan heç kimin məlumatı olmamışdır. heç kimin onun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Heç kəsə narkotik vasitə satmamışdır. O narkotik vasitə istifadəçisi olduğuna görə həmin narotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Hazırda tutduğu əməldən peşiman olmasını və məhkəmədən qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ildən DİO-da, tutduğu vəzifədə isə 2025-ci ildən xidmət edim. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 27 oktyabr 2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinə hazırda Ağdam rayon Ortaqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli olması və hazırda Ağdam rayonu Üçoğlan kəndi ərazisində olması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Ağdam rayonu Üçoğlan kəndinə getmişdirlər. Təqsirləndirilən şəxs Ağdam rayonu Üçoğlan kəndi ərazisində saxlanılmışdır. Həmin vaxtı ona nə üçün saxlanıldığı, hüquq və vəzifələri izah edildi və onun üzərinə, yaşadığı evə baxış keçiriləcəyi barədə məlumat verilmişdir. O isə öz növbəsində yazılı ərizə ilə müraciət edərək heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi və ya saxladığı hər hansı bir qeyri-qanuni əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşdur. Şifahi sorğu əsasında Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli gödəkçənin sinə hissəsində saxladığı göy rəngli paketdə olan şəffaf rəngli sellofanın içərisində narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir, həmin kütlənin marixuana olduğunu və həmin kütlənin işğaldan azad edilmiş Ağdam rayonu ərazisində yolun kənarından tapdığını bildirmişdir. Həmin kütlə tərəflərindən tərəzi vasitəsilə çəkilmişdir daha sonra isə qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şalvarının sağ ön cibindən çıxan 01 ədəd “NOKİA” markalı mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Ortaqışlaq kəndi ərazisində fərdi yaşayış evinə baxış keçirtməyə getmişdirlər. Təqsirləndirilən şəxs da iştirakı ilə evə keçirilmiş baxış zamanı hər hansı əhəmiyyət kəsb edən qanunsuz predmet və ya əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ildən DİO-da, 2022-ci ildən isə tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 27 oktyabr 2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinə hazırda Ağdam rayon Ortaqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli olması və hazırda Ağdam rayonu Üşoğlan kəndində olması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Ağdam rayon Üçoğlan kəndinə getmişdirlər. Təqsirləndirilən şəxs Ağdam rayonu Üçoğlan kəndi ərazisində saxlanılmışdır. Həmin vaxtı ona nə üçün saxlanıldığı, hüquq və vəzifələri izah edildi və onun üzərinə, yaşadığı evə baxış keçiriləcəyi barədə məlumat vermişdirlər. O da öz növbəsində ərizə yazaraq heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi və ya saxladığı hər hansı bir qeyri-qanuni əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşdurlar. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli gödəkçənin sinə hissəsində saxladığı göy rəngli paketdə olan şəffaf rəngli sellofanın içərisində narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir, həmin kütlənin marixuana olduğunu və həmin kütlənin işğaldan azad edilmiş Ağdam rayonu ərazisində yolun kənarından tapdığını bildirmişdir. Həmin kütlə tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ cibindən çıxan 01 ədəd “NOKİA” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Ortaqışlaq kəndi ərazisindəki fərdi yaşayış evinə baxış keçirtməyə getmişdirlər. Təqsirləndirilən şəxs iştirakı ilə evə keçirilmiş baxış zamanı hər hansı əhəmiyyət kəsb edən qanunsuz predmet və ya əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2024-ci ildən DİO-da və həmin tarixdən də tutduğu vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 27 oktyabr 2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinə hazırda Ağdam rayon Ortaqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli olması və hazırda Ağdam rayonu Üçoğlan kəndi ərazisində olması barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Ağdam rayon Üçoğlan kəndinə getmişdirlər. Təqsirləndirilən şəxs Ağdam rayonu Üçoğlan kəndi ərazisində saxlanılmışdır. Həmin vaxtı ona nə üçün saxlanıldığı, hüquq və vəzifələri izah edilmiş və üzərinə, yaşadığı evə baxış keçiriləcəyi barədə məlumat verilmişdir. O da öz növbəsində ərizə yazaraq heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi və ya saxladığı hər hansı bir qeyri-qanuni əşya, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşdurlar. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli gödəkçənin sol sinə hissəsində saxladığı göy rəngli paketdə olan şəffaf rəngli sellofanın içərisində narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir, həmin kütlənin marixuana olduğunu və həmin kütlənin işğaldan azad edilmiş Ağdam rayonu ərazisində yolun kənarından tapdığını bildirmişdir. Həmin kütlə tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ cibindən çıxan 01 ədəd “NOKİA” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Ortaqışlaq kəndi ərazisində fərdi yaşayış evinə baxış keçirtməyə getmişdirlər. Təqsirləndirilən şəxs iştirkı ilə evə keçirilmiş baxış zamanı hər hansı əhəmiyyət kəsb edən qanunsuz predmet və ya əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ildən DİO-da, həmin vaxtdan da hazırkı vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 27 oktyabr 2025-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinə hazırda Ağdam rayon Ortaqışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli olması və hazırda Ağdam rayonu Üçoğlan kəndi ərazisində olması barədə məlumat daxil olmuşdur. Bundan sonra həmin şəxsin üzərinə şəxsi axtarış-götürmə, yaşadığı evə baxış istintaq hərəkəti keçirilməsi zamanı onu həmin istintaq hərəkətlərini tərəfindən videogörüntü ilə ilə qeydə alması üçün dəvət etmişdirlər. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Ağdam rayon Üçoğlan kəndinə getmişdirlər. Təqsirləndirilən şəxs Ağdam rayonu Üçoğlan kəndi ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli olması və bunun əsasında üzərində və yaşadığı evində axtarış aparılacağı barədə məlumat verilmişdir. O da öz növbəsində ərizə yazaraq heç bir etirazının olmadığını bildirmişdir. Ondan sonra üzərində narkotik tərkibli bitkilərin olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli gödəkçənin sinə hissəsində saxladığı göy rəngli paketdə olan şəffaf rəngli sellofanın içərisində narkotik vasitəyə bənzər kütləni təqdim etmiş, həmin kütlənin marixuana olduğunu və həmin kütlənin işğaldan azad edilmiş Ağdam rayonu ərazisində yolun kənarından tapdığını bildirmişdir. Həmin kütlə tərəzi vasitəsilə çəkilmişdir və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ cibindən çıxan 01 ədəd “NOKİA” markalı mobil telefon qablaşdırılaraq götürülmüşdür və tərəfindən videogörüntü ilə çəkilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu, Orta qışlaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə doğru getmişdirlər və video görüntü ilə evə baxış keçirmişdirlər. Baxış zamanı evdən iş üçün əhəmiyyət kəsb edən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan: -Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 16/873 nömrəli məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə" yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd göy rəngli sellofan paketdə olan digər 01 (bir) ədəd şəffaf sellofan paketdə, təmiz çəkisi 335 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2026-cı il tarixli, 19 nömrəli rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuana sui-istifadə nəticəsində yaranmış narkomaniya xəsətəliytindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -Ağdam Ruhi-Əsəb dispanserinin xx.xx.2025-ci il tarixli, 917 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X4 dispanserində dispanser müşahidəsində deyil. -Ağdam rayon İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-cı il tarixli 926 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Ortaqışlaq kəndində yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. -Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 242-ci maddəsinin “A”bəndi ilə təqsirli bilinib 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin 628 saylı Əfv etmə Fərmanına əsasən cəzadan azad edilib. Bundan başqa Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 151, 180.2.4, 66, 70-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına (02 il şərti sınaq müddəti təyin edilməklə) məhkum edilmişdir. xx.xx.2025-ci ildən cəzasını çəkib qurtarmışdır. Ağdam rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli, 158601/2023-6-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin 1(013)-25/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 151-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsili bilinək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs bu cinayət işi üzrə 07 yanvar 2023-cü il tarixindən bu günə kimi həbsdə olduğu 05 ay 13 gün bu hökmlə ona təyin olunmuş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 03 il 17 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə bu gün hökmlə ona təyin olunmuş 03 il 17 gün müqddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı üçün xx.xx.2025-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadislər ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə imkan verir bu qənaətə gəlsin ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən onun 27 oktyabr 2025-ci il tarixdən 29 oktyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər tutulmaqla hazırki hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmalı, cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli 17 mart 2026-cı il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut- 01 ədəd göy rəngli sellofan paketdə olan digər 01 ədəd şəffaf paketdə təmiz çəkisi 335 qram, istifadə olunduqdan sonra yerdə qalan 334.92 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir və 01 «DVD» diski isə cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci üzrə 30.40 manat təqsirləndirilən şəxsdən tutulmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunmalı, və o, ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəza növünü və cəzanın həddini seçərkən təyin olunacaq cəza növünün onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almışdır. İş üzrə mülki iddia yoxdur, həmçinin Azərbaycan Respublikası CM-nin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş materiallarında olan Müdafiəçi hesabatından görünür ki, o, Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına hüquqi yardım göstərmək üçün cinayət işinin məhkəmənin icraatında olduğu dövrdə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı Cinayət Prossesual Məcəlləsinin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində göstərilir ki, cinayət prosesində iştirak edən hüquqi yardım göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz-Azərbaycan Respublikası dövlət büdcəsi vəsati hesabına həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsində göstərilir ki,hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üşün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkilin müvafiq ərazi qurumu vasitəsi ilə ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 132, 197- 198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndiridən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində 27 oktyabr 2025-ci il tarixdən 29 oktyabr 2025-ci il tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasının ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkməsinin əvvəli 17 mart 2026-cı il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji kabinetinedə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağdam RPŞ-də saxlanılan 01 ədəd göy rəngli sellofan paketdə olan digər 01 ədəd şəffaf paketdə təmiz çəkisi 335 qram, istifadə olunduqdan sonra yerdə qalan 334.92 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 «DVD» diski isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza təhqiqatın dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, KOD-210005 VÖEN- **********, AZ41NABZ013601**********3944 SFİFT-BİK STREAZ22 Müxbir hesaba keçirilsin. Hökmün icrası maddi sübutlara aid olan hissədə Ağdam rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardım göstərilməsinə görə hər iş saatı üçün 11 manatdan hesablanmaqla, müdafiəyə cəmi sərf etmiş olduğu 10 saat vaxta görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına cəmi 110 manat pul ödənilsin və həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qarabağ Regional Maliyyə İdarəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Ağdam rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №1(5-107)-3/2026
Ağdam Rayon Məhkəməsi Hökm — İş №1(5-107)-3/2026
17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver